A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir: Mo’ce-elm
Çap tarixi: 2007
Səhifələrin sayı: 128
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu bəla o vaxt zirvə həddinə çatır ki, dövlət mə’muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rə’yə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə, dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq, həm də şəxsi, ibadi məsələlərinə e’tinasız qalacaq.

Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur:

وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ

“(Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.”

İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK?

Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə də tanış olur. Bu gün İslam cəmiyyətində bə’ziləri ixtisasdan dəm vurur və mütəxəssisliyi seçim me’yarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) “əksir mədarəsətəl-uləma” cümləsi ilə Maliki İslam alimləri və din biliciləri ilə ünsiyyətə də’vt edir. Amma “munafəsətəl-hukəma” cümləsində ixtisas və təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki, həzrət dövlət işlərinə tə’yinatda din və ixtisası birlikdə me’yar götürməyi tövsiyə edir.

CƏMİYYƏTDƏKİ FƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI

Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur və müştərək taleyə malikdir.

İstər-istəməz onların əməlləri bir-birinə tə’sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə də onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər də onların işığından faydalanır. Bəli, istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir.

Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı, hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki, hər təbəqəni dəqiq tanısın və onların sağlamlığına diqqət yetirsin. O buyurur:

وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ لاَ يَصْلُحُ بَعْضُهَا إلاَّ بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَا عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَا الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَا مَحْفُوظاً

“(Ey Malik) bil ki, xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu, ümumi və xüsusi yazarlar (katiblər), ədalətli qazilər, kargüzarlar və qulluqçular, cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir, sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış, onu Qur’an və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu, bir əhd olaraq bizdə hifz olunur.”

Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı və rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı və peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur.

İCTİMAİ TƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ

Fərdlərin cəmiyyətdə müştərək taleyindən və ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki, həzrət Əlinin (ə) nəzərincə, cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə, heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki, onun varlığı başqalarının məhvindən asılıdır.

Əfsus, dərdimizin əsil dəvası,

Pərişanlıqların əsil şəfası

Bir əllərdədir ki, güman edirlər

Xeyir tapacaqlar məhv olsaq əgər.

Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət və əkinçilik süquta uğrayar. Ticarət və əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin də büdcəsi boş qalır. Hakimlər və qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər.

Cəmiyyətin bir hissəsi də yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki, fərd yoxdursa cəmiyyət də yoxdur. Buna görə də həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki, bir təbəqə məhv olub getsə digər təbəqə də zərər görəcək. Həzrət buyurur:

فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِلاَّ بِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَا يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَما أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِلاَّ بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا.

وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِلاَّ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَما يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّا لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ.

ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ

“Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası, keşikçisidir. Onlar hakimlərin zinəti, dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini tə’min etmək mümkünsüzdür.

Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki, qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

Bu iki dəstə hakim və dövlət mə’murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir, vergi toplayır, xüsusi və ümumi işlər qeydiyyatında onlara e’timad göstərilir.

Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə tə’min edir. Başqalarında bu işi görmək gücü yoxdur.

Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir.”

LƏYAQƏT ƏSASINDA GÜC SEÇİMİ VƏ İŞ BÖLGÜSÜ

Qeyd etdik ki, bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə tə’min olunur. Belə ki, cəmiyyət və ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa iş bölgüsü və güc seçimi İslam hakiminin zəruri və mühüm vəzifələrindəndir.

Şübhəsiz ki, iş istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar və müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli, ikincisi, ləyaqət əsasında iş bölgüsü aparmalıdır. Nəticədə me’yar hansısa münasibətlər yox, ləyaqət olasıdır. Düzgün iş bölgüsü və güc seçimi hakimin ən mühüm və ən çətin məs’uliyyətlərindəndir. O yalnız ardıcıl təlaş və Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur:

وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَا يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَا أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ

“Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa, çətin də olsa, özünü, haqqın müdafiəsinə, səbr və dözümə hazırlamalıdır.”

İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli, İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.

Başqa sözlə, insan yalnız imanlı, pak, təqvalı, fədakar, mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun tə’yinində dəqiq və incə şərtlər ödənməli, bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.

İslam qoşununa komandan tə’yin olunmuş insan iman, təqva, şücaət, fədakarlıq, iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh, vüqar, mətanət, səbr və dözüm, tutum, əxlaqi mö’tədillik, yerində hiddət və qəzəb, yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa, o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz, ixtiyarına verilmiş gücdən sui-istifadə etməz, yersiz qətillər törətməz.

Əhdnamədən mə’lum olur ki, həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:

1. Allahın hökmlərinə, peyğəmbər, imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət, rəhbərə itaət və səmimi yardım;

2. Qəlbigenişlik və ruhi aramlıq;

3. Paklıq, təqva;

4. Müsbət keçmiş;

5. Çətinliklər qarşısında səbir və dözüm;

6. Həlimlik, nəfsə ağalıq, qəzəb və əsəbiliyi biruzə verməmək;

7. Əfv ruhiyyəsi, peşiman olmuş xətakarların bağışlanması;

8. Savaş meydanında şücaət və öncüllük;

9. Səxavət;

10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;

11. Dərin ağıl və düşüncə;

12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət, azğınlara qarşı sərtlik.

Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:

فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْماً مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ لاَ يُثِيرُهُ الْعُنْفُ، وَلاَ يَقْعُدُ بِهِ الضَّعْفُ.

ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ

“Ordu komandanlığına elə birini tə’yin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər və imamlara hamıdan xeyirxah, daha pak və daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin.

Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh və müsbət keçmişli ailələrlə, şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”

İSLAM KOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ

Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O, İslam qoşunu və komandan üçün vəzifələr və səciyyələr tə’yin etdikdən sonra qoşun və komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır.

Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan və qoşun qarşısında rəhbərin vəzifələri sadalanır, onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur:

1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər də komandanlarla mehriban olmalıdır;

2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir.

3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən, həyat durumundan xəbər tutmalı, onlara lütf və mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur və nəticədə səmimiyyətlə xidmət edib, can-qəlbdən çalışır.

4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli, zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət və məhəbbətini cəzb etməkdə çox tə’sirlidir.

Komandanları rəhbərin böyük lütfləri kimi, kiçik lütfləri də sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur:

ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَا يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَلاَ يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَلاَ تَحْقِرَنَّ لُطْفاً تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ.

وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِعاً لاَ يَسْتَغْنُونَ عَنْهُ

“Hərbiçilərə elə diqqət yetir ki, valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir.

Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var, ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.”

ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi, komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar bə’zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki, belə komandanlarla rəhbər arasında xüsusi təmaslar və səmimi rabitələr olur.

Bu sayaq xüsusiyyət və imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş və ali komandanları sayılır. Başqa sözlə, vali və ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir, məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə, tam arxayınlıqla savaş və ordunun ixtiyarı onlara verilir.

Həzrət Əlinin (ə) nəzərincə, bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir.

1.Yaşayış səviyyəsi, maddi imkanlar, ev və ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir, həm də komandan döyüşçülərin həyat problemlərini hiss edir.

2.Diqqət, canıyananlıq və proqram əsasında qoşunun ehtiyacları və çatışmazlıqları ilə məşğul olmaq. Belə ki, döyüşçü savaşa gedərkən öz ailə-övladının tə’minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür və ilahi məqsəd izləyir.

3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki, döyüşçü öz ailəsinin tə’minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir, yalnız ilahi hədəflə cihad edir.

Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir:

وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ

“Sənin üçün ən üstün komandan o kəsdir ki, döyüşçülərinə bərabər həddə kömək edir, öz imkanlarından onlara daha çox əl tutur. Belə ki, onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir, onları sənə mehribanlaşdırır.”

ƏDALƏTİN BƏRQƏRAR OLMASI, XALQLA DOSTLUQ

Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Maliki təşviq edir ki, ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə, dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə, həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki, haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə, zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək, bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur:

وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ لاَ تَظْهَرُ مَوَدَّتُهُمْ إِلاَّ بَسَلاَمَةِ صُدُورِهِمْ، وَلاَ تَصِحُّ نَصِيحَتُهُمْ إِلاّ بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ،

“Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə, onların istəklərinə meydan ver.”

TƏŞVİQİN ZƏRURİLİYİ VƏ ONUN ORDUNUN RUHİYYƏSİNƏ TƏ’SİRİ

Döyüşçülərin ən mühüm ruhi və mə’nəvi ehtiyaclarından biri onların vali və hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən, bu qəbil təşviqlər tənbəl və süst insanların özünə gəlməsinə səbəb olur, onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur:

وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ

“Daim (qoşunu) təşviq et, onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla, tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah”

AYRISEÇKİLİK BƏLASI

Həzrət Əlinin (ə) nəzərincə, təşviq və qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək də böyük və tale yüklü əhəmiyyət daşıyır.

Layiqli başçı bilməlidir ki, heç bir bəla ədalətsizlik və ayrıseçkilik kimi xalq arasında ümidsizlik və soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə, islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər də əhəmiyyətli iş görməyənlərin daha çox lütf və məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik və İslamdan uzaq bir iş olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur, çalışqan insanları süstləşdirib guşənişin edir.

Buna görə də ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı, həddi aşanlara lütf və mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir və ədalətdən uzaqdır.

Bu əsasla hakim vəzifəlidir ki, fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq və qədirdanlıqda insanların təlaş və ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın, böyük-kiçikliyin, məşhurluq və adsızlığın, varlılıq və yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur:

ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَا أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَلاَ تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَا كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً

“Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki, onun kiçik işi böyük sayılsın. Eləcə də, bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.”

İSLAM CƏMİYYƏTİNDƏ QUR’AN VƏ SÜNNƏNİN YERİ

İslam cəmiyyətində Qur’an və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Qur’an və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi, islami məsələlərdə Qur’an və sünnənin aparıcılığıdır.

Başqa sözlə, Qur’an və sünnə əvvəla bütün ictimai-siyasi, iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi, ixtilaf və parçalanma zamanı Qur’an və sünnə haqqın batildən seçilmə me’yarı olur. Həzrət buyurur:

وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ

“Qarşına müsibət çıxdıqda, bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

“Ey mö’minlər Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.”



Geri   İrəli
Go to TOP