A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


قال رسول الله (ص): حسين منى و انا من حسين

Həzrət Peyğəmbər(s) onun barəsində belə buyurmuşdu: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”

Həzrət Peyğəmbərin(s) bu hədisini İslamın bütün firqələrinin hamısı öz kitablarında yazmışlar. Hər kim Hüseyni(ə) sevirsə Peyğəmbəri də sevir. Hüseyni(ə) sevməyən şəxs əgər desə ki, mən Peyğəmbəri sevirəm yalan demiş olur. Çünki, Peyğəmbərə(s) məhəbbət bəsləyən şəxs o həzrətin bu sözünə də mütləq əməl etməlidir. Əgər Peyğəmbərin(s) bu sözünü qəbul etmirsə, deməli heç o Həzrətin özünü də qəbul etmir.

قالَ رَسُولُ اللهِ(ص): إِنَّ لِقَتْلِ الْحُسَيْن حَرارَتً فِى الْقُلُوبِ الْمُؤْمِنِين لا تَبْرَدُ أَبَدًا

Həzrət Peyğəmbər(s) başqa bir hədisdə İmam Hüseynin(ə) barəsində belə buyurur: “Həqiqətən, möminlərin qəlbindən Hüseynin(ə) öldürülməsi ilə elə bir atəş şölələnmişdir ki, heç vaxt bu atəş onların qəlbindən soyumayacaq.

قالَ الرّضا(ع): كان ابى اذا دخل شهر محرم لا يرى ضاحكا و كان الكعابة

İmam Rza(ə) buyurur: “Məhərrəm ayı daxil olarkən atam Musa ibn Cəfəri gölən görməzdim. Aşura gününə qədər göz yaşı töküb ağlayardı. Elə ki aşura günü olardı o gün atamın müsibət, qəm-qüssə və ağlamaq günü idi.

Hədislərdə vardır ki, məhərrəm ayı daxil olarkən qırx gün mələklər ağlayarlar.

Buna görə də hamı bilməlidir ki, İmam Hüseyn(ə) bizə çox mühümdür. İmam Hüseyn(ə) bizə İslamla bərabərdir. Əlbəttə ki, biz heç vaxt İslamı min novruza satmarıq! Əlbəttə ki, biz İslamın bir tükünü belə min novruz və novruz sevənlərə satmarıq! Şübhəsiz ki, biz novruzun qırmızısını İmam Hüseynin qarasından üstün tutmarıq!

Novruz bizim milli bayramımız və adət-ənənəmizdir. Novruzda namaz da qılarıq, oruc da tutarıq, qüsl də edərik, süfrə də açaraq. Novruzda yumurta boyamaq, papaq atmaq, süfrə bəzəmək və bu kimi xüsusi ənənələri də qeyd edərik. Bunların İslama heç bir ziyanı yoxdur. Bu əməllər camaat arasında olan adət-ənənələrdir. Amma əgər novruzla məhərrəmlik üst-üstə düşərsə, o zaman biz heç vaxt novruzun mərasimini gətirib İmam Hüseynin(ə) mərasimindən üstün tütmarıq. Həmişə o Həzrətin əzasını novruzun şadlıqından müqəddəm və öndə tutarıq və onun məclislərini qeyd edərik.

Sovet hakimiyyəti dövründə Azərbaycanda İmam Hüseynin məclisləri qadağan olmuş olsa da belə gizlicə qeyd edərdilər. Başqa azad ölkələrdə də o Həzrətin məhərrəmlik mərasimini qurub əzadarlıq etmişlər. Həmişə də məhərrəmliklə novruz üst-üstə düşdükdə hansı işləri görməyi çox gözəl bilirdilər. Bilirdilər ki, belə bir təsadüf olsa hansının məclisini üstün tutmaq lazımdır. Novruzla məhərrəmlik birinci dəfə deyil ki, üst-üstə düşür. Təxminən hər otuz iki ildən bir belə bir təsadüf olur. Buna görə də əgər indi məclislər qurub əzadarlıqlar olursa, novruz öz yerində amma İmam Hüseynin(ə) əzasını əlbəttə ki, novruz və novruzlardan üstün tutarıq!

Hüseyn məcalisüvə qəlbidə yara gedərəm,

Mühəqqər aşiqüvəm məhfili yara gedərəm.

Xuda nəkərdə məni qovson asitanünnən,

Üzüm-gözüm qapuva örgəşib hara gedərəm?

Hüseynin aşiqiyəm, eşq meracımdı mənim

Şüaye tələte şəme hidayətimdi mənim

Hüseynə ağlamasam nenirəm bu gözləri mən

Bu şur göz yaşı şirindi şərbətimdi mənim

Biz qədəm kuye məhəbbətdən kənarə qoymaruq

Feli təbliğate suə ta nəfəs var uymaruq

Şahe məzlumin məhərrəmdə qərasin soymaruq

Doysa məcnun leylisinnən biz Hüseynnən doymaruq

Hüseyn ki mən tanıram ruhe ruhe rihandi

Hüseyn ki mən tanıram cane canda pünhandi

Hüseyn ki mən tanıram versə bir tükün hər kim,

İki cahana əgər, bişüur o nadandi.

Hüseyn ki mən tanıram nokər olsa kim o şəhə

Şühudo qeybo zəminoo zəmanə sultandi

Hüseyndür nüsxeye dovvom vücude vahiddən

Hüseynə aşiqi əvvəl Xudaye sübhandi

Hüseyni gördü ki, Quran söküblər sinəsini,

Dedi, mənəm xətto kağəz bu sinə Qurandı.

Fereştələr də, pərilər də cinnu adəmdə

Görünmiyən də görəndə Hüseynə qurbandı.

Allah-təala dünya və axirətdə bizləri İmam Hüseyndən(ə) ayırı salmasın.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ. الصَّلوات وَالسَّلامُ عَلَى رَسُولِ اللهِ الأَمِين وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ

Təxminən hər otuz iki ildən bir istisnai və əlamətdar günlər olur. Həmin günlərdən biri də novruz bayramının məhərrəmlik ayına düşməsidir. Bu günün əlamətdar olması ona görədir ki, hicri şəmsi ili yeni illə əvəz olunur. İstisnai olması isə Məhərrəm ayının bu günlərlə üst-üstə düşməsidir. Ona görə də bu barədə iki mətləbi əziz möminlərin nəzərinə çatdırıram.

Bir mətləb novruz barəsində, bir mətləb isə məhərrəmlik və İmam Hüseyn əleyhis-salamın barəsindədir. Bəhsimizin sonunda bu iki mətləbdən bir nəticə alacağıq.

NOVRUZ

Novruz barədə sözü belə başlayaq. İslamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsus mərasimləri, adət-ənənələri, mədəniyyətləri və ədəb ərkanları var idi ki, onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bəziləri isə pis adətlər idi. İslam dini zühur edəndən sonra camaatın və tayfaların arasında olan bu adət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi, pislərini isə qadağan və haram etdi. İslamın öz hökmlərindən əlavə insanlar arasında bulə adət-ənənələr mövcud idi. Misal üçün onların hərəsindən birini nəzərnizə çatdırıram.

İslamdan əvvəl ərəblərin içində belə bir adət vardı ki, dörd ayda müharibə etməyi dayandırardılar. O aylardan biri Rəcəb, biri zil-qədə, biri zil-hiccə, biri də məhərrəm ayı idi. Bu dörd ayda heç kəsin müharibəyə əl atmağa, birinə təcavüz etməyə və müharibəyə davam etməyə ixtiyarı yox idi. Bu camaatın öz qanunu və adət-ənənəsi idi. İslam dini sülhtələb və müharibə etməklə əsasən müxalif olduğundan baxıb gördü ki, bu adət-ənənə çox gözəl bir əməldir. Buna görə də camaatın bu adət-ənənəsini təsdiq edib bəyəndi. İndinin özündə İslam aləmində də rəcəb, zid-qədə, zil-hiccə və məhərrəm aylarında müharibə etmək mütləq haram və qadağan olunmuşdur.

Bu ərəblərin yaxşı adət-ənələrindən biri idi ki, İslam dini zühur edəndən sonra onların bu adət-ənənələrini bəyənib təsdiq etdi. Lakin camaatın içində bir sıra çox pis əməllər də var idi. O cümlədən hər kimin qız övladı dünyayka gəlsəydi, özünü alnı kölgəli və başı aşağı hiss edirdi. Ona görə də qız uşağı dünyaya gələn kimi atası onu aparıb çöllükdə yeri qazıb diri diri torpağa bastırardı. İslam dini gördü ki, onların bu adətləri çox pis adətdir. Ona görə də onların bu əməlləri ilə müxalifətçilik etdi və bu adət ənənəni bəynmədi. Allah-təala onların bu haqsız əməllərinə görə Təkvir surəsinin 9-cu ayəsini nazil etdi.

بِأَيِّ ذَنبٍ قُتِلَتْ

Hansı günaha görə (bu uşaqlar) öldürülürlər.

Belə bir vəziyyətdə, hər kəsin qız oşağı olarkən özünü başı aşağı təsəvvür etdiyi bir halda Allah-təala Həzrət Peyğəmbərə qız övladı, kövsəri verdi. O Həzrətə vrdiyi iki oğlan uşağını aldı və əvəzində Zəhranı(s.ə) ona bəxş etdi. Camaatın içində görürdülər ki, Həzrət Peyğəmbər(s) öz qızına o qədər hörmət edir ki, indiyə qədər heç bir ata hətta oğlan övladına bu qədər hörmət etməyib. Harda görsəydilər ki, Peyğəmbər(s) əyləşib və Zəhra içəri daxil olanda o Həzrət qızının ayağına qalxar, gəlib onunla görüşər və əllərindən öpərdi. Hansı ata öz qızının əllərindən öpürdü? Həzrət Peyğəmbər(s) belə bir hərəkəti ilə bütün dünyaya sübut etdi ki, övlad müqəddəsdir istər qız olsun, istərsə də oğlan.

İslamda belə bir baxım var idi. Zühur edəndən sonra bütün millətlərin içində olan adət-ənənələrə baxıb öz nəzərini bildirərdi. Hansı adət-ənənə müsbət olsaydı onu qəbul və təsdiq edər, hansı hərəkət mənfi olsaydı onunla müxalif olardı.

Bu sözləri qeyd etməkdən məqsədim budur ki, novruz da İslamdan əvvəl camaat arasında olan bir adət-ənənə idi. İslam dini zühur edəndən sonra bu adət-ənənəyə baxdı və öz onun barəsində nəzərini bildirdi. İslam dini gördü ki, bu bayramın içində həm müsbət hərəkətlər, həm də mənfi hərəkətlər vardır. Onun müsbət hərəkətlərini bəyəndi, mənfi hərəkətlərini isə təsdiq etmədi.

Tarixə diqqət yetirəndə görürük ki, novruz çox qədimi bir adət-ənənədir. Novruz əslində farsların adət ənənələri olmuşdu. İslam dini zühur edəndən sonra onun barəsində öz nəzərini bildirdi və bir sıra xüsusi əməlləri də ona artırdı.

Novruz barədə olan məruf bir hədisi nəzərnizə çatdırıram.

Müəlla İmam Sadiqin(ə) səhabələrindən biri idi. O belə deyir:

دَخَلْتُ عَلَى الصَّادِقُ عَلَيْهِ السَّلام يَوْمَ النِّيرُوز. قَالَ(ع): اَتَعْرِفُ هَذاالْيَوم؟ قُلْتُ جُعِلْتُ فِداكَ هَذا الْيَوْم تُعَظِّمُهُ الْعَجَم وَ تَتَهَذا فِيهِ. قَالَ(ع): وَالْبَيْتِ الَّذِى بِمَكَّةِ مَا هَذا اِلاّ لِأَمْرٍ قَدِيمٍ اُفَسِّرُ لَكَ حَتَّى تَفْعَمَهُ.

يَا مُعَلَّى, إِنَّ هَذا الْيَوْم النِّيرُوز هُوَ الْيَومُ الَّذِى اَخَذَهُ الله فِيهِ مَواسِقَ الْعِبَاد اَنْ يَعْبُدُوهُ وَ لا يُشْرِك بِهِ شَيْئً وَ اَنْ يُؤْمِنُ بِرُسُولِهِ وَ حُجَجَهِ وَ لِيُؤْمِنُ بِالْأَئِمَّةِ وَ هُوَ اَوَّلُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْس وَ مَا مِنْ يَوْمٍ نِّيرُوز اِلاّ وَ نَحْنُ نَتَوَقَّعُ فِيهِ الْفَرَج لِأَنَّهُ مِنْ اَيَّامِنَا وَ اَيَّامِ شِعَتِنَا وَ لكِن حَفَظَهُ الْعَجَمْ وَ زَيَّعْتُمُوهُ اَنْتُمْ وَ هُوَ اَوَّلُ يَوْمٍ مِنْ سَنَةِ الْفُرُوس.

Novruz bayramı İmam Sadiqin(ə) hüzuruna getmişdim. O həzrət mənə baxıb buyurdu? Sən bilirsənmi bu gün necə bir gündür? Dedim: Bəli ağa. Bu gün elə bir gündür ki, əcəmlər1 bu günü çox əzəmətlə qeyd edər və bir-birlərinə hədiyyə apararlar.

İmam Sadiq(ə) buyurdu: And olsun Məkkədə olan müqəddəs evə ki, bu qədimi bir gündür. İstəyirsənmi sənə novruz barəsində təfsilat verim, bunun necə bir gün olmasını biləsən?

Ey Müəlla, həqiqətən novruz elə bir gündür ki, Allah-təala bəndələri yaratmamışdan öncə onlardan söz almışdır.

Qeyd: İnsanlar hələ dünyaya gəlməmişdən öncə Allah-təala onlardan söz almışdı. Quranda bu məsələyə işarə olunmuşdur. Allah-təala belə buyurur:

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى

(Ey Peyğəmbər!) Xatırlat ki, bir zaman Rəbbin Adəm övladlarını bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuş, onlarda “Bəli Rəbbimizsən” deyə cavab vermişlər.1

Allah-təala bütün insanlardan bu sözü aldıqdan sonra yaratmışdır. Amma insanlar dünyaya gəldikdən sonra, dünyanın abu-havası onlara dəydikdə, dünyanın nemətlərini gördükdə, Allaha verdiyi vədələri yadlarından çıxdı.

İmam Sadiq(ə) Müəllaya bildirdi ki, Allahın insanlardan vədə və söz aldığı həmin gün novruz günü olmuşdur.

Sonra Həzrət buyurdu: Allah-təala insanlardan söz aldı ki, yalnız Ona ibadət etsinlər və Heç bir şeyi Allaha şərik qoşmasınlar. Onun göndərdiyi peyğəmbərlərə iman gətirsinlər və Onun yer üzündə höccətlərinə və imamlara itaət etsinlər.

Ey Müəlla, novruz elə bir gündür ki, günəş ilk dəfə işığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız İmam Zamanın(ə.c) zühuru güman var ki, bu novruz günündə olacaq. Buna görə də novuz bizim və şiələrimizin günüdür. Lakin bu novruzu əcəmlər diri saxladılar siz isə yaddan çıxartdınız. Bir də ki, novruz farsların illərinin əvvəl günüdür.

İmam Sadiqin(ə) bu hədisindən və buna oxşar hədislərdən bu mətləbi əldə edirik ki, İslamdan əvvəl novruz bayramı var idi. Lakin bu novruz bütpərəstlərin əlində idi. Novruzun içində yaxşı hərəkətlər çox idi. Lakin pis hərəkətləri də var idi. İslam zühur edəndən sonra bu ənənənin əsli və kökü ilə müxalifət etmədi və onun müsbət hərəkətlərini təsdiq edərək bir sıra hökmləri ona əlavə etməklə novruza mənəvi və ilahi rəng verdi. İslamın novruza əlavə etdiyi mənəvi əməllərdən bir neçəsini nəzərnizə çatdırıram.

Novruz bayramında müstəhəb olan əməllər

Novruz bayramı daxil olarkən il dəyişir. İlin dəyişdiyi dəqiqələrdə Peyğəmbər və İmamlar bizə belə bir dua oxumağı tövsiyə etmişlər.

يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا مُدَبِّرَ الَّيْلِ وَ الْنَّهَار يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَال حَوِّل حَالَنَا بِأَ حْسَنِ الْحَال

İslam dini bu əməli novruz bayramında ilin dəyişdiyi anlarda müsəlmanlara tövsiyə etməklə istəyir ki, onların mənəviyyatları daha da artsın. Çünki, insanın dünyaya gəlməkdən əsas məqsədi odur ki, hər bir dəqiqədəsində özünə mənəviyyat qazansın. Ona görə də il dəyişib novruz daxil olan anlarda da bu du müstəhəbb bir əməl kimi təyin olunmuşdur. Belə dualara təkcə novruz bayramında deyil, hətta mübarək Ramazan ayının gündəlik dualarında da rast gəlirik.

اَللّهُمَّ غَيِّرْ سُوءَ حَالِنا بِحُسْنِ حَالِكَ

İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir.

Novruz bayramında insanlar bir-birinin evinə hədiiyə aparırdılar. İslam dini novruz bayramında olan bu əməli təyid və təsdiq etdi.

Bir gün Həzrət Əlinin(ə) evinə hədiyyə gətirdilər. Həzrət soruşdu: Bu nədir? Dedilər: Ya Əmirəl-möminin bu gün novruz bayramıdır. Ona görə də sənə hədiyyə gətirmişik. Həzrət hədiyyəni onlardan qəbul edib buyurdu: Bizim hər günümüzü bizə novruz edin.

Bu hədisdən məlum olur ki, İslam dini novruz bayramında olan bu əməli təsdiqlədi və bəyəndi.

İslamın novruza əlavə etdiyi bir neçə müstəhəb əməli sizin nəzərnizə çatdırıram.

1. Qüs etmək. Novruz bayramında müstəhəbdir ki, insan qüsl etsin. Bu qüslün niyyəti belədir. “Novruz qüslü edirəm qürbətən iləllah.”

2. Təmiz və təzə paltar geymək. Müstəhəbdir ki, insan novruz bayramında təmiz və təzə paltar geyinsin.

3. Yaxşı və xoş ətirlərdən istifadə etmək. Novruz bayramında yaxşı olar ki, insan xoş ətirlərdən istifadə etsin.

4. Oruc tutmaq. Novruz bayramında oruc tutmaq müstəhəbdir. Hər kim novruz bayramında oruc tutsa Allah-təala həmin şəxsə savab verər.

Bu əməlləri bizə İmam Sadiq(ə) öyrədərək belə buyurur:

قَالَ الصَّادِقُ(ع): اِذَا كَانَ النِّيرُوز فَاغْتَسِل وَالْبَسْ اَنْظَفَ سِيَابِكَ وَتَطَيَّر بِأَحْيَبِ طِيْبِك وَ تَكُون ذَالِكَ الْيَوم صَائِماً

Novruz gəldiyi zaman qüsl edin, gözəl və təmiz paltarlar geyinin, gözəl ətirlərdən istifadə edin və o günü oruc tutun.

5. Novruz bayramında gözəl və müstəhəb əməllərdən biri on ikinci imam Həzrət Məhdi(ə.c) ilə əlaqə saxlamaqdır. Çünki əvvəldə İmam Sadiqdən(ə) hədisdə oxuduq ki, çox güman var ki, o Həzrət novruz günü zühur etsin. İmam Zamanla(ə.c) belə əlaqə saxlamaq olar ki, heç olmasa insan iki rəkət namaz qılıb o Həzrətə hədiyyə etsin. Namazı qutardıqdan sonra öz istək və hacətlərini Allahdan diləsin.

6. Novruz bayramınının dörd rəkətli xüsusi namazı vardır. Novruz günü bu namazı qılmaq müstəhəbdir. Onun qaydası belədir. Sübh namazı kimi iki rəkət iki rəkət qılınır.

Birinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə Qədr (inna ənzəlna) surəsi, ikinci rəkətdə həmd surəsindən sonra on dəfə Kafirun surəsi oxunmalıdır.

İkinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə İxlas (qul huvəllah) surəsi, ikinci rəkətdə isə Həmd surəsindən sonra on dəfə Nas (qul əuzu birəbbin-nas) surəsi oxunmalıdır. Qalan hissələri isə eyni ilə sübh namazı kimi qılınır.

Yuxarıda qeyd olunan bu əməllər İslamın novruz üçün təyin etdiyi əməllərdir. Novruzu diri saxlamaq istəyən, və novruza hörmət etmək istəyən şəxslər bilməlidirlər ki, novruz bayramının belə müstəhəb əməlləri də vardır. Bunlardan əlavə müsbət hərəkətlərdən biri də budur ki, novruz bayramında küsənlər barışar, övladlar gəlib ata-analarından halallıq istəyər, rəhmətə gedənləri yad edər, qohum əqrəba, bir-birinin evinə və ziyarətinə gedərlər. Bunlar çox gözəl əməl və hərəkətlərdir ki, bu barədə istənilən qədər hədis və rəvayətlərimiz vardır.

Hədislərdə vardır ki, əgər bir mömin başqa bir möminin ziyarətinə gedərsə və məqsədi yalnız və yalnız onu ziyarət etmək olarsa, Allah-təala ona belə xitab edər: Ey zəvvar! Sən paksan, Cənnət də sənə pak və halal olsun.

Novruz bayramında camaatın adət-ənənələri

Qeyd olunan müstəhəb əməllərdən əlavə novruz bayramında camaat arasında bir sıra adət-ənənələr də vardır. Onların bəzilərini nəzərnizə çatdırıram.

Novruz bayramında camaatın bir-biri ilə münasibətlərindən əlavə özləri üçün də bəzi ənənələri vardır. Camaat novruz bayramı münasibətilə müxtəlif yeməklər hazırlayar, şəkərbura, paxlava, qoğal, bişirər, səməni cücərdər, yumurta boyayar, şam yandırar, süfrəni yeddi sindən ibarət su, sirkə, sumağ, soğan, salat, səməni, səbzi və bu kimi nemətlərlə bəziyərlər. Həmçinin süfrəyə Quran güzgü qoyarlar. Çərəz etmək üçün süfrəyə iydə, püstə, badam, ləpə gətirərlər. Bundan əlavə balığı bişmiş halda və ya qabın içində diri halda süfrəyə qoyurlar. Evlərə papaq atar, qapı arxasından kiminsə söhbətinə qulaq asar və bütün bu kimi əməlləri özlərinə adət-ənənə kimi hesab edərlər.

Lakin bunlardan əlavə camaatın içində bir sıra hərəkətlər də vardır ki, İslam dinin onları qəbul etmir. İstər novruzda olsun, istərsə də başqa günlərdə şəriət bu əməlləri haram və qadağan edir. Məsələn düzdür novruzda şadlıq edərlər, həddən artıq şadyanalıq etmək, haram musiqilər, haram oxumaqlar, haram oynamaqlar, haram yeməklər, haram içməklər novruzda vardır. İslam dini bu əməlləri qəti qadağan edir və novruzun bu kimi adət ənənələrini bəyənmir.

Əvvəldən bura qədər etdiyimiz söhbətlərin hamısı novruz barədə olan mətləb idi. İndi isə məhərrəmlik barədə olan bir mətləbi əziz möminlərin nəzərinə çatdırdıqdan sonra nəticədə novruzla məhərrəmlik üst-üstə düşdükdə insan nə etməli oluğu məlum olacaq.

MƏHƏRRƏMLİYİN MƏNASI

Məhərrəmin bizə mənası budur ki, İmam Hüseyn əleyhis-salam İslamın indiyə kimi diri qalmasının rəmzi və nişanəsidir. Əgər İsa(ə) peyğəmbərin də Hüseyni olsaydı onun da dini indiyə kimi qalardı. Əgər Musənın(ə), İbrahimin(ə) və başqa peyğəmbərlərin də Hüseyni olsaydı onların da dinləri diri qalardı.

الإسلام نبوى الحدوث و حسينى البقى

Hədislərdə oxuyuruq ki, İslam Həzrət Peyğəmbərin(s) vasitəsi ilə yarandı və Hüseynin(ə) vasitəsilə diri qaldı.

Belə hədislər bizim kitablarımızda çoxdur. Hətta İslamın başqa firqələrinin kitablarında da İslamı şəxsən İmam Hüseynin(ə) diri saxlaması haqqda yazanlar və təsdiq edənlər vardır. Şeyx Nəsrullah Əla əhli-sünnənin tanınmış ruhani alimlərindən biridir. O, İslamın barəsində dəyərli bir mətləb yazmışdır.

Şeyx Nəsrullah yazır ki, İslamın talehini iki hicrət tərsim ( ) etdi və dəyişdi. O hicrətin birincisi Peyğəmbərin(s) Məkkədən Mədinəyə etdiyi hicrətdir. Bu hicrətdən məqsəd İslamın bünövrəsini inşa etmək olmuşdur. Həzrət Peyğəmbər(s) bu hicrəti İslamın talehini dəyişdi və müşriklərin İslam əleyhinə qurduqları pılanı tamamilə pozdu. Bu hicrət İsalama yeni bir can bəxş etdi ki, Həzrət Peyğəmbər(s) Mədinə şəhərinə gəlib İslamın əsaslarını qurdu və din oradan inkişaf etdi.

Şeyx Nəsrullah yazır ki, ikinci hicrət isə İmam Hüseynin Mədinədən Məkkəyə etdiyi hicrətdir. Bu hicrətdən məqsəd də Peyğəmbərin(s) inşa və təsis etdiyi dini qoruyub saxlamaq idi.

Tarixlərdə yaxırlar ki, Kərbəla hadisəsindən sonra İmam Səccad(ə) 84 nəfər qadınla Kərbəladan Mədinəyə qayıtdı. Kişi tayfasından yalnız o Həzrət sağ qalmışdı. Çünki, düşmənlər hətta altı aylıq körpəni belə qətlə yetirmişdilər. Şəhərə daxil olanda bir nəfər o Həzrətə yaxınlaşıb dedi: Ağa, gördünüzmü Kərbəlaya getdiz, başınıza nə iş gəldi?

İmam buyurdu: Bəli, mən gördüm! Amma sənin xəbərin yoxdu ki, əgər getməsəydik nə olacaqdı. Mənim getməyimdən xəbərim var, amma sənin xəbərin yoxdu ki, əgər biz getməsəydik, İslamdan əsər əlamət qalmayacaqdı.

Əgər İmam Hüseynin(ə) bu hicrəti olmasaydı, bu günə qədər bir nəfər də olsun İslamın adını dilinə gətirə bilməyəcəkdi. İslamın əleyhinə qurulmuş o planı İmam Hüseyn(ə) öz qanı ilə pozub dağıtdı.

Tarixçilərdən biri yazır ki, əgər Müaviyənin hiyləgərliyi və şeytani siyasəti olmasaydı, indi yer üzündə bir nəfər də olsun qeyri-müsəlman tapılmazdı. Odur ki, əgər İmam Hüseyn(ə) Müaviyənin və Yezidin hərəsinin öz zamanına uyğun qarşısında dayanmasayda, İslam tamamilə məhv olub aradan gedəcəkdi. İslamın indiyə kimi diri qalmasının səbəbkarı şəxsən İmam Hüseyndir(ə). İmam Hüseynin sözü İslamın sözü, qanı İslamın qanı, onun hərəkəti İslamın hərəkətidir.

قال رسول الله (ص): حسين منى و انا من حسين

Həzrət Peyğəmbər(s) onun barəsində belə buyurmuşdu: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”

Həzrət Peyğəmbərin(s) bu hədisini İslamın bütün firqələrinin hamısı öz kitablarında yazmışlar. Hər kim Hüseyni(ə) sevirsə Peyğəmbəri də sevir. Hüseyni(ə) sevməyən şəxs əgər desə ki, mən Peyğəmbəri sevirəm yalan demiş olur. Çünki, Peyğəmbərə(s) məhəbbət bəsləyən şəxs o həzrətin bu sözünə də mütləq əməl etməlidir. Əgər Peyğəmbərin(s) bu sözünü qəbul etmirsə, deməli heç o Həzrətin özünü də qəbul etmir.

قالَ رَسُولُ اللهِ(ص): إِنَّ لِقَتْلِ الْحُسَيْن حَرارَتً فِى الْقُلُوبِ الْمُؤْمِنِين لا تَبْرَدُ أَبَدًا

Həzrət Peyğəmbər(s) başqa bir hədisdə İmam Hüseynin(ə) barəsində belə buyurur: “Həqiqətən, möminlərin qəlbindən Hüseynin(ə) öldürülməsi ilə elə bir atəş şölələnmişdir ki, heç vaxt bu atəş onların qəlbindən soyumayacaq.

قالَ الرّضا(ع): كان ابى اذا دخل شهر محرم لا يرى ضاحكا و كان الكعابة

İmam Rza(ə) buyurur: “Məhərrəm ayı daxil olarkən atam Musa ibn Cəfəri gölən görməzdim. Aşura gününə qədər göz yaşı töküb ağlayardı. Elə ki aşura günü olardı o gün atamın müsibət, qəm-qüssə və ağlamaq günü idi.

Hədislərdə vardır ki, məhərrəm ayı daxil olarkən qırx gün mələklər ağlayarlar.

Buna görə də hamı bilməlidir ki, İmam Hüseyn(ə) bizə çox mühümdür. İmam Hüseyn(ə) bizə İslamla bərabərdir. Əlbəttə ki, biz heç vaxt İslamı min novruza satmarıq! Əlbəttə ki, biz İslamın bir tükünü belə min novruz və novruz sevənlərə satmarıq! Şübhəsiz ki, biz novruzun qırmızısını İmam Hüseynin qarasından üstün tutmarıq!

Novruz bizim milli bayramımız və adət-ənənəmizdir. Novruzda namaz da qılarıq, oruc da tutarıq, qüsl də edərik, süfrə də açaraq. Novruzda yumurta boyamaq, papaq atmaq, süfrə bəzəmək və bu kimi xüsusi ənənələri də qeyd edərik. Bunların İslama heç bir ziyanı yoxdur. Bu əməllər camaat arasında olan adət-ənənələrdir. Amma əgər novruzla məhərrəmlik üst-üstə düşərsə, o zaman biz heç vaxt novruzun mərasimini gətirib İmam Hüseynin(ə) mərasimindən üstün tütmarıq. Həmişə o Həzrətin əzasını novruzun şadlıqından müqəddəm və öndə tutarıq və onun məclislərini qeyd edərik.

Sovet hakimiyyəti dövründə Azərbaycanda İmam Hüseynin məclisləri qadağan olmuş olsa da belə gizlicə qeyd edərdilər. Başqa azad ölkələrdə də o Həzrətin məhərrəmlik mərasimini qurub əzadarlıq etmişlər. Həmişə də məhərrəmliklə novruz üst-üstə düşdükdə hansı işləri görməyi çox gözəl bilirdilər. Bilirdilər ki, belə bir təsadüf olsa hansının məclisini üstün tutmaq lazımdır. Novruzla məhərrəmlik birinci dəfə deyil ki, üst-üstə düşür. Təxminən hər otuz iki ildən bir belə bir təsadüf olur. Buna görə də əgər indi məclislər qurub əzadarlıqlar olursa, novruz öz yerində amma İmam Hüseynin(ə) əzasını əlbəttə ki, novruz və novruzlardan üstün tutarıq!

Hüseyn məcalisüvə qəlbidə yara gedərəm,

Mühəqqər aşiqüvəm məhfili yara gedərəm.

Xuda nəkərdə məni qovson asitanünnən,

Üzüm-gözüm qapuva örgəşib hara gedərəm?

Hüseynin aşiqiyəm, eşq meracımdı mənim

Şüaye tələte şəme hidayətimdi mənim

Hüseynə ağlamasam nenirəm bu gözləri mən

Bu şur göz yaşı şirindi şərbətimdi mənim

Biz qədəm kuye məhəbbətdən kənarə qoymaruq

Feli təbliğate suə ta nəfəs var uymaruq

Şahe məzlumin məhərrəmdə qərasin soymaruq

Doysa məcnun leylisinnən biz Hüseynnən doymaruq

Hüseyn ki mən tanıram ruhe ruhe rihandi

Hüseyn ki mən tanıram cane canda pünhandi

Hüseyn ki mən tanıram versə bir tükün hər kim,

İki cahana əgər, bişüur o nadandi.

Hüseyn ki mən tanıram nokər olsa kim o şəhə

Şühudo qeybo zəminoo zəmanə sultandi

Hüseyndür nüsxeye dovvom vücude vahiddən



Geri   İrəli
Go to TOP