A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
Müəllif: Əliəkbər Babazadə
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, qadınlar insanın səadət və xoşbəxtlik səbəbi, Allahın yer üzündəki işçiləri və kişilərin qəlblərinin aramlığıdır. Pak, işgüzar və ürəyi yanar nəsli tərbiyə etmək və s. kimi xüsusiyyətlər onların vücudlarında gizlənmişdir. Məgər belə insanları döymək olarmı? “örəsən onların bədənlərini döyüb göyərtmək və yaralamaq cinayət deyilmi? “örəsən müqəddəs islam dini və azad vicdanlar bu yer mələklərinin mehriban qəlblərini sındırmağa icazə verərmi?

QADINLARIN DƏYƏRİ

İslamın ali dəyərli təlimlərində qadınlara yüksək məqamlar verilmişdir. İslami rəvayətlər onları tərifləmişdir. Biz əvvəlki fəsillərdə bu barədə müəyyən qədər hədis qeyd etmişdik. Bu fəsildə də bir neçə nümunəni qeyd edirik. İmam Sadiq (əleyhissalam) buyurur:

“Xeyir-bərəkətin əksəriyyəti qadınların vücudunda qoyulmuşdur.”[78]

O Həzrət başqa bir hədisdə qadınları iki dəstəyə–yaxşı qadınlar və pis qadınlara ayırıb yaxşıların barəsində buyurur:

“Bu qadınların dəyəri qızıl-gümüş, ləl-cəvahiratdan daha da üstündür, heç bir qiymətli daş-qaşın onların müqabilində dəyəri yoxdur.”[79]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Bu dünya bir mətaha bənzəyər ki, onların da ən yaxşısı xoşxasiyyətli qadınlardır.”[80]

Bu kəlamlar qadınların yüksək dəyərlərinə işarə edib onların varlıqlarını xeyir-bərəkət mənbəyi, bu dünyanın ən yaxşı mətahı, onların mənəvi dəyərlərini bütün qiymətli şeylərdən üstün hesab edir.

QADINI DÖYMƏK QADAĞANDIR!

Bu barədə olan islam qanunlarının araşdırılması bizi həssas və incə məsələlərə doğru yönəldir, qadınlara ruhi və cismi cəhətdən işgəncə verilməsini ailə hüququna qarşı yönəldilən ən böyük cinayətlərdən hesab edir. Qadınlar kişilər kimi şərif və insaniyyət dəyərlərinə malik olan varlıqlardır. Buna əsasən, onları döymək, heç də qəbulediləsi bir məsələ deyildir. Onların eşq-məhəbbət yolunda döyünən mehriban qəlbləri şərif və zərif varlıq olduqlarını göstərir. Onların bədənləri heyvan bədəni deyildir ki, döyülməyə, əzab-əziyyətə və işgəncəyə dözə bilsin. Müqəddəs islam dini qadınları döyməyi qadağan edir.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Bir kəsin haqqı yoxdur ki, öz arvadına əzab-əziyyət verib döysün; amma əgər islam icazə verdiyi istisna hallarında olarsa, eybi yoxdur.”[81]

Həzrət başqa bir hədisdə buyurur:

“Aya sizlərdən hər hansı biriniz öz arvadını döyüb sonra onu qucaqlayarmı?!”[82]

Peyğəmbər (səlləllahu əleyhi və alih) çox təəccüblə bu sualı irəli çəkib buyurur ki, bir kəs öz həyat yoldaşını döyüb sonra onunla yaxınlıq etməsi nə qədər də rüsvayçılıqdır!

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların ədəbləndirilib aram edilməsi isə yalnız döyməklə mümkündür.”[83]

Qadınları döyənlər onları insan və aqil şəxslər sırasında hesab etmirlərmi?

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Ey camaat, siz arvadlarınız barəsində çox ehtiyatlı olub Allahdan qorxun! Çünki onlar ilahi əhd-peymanlarla sizin ixtiyarınıza keçmişlər. Siz Allahın məxsus kəlmələri ilə onları özünüzə halal etmisiniz. Bu halda yaxşı olar ki, bu əmanətləri döyüb incitməyəsiniz, çünki onlar eşq və məhəbbət ocağıdır.”[84]

Həzrət başqa bir hədisdə buyurur:

“Təəccüb edirəm o kişilərə ki, həyat yoldaşını vurur, halbuki özü vurulmağa daha layiqdir. Ey müsəlmanlar, qadınlarınızı çubuqla vurmayın. Əgər onları tənbeh etməyə məcbur olsanız, aclıq və üryan saxlamaqla onları ədəbləndirin. Bu üsul sizin dünya və axirətdə xeyrinizədir.”[85]

Bir nəfər Peyğəmbərdən qadınların hüquqları barəsində soruşdu, Həzrət buyurdu:

““ərək kişi arvadının üzünə vurmasın və ona əxlaqi cəhətdən üzünü turşutmasın.”[86]

Həzrət başqa bir hədisdə buyurur:

“Sizin ən pis kişilərinizin kim olduğunu deyimmi?” Dedilər, bəli ya Rəsuləllah. Buyurdu: “Öz əyalını və nökərini döyüb onlara rəhm etməyən və mehribanlıq göstərməyənlərdir.”[87]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hər kəs öz arvadını ömrü boyu üç dəfədən artıq vursa, Allah taala onu Qiyamət günü bütün məxluqatın içərisindən qaldırıb əvvəldəkilərin və axırdakıların (yəni bütün məxluqatın) içində rüsvay edəcəkdir.”[88]

Bu rəvayətlər əziz oxucular üçün qadını vurmağın qadağan olması barəsində kifayətdir. Çünki qadınlar incə insani duyğulara malik olan ilahi əmanətlərdir. Buna əsasən, onları kötəkləmək insani atifələrə xəyanət, əmanətdarlıq hüququna riayət etməməkdir. İkincisi, qadınlar ərlərinin səadət və xoşbəxtlik amili, eşq, səfa-səmimiyyət ocağıdır. Onları vurmaq son dərəcə qəbahət sayılır və ailə ocağını yanar cəhənnəmə döndərir. Üçüncüsü, qadını vurmaq islam göstərişlərinin əksinədir. Bu işi görən şəxs dünya və axirətdə Allahın qəzəbinə, Rəsuli Əkrəmin nifrət etməsinə səbəb olacaqdır. Bu məsələ sair məsələlərdən daha mühümdür.

İSTİSNA QADINLAR

Qadınların bəziləri öz həyat yoldaşının hüquqlarına riayət etmir, onların cinsi ehtiyaclarının təmin olunmasında etinasızlıq edir, ərin icazəsi olmadan evdən çıxır, özünün rəzil əxlaqı ilə ailədəki səfa-səmimiyyəti cəhənnəmə döndərir, həyat yoldaşının işlərinə yersiz dəxalət etməklə onu narahat edir. Bu istisna qadınlar islam nəzərində insani dəyərlərdən məhrum olan bir şəxslər kimi təqdim edilir və şiddətlə pislənirlər.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Varlıq aləmində ən pis şey–sözə baxmayan qadınlardır.”[89]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Mömin şəxsin ən güclü düşməni sözə baxmayan arvadıdır.”[90]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Qadınlar şeytanın ipləridir.”[91]

Bu hədis qadınları inhirafa və məsiyətə düşməyin amili kimi bildirmişdir.

Bütün bu rəvayətlərdə bu kimi qadınlar kəskin surətdə məzəmmət olunaraq varlıqların ən alçağı kimi təqdim olunmuşdur. (Bu bölmənin davamı 46-cı fəsildə gələcəkdir.)

Quran, hədis və fiqhi istilahda bu cür qadınlara “naşizə” deyilir. Bu xüsusiyyətin səbəbi bəzi qadınlarda olan yersiz qürurlar və özlərini üstün tutmalarıdır ki, nəticə etibarı ilə öz ərlərinə tabe olmur, həyatı ərlərinə acınacaqlı və xoşagəlməz bir zindan edirlər. Naşizə qadınlardan bəziləri ruhi xəstəliklərə tutulur, həmişə qanunu pozmaq, həyat yoldaşlarına üstünlük qazanmaq istəyini adətə çevirirlər. Onlar bu nalayiq əməllərindən həm də ləzzət alırlar. Bu cür fərdlər həmişə ərlərinə ruhi və cismi əzab verirlər. Müqəddəs islam dini bu cür şəxslərin islah edilib tərbiyələndirilməsində ağlasığan yollar nəzərdə tutaraq ədəbləndirmənin mərhələlərini aşağıdakı tərzdə bəyan edir. Allah taala Qurani kərimdə buyurur:

“O qadınlar ki, onların naşizəliyindən qorxursunuz, əvvəlcə onlara mövizə edin, öyüd-nəsihət verin, sonra əgər nəsihət yolu ilə islah olmasalar, öz yatağınızı onlardan ayırın, əgər bununla da tənbeh olunmasalar, aram şəkildə onları vurun.”[92]

Pərvərdigari-aləm göstəriş verir ki, sözə baxmayan qadınlara yol göstərin, onların nalayiq hərəkətlərinin acı aqibətlərini mülayimliklə xatırladın, əgər ruhi cəhətdən aramlaşmasalar, ona əlac edin, nə qədər ki, yaxşı əxlaq və nəsihət yolu müsbət nəticə verir, bacardığınız qədər kobudluq və acıq etməkdən uzaq olun.

Əgər qadın haqqı və məntiqi yolu seçməzsə, onda islah üçün bir az da ciddi göstəriş verir, atifi amillərdən istifadə yolunu təklif edir və buyurur ki, onun yatağını özünüzdən ayırın və ona mənəvi cəhətdən təsir edin. Çünki yatağın ayrılmasına dözmək qadınlar üçün ruhi cəhətdən son dərəcə çətindir. Əgər öz ərini sevirlərsə, bu hərəkətlə düzgün yolu seçib əvvəlki kimi olmayacaqdır.

Qəzetlərin birində yazırlar ki, Rusiyada bir qız intihar etmişdi və ölümündən qabaq yazmışdı ki, “məni indiyə qədər heç bir kişi öpməyib, buna görə də mən bu həyata dözə bilmirəm.”[93]

Bu hxadisə göstərir ki, qadınlar daha artıq cinsi hisslərə malikdirlər. Sığınacaq tapmaq üçün ərlərinə kəskin ehtiyac duyurlar. Ərinin ondan ayrı yatması onun üçün silahdan da kəsicidir. Buna görə də islam qadınların tərbiyələndirilməsinin ikinci mərhələsində onlarla bir yerdə yatmamağı, mehribanlıq göstərməməyi təklif edir. Əgər bütün bu mərhələlər əməli olduqdan sonra da qadın islah olmazsa və bunların heç bir müsbət təsiri olmazsa, bu zaman müəyyən şərtlər daxilində onu vurmağa icazə verilir. Quran, rəvayət, habelə bəzi millət və xalqların qanunları, həmçinin əql bu həqiqəti təsdiq edir. Çünki onlar öz ağılsız və düşünülməmiş hərəkətləri ilə məhəbbət dolu ailə ocaqlarını cəhənnəmə döndərir. Öz ağılsız hərəkətləri ilə ailənin səfa-səmimiyyətini, mehribanlıqla dolu olan ailə ocağını həyəcanlandıran, onun inzibatını pozur, ərin və ailə üzvlərinin fikirlərini qarışdırıb onları kədərləndirən və bu yolla da islamın ictimai sistemini cəmiyyətdə azğınlığa düçar edən qadınlar qanunu pozanlar hesab olunurlar və şübhəsiz, öz əməllərinin cəzasını da çəkməlidirlər. Bu üslub dünyanın bütün ölkələrində də qanun şəklindədir. Belə ki, bir kəs qanunu hər hansı sahədə pozarsa, tənbeh edilir, cəzalandırılır, bəzən ağır cinayətlər törədənləri edama məhkum edirlər. Qanunu pozan qadınların tənbeh edilməsi məsələsi də bu ümumi qanundan istisna olunmur. Bundan əlavə, Allah taala “Nisa” surəsinin 34-cü ayəsində bu məsələni aşkar şəkildə irəli çəkir, çoxlu rəvayətlər də bu həqiqəti təsdiqləyir. Alimlər və mərcəyi-təqlidlər–hər zamanda cəmiyyətin, insanların mənafeyini və məsləhətini təmin edən bu şəxsiyyətlər Quran və sünnətdən ilham alaraq bu barədə fətva vermişlər ki, indi onları qeyd edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Qadınlara xeyir əməllər öyrətmək üçün onları vurun.”[94]

Əbdülllah ibni Abbas bu ayənin təfsirində buyurur:

“Quranın qanununa uyğun olaraq sözə baxmayan qadını birinci dəfə nəsihət edin, əgər qəbul eləməsə, onu aramlıqla elə vurun ki, dərsisi və sümüyü zədə almasın.”[95]

İmam Baqir (əleyhissalam) buyurur:

“Sözə baxmayan qadınları yalnız misvak çubuğu (dişləri yumaq üçün istifadə olunan xurma çubuq) ilə vurmaq olar.”[96]

“Cəvahirül-kəlam” kitabının müəllifi öz kitabında buyurur:

“Əgər qadınlar öz ərlərinə, tabe olmalı olduqları yerlərdə imtina edərək tabe olmasalar, ərinin ixtiyarı vardır ki, bu kimi istisna qadınları tənbeh edərək döysün.”[97]

Həzrət İmam Xomeyni (r.ə) buyurur:

“Əgər kişi öz qadınından onun icazəsiz çölə çıxmamasını və özünü onun istədiyi ləzzətlər üçün hazır etməsini istəsə, hətta ərinin ürəyi istəyən tərzdə bəzənib zinətlənməsini istəsə, amma qadın ona tabe olmasa, bu halda qadın “naşizə” sayılır. Əgər nəsihətlə, yatağın ayrılması yolu ilə islah olunmayıb öz dediyini israr etsə, ərininin onu vurmasına icazə verilir. Onun tənbeh edilməsi o qədər olmalıdır ki, qadın ağıllansın, amma bədən xəsarəti görməsin, bədəni həddindən artıq göy və ya qara olmasın. Əgər bu həddi keçərsə, əri diyəsini verməlidir.”[98]

Bu fətvadakı “naşizə” sözünün mənasından məlum olur ki, qadın ərinin icazəsi olmadan evdən çölə çıxmamalı, özünü ərinin cinsi ehtiyaclarını təmin etmək üçün hazırlamalıdır, hətta ərin istədiyi lazımi bəzək və təmizliyi yerinə yetirməsə, naşizə sayılacaqdır. Əlbəttə, ərin haqqı yoxdur ki, öz arvadını ev daxilində və ya evdən xaricdə olan işləri görəyə məcbur etsin. Amma bu vəzifə yalnız əxlaqi nəzərdən lazımdır və nəticəsi də ərin məhəbbətinin cəlb edilməsinə, iqtisadi sahələrdə irəliləyişə səbəb olacaqdır. Buna əsasən, əgər qadınlar evin daxili işlərinin yerinə yetirilməsində etinasızlıq etsələr, ərin onu tənbeh və ya təhqir etməyə haqqı yoxdur.”[99]

Bu fəsildə qeyd olunanlardan məlum olur ki, ərin öz arvadını döyməyə haqqı yoxdur. Qadınları tənbeh etmək, vurmaq ailə daxili xəyanətdir ki, öz ardınca acınacaqlı aqibət gətirir. Amma əgər ər arvadın məişət xərclərini təmin etsə, amma arvadı da şəriət nöqteyi-nəzərindən ərli qadınlara vacib olan vəzifələri yerinə yetirməsə, bu halda kişi ona əvvəlcə nəsihət edib yerini ayrı saldıqdan sonra bu işlər müsbət nəticə verməzsə, onun islah olunması üçün aramlıqla onu vura bilər. Əgər qadın islah olunub səhvlərini anlayarsa, əri gərək özünün məxsus məhəbbətləri, səfa-səmimiyyəti ilə onun könlünü alsın və nəvaziş etsin ki, beləliklə arvad bu acı xatirəni unutsun. Belə ki, Əli (əleyhissalam) öz dövründə xətakarları tənbeh edir, islam cəza tədbirləri icra edildikdən sonra onlarla o qədər mehriban olurdu ki, ürəklərində Həzrətə qarşı azacıq belə kin-küdurət qalmırdı.

Allah bütün ailələrə, ər və arvadlara öz vəzifələrini tanıyıb yerinə yetirməkdə, ailə ocağının günbəgün məhəbbət və ehtiramla dolmasına kömək etsin!

OTUZ ÜÇÜNCÜ FƏSİL

SUİ-ZƏNN VƏ QEYRƏT

İnsanlar təbiətən sədaqətə, qarşılıqlı etimada meyl əsasında yaradılmışlar. Buna görə də uşaqlar həyatın ilk çağlarında heç vaxt yalan danışmır, xəyanət etmirlər. Amma tədricən ətraf mühitdə olan başqa şəxslərdən bu kimi bəyənilməz işləri öyrənirlər. İctimaiyyətdə mövcud olan hiyləgərliklərin, hoqqabazlıqların təsiri altına düşməyən şəxslər sağlam, eybsiz və ideal bir cəmiyyət qurmaq arzusundadırlar. Onlar hər növ sui-zənndən, bədgümanlıqdan uzaq olur, başqaları barəsində sui-zənn, ittiham eşitdikdə vicdan əzabı çəkirlər. Bu xüsusiyyət onların sağlam fitrəti, təbiəti ilə əlaqədardır. Məhz buna görə islam dini öz ardıcıllarını sağlam və etimadlı cəmiyyət qurmağa dəvət edir, hər növ bədgümanlıq, töhmət, iftira və s.-nin qarşısını alır. Nə qədər ki, başqalarının əxlaqi pozğunluqları barəsində möhkəm və qəti dəlillər yoxdur, yersiz mühakimələr şərən haram sayılır və bəzən belə şəxslər barəsində müəyyən cəza tədbirinin icra olunmasına gətirib çıxardır.

Əgər insan cəmiyyətlərinə sui-zənn və bədgümanlıq hakim kəsilərsə, onda səfa-səmimiyyət, qarşılıqlı etimad aradan gedəcək, xəyanət, şəxsiyyətin təhqir edilməsi və mənəvi terror edilməsi qarşılıqlı məhəbbətin, qardaşlığın yerinə keçəcəkdir. Bu şeytani sifət, Allah eləməmiş, ailələrə yol taparsa, onun nurunu söndürəcək, ailədəki səfa-səmimiyyət dolu behişti yanar cəhənnəmə çevirəcəkdir. Xüsusilə də əgər bu sui-zənlər cinsi əlaqə mövzusunda baş verərsə, bu halda həddindən artıq təhlükəlidir və ailə münasibətlərinə ciddi xələl gətirə bilər, bəzən isə kütləvi qırğınlara, müharibələrə səbəb ola bilər. Əgər bu halda ər və avad sui-zənnin əsl amilini dəf etməsələr, ailələrdə peşmançılıq baş verəcəkdir.

Buna görə də islam dini hamıya tövsiyə edir ki, hər növ ittihamlardan uzaq olsunlar, insanların heysiyyəti ilə oynamasınlar. Bu tövsiyələr ailə barəsində daha artıq təkidlə buyurulmuşdur ki, indi onların bəzilərini sizin diqqətinizə çatdırırıq.

Əli (əleyhissalam) ictimai əmin-amanlığın, insanların heysiyyətinin qorunub saxlanması barəsində buyurur:

“Səy edin ki, dini qardaşının işlərinə bəraət qazandırasınız; əgər üzrlü səbəb tapa bilməsiniz, özünüzdən onun üçün üzr düzəldin və heç vaxt müttəhim etməyin.”[100]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Hər kəs öz arvadını zina ilə, əyri yola getməklə müttəhim etsə, onun yaxşı əməlləri, ilanın öz dərisindən çıxdığı kimi, (nameyi-əməlindən) xaric olacaqdır və bədənində olan hər tük qədəri onun üçün min dənə günah yazılacaqdır.”[101]

Əli (əleyhissalam) əziz oğlu Həsən (əleyhissalam)-a bir məktubda yazır:

“Səbəbsiz qeyrət göstərməkdən və sui-zənn etməkdən uzaq ol, çünki bu növ sui-zənlər sağlam və iffətli qadınları da şəkkə, tərəddüdə və nadürüstlüyə doğru çəkir.”[102]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Öz həyat yoldaşını zina və nalayiq əməllə müttəhim edən şəxs hökmən məlundur və yaxud batində imansız və münafiqdir. Çünki həyat yoldaşını itiham etmək şəxsin imansızlığından irəli gəlir və belə bir şəxs cəhənnəm odunda yanacaqdır. Ey insanlar, öz qadınlarınız barəsində sui-zənn etməyin, çünki bu əməlin nəticəsi həmişəlik peşmançılıq və ağır cəzadan ibarətdir.”[103]

Allah taala bu ayədə islam cəmiyyətlərinə xatırladır ki, məbada bir-birinizin barəsində bədgüman olub sui-zənn edəsiniz! Çünki bu əməl böyük günahlardan olmaqla yanaşı insanları bir-birinə qarşı düşmən və kinli edir.”[104]

Bu Quran ayəsi və islami hədislər öz ardıcıllarını başqalarının, xüsusilə də ailə barəsində sui-zənn və ittihamdan çəkindirir, bu əmələ mürtəkib olanlara ağır cəza vədəsi verir, habelə, bu sifətin kökünü inmansızlıq və küfr bilir.

Bu cür mənfi halların və töhmətlərin yayılması insanlar arasındakı qarşılıqlı etimadı azaldır, cəmiyyəti əxlaqi pozğunluqlara və tənəzzülə sürükləyir. Tarix göstərir ki, ən yaxşı insanlar hamıdan artıq dinsizlərin və qərəzçilərin yersiz ittihamlarına məruz qalmışlar, hətta Əli (əleyhissalam) və Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in özü din düşmənləri tərəfindən çoxlu ittihamlara, sui-zənnlərə məruz qalırdılar.[105]

EVƏ NECƏ DAXİL OLAQ?

İslam kişilərə göstəriş verir ki, həyat yoldaşı barəsində hər növ ittiham və sui-zəndən, nəfsi tərbiyə etməkdə şeytani fikirlərdən uzaq olsunlar; əgər səfərdə olsalar, qayıdarkən evə gecə daxil olmasınlar, başqa vaxtlarda da evə gələndə mümkün qədər əvvəlcə xəbərdarlıq etdikdən, salam verdikdən sonra evə daxil olsunlar. İmam Baqir (əleyhissalam) buyurur:

“Hər vaxt sizlərdən biri evə daxil olmaq istəsə, evdə bir kəs varsa, salam verib xəbərdarlıq etdikdən sonra daxil olsun.”[106]

İmam Sadiq (əleyhissalam) bu hədisdə kişinin vəzifələrindən biri kimi qeyd edir ki, birbaşa və xəbərdarlıq etmədən evə daxil olmasın. Hər vaxt evə gəlsə, salam verməklə xəbərdarlıq etsin, ayaqqabılarını yerə möhkəm vurmaqla və ya öskürməklə evə gəldiyini bildirsin, sonra evə daxil olsun. Nəticədə evdə öz istəmədiyi, xoşlamadığı bir şey görməsin.”[107]

Bütün bu qanunlar qurucu və tərbiyəvi yönə malik olub ər-arvadın aramlıq və qarşılıqlı etimad əsasında yaşamasına səbəb olur, bir-birinə qarşı hər növ töhmət və sui-zənndən uzaq edir. Çünki bədgümanlıq ilə yanaşı olan həyatda aramlıq, səfa-səmimiyyət aradan gedir, həyəcan və dava-dalaş eşq-məhəbbətin yerini tutur.

İslam dini bu göstərişi təkcə ər-arvad deyil, başqa şəxslər barəsində buyuraraq deyir ki, “ailələri dava-dalaşa çəkmək, kişi və arvadı bir-birinə bədgüman etmək bütün insanlara haram edilmişdir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

“Üç şey vardır ki, onda düz danışmaq haramdır: 1-söz gəzdirmək, 2-bir nəfərə onun arvadının xoşagəlməz işlər etməsini xəbər vermək, 3-kişinin (öz arvadı barəsində) verdiyi bu xəbəri təkzib etmək.”[108]

Deməli, cəmiyyətdə, xüsusilə ailələrdə sui-zənn son dərəcə təhlükəli bir iş olub böyük günahlardan sayılır. Ailə üzvlərinə və sair insanlara vacibdir ki, ailənin isti ocağının soyumasına səbəb olan bu şeytani sifətdən son dərəcədə uzaq olsunlar. Əgər bir kəs öz arvadını zina ilə müttəhim edərsə, özünün və ya başqalarının namusuna yersiz töhmət vurarsa, onun nameyi-əməlində yazılacaq böyük günahlardan əlavə, həm o dünyada lazımi cəzasına çatacaq, həm də bu dünyada şəriət hakimi tərəfindən cəzalandırılacaq və islamın cəza tədbirləri onun barəsində icra olunacaqdır. Müsəlmanlar gərək belə bir şəxsin şahidliyinə və ictimai məsələlərdəki sözlərinə əhəmiyyət verməyib ona etimad etməsinlər, onu fasiq və dəyərsiz bir adam hesab etsinlər ki, belə şəxsin gözündə dünya qaranlıq zindandan başqa bir şey olmasın, pak qadınlara ləkə yaxmaqdan peşman olsun, ailələrin və insanların heysiyyətini tadalamasın.

NAMUSUN QORUNMASI–QEYRƏT

Namusu qorumaq, qeyrətli olmaq hər bir mömin şəxsə vacibdir. İslam nəzərindən bu iş xeyli tövsiyə olunmuşdur. Qadın və kişinin küçə-bazarda, xiyabanlarda, məktəb və universitetlərdə, xüsusilə əgər qadınlar yarıçılpaq halda olarsa, onda bu halda qeyrət və abır-həya cəmiyyətdən yığışılar, əxlaqi və cinsi pozğunluq yayılar.

İslam düşmənləri, xüsusilə qərbin istismarçılar aldadıcı “qadın azadlığı” pərdəsi altında bu dəyərli varlığı–qadını öz əllərində oyuncağa çevirərək onun şəxsiyyətini öz maddi mənafeyləri üçün təbliğat alətinə çevirirlər. Tərbiyə işləri üzrə mütəxəssislərin araşdırmaları göstərir ki, oğlan və qızların bir yerdə təhsil aldığı məktəblərdə, yaxud qadın və kişilərin bir yerdə açıq-saçıq şəkildə işlədiyi idarələrdə əxlaqsızlıq hökm sürür. İşdə geriləmə, məsuliyyətsizlik və s. kimi iqtisadi və ictimai problemlər qadın və kişilərin bu cür xoşagəlməz qarışıqlığının nəticəsidir.[109]

Müqəddəs islam dini qeyrətli olmağı, namusu qoruyub saxlamağı imanın və kişiliyin əlamətlərindən bilir. Bunun sui-zənn ilə minlərlə kilometr arası vardır. İslam sui-zənni, bədgümanlığı kəbirə (bağışlanmayan) günah bilir, bunun da müqabilində qeyrətli, namuslu olmağı vacib və imanın bir hissəsi hesab edir. İmam Sadiq (əleyhissalam) buyurur:

“Allah taala qeyrətlidir və bütün qeyrətliləri sevir və məhz Öz qeyrəti səbəbi ilə bütün zahiri və batini fahişəlikləri, pozğunluqları haram etmişdir.”[110]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Atam İbrahim (əleyhissalam) qeyrətli idi, mən ondan da qeyrətliyəm. Allah qeyrətsizləri məhv və zəlil edər.”[111]

Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:

“Qadının qeyrət göstərməsi və ərinin ikinci arvad alması qarşısında həsəd etməsi imansızlıq əlaməti olub nəticə etibarı ilə Quran hökmünü inkar etməkdir. Bunun da müqabilində kişinin qeyrətli olması və namusunu qoruması ilahi fərmanlara tabe olmaq və imanın əlamətidir.”[112]

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Əgər bir kəsin arvadı cəlbedici qiyafə ilə, habelə ərinin icazəsi və təşviq etməsi ilə bəzənib evdən çölə çıxsa, onun əri qeyrətsizdir (dəyyusdur), əgər bir kəs belə adama biqeyrət desə, heç də günah etməmişdir.”[113]

Əli (əleyhissalam) Kufə qadınlarının küçə-bazarda hərəkət edib kişilərlə qarışmasını eşidəndə dərindən təəssüf hissi keçirdi və kufəlilərə xitabən yazdı:

“Ey İraq camaatı, eşitmişəm ki, qadınlarınız küçələrdə kişilərə toxunurlar. Aya həya etmirsinizmi? Aya qeyrət və həyanız yoxdurmu ki, qadınlarınız bazarlara gedib və açıq-saçıq şəxslərə toxunurlar?”[114]

Əli (əleyhissalam)-ın bu kəlamı o Həzrətin qəlbini yandıran atəşin kəlamlarından qaynaqlanır və (naməhrəm) qadınla kişinin bir yerdə olmasından şiddətlə nalə çəkir. Belə işlərin acınacaqlı aqibətindən vəhşət etməyən, bu kimi hərəkətlərə razı olan kişilərə qeyrətsiz deyilir. Həmçinin, o Həzrət oğlu İmam Həsən Müctəba (əleyhissalam)-a göstəriş verir ki, “bacardıqca öz həyat yoldaşını elə saxla ki, səndən başqa heç bir kişini görməsin və bu, sənin xeyrinədir. Çünki qadınların qorunub saxlanması hicabda və pərdə arxasında olmaqladır. Bunu da bil ki, sənin evinə gələn namünasib, nalayiq şəxslərin zərəri qadınlarının evdən xaric olmasından yaranan zərərlərdən heç də az deyildir. Yəni namünasib şəxslərin sənin evinə gəlməsinin qarşısını al ki, həyat yoldaşın evin daxilində də əmin-amanlıqda olsun.”[115]



Geri   İrəli
Go to TOP