A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mərsiyələr
Müəllif: Əbdülhüseyn Axundzadə
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


MƏRSİYƏLƏR

ƏBDÜLHÜSEYN AXUNDZADƏ

BİSMİLLAHIR RƏHMANİR RƏHİM

Münacat

İlahi asiyəm,[1] vardır günahım,

Gözümdə əşk,[2] deldə[3] söz ahım,

Mənə rəhm eylə, qovma qapından,

Yoxum səndən sora ayrı pənahım.

Ey kane[4]-lütfü rizq[5] verən qovme-kafirə,

Lazımdı səcdə sən kimi bir bəndəpərvərə[6],

Ey hifzi abru eliyən ömrlər boyu,

Biabru gətirmə məni səhne-məhşərə[7].

Münacat

Ey gözəl Allahım, bəndeye nalanam,

Əbre-baharan[8] tək hər gecə giryanam[9].

Başa çatır ömrüm matam və heyranam,

Etdiyim işlərdən indi pəşimanam.

Gəlmişəm gecəylə mən dərgahüvə,

Bir nəzər qıl indi xatir xahüvə.

Əfv eylə bu bipənahı, ey Xuda,

Düz yolu nişan ver öz gümrahına[10]

Mən bir əbdi[11]-zəliləm, dərgahüvə dəxiləm.

Etdiyim əmalə[12] indi gözüm ağlar,

Atəşe-həsrət və ahı-sinəmi çox dağlar,

Kim bu günahkarı həşrə kimin saxlar.

Ya ərhəmər-rahimin!

Ey açan bəndələrə süfreyi-ehsan Allah!

Bizi et süfreyi-ehsanüvə mehman, Allah!

Xatire-xatəme- Peyğəmbər əmire-sələvat,

Bizi Qurandan ayırma səni Quran, Allah!

And verrəm səni xeybər qapısın qalxızana,

Bizə hər müşkülü eylə özün asan, Allah!

Səni Zəhranın o sınmış qolu, yanmış qapısı,

Eylə biçarələrin dərdinə dərman, Allah!

Cüdə[13] məsmumi İmam Həsənin xatirinə,

Gəl bizi qovma qapından, sənə qurban Allah!

Yovme-aşirdə[14] Hüseynin dağılan xeyməsinə,

Alma tofiqi[15] bir ləhzə və bir an Allah!

Həzrəte-seyyide-Səccadidəki tabo-təbə[16],

Hamı bimarə[17] şəfa lütf elə,sübhan Allah!

Həzrət Baqirə həm Sadiqə xatir, ya Rəbb,

Öz qapından bizi qaytarma pəşiman, Allah!

Musa Ale-Mühəmməd ləqəbi Kazəme- ğeyz[18],

On bir il saldı ayaqdan onu zindan,Allah!

Bəzi zindanilərin halinə vaqifsən[19] özün,

Ver nicatın ola ta şad və xuraman, Allah!

Dolduran şöhrəti Iranı Rza hörmətinə,

Eylə hər il bizi züvvare-Xorasan,Allah!

Keç Təqinin uzəme-şəninə[20] təqsirimizi

Eylə üsyanımızı şamile-ğüfran[21], Allah!

Samiranı eliyən cənnət Əliyyən-Nəqiyə,

Xaneye-qəbri bizə eylə çırağan, Allah!

Bar İlaha, Həsən Əsgərənin xatirinə,

Həşridə halımızı etmə pərişan,Allah!

Höccətibnil-Həsənil- Əsgəri Məhdiye əmin,

Eylə təcil zuhurunda köməkan, Allah!

Bizə eylə bu on dörd nəfərin hörmətinə,

Ey kərəm sahibi,ey xaliqe-Rəhman,Allah!

Əlləri ki, ucalıb dərgəhe-ba izzətivə,

Naümid eyləmə ey Qadirü-Mənnan, Allah!

Mən Kərimi üzü qarə, əli boş, dərbədərəm[22]

Naümid eyləmə,ey sahibi-sultan, Allah!

Münacat (Ramazan ayı)

Allah, Allah, nə gözəl aydı bu ay,

Rusiyəh[23] bəndələrə paydı bu ay.

Açılıb süfrə-e-ehsani-Xuda,

Süfrəye-rəhmət və ğüfrane[24]-Xuda,

Göz dikilib aləme-imkan Səmədə[25]

Hamı mehmandı Xudaye-Əhədə.

Açılıb eşqilə rəhmət qapısı,

Xar olan bəndəyə izzət qapısı.

Yatma ey aşiqi-şeyda[26] gecələr,

Səni gözlər həqqe yekta[27] gecələr.

Üzünü torpağa qoy nimə-şəb[28],

Sidqilə səslə ürəkdən “ya Rəbb!”.

Yenə də Rəbb,düşüb eşqin başıma,

Gecənin aləmi gəldim qapına.

Qəlbimin qanı dolubdur gözümə,

Bağlanıb çox qapı əlan[29] üzümə.

Sinəmə eşq oxunu sancmadılar,

Vurdum hər bir qapını açmadılar.

Günahım çox, keçib ömrüm yarıdan,

Var ümidim yenə sən tək tanrıdan.

Ömrümü gör nə təbah[30] eyləmişəm,

Hər tərəfdən günaha amacam[31],

Kərəm və lütfüvə mən möhtacam.

Qalmışam tək,necə bidadrəsəm[32],

Tabeye nəfs və əsire-həvəsəm.

Mənə rəhm eylə sən ey həyyi-qədim[33],

Əməlim yox görürsən boşdur əlim.

Meye ğəflət[34] məni məğrur eləyib,

Gör necə gözlərimi kor eləyib.

Çatdı ömrüm başa, ğərqe-günaham

Əlim əldən üzülüb rusiyaham

O qaçan bəndəyəm ey ruzi verən,

Daimən öz-özünə zülm eliyən.

Gərək eşqündə Xudaya, almışam,

Yenə gəldim gecə vəqti barışam.

Mən nə qədər elədim cürm və xəta[35],

Ondan artıq elədin lütf və əta.

Atəşe-şərmidə[36] yandım gəldim,

Özüm axırda utandım gəldim.

Aləmin əfvivə səlahiyyəti var,

Cahili əfv eləsən ləzzəti var.

Bilirəm məndə ləyaqət yoxdur,

Sənin amma kərəmin çox-çoxdur.

Mən Hüseyn eşqinə del-bağlamışam,

Hər zaman adı gəlib, ağlamışam.

Etmişəm aləmə bu rütbədə naz,

Ona xatir adımı dəftərə yaz.

Imam Hüseynin (ə) eşqinə aid

Canım Hüseyn (ə)

Çıxanda canım, Hüseyn, bir dəqiqə lütf edəsən,

Bir ömür səsləmişəm can verəndə baş çəkəsən.

Ölən zamanda Ağa, gözlərim qalar qapıda,

O qədər gözləyərəm başım üstünə gələsən.

Kimin Hüseyn kimi aləmdə izzəti vardır?

Cəlal və mənziləti, şan və şövkəti vardır?

Hüseyn damənini boşlama, Hüseyn ağadır,

Hüseynə ağlamağın ayrı ləzzəti vardır.

Himmət şalın siz bağlayız belizə,

Qibtə edər hamı sizin elizə,

Hüseynə siz olun vəfalı nökər,

Qurban ollam Hüseyn deyən dilizə.

Əməl-e-xeyridə faiq deyiləm,

Bilirəm aşiqe-sadiq deyiləm,

İki aləmlərə sən şahsan, Hüseyn,

Mən gədayam[37], sənə layiq deyiləm.

Salam olsun İmam Hüseynə

Salam olsun o susuz ləblərə[38] axan qanına!

Salam olsun nigaran halilə çıxan canına!

Salam olsun yaralı sinədə yatan balana!

Salam olsun qanını qanına qatan balana!

Salam olsun ürəyində qurtarmayan qəminə!

Salam olsun qəmi dərya əzalı Zeynəbinə!

Salam olsun ürəyin tire-qəm[39] bölən ağama!

Salam olsun su yanında susuz ölən ağama!

Salam olsun qəm və ənduhu çox olan ağama!

Salam olsun uca boy qardaşı ölən ağama!

Salam olsun saralan gülşənə, solan bağına!

Salam olsun ürəyində neçə cavan dağına!

Hüseyndir iftixarım

İki dünyada Hüseyndir iftixarım,

Gözəl adı olub daim şüarım,

Nə mal, nə sərvət və nə şöhrətim var,

Vəli getsəm hara, var etibarım.

Hüseyn ibn Əli şəmse-hüdadı[40],

Peyğəmbərzadədi[41] nure-Xodadır[42],

Ətibba[43] naümid etsə mərizi[44],

Hüseynin dərgahi[45] darüş-şəfadır[46].

Hüseynə xidmət eylə aşiqanə,

Nəziri[47] gəlməyib, gəlməz cahanə

Öz oğlundan qulamın seçməyibdir,

Odur adı qalıbdır cavidanə[48].

Eşq olsun!

Səni ziba[49] yaradan davərə[50] eşq olsun, Hüseyn!

Zate pakında olan gövhərə eşq olsun, Hüseyn!

Səni ərşə aparan şəhpərə[51] eşq olsun, Hüseyn!

Ya Hüseyn zikr eyliyən dillərə eşq olsun, Hüseyn!

And ola qızlarının dildəki[52] nisgillərinə,

Zeynəbin Kərbu-bəlada çox olan qəmlərinə,

Əkbərin gözlərinə, Qasımın tellərinə,

Ucaboy qardaşının məşki tutan əllərinə,

Dini sən hifz elədin yeksərə[53], eşq olsun, Hüseyn!

Aşiqə fərq eləməz Kəbə və bütxanə və deyr[54],

Harda yad olsa, ora qiblədi üşşaqə[55] nə ğeyr,

Şüzəb, Hənzələ və Cündəb və Hürrilə Büreyr[56],

Şühəda şeyxi Həbib ibn Məzahirlə Zühəyr,

Müslim Övsəcə və amirə eşq olsun, Hüseyn!

Dərmanım Hüseyn (ə)

Rəsmidir şanə[57] deyər zülfi-pərişanə sözün,

Andırar rəmzilə ta bilməyə biganə sözün.

Bu məlahət, bu lətafət ki, sənin var, cana,

Yeri vardır yazalar səfhəi-Quranə sözün.

Naz edəndə mənə nazında nələr var demirəm,

Açmaram özgələrə nərgise-məstanə sözün.

Hər zaman dərdin olanda de təbibin özünə,

Demədi mur[58] o zəfilə Süleymanə sözün.

Müftiyi-əzəm eşqin bizə fitvası budur:

Zülmdür kim deyə aqillərə divanə sözün.

Zəhra əzizi

Bir gün olar yollara çox baxarsan,

Sinənə sən qəm oxunu taxarsan,

Qəbrin xarab olar, yaddan çıxarsan,

Hüseyn əzasındakı rəhmət qalar.

İltafidə[59] kimsə Hüseynə çatmaz,

Aləm səni gözdən ata, o atmaz,

Yaddan o şah nökərini çıxarmaz,

Onu Allah edib kərəmdə dərya,

Odur Mövla, odur əzize-Zəhra.

Hüseyn həbibidir Pərvərdigarə,

Hüseyndi ərş və fərşə güşvarə[60],

Hüseyn tək sahibe-fəzlo-kəramət,

Cahana gəlməyib gəlməz dübarə.

Növhə

Mənzil-mənzil getmiş karvan,

Ya Hüseyn getdi əldən cəvani,

Heyf ola görmədim Kərbü-bəlani,

Ya Hüseyn, ya Hüseyn, ya Hüseyn can!

Ey şəhidi- rəhe-din və Quran,

Ayrılıqdan ürək oldu al-qan,

Mən dedim qəbrinə zair ollam,

Altıguşə gözəl qəbrinə qurban!

Ya Hüseyn can, gözü yolda qaldım,

Hey xəbər aşnalərdən aldım,

Sən anan canı bir bizlərə bax,

Getdi əldən cavanlıq, qocaldım.

Ya Hüseyn can, səni yada sallam,

Qara bayraqdan ətrivi allam,

Qəbrinə zair olsam mən ölsəm,

Həşrə tək orda asudə qallam.

Şur

Dünyaya sərvər ya Hüseyn! Ya Əba Əbdullahil-Hüseyn!

Dillərə əzbər ya Hüseyn! Ya Əba Əbdullahil-Hüseyn!

Qurban mərame-eşqinə! Ya Əba Əbdullahil-Hüseyn!

Azadə rəhbər ya Hüseyn! Ya ƏIba Əbdullahil-Hüseyn!

Əldə susuz ölən Hüseyn! Ya Əba Əbdulla Hüseyn! Dinə fəda verən Hüseyn! Ya Əba Əbdullahil-Hüseyn!

Ey şahe-Kərbəla Hüseyn Ya əba Əbdullahil-Hüseyn

Ey nure Neynəva Hüseyn! Ya Əba Əbdullahil-Hüseyn!

Dəryaye rəhmətdur qapın, Ya Əba Əbdullahil-Hüseyn!

Biz etdik iltica Hüseyn! Ya Əba Əbdullahil-Hüseyn!

Kəsmə inayətin ağa, Ya Əba Əbdullahil-Hüseyn!

Bizdən xəta səndən əta, Ya Əba Əbdullahil-Hüseyn!

Hicrunda yandı şiələr, Ya Əba Əbdullahil-Hüseyn!

Dərdə gəlibdir sinələr. Ya Əba Əbdullahil-Hüseyn!

Ey şahe məhşər və mina! Ya Əba Əbdullahil-Hüseyn!

Ey dərdməndanə dəva! Ya Əba Əbdullahil-Hüseyn!

Lütf eylə bu aşiqlərə, Ya Əba Əbdullahil-Hüseyn!

Ağa bərate-Kərbala! Ya Əba Əbdullahil-Hüseyn!

Hüseyn behiştin zinəti, Ya Əba Əbdullahil-Hüseyn!

Hüseyn cəhanın izzəti, Ya Əba Əbdullahil-Hüseyn!

Xune-Xudadır bu ağa, Ya Əba Əbdullahil-Hüseyn!

Dillərdə var məhəbbəti, Ya Əba Əbdullahil-Hüseyn!

Çıraği-asimanidir, Ya Əba əbdullahil-Hüseyn!

Mərizlərə dərmanidir, Ya Əba Əbdullahil-Hüseyn!

Sahibe izzo cahidir, Ya Əba Əbdullahil-Hüseyn!

Iki cahana şahidir, Ya Əba Əbdullahil-Hüseyn!

Aşiqlərə ətası var, Ya Əba Əbdullahil-Hüseyn!

Ürəklərə səfası var, Ya Əba Əbdullahil-Hüseyn!

Ürəklərə dolub nəva, Ya Əba Əbdullahil-Hüseyn!

Ürəkdə çün yarası var, Ya Əba Əbdullahil-Hüseyn!

Hüseyndi qəlbe-Fatimə, Ya Əba Əbdullahil-Hüseyn!

Cahan batıbdı matəmə, Ya Əba Əbdullahil-Hüseyn!

Gəl ağlayaq yarasına, Ya Əba Əbdullahil-Hüseyn!

Səfa verək əzasına, Ya Əba Əbdullahil-Hüseyn!

Ziyaye-çeşme Mustafa, Ya Əba Əbdullahil-Hüseyn!

Müsibətində ağlayın, Ya Əba Əbdullahil-Hüseyn!

Alın mərizizə şəfa. Ya Əba Əbdullahil-Hüseyn!

Şur

Dərgəhinin dəxiliyik, Ya Hüseyn yəbnə-Zəhra!

Dinə fəda olan Hüseyn! Ya Hüseyn yəbnə-Zəhra!

Zülmün əlilə qəlbinə, Ya Hüseyn yəbnə-Zəhra!

Qırmızı qan dolan Hüseyn! Ya Hüseyn yəbnə-Zəhra!

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra!

Mərizlərə şəfa elə. Ya Hüseyn yəbnə-Zəhra!

Başa qara bağlamışıq, Ya Hüseyn yəbnə-Zəhra!

Sinəmizi dağlamışıq, Ya Hüseyn yəbnə-Zəhra!

Sən bil Əliyyü Əkbərin, Ya Hüseyn yəbnə-Zəhra

Qanına qəltan Əsğərin. Ya Hüseyn yəbnə-Zəhra

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra

Mərizlərə şəfa elə. Ya Hüseyn yəbnə-Zəhra!

Dəhridə hər qədər varıq, Ya Hüseyn yəbnə-Zəhra!

Damənivi buraxmarıq, Ya Hüseyn yəbnə-Zəhra!

Biz yolunu bağlamarıq, Ya Hüseyn yəbnə-Zəhra!

Milləte Kufə olmarıq. Ya Hüseyn yəbnə-Zəhra!

Qoyma yanaq şəmatətə, Ya Hüseyn yəbnə-Zəhra!

Biz də şataq səadətə, Ya Hüseyn yəbnə-Zəhra!

Kəmininə batanların, Ya Hüseyn yəbnə-Zəhra!

Qəlbinə ox atanların, Ya Hüseyn yəbnə-Zəhra!

Əlləri şil olaydı kaş, Ya Hüseyn yəbnə-Zəhra!

Xeyməvə od vuranların. Ya Hüseyn yəbnə-Zəhra!

Dərd oturub ürəklərə, Ya Hüseyn yəbnə-Zəhra!

Xəbər yetib Peyğəmbərə. Ya Hüseyn yəbnə-Zəhra!

Tutubdu ərş əza sənə, Ya Hüseyn yəbnə-Zəhra!

Eşqidə mərhəba sənə! Ya Hüseyn yəbnə-Zəhra!

Sahib-əzadı xuncigər, Ya Hüseyn yəbnə-Zəhra!

Ürəkdə Mustafa sənə. Ya Hüseyn yəbnə-Zəhra!

Qara çəkiblər göylərə, Ya Hüseyn yəbnə-Zəhra!

Yetibdi qəm mələklərə. Ya Hüseyn yəbnə-Zəhra!

Qurana can verən Hüseyn, Ya Hüseyn yəbnə-Zəhra!

Ləbteşnə can verən Hüseyn. Ya Hüseyn yəbnə-Zəhra!

Dərdimizə dəva elə, Ya Hüseyn yəbnə-Zəhra!

Dolubdu qəm ürəklərə. Ya Hüseyn yəbnə-Zəhra!

“Şiələr, namaz!”

Hüseynə ağlamağın vardı yaxşı bir səməri,

Xamuş edər bəli duzəxdəki yanan şərəri.

Fəqət bu şərtilə ey aşiqane şahi-hicaz,

Hüseyn özü buyurub “Şiələr, namaz, namaz!”

Hüseyn namaza görə eliyubdir cəngü-cədəl,

Hüseyn namaza görə çəkdi itrətindən əl.

Hüseyn namaza görə teşnə baş və qan verdi,

Hüseyn namaza görə Əkbəre-cavan verdi.

Namazın ərzişinə bu işarəsi bəsdi:

Yazıllar Şümre-ləin səcdədə başın kəsdi.

Şiələrin müqtədası

Hüseyndir Xaliqi əzəm fədası,

Hüseyndir dine-İslamın bəqası,

Hüseyndir aləmin zibo-səfası,

Hüseyndir şiəyanın müqtədası,

Hüseyndir ənbiyanın dilrübası.

Gözəldir çöhrəi-izəd nüması,

Cəmi kainatın rəhnüması,

Atasi Mürtəza şiri-Xudadı,

Anası Fatimə xəyrun-nisadı,

İki dünyanın olmuş pişvası.

O dəm ki, məqtələ sultan yıxıldı,

Gəlib səs höccəte-Rəhman yıxıldı,

Sütune-xanei-iman yıxıldı,

Səfa öldü, yerə irfan yıxıldı,

Olar həşrə kimi bərpa əzası.

Sərasər cismi olmuşdu qızıl qan,

Baxıb səmte-səmayə şahe-xuban,

Dedi sən şahid ol, ey həyyi-sübhan,

Hüseyn eliyib vəfayi-əhdo-peyman,

Minayi-eşq olubdur Kərbəlası.

İlahi üzmüşəm əl Əkbərimdən,

Ləb ətşan şirxarə Əsğərimdən,

Bəlalı itrətimdən yavərimdən,

Nənəm Zəhraya bənzər xahərimdən,

Mənə minnətdi eşqin hər bəlasə.

Sənin eşqində sərməstəm Xudaya,

Tərəktul-xəlqə turrən fi həvaka,

Və əytəmtul əyalə kulli əraka,

Və ləv qəttətəni fil-həbbi irba

Ola qanilə möhkəm din binası.

Qərəz ərşe-Xuda qudalə düşdü,

Rüxe-zibaya qandan halə düşdü,

Yaralı Kəbəyi-amalə düşdü,

Dilim gəlmir deyim nə halə düşdü,

Çıxıb əndazədən xəncər yarası.

Axardı yarəsindən qan sərasər,

Duranmazdı ayaq üstə o sərvər,

Gəlibdi naləyə yeksər mələkər,

Boyandı qanına Zəhra balası.

Həqiqi Kəbə Kərbəladı

Ey dərdmənd, dərdə dəva Kərbəladədi,

Qorxma mərizin olsa, şəfa Kərbəladədi.

Əqlim dedi ki, beyti təvaf eylə hacı ol,

Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi.

Əqlim dedi şəbi-ərəfatın səfası var,

Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi.

Əqlim dedi Minadə dua müstəcabidi,

Eşqim dedi həqiqi mina Kərbəladədi.

Əqlim dedi ki, səyi-Səfa qəlbi saf edər,

Eşqim dedi səfayi-səfa Kərbəladədi.

Əqlim dedi ki, zəmzəmin abi-həyatı var,

Eşqim dedi ki, abi-bəqa Kərbəladədi.

Əqlim dedi yəmin Xudavəndidir həcər,

Eşqim dedi cəmali-Xuda Kərbəladədi.

Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə,

Insan elə bilir üsəra Kərbəladədi.

İllər qara geyib vurasan başə, sinəyə,

Allah bilir ki, əsli-əza Kərbəladədi.

Hansı ürəkdi titrəməsin qətligahidə,

Xəncər əlində Şümri-dəğa Kərbəladədi.

Min həccidən gözəldi Hüseynin ziyarəti,

Miqati-seyyidiş-şühəda Kərbəladədi.

Əqlim dedi nə sözdü ələstu bi rəbbikum,

Eşqim dedi bu qövlə bəla Kərbəladədi.

Oğlun rəva görənmədi qurbanlığa Xəlil,

Yetmiş iki xəzibe-dəma Kərbəladədi.

Əqlim dedi Xuda deyib Uduni əstəcib,

Eşqim dedi məqame-dua Kərbəladədi.

Əqlim dedi ki, Məkkənin ali həvası var,

Eşqim dedi o halü həva Kərbəladədi

Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə,

İndi tufaqilə rüfəqa Kərbəladədi.

Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər,

Misbahi-xəmsətun-nücəba Kərbəladədi.

Babül-həvaic həzrət Əbbasi-namdar,

Əlan əlində qanlı liva Kərbəladədi.

Həllale-müşkül oğludur səqqayi-teşnələb,

Hər günə hacət olsa rəva, Kərbəladədi.

Qalmaz Kəriminin dəxi qəlbində həsrəti,

Görsə ki, heyəti-şüəra Kərbəladədi.

Şirkət edər əimmə Hüseyn ərbəininə,

Hər ərbəin İmam Rza Kərbəladədi.

Zəhranı sən Bəqidə axtarma ey bacı,

Gəl Kərbəlayə, xeyrün-nisa Kərbəladədi.

Əqlim dedi yer üstə hanı bir gözəl məkan,

Eşqim dedi ki, Kərbübəla Kərbəladədi.

Qalmaz Kərimin dəxi qəlbində həsrəti,

Görsə bu heyəti- şüəra Kərbəladədi.

Aşiqəm, düşmüşəm yaman günə mən,

Bənzərəm dağ başındakı günə mən,

Gülşən və gül əgər həvəsdi mənə,

Tək Hüseynin əzası bəsdi mənə.

* * *

Mən Kərbəlasız aləmi-imkanı neylirəm,

Eşq və məhəbbət olmasa, dünyanı neylirəm.

Ruze-cəzada rövzeyi-rizvana getmərəm,

Ali-Muhəmməd olmasa rizvanı neylirəm.

* * *

Eşqi-Hüseyni rövzeyi-rizvanə vermərəm,

Bəzmi-əzanı bağe-gülüstanə vermərəm,

Xaki-məzarı möhre namazımdı sübh və şam,

Bu möhrü mən negini- Süleymanə vermərəm.

* * *

Göz yaşını mən tamami-dünyayə vermərəm,

Ərzeşlidi bu gövhəri yəğmayə vermərəm,

Bir qətrə ki, behişt ala billəm bəhasına,

Allah bilir bu qətrəni dəryayə vermərəm.

* * *

Mərize- eşqəm əlac və davanı axtarıram,

Nişan verin mənə darüş-şəfanı axtarıram,

Hacı gedib Ərəfata Xuda ziyarətinə,

Hüseyn Hüseyn deyirəm mən Xudanı axtarıram.

* * *

Münacat

İlahi rəhm qıl mənə, ürəkdə yarə gəlmişəm,

Bu asimanə üz qoyam, gedib dübarə[61] gəlmişəm.

Yatıbdı gözlər bu nimə-şəb[62],

Mənə nəzər qıl, amandı ya rəbb!

O bəndəyə ki, daimən gedib xəta, yorulmuşam,

Gəlibdi başıma nə çox qəm və bəla, yorulmuşam,

Haram var Xudaya mənim, gedim hara, yorulmuşam.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl,amandı ya rəbb!

Gər etməsən nəzər Xuda,bu bəndələr xətərdədi,

Ürək ki, sındı bu güman nişanı əşk-tərdədi[63],

Özün buyurmusan yerim şikəstə[64] qəlbilərdədi.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl amandı ya rəbb!

Nələr gətirdi başıma cahanda nəfse-bihəya[65],

Ağardı baş-gözüm Xuda, nə qədri getmişəm xəta,

Mən ki, xəta elədim, sən etdin əfvilən əta.

Yatıbdı gözlər bu nimə-şəb,

Mənə nəzər qıl amandı ya rəbb!

Münacat

Ey mahe-siyamı[66] bizə ehsan edən Allah,

Xane-kərəmə[67] bəndəni mehman edən Allah!

Ey mahe mübarəkdə açan süfrəye-ehsan,

Öz dəvətini insanlara elan edən Allah!

Bu ayda bizə lütf elə tofiqe-ibadət[68],

Ey Yunusa mahini[69] negəhban[70] edən Allah!

Bu sovmü-səlatı,sələvatı-həsənatı[71],

Rədd eyləmə ey müşkülü asan edən Allah!

Hər yerdə məriz[72] olsa şəfa ver öz əlinlə,

Ey dərdlilərin dərdinə dərman edən Allah!

Ey Yusifi azad eliyən bənde-bəladan[73],

Zəncirin açıb Misirdə sultan edən Allah!

Hər hacəti-şəriyyələri[74] eylə bəravərd[75],

Sənsən hamı nöqsanları cübran[76] edən Allah!

Ey həzrəti-Yəqubu edən qüssədən azad,

Qomgəştəsini[77] varide-Kənan edən Allah!

Öz rəhmət ayından bizi gəl etmə peşiman,

Ey atəşe-Nəmrudu gülüstan edən Allah!

Yağdır bizə rəhmət yağışın əbre-səxadən,

Ey şəbnəmilə qönçəni xəndan edən Allah!

Qapılar açılıb bu gecələr name-Hüseynə,

Məqbul elədi gözləri giryan edən Allah!

Əfv eylə Kərimidə olan cürm və günahı,

Ey Hürrü xətasında pəşiman edən Allah!

On dörd məsuma təvəssül

Ey xatəme-Peyğəmbər, əl bizdən ətək səndən,

Ey müntəxəbe-davər əl bizdən, ətək səndən,

Lütf et bizə ey sərvər, əl bizdən, ətək səndən,

Sənsən hamıya rəhbər əl bizdən, ətək səndən,

Sənsən ağa biz nökər, əl bizdən, ətək səndən.

Ey yavəre-məzluman, sən Heydəre-Səfdərsən,

Fərzənde-Əbu Talıb damade-Peyəmbərsən,

Sən şafei-məhşərsən, sən saqiye kövsərsən,

Sən aləmə məhvərsən, yer-göylərə sərvərsən,

Biz şiələrə sərvər, əl bizdən, ətək səndən.

Ey gövhəre-yeganə ya Fatimətəz-Zəhra,

Peyğəmbərə reyhanə, ya Fatimətəz-Zəhra,

Şəme-həqqə pərvanə, ya Fatimətəz-Zəhra,

Döndü ürəyin qanə, ya Fatimətəz-Zəhra,

Sadatə gözəl madər, əl bizdən, ətək səndən.

Ey gərdişe-əyyamın məhmumu Həsən canəm,

Ey firqeye-züllamın məzlumu Həsən canəm,

Ey səltənəte-Şamın məsmumu Həsən canəm,

Ale əbul-əytamın məşmumu Həsən canəm,

Xunin dəhən və müztər, əl bizdən, ətək səndən.

Ey sərvəre-məzluman, ləbbeyk Hüseyn, ləbbeyk!

Can dinə verən qurban, ləbbeyk Hüseyn ləbbeyk!

Din üstə ölən ətşan, ləbbeyk Hüseyn, ləbbeyk!

Ətfalı qalan giryan, ləbbeyk Hüseyn,ləbbeyk!

Ey tərcümeyi vənhər, əl bizdən, ətək səndən.

Ey tace-səre übbad, nure-bəsre zühhad,

Sər silsileyi-ovtad, sahibe-nəzəre-irşad,

Adı Əli əla ikən ləqəbi Səccad,

Biçarələrə çarə, hər bimədədə imdad,

Bimarlərə yavər, əl bizdən, ətək səndən.

Ey hər sitəmə sabir, hər hadisəyə Şakir,

Əsle-nəsəbi təyyib, zato-həsəbi mahir,

Elm və əmələ amil, helm və ədəbə mahir,

Həm nami Əbülqasım ziba ləqəbi Baqir,

Ey varisi-Peyğəmbər, əl bizdən, ətək səndən.

Ey sidqo-Sədaqətdə mesdaqe-səfa Sadiq,

Ey gənce-imamətdə dürr və göhərə layiq,

Didare-həqqə aşiq, ya Cəfərəs-Sadiq,

Sən əsbəq və sən sabiqsən, şayiq və sən vasiq,

Deldarələrə dilbər, əl bizdən, ətək səndən.

Ey həbsidə on dörd il zülmilə qalan mövla,

Ey qaiməyi-ərşə səbt olmuş adı lovla,

Sən babul-həvaicsən, sən mərtəbədə vala,

Harun sənə zindanda etdi nəqədr iza,

Musasən, atan Cəfər, əl bizdən, ətək səndən.

Ey mülke Xorasanı abad eliyən sultan,

Güldəstə qızıl gülbənd, şahanə qızıl eyvan,

Hər gün o gözəl qəbrə minlərcə mələk mehman,

Lütfün hamıya şamil, kane-kərəm və ehsan,

Dillərdə adın əzbər, əl bizdən, ətək səndən.

Ey cude-Cavad ilə cavid Təqi canəm,

Bir bəndeye-nalanəm, dərgəhuvə mehmanəm,

Sən babe kəramətsən, mən saile-ehsanəm,

Məhzun və pərişanəm, məğbun və pəşimanəm,

Lütf et bizə bir sağir, əl bizdən, ətək səndən.

Həmname Əbus-sibtəyn şöhrətdə Nəqisən sən,

Fərzənde Əba-Cəfər dilbənde-Təqisən sən,

Məzlume əzəldəsən, məsmume nəqisən sən,

Məhv oldu bəni Əbbas, cavid və bəqisən sən,

Ey qaide- namavar, əl bizdən,ətək səndən.

Ey yazdəhum kövkəb əbrace-vilayətdə,



  İrəli
Go to TOP