A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ucaboy qəhrəman sərdarım öldü,

Çıxar naləm səmaya, ya Mühəmməd (s)!

Bu çöldə şir-xarım oxlanıbdır,

Cavanlarım sitəmlə doğranıbdır,

Təmamən xeyməgahım odlanıbdır,

Xəbər ver Mürtəzaya, ya Mühəmməd (s)!

Mənim tək bir bacı gəlməz cəhana,

Ölüb qardaşlarım gəlsən fəğana,

Bizi gözdən necə saldı zəmana,

Gəlib yer-göy nəvaya, ya Mühəmməd (s)

Aşura gecəsi

Xeymələrdə qurulub məhşəri-kübra bu gecə,

Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə.

Yarü ənsari-Hüseyn razü niyaz üstədilər,

Bu gecə möhlət axirdi namaz üstədilər,

Vəsl vəqti yetişib suzi-güdaz üstədilər,

Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə,

Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn,

Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn,

Taqəti can aparıb nəğmeyi-Quran Hüseyn,

Əcəba olmadı viran hamı dünya bu gecə.

Əlləri üstə alıb Əsğəri biçarə Rübab,

Yandıran sözlərilən aləmi eylərdi kəbab,

Xanə səbrimi ahın ilə dedi etmə xərab,

Nə südüm var nə suyum,neyləyim bu gecə.

Nehzətin lazımı olmuş batasan qanə gərək,

Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək,

Baği-cənnətdə gözləyər yolunu huru mələk,

Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə.

Badə nuşan ələstin ürəyi vəslə əsir,

Dərk edə məhzəri-cananı ürəklər tələsir,

Zeynəbin çarəsin əldən səhərin fikri kəsir,

Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə.

Kim səhər peykəri üryanə əza saxlayacaq,

Kim o üryan bədəni görcək ürək dağlayacaq,

Qoyun asudə yata, Zeynəb ona ağlayacaq,

Yetəcək başa onun izzəti guya bu gecə.

Aşura gecəsi (nohə)

Su yox bu gecə bağlanıb əfğanə hərəmlər,

Əllərdə ətəşdən saralıb südəmər Əsğər,

Ətşandı uşaqlar, suzandı dodaqlar.

Əl sinədə qızlar oturub xəmidə nalan,

Ətrafı gəzəllər balalar didəsi giryan,

Səqqaya tutub üz hamı göz yaşlı pərişan,

Yəni dönüb al-qanə hərarətdən o ürəklər,

Ətşandı uşaqlar, suzandı dodaqlar.

Qəlb-hərəmi qan elədi dərdi-Səkinə,

Gülşənləri viran elədi dərdi-Səkinə,

Zəhranı pərişan elədi dərdi-Səkinə,

Əl başda xanım qaçdı bəlalı çölə yeksər,

Ətşandı uşaqlar, suzandı dodaqlar.

Əsğər biləyi əlləri üstündə dolandı,

Tökdü üzünə əşkini alqana boyandı,

Zəhra, gəlinin qönçəsi zülmilə talandı,

Dəst sinəm eylib gül gülzarını pər-pər,

Ətşandı uşaqlar,suzandı dodaqlar.

Zeynəb ürəyin mənzərə qəm dilə gətdi,

Qəmli analar qəlbini durdu ələ gətdi,

Bir ah çəkib ərş üzünə zəlzələ gətdi,

Bu qəmdə gəlib naləvü-əfğanə mələklər,

Ətşandı uşaqlar, suzandı dodaqlar.

Kərbəlayə daxil olmaq (nohə)

Bax bu Neynəva necə basəfadı, Zeynəbim,

Çox bəlası var, adı Kərbəladı, Zeynəbim,

Kəbədən şərəflidir bu məkani-xoş-nüma,

Zəmzəmi Fəratidir təlli rövzətüs-səfa,

Məskənimdi bu məkan çox deyərdi Müstəfa (s),

Bu çuxur yeri mənə aşinadı, Zeynəbim.

Burda qan olar mənim zülmilə dodaqlarım,

Şümrə dəstgir olar mehriban uşaqlarım,

Qəbrimə ziyarətə hey gələr qonaqlarım,

Gərçi indi zahirən qəmi fəzadı, Zeynəbim.

Bax o xeyməmin yeri bu səfa bu məşəri,

Bu Mina bu Mərvəsi, bu həmimunun yeri,

Burdan həml edərəm xeyməgahə Əkbəri,

Haqq yolunda Əkbərim çun fədadi, Zeynəbim.

Baxmarıq zaridir şurə zarü-bi səmər,

Burda nəxli din verər şax və bərg və barübər,

Tutiyayi çeşm edər torpağın fereştələr,

Rigi zərdi-torpağı kimyadı, Zeynəbim.

Qanilə bu dəşt qəm sürx bir qəba geyər,

Məhərrəm ola burda kim əyninə qəra geyər,

Burda ali-Müstəfa cameyi əza geyər,

Burda nohə deyənlər biriyadı,Zeynəbim.

Əlli yeddi il gəzib şahrahi eşqidə,

Tapdım öz məzarımı bu nigahi eşqidə,

Mən gərək yatam bacı qətligahi eşqidə,

Mədfəni Hüseyninin gör haradı Zeynəbim.

Bax o nəhrə,görüncə mövc edər bu çöldə ab,

Yeddi gün keçər dönər ab olar bizə sərab,

Oğlu can verər susuz, halına yanar Rübab,

Oddu bu su, mərkəzi-ibtiladı,Zeynəbim.

Baxma nəxli zarə sən olma zaridil qəmin,

Orda düşmənani-həqq eləyir, bacı, kəmin,

Orda qardaşım alar sinə-sinə pərçəmin,

Məşki oxlanar, böyük macəradı,Zeynəbim.

Mən düşəndə torpağa ey insiyəyi- mühən,

Yer edəndə zəlzələ təllidən enəndə sən,

Şümrü sinəmə çıxar qana qərq olanda mən,

Səbri pişə eyləsin, çox becadı, Zeynəbim,

Başım üstünə gələr onda xeyrətün-nisa,

Başını açıb edər ney kimi anam nəva,

Sən dayan vüqar ilə üz verəndə hər bəla,

Bibəla deyil,bura Kərbəladı, Zeynəbim.

Mən gərək təqaiyə lütf edəm bu illətə

Ərz hacət eyləyib babi-rəhm və hacətə

Qoymaram yana onu nari fəqr və həsrətə

Çün bu nökərim mənim biriyadı, Zeynəbim.

Aşura gecəsi

Kərbəlanın bürkü tutub havasın,

Duman alıb nəxillərin arasın,

Yer geyinib təbiətin qarasın,

Axşam olub on gecəlik ay çıxıb,

Uşaqların ürəklərin qəm sıxıb.

Bir tərəfdən qumrilərin nəğməsi,

Bir tərəfdən axar suyun xoş səsi,

Cəzb eləyir mənzərələr hər kəsi,

Göydə çeşmək vurur gözəl ulduzlar,

Su axtarır əziz-girami qızlar.

Xeymələrin işıq vermir məşəli,

Yerdən göyə bir nur olur müncəli,

Xütbə oxur yerdə delbənd Əli,

Ölməliyəm deyir bari siz gedin,

Qaranlıqda bu ərsəni tərk edin.

Qardaşım,ey gözlərimin ziyası,

De hər kəsin var bu çöldə anası,

Qafilədə gəlib kimin balası,

Məhləkədən canlarını qurtarsın,

Qonaqlıqda ayrı yerə aparsın.

Agah olun bu gün gələn qonaqlar,

Səhər sınar bu səhrada budaqlar,

Əsir olar burda qalan uşaqlar,

Gedin, gedin Allah mənim kəsimdir,

Bir öz başım,bir südəmər bəsimdir.

Gedən gedib qalan tapıb imtiyaz,

Xeymələrdə başlandı razü-niyaz,

Sübhə kimi çoxu qılardı namaz,

Qəm riştəsin çərx dəni toxurdu,

Sübhə kimi Əkbər Quran oxurdu.

Hərdəm deyir ay Yəsribin maralı,

Fələk səni məndən salar aralı,

Görsə səhər sənin anan yaralı,

Qəm çölündə qəmdən qəlbi sıxılar,

Oğlum ölsə mənim evim yıxılar.

Hər kim görür xeyməsində RübabıI,

Qəlbində qalmayır bir ləhzə tabı,

Vərəqləyir xeymədə qəm kitabı,

Qan-yaş tökür oğul vay deyə-deyə,

Südəmərin döndəribdir qibləyə,

Belə deyir şərməndəyəm, Əsğərim,

Qalıb bu gün döşlərimdə əllərim,

Yoxdu çarəm axır sirşik tərim,

Südsüz uşaq yatıb məgər dincələr,

Gözəl balam,nəfəsindən od gələr.

Sonbeşiyim, gözəl balam ay balam,

Oldu mənim arzularım zay, balam,

Allah verdi səni mənə pay, balam,

Qəmlər oxu ürəyimə toxunur,

Can verənin gözlərindən oxunur.

Can verirsən ürəyimi dağlaram,

Biləyində əllərini bağlaram,

Susuz bala sənə baxıb ağlaram,

Ümidim gəlmyəir bir şirbə suya,

Üzüm gəlmir gedib deyim əminə.

Göz yaşımı üzarimə ələrəm,

Ürəyimi qəm oxuyla dələrəm,

Qundağını gəh açıb gəh bələrəm,

Gül alnına əcəl təri düzülür,

Gözəl gözün sitarə tək süzülür.

Qoy əminə gedim deyim amandı,

Səbrim evi cəfa ilə talandı,

Əzizimin dil-dodağı da yandı,

Xanım, qəmlər ürəyimdə can verir,

Bir rəhm elə susuz balam can verir.

Ay südəmər əmliyimin əmməsi,

Yandıracaq möhnətim hər bir kəsi,

Çıxmır Əli Əsğərimin də səsi,

Göz axınıb şəqiqələr yatıbdır,

Heç bilmirəm ölübdür ya yatıbdır,

Ləhzə bə-ləhzə çoxalır möhnətim,

Əldən gedir bu gün mənim izzətim,

Ürəkdə var sən bilirsən hacətim,

Gözüm qurban, tökmə belə göz yaşın,

Babül- həvaicdi sənin qardaşın.

Mən bicəhət qəm tozuna batmaram,

Ölsə balam fikrin başdan atmaram,

Sabahkı gün məqsədimə çatmaram,

Dərd çoxalar olmaz vəli dərmanım,

Kərbəlada olmaz mənim qurbanım.

İllət odur bu gecə su gəzərəm,

Su tapılsa hər dərdinə dözərəm,

Səhər olcaq qurbanımı bəzərəm,

Bu xeyməni bəzmi-qəmə döndərəm,

Əsğərimi ox dəminə göndərəm.

Vürude- Kərbəla

Qəm qafiləsi gəldi o gün dəşti-bəlaya, Allah nə gözəl rütbə verib Kərbü-bəlaya.

Zəhra balası Kəbəni tərk etdi pərişan,

Üz qoydu bu səhraya tərəf gəldi şitaban,

Zəmzəm özü qan ağladı Kəbə edib əfğan,

Allah evi öz eşq Minasın yola saldı,

Həm Məhşər və həm Səy və Səfasın yola saldı.

Tərk elədi mövla hərəmi-əmni-Xudanı,

Çöllərdə dolandırdı Hüseyn Ali-əbanı,

Yollarda nə qədər soruşub Kərbü-bəlanı,

Öz etdiyi peymanına yaxşı əməl etdi,

Gəzdi neçə gün Kəbəyi-məqsuduna yetdi.

Əmr elədi Əbbasa gedən qafilə dursun,

Həsrətlə çuxur yerdə haman xeyməni qursun,

Nəhr üstə ələmdarı gedib pərçəmi vursun,

Verdi belə dəsturu o gün eşq səfiri,

Can-başla itaət elədi şaha vəziri.

Zəhranın əziz oğlu nəzər hər yana saldı,

Məva bu yeri eyləməmiş fikrinə qaldı,

Verdi neçə min dirhəm o maliklərə aldı,

Razı ki, tərəf oldu bu sövdayi-vüsalə,

Katib sənədi yazdı ki, möhr oldu qəbalə.

Zeynəb nigəran halidə qardaşına baxdı,

Bir ah çəkib yandırıb aləmləri yaxdı,

Qəm gərdi qonan surətinə göz yaşı axdı,

Gördü çoxalır burda onun dərdü-məlalı,

Fikr eylədi başdan dağılar cahü-cəlalı.

Ərz eylədi ey şahi-cahan nuri-hidayət,

Qurban sənə yorğun canım ey kani-kəramət,

Yəqin bu yerə çəkdi səni eşqi-şəhadət,

Gülzar edəcəksən bilirəm dəşti-bəlanı,

Tərif eləmişdin mənə qəblən bu məkanı.

Fərmayiş edib Zeynəbə salari-şəhidan,

Bu yerdi haman yer, olaram qanıma qəltan,

Əhd eyləmişəm canımı qurban verəm ətşan,

Hətmən o çuxur yerdə qızıl qanə bürünnəm,

Didarıma gəlsin bacı pişvazə sürünnəm.

Səs düşdü o səhrada Hüseyn zadeyi-Zəhra,

Ol dəşti-qəməfzani edib mənzilü-məva,

Bir iddə deyərdi nəyə xatir gəlib aya,

Ol şaha qərəz hədyeyi-şayan gətiriblər,

Mərdan qəbilə neçə qurban gətiriblər.

Zəhra balası gördü o qurbanları yandı,

Əl sinədə göz yaşlı del-əfsürdə dayandı,

Mənada görüb Əkbəri al-qana boyandı,

Oxlandı Əli Əsğəri meydani-bəlada,

Məhşərdən əlamət görünür xeymə səradə.

Fərmayiş edib şahi-cahan dinə fədayam,

Beyət eləməm zalıma, təslimi-qəzayam,

Hər əmri əgər zati-həqqin olsa rizayam,

Ey qoç-quzu qurban gətirənlər eviz abad,

Olsun iki dünya ürəyiz qüssədən azad.

Amma bu yerə mən neçə qurbanilə gəldim,

Əsğər kimi bir qönçeyi-xəndan ilə gəldim,

Yetmiş iki gül sərvü-gülüstan ilə gəldim,

Allah ilə peyman-varım ey əhli-Mədinə,

Əkbər kimi qurban varım ey əhli-Mədinə.

Allah özü Quranda deyib nəsrun minəl-lah,

Bu dəşti-qəmə gəlməyimiz sirridi vallah,

Qeyrətli ələmdarimi çox görməsin Allah,

Bu çöldə adamsızlarıma miri-hərəmdi,

Səqqayi- ləb ətşandı dəryayi-kərəmdi.

Aya nə rəvadı ki, məhəbbət gülü solsun,

Zülmilə uzun qolları məndən qələm olsun,

Baş parçalanıb qanı gözəl gözlərə dolsun,

Aya nə rəvadı ki, gəlib ox gözə dəysin,

Qardaşı ölən qardaşının qəddini əysin.

Keçdi neçə gün başa o peymanı çıxıldı,

Qurbanları can verdi susuz qəlbi sıxıldı,

Nəhr üstə yerə qolsuz ələmdarı yıxıldı,

Hicran oxu sürətlə gəlib qəlbini dəldi,

Meydana Hüseyn gəldi, İlahi necə gəldi.

Gördü yaralı qardaşını sibti-Peyəmbər,

Bir gül kimi əllərdə olub zülmilə pərpər,

Qardaş dedi dur çıxdı yadımdan qəmi Əkbər,

Bu ayrılığın qəlbimi ox tək dəlir, Əbbas,

Zəhra nənəmin ətri də səndən gəlir,Əbbas.

Ey vaqif olan sirri-əzəl mətləbə qardaş,

Çatdın bu gözəl yerdə gözəl mənsəbə, qardaş,

Dur pərçəmi tapşır qocalan Zeynəbə, qardaş,

Həsrətlə üzə əşkini Zeynəb ələr indi,

Biz getməsək əxyamə Səkinəm gələr indi.

Az qaldı güli başi-məhəbbət sola qardaş,

Göz yolda qalanlar sənə ola qardaş,

Ətşan balalar indi dikib göz yola qardaş,

Dur mənlə gedək xeyməyə, ey şiri-dilavər,

Qardaş sən utanma hələ şayəd ölüb Əsğər.

Kəsilə (sinəzən)

Şahi-din gördü gərək ya başı ətşan kəsilə,

Ya gərək camiədən kəlmeyi-Quran kəsilə,

Ya gərək gördü Yəzidə baş əyib beyət edə,

Zadeyi-hind verən hökmlərə taət edə,

Ya gərək tiği-şərər-bar çəkib nehzət edə,

Tutdu təsmim öz dininə qurban kəsilə.

Gördü Qurana vurur lətmə güruhi-əməvi,

O qədər qalmayır pamal ola şəri-nəbəvi,

Bir qiyam etdi Hüseyn nəsli-şüca ələvi,

Ki, gərək zülmü-sitəm etməyə tuğyan, kəsilə.

Dedi baş əymərəm ədayə başımdan keçərəm,

İçmərəm su, susuz ölləm, su kimi qan içərəm,

Öz əlimlə balamın qəddinə xələt biçərəm,

Bu Minada gərək Əkbər kimi qurban kəsilə.

Pur Sufyani açıb dinə xəyanət əlini,

Uzadıb pak əlimə sülhü-məvəddət əlini,

Verə heyhat Hüseyn zalıma beyət əlini,

Ola gər əllər al-qanlı əlvan, kəsilə.

Əl əgər düz əl ola qiymətə gəlməz elə əl,

Pakdil şəxsə çətindir verə napak ələ əl,

Leyk bir üzri-müvəccəhdi verəm becdələ əl,

Bu günahın əli xoşdur gecə pünhan kəsilə.

Aləmi-zərridən aşiqdi bu sövdayə başım,

Döndərə mətbəxi bir vadiyi sinayə başım,

Nizə başında gedə duri-nəsarayə başım,

Bilələr haqqımı söz qurtula, ünvan kəsilə.

Qoymaram dəysin əcanib əli din pərçəminə,

Din yolunda verərəm Əsğərimi ox dəminə,

Ağlasın xırda uşaqlar gərək Əsğər qəminə,

Gül boğazın biçə xəncər kimi peykan, kəsilə.

Altı aylıq balam axır ox ucundan süd əmər,

Qan içində çabalar, əllərim üstə süd əmər,

Ay batar, ulduz axar, qana batar qursi-qəmər,

Nə olu zahirdə mənə çarəvü imkan kəsilə.

Etməsəm dinimə nüsrət, olur çox nəng mənə,

Yoxdu qorxum tuta dünyanı ədu tək mənə,

Var Əbülfəzl kimi sahibi-örnək mənə,

Qoymaz əldən ələmi ta ələ qoldan kəsilə.

Delxoşam ta yaralı cismimə qan bəstər ola,

Bu muqəddəs başımın balışı xakəstər ola,

Gah yerim nuki cidalar gahi təşti-zər ola,

Həqqim isbat ola, rədd etməyə bürhan kəsilə.

Hər bəla gəlsə güvaradı mənə, yox demərəm,

Azdı hər qədəri yarə dəysə mən çox demərəm,

Ox gəlib qəlbimə sancılsa xoşam, ox demərəm,

Del gərək eşqilə ləbriz ola, nöqsan kəsilə.

Badeyi-kibri Yəzidi eləyib məsti xumar,

Məclisə hazır edib musiqi və şürbü qumar,

Dini baziçə edib əldə o bişərmü-vüqar,

Küfrə tərvic verir rişəyi-iman kəsilə.

Başımı təşnə qəfadan kəsəcəklər bilirəm,

Hamı ağlar mənə mən qəlbidə şadam gülürəm,

Hamı bilsin ki,mən İslam yolunda ölürəm,

Səltənət fikri yoxum,qoy rəhi-böhtan kəsilə.

Zülm bünyanını viran eləməkdir nəzərim,

Zülm oduyla bu məram üstə yanar xeymələrim,

Mən gedən xətt ilə məşyi eyləyəcək şiələrim,

Zalım olmazlar əgər bağları ətşan kəsilə.

Ey Kərimi, sənə tofiq verib rəbbi-cahan,

Lütf edib hüsne rəqəm, tündü-qələm, təbi-rəvan,

Həsrətim bir budu dünyada verən vəqtə can

Şah gələ yanıva cismindən o dəm can kəsilə.

Peyğəmbər vəfatında

Gəl yanıma cəddin sənə qurban, Hüseynim,

Quran oxu ta can verim asan,Hüseynim,

Sənə qurban, Hüseynim!

Gəl qolların sal boynuma, ey mehribanım,

Qoy sinəm üstə başın, ey arami-canım,

Sən ağlasan inciyər mənim ruhi-rəvanım,

Məndən sonra çox eyləmə əfğan, Hüseynim.

Sənə qurban Hüseynim!

Sən qəlbimin aramısan, getmə kənarə,

Əyləş yanımda, munis ol bu biqərarə,

Qoy eyləyim ruxsarına hərdəm nəzarə,

Sənsən yaralı qəlbimə dərman, Hüseynim.

Sənə qurban Hüseynim!

Sən ağlama,ağlar sənə dünya,Hüseynim,

Başın kəsəndə təşnə ləb əda, Hüseynim,

Sən ağlasan ağlar anan Zəhra, Hüseynim,

Mən ağlaram ağlar şəhi-mərdan, Hüseynim.

Sənə qurban Hüseynim!

Gəl sal özün bir sinəmə, ey mahi-parə,

Mən də sənin gül-cismini alam kənarə,

Sən can verəndə mən də gəlləm ahü-zarə,

Nəşin olanda qanına qəltan, Hüseynim.

Sənə qurban Hüseynim!

Məndən sonra ümmət salar başın bəlayə,

Başın vurallar zülmilə nuki-cidayə,

Zeynəb fərağındə gələr şurü-nəvarə

Qamçı vurarlar başına hər an, Hüseynim.

Sənə qurban Hüseynim!

Atdan düşəndə torpağa gəlləm harayə,

Zəhra salar gül cisminə zülf ilə sayə,

Zeynəb xeymədə yalvarar əhli-cəfayə,

Leşkər edər əxyamini talan, Hüseynim.

Sənə qurban Hüseynim!

Fəryad o gündən gördülər biçarə Zeynəb,

Şümr ilə məqtəldə gəlib güftarə Zeynəb,

Gah yalvarır Şümrə, gahi əşrarə Zeynəb,

Hər dəm deyir Zeynəb sənə qurban, Hüseynim.

Sənə qurban Hüseynim!

Qardaş bu ləşkər Zeynəbi aldı arayə,

Əldə qara əcz eylirəm əhli-cəfayə,

Ağlar Kərimi ruzi-şəb bu macərayə,

İstər qapından dərdinə dərman,Hüseynim.

Sənə qurban Hüseynim!

Şəhidlər ağasının (ə) zəban halı

Gəl Kərbəla çölündə Minayə, ya Mühəmməd (s)!

Məzlum Hüseynin ağlır səqqayə, ya Mühəmməd (s)!

Gəl başlanıb bu çöldə Əbbasımın əzası,

Ümidimi yıxıblar başında var yarası,

Qardaşım öldü, artdı gəl başımın bəlası,

Doğrandı cismi şan-şan, salimdi gör harası?

Gəlmir ələ edəm həml əxyamə ,ya Mühəmməd (s)!

Başın açıb bu çöldə gəl gör nə növi Zəhra,

Əkbər qəmin çıxartdı yaddan yaralı səqqa,

Sındı belim düzəlmir, yoxdur belimdə yara,

Az vəqtə Kərbəlada çarəm kəsildi cədda,

Gər ver təsəlli indi Zəhraya, ya Mühəmməd (s)!

Əl tapdılar Hüseynə sərdarımı yıxanda,

Yandı yaralı qəlbim əzasına baxanda,

Qardaşımın üzündən öpdüm canı çıxanda,

Əl çaldı əhli-Kufə məqsədinə çatanda,

Qəddi xəmidə baxdım ədayə, ya Mühəmməd (s)!

Yalqız qalıb Hüseynin səslər səni haraya,

Qəm oldu çarəm indi tez gəl bu Kərbəlaya,

Sındı belim büküldü bax qaməti rəcaya,

Düşdü gözüm ziyadan gəlləm özüm nəvaya,

Uff olsun indi ciddən dünyaya, ya Mühəmməd (s)!

Ədəbli qardaş

Amandı aç gözün, oyan, ədəbli qardaş,

Məni yaman günə qoyan ədəbli qardaş,

Gəl ayrı salma məni özündən,

Belim sınıbdı iraq gözündən.

Qərarü-səbrimi qəmin əlimdən aldı,

Şəhid olanda Əkbərim başım ucaldı,

Səsin gələndə xeyməyə Hüseyn qocaldı,

Gedək xiyamə, amandı qardaş,

Pozuldu halım yamandı qardaş.

Dağıtdılar cəlalımı bəlalıyam mən,

Bu çöldə bir solan gülün misalıyam mən,

Mədinə qaldı indi Kərbəlalıyam mən,

Diyari-Şamə gedəndi Zeynəb,

Yezidi rüsvay edəndi Zeynəb.

Cəmali-pak ənvərin qana batıbdı,

Nəvası Əhli-beytimin guya çatıbdı,

Olubdu qolların qələm ələm yatıbdı,

Üzə sirişkin ələr Səkinə,

Bir az yubansaq, gələr Səkinə.

Bu sərvi-qamətə hərəmlərim də qurban,

Peyğəmbərin şəbihi Əkbərim də qurban,

Özüm də, altı aylıq Əsğərim də qurban,

Amandı olma belə mükəddər,

Ölübdü şayəd susuzdan Əsğər.

Gündüzlərin gecə kimi qarası vardı,

Hara gedər qəriblər,harası vardı,

Amandı açma sağ gözün, yarası vardı,

Ümidi-ali-əba Əbulfəzl,

Şəhidi-rahi-Xuda Əbulfəzl.

*******

Ey şəmi-şəbistani Xuda həzrəti Əbbas,

Canın verən İslamə fəda həzrəti Əbbas,

Ey dərgəhi-kanuni-səxa həzrəti Əbbas,

Sən dərdimizə eylə dəva, həzrəti Əbbas.

Əbəlfəzl

Qalxıb rikabımdan öpüb yalvarsa dərya içmərəm,

Dünya suyundan içməsə övladi-Zəhra içmərəm.

Yol üstə bica durmayın, mən Mürtəza dilbəndiyəm,

Səf çəkmyəin, yol kəsmyəin, şiri-Xuda fərzəndiyəm,

Bir iddə ətşan qızlara söz vermişəm, şərməndəyəm,

Yoxdur sədaqətdə mənim qolumda əmma, içmərəm.

Eynul-həyata çatmağa məndən pərişandır bu su,

İbrət gözüylə baxsalar qəlbim kimi qandır bu su,

Namərdilər, ox atmayın çox dərdə dərmandır bu su,

Şeş mahə Əsğər içməsə qıllam tamaşa, içmərəm.

Mən hər necə ətşan olam səbri cəmilim var mənim,

Yorğun, susuz qızlar ilə rəncur əlilim var mənim,

Xeymədə əlan bir bölük ətşan dəxilim var mənim,

Babül-həvaic mənsəbim, adımdı səqqa, içmərəmə

Yazdır amannamə çəkəm əl höccət dildaridən,

Mən bu səbəb əl çəkmərəm bu seyyidi- əhraridən,

Qovsa qapısından məni gəlləm yenə divaridən,

Mövladı əmr etsə əgər, cürə su hətta içmərəm.

Tənha Fəratın səmtinə möhr oldu məmuriyyətim,

Xatir susuzlar xatiri su oldu əla niyyətim,

Siz bari namərd olmayın məşgimdədir heysiyyətim,

Xatirlərə mən verməsəm əlan təsəlli, içmərəm.

Sizdə şərafət var əgər əlan verin qövli- şərəf,

Fövrən zirəbəndin açım sinəm sizə olsun hədəf,

Şərti-mürüvvətdən çıxıb ox atmayın məşgə tərəf,

Su axsa gər bu gözlərim həsrətlə baxsa, içmərəm.

Qəlbizdə rəhm açarı yox, ey qövmi-bipərva, sizin,

Pərdə çəkib rüxsarıza sər pəncəyi-dünya sizin,

Bir məşgi mən doldurmuşam nəhro şutu-dərya sizin,

Məndən hərasan olmayın, su mən dəva da içmərəm.

Ey Kufiyan, fikr etmyəin şiri cərahət öldürür,

Cəng etməyə qol bağlıdır, Əbbası qeyrət öldürür,

Siz də məni öldürməsəz, şərmü-xəcalət öldürür,

Cami-şəhadət məstiyəm, şəhdi-müsəffa içmərəm.

Mən xeymələrdən ayrılan saətdə çün ruhi-rəvan,

Birdən qəfadan səslədi öz nökərin şahi-cahan,

Bir məhrəmanə söz dedi Zeynəbdən oldum nagiran,

Aşüftə etdi fikrimi dilbəndi-Zəhra, içmərəm.

Süst eylədi qollarımı öz şahımın bu mətləbi,

Dərs öyrədib Əbbasına manəndi-tifli-məktəbi

Şam əhlini öldürmə çox, yolda döyəllər Zeynəbi,

Əlan giriftar olmuşam,su eylər iza,içmərəm.

Vəfalı yaralını (sinəzən)

Dolanır kənari-Fəratidə, tapa bir yaralı-yaralını,

Görə qardaşın tökə göz yaşın, oyada vəfalı yaralını,

Bacısından istədi mərkəbi, səsini alanda vəzirinin,

Qədəmin rikaba qoyanda şəh, ələmin görərdi əmirinin,

Yıxılıb gedincə ələm yerə, itiribdi rəddini şirinin,

Nə o qanlı pərçəmini görər, nə də məşgi xali yaralını.

Nə qədər ki, səslir əxa, əxa, eşidə dübarə sədasını,

Kömək istir aləmi-qeybidən, çağırır haraya anasını,

Anacan Hüseyninə əl yetir, gülünün pozublar səfasını,

Əyilib belim baxıram yerə, tapam ol vəfalı yaralını.

Kömək etdi Fatimə nagəhan, tapıb inkisarilə qardaşın,

İki qol yol üstə görüb əvvəl, ələyib üzarına göz yaşən,

Dalısıyca hey dolanıb tapa, kəsik əllərin yaralı başın,

Nə görüb o qollarillən bir az , yıxılıb aralı yaralını.

Götürübdü başdan əmmaməsin, dedi ey haman şərəf danış,

Görürəm biaz rəməqin qalır, eyləmə bu vəqti tələf, danış,

Bilirəm dalınca anam gəlib, aparır behiştə tərəf, danış,

Çağırar cinanə cihadidən, bəli zülcəlalı yaralını.

Bu da fəzl həqdi ki, istədi, çıxa yaddan Əkbərimin qəmi,

Eylə yanmadım qəmi-Əkbərə, bu qəmilə dağladı sinəmi,

Dur ayağa xeyməyə bir gedək, gözü yolda qoyma Səkinəmi,

Görə bəlkə gözləməyə qızım, daxi mahi sali yaralını.

Xətərati-cəng budur ki, ox dəyə bəndi-qəlbə, qılın başa,

Yara Əkbərinkidi bir qılın, başına dəyib oturub qaşa,

Başına sənin baxan az qalır deyə şüşədir toxunub daşa,

Belə hala kim salıb ey Xuda, bu başı bəlalı yaralını.

Dönə daşa toxme-vəfa əgər, hər ürəkdə hasilə gəlməsə,

Qızılın əyarını kim bilər, məhəki müqabilə gəlməsə,

Qəmü-qüssə bülbülü lal edər, gül əgər gülüb dilə gəlməsə,

Eylə zövqilə gətirib dilə, o şəhin vüsalı yaralını.

Dedi ey muradi-qəm, nəfəsi müqəddəsi kimiya,

Neçə ildi təşnə müridim, belə xalisanə və biriya,

Əlini çək indi bu gözlərə, sən ey aləmin gözünə ziya,

Səni yoxsa görməsə öldürər, bu əsfəli hali yaralını.

Niyə indi səndən ürək sözün eyləyim nihan,gedirəm, Hüseyn,

Məni öz xəcalətim öldürür, ürəyimdə qan gedirəm, Hüseyn,

Ölürəm, vəfalı Səkinədən eylə nagiran gedirəm,Hüseyn,

Su deyəndə hərdəm utandırır hərəmin maralı yaralını.

Eylə yaxşı xidmət edib sənə, qəm odunda yanmadı qardaşın,

Özü səslədi gələsən vəli, ayağa duranmadı qardaşın,

Xəcil oldu axır ömrüdə, başına dolanmadı qardaşın,

Odu inzicarilə öldürür, bu qəmi məlalı yaralını.

Bu məsəldi Şimri sitəmgərin işi məhşərin günü səhlidi,

Belə hiss olur ki, o zalımın qəmi yoxdu düşmən əhlidi,

Vay o şəxsə Münzəvi, düşməni gözü bağlı, aləti cəhlidi,

Verə Şam Zeynəbin adına, qoya dəstxali yaralını.

Əbbasın kömək istəməsi

Yatdı ələmim ey şəhi-sahib kərəmim gəl,

Başımda olan sayəni kəsdi ələmim gəl.

Qurban olum ol ərşə çatan payüvə qardaş,

Rəhm et əli boş nökəri bimarüvə qardaş,

Sal sayeyi rəhmət sıxılım sayəninə qardaş,

Qoy neçə dəqiqə yaralı sayədə qalsın,

Axır yaralı başımın əhdi yerin alsın.

Düşmən əlinə düşdü qələm bu qələm əldən,

Əmma kəsilən əldi kəsilməz kərəm əldən,

Gər layiq ələmdar ola verməz ələm əldən,

Məndən nigaran olma sən ey şahi-xocəstə,

Düşdü əlim amma ələmin sinəmin üstə.

Meydana yıxıldı yenə məstanələrindən,

Gəl yandı kül oldu biri pərvanələrindən,

Kim qaldı pərəstar ola dürdanələrindən,

Kəşti ümidim sındı sahilə düşdü,

Səqqa xəcil oldu sözü dildən dilə düşdü.

Qanə qarışıb gözdən axan yaş, suya xatir,

Gəl görüncə düşdüm oda qardaş, suya xatir,

Qol getdi girov möhlət alıb baş suya xatir,

Baş da tələsir zibh oluna şah qabağında,

Ruhum quşu şahın vura cəh-cəh qabağında.

Ey kaş bir az məşgidə sovqatım olaydı,

Səqqalığıma mədrəki isbatım olaydı,



Geri   İrəli
Go to TOP