A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir: Mo’ce-elm
Çap tarixi: 2007
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı, məmləkətinin rifahı şəklində sənə qayıdasıdır. Bundan əlavə, onlarda özünə qarşı razılıq yaradarsan, onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan, onları öz ədalətinə öyrətmisən, onlarla mülayim rəftar etmisən.

Çox olsun ki, müxtəlif cərəyanlarla bağlı baş vermiş hadisələrin həllini onlara tapşırsan, qəlbən qəbul edərlər. Çünki məmləkəti istədiyin qədər abadlaşdırmaq mümkündür.”

ƏKİNÇİLƏRƏ DİQQƏTSİZLİYİN NƏTİCƏLƏRİ

Həzrət Əlinin (ə) ötən buyuruqlarından anlaşılır ki, əkinçilərə ağır vergi tətbiq olunduqda, digər bir tərəfdən, əkinçiliyin inkişafı üçün dövlət tərəfindən addım atılmadıqda əkinçi qərara gəlir ki, o özü üçün işləmir, üzücü zəhmətlərindən qənaətbəxş əvəz götürmür, zəhmətindən başqaları bəhrələnir. Bu sayaq qənaətlər əkinçiləri yalana, fırıldaqçılığa, qaçaqçılığa, oğurluğa və digər azğın addımlara sövq edir. Nəticədə əkinçi öz ehtiyaclarını torpaqda işləməklə tə’min etmək əvəzinə cinayətə əl atır və ya insanların əlində olana göz tikir.

Belə bir vəziyyətin nəticələrindən biri də fəal işçi qüvvələrin, gənclərin şəhərə üz tutmasıdır. Belələri şəhərdə adətən baş qatmaqla məşğul olur. Təbii sonluq işsiz gənclərin günah və fəsada aludə olmasından, dövlət və hökumətin tənəzzülündən ibarətdir.

DÖVLƏTİN TƏNƏZZÜL AMİLLƏRİ

Həzrət Əlinin (ə) nəzərincə, dövlətin süquta uğramasının üç amili var: Dövlət mə’murlarında sərvət toplamaq ruhiyyəsi, hakimiyyətin uzun sürməyəcəyi ilə bağlı bədbinlik, hadisələrdən nəticə çıxarılmaması.

Əgər dövlət xadimləri hakimiyyətin möhkəmliyinə əmin olmasalar, onun müvəqqəti olduğunu düşünsələr, var-dövlət toplamaqla məşğul olsalar, qarşıya çıxan hadisələrdən ibrət götürməsələr, əslində dövlət və hökumətin süqutu üçün zəmin hazırlamışlar. Belə bir dövlət yaşayası və hökm verəsi deyil, istər-istəməz bir gün varlığı ilə vidalaşasıdır. Həzrət buyurur:

وَإِنَّمَا يُؤْتَى خَرَابُ الاَْرْضِ مِنْ إِعْوَازِ أَهْلِهَا،إِنَّمَا يُعْوِزُ أَهْلُهَا لاِِشْرَافِ أَنْفُسِ الْوُلاَةِ عَلَى الْجَمْعِ، وَسُوءِ ظَنِّهِمْ بِالْبَقَاءِ، وَقِلَّةِ انْتِفَاعِهِمْ بِالْعِبَرِ

“Torpağı xaraba qoyan onun üzərində işləyənlərin yoxsulluğudur. Dövlət mə’murları var-dövlət toplamaq fikrində olduqda, hadisələrdən ibrət götürmədikdə torpaq əhlinin (əkinçilərin) vəziyyəti pisləşir.”

MÜAVİN SEÇİMİ ME’YARLARI

İslamın əsas və ali məqsədlərindən biri ümmət arasında, İslam cəmiyyətində haqq-ədalətin bərpası, tarazlığın gözlənilməsidir.

Əgər hakim müavin seçimində ədalətli olmaq istəsə, ən əxlaqlı, ilahi sifətlərə malik insana üstünlük verər. Təbii ki, ilahi əxlaqı qulağında sırğa etmiş insanda aşağıdakı sifətlər də olasıdır: Elm və düşüncə, əmanətdarlıq, güc, mütəxəssislik, hesab-kitablılıq, diqqət və yaradıcılıq, kamil ədəb və tutum, yaxşılarla dostluq, sitəmkarlardan uzaqlıq, təvazökarlıq.

Bir sözlə, bütün insani fəzilətlər və kamilliklər nəzərdə tutulmalıdır. Bunlardan bə’zilərinə imamın buyuruqlarında işarə olunmuşdur:

ثُمَّ انْظُرْ فِي حَالِ كُتَّابِكَ، فَوَلِّ عَلَى أُمُورِكَ خَيْرَهُمْ، وَاخْصُصْ رَسَائِلَكَ الَّتِي تُدْخِلُ فِيهَا مَكَائِدَكَ وأَسْرَارَكَ بِأَجْمَعِهِمْ لِوُجُودِ صَالِحِ الاَْخْلاَقِ مِمَّنْ لاَ تُبْطِرُهُ الْكَرَامَةُ، فَيَجْتَرِىءَ بِهَا عَلَيْكَ فِي خِلاَف لَكَ بِحَضْرَةِ مَلاَ،وَلاَ تُقَصِّرُ بِهِ الْغَفْلَةُ عَنْ إِيرَادِ مُكَاتَبَاتِ عُمَّالِكَ عَلَيْكَ، وَإِصْدَارِ جَوَابَاتِهَا عَلَى الصَّوابِ عَنْكَ، وَفِيَما يَأْخُذُ لَكَ وَيُعْطِي مِنْكَ، وَلاَ يُضعِفُ عَقْداً اعْتَقَدَهُ لَكَ، وَلاَ يَعْجِزُ عَنْ إِطْلاَقِ مَا عُقِدَ عَلَيْكَ، وَلاَ يَجْهَلُ مَبْلَغَ قَدْرِ نَفسِهِ فِي الاُْمُورِ، فَإِنَّ الْجَاهِلَ بِقَدْرِ نَفْسِهِ يَكُونُ بَقَدْرِ غَيْرِهِ أَجْهَلَ

“Sonra müavinlərinə diqqət yetir, işlərini onların ən ləyaqətlisinə tapşır. Sənin siyasət və sirlərinin qeyd olunduğunu məhrəmanə məktubları onların əxlaq baxımından ən salehinə e’tibar et. O elə bir kəs olsun ki, sonralar tutduğun mövqe onu xudpəsəndliyə sövq etməsin, heç vaxt xalqın gözü qabağında sənə qarşı çıxmasın. Hakimlərin məktubunu sənə çatdırmaqda və sənin məsləhətin əsasında onları cavablandırmaqda qəflətə uğramasın. Əhd-peymanların tənzim qaydasını bilsin, sənin ziyanına olan müqavilələrin qarşısını almaqda aciz olmasın, həm də öz dəyər və mövqeyini yaxşı dərk etsin. Çünki öz dəyərini bilməyən insan başqalarını dəyərləndirə bilməz və naçar qalıb onlardan çəkinər.”

İSLAM NİZAMINDA SEÇİM ME’YARLARI

Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə müavin seçimində ən üstün me’yar insanın ilahi rəngdə olmasıdır. Həzrət Əli (ə) müavinin seçim me’yarını bəyan etdikdən sonra diqqəti digər bir nöqtəyə yönəldib özünəməxsus dahiyanə bir baxışla insan vücudundakı gizli səciyyələrdən qaynaqlanan bir sirr üzərindən pərdəni qaldırır.

Hamımız bilirik ki, vəzifə başına keçən şəxsin ətrafında xeyli adam toplanır. Bu növ dostların əksəri zahirən gözəl əxlaq sahibi olur. Bəli, onlar bə’zən zahid libasında yaxınlaşıb ibadətdən dəm vurur, bə’zən ağız dolusu şücaətdən danışıb İsfəndiyar və Rüstəmin qəhrəmanlığını məsxərəyə qoyur. Onlar bə’zən özünü Hatəmtək səxavətli sayır, bə’zən əsrin dahisi kimi təsəvvür edir. Əslində isə bu qəbil sözlər diqqəti cəlb edib vəzifəyə çatmaq üçün cızılmış planlardandır.

Bu səbəbdən həzrət Əli (ə) Malikə tövsiyə edir ki, yalnız şəxsi tanışlığı seçim me’yarı götürməsin, başqa nöqtələrə də nəzər salsın. Həzrət buyurur:

ثُمَّ لاَ يَكُنِ اخْتِيَارُكَ إِيَّاهُمْ عَلَى فِرَاسَتِكَ وَاسْتِنَامَتِكَ وَحُسْنِ الظَّنِّ مِنْكَ، فَإِنَّ الرِّجَالَ يَتَعَرَّفُونَ لِفِرَاسَاتِ الْوُلاَةِ بِتَصَنُّعِهِمْ وَحُسْنِ خِدْمَتِهِمْ، لَيْسَ وَرَاءَ ذلِكَ مِنَ النَّصِيحَةِ وَالاَْمَانَةِ شَيْءٌ، وَلكِنِ اخْتَبِرْهُمْ بِمَا وَلُوا لِلصَّالِحِينَ قَبْلَكَ، فَاعْمِدْ لاَِحْسَنِهِمْ كَانَ فِي الْعَامَّةِ أَثَراً، وَأَعْرَفِهِمْ بِالاَْمَانَةِ وَجْهاً، فَإِنَّ ذلِكَ دَلِيلٌ عَلَى نَصِيحَتِكَ لله وَلِمَنْ وَلِيتَ أَمْرَهُ

“Müavin seçimində sırf öz nikbinliyinə və e’tibarına əsaslanmamalısan. Çünki bə’ziləri yaltaqlıq və xidmətkarlıqla özünü hakimlərə tədbirli və mütəxəssis tanıtdırmaq istəyir. Hansı ki bu görüntülərin arxasında düzlük, əmanətdarlıq, canıyananlıqdan əsər-əlamət yoxdur. Onları özündən qabaqkılarla həmkarlıqları əsasında qiymətləndir, xalq arasında doğruçu və pak kimi tanınanlarını seç. Bu iş sənin Allaha və öz imanına itaətinin dəlili olacaq.”

İŞ BÖLGÜSÜ VƏ MƏS’UL TƏ’YİNATI

Öncə qeyd etdik ki, İslam hakimi üçün iş bölgüsü zəruri, qüvvə seçimi mühüm və əsas məsələdir.

İmam əhdnamənin bu hissəsində iş bölgüsünü yada salaraq Malikə tapşırır ki, hər iş üçün xüsusi məs’ul tə’yin etsin. Həzrət buyurur ki, işin əzəməti ona nəzarət edən məs’ula üstün gəlməməli, işdəki dolaşıqlıqlar onu heyrətə salmamalıdır. Çünki bütün bu nöqsanlar sonda valinin hesabına yazılacaq. Həzrət buyurur:

وَاجْعَلْ لِرَأْسِ كُلِّ أَمْر مِنْ أُمُورِكَ رَأْساً مِنْهُمْ، لاَ يَقْهَرُهُ كَبِيرُهَا، وَلاَ يَتَشَتَّتُ عَلَيْهِ كَثِيرُهَا، وَمَهْمَا كَانَ فِي كُتَّابِكَ مِنْ عَيْب فَتَغَابَيْتَ عَنْه أُلْزِمْتَهُ

“Hər bir işin üçün məs’ul seç. Elə bir məs’ul ki, işin böyüklüyü onu çarəsiz etməsin, işin çoxluğu və çeşidliliyi onu heyrətə salmasın. Əgər müavinlərində olan eybi görməsən xalq nöqsanı sənin hesabına yazacaq.”

TACİRLƏR, SƏNƏTKARLAR, FƏHLƏLƏR

Sağlam həyat vasitəsi olan, insanın ehtiyaclarını tə’min edən, xalqın ümumi vəziyyətini sahmana salan, insanların üzünə haqqın yolunu açan bir ticarət İslamda təsdiq və təşviq olunur. Amma ticarət və sənətkarlıq həyat məqsədinə çevrildikdə, kübarlıq və dəbdəbə üçün vasitə olduqda İslam tərəfindən məzəmmət olunur və bədbəxtlik səbəbi sayılır.

Həzrət Əli (ə) öz bəyanatının bu hissəsində o qəbil tacir və sənətkarları nəzərdə tutur ki, ticarət və sənəti həyat məqsədi yox, ehtiyacların tə’minat vasitəsi sayır. Onlar ticarət və sənəti insan həyatına ilahilik verən vasitə kimi tanıyırlar. İslamda bu sayaq ticarət təşviq olunur. Həzrət Əli (ə) buyurur:

ثُمَّ اسْتَوْصِ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، وَأَوْصِ بِهِمْ خَيْراً: الْمُقِيمِ مِنْهُمْ، وَالْمُضْطَرِبِ بِمَالِهِ، وَالْمُتَرَفِّقِ بِبَدَنِهِ، فَإِنَّهُمْ مَوَادُّ الْمَنَافِعِ، وَأَسْبَابُ الْمَرَافِقِ، وَجُلاَّبُهَا مِنَ الْمَباعِدِ وَالْمَطَارِحِ، فِي بَرِّكَ وَبَحْرِكَ، وَسَهْلِكَ وَجَبَلِكَ، وَحَيْثُ لاَ يَلْتَئِمُ النَّاسُ لِمَوَاضِعِهَا، وَلاَ يَجْتَرِئُونَ عَلَيْهَا، فَإِنَّهُمْ سِلْمٌ لاَ تُخَافُ بَائِقَتُهُ، وَصُلْحٌ لاَ تُخْشَى غَائِلَتُهُ، وَتَفَقَّدْ أُمُورَهُمْ بِحَضْرَتِكَ وَفِي حَوَاشِي بِلاَدِكَ

“İndi isə tacirlər və sənaye sahibləri haqqındakı vəsiyyətimi qəbul et və sən də onları yaxşılığa çağır! İstər şəhərdə məskunlaşanlar olsun, istər məhsulları dövriyədə olanlar, istərsə də fiziki gücündən istifadə edənlər. Bütün bunlar fayda qaynağı, həyat rövnəqinin əsasıdır. Onlar xalqın ehtiyaclarını ödəmək üçün uzaq şəhərlərdən, dəniz, səhra, hamar və dağlıq ərazilərdən, xalqın gedə bilmədiyi və getməyə cür’əti çatmadığı nöqtələrdən əldə edib gətirir. Demək onlar dostluq və məhəbbətə layiqdir və onlardan təhlükə gözlənilmir. İstər hüzurunda olsun, istər digər şəhərlərdə, onlardan hal-əhval tut, işlərini həll et.”

TİCARİ MƏHDUDİYYƏTLƏR

İslam ticarəti azad bilib tacirləri təşviq etsə də, ticarət üçün hökm və qaydalar nəzərdə tutmuşdur. Tacir ticarətdən öncə ticarət qaydalarını öyrənməlidir ki, onun işi cəmiyyətdə fəsad yaratmasın, özü də harama düçar olmasın.

Böyük fəqihlər mə’sum imamların ticarət haqqındakı buyuruqlarına istinad edərək alış-verişlə məşğul olanlar üçün qaydalar nəzərdə tutmuşlar:

●Alış-verişdə satıcı alıcı ilə sərt olmasın;

●Müştərilər arasında qiymət fərqi qoyulmasın;

●İstənilən bir növ anddan, hətta doğru anddan pəhriz olunsun;

●Malda olan nöqsan müştəriyə bildirilsin;

●Alıcı peşiman olduqda satıcı imkan həddində malı geri götürsün;

●Satıcı malı həddən artıq tə’rif etməkdən çəkinsin;

●Əskik satılmasın;

●Möhtəkirliyə yol verilməsin;

●Zor göstərilməsin və s.

Uyğun mövzu ilə bağlı həzrət Əli (ə) Malik Əştərə buyurur:

وَاعْلَمْ ـ مَعَ ذلِكَ ـ أَنَّ فِي كَثِير مِنْهُمْ ضِيقاً فَاحِشاً، وَشُحّاً قَبِيحاً، وَاحْتِكَاراً لِلْمَنَافِعِ، وَتَحَكُّماً فِي الْبِيَاعَاتِ، وَذلِكَ بَابُ مَضَرَّة لِلْعَامَّةِ، وَعَيْبٌ عَلَى الْوُلاَةِ

فَامْنَعْ مِنَ الاْحْتِكَارِ، فَإِنَّ رَسُولَ اللهِ(صلى الله عليه وآله) مَنَعَ مِنْهُ وَلْيَكُنِ الْبَيْعُ بَيْعاً سَمْحاً: بِمَوَازِينِ عَدْل، وَأَسْعَار لاَ تُجْحِفُ بِالْفَرِيقَيْنِ مِنَ الْبَائِعِ وَالْمُبْتَاعِ، فَمَنْ قَارَفَ حُكْرَةً بَعْدَ نَهْيِكَ إِيَّاهُ فَنَكِّلْ،وَعَاقِبْ فِي غَيْرِ إِسْرَاف

“Bütün bunlarla yanaşı, bil ki, onların çoxu alış-verişdə çox sərtlik edir, xəsislik göstərir, daha çox qazanmaq üçün möhtəkirliyə əl atır, alış-verişdə zor göstərir. Bu işlər xalq üçün zərər, hakimlər üçün ləkədir.

Buna görə də möhtəkirliyin qarşısını al! Çünki həzrət Peyğəmbər (s) buna yol verməmişdir. Alış-veriş sadə şəkildə, ədalətlə yerinə yetirilməlidir. Qiymətlər heç bir tərəfə (satıcı və alıcıya) sıxıntı gətirməməlidir. Sənin xəbərdarlığından sonra yenidən möhtəkirliyə əl atanları cəzalandır. Amma cəzalandırarkən həddi aşma!”

MÖHTƏKİRLİK VƏ İNHİSARÇILIQ

Həzrətin buyuruqlarından anlaşılır ki, islami ticarətdə həm möhtəkirlik, həm də inhisarçılıq haramdır.

Hamımıza mə’lumdur ki, bu gün sərmayə sahibləri xalqı iki yolla sıxıntıya salır:

Çalışırlar ki, xalqın ehtiyac duyduğu məhsulları anbara yığıb satışa çıxarmasınlar. Onların məqsədi məhsul bahalaşdıqdan sonra onu qara bazarda satmaqdır. Bu əməl möhtəkirlik sayılır. İslam möhtəkirliyi haram bilir, möhtəkir tə’qib olunur, cəzalandırılır.

Bə’zən isə sərvət sahibləri bir araya gəlib hansısa malı inhisara alır. Belə ki, bu razılıqda iştirak etməyənlər nəzərdə tutulmuş malı yalnız inhisarçıların əli ilə sata bilir. İnhisarçılıq İslam prinsipləri ilə bir araya sığmır.

Həzrət Əli (ə) hər iki işin çirkinliyini açıqlayaraq Malikə buyurur ki, mallara qiymət qoysun, tacirləri tam azad buraxmasın. Tapşırılır ki, möhtəkirləri və inhisarçıları cəzalandırmaqla onların sui-istifadəsinin qarşısı alınsın.

İSLAM CƏMİYYƏTİNDƏ FƏHLƏLƏRİN VƏ MÜSTƏZƏFLƏRİN YERİ

İstənilən bir cəmiyyətdə müxtəlif səbəblərdən işləyə bilməyənlər var. Əgər belə insanlara əl tutulmasa onların gəncləri günaha sürüklənər, zəifləri aclıqdan ölər.

Belə bir vəziyyətin davamı təhlükəli və alçaldıcıdır. Dövlət bu sayaq çarəsiz təbəqəyə əl tutmalı, onların gənclərini işə cəlb etməli, düşdükləri vəziyyətdən çıxarmalıdır.

Bugünki mütərəqqi dünya uyğun missiyanı öz üzərinə götürərək şüar verir ki, qanunlar tənzimləməklə fəhlələrin haqlarını tə’min etmiş, biçarələri fəlakətdən qurtarmışdır. Bizim nəzərimizcə, bugünki dünyada fəhlələr və çarəsizlər öz təzyiqləri ilə nəyəsə nail olmuşlarsa da, uyğun iddialar şüar səviyyəsindən yuxarı qalxmamışdır. Çünki hazırda da fəhlələr və çarəsizlər inkişaf etmiş ölkələrdə (məsələn Amerikada, Rusiyada, İngiltərədə, Almaniyada, Fransada) olduqca çətin vəziyyətdədirlər və imperializmə qarşı mübarizə mövqeyində dayanmışlar. Onlar düşdükləri vəziyyətdən qurtuluş üçün yardım gözləyirlər.

Əksinə, həzrət imamın 1300 il öncəyə aid uyğun fərmanında uyğun iddialar şüar mərhələsindən əməl mərəhələsinə qaldırılmış, Malikə konkret göstərişlər verilmişdir:

ثُمَّ اللهَ اللهَ فِي الطَّبَقَةِ السُّفْلَى مِنَ الَّذِينَ لاَ حِيلَةَ لَهُمْ وَالْمَسَاكِين وَالْـمُحْتَاجِينَ وَأَهْلِ الْبُؤْسَى وَالزَّمْنَى، فإِنَّ فِي هذِهِ الطَّبَقَةِ قَانِعاً وَمُعْتَرّاً، وَاحْفَظْ لله مَا اسْتَحْفَظَكَ مِنْ حَقِّهِ فِيهِمْ، وَاجْعَلْ لَهُمْ قِسمْاً مِنْ بَيْتِ مَالِكَ، وَقِسماً مِنْ غَلاَّتِ صَوَافِي الاِْسْلاَمِ فِي كُلِّ بَلَد، فإِنَّ لِلاَْقْصَى مِنْهُمْ مِثْلَ الَّذِي لِلاَْدْنَى،

وَكُلٌّ قَدِ اسْتُرْعِيتَ حَقَّهُ، فَلاَ يَشْغَلنَّكَعَنْهُمْ بَطَرٌ، فَإِنَّكَ لاَ تُعْذَرُ بِتَضْيِيعِ التَّافِهَ لاِِحْكَامِكَ الْكَثِيرَ الْمُهِمَّ فَلاَ تُشْخِصْ هَمَّكَ عَنْهُمْ، وَلاَ تُصَعِّرْ خَدَّكَ لَهُمْ،

وَتَفَقَّدْ أُمُورَ مَنْ لاَ يَصِلُ إِلَيْكَ مِنْهُمْ مِمَّنْ تَقْتَحِمُهُ الْعُيُونُ، وَتَحْقِرُهُ الرِّجَالُ، فَفَرِّغْ لاُِولئِكَ ثِقَتَكَ مِنْ أَهْلِ الْخَشْيَةِ وَالتَّوَاضُع، فَلْيَرْفَعْ إِلَيْكَ أُمُورَهُمْ، ثُمَّ اعْمَلْ فِيهِمْ بَالاِْعْذَارِ إِلَى اللهِ تَعَالَى يَوْمَ تَلْقَاهُ، فَإِنَّ هؤُلاَءِ مِنْ بَيْنِ الرَّعِيَّةِ أَحْوَجُ إِلَى الاِْنصَافِ مِنْ غَيْرِهِمْ، وَكُلٌّ فَأَعْذِرْ إِلَى اللهِ تَعَالَى فِي تَأْدِيَةِ حَقِّهِ إِلَيهِ.

وَتَعَهَّدْ أَهْلَ الْيُتْمِ وَذَوِي الرِّقَّةِ فِي السِّنِّ مِمَّنْ لاَ حِيلَةَ لَهُ، وَلاَ يَنْصِبُلِلْمَسْأَلَةِ نَفْسَهُ، وَذلِكَ عَلَى الْوُلاَةِ ثَقِيلٌ، وَالْحَقُّ كُلُّهُ ثَقِيلٌ، وَقَدْ يُخَفِّفُهُ اللهُ عَلَى أَقْوَام طَلَبُوا الْعَاقِبَةَ فَصَبَرُوا أَنْفُسَهُمْ، وَوَثِقُوا بِصِدْقِ مَوْعُودِ اللهِ لَهُمْ

“Cəmiyyətin çarəsizlərdən, yoxsullardan, əldən düşmüşlərdən, əlillərdən ibarət olan aşağı təbəqəsinə münasibətdə (onların arasında iffətli, abır-həyalı insanlar var) Allahı nəzərdə saxla, Allahın öz haqqından onlar üçün nəzərdə tutduğunu ixtiyarlarına ver, beytül-maldan və qənimət torpaqlardan hər şəhərdə onlar üçün pay ayır. Çünki ən uzaqda olan müsəlmanın da ən yaxında olan müsəlman kimi payı var.

Hər bir müsəlman harada olur olsun paya malikdir və sən hamının haqqını ödəməyə məs’ulsan. Məbada firavanlıq sənə onların vəziyyətini unutdursun. Çünki sən böyük işlərə görə kiçik işləri nəzərdən qaçırsan üzürlü sayılmazsan. Fikrin onlardan yayınmasın, onlardan üz çevirmə!

Səninlə görüş imkanı olmayan və xalqın gözündə fəqir olanların işinə bax. Bu zümrənin çətinliklərinin həlli üçün Allahdan qorxan təvazö əhlindən seç ki, onların çətinliklərini sənə çatdırsın. Sonra onlarla elə rəftar et ki, Qiyamət günü üzrün olsun. Çünki bu zümrə başqalarına nisbətən ədalət və insafa daha çox ehtiyaclıdır. Xalqın haqqını yerinə yetirməkdə Allah yanında üzrün olmalıdır.

Yetimlərə nəvaziş göstər, çarəsiz qocaları yaddan çıxarma! Hakimlərin bu vəzifəsi çətin və yorucudur. Amma Allah bu işi axirət istəyən, Allah yolunda səbr göstərən, Allahın və’dlərinə inananlar üçün asan edər.”

Qeyd etdik ki, bugünki dünyada fəhlələr təzyiq və sıxıntılara dözərək müəyyən imtiyazlar qazanmışlar. İş saatı azaldılmış, əmək haqqı qaldırılmış, ixrac olunan üçün müavinət tə’yin edilmiş, ictimai sığorta bankları yaradılmışdır. Bilməliyik ki, əvvəla bu nəticələr fəhlələrin uzun-uzadı sə’yləri nəticəsində əldə olunmuşdur. Heç bir parlament fəhlələr səsini qaldırmamış onların xeyrinə qanun çıxarmamış, əksinə, fəhlələrə müqavimət göstərilmişdir. İkincisi, mövcud qanunlarda bir çox zəruri məqamlar əks olunmamışdır. Üçüncüsü, uyğun qanunlarda iş qabiliyyəti olmayan qocalara, yetimlərə, himayəsizlərə və uşaqlara diqqət verilməmişdir. Hansı ki, həzrət Əlinin (ə) əhdnaməsində yoxsulların heç bir tələbi olmadan onlar yada salınmışdır. İkicisi, əhdnamədə bütün ehtiyaclılar nəzərdə tutulmuşdur. Üçüncüsü, dövlət özünü bu qanunların icrasına məs’ul saymış, ehtiyaclıların müəyyənləşdirilməsi üçün məs’ullar seçmişdir.

XALQ HAKİMİNİN XÜSUSİYYƏTLƏRİ

Xalq hakimi xalqı özündən, özünü xalqdan bilir. Buna görə də özü ilə xalq arasında səd qoymur, xalqla birlikdə, yanaşı yaşamaq istəyir.

Bu xüsusiyyət hakimi xalqa sevdirir, fəsad və xəyanət məqsədində olan qüvvələrə xalqı bədbinləşdirmək, hakim və xalq arasında ziddiyyət yaratmaq imkanı vermir. Bu səbəbdən həzrət Əli (ə) Maliki xalqla daimi rabitəyə çağırır. Malikdən elə bir şərait yaratmasını istəyir ki, cəmiyyətin bütün təbəqələri heç bir çətinliksiz, qorxu-hürküsüz öz problemlərini valiyə çatdıra bilsin. Əgər xalqa zülm olmuşsa zalım rüsvay edilsin, xain əməlinin cəzasına çatdırılsın.

Həzrət buyurur:

وَاجْعلْ لِذَوِي الْحَاجَاتِ مِنْكَ قِسْماً تُفَرِّغُ لَهُمْ فِيهِ شَخْصَكَ، وَتَجْلِسُ لَهُمْ مَجْلِساً عَامّاً، فَتَتَواضَعُ فِيهِ لله الَّذِي خَلَقَكَ، وَتُقعِدُ عَنْهُمْ جُنْدَكَ وَأَعْوَانَكَ مِنْ أَحْرَاسِكَ وَشُرَطِكَ، حَتَّى يُكَلِّمَكَ مُتَكَلِّمُهُمْ غَيْرَ مُتَعْتِع، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ(عليه السلام)يَقُولُ فِي غَيْرِ مَوْطِن: "لَنْ تُقَدَّسَ أُمَّةٌ لاَ يُؤْخَذُ لِلضَّعِيفِ فِيهَا حَقُّهُ مِنَ الْقَوِيِّ غَيْرَ مُتَعْتِع"

ثُمَّ احْتَمِلِ الْخُرْقَمِنْهُمْ وَالْعِيَّ، وَنَحِّ عَنْكَ الضِّيقَ وَالاَْنَفَ، يَبْسُطِ اللهُ عَلَيْكَ بَذلِكَ أَكْنَافَ رَحْمَتِهِ، وَيُوجِبُ لَكَ ثَوَابَ طَاعَتِهِ، وَأَعْطِ مَا أَعْطَيْتَ هَنِيئاً، وَامْنَعْ فِي إِجْمَال وَإِعْذَار!

“Günün bir hissəsini ehtiyaclılara həsr et! Onlarla şəxsən görüş, ümumi məclislərdə iştirak et, səni yaratmış Allahın razılığı üçün təvazökar ol! Bu məclislərdə mühafizəçilər və yaxınlarına de ki, xalqa mane olmasınlar, istəyən səninlə rahat danışa bilsin. Çünki peyğəmbərdən dəfələrlə belə eşitmişəm: Haqqı qorxu-hürküsüz deyə bilməyən ümmət heç vaxt paklanmayacaq.

Çalış ki, onların tünd rəftarına agahlıqla dözə biləsən. Hövsələsizliyi və xüdpəsəndliyi özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını üzünə açsın, itaətinin savabını sənə ruzi buyursun. Bağışlamadığını açıq qəlblə bağışla. Müəyyən səbəbdən qadağa qoymaq istədikdə mehribanlıq və üzürxahlıqla qadağa qoy!”

Görün, hökumət geniş ədalət prinsiplərindən yalnız bu prisipə əməl etsə, fürsəttələblər, xainlər və fəsadçılar bir iş görüb, xalqı və hökuməti doğru yoldan azdıra bilərmi?! Yalnız bu prinsipə riayət olunsa xalq və hökumət fəsaddan qorunar, məs’ullar xalqın ziddinə qərarlar çıxarmaz, xalq çarəsiz vəziyyətdə yol ölçməz!

İCRA İŞLƏRİNDƏ MƏS’ULLARIN QƏLƏBƏ RƏMZİ

Əvvəlki söhbətlərdə iş bölgüsü və qüvvə seçimindən danışdıq. Əlavə edək ki, icra işlərində mə’sumların müvəffəqiyyət rəmzi iki əsas nöqtədə müəyyənləşir:

1.Aydındır ki, dövlət məs’ulları bütün vəzifələri öz üzərinə götürə bilməz və onların çox işini müavinlər yerinə yetirir. Əlbəttə ki, bə’zi işlərə onlar bilavasitə müdaxilə etməlidir. Məs’ulun həm öz işini ləyaqətlə görməsi, həm də müavinlərin işindən xəbərdar olması üçün o önəmli işləri qeyri-zəruri işlərdən fərqləndirməlidir. Məs’ul önəmli işləri özü yerinə yetirməli, qeyri-zəruri işləri müavinlərə tapşırmalıdır.

2.Vəzifələr aydınlaşdıqda və birinci dərəcəli işlər müəyyənləşdikdən sonra hər iş üçün münasib vaxt tə’yin etmək zəruridir. Yə’ni bu günün işi sabaha, sabahın işi o biri günə saxlanılmamalıdır. Həzrət buyurur:

ثُمَّ أُمُورٌ مِنْ أُمُورِكَ لاَ بُدَّ لَكَ مِنْ مُبَاشَرَتِهَا: مِنْهَا إِجَابَةُ عُمَّالِكَ بِمَا يَعْيَاعَنْهُ كُتَّابُكَ، وَمِنْهَا إِصْدَارُ حَاجَاتِ النَّاسِ عِنْدَ وَرُودِهَا عَلَيْكَ مِمَّا تَحْرَجُ بِهِ صُدُورُ أَعْوَانِكَوَأَمْضِ لِكُلِّ يَوْم عَمَلَهُ، فإِنَّ لِكُلِّ يَوْم مَا فِيهِ

“İşlərin arasında elələri var ki, onları hökmən özün yerinə yetirməlisən. Katiblik öhdəsindən gəlmədikdə müavinlərin işinə özün nəzarət etməlisən. Bu işlərdən biri də müavinlər aciz qalan halda xalqın ehtiyaclarının tə’mini ilə məşğul olmaqdır. Hər gün həmin günün işini gör. Çünki iş tə’yin olunduğu günə bağlıdır.”

İŞƏ ALDANMAMAQ ÜÇÜN ƏN YAXŞI YOL ÖZÜNÜTƏRBİYƏDİR.

Paklanma və özünütərbiyə İslamın tərbiyə üsullarındandır. Paklanmada məqsəd budur ki, insan özünü kamillik və kəramətə mane olan pis sifətlərdən uzaqlaşdırsın, bu yolla müsbət sifətlərin qəbulunu hazırlıq görsün. Nəticədə daha yaxşı insan olmaq və Allaha yaxınlaşmaq üçün zəmin əldə olunur.



Geri   İrəli
Go to TOP