A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Deyirəm yatıbdı bu gözlərin hələ seyri-aləm xab edər,

Gözünün yumulmağı ya oğul, mən binəvaya cavab edər,

Belə ki, yaman günə qalmışam məni bəlkə özgə hesab edər,

Görürəm göz açmısan, eylirəm bu qədər səmacət, oğul Əli!

Bu qoşun şəmatət edir mənə başın üstə çox oturanmıram,

Gülüşürlər ağlaya bilmirəm, sevinirlər başa vuranmıram,

Qabağımda düşmənim əl çalır, hələ mən ayağa duranmıram,

Nə belimdə tabi-qiyam var, nə dizimdə taqət, oğul Əli!

Nə rəvadı mən günə oxşadam üzün ey cavan mələk siyər,

Azalar şüaü-ziyası çun, günə hər göz eyləsə çox nəzər,

Vəli bu camala baxanda mən görürəm işıqlanır bəsər,

Gözümün ziyasını artırır belə bir məlahət, oğul Əli!

Məni nimə can eyləyib qəmin, bilirsən özün də bu nöktəni,

Görsən ki, gəlmir dizlərim, necə xeyməyə aparım səni,

Dur ayağa tut əlimi, Əli, sən özün xiyamə apar məni,

Qocalıq zamanıdı eylə öz atana himayət, oğul Əli!

Ərasati-həşridə ya Hüseyn, ata oğlunu itirən zaman,

Üzü qarə Münzəviyə məgər kim hay-hudə verər cinan,

Nə ola şahzadyəi-əzəmə o, zaman məni verəsən nişan,

Deyəsən o rusiyəhə gedib-qil, özün şəfaət oğul Əli!

İmam Hüseyn (ə) Zeynəbə zəban halı

Gəl Əkbərim boyandı qana Minada Zeynəb,

Bu parə-parə nəşin gətdim əbadə, Zeynəb!

Nəşin qum üstə tapdım, fikr et nə halə qaldım,

Düşdüm yerə süründüm, başın diz üstə aldım,

Hey səslədim oğul vay, nalə siphərə saldım,

Səs vermədi səsimə meydanda başa çaldım,

Qoydu məni oğulsuz bu şahzadə,Zeynəb!

Gördüm əmmaməsindən şəhla göz süzür qan,

Bildim vurublar yara başdan bu qovmi- üdvan,

Baxdım o başa vurdum başıma, etdim əfğan,

Gördüm qılınc yarasın çıxdı atam yadımdan,

Bu dərdə yandı qəlbim ondan ziyadə, Zeynəb!

Dəymişdi bəs ki, yarə bu qaməti-rəsayə,

Əzası parə-parə düşmüşdü bu Minayə,

İllət odur ki, nəşin bükdüm belə əbayə,

Uf ruzigarə, lənət bu ləşkəri cəfayə,

Düşdüm əcəb bəlayə bu Kərbəladə, Zeynəb!

Qana dönüb sirişkim qəlbim cərahətdən,

Bacı aman bu qövmün tənü şəmatətindən,

Çəkdikcə Əkbərimin ox sərü-qamətindən,

Mən ağladım bu ləşkər güldü şəqavətindən,

Heç olmadı mürüvvət qovmi-cəfadə, Zeynəb!

Mən höccətəm yer üzrə Xəllaqe Zülcəlalə,

Səbri-imamət ilə gör qalmışam nə halə,

Neylər bacısı baxsa bu məh-cəmalə,

Əkbər deyib ölüncə var həqqi etsə nalə,

Bacıya olma mane vəqti bukadə, Zeynəb!

Gəl gör çıxıbdı ruhu ya ki, gedib özündən,

Sil məcərinlə əvvəl qan laxtasın gözündən,

Dindir əgər danışsa sən agah ol sözündən,

Bacını səslə gəlsin öpsün qardaş üzündən,

Bundan sonra öpənməz nuki-cidadə, Zeynəb!

Qurbətdə guşə-girəm, çun Munzəvidir adım,

Daim sənə Hüseyn can, nohə yazar midadım,

Ətfalüvə əgərçe var şükrü-etiqadım,

Dünya keçər və lakin çox səxt olar məadım,

Tapşır mənə şəfaət etsin cəzadə, Zeynəb.

Hüseynin (ə) Zeynəbə Əli Əkbər üçün zəban halı

Doğrandı balam tapdı işim xatəmə, Zeynəb,

Dəvət eylə əhli-hərəmi matəmə, Zeynəb!

Səd oğlu Hüseyni necə gör qoydu müəttəl,

Baş açmağa, yas tutmağa ol sən özün gəl,

Aç qanlı əbanı ikimiz ağlayaq əvvəl,

Növrəstə cavan öldü, qocalmış ata qaldı,

Yumdu gözünü gözlərimin nurunu aldı,

Çaldı əl-ayaq can yetişib qanlı dodağa,

Mən ki, başı üstdən daha dura bilmirdim ayağa,

Öldü balam, Əbbas əmisi aldı qucağa,

Həsrətlə gözüm qalıbi bicana baxırdı,

Torpağa əbadan tökülən qana baxırdı.

Qurban kəsilər yoxdu sözüm kuhi-Minada,

Bu qədər cərahət görünüb hansı fədada,

Az yarəsi olsaydı gətirməzdim əbada,

Çoxdur yarası, heç birinin çarəsi yoxdu,

Başında olan yarəsi tək yarəsi yoxdu.

Bu qəmli xəbər xeymədə hər kimsəyə çatdı,

Pişvaza çıxıb əşgini xuni-delə qatdı,

Hər kəs yetişib qanlı əbaya Əlin atdı,

Ey vay Əli Əkbər səsi əflaka dayandı,

Tez huşa gəlib qəşş eləyən qızlar oyandı.

Güllər o pərişan çəmənə solmağa gəldi,

Ol- qanlı ürəklər yenə qan olmağa gəldi,

Su fikrini atdı hamı baş yolmağa gəldi,

Göz məşgini xunabilə doldurdu susuzlar,

Az qaldı müsibətdən özün öldürə qızlar.

Bəzisi o qan ilə dolan gözlərin öpdü,

Bəzisi dedi can, yaralı peykəri öpdü,

Bir xırdaca qız durdu onun əllərin öpdü,

Göz yaşlıların felinə, rəftarına baxdı,

Qanın götürüb əmməsi tək zülfünə yaxdı.

Əyləşmişdi övrət-uşaq qəlbi şikəstə,

Əbbasilə durmuşdu cavanlar ayaq üstə,

Oxşardı o növrəstə gülü hər iki dəstə,

Bir dəstə ayaq üstə deyirdi Əli eyvay,

Fövrən oturanlar da deyirdi ona lay-lay.

Çox şiddətlə ağladı Əbbasi-vəfadar,

Guya dilə gəldi eylədi bu sözü izhar,

Almağa sənin qanını şəmşirim, əlim var,

Bu eşqdəyəm dərdinə dərmanım olaydı,

Qardaşlarımla Əli,qurbanın olaydım.

Qasim də dilə gəldi axan göz yaşı üzdə,

Ayrılmağın imkanı yoxdur dedi bizdə,

Biz bahəm olaydıq gərək indi ikimizdə,

Sənsiz mənim aləmdə Əli, həmdəmim olmaz,

Amma sənilə yan-yana yatsam, qəmim olmaz.

Hüseynin Əli-Əkbərə zəban halı

Qan yaxılıb əllərinə şəhidim, şəhidim,

Noldu şirin dillərinə şəhidim şəhidim,

Ömrünü xəncər yetirib təmamə,təmamə,

Parçalanəb başda yaşıl əmamə,əmamə,

Dur səni Əkbər, aparım xiyamə,xiyamə,

Ağlaya nisgillərinə şəhidim,şəhidim.

Xaliqi-aləm özüdür güvahım,güvahım,

Rəhmət idi düşmənə hər nigahım,nigahım,

Haqq demişəm fateh olar sipahım, sipahım,

And ola kaküllərinə şəhidim,şəhidim.

Səf çəkən ətrafıma ox vurandı,vurandı,

Əşgim əli surətimə rəvandı,rəvandı,

Qanına meydanda üzüm boyandı,boyandı,

Yatma gedək ellərinə şəhidim,şəhidim.

Vay bala cismində varın cərahət, cərahət,

Düşməni-xunxar eləyib ədavət, ədavət,

Saldı səni Hüseyn yola səlamət, səlamət,

Şanə vurub tellərinə, şəhidim, şəhidim.

Qan verir ey hökmi-Xuda fədası, fədası,

Peykərinin torpağa hər yarası, yarası,

Gəldi anam Fatimənin sədası, sədası,

Ağlamışam güllərinə, şəhidim, şəhidim.

Verdi sənə tirü Sinan əziyyət, əziyyət,

Oldu nəsibin gözəlim şəhadət, şəhadət,

Ey gülü-əhmər yetişib müsibət, müsibət,

Qəmzədə bülbüllərnə, şəhidim, şəhidim.

Cəddimə bənzərdi gözəl camalın, camalın,

Mərdümi heyran elədi kamalın, kamalın,

Yandırır indi hamını məlalın, məlalın,

Uf ola qatillərinə, şəhidim, şəhidim.

Cameyi-ənduhü-qəmə büründüm, büründüm,

Yeddi qədəm peykərinə süründüm, süründüm,

Başın üstündə gəlib göründüm, göründüm,

Yandı ürək qəmlərinə şəhidim, şəhidim.

Yarəni gördüm ki, üzüm saraldı, saraldı,

Qəlbidə ənduhü-qəmim çoxaldı, çoxaldı,

Gözlərimin nuru oğul azaldı, azaldı,

Ağladı müşküllərinə, şəhidim, şəhidim.

Bayatı

Nə qədər Əkbərim sağıydı, Zeynəb,

Bağım səfalı bir bağ idi, Zeynəb,

Yıxammazdı ox məni qumlar üstə,

Məni yıxan onun dağıydı, Zeynəb.

Həzrət Qasimin (ə)zəban halı cuşi

Gəl dadə, yetib başə əcəlim, can üstəyəm, ey cananım əmi,

Gəl surətini qoy bir də görüm, qurban gözünə bu canım, əmi.

Üç yaşımda mən qaldım atasız, Yəsribdə mənə sən oldun ata,

Qardaş balasın, haşa əmisi bir ləhzə əmican gözdən ata,

Sən olma riza xun delini, göz yaşə balın həsrətlə qata,

Gəl qoy qədəmin bir an başıma, yetə peymanım, əmi.

Almış əlinə üryan qılıncın, kəssin başımı cəlladi-dəğa,

Qanlı gözümü qoyma nigaran imdadıma gəl, qurban adına,

Mən müntəzirəm lütf eylə sən, bu qanə batan ləblərdə dua,

Xaki-qədəmin xeymündə öpəm, olmadı mənim imkanım, əmi.

Bir yarəli təhyu tək yıxılıb, bu qanlı Minada qəmli balan,

Səyyadə düçar oldu əmican, bu dəşti bəladə qəmli balan,

Ney misli Nəva eylir bilisən, bu dərdə fətadə qəmli balan,

Hicrində sənin ərşə ucalıb hər ləhzə mənim əfğanım, əmi.

Can üstə görüb bikəs balasın, qətlayə babam tahada gəlib,

Alsın dizinə qanlı başımı mənada anam Zəhra da gəlib.

Məzlum atam ilə cəddim Əli bu qətligaha imdada gəlib,

Gəl pənctəni təkmil eylə sən, ümidim əmi, cananım əmi,

Gəl şəhdü-şəhadət nuş edirəm, xoşdur görünə məhbuba həbib,

Hicrana özün yaxşı bilirsən, bir ləhzə də, əmi, yox məndə şəkib,

Balinimə sən qoysan qədəmin,qurbanınam ey ruhani təbib,

Rahat verirəm cananıma can, çün həsinin olar dərmanım, əmi.

Açdım eylə ki dünyaya gözüm, can vəqfi-rəhi-Quran elədim,

Birdən on üç il bu saətə, mən qəlb evini alqan elədim,

Peymanə vəsli meyl eləyib, peymanımı mən payan elədim,

Təlx oldu mənim əvvəldə günüm, şirintərimiş payanım əmi.

Əmisi Hüseynə (ə) xitabı

Ey atamdan mehriban,ey qəmgüsarım gəl, əmi,

Düşmüşəm meydani-qəmdə tacidarım gəl, əmi.

Eşqinin sərgəştəsi vəsl aləmi mədhuş olur,

Gəlməsən tiri-fəraqə qəlbi-zarım tuş olur,

Qıl qədəm rəncə çıraği Müctəba xamuş olur,

Ver şərəf qurbanə artsın iftixarım, gəl, əmi.

Sən xəlili-eşqisən bu yer Minayi-eşqidir,

Yarə xatir yaralanmaq xoş səfayi-eşqidir,

Olsa məqbul Xuda Qasim fədayi-eşqidir,

Xəncər altda nami-canandır şüarım gəl, əmi.

Ey Süleyman, qüssədən gəl xatirim azad ola,

Murəbi miqdarə bax qəmli könül ta şad ola,

Əkbərə qoşdun məni-zari evin abad ola,

Gözlərim qurban çoxaltdın etibarım, gəl, əmi.

Yaxşı bəhrə verdi bu az ömrünün sərmayəsi,

Başıma üç sinnidən düşdü səadət sayəsi,

Bəxtə bax öldüm əmoğlum Əkbərin həmpayəsi,

Şənimi artır bu saət şəhpərim, gəl, əmi.

Fikr qılma gəlməyindən ərzi-hacətdir nəzər,

Olsa zəhmətdə mənə əxzi-səadətdir nəzər,

Məqdəmin bus eyləmək birdə ziyarətdir nəzər,

Candı payəndazi-məqdəm əldə varım, gəl, əmi,

Qatilim namərdidir, yoxdur ümidim bir kəsə,

Zülmidə təcil edirsən gəlməmiş başım kəsə,

Ömrümün gülzarına az qaldı badi-qəm əsə,

Az qalır dönsün xəzanə növbəharım, gəl, əmi.

Halıma yox bir kəsim səndən sora sən tək yana,

Bu yanar oddan özün gəl Qasimi çək bir yana,

Xeyməmə həml eyləsən qoy Əkbər ilə yana- yana,

Çün olub onuyla mənim gəştü-güzarım, gəl, əmi.

Lütf edib gəlsən bu saət başım üstə məqtələ,

Gözləri aydın görürsən, var çətin bir mərhələ,

Düşmənimdə yox mürüvvət kakilim almış ələ,

Suzi-ahımdan əyandır hali-zarim, gəl,əmi.

Mən yetiməm, xahişim salma yerə etmə məlul,

Başım üstə baş açıblar Murtəza ilə Bətul,

Sən buyursan Müctəba qurbanlığa oldu qəbul,

Səd bərabər artırar şəni-vüqarım, gəl, əmi.

Son nəfəsdə cani-Əsğər qalmayıb məndə şəkib,

Mərhəmət eylə mənə didarın olsun bir nəsib,

Aşiqəm mən, dərdimin dərmanı sənsən ey təbib,

Yoxsa bu müşgül, sənlə nə karım, gəl, əmi.

Səkinə anası Rübabə xitab

Durub Səkinə ağladı qucaqladı anasını

Dedi az ağla dərdinin gəzim tapım dəvasını,

Çıxıb oturdu xeymənin dəriçəsində didəmər,

Gözün silərdi dəmbədəm edərdi yollara nəzər,

Qaraltıdan zühur edib başında xonça bir nəfər,

Əşayiri salam ilə neşan virib vəfasını.

Qoyubdu xonçanı yerə öpübdü Zeynəbin əlin,

Dedi oyat qəza yesin bənati-xətmi mürsəlin,

Danışdı macərasının həm axırin həm əvvəlin,

Edibdi vəsf o gordüyü yaralının nümasını.

Verib qüzarişin çıxıb gedəndə xeymə-gahidən,

Görüb ki, bir çadır qurub Səkinə dudi-ahidən,

Yol üstə əyləşib axır sirişgi ruyi mahidən,

Əyildi öz balası tək öpüb Hüseyn balasını.

Dedi yemək gətirmişəm gər olsa meylü-rəğbətin,

Cavab verdi bir şərt ilə qəbulidir bu xidmətin,

Varımdı bircə xahişim yetişsə dəsti-himmətin,

Anam Rübab qəlbinin sağaldasan yarasını.

Dedi kiminə külfətin gərək nə xidmət eyləyə,

Buyurdu sürətilə sən özün yetir qəbiləyə,

Qəbilədən bir ac yatan uşaq gətir bu xeyməyə,

Anam Rübab əmizdirə öz oğlunun qəzasını.

Dedim xanım, xəcalətəm xəcil gedən gələnməyib,

Xəyal etmə külfətin sifarişin bəyənməyib,

Günortadan qəbilənin uşaqları süd əmməyib,

Süd ilə şirxarələr kəsibdi etinasını.

Nə vardı bilmirəm göyün tutub əza ay- ulduzu,

Nə var bu gün dönüb suyun dadı qəzaların duzu,

Uşaq ki, səhlidir hələ süd əmməyib qoyun-quzu,

Quzuları mələr qoyan mələr qoyub anasını.

İkinci müşkülüm budur əgər tapılsa südəmər,

Rübabə baxma hər ana baladan əl çəkər məgər,

İməkləyən balanı gör gecəylə kim qonaq verər,

Ki, sinə-pərvər eyləyib hərə öz aşnasını.

İmamın Əli Əsğərə zəban halı

Qoymaram məzarə Əsğər, səni ta qiyamət olsun,

Boğazın biçildi bari, bədənin səlamət olsun.

Bilirəm əgər bu çöldə səni qoysam məzarə,

At ayağı altda nəşün olar onda parə-parə,

Vurular başın cidayə, yıxılar evim dübarə,

Deyiləm riza ərəbdə belə bidət adət olsun.

Ox atan görüm şil olsun, bu qədər şəqavət olmaz,

Hədəf eyləyib boğazın belə bir ədavət olmaz,

Boğazındakı yaran tək görürəm cərahət olmaz,

Necə tab edim, nə növi ürəyimdə taqət olsun.

Sənilən gərək qoyam mən o qədər dodaq-dodağə,

Tökülə sirişgi çeşmim sönə atəşi-əlaqə,

O qədər öpəm gərək dil yetə hədd iştiyaqə,

Mənə şəhdi-nab məqsəd anana niyabət olsun.

Şühədadan olsun Əsğər, gərək ali imtiyazın,

Odur eylərəm ziyarət, öpərəm bu gül boğazın,

Qoyaram yerə cənazən, qılaram özüm namazın,

Sənə imtiyazi-ali, mənə də ibadət olsun.

Qoyacaqlar dəfn edəndə səni sinəmə dübarə,

Sənilə gərək yetəm mən şərəfi-hüzuri yarə,

Əlim üstə mən aparam səni məclisi-nigarə,

Gərək aşiqin əlində güli ba təravət olsun.

Xoş olar təfaxür eylər analar oğul sözündən,

Danışmadın sən ananın iraq gözündən,

Səni görsə mən görən tək gedər onda o özündən,

Odu qorxuram qəmindən anana həlakət olsun.

Ananı məzəmmət etmə xətti-qəm çəkib nişanə,

Üzünü xəraş edərdin qoyub əllərin qəmatə,

Dolaşıb qəmati-bəndi səni eyləyib əhatə,

Əl-ayaq çalanmısan ta sənə mərg rahət olsun,

Dəmi-həşr olanda nəşin əlim üstə saxlaram mən,

Qanının bahasın allam, hamını bağışlaram mən,

Sənə hər kim ağlayıbdır gərək onda axtaram mən,

Olara bu pak qanın səbəbi şəfaət olsun.

Əli Əsğər, ey mübarək adı zeyni-bəzmi-matəm,

Vey olan gedayi-dərğəh sənə xosrovani-aləm,

Mən Münzəvidən etmə nəzərü-təvəccühün kəm,

Ki, bir az sözümdə ruhü-nəmək fəsahət olsun.

Anası Rübab

Susuzdan saralan gül Əli kim dərdi səni?

Niyə dərdi, niyə bəs üstümə göndərdi səni?

Güldə xəbəridi əgər dərdi niyə saxlamadı,

Üstümə yollayacaqmış niyə saf yollamadı,

Gördü rəngin saralıb xoşlamadı parçaladı,

Etdi məndən də özündən də əməl gərdi səni.

Rənginə, ətrinə xatirdi gülün müştərisi,

Ox biçib soldu Rübabın gül nilufərisi,

Sağ-sola parçalanıb öpdüyüm hülqün dərisi,

Bu hala qoydu südün dərdi, suyun dərdi səni.

Bağbanın suya satdı qanını Hərmələyə,

Şərti fəsxi yox idi istəməyən də bilə,

Pərpər olmuş gülü gətdi verə yorğun ləliyə,

Eylə yorğun xəllinin gözləri gözlərdi səni.

Gülü güldanda əkərlər verilər su o gülə,

Tutsa da tutmasa da rəsmidi yarpaq tökülə,

Altı aylıq gülidin Hərmələ döndərdi gülə,

Hər kəs olsaydı doyunca öpüb iylərdi səni.

Şəhri-Yəsrib becərən həzrəti-Taha gülüsən,

Qürbi-vəhdətdə solan rəbiyül-əla gülüsən,

Sən Hüseynin gülü, Zeynəb gülü, Zəhra gülüsən,

Ömrü zay olmuş anan sinədə bəslərdi səni.

Altı aylıq gülə ox üç, hər ox atan sinni də şəst,

Bildi hülqi gölu Zəhra dilinə etdi neşəst,

Ox biçəndə boğazı qoldan Hüseyn oldu şikəst,

Yaralanmış qola gül bərk elədi sərdi səni.

Suya qarğışçıdı müstəqbəlü-halü-mazi,

Nə südüm oldu, nə su oldu ölməyə razı,

Qələmin üç pər etmişdi Şüreyhi qazi,

Öldürən Hərmələ yox,qaziyi ləşkərdi səni.

İkini bir edib üç şöbəli peykan yarası,

Atdı fəvvarə kimi qan guya hülqün çalası,

Yaralı deyər səyilə həzrət Zəhra balası,

Can verəndə necə bəs qibləyə döndərdi səni.

Yalvarıram Əli qurbanın olum az cabala,

Yatmadın nə beşikdə, nə qucağımda bala,

Zindəginin şəhdidi gətdi zəhri qatdı bala,

Məni öldürmək üçün xeyməyə qaytardı səni.

Damara gərək baxıb qan ala mahir qan alan,

Almaz üç şöbəli peykanilə cani-can alan,

Bala Allahdır deyirlər şühədadan can alan,

O Hüseyn-dəndə Rübabdanda çox istərdi səni.

Yandım Allah balamı yandıranı yandırasan,

Qönçəmi qırdı mənim, rişəyi ömrüm qırasan,

Qəlbimə doldurub od, qəbrinə od qoldurasan,

Bizə Qurandı din-xaliqi Əkbərdi səni.

Fələyin ki, bu qədər sabitü-səyyari var,

Ondan artıq ürəyimdə balamın yarəsi var,

Gördülər Fatimənin sən kimi məh parəsi var,

Gözilə oxladılar ləşkərin hər fərdi səni.

Sən ki, üç mərtəbə verdin Əli, dünyaya təlaq,

Ayrılanda dedim üç şöbəli oxdan gəz uzaq,

Gedisən babül-həvaic bala, Zəhraya qonaq,

Saxlayan sinədə Zəhrayi-mütəhhərdi səni.

Getdi qəm çəkdi yaxandan Əli, dünya əlini,

Qəmlərin qaldı çəkər həzrət Zəhra gəlini,

Nə gedərsən su dalıyca, nə qə hülqün dilini,

Qorxma sirab eliyən saqiyi-kövsərdi səni.

Raci, nökərlik adın sən haçan qoyubsan özünə,

Necə nökər sən ola, daş başına, kül gözünə,

Yövmi-məhşərdə sözün var baxalar ta sözünə,

Şayəd oddan çəkə bilsə Əli Əsğərdi səni.

Oxşama

Oğul Əli, qəlbi qəmlə sıxaram,

Qatil evin ahım ilə yıxaram,

Doyunca ağlayammadım bu çöldə,

Əvəzini Mədinədə çıxaram.

Dərk etmədim işarəni doyunca,

Oxşamadım ox yarəni doyunca,

Dilsiz getdin sənə dil öyrətmədim,

Tərpətmədim gəhvarəni doyunca.

Könlüm istər sınan könlüm alan gəl,

Səhni-sərada qoyma tək qalam, gəl,

Üzü gülüş alanı səhər tək aydın,

Dodaqları baldan şirin balam, gəl.

Oxşama

1

Qəm yeli əsər gedər,

Səbrimi kəsər gedər,

Hansı südəmər bala,

Anadan küsər gedər.

2

Göz yaşım rəvanədi,

Üzdə danə-danədi,

Köynəyin bu sinədə,

Həşrədək nişanədi.

3

Qanına batan Əli,

Məqsədə çatan Əli,

Nənəni ağlar qoyub,

Qəbridə yatan Əli.

Oxşama

1

Sənə nolubdu balam,

Rəngin solubdu balam,

Oyan bir dur yuxudan,

Döşüm dolubdu balam.

2

Laylay balam, can balam,

Mən sənə qurban, balam,

Sən ağlayanda,oğul,

Gözüm ağlar qan, balam.

3

Balamı tanıram mən,

Hər sözün qanıram mən,

Yuxuda ah çəkəndə,

Od tutub yanıram mən.

İmam Hüseynin (ə) zəban halı

Üz tutub nəhri-Fərat üstə dedi gəl, qardaş,

İndi Əbbas, uzun qolların hacətdi mənə. Aparıb qan əlim üstündə bu dilsiz balanı,

Lazım hər vəqtidə əs-saə himayətdi mənə.

Mən xəcalət zədəyəm xeyməyə qardaş, sən apar,

Sənin olmağın əqəllən, yenə qüvvətdi mənə.

Yeddi qardaş səsi mənada gözəl qardaşına,

Bədəni titrədi, ərz etdi səsin çatdı mənə.

Əlin üstündə balan aləmi yandırma, Hüseyn,

Hər qəmindən ağır əs-saə bu möhnətdi mənə.

Yox əlim yarəli yorğun balanı əldən alam,

Belə fikr etmə Hüseyn, zərrə əziyyətdi mənə.

Yaralı sinəmin üstə qoy Əli Əsğərini,

Oğluna həmdəm olum indi ki, fürsətdi mənə.

Bəlkə əfv eyləyə şərməndə Əbəlfəzlia,

Yoxsa hər bir baxışı şərmü-həlakətdi mənə.

Rübabın zəban halı

Qəlb odun etmir xamuş mənim ağlamağım,

Qüssəmi ya ki,azaltmaz bu ürək dağlamağım.

Mənə çox nisgil olub əllərini bağlamağım,

Razıyam sən məni xidmətdə gəlib saxlayasan,

İxtiyarında qoyam sinəmi dırnaqlayasan.

Sübhəcək mən oyaqdım Əli uzlduzlar ilə,

Baş-başa vermişdim oğlum, oğulsuzlar ilə, Boyunu oxşamışam mən atasız qızlar ilə,

Yandıqca qəmivə qəlbi Rübabın alışıb,

Yatmayıb,Hərmələnin üç pər oxundan danışıb.

İmam Hüseynin (ə) zəban halı

Ağlama Əli, saxla naləni ruzi-məhşərə, ey bizəban oğul,

Zəhərli oxa tab edənməzsən, eyləyib səni natəvan,oğul.

Əlləri şil olsun o zalımın, oxladı qucağımda hülqüni,

Çox cəsarətlə dil açmamış, Hərmələ sənin kəsdi nitqini

Halına neçə baxəbər edim madərin Əli Zeynəb əmməni

Gözlyəir səni xeyməgahidə indi madəri- mehriban, oğul.

Yoxdu bir kəsim nəşini ala bu qana bələnmiş qucağımdan,

Mən səni səlamət gətirmişəm bu məkana Əsğər xiyamidən,

Getmərəm xiyamə, yanır ürək, olmuşam xəcalət Rübabidən,

Yandırır sənin nisgilin məni, eyləmə əninü-əfğan, oğul.

Sinə Rübab bəlakeşə virdi-vəsli ümidi saçmadın,

Od vurar deli-por şərarimə, çun ana deyib bir dil açmadın,

Xırdaca uşaqlar kimi Əli, sən mənim qabağımda qaçmadın,

Biçdi hülqünü Hərmələ atan tiri-üç pər cansitan oğul.

Şahi-Kərbəla o zaman durub xəstə halilə yetdi xeyməyə,

Əllərində Əsğər cənazəsi səs gəlib Hüseyn, getmə xeyməyə,

Qaytar öz əlinlə məzar qaz poşti-xeymədə, fovri dəfn elə,

Görsə Əsğərin binəva Rübab səsləyər deyər dildə can oğul.

İmamın zəban halı

Zeynəbim, gəl al əlimdən təşnə ləb qurbanı gətdim,

Əllərin üstündə indi Əsğəri-peykani gətdim.

Qızıl qana batdı - oxa gəldi yatdı.

Dilsizim gördüm ətəşdir, istədim su əhriməndən,

Su içib aram ola şayəd dedim rəncü mühəndən,

Hərmələ şərm etmədi amma nə xaliqdən nə məndən,

Üç pər ox saldı nəfəsdən, ahuyi-Zəhranı gətdim.

Ox dəyib diksindi fövrən gözlərin açdı sitarəm,

Bir oxa etdi təbəssüm, bir mənə baxdı həzarəm,

Söylədim yat dincəl oğlum, dərdinə yox ayrı çarəm,

Südəmər qurbanımın çıxdı əlimdə canı, gətdim.

Zəhməti-eşqə dözüb mən etmədim haşa gilayə,

Eylədim töhfə tədarük sahəti-qüdsi-Xudayə,

Qanını ucumda tutdum şövqilə səpdim səmayə,

Şirixarın qanı oldu eşqivin bürhanı gətdim.

Oxşama

Mən Rübabəm, xanım Zəhra gəlini,

Dağıtdılar evimin get-gəlini,

Mən bilsyədim Əsğərim oxlanacaq,

Axır gecə bağlamazdım əlini.

Mən Rübabəm, taqətimi almayın,

Quzu qurbanımı yada salmayın,

Ey xanımlar bari bizə gələndə,

Qucağıza körpə uşaq almayın.

Mən Rübabəm, dərdim ələn olmadı,

Başıma nə bəla gəldi bilən olmadı,

Şami-qəriban axşamı su içdim,

Döşümə süd gəldi əmən olmadı.

Ulduzum axdı getdi.

Qəlbimi yaxdı getdi,

Əsğərim ayrılanda,

Həsrətlə baxdı getdi.

Lay-lay gülüm ağlama,

Ürəyimi dağlama,

Yat anan qurban sənə,

Qılbimi çox dağlama,

Mən açmaram bu başımdan qarəni,

Bağlamadım peykan biçən yarəni,

Dayıların bir gün gəldi vətənə,

Tanımadı oğlu ölən nəni.

Rübabın zəban halı

Səni etdi bu zəmanə oxun aşinası,lay-lay,

Bilirəm çox incidibdir boğazın yarası,lay-lay.

Bu gecə səhər olunca vay oğul demək mənimdi,

Qara torpaq üstü oğlum, mənim indi məskənimdi,

Mənə qaldı qanlı qundaq ki, nişani-gülşənimdi,

Əli,sənlə getdi oğlum oynayan səfası, lay-lay.

Yorular qoşa şəbihim qəm əlində dil şikəstə,

Bu kəmənd cəm edibdir quru canı bəndə bəstə,

Necə bu fələk balanı həm ananı etdi xəstə,

Ucalıb xeymədə Əsğər ananın nəvası, lay-lay.

Balası yanında ahu mələşir gecə zamanı,

İraq oxçular gözündən dolanır bu Kərbəlanı,

Üzü gülməsin cahanda sənə üç pər ox atanı,

Qoy axan sirişkim olsun yaranın dəvası,lay-lay.

Əli, bu anan vətəndə dəxi kölgə yerdə qalmaz,

Əlinə sərin su camın sənə xatir oğlum, almaz,

Dəxi bir də şali qırmız başına ölüncə salmaz,

Biləyin qanı olubdur başımın hənası, lay-lay.

İmamın zəban halı

Qan ağlayan ox halına şeş mahə sərbazım bala,

Ey şahzadə Əsğərim, novrəstə canbazım bala. ²

Sənsiz tükəndi taqətim səbrü-qərarım, ey oğul,

Ey bülbüli-baği-irəm ahu maralım, ey oğul,

Dil açmamış oldun Əli nizə yaralım, ey oğul,

Lay-lay deyəndə söylərəm şeş mahə canbazım bala.²

Çox nisgil oldu madərə boş beşiyə lay-lay çala,

Bu qövmi-kinəcu səni gör nə salıb yaman hala,

Qorxum budur düşmən bizi bundan da bəd hala sala,

Rəhm et anan bi yavərə şeş-mahə sərbazım, bala.

Ağlar qalıb Zeynəb bibin cahü-cəlalı neylirəm,

Rəşə salıbsan halıma artıq məlalı neylirəm,

Bilməm nədən oldun oğul başı bəlali neylirəm,

Gələm belə dərdü-dilə şeş mahə sərbazım bala.

Gülzari-madərdən Əli, bilməm nədən döndün bala,

Oxladı hülqün Hərmələ qundağidən çöndün, bala,

Sən məşəli-purnuridin, nə oldu sən söndün bala,

Bağrımı etdin ləxtə qan şeş mahə sərbazım bala.

Rübabın zəban halı

Nazlı dilbərim lay-lay,mahi-müntəzirim lay-lay,

Oxlanan su üstündə dilsiz Əsğərim lay-lay².

Üç gecə gündüz ətşan qaldın, ey günü qarə,

Dırnağın yeri qalmış, etdi sinəmi yarə,

Əfv eylə məni oğlum, tapmadım sənə çarə,

Şahidim bu əhvalına həyyi-davərim,lay-lay².

Mən sənə oğul, lay-lay nə ümidilən çaldım,

Gülmədi üzüm əfsus, qara günlərə qaldım,

Ölmədim səni ətşan xeymədən yola saldım,

Sən gedən yola həsrət baxdı gözlərim, lay-lay².

Haqq yolunda can verdin caninə nənən qurban,

Əkbər ilə həm payə şəninə nənən qurban,

Su kimi axan qanə, caninə nənən qurban,

Gül kimin solan rəngi, qonçətərim lay-lay².



Geri   İrəli
Go to TOP