A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ustad Qiraətinin bu barədə belə bir misal çəkərək buyurur: Bir insan yoldan keçən bir şəxsə daş atır. Yoldan keçən şəxs arxaya dönüb baxdıqda daşı atan ondan üzr istəyir. O da daş atanı bağışlayır. Lakin daş atdıqdan sonra dönüb yoldan keçənə “bir də atacağam” dedikdə həmin şəxs onu bağışlayarmı?

Böyük daşı atıb bir dəfə üzr istəməklə günahını bağışlayır. Lakin kiçik daş atıb “bir də atacağam” deməsilə onu heç kəs bağışlamaz.

Buna əsasən də insan gecələr günahlarına tövbə edib səhər günah etməsilə Allah onu bağışlamaz. İnsan gecə namazı qılarkən Allahdan onu bağışlamasını diləsin və səhər günah etməsin. Allahın belə insanlardın xoşu gəlir.

Ailədə də əgər kişi gecə namazı qılmaq üçün yuxudan ayılarsı yaxşı olar ki, öz həyat yoldaşını da oyatsın. Qadın da həmçinin əgər gecə namazı qılmaq üçün yuxudan ayıldıqda ərini də namaz qılmaq üçün oyatsa çox gözəl olar. Bu barədə Həzrət Peyğməbərin(s) çox gözəl bir hədisi vardır.

قال رسول الله (ص): رحم الله رجلا قام من اليل فصلى و ايقظ امرأته فصلت فإن ابت نضح فى وجهها الماء رحم الله امرئة قامت من اليل فصلت و ايقظت زوجها فإن ابى نضحت فى وجهه الماء

Həzrət Peyğəmbər(s) buyurur: “Allah rəhmət etsin o kişiyə ki, gecə yuxudan durub gecə namazı qılsın, öz həyat yoldaşını da oyatsın. Və əgər yuxudan durmasa onun üzünə su səpib yuxudan oyatsın. Allah o qadına da rəhmət etsin ki, gecə yuxudan durub gecə namazı qılsın, öz həyat yoldaşını da oyatsın. Əgər o da yuxudan durmasa onun üzünə su səpib yuxudan oyatsın.”1

6 ALLAHA MƏHƏBBƏT

Allah-təala Həzrət İbrahimi(ə) bir neçə xüsusiyyətinə görə Özünə dost, xəlil seçmişdir. O səbəblərdən biri də həzrət İbrahim(ə)-ın Allaha məhəbbəti olması idi. Həzrət İbrahim(ə) qəlbində Allaha olan məhəbbəti hər şeydən artıq idi. Həzrət İbrahim(ə) çox işgüzar və çoxlu mal-dövlət sahibi idi. Allah-təala ona həddən artıq mal-dövlət əta etmişdir. Mələklər Allaha dedilər: İlahi, Sən İbrahimə(ə) çox mal dövlət verdiyinə görə o sənə ibadət və zikr edir. Allah-təala mələklərə sübut etmək istədi ki, əgər bir insanın Allaha həqiqi məhəbbəti varsa o məhəbbət heç vaxt onun qəlbindən çıxmaz.

Həzrət İbrahimin(ə) qəlbi Allah məhəbbəti ilə dolu idi və Allaha da ona görə zikr və ibadət edirdi. O Allahı verdiyi mal-dövlətə görə yox, bəlkə Ona olan məhəbbətinə görə zikr edirdi. Bu məhəbbətin əlaməti də belədir ki, əgər insan mal-dövlətini Allah yolunda verməyi bacararsa deməli qəlbində Allaha həqiqi məhəbbət vardır.

Allah təala mələklərə həzrət İbrahimi(ə) imtahan etməyi əmr etdi. Bir gün həzrət İbrahim(ə) çöldə qoyun otararkən həzrət Cəbrail(ə) insan cildinə girib onun yolu üstə əyləşdi və Allaha zikr etməyə başladı. Həzrət İbrahim(ə) ona yaxınlaşdıqda Cəbrail(ə) dedi: “Sübbuhun Quddus” “Allah pak və münəzzəhdir.” Həzrət İbrahim(ə) ona yaxınlaşıb soruşdu: Sən kimsən? Cəbrail(ə) dedi: Allah bəndəsi. Həzrət İbrahim(ə) dedi: Sənə o sözləri kim öyrədib? Cəbrail(ə) dedi: Öyrənmişəm. Həzrət İbrahim(ə) dedi: O sözlər mənim məşuqumun adlarıdır. Olarmı onları bir də təkrar edəsən? Cəbrail(ə) dedi: Qoyunlarının üçdə bir hissəsini mənə ver deyim. Həzrət İbrahim(ə) dedi: Qoyunların üçdə birini götür. Lakin o sözləri bir də təkrar et. Cəbrail(ə) Qoyunların üçdə birini alıb bir dəfə də “Sübbuhun Quddus” dedi: Həzrət İbrahim(ə) dedi: O sözləri bir də təkrar edə bilərsənmi? Cəbrail(ə) dedi: Qoyunlarının yarsını mənə ver deyim. Həzrət İbrahim(ə) qoyunların yarsını ona verdi. Cəbrail(ə) O sözləri bir də təkrar etdi. Həzrət İbrahim(ə) dedi: Olarmı bir də təkrar edəsən? Cəbrail(ə) dedi: Yox. Qoyunların hamısını mənə versən deyərəm. Həzrət İbrahim(ə): Qoyunların hamısı sənin olsun lakin o sözləri bir də təkrar et.

Həzrət Cəbrail dedi: İbrahim, həqiqətən sən Allahın dostu olmağa layiqsən. Ona görə də Allah səni özünə xəlil etdi. Çünki mən insanlar arasında çox gəzmişəm və Allah onların hamısını bizə tanıtdırıb. Lakin insanlar içində sənin kimi Allahın zikrinə bütün mal-dövlətini qurban verən ikinci bir şəxs görməmişəm.

Hədislərdən belə məlum olur ki, həzrət İbrahim(ə) Allaha olan məhəbbətinə görə bütün mal-dövlətindən keçməyə hazır idi. Onun Allaha olan məhəbbəti öz həyati işlərinin ən önəmlisi idi.

Mələklər Allah tərəfindən həzrət İbrahim(ə)-a İsmayıl və İshaqın dünyaya gəlməsi müjdəsilə onun evinə qonaq gəldilər. Onlar əvvəl həzrət İbrahim(ə)-ı imtahan etmək istədilər. İnsan cildində onun evinə qonaq gəldilər. Həzrət İbrahim(ə) onları tanımadı. Onlar üçün heyvan kəsərək yaxşı bir süfrə hazırladı və qonaqları süfrəyə dəvət etdi. Lakin mələklər dedilər: Biz bu qonaqlığın qiymətini bilməsək bu yeməklərdən yeməyəcəyik. Gərək əvvəl bu qonaqlığın qiymətini bizə deyəsən. Həzrət İbrahim(ə) dedi: Bu qonaqlığın qiyməti odur ki, yeməyə başlarkən bismillah, qurtardıqda isə əlhəmdulillah deməlisiz. Həzrət Cəbrail orada da yenə həmin sözləri təkrar edərək buyurdu: İbrahim, həqiqətən sən Allahın dostu olmağa layiqsən. Ona görə də Allah səni özünə xəlil etdi.

Buna əsasən də Allaha iman gətirib Onun yolanda öz mallarından və canlarından keçən şəxsləri “Bəqərə” surəsinin 165-ci ayəsində tərif edərək belə buyurur:

...وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ...

“Halbu ki, iman gətirənlərin Allaha məhəbbəti daha da qüvvətlidir.”

Yəni iman gətirənlərin ən yüksəyi qəlblərində Allaha məhəbbəti olan kəslərdir. Belə insanlar Allahın məhəbbətinə görə haram yeməkdən çəkinər və həyatda qayda-qanunla yaşayar.

قال الصادق(ع): لا يمحض رجل الإيمان باالله حتى يكون الله احب اليه من نفسه و ابيه و امه و ولده و اهله و ماله و من الناس كلهم

İmam Sadiq(ə) buyurur: Bir insanın imanı Allah ona canından, ata anasından, övladlarından, ailəsindən və bütün insanlardanyaxın olmasa, xalis (kamil) olmaz.1

Ümumiyyətlə qəlbində Allaha məhəbbət olan şəxs həmişə mallarını, canlarını Allah yolunda qurban verməyə hazırdılar. Onlar Allaha xatir bir iş gördükdə onlara ziyan yetəcəyindən qorxmurlar. Çünki onlar təmiz qəlblə eşq meydanına girmişlər və hər şeyi Allaha qurban verməyə hazırdılar.

Lakin bəzi insanlar isə Allahı, Quranı və dinin məsləhətlərini kənara qoyaraq başqalarının və ya öz məsləhətləri ilə hərəkət edirlər. Belə insanların qəlbində heç vaxt Allaha məhəbbət olmaz. Çünki onlar Allahın na qayda-qanununa nə də dinin məsləhətlərinə əməl etmirlər.

قال رسول الله(ص): احبواالله من كل قلوبكم

Həzrət Peyğəmbər(s) buyurur: “Allahı bütün qəlbinizlə sevin!” 1

Yəni ürəyinizdə Allahdan başqasının məhəbbəti olmasın.

Zəkəriyya həmişə həzrət Məryəmin otağına daxil olarkən onun yanında cür-bəcür meyvələrin olmasını müşahidlə edərdi. Dəfələrlə onun otağına daxil olarkən yay vaxtı qış meyvələri, qış vaxtı yay meyvələri olduğunu görmüşdü. O həzrət Məryəmdən onun üçün meyvələrin haradan gəldiyini soruşduqda Məryəm belə cavab verərdi: bunları Allah mənim üçün göndərmişdir.

Həzrət Məryəmin Allaha məhəbbəti çox olduğundan Allah onun üçün cənnətdən cür-bəcür meyvələr göndərirdi. Allah təala bu mətləbi “Ali-İmran” surəsinin 37-ci ayəsində vurğulamışdır.

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقاً قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” dedikdə, o: “Allah tərəfindəndir!” deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!

Həzrət Məryəm İsa(ə)-ı dünyaya gətirdikdən sonra, zəifləyib, haldan düşdü. Allah-təala onun üçün cənnətdən bir xurma ağacı nazil etdi və buyurdu: “Ya Məryəm! Dur ağacdan meyvələrdən dər ye! Məryəm dedi: İlahi, İsa(ə) dünyaya gəlməzdən əvvəl Sən meyvələri mənim qarşıma göndərərdin. Lakin İsa(ə) dünyaya gəldikdən sonra mənə bu zəhməti verməyin səbəbi nədir?

Allah-təala buyurdu: “Ey Məryəm! Nə qədər ki, İsa(ə) dünyaya gəlməmişdi sənin qəlbində tamamilə Mənim məhəbbətim var idi. Lakin İsa(ə) dünyaya gəldikdən sonra sənin Mənə olan məhəbbətin azaldı və qəlbində İsa(ə)-ın məhəbbəti yer tutdu. Ona görə də Mən sənə bu kimi zəhmətləri verirəm.

İnsan gərək Allaha qarşı məhəbbətini çoxaltsın. Hədislərdə vardır ki, hər kəs bilmək istəsə ki, Allah onu nə qədər istəyir və Allah yanında nə qədər qiyməti olduğunu bilmək istəsə, baxıb görsün ki, özü Allahı nə qədər istəyir və Allaha nə qədər qiymət qoyur.

Həzrət Musa(ə) Allaha xitab etdi: İlahi, mən sənə qarşı öz məhəbbətimi xalis etmişəm və səndən başqa heç kəsin məhəbbətini qəlbimə girməyə icazə verməmişəm. Allah-təala buyurdu: “Ey Musa! Çarıqlarını çıxart! Sən müqəddəs bir məkandasan!”

Bu ayədə “çarıqlarını çıxart” sözünün mənası hədislərdə belə gəlmişdir. “Ey Musa! Qəlbindən övladının, dünyanın və s. məhəbbətlərini çıxart”

İnsan əgər Allahın məhəbbətini qazanmaq naminə dünyanın, övladın, mal-dövlətin və s. məhəbbətini qəlbindən çıxara bilərsə, demək Allahın məhəbbətini qazanmış olar.

Ümumiyyətlə qəlb elə bir yerdir ki, insan gərək ora Allahdan başqasına girməyə qoymasın.

İmam Sadiq(ə) buyurur: Qəlb Allahın evidir. Ora Allahdan başqasına yol verməyin.

Qeyd etmək lazımdır ki, bu o demək deyil ki, insan mal-dövlətə, övlada, ata anaya məhəbbət bəsləməməlidir. İnsan əgər mal-dövlətini qoruyursa, ata anasını sevirsə, övladına məhəbbət bəsləyirsə, bunların hamısı Allaha xatir olmalıdır.

7 QONAQPƏRVƏRLİK

Həzrət İbrahimin(ə) Allahla dost və xəlil olmasının səbəblərindən biri də budur ki, onun evinə kim gəlsəydi, həmin şəxs üçün qonaqlıq edərdi. O qapısına gələn hər bir kəsə mütləq qonaqlıq verməli idi.

قال رسول الله(ص): مَااتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً الا لإطعام الطعام

Həzrət Peyğəmbər(s) buyurur:“Allah-təala həzrət İbrahimi(ə) qapısına gələn hər bir şəxsə yemək (qonaqlıq) verdiyinə görə xəlil etdi”1

Həzrət İbrahim(ə) bu xislətin (qonaqpərvərliyin) təməlçisidir. Ondan əvvəl insanlar arasında heç kəs bu işi görməzdi. Həzrət İbrahim(ə) əliaçıq bir insan idi. Hətta bir səfərə getdikdə öz evinə qayıdarkən evə əliboş gəlməzi.

Bir gün həzrət İbrahim(ə) Misirdə olan dostunun yanına səfərə gedir. Evə qayıdarkən əlində heç bir şey olmur. O evə əliboş qayıtmasın deyə əlindəki qabı qumla doldurub evə gətirir. Səhər yuxudan duranda görür ki, həyat yoldaşı Sara yemək hazırlayıb. Ondan bu yeməyi nədən hazırladığını soruşduqda Sara dedi: Sənin Misirli dostunun göndərdiyi undan hazırlamışam.

Həzrət İbrahim(ə) başa düşdü ki, axşam evə gətirdiyi həmin daş kəsəyi Allah-təala una dondərmişdi. Həyat yoldaşına dedi: Düzdür unu göndərən mənim dostumdur. Lakin Misirli deyil. O, aləmlərin Rəbbidir. Mən gecə evə qayıdarkın əliboş gəlməyim deyə qabı qumla doldurdum. Allahın mənim bu xüsusiyyətimdən xoşu gəldi və daş-kəsəyi una çevirdi.

Həzrət İbrahimin(ə) əliaçıq və qonaqpərvər olması barədə Allah-təala Quranda belə buyurur:

وَلَقَدْ جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُـشْرَى قَالُواْ سَلاَمًا قَالَ سَلاَمٌ فَمَا لَبِثَ أَن جَاء بِعِجْلٍ حَنِيذٍ

“Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına müjdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib “Salam!” –dedilər. (İbrahim də) “Salam!”-deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.”1

Allah-təala həzrət İbrahim(ə)-ı kəramət və səxavətinə görə Özünə xəlil və dost seçmişdir. Allah Özü kəramətli və səxavətli olduğu üçün səxavətli insanları da sevir. Lakin xəsis və ləim insanlardan Allahın xoşu gəlmir.

Qonağa hörmət

İnsan gərək qonağa hörmət etsin. Qonağa hörmət edən insanlar Allah yanında uca məqama çatmağa nail olmuşlar.

قال رسول الله(ص): من كان يؤمن باالله واليوم الاخر فليكرم ضيفه

Həzrət Peyğəmbər(s) buyurur: “Allaha və axirətə iman gətirənlər qonağa hörmət etməlidir.”

قال رسول الله(ص): كل بيت لا يدخل فيه ضيف لا يدخل الملائكة

Başqa bir hədisdə belə buyurur: Qonağı olmayan evə mələklər daxil olmaz”

Ümumiyyətlə məlaikələrin daxil olmadığı yerləri Peyğəmbər(s) və imamlar hədislərdə buyurmuşlar.

Həzrət Peyğəmbər(s) buyurmuşdur: “İt olan evə mələklər daxil olmaz.”

Mərhum Nəraqi öz kitabında bu hədisi belə açıqlayır. Evdən məqsəd insanın qəlbi, itdən məqsəd isə günahlardır. Yəni günah olan qəlbdə Allah məhəbbəti olmaz.

Bir çox hədis və rəvayətlərdə vardır ki, günah və hicabsız qadın olan yerdə mələk olmaz.

Həzrət İbrahimi(ə) mancanağa qoyub odun içinə atmaq istədikdə mancanaq işləmədi. Nəmrudun adamları nə qədər çalışdılarsa mancanaq işləmədi ki, işləmədi. Şeytan qoca bir kişi şəklinə girib Nəmrudun yanına gəldi və dedi: Bilirsənmi mancanaq niyə işləmir? Nəmrud: Bilmirəm. Şeytan: Çünki mələklər İbrahimlə(ə) söhbət edirlər. Mələklərin orada olmasına görə mancanaq işləmir və nə qədər mələklər oradadılar mancanaq işləməyəcək. Nəmrud: Bunun çarəsi nədir? Şeytan: Gedin bir qadın gətirin başını mancanağın yanında açsın. Çünki, mələklər hicabsız qadın olan yerdə qalmırlar.

Nəmrudun adamları hər hansı qadına yaxınlaşıb bu təklifi ona dedikdə heç kəs razı olmadı. Bir nəfər pozğun qadına təklif etdilər. O qadın dedi: Mənim günahlarım özümə bəsdir və mən bu günahı heç vaxt etmərəm. Nəmrudun adamları axırda bir qadın tapıb gətirdilər. O qadın mancanağın yanında başını açan kimi mələklər uçub getdilər və mancanaq işləməyə başladı.

Buna əsasən də bir çox hədis və rəvayətlərdə vardır ki, hicabsız qadın olan evlərə mələklər daxil olmaz.

Mələklərin daxil olmadığı yerlərdən biri də yuxarıda qeyd etdiyimiz kimi qonağsız evdir. Qonağı olmayan evə mələk daxil olmur.

Bir gün həzrət Əli(ə)-ı qəmgin gördülər. Onun qəmgin olmasını soruşduqda o həzrət buyurdu: Mən ona görə qəmginəm ki, düz bir həftədir bizə qonaq gəlmir.

İslamda insanın evə qonaq dəvət etməsi bəyənilmiş əməllərdən biridir. Lakin qonaq qəbul etməyin də şərti vardır. O da budur ki, qonağı Allaha xatir qəbul edəsən. Əgər Allaha xatir istəmirsənsə qəbul etmə. Yəni insanın nə vaxtsa bir şəxsə işi düşəcək deyə onun üçün evində qonaqlıq etmək və onu evə qonaq çağırmaq Allaha xatir olan əməl sayılmır. Bu iş sadəcə olaraq insanın sözünün onun yanında keçməsi üçün edilən bir əməldir. Və bu əməl düzgün deyildir.

قال رسول الله(ص): اضف بطعامك من تحب فى الله

Həzrət Peyğəmbər(s) buyurur: “Yalnız Allaha görə sevdiyin şəxsə qonaqlıq ver.”1

Hədislərdə vardır ki, hətta birinin evinə qonaq getmək istədikdə, elə şəxsin evinə gedin ki, o da sizi Allaha xatir istəsin.

Haram yemək

Ümumiyyətlə insan istər qonaqlıqda istərsə də başqa süfrələrdə əyləşdikdə qarnını haram tikədən qorumalıdır. Çünki haram yemək insanın Allahdan, peyğəmbərdən və imamlardan uzaq düşməsinə səbəb olar. İnsan haram yeməyə öyrəşdikdə isə qəlbi qaralar və artıq ona öyüd-nəsihət təsir etməz.

İmam Hüseyn(ə) müharibə meydanında onunla döyüşmək istəyənlərə çox nəsihət etdi. Lakin onlar İmamın sözlərini qəbul etmədilər və belə dedilər: Bura moizə yeri yox meydandır.

İmam onlara buyurdu: Qarınlarınız haramla dolduğu üçün sizə moizə, öyüd nəsihət təsir etmir. Haram tikələrin təsirindən Quran ayələri sizə təsir etmir.

Haram yemək insanı küfrə yaxınlaşdırır. İnsan haram yedikcə ibadətdən soyuyar. Sonra Peyğəmbərin peyğəmbərliyini, sonra imamların imamətini inkar edər və nəhayət insanı küfr dəryasında qərq edər. Lakin qarnını haramdan qoruyan insanlar isə həmişə Allaha yaxın olarlar.

Bir gün Harunun hüzuruna yemək gətirdilər. Harun yeməyə baxdı və əmr etdi ki, onu Bəhlul üçün göndərsinlər. Harunun nökərləri Bəhlulu bir xarabalıqda tapıb yeməyi onun qabağına qoydular. Bəhlul soruşdu: Bu nədir? Dedilər: Harun öz yeməyini sənə göndərib. Bəhlul ətrafına baxdı, gözü xarabalıqda sülənən bir neçə itə sataşdı. Sonra üzünü Harunun nökərlərinə tutub dedi: Bu yeməyi aparıb o itlərə atın. Harunun nökərləri təəccüblə dedilər: Bu şahın öz yeməyidir! Onu sənin üçün göndərib, sən isə bunu itlərə atırsan? Bəhlul barmağını dodaqlarına qoyub yavaşca dedi: Sus! İtlərdə bilsə bu yeməyi Harun göndərib onlar da yeməzlər.

Bəhlul bilirdi ki, Harunun göndərdiyi yemək haramdır. Çünki Harun camaatın haqqını qəsb etmişdir. O bilirdi ki, əgər o yeməkdən yesə İmam Sadiqin(ə) məhəbbəti qəlbindən çıxacaq.

Əbul Əsvəd Dueli həzrət Əlinin(ə) ən yaxın səhabələrindən biri idi. Bir gün Müaviyə onun evinə bal göndərdi. Nökərlər balı gətirəndə Əbul Əsvəd evdə yox idi. Lakin onun yeddi yaşlı qızı qapını açdı. Nökərlər balı ona verib getdilər. Qız o baldan azacıq yedi. Əbul Əsvəd Duelii evə gəldikdə qız onu qarşılayıb Müaviyənin ona bal göndərdiyini bildirdi. Əbul Əsvəd Cüəyli qızına dedi: Qızım olmaya o baldan yemisən? Məbada o baldan yeyəsən. Çünki o, bal deyil. O elə bir zəhərdir ki, hər kim Müaviyənin göndərdiyi o baldan yesə Əlinin(ə) məhəbbəti onun qəlbindən çıxacaq. Əbul Əsvədin qızı çölə qaçdı və barmağını boğazına salıb yediyi balı qaytardı. Sonra gəlib belə bir şer yazdı:

Ey Hindin oğlu Müaviyə! Sən mənə bal göndərməklə Əlinin(ə) məhəbbətini qəlbimdən çıxarmaq istəyirsən? Pənah Allaha! Əli(ə) möminlərin əmiridir və heç vaxt onun məhəbbətini mənim qəlbimdən çıxara bilməzsən.

8 PEYĞƏMBƏR VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT GÖNDƏRMƏK

Həzrət İbrahim(ə) Peyğəmbərin gözəl xüsusiyyətlərindən biri də bu idi ki, İslam peyğəmbərinə və onun əhli-beytinə çox salam salavat göndərərdi.

قال الصادق(ع): إتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لكثرة صلاته على محمد و آل محمد

İmam Sadiq(ə) buyurur: “Allah-təala İbrahim(ə) peyğəmbəri Mühəmməd və ali Mühəmmədə çoxlu salam salavat göndərməsinə görə Özünə dost (xəlil) seçmişdir”

Allah-təala yer üzündə insanlarla Özü arasında xüsusi bir yol təyin etmişdir. Bütün insanların hamısını o yolun vasitəsilə qəbul edir. Yəni Allaha yaxın olmaq istəyən şəxs yalnız o yolun vasitəsilə yaxın ola bilər. O yoldan başqa heç bir yolun vasitəsilə Allaha yaxın olmaq mümkün deyildir. Allahın yer üzündə insanlarla Özü arasında təyin etdiyi həmin yol Peyğəmbər(s) və Əhli-beytdidir.

Camieyi-kəbirə duası çox dolğun və fəzilətli dualardan biridir. Başqa sözlə desək imamşünaslıq və imamət dərsinin xülasəsi olan bir duadır. Bu duada Əhli-beytə xitab edərək belə buyurur: “Allaha çatmaq istəyəın bir şəxs əhli-beytdən başlamalıdır. Və tövhidi dərk etmək istəyən və mərifət tapmaq istəyən şəxs yalnız siz Əhli-beytin yolu ilə tapa bilər.” Yəni Allah-təala Öz mərifətini nübüvvət və imamətə bağlamışdır. Və onların bir-birindən ayırı olmasını istəmir. Allahın Əhli-beytə xüsusi məhəbbəti vardır. Hər kəs Əhli-beytin yolu ilə Allaha tərəf gələrsə Allah həmin şəxsi qəbul edər. Çünki onlar Allaha hamıdan yaxın olan insanlardır. Allah-təala onları insanlarla Öz arasında bir vəsilə kimi təyin etmişdir. Hər kəs Əhli-beytin vasitəsilə Allaha yaxınlaşarsa Allah həmin şəxsi qəbul edər. Məsələn, bir şəxs birinin uşağını maşınla vurur. Uşağın valideynləri onu heç cür bağışlamaq istəmir. Uşağı vuran şəxs çarəsiz qalaraq uşağın valideynlərinə ən yaxın və onların yanında ən hörmətli olan şəxsdən onun üçün (uşağın valideynlərindən) üzr istəməyi və onları razı salmağı xahiş edir.

Allah-təala da həmiçinin öz bəndələrini bağışlamaq üçün və onlara izzət və şərəf vermək üçün Əhli-beyti yer üzündə vasitə qoymuşdur.

Hər kəsin qəlbində Əhli-beytə məhəbbət olarsa qiyamət günü Əhli-beyt ona şəfaət verəcəkdir. Lakin onları qəbul etməyən şəxsin namazı, orucu və s. əməlləri belə qəbul olmaz. Çünki Allah insanların əməllərini qəbul etməsi üçün yer üzündə Əhli-beyti vəsilə təyin etmişdir.

Hətta İslam Peyğəmbərindən əvvəl gələn bütün peyğəmbərlərin hamısı Mühəmməd və onun Əhli-beytinə salam-salavat göndərird. Həzrət Nuh(ə) peyğəmbər öz zamanında tufandan öncə Həzrət Əlinin(ə) qəbrini qazıb hazırlamışdı. İmam Əli(ə) ömrünün axırlarında vəsiyyət etdikdən sonra üzünü İmam Həsənə(ə) tərəf tutaraq belə vəsiyyət etdi: “Oğlum Həsən, mən öləndən sonra mənə qüsl verib, kəfənə bükərsiniz və tabuta qoyarsınız. Tabutun arxa tərəfindən siz tutarsınız, tabutun qabaq tərəfindən mələklər yapışacaqlar. Mələklər harada dayansalar, siz də orada dayanıb tabutu yerə qoyarsınız. Namazı qıldıqdan sonra oranı qazarsınız. Oradan bir lövhə çıxacaq. O lövhədə Nuh(ə) peyğəmbərin öz dəsti-xətti ilə bu sözlər yazılmışdır. “Bu qardaşım Əli ibn Əbi Talibin qəbridir.”

Həzrət Əli(ə) dünysını dəyişəndən sonra, İmam Həsən və İmam Hüseyn(ə) o Həzrətə qüsl verib, kəfənlədilər. Sonra tabuta qoydular. Tabutun qabaq tərəfi yerdən qalxdı. İmam Həsən(ə) və İmam Hüseyn(ə) tabutun arxa tərəfindən tutdular. Kufədən Nəcəf şəhərinə (Həzrət Əli(ə)-ın indiki məzarı olan yerə) qədər getdilər. Gördülər ki, tabutun qabaq tərəfi aşağı əyildi. Tabutu yerə qoydular. İmam Həsən(ə) özü namazı qılandan sonra tabutu kənara qoydular və onun yerini qazıdılar. Gördülər ki, doğurdanda Həzrət Əli(ə)-ın buyurduğu kimi oradan bir lövhə çıxdı. O lövhədə belə yazılmışdır. “Bu qəbri tufandan əvvəl sonuncu Peyğəmbərin vəsisi qardaşım Əli ibn Əbi Talibə hazırlamışam.”1

Əlbəttə bu rəvayətdə sünni və şiə arasında heç bir ixtilaf yoxdur. Əli(ə)-ın bu cür kəramət sahibi olduğunu hamı bilir və sünni və şiə bu kimi rəvayətləri qəbul edərək öz kitablarında yazmışlar. Bəziləri elə başa düşməsinlər ki, Həzrət Əli(ə) da bu fəzilətlər olmayıb. Əlinin(ə) hər bir hərəkəti, xütbəsi, müharibəsi və bu kimi işləri çox heyrətamiz bir işlər idi. O cümlədən sonuncu etdiyi bu vəsiyyət onun adi gündəlik gördüyü işlərdən və sözlərdən biridir.

Ümumiyyətlə bütün peyğəmbərlərin hamısı Mühəmməd(s) və onun pak Əhli-beytinə salam göndərirdilər. O cümlədən Həzrət İbrahim(ə) da xüsusiyyətlərindən biri Mühəmməd və ali Mühəmmədə salam-salavat göndərmək idi.

Allah-təala Peyğəmbər və ali peyğəmbərə salavat göndərməyi insanlara əmr etmişdir. Əhzab surəsinin 56-cı ayəsində buyurur:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib onu layiqincə salamlayın.”

Ümumiyyətlə İslam firqələrinin hamısı öz namazlarında həzrət Peyğəmbərə(s) salavat göndərirlər. Çünki Allah bunu Quranda bütün iman gətirənlərə əmr etmişdir.

قال رسول الله(ص): اصلاة على نور على الصراط

Həzrət Peyğəmbər(s) buyurur: “Mənə salavat göndərmək sirat körpüsündən keçmək üçün bir çıraqdır”1

قال رسول الله(ص): حيثما كنتم فصلوا على فإن صلاتكم تبلغنى

Başqa bir hədisdə belə buyurur: “Harada olsanız mənə salavat göndərin. Çünki o salavatlar gəlib mənə yetişir.”2

قال رسول الله(ص): كل دعاء محجوب حتى يصلى على النبى

Həzrət Peyğəmbər(s) buyurur: “Peyğəmbərə salavat göndərilmədən heç bir dua qəbul olunmaz.”3

Yəni hər kəs dua edərkən Peyğəmbər(s) və onun Əhli-beytinə salavat göndərməzsə Allah o şəxsin dualarını qəbul etməz.

Həzrət Əli(ə) bizlərə dua etməyin qaydasını öyrədərək belə buyurur: Hər kəs dua edərkən dualarının qəbul olunmasını istəyirsə, duaların əvvəlində və axırında Peyğəmbər və Əhli-beytə salavat göndərsin.

...قالو يا رسول الله وكيف نصلى عليك؟ قال رسول الله(ص): اللهم صل على محمد و آل محمد كما صليت على ابراهيم و على آل ابراهيم

Həzrət Peyğəmbər(s)-dən soruşdular: “Ya Rəsuləllah Allah bizə sənə salavat göndərməyi əmr etmişdir. sənə salavat göndərməyin qaydası necədir?

Həzrət Peyğəmbər(s) buyurdu: Mənə salavat göndərdikdə belə deyin: Allahın salamı olsun Mühəmməd və onun ailəsinə, necə ki, İbrahim və onun ailəsinə olmuşdur.

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” “Allahın salamı olsun Mühəmməd və onun əhli-beytinə.”



Geri   İrəli
Go to TOP