A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Gəl yetiş imdada ey qardaş Hüseynim, hardasan?

Bikəsəm səhrada ey qardaş, Hüseynim, hardasan?

Əhli-Kufə “vay Hüseyn” söylüb batıbdır yasına,

Matəmin qüvvət verib Zeynəb bacın avazına,

Dövrəmi düşmən alan Kərbübəla dəryasına,

Olmuşam bir adə, ey qardaş Hüseynim, hardasan?

Əl-əman “vay” söyləməkdən ah ilə gözlər dolub,

Zeynəbin, Rübabın, Səkinənin saçların ağlar yolub,

Yoxluğundan xeymələr od ağlayan meydan olub,

Şümrütək cəlladə, ey qardaş Hüseynim,hardasan?

Mürrət ibn Münqəz Əbdi baxmayıb Peyğəmbərə,

Nizə sancdı gül Hüseyn oğlu Əliyyi Əkbərə,

Hərmələ peykanını atdıqca körpən Əsğərə,

Qan dolub səhrada ey qardaş Hüseynim, hardasan?

İbn Səd qəh-qəh çəkib taxtında şad-xürrəm olub,

Yezidin çeşmində aləm qalibi-aləm olub,

Taifin əhlin, əyalın bir əsiri-qəm olub,

Ol İbn Ziyadə ey qardaş Hüseynim, hardasan?

Halına Pərvərdigar “qan ağlayın” fərman edər,

Dərdi hicrandan mələklər ağlayıb əfğan edər,

Matəmin məftun könüllər dağlayıb viran edər,

Hər gələndə yada ey qardaş Hüseynim, hardasan?

İstəyərsə bu cahan mülkündə hər kəs ağlasın,

Söyləyib qeyrət ağam teşnəm Əbəlfəzl ağlasın,

Kərbəla dəştində qoyma tək o bi kəs ağlasın,

Əl yetir Səccada ey qardaş Hüseynim, hardasan?

Solsa da xoşbəxt güzarından sənin haqqın cüda,

Sən bu haqq dünyasının fövqündə gördün tək Xuda,

Növcəvankən Qasimin pak canını etdi fəda,

Haqq Hüseyn sevdada, ey qardaş Hüseynim, hardasan?

Bu Xaqani canını qurban dilər tək canına,

Bir nökərdir dininin-imanının fərmanına,

Cismini qərq eyləyib gözdən axan al qanına,

Hey gələr fəryada, ey qardaş Hüseynim, hardasan?

Zeynəbin zəban halı

Kərbəladan qolu bağlı gedirəm Şama, Hüseyn,

Ölüb Əbbas çatıb düşmənimiz kama, Hüseyn.

Qan tökən düşmənimiz almadı aləm boyu seyr,

Şümr olub qafilə Zeynəbə əs-saə əmir,

Xırdaca qızlar olub ləşkəri-züllamə əsir,

Quş kimi qızlarını saldı ədü dama, Hüseyn.

Kərbəladan yaralı didəsi giryan gedirəm,

Yarü-ənsarım ölüb zarü-pərişan gedirəm,

Anasız qızlar ilə Kufəyə mehman gedirəm,

Dəstgirəm necə gör düşməni-bədnamə, Hüseyn.

Qızların Şama gedir, qardaş Hüseyn, dil nigaran,

Bu müsafirləri düşmən aparır nalə konan,

Dalımızca de Əli Əkbərinə versin azan,

Gözdə rövşən günüzüm heyf dönüb şama Hüseyn.

Dur özün Zeynəb biyavəri qardaş, yola sal,

Növcavan oğlu ölən madəri qardaş, yola sal,

Yeddi qardaşı ölən xahəri qardaş, yola sal,

Xidmət etdim nə gözəl məktəbi İslama, Hüseyn.

Siz öləndən sora çox düşmən ihanət eylədi,

At çapıb nəşizin üstündə cinayət eylədi,

Tökülüb xeymələri zülmilə qarət eylədi,

Lənəti-həqq gələ aləm boyu züllama, Hüseyn.

Əlim ellərdən üzülmüşdü yanan vaxtda xiyam,

Az qaldı yana zülm atəşinə yalqız imam,

Ürəyim eyləmədi ləhzə o əsnada davam,

Özümü verdim o dəm atəşi bədnama, Hüseyn.

Bu gülüstanda yerə lalə və reyhan tökülüb,

Baxıram hər tərəfə nəşi şəhidan tökülüb,

Elə bil parələnib məqtələ Quran tökülüb,

Ruzi əzəldə yazılmış belə bərnama, Hüseyn.

Görcəyin nəşi-şəhidanı bu yorğun balalar,

Tab edə bilmədi bir ləhzə oğulsuz balalar,

Çün oğul dağı nənə sinəsinə od qalalar,.

Vay balam, vay deyəcək sübhidən axşama, Hüseyn.

Dəvə üstdən balalar atdı özün fori yerə,

Ürəyin qanını qatdı hamısı əşki-tərə,

Biri qan ağladı Əbbasə, biri südəmərə,

Məhşərə döndü bəla dəşti o hengama, Hüseyn.

Biri əsrarını o halidə yoldaşa dedi,

Biri nalan oturub dərdini qardaşa dedi,

Biri döndü sözünü nizədəki başa dedi…

Zeynəbin (ə) əhvalatı

Salam et əvvəl məh liqa Zeynəbə,

Süruri-del Mürtəza Zeynəbə,

Sora ağla qan ba vəfa Zeynəbə,

Rəhi-həqqidə canfəda Zeynəbə,

Çatıb dəhridə hər bəla Zeynəbə,

Müsibət keşi-Kərbəla Zeynəbə.

Yazılmış cəlayi-vətən Zeynəbə,

Risalət çatıb şiri zən Zeynəbə,

Əsarətdə var çox mühən Zeynəbə,

Qolunda tənab versən Zeynəbə,

Qurar şiə bəzmi-əza Zeynəbə.

Keçib bir zaman döndü aylar ilə,

Fələk Zeynəbi saldı çox müşkülə,

Olub Kərbəlada çətin mərhələ,

Enib təlli gəldi xanım məqtələ,

Ağarmış saçın aldı fövrən ələ,

Olub eşq o dəm rəhnüma Zeynəbə.

Baxıb gördü bir qana batmış bədən,

Düşüb isti qum üstünə bikəfən,

Nə baş var bədəndə nə salimdi tən,

Saçır gün, yox əynində bir pirəhən,

Dedi ey rəhi-həqqidə can verən,

Nədən etmirsən etina Zeynəbə.

Rəhi-eşqi rövşən sirac eylərəm,

Cahanda qiyamın rəvac eylərəm,

Yaxıb qanını başa tac eylərəm,

Yaram çoxdu qardaş, əlac eylərəm,

Bu göz yaşıdır kimya Zeynəbə.

Cahanda Hüseyn, yarü-dildarınam,

Həmişə müridü tərəfdarınam,

Bilirsən yaman gündə ğəmxarınam,

Göz aç bax məni-zarə zəvvarınam,

Ölüb qardaşın, mən ələmdarınam,

Çatıb indi qanlı liva Zeynəbə.

Zeynəbin (ə) vəfatı

Tərk edir, az qalır Hüseyn, tirə cahanı Zeynəbin,

Gözləri axtarır səni, Fatimə canı, Zeynəbin. ²

Əlli beş ildi sayəndə daldalanmışam,

Eşqinə dəstgir olub şəhərləri dolanmışam,

Şəmi yanıb xəmuş olar, mən ki, həmişə yanmışam,

Əlli beş ildə sönməyib suzi nihanı Zeynəbin.

Az qalır yumulmağa əşk təri axan gözüm,

Meylə qüssə sürməsin kipriyinə yaxan gözüm,

Qətligahında nəşinə həsrətilə baxan gözüm,

Müntəzirindi didə əşk feşanı Zeynəbin.

Şama uzaqdı Kərbəla, çoxdu əgərçe fasilə,

Sən ağasan uzaq yolun zəhmətini qəbul elə,

Bir yol işim düşüb sənə, gəlməsən eylərəm giley,

Qəmli başın diz üstünə yoxdu alanı Zeynəbin.

Hər bacı can verən zaman mən kimi olsa dərbədər,

Sağü-sola baxar gözü, qardaşın arzu edər,

Qardaşı dəfnə gəlməsə qəbrinə nagiran gedər,

Gəl nigaran gedir bu gün ruhu-rəvanı Zeynəbin.

Mən dedim ömrümün gülü izzətilə solar Hüseyn,

Türbətini öpər bacın cami-səfa dolar, Hüseyn,

Qüssəli ruhu qüssədən orda xilas olar, Hüseyn,

Görmədi can verən zaman Kərbübalanı Zeynəbin

Sənsiz Hüseyn, yatanda mən hər gecə qəmlə yatmışam,

Qüssələrin düşüb yada öz-özümü oyatmışam,

Qədimi qəmlərin büküb pərçəmini ucaltmışam,

Adın olubdu dəmbədəm virdi-zəbanı Zeynəbin.

Suz qəmində qəlbidən ud kimi alışmışam,

Harda deyiblər adına xarici mən danışmışam,

Harda salıblar müşkülə itrətini çalışmışam,

İzzətilə dolandırıb ali-əbanı Zeynəbin

Zeynəbin (ə) dərdi-deli

Mən Zeynəbəm, sabit qədəm yolumda,

Çəkildim bəzmi-zülmə ip qolumda,

Vətəndə hər yerə qonaq gedəndə,

Yeddi qardaş gedirdi sağü-solumda.

Mən Zeynəbəm, Hüseynə həm rəviyyə,

Böldük gələn bəlanı bis-səviyyə,

Zəhmət çəkib iki gül bəslədim mən,

Əkbərinə Əsğərinə hədiyyə

MənZeynəbəm, Müsibətlər anası,

Pənc tənin məclisinin səfası,

Mən kimi bəxtəvər yoxuydu, amma,

Pir eylədi Kərbübəla bəlası.

Mən Zeynəbəm , əimmə iftixarı,

Dolandım küçə bazarı diyarı,

Xoş olmadı cahanda ruzigarım,

Yoruldum mən, yorulsun ruzigarı.

Mən Zeynəbəm, varım birdən yox oldu,

Dil yarəsi mənə misli-ox oldu,

Yaman günün deyillər ömrü azdı,

Mənim amma yaman günüm çox oldu.

Mən Zeynəbəm, əzizi ali-yasin,

Əziz etdim Hüseynimin əzasın,

Əzalıydım, ölüncə qara saldım,

Qüssə açdı bu başımın qarasın.

Mən Zeynəbəm, yandı qəlbim kül oldu,

Ömrümün hər günü mənə il oldu,

Xarabada Səkinəm ac olanda,

Hər nisgildən mənə o nisgil oldu.

Mən Zeynəbəm, qəlbimə dağ çəkildi,

Üstümə hey müsibətlər töküldü,

Vətəndən ayrıldım başım ağardı,

Qardaşlarım öldü, belim büküldü.

Oxşama

Bulud kimi dağ-daşlara axmaram,

Nə bir bağa nə gülşənə baxmaram,

Yaralı başını gördüm qocaldım,

Ölüncə mən başa həna yaxmaram.

Məzzəmət eylirəm həmişə göz yaşımı,

Doyunca oxşamadım yaralı qardaşımı,

Dəyəndə nizədə daş qardaşım Hüseyn başına,

Yarıldı məhmilə vurcaq bəla başımı.

Nə qədər var ömrüm sənə ağlaram,

Qəbrə gedəndə qarəni bağlaram,

Nə hala bu gül cismini salıblar,

Yerdə qalan cənazənə ağlaram.

Həzrət Zeynəbə(ə) salam (rövzə)

Salam ola əlini xəncərə atan xanıma,

Bəla çölündə yaman günlərə qalan xanıma.

Salam ola şərəfilə hicabı hifz edənə,

Şücaətində Əbəlfəzlə oxşayan xanıma.

Salam ola ucaboy qardaşı ölən bacıya,

Günortaya kimi qəddi kaman olan xanıma.

Salam ola qocalan Zeynəbə yarım gündə,

Ölüncə ellərini hər gün oxşayan xanıma.

Salam ola qolu bağlı Yezidi xar edənə,

Qana batan ələmi Şamidə vuran xanıma.

Zəban halı Zeynəb

Əzalıyam, günüm qaradı qardaş,

Nə qədər ağlasam səzadı,qardaş.

Öpənmərəm yaralı əllərindən,

Kəsibdi sariban yaradı, qardaş!

Sitəmlə gülləri solan canım vay,

Hüseyn qəmində baş yolan canım vay,

Günortaya kimi səhər çağından,

Xanımlığı yalan olan canım vay!

Oxşama

Qəm selləri başım üstdən aşanda,

Mövcə gəlib dərya kimi daşanda,

Bu Şamidə birəhm olan cəmaət,

Gülərdilər qızların ağlaşanda.

Heç qoymadı üzüm gülə zəmanə,

Bülbül kimi döndü gülüm xəzanə,

Qolu bağlı qardaş dedim, dolandım,

Anam kimi döndü qəddim kəmanə.

Deyərəm gül solubdu,

Gülşəndə gül solubdu,

Başını Şümr aparıb,

Əllərin bəs nə olubdu?

Fərağında gecə-gündüz ağlaram,

Qəm dəftərin hey açaram, bağlaram,

Gül cisminə bu hədd yara vurublar,

Pərpər olan cənazənə ağlaram.

Şir qadın (Rövzə)

Vəqti qarətdə imamı yanar oddan qurtaran,

Xahəri-şiri-zən süruri Bətha Zeynəb.

Məclisi-Kufədə şiva və rəsa məntiq ilə,

Qolu bağlı eləyən düşməni rüsva Zeynəb.

Əyməyən düşmənə baş, qardaşı məsləkdə olan,

Deli-züllamə sözü-xəncəri-bürran Zeynəb.

Əli qoynunda dolandı nə qədər çəkdi nəfəs,

Ömrünün gündüzü də çun şəbi-yelda Zeynəb.

Yektənə vurdu özün vərətətufaniqəmə,

Eylədi dini-Rəsulullahı əhya Zeynəb.

Oxşama

Ağlaram, ağlar gözüm var,

Qəlbidə dərya sözüm var,

Nagiran olma, Hüseynim,

Hər bəla gəlsə, dözüm var.

Ay batdı mən batmaram,

El yatdı mən yatmaram,

Qurtarmayan dərdini,

Heç bir dərdə qatmaram.

Gül gözündən atma, qardaş,

Qumlar üstə yatma, qardaş,

Ey düşən yorğun, yaralı,

Zeynəbi ağlatma, qardaş.

Zeynəbin (s) Əbülfəzldən kömək istəməsi

Gəl xeymələrim zülmilə odlandı, Əbülfəzl,

İmadad elə od içrə balam yandı, Əbülfəzl.

Dur, yatma Fərat üstə işim müşkülə düşdü,

Gəşti ümidim atam oğlu gələ düşdü,

İmdad eləyirdin hamıya iş belə düşdü,

Gəl indi mənim dövrəmi düşmənlər alıbdı,

Zeynəb sənə qurban, yaxam əllərdə qalıbdı.

Bikəs bacınam sən mənə imdad elə, qardaş,

Xeyməm yanır Zeynəbini yad elə, qardaş,

Od içrə yanan qızları azad elə, qardaş,

Bir gün vardı başımıza sayə salardın,

Avarə qalan qızları ağuşə alardın.

Zeynəbin (ə) şəhaməti ( rövzə)

Nəyyiri-əzəm əflaki-vəfa Zeynəbdi,

Gövhəri-mərifət və hüccətü-həya Zeynəbdi.

Yaradıb Zeynəbi əvvəldən Hüseynçi yaradan,

İffətin dərsini almış o bəlakeş anadan,

Nəfsi-mərdanəliyi irs aparıbdır atadan,

Mürtəzanın adına zivər olan Zeynəbdi,

Anası Fatiməyə bənzər olan Zeynəbdi.

Butə eşqidə yandı əridi çün zəri-nab,

Oldu beş sinnidən amadə möhnət o cənab,

Yağdı baran bəla başına bi həddü-hesab,

Zülmlə əlləri qoynunda qalan Zeynəbdi,

Beş yaşından başına qara salan Zeynəbdi.

Hökmi-təqdiri qəza aldı əlindən anasın,

Bəzmi-matəm qurulub açdı o qəmkeş yaxasın,

Əvvəlin bar eşidib quş fələk oxşamasın,

Üzə gözdən əliyən xuni-cigər Zeynəbdi,

Mələyən həsrətilə şamü-səhər Zeynəbdi.

Gecələr ki, sataşardı gözünə göydəki ay,

Hey deyərdi evimi sani yıxıb, Allah haray,

Qəbrə həsrət əli qoynunda gedən vay nənə vay,

Yuxudan hər gecə əfsürdə duran Zeynəbdi,

Qüssəli madərə qəm bəzmi quran Zeynəbdi.

Getməmiş xatirəsindən hələ Zəhra anası,

Qoymadı çərxi-cəfa pişə sağalsın yarası,

Məscidi-Kufədə əl-qana boyandı atası,

Çak edən qüssəvü-qəmdən yaxasın Zeynəbdi,

Bağlayan şiri-Xudanın yarasın Zeynəbdi.

Az zaman keçmədi artdı yenə dərdü-mühəni,

Cödə şumü-dəğa eylədi zülmün ələni,

Zəhri-cansuz salıb dildən İmami-Həsəni,

Nimə şəb izni-verən göz yaşına Zeynəbdi,

Ağlayan həsrətilə qardaşına Zeynəbdi.

Ömrü bir müddət onun oldu bu növi sepəri,

Axdı gözdən üzə hicr aləmi xun cigəri,

Gün o gün oldu düşüb Kərbu-bəlaya güzəri,

Hər bəla səhnəsinə nazir olan Zeynəbdi,

Hər müsibətdə o gün hazır olan Zeynəbdi.

Zöhrü Aşura bəla yandı deli-zari-onun,

Birbəbir qana batıb yavərü-ənsarı onun,

Qanlı qudala düşüb sərvəri-saları onun,

Ələm ahını təll üstə saçan Zeynəbdi,

Qətlgaha əli başında qaçan Zeynəbdi.

Bir zaman qətlgaha çatdı o deli-zarü-qəmin,

Gördü can üstədi qudalidə qardaşı Hüseyn,

Əyləşib sinəsi üstündə onun Şümri-ləin,

Şümri-bəd əxtərə ixtar eləyən Zeynəbdi,

Özün amadeyi-peykar eləyən Zeynəbdi.

Ağladıb möhnəti cənnətdə xanım Fatiməni,

Eşqin isbat eləyib aləmə Zeynəb Əlini,

Çeşmi-gərdun görə heyhat belə şiri-zəni,

Olmayan dəhridə təslimi bəla Zeynəbdi,

Fateh və şiri-zəni-Kərbübəla Zeynəbdi.

Gərçe axırda Hüseyn dərdi onu pir elədi

Qüssələr yordu yaman yerdə zəmingir elədi,

Qardaşın nehzətin aləmdə cahangir elədi,

Yeddi qardaşı ölən qəlbi yanan Zeynəbdi,

Şiddəti-qüssəvü-qəmdən qocalan Zeynəbdi.

Gün o gün oldu düşüb bəstəri-mərgə nigaran,

Səslədi qardaş Hüseyn, hardasan ey cismimə can,

Ölürəm gəl başım üstə məni yox qəbrə qoyan,

Sənin hər yerdə Hüseyn, yarın olan Zeynəbdi,

Zülfünü nəşinin üstündə yolan Zeynəbdi.

Zeynəbin (ə) vəfatı

Tutub üz sahati-Pərvərdigara,

Dedi mən neyləmişdim ruzigara,

Qalıb həsrət üzüm el-təbara,

Gələn yoxdur mülaqatıma, ya Rəbb,

Tək evdə can verir məzlumə Zeynəb.

Gəlib şura Hüseyn eşqi başımda,

Əsər vardı yəqinən göz yaşımda,

Gözüm var hamıdan çox qardaşımda,

Sərəfraz et məni sal yada, qardaş,

Çətin vaxtımda gəl fəryadə, qardaş.

Nə müddətdir çəkər göz intizarın,

Mülaqatı şirindi yara-yarın,

Köməksizdi qəribi-biqərarın,

Bu həsrətdə axır əşkim üzara,

Özün gəl Zeynəbi tapşır məzara.

Bir ömür oldu sənə Zeynəb tüfeyli,

Əzizim, gəlməsən ollam gileyli,

Dalınca yolladım mən əşki-seyli,

Əliləm, bimüinəm, başsızam mən,

Görən fikr eləyir qardaşsızam mən?

Həzrət Zəhranın Əbulfəzl başı üstünə gəlməsi

Həzrət Zəhradan aldım muzdumu, padaşımı,

Başıma qoydu əlin, ərşə yetirdi başımı,

İzn verdi tez çağır gəlsin imam haşimi,

Səsləməzdin bi icazə yoxsa mən qardaşımı,

Yaxşı imdad elədi Xeyrün-nisa Əbbasidən.

Aldı Əbbasın səsin, verdi Hüseyn fil-fövri səs,

Aşyanından haman eşq olubdur bihəvəs,

Üz qoyub meydana dildə ah çəkdi hər nəfəs,

Qıl kömək ya Rəbb dedi yoxdur mənə dadrəs,

Naümidəm, ey Xudayi-kibriya Əbbasidən.

Gəzdi meydanı yetib dildən düşən səqqasına,

Nəqş olub gördü vucudu Kərbəla səhrasına,

Baxdı qolsuz peykərə məcruh olan əzasına,

Ləblərin öpdü qoyub simasını simasına,

Gödü səs gəlir gözü başı yarə Əbassidən.

Həzrət Əbulfəzlin (ə) zəban halı Rövzə)

Səs ver səsimə, qətlimə qardaş tələsən var,

On yeddi nəfər bir yaralı başı kəsən var,

Mənadə anam Fatimə, qardaşım Həsən var,

Bu məhfili-alidə yerin boşdu yubanma.

Gahi dəyib ox, gahi dəyib daş bədənimdən,

Qan su tək axır torpağa qardaş bədənimdən,

Təxir eləsən ayrılacaq baş bədənimdən, Sdəmə yetə ənguştərə qaş saxlaya bilməz,

Bir cismiki,qolsuz qala baş saxlaya bilməz.

Ərze-hacət (rövzə)

Gəl başım üstə olsa Hüseyn can, ləyaqətim,

Axır nəfəsdə vardı sənə ərz-hacətim.

Çox mayiləm dübarə görüm məh cəmalını,

Qoyma ürəkdə qalsın amandır bu həsrətim.

Sən şahisən gələndə ayağa duranmasam,

Məzur et ki, qəlbidə yox ayrı niyyətim.

Bir hala qalmışam ki, özüm şərh edəmmərəm,

Yoxdur ayağa durmağa bu dizlərdə taqətim.

Əfv elə xeyməgahə sarı gələmməsəm,

Nazlı Səkinədən bilirsən var xəcalətim.

Səy elədim ki, məşkə xətər yetməsin, vəli,

Məşk oxlanıb dağıldı su, heyf oldu zəhmətim.

Qolsuz yıxılmışam yerə, düşmənlərim gəlir,

Tab eyləyəmmirəm, məni öldürdü qeyrətim.

Hasil gəlibdi dada Hüseyn şahi-teşnəqan,

Səsləndi aç gözün məni çox etmə bağrıqan.

Qan laxtası yumub gözünü heyf görəmmisən,

Salmış nə hala fovci-bəla qəmgüsarini.

Aç qanilə dolan gözünü göz-gözə baxaq,

Bir də görüm doyunca o çeşmi-xümarini.

Çox olma del qəmgin ki, ayağa durammısan,

Salma özünü zəhmətə ki, bildim işarəni.

Ətşan Fərata daxil olub içmədin sudan,

Artırdı dəhridə bu əməl etibarini.

Nazlı Səkinəm indi çəkir intizarini,

Gördü Hüseyn yoxdu dəxi rahi-çarəsi.

Tab eləmir bu qəmdə deli parə-parəsi,

Ağlar gözilə durdu ayağa o didətər,

Üz qoydu xeyməgaha tərəf zarü-xuncigər.

Qoyduqca hərdəm yerə ahəstə səslənir,

Qardaş ölümü qardaşın axı belin bükər.

İmamın zəban halı rövzə)

Səsləndi gəl bacı, evimi yıxdı qovmi-kin,

Əbbasım öldü kama çatıb qovmi-xirə-sər.

Yandı dilim, büküldü belim,öldü qardaşım,

Əbbasın ölməyin ver özün qızlara xəbər.

Amma Səkinədən bacı çox-çox müvazib ol,

Bu qüssədən balam özün axır həlak edər.

Su üstə verdi bir göz iki qol o bavəfa,

Qoydu sizi qara günə bu çərxi-fitnəgər.

Əbbasın balinində İmamın zəban halı

Qalan çöldə adamsız qardaşım vay!

Yatan qan içrə yarü-yoldaşım vay!

Səni kim saldı bu hala Əbülfəzl,

Gözündən ox dəyən vay qardaşım vay!

Belim sındı səni qolsuz görəndə,

Sinəndən oxları bir-bir dərəndə,

Xəcalət ölməyin nisgilli oldu,

Dönüb əxyamə baxdın can verəndə.

Edər ahım əsər almasa Zeynəb,

Çağır gəlsin anamı yasa Zeynəb,

Yığışsın qızlarım bu xeyməgaha,

Hamımız ağlayaq Əbbasə, Zeynəb.

Əbbasın (ə) zəban halı

Yerə qoy başımı sinən olub qan,

Özün də xəstəsən ey şahi-ətşan,

Bu axır ləhzədə bir xahişim var,

Ölüncə başıma rahat verim can.

Fələk qoysaydı əxyamə gedərdin,

Ürəkdə bu səbəbdən çoxdur dərdim,

Əlim olsaydı qalxıb saxlayardım,

Gələn oxdan su məşkin hifz edərdim.

Yıxıldım düşmənim əl çaldı, qardaş,

Bu qovğadan fələk kam aldı, qardaş,

Məni çox ağladan bu nisgilimdir,

Bacım Zeynəb daha tək qaldı, qardaş.

Neystanə tərəf çəkdim üqabı,

Dolandırdım döşümdə məşki-abı,

Səkinəndən əxa, şərməndə oldum,

Özün aram elə ol delkəbabı.

Əbbasın (ə) zəban halı

(Yaralı sinə)

Səsləndi mənim düşdü işim müşkülə qardaş,

Düşmən bu başım üstə edər həlhələ, qardaş,

Qoyma yaralı baş düşə əldən-ələ qardaş,

Tez gəl sürünüm mən qabağında üzü üstə,

Əfv eylə dura bilməsə Əbbas ayaq üstə.

Aldı səsini qardaşım,can dedi qardaş,

Din üstə düşən qollara qurban dedi qardaş,

Gəlləm sənin imdadına əlan dedi, qardaş,

Nə halilə Allah bilir mindi at üstə,

Nəhr üstə yetirdi özünü şahi-xocəstə.

Endi yerə at üstdən ol şəhpərin öpdü,

Baxdı yumulan gözlərinə gözlərin öpdü,

Teşnə idi Əbulfəzl, quruyan ləblərin öpdü,

Yanır sənə baxdıqca yanır yarəli sinəm,

Əxyamidə gözlər yolunu nazlə Səkinəm.

Mən Əbbasam, mənə səqqalar ağlar,

Susuz əhvalıma dəryalar ağlar,

Mənim hicranım ağlatdı Hüseyni,

Ədəbli nökərə mövlalar ağlar.

Hüseyni heç kəs haraya Əbulfəzl tək səsləməyib,

Salanda möhnətini yada nəm-nəm ağlamışam,

Otuz dörd ildi ya mövla demişdi sözünü,

Vəli deyillər başı sınanda çağırdı qardaş.

Həzrət Fatimə (ə) Əbəlfəzlə zəban halı

Sən başında yara vardı, mən başımda qara var,

Sən düçar oldun əmuda, mən dözüm mismara, var,

Gəl qucağıma ki, hər dərdə oğul, bir çara var,

Halımı amma müraat et, döşümdə yara var.

Əbəlfəzlin (ə) zəban halı

Ağlamaram peykərim qolsuz qalır,

Ağlamaram nənəm oğulsuz qalır,

Bu qəm mənə müşkül olub hər nədən,

Mən gedirəm Hüseynim yalqız qalır.

Hüseynin (ə) sözü

Mən demirəm məşküvü doldur gedək,

Mən demirəm Səkinəm ağlır gedək,

Qolun yoxdu təkyə eylə çiynimə,

Düşmən baxır yavaş-yavaş dur, gedək.

Qəhrəmanam qədrimi sındırmayın,

Yaralıyam yolum üstə durmayın,

Xəncər yarasına, oxa dözüm,

Namərdilər, dil yarası vurmayın.

Anam gəlib məhəbbət etdi, qardaş,

Çətin zaman haraya yetdi, qardaş,

Medali-iftixarıdır sinəmdə,

Gözüm-qolum su üstə getdi, qardaş.

Hüseynin (ə) zəban halı (nöhə)

Əbulfəzlim ölübdür gəl bacı, ağla yana-yana,

Düşübdür qardaşım nəhri-Fərat üstə biyabana,

Axır bu göz yaşım, ölübdür qardaşım,

Qalıbdır ərsədə vəfalı yoldaşım.

Gedibdi izzətim əldən, yoxumdu yarü-ənsarım,

Nə vardır Əkbərim nə Qasim və nə qolsuz ələmdarım,

Axır bu göz yaşım ölübdür qardaşım,

Qalıbdır ərsədə vəfalı yoldaşım.

Əbulfəzlim öləndən ağlayır bu gözlərim, Zeynəb,

Qalıbdır dağlı sinəmdə yanıqlı sözlərim, Zeynəb.

Axır bu göz yaşım ölübdür qardaşım,

Qalıbdır ərsədə vəfalı yoldaşım.

Hüseynin (ə) zəban halı (rövzə)

Əbbas, mən bəradəri-del dağdarınam,

Sən məst cami ləm yəzəli mən xumarınam,

Mehman gələn zaman tanışı dindirər tanış,

Qurban olum şirin dilinə mənlə bir danış,

Mən bel sınıq sənin də cəbinin sınıb belə,

Mən çarə eyləyim anuva, bu sınıq belə.

İmamın zəban halı (nöhə)

Aç o şəhla gözün bax mənə, qardaş Əbülfəzl,

Səslə qardaş, deyim can sənə, qardaş Əbülfəzl.

Qaldım bu çöldə tənha, bəradər,

Öldün sevindi əda, bəradər.

Ey atam oğlu, ey münşiyidərbarım Əbbas,

Ey ucaboy, uzunqol sipəhsalarım Əbbas,

Ağlaşır xeymədə gör necə qızlarım, Əbbas,

Dur aman vermə bu düşmənə qardaş, Əbulfəzl,

Qaldım bu çöldə tənha, bəradər,

Öldün sevindi əda, bəradər.

Ruca qaməti bavərim yoxdur yıxıblar,

Xətt mərdanigidən qoşun, qardaş çıxıblar,

Üstünə sarı çox nizə və xəncər vurublar,

Qoy çəkim peykərin məmənə,qardaş Əbulfəzl,

Qaldım bu çöldə tənha, bəradər,

Öldün sevindi əda, bəradər.

Qolların agaham, zülmilə meydanda düşdü,

Sağ qolun saldılar vəlvələ, hər yanda düşdü,

Qolların düşcəyin pərçəmi Quran da düşdü,

Bu ələm çatmaz əhrimənə, qardaş Əbulfəzl,

Qaldım bu çöldə tənha, bəradər,

Öldün sevindi əda, bəradər.

Sərvi-qamət

Dərdi dərmansız olan, səslə Əbülfəzl ağanı,

Getmə birahə dayan, səslə Əbülfəzl ağanı.

Naümüd olma Əli oğludu bu himməti var,

Sərv qamətdi, uzun qollara bax qüvvəti var,

Vəhşətə saldı otuz min qoşunu, qeyrəti var,

Nigaran olma gilən, səslə Əbülfəzl ağanı.

Otuz il Fatimənin oğlunu mövla çağırıb,

Demə aşiqləri imdadına bica çağırıb,

Təllin üstündə bunu Zeynəb-kübra çağırıb,

İşi müşküldə qalan, səslə Əbülfəzl ağanı.

Müşkül açan

Hüseynin ey rəşidü-bavəfası,

Ələmdarı, sipəhdarı, əxası.

Cahanda şöhrəti babül-həvaic,

Əlacı olmayan dərdin dəvası.

Sənin tək gəlməyib dünyaya qardaş,

Hüseynə can dedin, oldun fədası.

Əlinin qəhrəman oğlu Əbülfəzl,

Olan bu kəslərin müşkül goşası.

Hayanda zikr olunsa nami-pakın,

Behiştə bənzər ol bəzmin səfası.

Məhərrəmdi, hamı qara geyiblər,

Çıxar ərşə Hüseynin vay sədası.

Kimə dərdin desin bu ağlayanlar,

Təvəccüh et, səni Zəhra balası.

Qapından heç kimi rədd etməyibsən,

Bu cəmin vardı səndən iltiması.

Bizim də dərdimiz var, can Əbülfəzl,

Əzadarın sənə qurban, Əbülfəzl.

Qəməri-Bəni Haşimin zəban halı

Göz açdı gördü Əbulfəzl İmamı qan ağlayır,

Əli belində qalıb sərvəri ürək dağlayır.

Dedi sən ağlama mövla, ədüv baxar sevinər,

Yaralı qəlbim əxa, can verən zaman döyünər.

İcazə versən əgər düşməni utandıraram,

Dişimdə bu ələmi başına dolandıraram.

Xəcalət oldum əxa, birbəbir susuzluqdan,

Aparma şərm edirəm mən həyalı qızlardan.

Bu Şümrü mən tanıram xeyməgahı yandıracaq,

Bəlalı Zeynəbimi hər bəhanəyə vuracaq.

Cavabı imamın (ə)

Bu məşkini aparım xeymədə susuzlarıma

Nişan verim ələmi, məşki-abi qızlarıma.

Necə deyim bacıma qardaşımı doğradılar,

Necə bəyan eləyim sağ gözünü oxladılar?

Səkinə görsə əgər məşkini fəğan edəcək,

Ayaqyalın, baş açıq qətligahına gələcək.

Ayağa dur atam oğlu, qalıb belimədə əlim,

Düşəndə sən atın üstdən mənim də sındı belim.

Vəfalı qardaş idin, heyf ola süzüldü gözün,

Çıxıbdı can bədənindən, solubdu qanlı üzün.

Başına mən dolanım bağrıqan Əbülfəzlim,



Geri   İrəli
Go to TOP