A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir: Mo’ce-elm
Çap tarixi: 2007
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


وَاجْعَلْ لِنَفْسِكَ فِيَما بَيْنَكَ وَبَيْنَ اللهِ تعالى أَفْضَلَ تِلْكَ الْمَوَاقِيتِ، وَأَجْزَلَ تِلْكَ الاَْقْسَامِ، وَإِنْ كَانَتْ كُلُّهَا لله إِذَا صَلَحَتْ فيهَا النِّيَّةُ، وَسَلِمَتْ مِنْهَا الرَّعِيَّةُ.

وَلْيَكُنْ فِي خَاصَّةِ مَا تُخْلِصُ لله بِهِ دِينَكَ: إِقَامَةُ فَرَائِضِهِ الَّتي هِيَ لَهُ خَاصَّةً، فَأَعْطِ اللهَ مِن بَدَنِكَ فِي لَيْلِكَ وَنَهَارِكَ، وَوَفِّ مَا تَقَرَّبْتَ بِهِ إِلَى اللهِ مِنْ ذلِكَ كَاملاً غَيْرَ مَثْلُوم وَلاَ مَنْقُوص، بَالِغاً مِنْ بَدَنِكَ مَا بَلَغَ

“Pak və xalis niyyətlə, xalqın xeyrinə gördüyün bütün işlər Allah üçün olsa da ən yaxşı vaxtı ibadət (nəfsin paklanması) üçün qərar ver.

Yalnız Allah üçün olan vacib ibadətlər xüsusi vaxtda yerinə yetirilməlidir. Gün uzunu cismini və canını ona tapşır, Allaha yaxınlıq vasitəsi olan vəzifələri cisminə əziyyət olsa belə, qədərincə yerinə yetir.”

CƏMİYYƏT NAMAZINDA MƏ’MUMLARA (İQTİDA EDƏNLƏRƏ) ÇƏTİNLİK YARATMAMAQ

İslamda fərdi ibadət üçün incəliklər nəzərdə tutulsa da, cəmiyyət namazında mə’mumların halını nəzərə almaq ciddi tapşırılır. İslam dini insanların bir yerə toplanmasını çox əhəmiyyətli saydığından belə bir nöqtəyə xüsusi diqqət ayırır. Müqəddəs İslam şəriətində cümə və cəmiyyət namazlarında iştirak üçün qat-qat artıq savab nəzərdə tutulur. Məqsəd budur ki, müsəlmanlar daim toplum şəklində səhnədə olsun, parçalanmadan amanda qalsın. Həzrət buyurur:

وَإِذَا قُمْتَ فِي صلاَتِكَ لِلنَّاسِ، فَلاَ تَكُونَنَّ مُنَفّرِاً وَلاَ مُضَيِّعاً، فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَلَهُ الْحَاجَةُ. وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) حِينَ وَجَّهَنِي إِلَى الَيمنِ كَيْفَ أُصَلِّي بِهِمْ؟ فَقَالَ: "صَلِّ بِهِمْ كَصَلاَةِ أَضْعَفِهِمْ، وَكُنْ بِالْمُؤْمِنِينَ رَحِيماً

“(Ey Malik) Cəmiyyətlə namaza dayandığın vaxt namazı o qədər uzatma ki, insanlar yorulsun, nə də sən tələsməklə namazı zay etmə. Namaz qılanlar arasında xəstələr və tələsənlər ola bilər. Həzrət Peyğəmbər (s) məni Yəmənə göndərdiyi vaxt ondan soruşdum ki, onlarla necə namaz qılım? Həzrət buyurdu: “Elə düşün ki, onların ən zəifi ilə namaz qılırsan və mö’minlərlə mehriban ol.”

XALQLA OLMAĞIN SƏMƏRƏSİ VƏ ONLARDAN UZAQLIĞIN FƏSADLARI

Xalqla yaxın hakimin xüsusiyyətləri haqqında danışarkən qeyd olundu ki, belə bir hakim həmişə xalqladır və özü ilə xalq arasında səd qoymur.

Həzrət Əli (ə) fərmanın bu hissəsində xalqdan ayrılığın fəsadlarını qeyd etməklə yanaşı xalqla olmağın səmərələrindən danışır. Həzrət buyurur:

وَأَمَّا بَعْدَ هذا، فَلاَ تُطَوِّلَنَّ احْتِجَابَكَ عَنْ رَعِيَّتِكَ، فَإِنَّ احْتِجَابَ الْوُلاَةِ عَنِ الرَّعِيَّةِ شُعْبَةٌ مِنَ الضِّيقِ، وَقِلَّةُ عِلْم بِالاُْمُورِ، وَالاِْحْتِجَابُ مِنْهُمْ يَقْطَعُ عَنْهُمْ عِلْمَ مَا احْتَجَبُوا دوُنَهُ فَيَصْغُرُ عِندَهُمْ الْكَبِيرُ، وَيَعْظَمُ الصَّغِيرُ، وَيَقْبُحُالْحَسَنُ، وَيَحْسُنُ الْقَبِيحُ، وَيُشَابُ الْحَقُّ بِالْبَاطِلِ، وَإِنَّمَا الْوَالِي بَشَرٌ لاَ يَعْرِفُ مَا تَوَارَى عَنْهُ النَّاسُ بِهِ مِنَ الاُْمُورِ، وَلَيْسَتْ عَلَى الْحَقِّ سِمَاتٌ تُعْرَفُ بِهَا ضُرُوبُ الصِّدْقِ مِنَ الْكَذِبِ، وَإِنَّمَا أَنْتَ أَحَدُ رَجُلَيْنَِ: إِمَّا امْرُؤٌ سَخَتْ نَفْسُكَ بِالْبَذْلِ فِي الْحَقِّ، فَفِيمَ احْتِجَابُكَ مِنْ وَاجِبِ حَقٍّ تُعْطِيهِ، أَوْ فِعْل كَرِيم تُسْدِيهِ، أَوْ مُبْتَلَىً بِالْمَنعِ، فَمَا أَسْرَعَ كَفَّ النَّاسِ عَنْ مَسْأَلَتِكَ إِذَا أَيِسُوا مِنْ بَذْلِكَ! مَعَ أَنَّ أَكْثَرَ حَاجَاتِ النَّاسِ إِلَيْكَ مـ ما لاَ مَؤُونَةَ فِيهِ عَلَيْكَ، مِنْ شَكَاةِ مَظْلِمَة، أَوْ طَلَبِ إِنْصاف فِي مُعَامَلَة

“Məbada xəlvətə çəkiləsən və rəiyyətdən uzaqlığın uzun sürə! Çünki hakimin xalqdan kənarlığı bir növ sıxıntı, işlərdən xəbərsizlikdir. Bundan əlavə, pərdədə qalmaq rəiyyəti baş verənlərdən xəbərsiz qoyur. Bu səbəbdən onların nəzərində böyük kiçik, kiçik isə böyük görünür. Onlar yaxşını pis, pisi yaxşı sayır, haq batilə qarışır. Vali (hakim) bir insandır və xalqın gizli saxladığı işləri öyrənə bilməz. Belə bir xüsusi nişanları da yoxdur ki, onlarla doğrunu yalandan seçsin.

Sən istənilən halda iki nəfərdən birisən: Ya haq yolda bağışlayansan-beləsə, nə üçün bağışladığın vacib haqqı, gördüyün yaxşı işi gizlədəsən? Ya da xəsis bir fərdsən, xalq tezliklə səndən ümidini üzər və bir daha sənə ağız açmaz. Əslində xalqın bir çox istəklərini həyata keçirməyin xərci yoxdur. Onlar ya düçar olduqları sitəmdən şikayətlənir, ya da müəyyən bir müamilə və ya işdə səndən ədalət gözləyirlər.”

Həzrət mövlanın buyuruqlarının bu hissəsində aşağıdakı nöqtələrə xüsusi diqqət ayrılır:

1. Mə’lumat əldə etmək üçün ən yaxşı yol

Mə’lumat əldə etmək üçün iki yol təsəvvür olunur: Birinci yol budur ki, hakim məxfi və aşkar qüvvələr, müxtəlif kanallar vasitəsi ilə ölkədə baş verən hadisələrdən xəbər tutur. İkinci yol budur ki, hakim arabir bilavasitə xalqla görüşür, xalqın özündən müəyyən hadisələr haqqında mə’lumat əldə edir. Həzrət Əlinin (ə) nəzərincə, ən yaxşı yol xalqla bilavasitə rabitədir. Çünki xalq hakimlə görüşdə həqiqətləri açıqlayır, gizli işlərin üzərindən pərdəni qaldırır. Hakim bu yolla mə’lumat əldə edib müxtəlif kanallarla daxil olmuş mə’lumatları dəyərləndirə bilər.

2. Firqə və dəstələri tanımağın yaxşı yolu

Yalnız götür-qoy və toplanmış mə’lumatlar əsasında ictimai məsələlərdən xəbər tutub haqqı batildən seçmək mümkünsüzdür. Çünki insanlar müxtəlif səbəblərdən öz iç fikirlərini müxbirlərə açıqlamırlar. Amma hakimlə bilavasitə görüşdükdə ona e’timad göstərdiklərindən həqiqətləri olduğu kimi çatdırırlar.

DÜZ YOLDA OLMAYAN QOHUMLAR VƏ ƏTRAFLA GÖRÜŞÜN ZƏRURİLİYİ

İslam nizamının məqsədi ilahi hökmlərin həyata keçirilməsidir. Hakim insan haqlarının keşikçisi sayılır.

Bu islami prinsip həm hakimin, həm də hakimin yaxın dairəsinin və qohumlarının vəzifələrini müəyyənləşdirir. Hakimin vəzifəsi budur ki, hakimiyyəti ov saymasın, var-dövlət əsiri olmasın. Onun yeganə məqsədi ilahi hökmlərin həyata keçirilməsi olmalıdır. Hakimin qohumları da hakimdən sui-istifadə etməməli, onun adı ilə zülm-sitəmə əl atmamalıdır. Amma qohumlar belə hərəkət etdikdə hakim ictimai ədalətin və insan haqlarının müdafiəsinə qalxıb qohumların yanlış hərəkətinin qarşısını almalı, sui-istifadələrin kökünü kəsməlidir. Ədalətsizliyin, fərdiyyətçiliyin, qarətçiliyin qarşısını almaq hakimin vəzifələrindəndir. Həzrət buyurur:

ثُمَّ إِنَّ لِلْوَالِي خَاصَّةً وبِطَانَةً، فِيهِمُ اسْتِئْثَارٌ وَتَطَاوُلٌ، وَقِلَّةُ إِنْصَاف فِي مُعَامَلَة، فَاحْسِمْ مَادَّةَ أُولئِكَ بِقَطْعِ أَسْبَابِ تِلْكَ الاَْحْوَالِ،

وَلاَ تُقْطِعَنَّ لاَِحَد مِنْ حَاشِيتِكَ وَحَامَّتِكَ قَطِيعةً، وَلاَ يَطْمَعَنَّ مِنْكَ فِي اعْتِقَادِعُقْدَة، تَضُرُّ بِمَنْ يَلِيهَا مِنَ النَّاسِ، فِي شِرْب أَوْ عَمَل مُشْتَرَك، يَحْمِلُونَ مَؤُونَتَهُ عَلَى غَيْرِهِمْ، فَيَكُونَ مَهْنَأُ ذلِكَ لَهُمْ دُونَكَ، وَعَيْبُهُ عَلَيْكَ فِي الدُّنْيَا وَالاْخِرَةِ

“Hakimin özbaşınalıq, itaətsizlik, əli uzunluq, alış-verişdə insafsızlıq yolunu tutmuş yaxınları və qohumları var. Məzəmmət olunmuş bu hərəkətləri doğuran səbəbləri aradan qaldırmaqla onları yerində oturt!

Ətrafındakılar və qohumlarından kimsəyə torpaq tapşırma və heç vəchlə torpağa sahib olub qonşulara ziyan yetirməsinə icazə vermə. Belə olmasın ki, onların əkin xəzinəsi kəndliləri sıxıntıya salsın. Belə olsa, faydasını onlar götürəcək, həqarət və məzəmməti dünya və axirətdə sənin olacaq.”

Hazırkı cümlələrdə həzrət müəyyən sui-istifadə amilləri üzərində dayanır, aydınlaşdırır ki, qohumlar və yaxınlar müxtəlif adlarla başqalarının malını necə qarət edir. Onlar mülklərinə yaxın çarəsizlərin mülklərinə sahib durur, müştərək görüləsi işləri boyunlarından atırlar.

QANUN QARŞISINDA BƏRABƏRLİK

İslam qanunlarında mühüm və həyati üsullardan biri bütün fərdlərin qanun qarşısında bərabərliyidir. Müqəddəs İslam şəriəti eyni bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutur, bütün insanlar ictimai mövqeyindən, şəxsiyyətindən, mövcud dostluq və qohumluq rabitələrindən asılı olmayaraq eyni cür cəzalandırılır. Heç bir məsələ o bərabərliyə mane ola bilməz. Həzrət Əli (ə) buyurur:

وَأَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَالْبَعِيدِ، وَكُنْ فِي ذلِكَ صَابِراً مُحْتَسِباً، وَاقِعاً ذلِكَ مِنْ قَرَابَتِكَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ، وَابْتَغِ عَاقِبَتَهُ بِمَا يَثْقُلُ عَلَيْكَ مِنْهُ، فَإِنَّ مَغَبَّةَ ذلِكَ مَحْمُودَةٌ

“İstər yaxın olsun, istər uzaq, həmişə haqq-ədaləti gözlə, bu yolda dözümlü ol. Haqqa görə qohumların və yaxınların ziyan görsə, bu əməlini Allahın hesabına yaz. Həmişə haqqın aqibətini düşün, çünki haqqın sonu sitayişə səbəb olur.”

İNFORMASİYA VƏ MƏSƏLƏLƏRİN PRİNSİPİAL İZAHI

İslam mə’sumlar və xalqın qarşılıqlı e’timadını hökumətin həyati sütunlarından biri kimi qəbul edir və bildirir ki, belə bir e’timad olmadan ictimai həyat davam edə bilməz. Hakim xalqa e’timadlı olduğu kimi, xalqın da hakimə e’timadlı olması zəruridir. Xalq üçün bir məsələ qaranlıq qaldıqda, vəzifə dəyişiklikləri baş verdikdə hakim xalqı bu məsələlərdən xəbərdar etməli, müsəlmanların zehində yaranmış şübhələri məntiqi şəkildə aradan qaldırmalıdır. Həzrət buyurur:

وَإِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً، فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ، وَاعْدِلْ عَنكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ، فَإِنَّ فِي ذلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ، وَرِفْقاً بِرَعِيَّتِكَ، وَ إِعْذَاراً تَبْلُغُ فِيه حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ

“Əgər xalq səndən bədgüman olsa öz üzr və dəlilini onlara aşkar bildir, sui-zənnin qarşısını al. Çünki bu yol sənin özün üçün riyazət (nəfsin tərbiyəsi), rəiyyət üçün lütfdür. Belə bir üzrxahlıq onları haqq-ədalətə öyrətməyin və haqqa tabeçiliyə vadar etməyin üçün vasitədir.”

Bu cümlələrdən məsələlərin məntiqi izahının həyati nəticələri aydınlaşır:

1.Xalq qarşısında məsələlərin izahını özü üçün zəruri sayan hakim əslində xalqın üstünlüyünü qəbul etmişdir. Bu baxış, xalqla bu sayaq rəftar valinin öz nəfsinə hakimliyinə səbəb olacaq. Nəfsə bu sayaq hakimlik bir növ riyazətdir və hakim bu yolla özünün və başqalarının nəfs istəkləri ilə mübarizə apara bilər.

2.Məsələlərin köklü izahı səbəb olur ki, xalq həqiqətlə tanış olsun, ədalətli rəftarı özü üçün zəruri saysın və ədalətin icrasından narazı qalmasın.

DİNC YANAŞI YAŞAMAQ

İlahi İslam ayinləri hər şeydən öncə sülh, saziş və dinc yanaşı yaşayışa də’vət edir. Sülh ən ali hədəflərdən biri kimi tanıtdırılır.

Hakim xarici və daxili siyasi dinc-yanaşı yaşayış prinsipi əsasında tənzimləyir, həmişə, hər yerdə sülh və əmin-amanlığa çalışır.

Düşmən tərəfindən sülh və əmin-amanlıq təklif olunduqda İslam hakimi müsbət cavab verib savaşı dayandırmağa vəzifəlidir.

İslamın bu siyasəti ilə tanış olduqdan sonra müəyyənləşdirək ki, İslam bütün hallarda qeyd-şərtsiz sülhü qəbul etməlidir, yoxsa hansısa şərtlər var? Bütün şiə fəqihlərinin icma rə’yi budur ki, sülhün qəbulunda əsas şərt sazişin İslam və müsəlmanların xeyrinə olmasıdır. Əgər sülh İslamın və müsəlmanların zərərinə olarsa, belə bir sülhlə razılaşmaq olmaz. Bu səbəbdən həzrət Əli (ə) buyurur:

وَلاَ تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّ كَ لله فِيهِ رِضىً، فإِنَّ فِي الصُّلْحِ دَعَةًلِجُنُودِكَ، وَرَاحَةً مِنْ هُمُومِكَ، وأَمْناً لِبِلاَدِكَ، وَلَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكِ بَعْدَ صُلْحِهِ، فَإِنَّ الْعَدُوَّ رُبَّمَا قَارَبَ لِيَتَغَفَّلَ، فَخُذْ بِالْحَزْمِ، وَاتَّهِمْ فِي ذلِكَ حُسْنَ الظَّنِّ

“Düşmənin təklif etdiyi və Allahın razılığına olan sülhü rədd etmə. Çünki sülh qoşunun, sənin və məmləkətin asayişinə səbəb olar. Amma sülh və sazişdən sonra ayıq ol. Olsun ki, sülh təklifində məqsəd yuxuya verməkdir. Yaxşı olar ki, ehtiyatı əldən verməyib, bu sazişdə nikbinliyə əsas axtarasan.”

SÜLHÜN NƏTİCƏLƏRİ VƏ DÜŞMƏN QARŞISINDA AYIQLIĞIN ZƏRURƏTİ

Həzrət mövlanın bəyanatına diqqət yetirdikdə sülhün əsas faydaları da aydınlaşır:

Dinc-yanaşı yaşayış bərpa olunduqda qoşun və silahlı qüvvələr rifah və asayişdən faydalanır.

İslam hakimi də ruhi aramlıqdan bəhrələnir, bu aramlıq sayəsində məmləkəti nizama sala bilir.

Hər şeydən mühümü, cəmiyyətin amalı olan əmin-amanlıq bərpa olunur.

Həzrət mövla bu faydaların bəyanının ardınca düşmən qarşısında ayıq olmağı tapşırır. Çünki düşmən düşməndir, daim meydanı özününkü etmək istəyir. Düşmən nəfəs dərmək üçün də sülh təklif edə bilər. Buna görə də hakim ehtiyatlı olmalı, düşmənə nikbinliklə yox, şübhələrlə yanaşmalıdır.

ƏHDƏ VƏFA

Əhdə vəfa və öhdəliklərə əməl İslam baxımından ən ali insani fəzilətlərdəndir. Qur’ani-kərim və mə’sum imamların əsərləri əhdə vəfanı iman şərtlərindən biri sayır. Əhdə vəfasızlıq dinsizlik və imansızlıq kimi qəbul olunur. Əhdə vəfa dedikdə təkcə müsəlmanların bir-birləri ilə vəfalı olması nəzərdə tutulmur. Müsəlmanlar vəzifəlidirlər ki, biganələr və kafirlər qarşısında da bu prinsipə əməl etsinlər. Həzrət buyurur:

وَإِنْ عَقَدْتَ بَيْنَكَ وَبَيْنَ عَدُوّ لَكَ عُقْدَةً، أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً، فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ، وَارْعَ ذِمَّتَكَ بِالاَْمَانَةِ، وَاجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَا أَعْطَيْتَ، فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللهِ عزوجلّ شَيْءٌ النَّاسُ أَشدُّ عَلَيْهِ اجْتَِماعاً، مَعَ تَفْرِيقِ أَهْوَائِهِمْ، وَتَشْتِيتِ آرَائِهِمْ، مِنَ تَعْظيمِ الْوَفَاءِ بِالْعُهُودِ، وَقَدْ لَزِمَ ذلِكَ الْمُشْرِكُونَ فِيَما بَيْنَهُمْ دُونَ الْمُسْلِمِينَ لِمَا اسْتَوْبَلُوا مِنْ عَوَاقِبِ الْغَدْرِ،

فَلاَ تَغْدِرَنَّ بِذِمَّتِكَ، وَلاَ تَخِيسَنَّ بَعَهْدِكَ، وَلاَ تَخْتِلَنَّ عَدُوَّكَ، فَإِنَّهُ لاَ يَجْتَرِىءُ عَلَى اللهِ إِلاَّ جَاهِلٌ شَقِيٌّ.

وَقَدْ جَعَلَ اللهُ عَهْدَهُ وَذِمَّتَهُ أَمْناً أَفْضَاهُ بَيْنَ الْعِبَادِ بِرَحْمَتِهِ، وَحَرِيماًيَسْكُنُونَ إِلَى مَنَعَتِهِ،يَسْتَفِيضُونَ إِلَى جِوَارِهِ، فَلاَ إِدْغَالَ، وَلاَ مُدَالَسَةَ، وَلاَ خِدَاعَ فِيهِ،

وَلاَ تَعْقِدْ عَقْداً تَجُوزُ فِيهِ الْعِلَلُ، وَلاَ تُعَوِّلَنَّ عَلَى لَحْنِ القَوْل بَعْدَ التَّأْكِيدِ وَالتَّوْثِقَةِ،

وَلاَ يَدْعُوَنَّكَ ضِيقُ أَمْر لَزِمَكَ فِيهِ عَهْدُ اللهِ، إِلَى طَلَبِ انْفِسَاخِهِ بِغَيْرِ الْحَقِّ، فَإنَّ صَبْرَكَ عَلَى ضِيق تَرْجُو انْفِرَاجَهُ وَفَضْلَ عَاقِبَتِهِ، خَيْرٌ مِنْ غَدْر تَخَافُ تَبِعَتَهُ، وَأَنْ تُحِيطَ بِكَ مِنَ اللهِ فِيهِ طَلِبَةٌ، لاَتَسْتَقِيلُ فِيهَا دُنْيَاكَ وَلاَ آخِرَتَكَ

“Əgər düşmənlə peyman bağlasan və ya ona aman versən, əhdinə vəfa qıl, əhdinə uyğun əmanət şərtini yerinə yetir. Özünü düşmənə verdiyin müqabilində sipər et. Çünki bütün xalqın fərqli yanaşdığı heç bir ilahi vacibatda əhdə vəfada olduğu kimi yekdillik yoxdur. Müşriklər də İslamdan öncə öz aralarında əhdə vəfanı zəruri sayırdı. Çünki vəfasızlıq və xəyanətin acısını dadmışdılar.

Məbada əhdinə vəfa qılmayasan. Heç vaxt əhdini pozma, düşmənini aldatma. Çünki yalnız bədbəxt və nadan insan Allahın adı ilə bağladığı əhd-peymanı tapdayar.

Allah sənin əhd-peymanını salamatlıq və asayişin üçün səbəb qərar vermişdir. Onun sayəsində insanlar həyatını davam etdirir. Bu yolda yalana, hiylə və fəsada yer yoxdur.

Elə bir müqavilə imzalama ki, onda yayınma və bəhanəyə yol olsun. Müqavilə tənzimləndikdən sonra ikibaşlı danışma, Allahın əhdi gözləniləsi çətinlik səni müqaviləni haqsız pozmağa vadar etməsin. Açılışına ümid etdiyin müşkül qarşısında dözüm və nəsibin olacaq xoş aqibət günahı boynuna düşəcək hiylədən üstündür. (Bu hiyləyə görə) Allah tərəfindən elə tə’qib olunarsan ki, dünya və axirətdə sənin üçün üzr olmaz.”

DÖVLƏT ZÜLM VƏ QAN AXITMAQLA MÖHKƏMLƏNƏ BİLMƏZ!

İslam şərq və qərbdən fərqli olaraq zülm və qan axıtmaq vasitəsi ilə hökumətin möhkəmlənməsini qəbul etmir. Qan tökülməsi hökumətin sütunlarını laxladır, hakimiyyət dəyişikliyinə səbəb olur.

İslamın bu baxışı insan kəramətinə e’tiqaddan qaynaqlanır. İnsan hər fərdi o qədər kəramətli sayır ki, fərdin öldürülməsini toplumun öldürülməsi, fərdə həyat verilməsini topluma həyat verilməsi kimi qəbul edir. Həzrət buyurur:

إِيَّاكَ وَالدَّمَاءَ وَسَفْكَهَا بِغَيْرِ حِلِّهَا، فَإِنَّهُ لَيْسَ شَيْءٌ أَدْعَى لِنِقْمَة، وَلاَ أَعْظَمَ لِتَبِعَة، وَلاَ أَحْرَى بِزَوَالِ نِعْمَة، وَانْقِطَاعِ مُدَّة، مِنْ سَفْكِ الدِّمَاءِ بِغَيْرِ حَقِّهَا، وَاللهُ سُبْحَانَهُ مُبْتَدِىءٌ بِالْحُكْمِ بَيْنَ الْعِبَادِ، فِيَما تَسَافَكُوا مِنَ الدِّمَاءِ يَوْمَ الْقِيَامةِ، فَلاَ تُقَوِّيَنَّ سُلْطَانَكَ بِسَفْكِ دَم حَرَام، فَإِنَّ ذلِكَ مِمَّا يُضْعِفُهُ وَيُوهِنُهُ، بَلْ يُزيِلُهُ وَيَنْقُلُهُ

“Nahaq qan tökməkdən çəkin. Çünki Allahın qəzəbini qan tökmək qədər oyadan ikinci iş yoxdur. Qan tökmək ne’məti əldən çıxarır, ömrü qısaldır. Allah Qiyamət günü ilkin olaraq qətli araşdırar. Belə ki, hökumətini haram qan tökməklə möhkəmləndirmə. Çünki haram qan axıdılması hökuməti zəiflədən işlərdəndir. Bu iş hətta hökuməti məhv edib, bir başqası ilə əvəz edər.”

QAN TÖKMƏYİN NƏTİCƏSİ VƏ QİSAS CƏZASININ ZƏRURİLİYİ

Həzrət buyurur:

وَلاَ عُذْرَ لَكَ عِنْدَ اللهِ وَلاَ عِنْدِي فِي قَتْلِ الْعَمدِ، لاَِنَّ فِيهِ قَوَدَ الْبَدَنِ، وَإِنِ ابْتُلِيتَ بِخَطَإ وَأَفْرَطَ عَلَيْكَ سَوْطُكَ أَوْ سَيْفُكَ أَوْ يَدُكَ بِعُقُوبَة، فَإِنَّ فِي الْوَكْزَةِ فَمَا فَوْقَهَا مَقْتَلَةً، فَلاَ تَطْمَحَنَّ بِكَ نَخْوَةُ سُلْطَانِكَ عَنْ أَنْ تُؤَدِّيَ إِلَى أَوْلِيَاءِ الْمَقْتُول حَقَّهُمْ

“Bilərəkdən qətlə görə Allah dərgahında və mənim yanımda üzr və bəhanə yoxdur. Çünki onun cəzası qətldir. Amma xətaya yol versən, qamçın, qılıncın və ya əlin istəmədən işgəncə verməkdə həddi aşsa, bu halda qürur sənə qalib gəlməsin, qətlə yetənin qan bahasını onun vərəsəsinə ödəməkdən boyun qaçırma.”

Həzrət mövlanın bu bəyanından iki nöqtə aydınlaşır:

1.Həzrət Əlinin (ə) nəzərincə haqsız tökülən qanın ən böyük əsəri dövlətin süquta uğramasıdır. Zalım Pəhləvi rejiminin tarixi uyğun baxışın ən üstün dəlillərindəndir. Müsəlman ümmət şahid oldu ki, çirkin Pəhləvi xanədanı nahaq qanlar hesabına tarixin zibilqabısına necə atıldı. Bu rejimdən çirkin addan başqa bir şey qalmadı.

2.İnsanların dinc yanaşı yaşayışı qisas hökmünün icrası sayəsində gerçəkləşir.

Bu səbəbdən həzrət Əli (ə) Malikə xatırladır ki, bilərəkdən qətlə görə qisas alınacaq və bu işdə (hətta Malik üçün) heç bir güzəşt yoxdur. Bilməyərəkdən baş vermiş qətllərdə də müqəssir diyə (qan bahası) ödəyib qətlə yetirilənin sahibindən razılıq almağa vəzifəlidir.

XÜDPƏSƏNDLİYİN (ÖZÜNÜ BƏYƏNMƏNİN) ƏLACI

Mə’sumlar və hakimlərlə əlaqədə ictimai əhəmiyyət kəs edən mühüm əxlaqi məsələlərdən biri xüdpəsəndlik, xüdbinlik, mənəm-mənəmlikdir.

Təkəbbürün ən tə’sirli əlacı odur ki, insan Allahla rabitəsini möhkəmləndirsin, Allah qarşısında heç nə olduğunu anlasın, hər an möhtac olduğu halda özünü çəkməyin axmaqlıq olduğunu dərk etsin. Məgər Allah buyurmayıbmı ki, kibr və böyüklük mənə məxsus libasdır?![9] Təkəbbürlü insan özünü Allaha oxşatmırmı? Məgər bu iş məxfi şirk deyilmi?

Bəli, məhz bu nöqtələr həzrət Əlini (ə) vadar edir ki, Maliki təkəbbürün acı nəticəsi ilə qorxutsun. Həzrət buyurur:

وَإِيَّاكَ وَالاِْعْجَابَ بِنَفْسِكَ، وَالثِّقَةَ بِمَا يُعْجِبُكَ مِنْهَا، وَحُبَّ الاِْطْرَاءِ، فَإِنَّ ذلِكَ مِنْ أَوْثَقِ فُرَصِ الشَّيْطَانِ فِي نَفْسِهِ، لِـيَمْحَقَ مَا يَكُونُ مِنْ إِحْسَانِ الْـمُحْسِنِينَ.

وَإِيَّاكَ وَالْمَنَّ عَلَى رَعِيَّتِكَ بِإِحْسَانِكَ، أَوِ التَّزَيُّدَ فِيَما كَانَ مِنْ فِعْلِكَ، أَوْ أَنْ تَعِدَهُمْ فَتُتْبِعَ مَوْعِدَكَ بِخُلْفِكَ، فَإِنَّ الْمَنَّ يُبْطِلُ الاِْحْسَانَ، وَالتَّزَيُّدَ يَذْهَبُ بِنُورِ الْحَقِّ، وَالخُلْفَ يُوجِبُ الْمَقْتَ عِنْدَاللهِ وَالنَّاسِ، قَالَ اللهُ سبحانه: (كَبُرَ مَقْتاً عِنْدَ اللهِ أَنْ تَقُولُوا مَا لاَ تَفْعَلُونَ

“Xüdpəsəndlikdən, xoşun gələn bir şeyə arxayınlıqdan, xalqın sitayiş və tə’rifindən həzər qıl. Çünki bu hallarda şeytan fürsət tapır, xeyir əməl sahiblərinin işini məhv edir.

Məbada, rəiyyətə etdiyin ehsana görə onlara minnət qoyasan. Onlar üçün gördüyün işi həddindən artıq üzə vurub böyük göstərəsən. Məbada, rəiyyətə verdiyin və’di pozasan. Çünki minnət ehsanı puça çıxarır, qiymətdən salır. Həddindən artıq önə çəkmək həqiqət nurunu aradan götürür. Və’dəxilaflıq Allahın və xalqın qəzəbini artırır. Allah-taala buyurur: “Siz söz verib əməl etməyəndə çox qəzəblənirəm.”

Hazırkı cümlələrdə həzrət Əli (ə) təkəbbürün çirkinliyini bəyan etdikdən sonra diqqəti üç mühüm nöqtəyə yönəldir:

1. Hakimin xalqa minnət qoymağa haqqı yoxdur.

İslam tə’limlərində minnət qoymaq prinsipcə məhkum edilmişdir. İstər insanın insana minnət qoyması, istər dövlətin xalqa minnət qoyması! Əvvəla, infaq və sədəqə yoxsulları sıxıntılı vəziyyətdən çıxarmaq üçündür. Əgər infaq və bəxşişə görə minnət qoyularsa, nəinki əsas məqsəd ödənməz, əksinə möhtacların ruhuna daha ağır zərbə vurular. İkincisi, dövlətin gördüyü işlər onun vəzifəsidir. Vəzifənin icrasına görə minnət qoyulmamalıdır. Üçüncüsü, infaq və bəxşişin ilahi rəngi olmalıdır. Minnət işin ilahi olmadığını göstərir. Dördüncüsü, Allah-taala bir bu qədər ne’mət əta etdiyi halda insanlara minnət qoymur. Ehsan edən şəxs minnət qoyarsa, demək, verdiyi şeyi özününkü sayır. Hansı ki, bütün varlıq aləminin həqiqi sahibi Allahdır.

2. İslam hakiminin və’dəxilaflığının nəticəsi

İslamda və’dəxilaflıq dinsizlik, imansızlıq hökmündədir. Əksinə, əhdə vəfa iman nişanəsi, İslam hökmlərinə bağlılıq göstəricisidir. Əgər hakim xalqa verdiyi və’di pozursa, həm Allahın qəzəbinə gəlir, həm də onun və’dəxilaflığı dövlətə zərbə vurur. Yaxşı olar ki, məs’ullar əmin olduqda və’d versinlər və boş və’dlərdən çəkinsinlər.



Geri   İrəli
Go to TOP