A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
Müəllif: Əliəkbər Babazadə
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu hədisin əlavə şərhə ehtiyacı vardır, amma ixtisara riayət edilsin deyə, şərh etmirik. Həyat yoldaşına xidmət etməyin əhəmiyyəti, onun axirət təsirləri böyükdür. Çünki ailə üzvləri arasında qarşılıqlı anlaşma yaradır və ictimai problemləri həll edir.

3-Övladın gözəl tərbiyəsindəki təsiri

Bütün insanlar istəyirlər ki, övladları layiqli və əməlisaleh olsun; onları görməklə xoşhal olsun, köməklərindən istifadə etsinlər. Bundan əlavə, şəri nəzərdən də ata-analar övladlarının düzgün tərbiyəsində məsuliyyət daşıyırlar. Bu barədə hər növ səhlənkarlıq və etinasızlıq axirətdə cəzalandırılmağa, ilahi dərgahda məhkəməyə çəkilməyə səbəb olacaqdır. Belə ki, imamlarımız bu barədə xətər hiss edərək bu mühüm dini və ictimai vəzifəni yerinə yetirməkdə Allahdan kömək istəmişlər.[240]

Biz bu kitabın ikinci bölməsində bu barədə müfəssəl bir bəhs açmışıq. Amma bizim nəzərimizdə olan əsas məsələ valideynlərin övladlarla rəftar tərzinin təsiri barəsindədir. Ata və ana öz həyatlarında gərək övladlarının təlim-tərbiyə məsuliyyətini nəzərə alsınlar, bir-biri ilə elə rəftar etsinlər ki, onların əxlaqi və mənəvi təkamülünə səbəb olsun, fikri və əxlaqi azğınlıqlardan, sapmalardan amanda olsunlar. Əks halda, valideynlər övladların tərbiyəsində xəta yolu getmiş olurlar. Nəticədə İlahinin dərgahında müqəssir sayılacaqlar və heç vaxt öz arzuslarına–saleh övlada malik olmaq arzusuna çatmayacaqlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Övladlar öz ata-anaları qarşısında yaxşılıq etməykdə və onlara tabe olmaqda məsuliyyət daşıdıqları kimi, ata-ana da övladın düzgün tərbiyə olunması və onların hüquqlarının təmin olunmasında ağır məsuliyyət daşıyırlar və səhlənkarlıq edəcəkləri təqdirdə üzünə ağ hesab olunacaqlar.”[241]

İmam Sadiq (əleyhissalam) bir hədisdə belə nəql edir: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Övladların ata üzərində olan hüquqlarından biri də budur ki, ata öz həyat yoldaşı ilə düzgün və şadlıq yaradan tərzdə rəftar etsin, həyat yoldaşına ehtiram qoymaqla çalışsın ki, hər növ nalayiq danışıqdan və təhqirdən çəkinsin.”[242]

Bu hədisdə qız və oğlanların təlim-tərbiyəsində bir-biri ilə fərqlənən vəzifə və təlim-tərbiyə üsulları nəzərə alınmışdır.

Həmçinin, həyat yoldaşı ilə yaxşı rəftar etmək, ona ehtiram qoyub əzizləmək övladların hüquqlarından sayılır. Çünki uşağın beyni fotoaparatın lenti kimidir, ata-ananın bütün əməl və rəftarları onların beynində həkk olunur və övladlar onlara diqqət yetirib beyinlərində saxlayırlar. Bilirik ki, ailə mühiti və valideynlərin əməlləri övladda sair əməllərdən daha çox təsir qoyur. Uşaqlar, adətən, rəftar və əməllərində öz ata-analarına təqlid edirlər. Buna görə də müqəddəs islam dini ata-analara tövsiyə edir ki, ailə mühitində səmimi yaşasınlar, övladlarını sevsinlər, hər növ vurmaqla tənbeh etməkdən, nadürüst kəlamlardan, xoşagəlməz hərəkətlərdən çəkinsinlər, uşağın həyat mühitini öz mehr-məhəbbətləri ilə isti saxlasınlar. Beləliklə də onun hər növ inhirafdan saxlasınlar. Burada sizin diqqətinizi bir hadisəyə cəlb edirik:

:içik yaşlı uşaqları və körpələri ad qoymaq, təbərrük və şəfa üçün Peyğəmbərin yanına gətirirdilər. O Həzrət tam məhəbbət və təvazökarlıqla onları qucağına alır, onlara məhəbbət göstərirdi. Beləliklə də həm uşaqlara məhəbbət və lütf edir, həm də onların valideynlərinin qəlbini ələ alırdı. Bir hədisdə gəlmişdir ki, çox zaman bu uşaqlar Həzrətin məhəbbət dolu ağuşunu bulayır, üstünə bovl edirdilər. Əgər uşağın ata-anası bu işlərə görə uşağın üstünə qışqırırıdısa, Həzrət şiddətlə əksül-əməl göstərir və buyururdu ki, qoyun uşaq tam aramlıqla bovl edib qurtarsın. Sonra uşağın adqoyma mərasimi başlanırdı və ata-anaları tam razılıqla Həzrətin hüzurundan geri qayıdırdılar. Azacıq narahatlıq o Həzrətin üzündə görünmürdü; əksinə, nə qədər ki, uşağın valideynləri Həzrətin hüzurunda idilər, o, öz paltarını yumaz və onları xəcalətli etməzdi.[243]

Bəli, məhəbbət və ehtiram, xüsusilə ailə mühitində, övladların tərbiyəsində müsbət rol oynayır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) beləliklə də öz ardıcıllarına uşaqlara nəvazişlə, ehtiramla yanaşmağı öyrədir. Əgər ata-ana bir-biri ilə mülayim davranıb yaxşı rəftar etsələr, onların övladları da əməli saleh və layiqli olacaqdır. Əgər Allah eləməmiş, bir-biri ilə yaramaz, qeyri-səhih tərzdə rəftar edərlərsə, onların övladları da münhərif və tərbiyəsiz olacaqlar. Bu fəslin axırında əməlisaleh övladların dəyəri barəsində olan bir neçə hədisi diqqətinizə çatdırırıq:

İmam Baqir (əleyhissalam) buyurur:

“İnsanın səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, qiyafə, əxlaq və s. cəhətlərdə ona oxşayan övladı olsun.”[244]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Allahın mömin bəndəsindən olan mirası budur ki, onun layiqli övladı olsun və onun üçün istiğfar etsin.”[245]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Övladlarınıza ikram edin (əzizləyin), onların ədəblərini gözəlləşdirin ki, Allah sizi bağışlasın.[246]

Həzrət yenə buyurur:

“Əməlisaleh övlad cənət güllərindən olan bir ətirli güldür.”[247]

Layiqli övlada sahib olmaq əsas etibarı ilə ata-ananın əxlaq, ədəb və yaşayış üslubuna bağlıdır. Əksərən nasaleh övladlar layiqli ata-anadan məhrum olmuş şəxslərdir. Buna əsasən, layiqli ailələrin övladın tərbiyəsində böyük rol ifa edir.

BEŞİNCİ BÖLMƏ: KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI

QIRX DÖRDÜNCÜ FƏSİL

AİLƏ BAŞÇISI

Bəşər cəmiyyətlərində olan nəzm və inzibat insanların tərəqqisində və inkişafında mühüm və təsirli amillərdən biri sayılır. Bu qanuna tabe olan hər cəmiyyət, şübhəsiz, mütərəqqi və inkişaf etmiş olmuşlar. Bu məsələni nəzərə almamaq hərc-mərcliyə, narazılığa, əmin-amanlığın təhlükəyə düşməsinə, ədalətsizliyə səbəb olur və yüzlərlə ictimai problemlərin yaranmasına gətirib çıxardır. Əli (əleyhissalam) öz mübarək ömrünün axır saatlarında (bu anlar hamı üçün həssas və həyəcanlıdır) övladlarına və dostlarına xitabən cəmiyyətdə və bütün işlərdə nəzm-inzibatçılıq məsələsini irəli çəkərək buyurur:

“Ey oğlanlarım Həsən və Hüseyn, sizə və sair əhli-beytimə, habelə mənim bu yazılarım çatan hər bir şəxsə Allah qarşısında təqvalı olmağı, işlərinizdə inzibatçı, qanunçu olmağı tövsiyə edirəm.[248]

Hər kəsin ömrünün son anlarındakı tövsiyəsi onun bir ömürlük təcrübələrinin nişanəsidir. Xüsuilə camaat özlərinin milli sərkərdələrinin, böyük şəxsiyyətlərinin vəsiyyətlərindən ibrət götürürlər. Əli (əleyhissalam) da ibadət mehrabında zərbətləndikdən sonra keçirdiyi çoxlu narahatlıqlara, camaatın və övladlarının suallarına çox qısa şəkildə cavab verməsinə baxmayaraq axır sözünü son dərəcədə dolğun, mənalı vəsiyyətnaməsində buyurdu, onda inzibata, nəzmə, ictimai qanunçuluğa, ailədəki inzibata riayət etməyi ictimaiyyətin inkişafı üçün zəruri bir amil kimi təqdim etdi. Əgər bu məsələyə dərindən nəzər salsaq, görərik ki, nəzm və nizam dəyər cəhətindən sair ictimai məsələlərin başında dayanır. Hətta iki nəfərdən ibarət olan bir ailə belə nəzmə və inzibata riayət etmədən müvəffəqiyyət qazana bilməz, ona riayət etmədikdə hərc-mərclik və sair xoşagəlməz hadisələr ailənin məhvə sürüklənməsinə səbəb olar. Ailə, çox kiçik və məhdud bir cəmiyyət olmasına baxmayaraq ictimaiyyətdə əsas rolu öhdəsinə alıb. Çünki cəmiyyətin bütün ürəyiyanar, bacarıqlı və istedadlı insanları ailə mühitində doğulurlar. Buna əsasən, ailələrin dəyərli bünövrəsini qanun, nəzm və inzibat əsasında qurmaq lazımdır. Onun başçısı və qayda qanunları tamamilə aydınlaşmalıdır. Onun üzvlərinin qarşılıqlı rabitələri, habelə ictimai qanunlar aydın olmalıdır. Bütün milli-dövlət təşkilatlarının, müəssisələrin, zavod və fabriklərin, şirkətlərin və s. hamısının başçısı və məxsus məramnaməsi vardır. İşin gedişatı, qayda-qanunlar onda təyin edilmişdir. Bunların hamısından da daha həssas və daha dəyərli olan ailə qanun və başçısı olmadan öz yolunu davam etdirə bilməz. Buna əsasən, ailə həyatında hər kəs əqli müdiriyyət, ictimai məsələlərə agahlıq cəhətindən daha layiqli olsa, bu məsuliyyəti öhdəsinə almalıdır.

BAŞÇI KİM OLMALIDIR?

Bildiyimiz kimi, ər və arvad hər ikisi eyni zamanda ailə başçılığını öhdəsinə ala bilməzlər. Bu cür müdiriyyətlərin nəticəsi hərc-mərclikdə, geridə qalmağa səbəb olur. Fərz edilən halda onların iki müxtəlif səliqələri və təfəkkür tərzləri ailəyə hakim olacaqdır. İkincisi, ailəni idarə etməkdə şərikli olsalar, onlardan heç biri lazımi qədər məsuliyyət hiss etməyəcək, evin işlərini bir-birinə tapşıracaq, nəticədə ailədə müvəffəqiyyət əldə edilməyəcəkdir.

İkinci fərz budur ki, qadın ailənin idarə olunmasını şəxsən öz öhdəsinə alsın. Bu halda da qadının təbiətindəki xüsusiyyətlərini araşdırıb mülahizə etməliyik ki, görəsən qadın ailəyə başçı olmağa münasibdirmi? Cavabda deməliyik ki, qadınlar müxtəlif məsələlərdə xüsusi imtiyazlara malik olmaqlarına baxmayaraq, onların cismi və əxlaqi xüsusiyyətlərinin araşdırılması göstərir ki, onlar müəyyən cəhətlərdən başçı olmaq səlahiyyətinə malik deyillər və kişilərlə birlikdə, çiyin-çiyinə gələ bilməzlər. Özləri təbii olaraq istəyirlər ki, bir layiqli şəxsin başçılığı altında olsunlar.

Məşhur psixoloq Xanım Tribo Dalson deyir: Mənim ən böyük istək və arzum kişilərin ruhiyyələrini araşdırmaqdır. Bu cəhətdən bir müddət bundan qabaq mənə məmuriyyət verdilər ki, kişi və qadının ruhiyyəsi barəsində tədqiqat aparam. Mən bu nəticəyə çatdım ki, bütün qadınlar istəyirlər ki, başqa bir şəxsin nəzarəti altında işləsinlər. Ümumiyyətlə rəisin nəzarəti altında işləməkdən xoşları gəlir. Bütün qadınlar onların təsirli olmasını bilmək istəyirlər.

O belə nəticə alır ki, qadının bu iki ruhiyyəsi bəyan edir ki, qadınlar emosional xüsusiyyətlərə, kişilər isə əqlə tabedirlər.[249]

Tupinard aldlı məşhur alim müxtəlif tədqiqatlar apararaq belə nəticəyə çatıb ki, on beş min qadın və kişinin beyni içərisində qadınların beyninin orta çəkisi 1200 qram, kişləriniki isə 1361 qramdır. Başqa bir alimin nəzəri budur ki, bəşəriyyətdə elm, bilik, müdiriyyət nə qədər çox olsa, kişilərin kəllə beyninin böyüməsinə səbəb olur, amma qadınlarda bu iş əksinədir.[250]

İnsanlardan əlavə, heyvanların araşdırılması göstərir ki, dişi heyvanlar öz erkəklərinə ehtiram qoyur, onlarda qüdrə və qüvvət hiss edərək ləzzət alırlar. Nərlərin rəqabət mərkəzində olan dişi heyvanlar o erkək heyvana təslim olur ki, daha çox qüdrəti olsun. Əgər bir dişi heyvan öz balasını böyüdərkən (onun rabitəsi ər-arvadın rabitəsi kimidir) bu işdən boyun qaçırıb başqa bir erkək heyvanla yaxınlıq etsə, əvvəlkinin ciddi təbehinə məruz qalır.[251]

Üçüncü fərz budur ki, ailənin başçılığını kişilər öhdəsinə alsınlar və ailə qanunlarına müvafiq tərzdə ədalətə riayət etsinlər. İndi bu barədə olan ayə və hədisləri nəzərinizə çatdırırıq. Allah taala buyurur:

“Kişilər qadınların başçısı və qəyyumudurlar–Allah taalanın etdiyi üstünlüklər səbəbi ilə. İkincisi, kişilər bu cəhətdən üstündürlər ki, onlar qadınların həyat xərclərini təmin edirlər.”[252]

Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirinin sonunda yazır: “Bu ayə ərin arvaddan üstün olmasını bəyan etməkdən əlavə, onda ümumi və külli bir qanunu anlamaq olar. Yəni ictimai məsələlərdə də kişilər qadınların idarə olunması məsuliyyətini daşıyır və məhz bu cəhətdən onlardan üstün sayılırlar. Mühüm ictimai işlərin, o cümlədən, hakimiyyət, məhkəmə, müharibə, müdafiə və s. kimi məslələrin məsuliyyəti kişilərin öhdəsinədər, bu kimi hallarda işlərə rəhbərlik etmək onların əlindədir.[253]

“Mümtəhinə” surəsinin 12-ci ayəsində arvadların Rəsuli Əkrəm ilə Məkkədə beyət etmələrini göstərir və onların vəzifələrini xatırladır, heç birinə ictimai məsuliyyəti qadınlara həvalə etmir. Bundan əlavə, tarix boyu, habelə imamların, peyğəmbərlərin sünnəti belə olmuşdur ki, qadınlar heç vaxt ailənin idarə olunması məsuliyyətini öhdələrinə almamışdır.

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

“Öz ümumi işlərini arvadların ixtiyarına qoyanlar heç vaxt səadətə və xoşbəxtliyə çatmazlar.”[254]

Yenə buyurur:

“Qadınlara tabe olub onlara itaət etmək peşmançılığa səbəb olar.”[255]

Əli (əleyhissalam) qadınların hökumət və rəisliyi barəsində buyurur:

“Hər kişinin hakimi və tədbir tökəni qadın olsa, o kişi lənətlənmişdir.”[256]

Həzrət bir hədisdə xatırladır ki,

“Əgər sizin rəhbərləriniz, əmirləriniz şər, sərvətliləriniz paxıl olsalar və qadınlarınız işlərin idarə olunmasını öhdələrinə alsalar, bu vaxt ölüm sizin üçün yaşamaqdan daha yaxşıdır.”[257]

Əli (əleyhissalam) bu hədisdə öz əziz övladına qadınlarla hətta məşvərət etməyi belə qadağan edir və buyurur:

“Məbada onlarla məşvərət edəsən! Çünki onlar uzaqgörənlikdə zəif, qərarları, yol göstərmələri süst və dəyərsizdir.”[258]

Cabir Cufi imam Baqir (əleyhissalam)-dan müfəssəl bir hədisdə belə nəql edir:

“Qadınlar üçün ictimai mənsəblər, o cümlədən, qəzavət, mühakimə, hakimlik və sair siyasi işlər, məşvərət və s. layiqli deyildir.”[259]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Kişi ailə üzvlərinin bütün məsuliyyətini və rəyasətini öhdəsinə alır. Qadın isə evin daxili işlərində əsaslı rol oynayır və evin işləri evin xanımının nəzarəti altında baş verir.”[260]

Deməli, bu ayə və rəvayətlər, habelə mütəxəssislərin etiraf etdiklərindən nəticə alırıq ki, qadınlar ailəyə başçılıq etməkdə öz ərləri sağ ikən onlardan sonrakı mərhələdə yer tuturlar. Həqiqətdə isə onun müavini hökmündədir. Amma bəzi hallarda elə qadınlara rast gəlinir ki, öz ərlərindən daha agah olur. Bilirik ki, islami qanunlar ictimaiyyətin, ümumxalqın məsləhətləri əsasında qurulmuşdur və heç vaxt bu cür məsələlər nəzərə alınmır. Bu fəsildə qeyd olunan dəlillər qadınların ictimai məsələlərdəki sərpərəstliyini, başçılıq etməsini nəhy edir. Bu barədə gələcək fəsillərdə çoxlu rəvayətləri görəcəksiniz.

İslam dini xüsusi məsələlər üçün daha çox dəyər verir, bu cəhətdən də qadınlar övladların tərbiyə olunması, böyüdülməsi, evdarlıq, övladlarının təmizliyi və s. kimi işlərdə mütəxəssis olduqlarına görə, kişilərdən irəlidədir, kişilər onların istədikləri məsələ barəsində onlarla məşvərət edə bilər.[261]

Bu fəslin axırında qeyd etmək istəyirik ki, bu fəsildə qeyd olunan məsələlər qadının ailəyə başçılıq etməsini qadağan olunduğunu xatırladır. Bu danılmaz bir fikri məsələdir ki, bizim böyük fəqihlərimiz onun barəsində fətva vermişlər. Həzrət İmam Xomeyni də “Təhrirül-vəsilə”nin 2-ci cildinin 407-ci səhifəsində onların bəzilərinə işarə etmişdir. (58-ci fəsildə qadının işləməsi barəsində bəzi şeyləri qeyd edəcəyik.)

QIRX BEŞİNCİ FƏSİL

SÖZƏBAXAN QADIN SƏADƏT AMİLİNİN YARADICISIDIR

Mütəal Allah Öz bəndələrinin rifahı, asayişi üçün çoxlu nemətlər yaratmışdır. Bu nemət heç vaxt sayılıb qurtara bilməz. Şübhəsiz, yaxşı və layiqli həyat yoldaşı bu nemətlərdən ən dəyərlisi kimi hesab olunur. Bu ilahi nemət o qədər mühüm və əzəmətlidir ki, İmam Sadiq (əleyhissalam) onların dəyərini qızıl-gümüşdən daha dəyərli təqdim edir.[262]

Başqa bir rəvayətdə əməlisaleh, pak və əxlaqlı həyat yoldaşı bütün xoşbəxtliklərin və yaxşılıqların mənşəyi kimi təqdim olunur.[263]

Qurani məcidin tərifinə əsasən, xoşa gələn, layiqli həyat yoldaşı həyatın əsası, qəlblərin aramlığı, səadət və xoşbəxtliyin rəmzidir. İnsan belə bir nemətə malik olmadan həqiqətdə ruhi aramlığa və əhval-ruhiyyəyə malik olmayacaq. İmam Baqir (əleyhissalam) buyurur: “Mən heç vatxt istəmərəm ki, bütün dünya və onda olanlar mənim olsun və bunun müqabilində bir gecə həyat yoldaşı olmadan yatım.”[264]

Burada sizin diqqətinizi Məsum rəhbərlərimizdən nəql olunan bir neçə hədisə cəlb edirik.

İmam Sadiq (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql edir ki, o Həzrət buyurmuşdur:

“İnsanın xoşbəxtliklərindən biri də budur ki, layiqli həyat yoldaşına malik olsun.”[265]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Allah taala buyurur ki, hər vaxt bir müsəlmana dünya və axirət xeyirlərini nəsib etmək istəsəm... ona əməlisaleh və layiqli bir həyat yoldaşı nəsib edərəm ki, onu görməklə xoşhal olsun. Əri onun yanından xaric olsa (bir yerə getsə) öz namusunu və həyat yoldaşının mal-dövlətini qoruyar.”[266]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“Hər vaxt Allah taala bir bəndəyə xeyir əta etmək istəsə ona ilham edər və onun zövcəsini islah edər.”[267]

Bu hədisdə göstərilir ki, Allah bəndəyə bir xeyir göstərmək istəsə onun qəlbinə xeyir fikirlər atar, ona əməlisaleh və yaxşı həyat yoldaşı mərhəmət edər ki, çətinliklərdə və işlərdə ona kömək etsin.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu hədisi-şərifdə yaxşı, Allaha iman gətirib, islam dinini qəbul etdikdən sonra gözəl qadını ilahi nemətlərin ən böyüyü hesab edir ki, müsəlmanın ixtiyarındadır və əri onu görməkdən sevinc hissi keçirir, ona hər əmr etsə tabe olar, əri evdə olmadıqda özünü yadlardan, ərinin mal-dövlətini isə oğrulardan qoruyar.”[268]

Bu rəvayətlərdə mülahizə etdiyiniz kimi, layiqli həyat yoldaşı insanın səadət və xoşbəxtlik amili, dünya və axirət xeyri, İslamdan sonra Allahın lütf və nemətlərinin ən dəyərlisi hesab olunmuşdur. Çünki əməlisaleh həyat yoldaşı özünün mehr-məhəbbəti, evin daxilində idarəçiliyi, qənaəti, saleh və ədəbli övladlar tərbiyə etməsi və nəhayət həyat yoldaşı üçün gözəl sığınacaq yeri olduğu üçün hər cəhətdən onun səadətini təmin edir.

Tarixdə qeyd olunanlara çoxlu nümunələr göstərmək olar. Elə qadınlar da olur ki, öz ərlərinin razılığını və səadəti üçün heç bir səy, hərəkət və fəaliyyətlərini əsirgəməmişlər. O cümlədən, Xədiceyi Kübranı misal göstərmək olar. O, bütün varlığı ilə, mal-dövlətini sərf etməklə Rəsuli Əkrəmə iman gətirib onun himayəçisi oldu və təkcə ərinin razılığını deyil, həm də Pərvərdigarın razılığını əldə etdi. İş o yerə çatdı ki, Cəbrəilə Allah tərəfindən əmr olundu ki, Həzrəti Kübraya salam göndərsin.[269]

Həzrət Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra ərinin yolunda o qədər məhəbbət göstərib onu himayə edirdi ki, dünyada onun misli görünməmişdir.[270]

FƏDAKAR QADIN NÜMUNƏSİ

Burada lazım görürük ki, özünü ərinin müqəddəs hədəfi yolunda fəda edən bir qadının misilsiz fədakarlıqlarından nümunə gətirək. İmrəül-Qeysin qızı Rübab pak bir qadındır. O, öz əri İmam Hüseyn (əleyhissalam)-ın vilayətini mehr-məhəbbətlə qəbul etmiş, onunla ünsiyyət bağlamışdı. O, İmam Hüseyn (əleyhissalam)-ın həyat yoldaşı olmamışdan qabaq onun aşiqi və müridi olmuş, onun yolunu getmişdi. Rübab öz sədaqəti və imanı ilə eyni zamanda, ər saxlamağın qayda-qanunlarını, həyat yoldaşının hüquqlarını yerinə yetirməyi lazımınca bilir və Həzrətin qəlbini həmişə özü ilə yaşatmış, onu özünə aşiq etmişdir. Belə ki, Rübabın hicranında İmam Hüseyn (əleyhissalam)-ın səbri, taqəti kəsilir. Hətta onunla bir gecə ayrılığa dözmür. Sanki İmam Hüseyn (əleyhissalam) ilə Rübabın ailə ocağı eşq-məhəbbət ocağına çevrilmişdir. Rübab öz qohum-əqrəbasını görmək üçün gedəndə Həzrət o qədər darıxırdı ki, gözlərinə yuxu getmirdi və şerlə buyururdu:

“Qızım Səkinə və həyat yoldaşım Rübab qohumlarının görüşünə gedəndə o gecə onların ayrılığı mənim üçün o qədər uzun görünür ki, sanki başqa gecələrə qovuşmur və qurtarmaq bilmir. Öz canıma and olsun ki, Rübab və Səkinə yaşayan evi çox sevirəm.”[271]

Bu şerlər o Həzrətin həyat yoldaşını hansı dərəcədə istədiyini və onun ailəsini nə qədər də məhəbbət və səfa-səmimiyyət ocağı olduğunu göstərir. Bu səfa-səmimiyyətlərin nəticəsində o Həzrətin şəhadətindən sonra qızı Səkinə atasının pak cəsədinin kənarında huşdan gedir, həyat yoldaşı Rübab da onun ardınca huşdan gedir, ömrünün axırına qədər heç vaxt sərin su içmir, kölgələnəcəyə gedib oturmur, isti xörək yemir, İmam Hüseyn (əleyhissalam)-dan sonra bir daha ərə getmir. Nəhayət Həzrətin şəhadətindən az müddət sonra (bir il) dünyadan gedir.

Quranın həyat yoldaşını qəlblərin aramlıq səbəbi, ən böyük ilahi nemətlərdən hesab etməsinin səbəbi, məhz budur. Bu fəslin axırında həyat yoldaşının dəyəri barəsində iki hədis qeyd edirik:

Bir kişi Həzrət Rəsuli Əkrəmin hüzuruna gəlib ərz etdi:

“Ey Peyğəmbər! Mənim əməlisaleh və mehriban həyat yoldaşım var. Evə gələndə məni qarşılayır, evdən çıxanda müşayiət edir. Qəmgin olanda mehr-məhəbbətlə mənim qəmlərimi aradan qaldırır.”

Həzrət buyurdu:

“Ona behişti müqdə ver və de ki, Allahın yer üzündə olan işçilərindən biridir, onun hər gününün savabı 70 şəhidin savabına bərabərdir.”[272]

Əlbəttə, bu hədis başqa nüsxələrdə (savab nəzərindən) bir gün çəkilən zəhmətlərin əcri şəhidin savabının yarısına bərabər kimi qeyd olunmşdur.[273]

İmam Sadiq (əleyhissalam) buyurur:

“”özəl üzlü, pak təbiətli qadınlar, öz ləyaqətləri, bacarıqları səbəbi ilə behişt hurilərindən də gözəl nəzərə çarpırlar.” [274]

Nəticə alırıq ki, ər-arvad qarşılıqlı gözəl rəftarları sayəsində bir-birinin məhəbbətlərini cəlb edərək həyatı özləri üçün səfalı edə bilərlər. Bu məsələ ən böyük ilahi nemətlərdən və ailənin səadətinin ən təsirli amillərindəndir.

QIRX ALTINCI FƏSİL

ÜSYANKAR QADINLAR, YAXUD QALİB DÜŞMƏNLƏR

Əvvəlki fəsildə layiqli və sözə baxan qadınlar barəsində söhbət edərək qeyd etdik ki, onlar ilahi nemətlərin ən böyüyü və səadət və xoşbəxtlik amilidir. Bu fəsildə isə öz ərlərinin ən böyük düşmənləri sayılan üsyankar, sözəbaxmayan qadınlar barəsində bəhs edəcəyik. Onlar elə qadınlardır ki, ərlərinin qəm-qüssələrinə səbəb olur, ailə ocağını bədbəxtlik və çarpışma mərkəzinə çevirir, elə yaramaz hərəkət edirlər ki, heç bir kişi onların şərindən amanda qala bilməz, onların təlatümlü dəryasındatn qurtuluş sahilinə çıxa bilməzlər. Sanki bu cür fərdlər yer üzündə fəsadın ən nufuzlu amilləri və şeytanın nümayəndələridir; onlarla mübarizə aparmaq heç də adi şəxslərin işi deyil, hətta ilahi peyğəmbərlər və övliyalar da onların şərindən Pərvərdigari-aləmə sığınmışlar. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik:

“Təğabün” surəsinin 14-cü ayəsində buyurulur:

“Ey iman gətirənlər, həyat yoldaşları və övladlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan uzaq olun!”

Qadın və kişinin qarşılıqlı eşq və məhəbbətlərinin ən müqəddəs və ən yüksək eşq-məhəbbət olmasına baxmayaraq, üsyankar qadınların bir qrupu müəyyən amillər üzündən ərin ən qatı düşməninə çevrilə bilərlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“İblisin, cəmiyyəti fəsada çəkməkdə insanı qəzəbləndirən qadından daha güclü qoşunu yoxdur.”[275]

Həzrət İmam Sadiq (əleyhissalam) bu hədisdə üsyannkar qadınları mömin şəxsin ən qalib düşmənləri təqdim edir.[276] O Həzrət cəddi Peyğəmbərdən nəql edir ki, o həzrət həmişə öz dualarında deyərdi: “İlahi, üsyankar qadınların şərindən Sənə pənah aparıram ki, məni tez qocaldar və cavan yaşlarımda mənə qocalıq əlamətlərini ariz edərlər.”[277]

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:



Geri   İrəli
Go to TOP