A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri  


Zeynəb Zeynəb ya Zeynəb²!

Kərbübəla çölündə Zeynəb düşüb bəlaya,

Rəhm etməyibdi düşmən övladi-Müstəfaya,

Öldürdülər Hüseyni, Zeynəb batıb əzaya,

Zeynəb, Zeynəb, ya Zeynəb!²

Ol şəhri bivəfada Zeynəb dübarə yandı,

Görcək yaralı başı rüxsara qan rəvandı,

Səsləndi qardaşım vay, Zeynəb qana boyandı,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Qardaş, yaralı başa düşmən veribdi yara,

Yandırdılar Hüseynim, bu qəlbimi dübarə,

Səbr eylərəm yolunda gər getsəm hər diyara,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Görcək bu Kufə şəhrin Zeynəb nə hala qaldı,

Qəmlər alıbdı dövrün rəngi rüxi saraldı,

Kərbübəlada yox-yox, bu Kufədə qocaldı,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Səsləndi düxti-Zəhra, ey dinlərin satanlar,

Qəflətdə siz yatıbsız Qurana daş atanlar,

Görmüsüz ağlayırlar şəhrizdə bu qonaqlar?

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Gəlmiş bu şəhrə mehman fərzəndi-şahi-mərdan,

Kül yağdırır havadan adın qoyan müsəlman,

Quran tilavət eylir rəsi şəhi-mərdan,

Zeynəb, Zeynəb, ya Zeynəb²!

Kufədə Zeynəbin (ə) zəban halı

Dərbədərəm, gözləri giryan mənəm,

Qəmləri dərya ürəyi qan mənəm,

Ya Zeynəb, ya Zeynəb²!

Yox anacan Zeynəbinin çarəsi,

Saldı başa yeddi cavan qarəsi,

Öldürəcək Zeynəbi dil yarəsi,

Heyf ola bu Kufədə mehman mənəm.

İndi bu Kufə dolanır başıma,

Rəhm eləyən olmadı göz yaşıma,

Ağlayıram nizədə qardaşıma,

Çoxdu qəmi qəmkeşi dövran mənəm.

Kufəlilər saxlamadı hörmətim,

Öldü Hüseyn, oldu Səkinəm yetim,

Qəmlər əlindən bükülüb qamətim,

Yanam ana dərdi hezaran mənəm.

Yeddi qara başıma saldım, nənə,

Ölmədim axır necə qaldım, nənə,

Ta ki, Hüseynin səsin aldın, nənə,

Səslədim onda bacı qurban, mənəm.

Zeynəbin (ə) zəban halı

Girəndə Kufəyə Zeynəb baxıb cüda başına,

Deyərdi dərdi-delin öz yaralı qardaşına.

Gəlibdi nizədə qanlı başın dilə, qardaş,

Kəlam həqqi oxur əhli-batilə, qardaş.

Dübarə yara vurublar axar başın qanı,

Yanar bəlalı bacın ölsün kül üstə yatmışdın,

Məhasinin bələşib torpağa, külə qardaş.

O qan dolan gözün aç dərbədər əyalüvə bax,

Vurubdu boynumuza Şümr silsilə, qardaş.

Bəlalı başının eşqi salıb bəlaya məni,

Bu hali-zarimi bir kimsə yox bilə, qardaş.

O qədər qamçı vurub Şümr qollarım göyərüb,

Bu qəmlər ilə bacın ölməyib hələ, qardaş.

Həzrət Zeynəbin (s) zəban halı

Vaxt o vaxt oldu qoyub məclisi-əğyar qədəm,

Başda bir iddə ürək dağlı ğəzəlani-hərəm,

Hamı xəstə ənduhü-qəmü-dərdü-ələm,

Ali-ətharı görüb durdu ayaq üstə Yəzid,

Başladı söhbətə ol zalımü-bişərmü-pəlid.

Dedi Zeynəb sizi Allah necə gör xar elədi,

Alıb ənsarini əldən səni biyar elədi,

Gözlərində gününü həmçu şəbi-tar elədi,

Öldürüb qardaşını qəlbini yandırdı fələk,

Məhzərimdə səni qolbağlı dayandırdı fələk.

Zeynəbə gətdi Yezidin sözü şuru-həyəcan,

Qanı az qaldı dayansın özünə verdi təkan,

Dedi zalım, nə dedin, lal olasan bircə dayan,

Vurma töhmət bizə ey fərdi-kəsifi-əməvi,

İftiradan bilirsən pakidi nəsli-Ələvi.

Hübbi-dünya necə həqdən səni gör dur e,ləyib

Belə məlum olur qüdrət səni məğrur eləyib,

Beş günün səltənəti gözlərini kor eləyib,

Fəxr edirsən görürəm baxdıqca hər tərəfə,

Belə fikr eyləmə dünyada çatıbsan hədəfə.

Xarici biz deyilik şərm elə, ey şumi-dəni,

Bu qədər tiri-şəmatətlə nişan etmə məni,

İzzətin zillət olar dəhridə bir gün ələni,

Dəsti-həqq qardaşımın qanını səndən alacaq,

Qara məcərilə Səkinəm səni təxtdən salacaq.

Rəvişin ziddi-Xudadır, əməlin mayei-nəng,

Ələnən dini-Xuda ilə varındı səri cəng,

Sitəmilən eliyibsən bu cahanı bizə təng,

Bu qədər bəsdi inad üstə dəxi durma, Yezid,

Qızlarının qabağında o başı vurma, Yezid.

Doğranıb dəşti-bəla içrə Peyəmbər balası,

Qan edib hicrinə göz yaşını Zəhra anası,

Vardı qəlbində Əli Əsğərü-Əkbər yarası,

Gülşənü-güllərinə badi müxalif əsilib,

Zülmilə qardaşımın başı qəfadan kəsilib.

Yandırar nisgili dünyada məni qəm zədəni,

Gəzir əllərdə onun qana batan pirəhəni,

İsti qum üstə qalıb üç gecə-gündüz bədəni,

Bağrıqan qızları cari eləyib göz yaşını,

Nizəyə vurduz onun zülmilə qanlı başını.

Çoxdu bu yarəli başın qəmü-dərdü-kədəri,

Nizə üstə dolanıb kuçə və bazariləri,

Qəlbimi yarələyib qissə təlxi səfəri,

Xeyziranı yerə qoy,qan eləmə göz yaşımı,

Yarmışam Kufədə bir yol ona xatir başımı.

Yeddi qardaşımın hicrində ürək dağlamışam,

Seyli-əşki üzümə həsrətilə bağlamışam,

Ağlayan vaxtı yetimə balalar ağlamışam,

Gecələr sübhə kimi vay Hüseyn vay demişəm,

Yatmayan vaxtı Səkinə ona lay-lay demişəm.

Vəfati Zeynəb (s) (sinəzən)

Gəl diyari-Şama mehriban Hüseynim,

Zeynəbin verir can hardasan, Hüseynim?

Gəl sorağıma qardaş,gözlərim tökər qan-yaş,

Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!

Mövsümi-xəzanidir, xətm olur baharım,

Həsrətilə yetdi başa ruzigarım,

Can verəndə səndən var bu intizarım,

Sən özün gəl Əbbasım,qoyma xar ola yasım,

Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!

Məndə var bilirsən çox sənə əlaqə,

Sən şəhid olandan yanmışam fərağə,

Gəl görüm camalın can yetib dodaşə,

Gəl otur kənarımda hal-ehtizarımda,

Gəl vəfalı qardaş,gəl vəfalı qardaş!

Əllərim üzüldü yeddi qardaşımdan,

Daim üns tutdum qanlı göz yaşımdan,

Açmadım ölüncə qarəni başımdan,

Görməyibdi bir didə mən kimi sitəmdidə,

Gəl vəfalı qardaş,gəl vəfalı qardaş!

Kaş olaydı indi Əkbərim səlamət,

Başım üstə Quran etməyə tilavət,

Əmməsin qoyaydı qəbrə dildə həsrət,

Qürbət içrə biyarəm neyləym, nədir çarəm,

Gəl vəfalı qardaş gəl vəfalı qardaş!

Nə anam var etsin nəşim üstə nalə,

Nə bacım ki, töksün göz yaşım cəmalə,

Kim qoyar Hüseynim qəbrim üstə lalə,

Bir kəsə gümanım yox, ölsəm ağlayanım yox,

Gəl vəfalı qardaş , gəl vəfalı qardaş!

Gərçe inciyibsən Şamidən bəradər,

Eyləyib cəfalar qəlbini mükəddər,

Ağlaram o zülmə ruzi-şəb mükərrər,

Xeyziran cəfalıdı, ləblərin yaralıdı,

Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!

Səndən ayrılandan günbəgün saraldım,

Saçlarım ağardı qüssədən qocaldım,

Ətrini həmişə köynəyindən aldım,

Dürrü-tək xəzinəmdə saxlaram bu sinəmdə,

Gəl vəfalı qardaş,gəl vəfalə qardaş!

Vardı çox günahın, et nəva Kərimi,

Zeynəbə həmişə tut əza, Kərimi,

Göz yaşındı dürri porbəha, Kərimi,

Ruzi-şəb nəva elə, döndər əşgini selə,

Gəl vəfalı qardaş, gəl vəfalı qardaş!



[1] Üsyankar

[2] Yaş

[3] Ürəkdə

[4] Mənbə

[5] Ruzi

[6] Bəsləyənə

[7]Məhşər səhnəsinə

[8] Bahar buludu

[9] Ağlaram

[10] Azğın düşənə

[11] Bəndə

[12] Əməllərə

[13] Imam Həsəni (ə) zəhərləyən həyat yoldaşı

[14]Aşura günü

[15] Uğuru

[16] Dözümə

[17] Xəstələrə

[18] Əsəbini udan

[19] Xəbərdarsan

[20] Uca məqamına

[21] Bağışlanma

[22] Avara

[23] Üzü qara

[24] Bağışlanma

[25] Allahən adı (yəni ehtiyacsız)

[26] Eşqə vurğun

[27] Yeganə Allah

[28] Gece yarısı

[29] Indi

[30] Puç

[31] Hədəf

[32] Köməksizəm

[33] Həmişə var olan

[34]Qəflət şərabı

[35] Günah və səhv

[36] Xəcalət alovunda

[37] Yolçu

[38] Dodaqlar

3Qəm oxu

[40] Hidayət-günəşi

[41] Peyğəmbər övladıdır

[42] Allah nurudur

[43] Həkimlər

[44] Xəstəni

[45] Qapısı

[46] Şəfa evidir

[47] Oxşarı

[48] Əbədi

[49]Gözəl

[50] Allaha

[51] Qanad, lələk

[52] Ürəkdəki

[53] Başdan-başa

[54] Kilsə

[55] Aşiqlərə

[56] İslam fədailərinin adları

[57] Daraq

[58] Qarışqa

[59] Lütf etməkdə

[60] Sırğa

[61] Yenidən

[62] Gecə yarısış

[63] Göz yaşları

[64] sınıq

[65] Həyasız nəfs

[66] Orucluq ayı

[67] Kərəm süfrəsi

[68] Ibadət etmə uğuru

[69]Balıq

[70]Gözətçi

[71]Oruc- namaz- salavat- ehsan

[72] Xəstə

[73] Bəla-zənciri

[74] Şəri istək

[75] yerinə yetir

[76] Aradan götürən

[77] İtirdiyini



Geri  
Go to TOP