A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan həyatında təqlidin rolu
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri  


Nəhayət, müşriklərin və onların ətrafındakıların qoşunu Mədinəyə yaxınlaşdı, amma xəndək onların nüfuzuna mane oldu. Onlar iyirmi gündən çox Mədinə ətrafında qaldılar. Qüreyş başçıları düşündülər ki, burada qalmaq ziyanadır və hücum etmək lazımdır. Nəhayət, Əmr ibn Əbduvəd adlı döyüşçü xəndəyi keçib meydana mübariz çağırdı. Bu şəxs Əli ibn Əbu Talibin zərbəsilə dünyasını dəyişdi. Beləcə müsəlmanlar qalib gəldilər.

PEYĞƏMBƏRİN ALLAH TƏRƏFİNDƏN NÜMUNƏ TANITDIRILMASI

Peyğəmbər (s) müşriklərin sülh təklifini qəbul etmədi. Həzrət bütün varlığı ilə şirk qarşısında dayanıb müqavimət göstərdi. Nəhayət, müsəlmanlar qəti qələbə qazandılar. Allah-taala “Əhzab” surəsinin 21-ci ayəsində peyğəmbəri nümunə kimi tanıtdırdı. Peyğəmbərin nümunə olaraq üç xüsusiyyəti qeyd olunurdu:

1.Allaha ümidvarlıq; çünki insan Allaha ümidvarlıq, sonsuz qüdrətə sığınma sayəsində vəzifələrini mətanətlə icra edir, heç bir amil onu öz yolundan döndərə bilmir.

2. Axirətə ümidvarlıq; axirətə inanan insan nəfs istəkləri və şeytani istəklərlə mübarizə aparır, işin sonunu düşünərək günahdan çəkinir, əbədi səadətə çatmaq məqsədilə Allahın onun öhdəsinə qoyduğu vəzifələri yerinə yetirir. Digər bir tərəfdən, Allah yolunda mübarizəni səadət sayan insan heç bir təhlükədən qorxmur. O əbədi səadət və Allahın görüşünə çatmaq üçün canından keçməyə hazırdır. O başa düşür ki, bu yolu gedən insan zahirdə məğlub olsa da, əslində qalibdir. Çünki o Allahın razılığını qazanmış, əbədi səadətə çatmışdır.

3. Allahı çox yada salması; Allahı çox zikr edən insan qəlbini çirkablardan və zülmətlərdən təmizləyir, Allahla rabitə sayəsində aramlıq tapır. Allah zikri insanın qəlbini, rəftarını və düşüncəsini ali məqsədlərə yönəldir.

İşarə ediləsi nöqtələrdən biri budur ki, bizim bugünkü vəziyyətimiz ilkin İslam dövründəki vəziyyətə çox bənzəyir. Əgər həmin vaxt yəhudilər və müşriklər müsəlmanları mühasirəyə almışdısa, bu gün də dünya imperializmi və Amerika islami məmləkətimizi mühasirəyə almışdır. Onların məqsədi müsəlmanların diz çökməsidir. Amerika İranın bütün sərhədyanı ölkələrində öz mövqelərini gücləndirmişdir. Bir çox müsəlman ölkələr nəinki Amerika, hətta sionist rejimi ilə də diplomatik rabitə saxlayır. Onlarla İsrail arasında hərbi müqavilə də var. Amma son dövrdə bir sıra dəyişikliklər müşahidə olunmaqdadır. Məsələn, Türkiyədə hakimiyyətə gəlmiş İslam firqəsi orada kök atmış laik (dinsiz) dövlətçilik ənənələrilə mübarizə aparır. İslam firqəsinin hakimiyyətə gəldiyi seçkilər son illərdə vahid partiyanın qələbəsilə başa çatmış yeganə seçki idi. Hər halda bütün müsəlmanlar kafirlərin və münafiqlərin qurğularına diqqətli olmalıdırlar.

KÜFR VƏ ŞİRK QARŞISINDA HƏZRƏT İBRAHİM NÜMUNƏSİ

“Üsvə” (nümunə) sözünün işləndiyi surələrdən biri də “Mumtəhinə” surəsidir. Həmin surədə həzrət İbrahim möminlərə nümunə kimi tanıtdırılır. Bu surə də “Əhzab” surəsi kimi ibrətamiz dərslərlə zəngindir. Surədə küfr və nifaqla mübarizə üçün bir sıra göstərişlər verilir. Həqiqət axtaranlar bu iki surəni, onların təfsirini və surələrlə bağlı rəvayətləri oxusalar yaxşı olar. “Mumtəhinə” surəsinin başlanğıcında möminlər Allah düşmənləri ilə rabitə qurmaqdan çəkindirilir. Bildirilir ki, onlar sizin məhəbbətinizdən sui-istifadə edib İslam cəmiyyəti üçün təhlükə yaradarlar. Möminlərə tövsiyə olunur ki, bütün varlıqları ilə Allah düşmənlərinə müqavimət göstərsinlər. Surənin ilk ayəsində buyurulur ki, Allahınızın və özünüzün düşmənlərinizi dost tutmayın. Surənin üçüncü ayəsində buyurulur ki, İbrahim və onunla olanlar yaxşı bir nümunədir. İbrahim öz qövmünə dedi: “Mən sizdən və Allahın əvəzinə pərəstiş etdiklərinizdən zara gəlmişəm...” Həzrət İbrahim və onun azsaylı ardıcılları Nəmrud və onun bütpərəst qövmü qarşısında dayandılar. Onlar az olsalar da qorxmadılar. Bu səbəbdən də möminlərə nümunə kimi tanıtdırılırlar. Nəmrudun böyük imkanları vardı. Amma İbrahim qorxudulası bir şəxs deyildi. Nəmrudun var-dövləti, gücü, çoxsaylı ətrafı İbrahimi sazişə sövq edə bilmədi. Biz də bu işdə İbrahimə iqtida etməli, bizi düşmənlərlə sülhə çağıranlara rədd cavabı verməliyik. Heç nədən qorxmamalıyıq. Bizim Allahımız var. Əgər sabitqədəmliyimiz olsa, qələbəyə çatasıyıq.

Həzrət İbrahim əmisinin bütpərəstlikdən əl çəkmədiyini görüb ondan ümidini üzdü. Allah buyurur ki, İbrahimin atası (əmisi Azər) üçün istədiyi bağışlanma ona verdiyi vəddən başqa bir şey deyildi.[70]

KÜFR CƏBHƏSİNƏ MÜQAVİMƏTİN ZƏRURİLİYİ

Peyğəmbərə, haqqa itaətdə, düşmənə müqavimətdə, fitnəkarlara qarşı mübarizədə ardıcıllıq lazımdır. Görürüksə ki, düşmən bizi mühasirəyə alıb, süstləşməməli, Allahın yardımına ümid bağlamalı və şəhadət şərbətini içməyə hazır olmalıyıq. Peyğəmbərlərin həqiqi ardıcılları belə olmuşlar. Quranda buyurulur: “Onlardan bəziləri şəhadətə çatdılar, bəziləri intizardadırlar...”[71]

Əgər düşmənin güclü olduğunu, texnoloji tərəqqiyə çatdığını görürüksə qorxmalı yox, Allaha sığınmalıyıq. Nə qədər zəif olsaq da, Allaha sığınmaq sayəsində düşmənə qalib gələ bilərik. Allah mömin bəndələrini böhranlı vəziyyətdə tənha buraxmır. Allah Bədr döyüşündə kafirlərin və müşriklərin ordusunu dağıtdığı kimi, bu gün də öz qüdrətini nümayiş etdirə bilər.[72]

Biz aşiq və mömin könüllülərin fədakarlığı sayəsində çox zəif texniki imkanlara malik olmağımıza baxmayaraq, düşmənin (Səddamın) hərbi maşınını sındırdıq, Allahın qüdrətilə onları ölkəmizdən çıxardıq. Allaha iman və təvəkküllə meydana qədəm qoysaq qalib gələsiyik. Bu yolda qalib gəlməyimizin şəhid olmağımızdan fərqi yoxdur. Əsas məsələ əbədi səadətə, qurtuluşa nail olmaqdır. Quranda buyurulur: “De ki, biz yalnız Allahın yazdığına çatasıyıq, Odur bizim hamimiz. Möminlər yalnız Allaha təvəkkül etməlidir. De ki, bizim üçün iki yaxşılıqdan başqa bir şeymi gözləyirsiniz?!”[73]

Biz Allaha təvəkkül, Peyğəmbər və onun əhli-beytinə (ə) təvəssüllə ruhiyyə və imanımızı gücləndirməliyik. Əmin olmalıyıq ki, Allahın istək və iradəsi dəyişməzdir. Əsas məsələ dərin inanmağımızdır! Peyğəmbər və övliyaların yolunu izləyərək düşmənlərə müqavimət göstərməliyik. Son damla qanımızadək onlarla vuruşmalıyıq. Düşüncəmizdə qəddar düşmənlə sülh təkliflərinə yer verməməliyik. Bütün bunlar boş şüardan başqa bir şey deyil. Bilməliyik ki, düşmən heç vaxt haqla vuruşdan əl çəkəsi deyil. Buna görə də son imamımız həzrət Mehdi (əc.) silahlı qiyam qaldırasıdır!

«Dünya sülh tərəfdarıdır» deyənlər Fələstinə baş çəksinlər. Məzlum fələstinlilərin sülhsevər dünyadan nə çəkdiyini görsünlər. Onlara azca da olsa haqq vermək istəyirlərmi? İnsan haqları, Amerika demokratiyasına tərəfdarlıq adı altında məzlum millətin başına mərmi yağdırır, hətta qadınlara və uşaqlara rəhm etmirlər. Onlar hətta ərzaq anbarlarına, əkin sahələrinə od vurub yandırırlar. Belələri insan qanına susamışlardır. Nə vaxtadək bu şeytanlara aldanacaq, onlara təslim olmaq barədə düşünəcəyik? İndi də İrana hücumdan dəm vururlar. Hansı ölkəyə hakim olarlarsa, orada Əfqanıstan və İraq təcrübəsi təkrarlanacaq. Əgər ölüm labüddürsə, gəlin Allahımız və əqidəmiz yolunda ölək! Əfqanıstan və İraqdan sonra növbə İran, Suriya, Ərəbistanındır. Dini təlimlər və tarixi təcrübə göstərir ki, yeganə doğru yol müsəlmanların öz istiqlaliyyətini qorumaq üçün çalışması, sabitqədəm olması, son qələbə və ilahi yardıma ümidvarlığıdır!.



[1] “Nəhl”, 43

[2] “Qədr”, 3

[3] Səduq, “Əmali”, s. 649)

[4] “Biharul-ənvar”, c.2, bab 14, rəvayət 59, s.100

[5] “Maidə”, 55, 56

[6] Əllamə Təbatəbai, “Təfsiri-Əlmizan”, c.6, s.18

[7] “Nisa”, 59

[8] Əllamə Təbatəbai, “Təfsiri-Əlmizan”, c.4, s.409

[9] “Kafi”, c.2, s.18

[10] “Kafi”, c2, s.18

[11] “Nisa”, 105

[12] “Nisa”, 65

[13] “Əhzab”, 36

[14] “Kafi”, c.8, s.106

[15] “Nəhcül-bəlağə”, xütbə 192

[16] “Nəhl”, 68

[17] “Məryəm”, 11

[18] “Məryəm”, 17-20

[19] “Qəsəs”, 7

[20] “Cumuə”, 2

[21] “Ənam”, 90

[22] “Məryəm”, 43

[23] “Yunus”, 35

[24] “Nəhl”, 43

[25] “Saffat”, 36

[26] “Zuxruf”, 23

[27] “Bəqərə”, 170

[28] “Ənkəbut”, 20

[29] “Ənkəbut”, 20

[30] “Məryəm”, 81

[31] “Duxan”, 49

[32] “Əhzab”, 21

[33] “Nəhl”, 100

[34] bax: “Sad”, 82

[35] “Haqqə”, 44-46

[36] “Biharul-ənvar”, c.69, bab34, rəvayət17, s.225

[37] “Bəqərə”, 170

[38] “Fürqan”, 11

[39] Bax: “Qaf”, 18

[40] “Qiyamət”, 3-6

[41] “Casiyə”, 32

[42] “Ənam”, 124

[43] Bax: “Şüəra”, 198, 199

[44] Bax: “Kəhf”, 110

[45] “Həşr”, 7

[46] “Nisa”, 59

[47] “Biharul-ənvar”, c.3, bab 41, rəvayət 67, s. 25

[48] “Təfsiri-Əyyaşi”, c.1, s.276

[49] Bax: “Bəqərə”, 151

[50] “Zuxruf”, 51-53

[51] “İbrahim”, 28

[52] “Ali-İmran”, 92

[53] “Nisa”, 59

[54] “Təfsiri-Əlmizan”

[55] “Nisa”, 141

[56] “Səhifeyi-Nur”, c.9, s.253

[57] “Yunus”, 35, 36

[58] “Nisa”, 64

[59] “Nisa”, 80

[60] “Cin”, 26, 28

[61] “Nəhl”, 100

[62] “Ənam”, 121

[63] “Nisa”, 140

[64] “Ənam”, 116

[65] “Bəqərə”, 55

[66] “Əhzab”, 21

[67] “Qələm”, 8,9

[68] “Əhzab”, 1

[69] “Əhzab”, 22

[70] “Tövbə”, 114

[71] “Əhzab”, 23

[72] “Ali-İmran”, 123

[73] “Tövbə”, 51, 52



Geri  
Go to TOP