A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Mümkün olsa özünü rəzmgaha fövri yetir,

Şahbazın yıxılıb sədmə görüb şəhpərdən.

Gözümün ağ-qarasın qana qatıb tiri-se pər,

Dəxi səlb oldu təvan yaralı namavərdən.

Gah vurullar məni nizə ilə gahi xəncərilə,

Görmürəm ta özümü hifz eliyəm xəncərdən.

Ox atanlar məni indi kamanilə vurur,

Nə həya etdilər məndən nə də Peyğəmbərdən.

Ayrılıq vaxtıdı gəl bir də doyunca danışaq,

Kami-del qəvi əl-Əbbas dəm axirdən.

Göz ki, görmürdü o dəm qardaşın ətrin aldı,

Pişvaz istədi etsin o susuz sərvərdən.

Taqəti olmadı əfsus, ayaq üstə dura,

Bu qiyamət ona balatər olub məhşərdən.

Dedi əfv eylə ağa, durmağa yox imkanım,

Yaralar vermir aman ta duram axır yerdən.

Çarəm olsaydı hüzurunda ağa, yatmazdım,

Keç Əli Əkbərə xatir yaralı nökərdən.

Lütf eylə yoxdu əlim gözlərimin sil qanın,

Qoy çatım qəlbidəki məqsədə bu məhzərdən.

Üzünə baxmaq Hüseyn, eyni səadətdi mənə,

Etmə məhrum məni feyzi ruxi ənvərdən.

Əba Əbdullahın zəban halı (rövzə)

Bir oxşama deyim sənə aşiqlər ağlasın,

Atdan yıxılsa kim, yerə əvvəl atar əlin.

Alnın, üzün baxıb görürəm parka-parçadı,

Versin eşitsə kim başına biqərar əlin.

Müşkül olar sənə uca yerdən yıxılmağın,

Ovraq olar qoy bədənin salsalar əlin.

Gördüm bir iş bu çöldə səni istəyənlərə,

Əhli-hesab işimə verdim əyar əlin.

Qiymətli bildi qardaşının əllərin Hüseyn,

Zəhraya verdi saxlamağa yadigar əlin.

Əba Əbdullahın (ə) zəban halı

Nələr oldu yıxılıb səslədi ədrikni əxa,

Səsini aldı gəlib qətlgahə miri-hüda,

Qəm olan əlləri bir-bir götürüb etdi nəva,

Dedi ya Rəbb, nə qəməfzadı Əbülfəzlin əli.

Busə etmişdi olan gün bu iki əldən atam,

Sayəsində demişdi məni asudə yatam,

İş belə gəldi ədü qoymadı məqsudə çatam,

Öpürəm, qəlbimə yaradı Əbülfəzlin əli.

Bu kəsik pəncələrə istəyirəm yaxşı baxam,

Ruzi-məhşərdə ala sinəsinə xeyrün-nisa,

Pak əzadara şəfaət edib oddan qurtara,

Görələr zinəti üqbadı Əbülfəzlin əli.

Həzrət Əbulfəzlin (ə) həzrət Zeynəblə (ə) söhbəti

Ol şəbdə ağam hər sözü minbərdə dedi,

Yarü-ənsarına hər mətləbi bipərdə dedi,

Teşnələb öldürəcəklər bizi bu yerdə dedi,

Zibh olan başlarımız neydə bədənsiz qalacaq,

Soyulub peykərimiz yerdə kəfənsiz qalacaq.

Ölən oğlanlarına ağlayacaqlar analar,

Sən özün də olacaqsan ağama təziyədar,

Fikr elə, gör bu Əbulfəzlin aya kimi var,

Burda olsaydı anam zəhmətim olmazdı sənə,

Yox mənim ağlayanım, lütf eləsən ağla mənə.

Qardaşımsan, sənə şəxsən mən özüm yas tutaram,

Qəm yemə, Ümmi bənin yoxdu əgər, mən ki, varam,

Nigaran olma Hüseyndən sənə az ağlamaram,

Nəşinin üstə o qədri edərəm dadü-ənin,

Həm anam Fatimə razı ola, həm Ümmi bənin.

Söz belə qaldı olub çatdı mahi-əza,

Qətligaha dövrələrdən yerə endi üsəra,

Məst edib qəmzədə bülbülləri ətri-şühəda,

Hər bir yanda gülün tapdı həmağuş oldu,

Çeşmələr çeşmə zəmzəm kimi porcuş oldu.

Hamı məşğul o çuxur yerdə olub ağlamağa,

Gördülər gah sola Zeynəb baxır, gahi sağa,

Nagəhan durdu xanım otduğu yerdən ayağa,

Pozmasın məclisi etdi bəyan bu gedişim,

Nəhri-Əlqəmdə Əbülfəzlimlə vardı işim.

Üz qoyub məqtəli-Əbbasa pərişan Zeynəb,

Yetişib gördü əcəb mənzərə var ya lil-əcəb,

Bir xanımdır oturub başda qara çadır şəb,

Baxır əlsiz bədənə zikri fəqət oxşamadı,

Elə ağlayır elə bil oğlu ölən bir anadı.

Dedi kimsən oturubsan bu biyabanıda tək,

Məskənin Kərbübəladır məgər ey qara ləçək,

Göz yaşın axdıqca eylər Zəhray kömək,

Gəlisən şiddətilə naləyə, titrir bədənin,

Mislinki, dağılan peykər öz oğlundu sənin.

Zeynəbim oxşayasan yaxşı əziz qardaşını,

Sözünün suzişi rüxsarə çəkər göz yaşını,

O xanım ziccə çəkib birdən ucaltdı başını,

Dedi gəl ver mənimlə başbaşa mən Fatiməyəm,

Qızıyla xoşdu ana ağlaşa, mən Fatiməyəm.

Neçə gündür mənə məskəndi qızım, Kərbü-bəla,

Nöfəlin zülmü salıbdır balamı gör nə hala?

Mən deyim oxşama, ya sən deyisən qəmli bala,

Sən denən bu dağılan cismə hüma sayəmdi,

Mən deyim əlləri məhşər günü sərmayəmdi.

Zəhərli ox

Ox dəyib sağ gözümə süzülür qanı Hüseyn!

Əllərim yox çıxardım qanlı peykanı Hüseyn!

Gör necə səlb eləyib bu ox əldən dözümü,

Kimə səndən sora mən faş edim del sözümü,

Gəl özün xaric elə incidir ox gözümü,

Axtarır indi gözüm məhi-tabanı Hüseyn!

Dedim ey zəhərli ox, qəmü-hirman yeridi,

Eşqin əs-saə mənə səxtü-böhran yeridi,

Sən qədəm qoyma bu göz şəhixuban yeridi,

Dərdimin həşrə kimi yoxdu dərmanı Hüseyn!

Hey dedim bircə dayan izzu-cahım gələcək,

Çək kənara özünü dadixahim gələcək,

Başımın üstə yəqin teşnə cahım gələcək,

Ağlayıb ağladacaq hamı dünyanı Hüseyn!

Nənəsi Ümmül-bənin

Ey gözüm, cari elə xun deli zarı yerə,

Yıxdılar atdan uzun qollu ələmdarı yerə.

Uca yerdən yıxılan vaxtı birin görsəz əgər,

Qoyar əvvəldə bu məlumdu qolları yerə.

Olmadı əlləri versin yıxılanda qabağa,

Üzü üstə gəlib peykəri-xunbarı yerə.

Sən özün fikr elə aya necə ünvan eləyim?

Dəydi çox möhkəm onun surəti-gülnarı yerə.

Üz tutub xeyməyə səsləndi o deldadə əxa,

Qoy əlində su əgər olsa da icbarı yerə.

Mənə xatir demirəm gəl ananın xatirinə,

Gün kimi cilvə verir pərtuvi-ənvarı yerə.

Göyərib surəti nilufərə bənzər üzü var,

Mən kimi dəymiş onun olmaya rüxsarı yerə,

Ya vurublar üzünə sili dolub qan gözünə,

Sili tutsa yıxar hər övrəti bardarı yerə.

Heydər balası (rövzə)

Ağam Əbbasın uca qamətinə can qurban,

Canını verdi vəli,qoymadı tək cananı.

Heydərin babül-həvaic balası şir oğlu,

Kaşifül-kərbidi bu mülki-vəfa sultanı.

Çox çətin müşkülüm olsa ətəyindən tutaram,

Sən də tut nazlı Səkinə yapışan damanı.

Nəfəsi el dayağıdı, özü ləşkər qabağı,

Odu eylərdi dua Zeynəb o məhi-simanı.

Hey deyərdi səni çox görməsin Allah bacına,

Kimi var Zeynəbin ey gözlərinin qurbanı.

İndi bir möhnəti var ərz edirəm yəbnəl-Həsən,

Məni əfv elə çətindir bilirəm ünvanı.

Üçpər ox bir nigaran göz nə sipər var, nə əli,

Göz evindən necə xaric eləsin peykanı.

Dizlərin qovzadı tutdu oxu bir verdi təkan,

Çıxmağı müşküldü parçalanıb pişanı.

Yenə üzr istəyirəm yəbnəl Həsən, bu sözümə,

Bilirəm qəlbi-şərifindən alır yaranı.

Bir açıq başın əmudilə məgər nisbəti var,

Necə mən şərh eləyim bu mühəni-üzman?

Atın üstdən onu torpağa əmud oldu yıxan,

Bürüdü qırmızı qan mahi-cahanaranı.

Biri düşsə uca yerdən ona əl lazımdı,

Ki, hayil edib görməyə çox izanı.

Olmadı əlləri, dəydi üzü üstündə yerə,

Var əgər Ümmi bənin bilsə belə cəryanı.

Çox çətin vaxtda hər kəs çağırar öz kəsini,

Səslənər dadına vazehdi bu söz əvanı.

O qədər ali-Əlidən birini səsləmədi,

Dil tuta-tutmaya səsləndi xanım Zəhranı.

Atın üstən yıxılanda çağırıb ya Zəhra,

Başı üstündə görüb Fatimə üzmanı.

Dedi gəl yaxşı gəlibsən ana qurban olum,

Əcəba yad elədin sən bu bəla gərdanı.

Elə bir zaman gəlibsən nə gözüm var, nə əlim,

Acizəm, neyləyə billəm dəxi bu ədanı?

Qəm günləri (rövzə)

Qəm əyyamilə gərçe bu dilim porqəmdi,

Bir Hüseyn adlı ağam var, ürəyim xürrəmdi.

Aləmi gözdən atıb bir ona bel bağlamışam,

O gözəl adına qurban, şərəfi adəmdi.

Qapısından bilirəm saili boş qaytarmaz,

Çün kərəm sahibidi, sibti şəhi-əkrəmdi.

Köynəyin sailə ehsan edənin oğludu bu,

Bizi etməz əli boş, qorxma sözüm möhkəmdi.

Gəzərəm dildə Hüseyn adı əzaxanələri

Bu Hüseyn vay səsi yovmiyə mənə həmdəmdi

Məkkə də olmasa qismət mənə, vardır nə qəmim.

Ağamın məclisi Məkkəmdi, gözüm, zəmzəmdi.

Dolanıb hər yeri gəlləm bu əza məclisinə,

Ya Hüseyn izni düxulimdi sirişgim yəmdi.

Ruzi məhşərdə sıxıllam ağamın sayəsinə,

Yandıranmazlar məni, qələi-müstəhkəmdi.

Sipəri-atəşi-iki dünya bu qara koynəyimiz,

Abrımız iki dünya bu qara pərçəmdi.

Bir Hüseynçi tanıram eşqinə heç kim çatmaz,

Adı Əbbasidi ol nəhri əlan ziqəmdi.

Başın üstə Hüseyn gəldi vəli beldə əli,

Gördü əzayi-cəvarih dağılıb bərhəmdi.

İkiəlli götürüb başını aldı dizinə,

Şaha başı ilə salam etdi sözü mübhəmdi.

Dedi Əbbasa uşaqlar yolunu gözlürlər,

Belə yatma yaralı, xeyməsəra matəmdi.

Mümkün olsa, səni Əkbər tək əbaya bükərəm,

Bu əba aləmdə görməli bir aləmdi.

Baxıram bu dağılan cismə əba yer verməz,

Neyləyim ağlamayım, qüssə mənə həmdəmdi.

O qədər dil dedi gətdi qərəz Əbbası dilə,

Dedi şaha bu başımdır bu da ki, sinəmdi.

Səni Zəhra əlini qoy bu dağılmış başıma,

Sora bir ayrı sözüm var ki, qəmi əzəmdi.

And verrəm ananın sili göyərdən üzünə,

Məni əxyamə aparma ki, yerim Əlqəmdi.

Məni qoy burda qalım məşki apar xeymələrə,

Ağladan çoxdu məni,dildə qəmi-müdğəmdi.

Belə fikr eylər uşaqlar ki, su içdim mən özüm,

Şahid ol içməmişəm,bir də Xuda ələmdi.

Sənə layiq deyiləm heç demə qardaşdı mənə,

Demə mən şəmi-vəfayam buda pərvanəmdi.

Yaralar ağzın açıblar sənə ləbbeyk desin,

Min belə yaram ola, bir baxışın mərhəmdi.

Sən əyil bir yol öpüm mən səni canım çıxsın, Can dodağımda durub muntəziri-busəmdi.

Əbulfəzlin zəban halı (rövzə)

Dedim bu təllin üstünü yol olsa bəlkə mən aşam,

Su məşkidən gedə-gedə uşaqlara yaxınlaşam,

Qalan suyu verəm ölüm, deyim bu xidmətə xoşam,

İçə sudan balalrın deyə əmi-əmi,Hüseyn!

Xiyama gətligahdan qanilə arx açam gərək,

Vəfa ağacların onun kənarına saçam gərək,

Qiyamətin günündə də Səkinədən qaçam gərək,

Xəcalətəm, olammaram onuyla rubəru, Hüseyn!

Gərək xəyali-xeyməni bu saətimdə boşlayam,

Səkinədən uzaq gəzəm, kənari-nəhri xoşlayam,

Sənə başilə bir ələm, ona sərin su borcluyam,

Görəndə borclu-borclusun ölmədi arzu, Hüseyn!

Yadında var o Kufədə bizə bəla gələn gecə,

Başında yara Mürtəza ürəkləri bölən gecə,

Məni qulam edib sənə babam Əli ölən gecə,

Baxıb qulama ağlama, belə füsərdədir, Hüseyn!

Hüseynin zəban halı (nöhə)

Səslədin sən məni dada, qardaş,

Aç gözün gəldim imdadə qardaş.

Ya Əbülfəzl, ya Əbülfəzl²

Taqətim yox bilirsən fərağa,

Qüssədən can yetibdir dodağa,

Düşmənim əl çalır dur ayağa,

Bir kəsim yox bu səhradə, qardaş.

Bir nəzər eylə bu bipənaha,

Gündüzüm döndü şami-siyaha,

Dur ayağa gedək xeyməgaha,

Sal susuz qızları yada,qardaş.

Fikri-dünyanı sən başdan atdın,

Səy edib aqibət kamına çatdın,

Su kənarında ləbteşnə yatdın,

Can nisar etdin azadə, qardaş.

Hifz edib məşki keçdin özündən,

Çıxmadın ta ölüncə sözündən,

Sancılıb üçpər ox sağ gözündən,

Gəlmişəm gör nə fəryada, qardaş.

Ey mənim qəm günüm, yoldaşım vay,

Düşdü sənsiz bəlaya başım vay,

Səslərəm vay cavan qardaşım vay,

Qalmışam tək bu dünyada qardaş.

Sən at üstdən üz üstə düşəndə,

Gördü Zəhra qolun yox bədəndə,

Səslədi ağlaram bu mühəndə,

Dadına gəldi Zəhra da, qardaş.

Ya Əbülfəzl, ya Əbüfləzl²!

Ümmül-bəninin zəban halı (nöhə)

Yoldadı gözlərim,

Qəmlidi sözlərim,

Gəlmədi Allah, qəhrəman oğlum,

Harda qalıb bəs mehriban oğlum?

Var başımda qara, ürəyimdə yara, gedim mən hara,

Yola baxmaqdan bağrım qaraldı,

Gəlmədi Əbbas, rəngim saraldı.

Qəlbi qan anayam, günləri sayıram, od kimi yanıram,

Gəlmədi əcəl, ömrüm qurtardı,

Qəbrə gedərəm qəlbimdə yara.

Nə yamandı hicran, məskənim qəbristan, qalmışam mən heyran,

Allah, gedənlər nə çox yubandı,

İşim Bəqidə ahü-fəğandı.

İmamın bacısı ilə zəban halı

Zeynəbim gəl ələmdarım öldü,

Ba şəhamət sipəhdarım öldü,

Müntəzir qalmasın şiri-xarım,

Qəhrəmani-vəfədarım öldü.

Həm sağından keçib, həm solundan,

Dönməyib vəli həqq yolundan,

Sinəsi üstə pərçəm əsirdi,

Qan süzürdü yerə hər qolundan.

Qan bu qəmdə gərək qəlbə dolsun,

Var yeri gül gülüstanda solsun,

Xeyməsinin yatırdın sütunun,

Qardaşım öldü, başın sağ olsun.

Sinəsi yaralı, baş yaralı,

Eləyib alnını daş yaralı,

Haqqı var ölməyə görsə qardaş,

Can verir teşnə qardaş yaralı.

Ox dəyibdir olub məşki parə,

Məşkinə ağlayır gözdə yarə,

Qeyrətə bax o halətdə gördüm,

Axtarır Əsğərə rahi-çarə.

Gördüm ağlır deyir can Səkinə,

Qara gözlü, qəmli ceyran Səkinə,

Get Rübaba deynən bağla qara,

Əsğərə yoxdu dərman, Səkinə.

Yat dedim yat ədəbli vəzirim,

Yat şərafətli, qeyrətli şirim,

Neylirəm gün də batsa batıbdır,

Batdı Əlqəmdə mahi-münirim.

Qardaş ağlama

Yaralıyam yıxılmışam,

Düşübdü qollarım əxa,

Ağa əlin qoy alnıma,

Əlindi dərdimə şəfa.

Durammıram ayağına bağışla sərvərim, mən,

Qolum düşəndə başıma dəyib əmudi ahəni,

Dolubdu qanilə gözüm görənmirəm ağa, səni².

Başımı al qucağına verəndə can edim səfa,

Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi,

Fələk nədən bu səmtidən yolumu saldı seyyidi,

Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi².

Eşitsə qardaşı ölüb necə dözər o binəva,

Hüseyn açıbdı qolların yaralını qucaqladı,

Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı².

Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı,

Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara².

Göz yaşı (rövzə)

Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,

Dedi oğlum necə gör bikəs atan cana gəlib.

Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç,

Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib.

Atanı gör nə günə qoydu sənin dərdü-qəmin,

Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib.

Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul,

Qoca vaxtında atan çarəvü-dərmanə gəlib.

Niyə dindirmirsən oğlum ürəyi qan atanı,

Fikr edirsən bala didarına biganə gəlib?

Yıxılan ərsədə sən can verən həsrətlə mənəm,

Bu ölüm başının üstə məni-nalanə gəlib.

İmamın zəban halı

Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana,

Vücudü pər-pər olmuş, gül kimi düşmüş biyabana.

Aparın xeyməyə bu gül bərg təri,

Görə əhli-hərəm bu qanlı peykəri.

Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman oldu,

İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu.

Salıb dildən məni bu dilbəndi-Rəsul,

Oğul vay səslərəm pərişanü-məlul.

Həzrət Hüseynin (ə) zəban halı

Dur yatma qətligahida ey qəhrəmanım Əkbər,

Yox dizlərimdə taqət, ey mehribanım Əkbər.

Cəddim düşəndə yada fövrən sənə baxardım,

Cəddim şəbihi oğlum, qol boynuna salardım,

Peyğəmbəri Xudanın mən ətrini alardım,

Adın olubdur əlan virdi zəbanım, Əkbər.

Aç gözlərin Əli can, ollam gözün fədası,

Dəysin mənə bu çöldə ol gözlərin qadası,

Əndazədən çıxıbdır görrəm başın yarası,

Olsun sənə Əli can, qurban bu canım, Əkbər.

Zeynəb gəlib qabağa səslərdi can Hüseynim,

Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim,

Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim,

Yatmış əbanın içrə cismimdə canım, Əkbər.

Əllər başında səslər ol bülbüli Mədinə

Qurban olum deyərdi, qardaş bacın Səkinə,

Zülm etdi Kufə əhli mən bikəsü həzinə,

Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər.

İmamın oğluna zəban halı

Dur yatma bu meydanda cavanım Əli Əkbər,

Qoyma çıxa hicrində bu canım, Əli Əkbər.

Əli can bala lay-lay.

Əxyamda gözləyər yolunu əmmələr, ağlar,

Olmuş bu qəmində bacılar didətər ağlar,

Bu halətinə o hərəmi xunciyər ağlar,

Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər.

Aç gözlərini bax mənə ey cəddimə bənzər,

Qoyma yumula heyfdir oğlum, ala gözlər,

Gəhvarədə bu halına ağlar Əli Əsğər,

Yandırma məni ruhu-rəvanım, Əli Əkbər.

Səslədi cavanlarını meydani-bəlayə,

Ta Əkbəri həml eləyələr xeyməsərayə,

Salalar xeymədə gəl cisminə sayə,

Yoxdur vəli durmağa təvanım Əli Əkbər.

Ta yetdilər meydana ürək dağladı Əbbas,

Baxdı o yaralı balaya, ağladı Əbbas,

Ağuşa aldı, gözünü bağladı Əbbas,

Səslərdi əmi dur səni canım, Əli Əkbər.

Əkbərin imdad istəməsi (rövzə)

Səsləyər baba, yetiş imdadıma bəs hardasan?

Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan?

Gəl yubanma xeymələrdən dadıma, bəs hardasan?

Ah-naləmdən töküldü suz əgər torpağa,

Peykərindən qan axır dəşti-bəla səhrasına,

Qan tökür qüdsiyan insan kimi qovğasına,

Lalə nəqşin qan çəkibdir surəti-zibasına,

Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa.

Surətindən qan axır yoxdu yarasın bağlayan,

Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman,

Qaməti şahzadəni puşeş edib tirü-kəman,

Gör nə halilə yıxıldı qanlı peykər toprağa.

Əl-qərəz gəldi hicazın şahı meydana o gün,

Sərzəmini-Kərbəla gördü batıb qana o gün,

Qan veribdi Əkbəri ayini-Qurana o gün,

Başda bir yara düşüb manəndi Heydər torpağa.

Oğul qəmi (rövzə)

Haraya Əkbərinin gəldi Seyyidüş-şühəda,

Alışdı yandı ürək, səsləndi va vələda.

Qərarü-səbrini dildən oğul qəmi aldı,

Qalanda yeddi qədəm torpağa özün saldı.

Süründü torpağın üstə o zarü-delxəstə,

Gəlib yetişdi cavan oğlunun başı üstə.

Sıxıldı qəlbi, cahan tirə tar olub gözünə,

Üzün qoyubdu o dəm mehriban oğul üzünə.

Dedi oğul, gözün aç hal zarını bildir,

Bəyana gəl, məni-bidad xahi bir dindir.

Yanır yanan ürəyim suzi iştiyaqında,

Bu qan nə qandi Əli, var gözəl dodağında.

Dedi ilahi, özün şahid ol bu əhvala,

Salıblar zülmilə gör Əkbərimi nə hala.

Bilirlər yalqız Hüseynin əlində yox çarəsi,

Görürlər oğlum ölüb hey vururlar dil yarası.

Məni salıbdı cavan oğlunun qəmi dildən,

Belə güman edirəm Əkbərim gedib əldən.

Əli Əkbərin başı üstündə İmamın zəban halı (rövzə)

Axır nəfəsdi bir ata de, can deyim sənə,

Az qaldı cənnətə olasan rəhsipar, oğul.

Qəlbim çox istəyir açasan qanlı gözlərin,

Bir də görüm gözün giləsin aşkar, oğul.

Bir yol nigah edib yenə yumsan da yum gözün,

Baxsa oğul ata üzünə əcri var, oğul.

Ey məhzəri Rəzuli-Xudayi-cahan oğul,

Vey aftabi-ömrünə həft asiman oğul.

Yeddi qədəm cənazənin üstə sürünmüşəm,

Yetişmişəm bu gül bədənə nimə can oğul.

Ey ömrümün dadı, gözümün nuru, aç gözün,

Can üstəyəm gülür mənə bu kufiyan, oğul.

Tapşırmışam ki, qəbridə də bir yataq, Əli,

Sənsiz dözəmməz bilirsən, mehriban oğul.

İmamın (ə) zəban halı (nöhə)

Dizim quvvəsi ay bala, gözüm ziyası ay bala,

Ayağa dur qocalmışam, əlim əsası ay bala ².

O bağbanam od tutub yanıb fəğana gəlmişəm,

Əsibdi sərasər xəzan bu gülüstana gəlmişəm,

Solub gülüm, yanıb dilim, qəmində cana gəlmişəm.

Gedibdi əldən ömrümün gözəl səfası, ay bala.

Oğul, şil olsun əlləri, səni bu hala kim salıb?

Bu zarü bi pənahidən qərarü-səbrü-tab alıb.

Göz aç oyan qərib atan cənazən üstə tək qalıb,

Ürəkdə dərdü-qüssəmin yox intəhası, ay bala.

Dəyibdi yara başına şeküftələndi lalə tək,

Düzüldü qətrə-qətrə qan o gül üzündə jalə tək,

Dolubdu laxta qanilə iki gözün piyalə tək,

Gələydi sinəmə mənim gözün qadası, ay bala.

Əli əkbərin (ə) vidası

Xeymədən ki, nazilə Əkbəri çıxartdılar,

Rubəru qabağına Əsğəri çıxartdılar.

Gördülər Səkinəni qaçdı qəm otağına,

Çıxdı xeymədən alıb Əsğəri qucağına,

Gətdi sürətilə tez Əkbərin qabağına,

Durdu birdən ağladı, məhşəri çıxartdılar.

Bülbülə nə hal olar görsə qönçə yarpağın,

Əkbərin dolub gözü şiri-xari görcəyin,

Aldı öpdü ləblərin bir də öpdü qundağın,

Ta bələkdən açdılar əlləri çıxartdılar.

Ta iki susuz dodaq dəmbədəm öpüşdülər,

Gərdi-matəmə hərəm, yeksərə bələşdilər,

Hey olar öpüşdülər, hey bular mələşdilər,

Əl gedib bağlara zülfləri çıxartdılar.

Həzrət Zeynəbin (ə) zəban hali (rövzə)

Bu qədər bilməzdim bivəfadı kufəlilər,

Əmiri fasiqilə həmsədadı kufəlilər.

Dedim ki, hörmət edərlər görəndə mehmanı,

Bu rahü-rəsmə yəqin aşnadı kufəlilər.

Yeyiblər duz, sora sındırıblar nəməkdanı,

Nə qədər pəst, nə çox bihəyadı kufəlilər.

Dolandırıb üzünü baxdı mərdümə Zeynəb,

Sitəmləriz dedi bi intihadı, kufəlilər.

Peyğəmbər oğluna siz xarici xitab eylədiz,

Bu töhmətiz bizə çox narəvadı, kufəlilər.

Həna yaxıb əlizə gəlməsiz tamaşaya,

Sizin də işrətiz axır fənadı, kufəlilər.

Bu qədər dil yarası vurmayın Əli qızına,

Ölübdü qardaşı qərqi-əzadı, kufəlilər.

O baş ki,daş vurursuz nizədə dodaqlarına,

Cida başında sizə rəhnümadı, kufəlilər.

Verin mənə o başı, siz ki, bilmədiz qədrin,

Cahanda dərdimə vallah dəvadı, kufəlilər.

Əlim çataydı əgər qəhrəman Əbulfəzlə,

Ürək sözün eləyərdim bəyan Əbulfəzlə.

Deyərdim olsun iraq gözlərindən, ay qardaş,

Gilayəmi eyləyərdim cəvan Əbulfəzlə.

Bu dövri-bərdə əgər olmasaydı naməhrəm,

Başın bəlasın edərdim əyan Əbulfəzlə.

Açıb kürəkdə olan taziyanələr yerini,

Verərdim həsrət ilə ta nişan Əbulfəzlə.

Əgərçe bəsdi onun öz müsibəti özünə,

Desəm də çarəsi yox mehriban Əbulfəzlə.

Nə vardı əl bədəndə, nə başı peykərdə,

Əza tutubdu anam canfəşan Əbulfəzlə.

Salıblar bir hala başın deyəm dilim gəlmir,

Gərəkdi saxlaya yas qüdsiyan Əbülfəzlə.

Hamıdan artıq onu səsləyir Səkinə balam,

Olubdu yol uzunu nagiran Əbulfəzlə.

Elə ki,Şümrü-sənanın əlində qamçı görür,

Edər təvəssül o şirinzəban Əbulfəzlə.

Deyir bu cümləni ey əmirü-əşcəi-nas,

Yubanma dadıma gəl, hardasan əmi Əbbas,

Fəda olum sənə, tez gəl haraya, ya Əbbas.

Diyari-Kufədə indi sən qiyamətə bax,

Çıxıbdı zülmü-sitəm gör səmaya, ya Əbbas.

Gələn-gedən verir axır bu zarə dil yarası,

Dözüm nə qədər mən axır cəfaya, ya Əbbas.

Denən ki, az başıma qamçı vur, evi dağılan,

Amandı tapşır o Şümri-dəğaya, ya Əbbas.

Haraya gəlməsən indi gedər bibim əldən,

Salıblar çox onu rəncü-bəlaya, ya Əbbas.

Əliyyü-Əkbər atmasın məni gözdən,

Mənim ki, çatmır əlim Kərbəlaya, ya Əbbas.

Öpəm o qanlı dodaqlarını məni xəstə,

Əlim yetişmiri nuki-cidayə, ya Əbbas.

Deynən ki, qardaş olar bacının havadarı,

Eylə mənim tərəfimdən gilayə, ya Əbbas.

Demirəm heç bacıyam, bir yetim xun ciyərəm,

Gəl Allaha görə viran səraya, ya Əbbas.

Həzrət Zeynəbin (ə) əhvalatı (rövzə)

Nizə başında başın lalə əhmərdi, Hüseyn,

Ya ki, on dörd gecəlik mahi-münəvvərdi, Hüseyn.

O kəsik başına qardaş, bacının canı fəda,

Əli əldən üzülən Zeynəbə rəhbərdi, Hüseyn.

Əmr elə Zeynəbə qoy hökmünü icra eyləsin,

Sənin hökmün mənə çün höccəti davərdi, Hüseyn.

Qoymaram kufəlilər hqqını pamal eləsin,

Dilim ağzımda bilirsən iti xəncərdi, Hüseyn.

Gəlmişəm Kufəyə düşmənləri rüsva eliyəm,

Dəvənin üstə kəcavə mənə səngərdi, Hüseyn.

Gərçe ənsarım ölüb, yox mənə imdad eyləyən,

Bir bölük qara ləçək qız mənə ləşgərdi, Hüseyn.

Versələr başəvi zülfümlə gülün silim özüm,

Görələr qəm günü Zeynəb necə xahərdi, Hüseyn.

Oxu Quranı, bacın aləmə təfsir eləsin,

Hamı bilsinlər bacın yaxşı süxənvərdi, Hüseyn.

Oxu Quranı nənəm Fatimə qurban səsinə

Uca nizə yaralı başına minbərdi, Hüseyn.

Oxu xoş ləhnilə Quran rəcəz olsun bacına,

Çarə yox, çubi-məhmil mənə xəncərdi, Hüseyn.

Gözün olsun balalarda mənə heç fikr eləmə,

Bağrıqan qızlara bu şəhri də məhşərdi, Hüseyn.

Əl çalanların hələ fikrini çox eyləmirəm,

Gərçe dil yarələri qəlbimə nəştərdi, Hüseyn.

Daş atanlardadı fikrim, odu halım pozulub,

Hər bəla gəlsə mənə zarü müqəddərdi, Hüseyn.

Qorxuram daş dəyə birdən bu şirindil balaya,

Sıxılıb qoltuğuma xırda kəbutərdi, Hüseyn.

Dəysə daş taqəti yoxdur, dəvə üstdən yıxılar,

Öldürər Zeynəbi axır bu qızın dərdi, Hüseyn.

Həzrət Zeynəbin (ə) Kufədə zəban halı

Sər nizədə Quran oxuyan başına qurban,

Başdan tökülən qanına göz yaşına qurban.

Ey Fatimənin ruhu, axan qanına qurban,

Dindir məni canım o susuz canıa qurban,

Həm qanına, həm canına, imanına qurban,

Bu Kufənin əhli səni nə hala salıbdı,

Sər nizədə başın, bədənin yerdə qalıbdı.

Əfsus ola Zeynəb ürəyi yandı dubarə,

Gördü yaralı başa vurublar yenə yarə,

Şiddətlə xanım göz yaşını tökdü üzarə,

Həsrətlə bacı əllərini bir-birə vurdu,

Birdən dedi qardaş, başını məhmilə vurdu.

Qanlı başına daş vuran aramımı aldı,

İstəkli bacın ölmədi aya necə qaldı,

Zeynəb də Hüseyncan, başına məhmilə çaldı,

Qan süzdü başımdan o zaman ki, yerə qardaş,

Az qaldı Səkinən özünü öldürə, qardaş.

Bibi Zeynəbin (ə) əhvalatı

Zeynəb kimi bəlalı görməz birin zəmanə

Bir gündə yeddi qardaş birdən boyandı qanə



Geri   İrəli
Go to TOP