A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Cavab

Bu sualın cavabı belədir ki, hicrətin 61-ci ili məhərrəm ayının onuncu günündə elə bir hadisə olmuşdur ki, biz onun yaddaşlardan silinməsini istəmirik. Bu hadiənin həmişə diri qalması üçün bu mərasimlər təşkil olunur. Əslində İmam Hüseynin(ə) bu hərəkatına hadisə demək düzgün deyil. Gələn bəhslərdə bu məsələyə işarə olunduqda məlum olacaq ki Kərbəla məsələsi hadisə deyil. Odur ki, Kərbəlada elə bir hərəkat və iş olmuşdur ki, biz heç vaxt onun yaddan çıxmasını istəmirik. Buna görə də İmam Hüseynin(ə) o hadisəsinin yaddan çıxmaması və diri qalması üçün o Həzrətin adına hər il məhərrəm ayında mərasimlər təşkil olunur və qiyamətə qədər də təşkil olacaq.

Qarşıya belə bir sual sıxır ki, bu hadisənin həmişə diri qalması və o Həzrətə hər il mərasimlər təşkil olunması kimin fikiridir? Yaxud bu mrəasim kimlərinsə könlünün istəyi ilə keçirilir?

Cavab belədir ki, o hadisənin hər il yad edib xatırlamağı şəxsən hadisə sahibinin özü və imamlar bizim üçün təyin etmişlər. Hər il İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri təşkil etməyi onlar bizim üçün müəyyənləşdirmişlər. Bu elə bir hadisədir ki, onun üçün mərasim keçirilib keçirilməmisinin ixtiyarı Peyğəmbər(s) və imamlardan başqa heç kəsə verilməyib. Buna görə də hər yerindən duran şəxsin bu barədə öz fikrini irəli sürməyə ixtiyarı yoxdur. İmam Hüseynin(ə) Kərbəladakı qiyamı elə bir işdir ki, onun yaddaşlardan silinməməsiə görə hər il mərasimlər qurub o Həzrəti yad etməyi bizim üçün İslam, Peyğəmbər və imamlar təyin etmişlər. Bu mərasimi təşkil etməyin ixtiyarı heç bir insana, heç bir ölkəyə və heç bir bayrağa adiyyatı yoxdur. Bu hadisənini özünün qara rəngli məxsus bayrağı və özünün məxsus fikri vardır ki, Peyğəmbər və imamlar buyurmuşlar. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Nümunə olaraq onlardan bir neçəsini nəzərnizə çatdırıram.

1. Füzeyl ravilərdən biri idi. O deyir: Bir gün mən İmam Sadiqin(ə) hüzurunda idim. O Həzrət mənə buyurdu: Ey Füzeyl, heç olurmu ki, bir yerdə əyləşib bizim söhbətlərimizdən danışasınız? Dedim: Bəli ağa. İmam buyurdu: Mən elə məclis və yığıncaqları sox sevirəm. Siz çalışın elə məclisləri diri saxlayasınız. Heç vxt qoymayın ki, o məclislər yaddan çıxsın. Allah rəhmət eləsin o insanlara ki, bizim adımızı və sözlərimizi diri saxlayırlır.

قال الرضا(ع): من جلس مجلسا يحيى فيه امرنا لم يموت

قلبه يوم تموت القلوب

2. İmam Rza(ə) buyurur: Hər kim bizim adımızın və sözlərimizin diri qalması üçün təşkil olunan məclisdə əyləşib iştirak etsə, qəlblərin öldüyü bir gündə (Qiyamət günü) həmin şəxsin qəlbi ölməz.

Odur ki, İmam Hüseynin(ə) adı ilə bağlı hər il qurulan məclis və əzadarlıqlardan məqsəd o hadisənin yaddan çıxmamasıdır. Əvvəldə qeyd etdim ki, İmam Hüseynin(ə) Kərbəlada etdiyi qiyam və hərəkatı hadisə deyil. O Həzrətin bu hadisəsinin nə üçün yaddan çıxmamasını açıqlayanda, oradan məlum olar ki, bu hərəkat hadisə deyil.

2-ci sual

İkinci sual budur ki, İmam Hüseyn(ə) şəhid olması ilə öz məqsədinə çatdı. Hər il onun üçün mərasimlər qurulur. Lakin nə üçün biz bu məclis və mərasimləri qara geyib ağlamaqla qeyd etməliyik? İmam Hüseyn(ə) öz məqsədinə çatdığına görə olmazmı ki, biz onun bu mərasimlərini qırmızı və alabəzək paltarlar geyək, şanlıqla keçirək və bir-birimizi təbrik edək?

Cavab

Bu sualın cavabı belədir ki, o mərasimin qurulmasının və məclislərin necə keçirilməsinin ixtiyarı nə bizə verilib nə də hər yerindən duran insana verilib ki, ürəkləri istədiyi kimi bu məclis və mərasimləri qeyd etsinlər. O hadisəni yaradan, hədəfinə çatan, Allah yolunda öz canını qurban verən, öz qanı içində Allaha səcdə edən, oxlanan altı aylıq balasını əllərinin içində tutub Allahla münacat edən həmin şəxsin özü buyurmuşdur ki, mənim adımı tutarkən ağlamaqla tutun. Buna görə də bu mərasimin necə keçirilməsinin ixtiyarı heç kəsə verilməyib. Bu hadisənin və məclislərin öz sahibləri vardır ki, onlar necə əmr ediblərsə eləcə də keçirilməlidir.

Bu məsələyə sübut İmam Hüseynin Kərbəlasından neçə illər öncə Həzrət Peyğəmbərin(s) buyurduğu sözləri və hədisidir.

Bir gün Həzrət Peyğəmbər(s) Mədinə məscidində mənbərdə əyləşib camaata moizə edən zaman gördülər ki, Həzrət Fatimənin məscidə olan evinin qapısı açıldı və İmam Hüseyn(ə) məscidə daxil oldu. O vaxtlar İmam Hüseynin(ə) yaşı çox az idi. O, Peyğəmbəri mənbərdə görüb “baba ya Rəsuləllah!” deyə çağırdı və babasına sarı yüyürdü. Qaçarkən ayağı məscidin həsirinə ilişib yerə yıxıldı. Hüseynin dodaqları yerə dəyib parçalandı. Həzrət Peyğəmbər(s) söhbəti saxladı, mənbərdən yerə düşdü, İmam Hüseyni(ə) qucaqına alıb özü ilə mənbərə çıxartdı. Sonra onun dodaqlarından öpüb ağladı. Həzrət Peybəmbər dəfələrlə İmam Hüseynin(ə) dodaqlarından öpərkən ağlayardı. Soruşdular: Ya Rəsuləllah, niyə ağlayırsan? Həzrət buyurdu: Ona görə ağlayıram ki, bu gün Hüseynin dodaqları yerə dəyib parçalandı, amma bir zaman xeyzəran1 onun dodaqlarını parçalayacaq.

Bir gün Həzrət Peyğəmbər(s) qızı Fatiməyə(s.ə) buyurdu:

يا فاطمة كل عين باكية يوم القيامة الا عين بكت على مصاب الحسين. فإنها ضاحكة مستبشيرة بنعبيم الجنة

Qızım Fatimə, Qiyamət günü bütün gözlər ağlayacaq. Hüseynin müsibətinə ağlayan gözlərdən başqa. Qiyamətin günündə bu gözlər cənnətin nemətlərini görəcək və onlarla şadlanıb güləcək.

Bu sözlər İslamı gətirən Həzrət Peyğəmbərin(s) buyurduğu sözlərdir. Bunları inkar edənlər İslamı da inkar etmiş olurlar. Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm.” Həzrət Peyğəmbərin bu hədisini İslamın bütün firqələri öz kitablarında yazmışlar. Heç kəs deyə bilməz ki, Peyğəmbər(s) bu sözü deməyib.

Buna görə də Həzrət Peyğəmbərin bu sözlərindən açıq aydın məlum olur ki, İmam Hüseynin(ə) müsibəti ağlamaqla yad edilməlidir.

قال الحسين(ع): انا قتيل الأبر لا يذكرنى مؤمن الا بكى

İmam Hüseynin(ə) özü bu barədə belə buyurur: “Mən gözlərdən axan yaşlar üçün öldürülmüşəm. Hər mömin məni ağlamaqla yad etməlidir.”

Bu hədisdə İmam Hüseyn(ə) şəxsən özü buyurur ki, məni xatırladıqda ağlamaqla yad edin. Buna görə də heç kəsin ixtiyarı yoxdur ki, o Həzrətin məclislərinin və necə keçirilməsi barədə öz fikrini irəli sürsün. Əgər bir şəxsin atası və ya yaxın qohumlarından biri dünyasını dəyişirsə, onun məclisini ürəyi istədiyi kimi keçirə bilər. İstər kimisə təbrik edər, istər əlvan paltarlar geyinər, istərsə də şanlıq edər. Bu onun öz işidir. Lakin İmam Hüseynin(ə) məclisinin necə keçirilməsinin ixtiyarı heç kəsə verilmiyib. Onun ixtiyarı İslamın, Peyğəmbərin və imamların əlindədir ki, onlar necə əmr ediblərsə bu məclislər o cür də keçirilməlidir.

Peyğəmbər və İmamların buyurduqlarına əsasən hər il İmam Hüseynin(ə) məclisləri qurulmalı, əzadarlıqlar olmalıdır. Bu məclislərdə camaat yığışıb O Həzrətin qiyamının mahiyyəti barədə bir-birinə sual verib maraqlansınlar. İmam Hüseynin(ə) Kərbəlaya nə üçün getməsindən, Kərbəlanın necə bir yer olmasından, onun nə üçün məhz Kərbəlaya getməsindən soruşub maraqlansınlar. Ondan sonra onun müsibətinə şerlər, mərsiyələr, novhələr deyib ağlasınlar. Çünki İmam Hüseynin(ə) məclisləri bu tərzdə keçirilməli və diri saxlanılmalıdır.

قَالَ الصَّادِقُ(ع): مَا مِنْ اَحَدٍ قَالَ فِى الْحُسَيْنِ شِعْراً فَبَكى وَ اَبْكَى اِلاّ اَوْجَبَ اللهُ لَهُ الْجَنَّة وَ غَفَرَ لَهُ

İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseyn(ə) üçün bir beyt şer deyib ağlasa və kimisə ağlatsa Allah-təala həmin şəxsə Cənnəti vacib edər.

Burada bir incəliyi əziz möminlərin nəzərinə çatdırıram ki, bəzi insanlar elə başa düşməsinlər ki, namaz qılmasalar da belə təkcə İmam Hüseynə(ə) ağlamaqla cənnətə gedəcəklər.bu səhv bir fikirdir. Çünki namazsız insana cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar.

İmam Rza(ə) Dilbər adlı bir şairə buyurdu:

يا دلبر احب انتن شدنى شعر فإن هذه الأيام ايام حذن كانت علينا الأهل البيت

Ey Dilbər, çox istəyirəm ki, İmam Hüseynin(ə) barəsində yazdığın şerlərdən mənə oxuyasan. Çünki bu günlər biz əhli-beytin qəm günləridir.

Sonra Həzrət buyurdu:

من كان يوم العاشورا يوم مصيبته و جذنه و بكائه جعل الله عز و جل يوم القيامة يوم فرحه و سروره

Hər kim Aşura gününü özünə müsibət, qəm və ağlamaq günü qərar verərsə, Allah-təala qiyamət gününü həmin şəxsə sevinc və fərəh günü qərar verər.

Odur ki, Hər il İmam Hüseyn(ə) üçün məclislər qurulmalı, əzadarlıqlar edilməli və o Həzrət ağlamaqla yad edilməlidir.

3-cü sual

Üçüncü sual budur ki, İmam Hüseyn(ə) üçün ağlamağın mənası nədir? Yəni biz o Həzrət üçün hansı mənaya ağlayırıq?

Bu suala cavab verməzdən öncə yaxşı olar ki, ağlamaqın məna və növləri ilə tanış olaq. Ondan sonra nəticədə qeyd edərik ki, bizim İmam Hüseynə(ə) ağlamağımız hansı mənaya uyğun gəlir?

AĞLAMAĞIN MƏNALARI

Məlumdur ki, hər bir işarənin mənası olduğu kimi ağlamağın da müxtəlif mənaları vardır. Yaxşı olar ki, bunu bir misalla izah edək. Məsələn 3, 6 aylıq və ya bir illik anadan olmuş uşağa diqqət yetirək. O, öz dərdini başa salmaq üçün danışmağa dili yoxdur. Buna görə də o, hər sözünü və istəyinin ağlamaqla bildirir. Ac olanda ağlayır, susuz olanda ağlayır. Altını natəmiz olduğunu da ağlamaqla başa salır. Qarnı, qulağı ağrayanda da ağlaamaqla öz dərdini bildirir. Çünki onun bütün bu dərdlərini bildirməyi üçün danışmağa dili olmadığından hər bir sözü ağlamaqdan ibarət olur. Lakin hər dəfə ağlayarkən başqa başqa məqsədlər üçün ağlayır. Bəzən ağlamağının səbəbi aclıqdan olur. Süd içib yemək yeyəndən sonra sakitləşir. Bəzən altının natəmiz olduğu üçün ağlayır. Aparıb onu yuyub altını təmizlədikdən sonra sakit olur. Bəən də başqa bir şey üçün ağlayır. Süd verirlər sakit olmur. Altını təmizləyirlər yenə də sakitləşmir. Bundan başa düşürlər ki, uşağın ya qulağı ya qarnı, ya da ki hansısa bir yeri ağrayır. Dəva-dərman edib onu sakitləşdirirlər.

Adi körpə bir uşağın ağlamağının müxtəlif mənaları olduğu kimi eləcə də böyük insanların da ağlamaqlarının müxtəlif mənaları vardır. İnsan dil açandan sonra çox sözünü dili ilə deyir. Lakin belə deyil ki, dil açandan sonra bütün işarələri kənara qoysun. Bəzən görünür ki, insan bir sıra sözlərini işarə ilə deməli olur. Böyük adamlarda da ağlmağın beş-altı mənası vardır. İndi biz o mənaları bir-bir izah edək və sonra nəticədə bizim İmam Hüseyn(ə) üçün ağlamaqımızın hansı mənaya uyğun olduğunu biləcəyik.

1. Ağlamağın bir mənası insanın öz bədbəxliyinə və pis günlərə qaldığına görə ağlamasıdır. Məsələn, gəlib görür ki, öğru evinə girib nəyi varsa hamısını yığıb aparıb. İllərlə zəhmət çəkə-çəkə yığdığı pullarının hamısını oğurlayıb. Bunu görüb ağlamağa başlayır. Hamı da bilir ki, həmin şəxs nə üçün ağlayır. Onun ağlamağının məqsədi hamıya aydındır.

2. Ağlamağın ikinci mənası insanın öz bədbəxtliyinə yox, başqalarının bədbəxtliyinə ağlamasıdır. Məsələn görürsən ki, qışın soyuq çağlarında yetim bir uşaq nazik paltarla ayaqyalın harasa gedir. Bir nəfər də ona baxıb ağlayır. Ondan “sənə nə olub? Niyə ağlayırsan?” soruşduqda belə cavab verir. Mənə heç bir şey olmayıb. Bu uşaqın belə bir vəziyyətdə olması məni ağladır. Onun halına ürəyim yanır. Onu belə görəndə dözə bilmədim. Ona görədə ağlayıram.

Bu da bir növ ağlamaqdır ki onun bu növünə atifədən ağlamaq deyilir.

3. Ağlamağın üçüncü mənası şövq, sevincdən ibarətdir. Məsələn ana öz uşağını neçə illərdir ki, görmür. Neçə illər öz balasının həsrəti ilə yaşayır. Birdən gözlənilmədən qapı döyülür. Qapını açanda öz balasını qapının ağzında görür. Tez qollarını açab öz övladının boynuna sarıyıb ağlayır. O qədər ağlayır ki, axırda övladını da ağlamaq tutur. Bu da ağlamağın bir növüdür. Bəzən insan kədərdən, bəzən də sevinc və fərəhdən ağlayır.

4. Ağlamağın dördüncü mənası Allah xofundan olan ağlamaqdır. Bu növ ağlamaq yuxarıda qeyd etdiyimiz ağlamaqlardan tamamilə fərqlidir. İnsanlardan eləsi vardır ki, namaz qılarkən gözlərindən yaş tökülür. Rüku edərkən hər “sübhanəllah” kəlməsini dedikdə gözündən bir damla yaş axır. Hədislərdə vardır ki, Həzrət Fatimeyi Zəhra(s.ə) gecə yarı Allaha ibadət edib namaz qılarkən rükuda yüz dəfə “Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih” deyərdi. O, bu zikri hər dəfə dedikdə gözlərindən bir damla yaş tökülürdü. Çünki o xanım bilirdi ki, kimin qarşısında dayanıb. Onun Allaha yüksək mərifəti var idi. Həzrət Əlinin(ə) həyatına nəzər saldıqda, o Həzrətin Allaha dərin mərifətlə ibadət etdiyini görürük. Həzrət Əli(ə) gecələr xurmalıqda Allaha ibadət edib Onun qorxusundan o qədər ağlayırdı ki, axırda qəşş edib özündən gedərdi. Bir gün gəlib Həzrət Zəhraya(s.ə) dedilər: Ya Fatimə(s.ə) Əli(ə) xurmalıqda dünyasını dəyişib. Xanım onlara buyurdu: Əli dünyasını dəyişməyib. O, Allahala münacat edərkən, o qədər ağlayıb ki, ürəyi gedib. Gedin onu ayıldıb evə gətirin.

Həzrət Əlinin(ə) barəsində yazırlar ki, o Həzrət komeyl duasını oxuyarkən o qədər ağlayadı ki, yaş gözlərindən axıb saqqalının hər bir tükündən sinəsinə tökülərdi. Çünki o bilirdi ki, kimin hüzurunda dayanıb və kiminlə münacat edir.

Bu da ağlamağın bir növüdür ki, insan Allahın qorxusundan Ona ibadət edib ağlayır. Allahın xofundan ağlamaq hər insanda olmur. Allahın qarşısında dayanıb göz yaşı tökən insanlar səviyyəsi yuxarı olan insanlardır ki, özlərini həmişə Allaha ibadət etməyə hazır ediblər.

Həzrət Əli(ə) Allaha ibadət edib ağlayar və Onunla belə münacat edərdi. İlahi, mən sənə Cəhənnəmin qorxusundan və Cənnətin nemətlərinə görə ibadət etmirəm. Ona görə ibadət edirəm ki, Səni ibadətə qabiliyyətli görürəm.

Bəzən insan Quran oxuyarkən gözlərindən yaş axır. Belə insanların da səviyyələri çox yuxarı olduğunda ağlayır və bilir ki, kimin kəlamını oxuyur və kiminlə söhbət edir.

İmam Səccad(ə) Quran oxuyarkən gözlərindən yaş axardı. Həqiqətən Allahın mömin bəndələri Quran oxuyarkən gözlərindən yaş tökülər və Allah qorxusundan ağlayarlar. Allah-təala Quranda bu məsələyə işarə etmişdir. Məryəm surəsinin 58-ci ayəsində belə buyurur:

إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

“Onlar Allahın ayələri özlərinə oxuduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.”

Həzrət Peyğəmbər(s) İmam Əliyə(ə) vəsyyət edərkən belə buyurdu: “Ya Əli sənə bir neçə vəsiyyət edirəm. ...Onlardan biri də budur ki, Həmişə Allah qarşısında dayanıb ağlayasan. Çünki, gözündən axan hər bir damla yaşa görə Allah təala Cənnətdə bir saray inşa edər.

Həzrət Peyğəmbər(s) belə buyurur:

طوبى لصورة نظرالله عليها تبكى على ذنب

“Xoş o kəsin halına ki, xəlvətlikdə öz günahlarını yadına salıb Allah qarşısında ağlasın.”

5. Ağlamağın beşinci mənası təbliğdir. İnsan bu növ ağlamaqla nəyisə camaata çatdırır və başa salır. Tarixdə buna çoxlu nümunələrə rast gəlmək olar. Həzrət Fatimeyi Zəhra(s.ə) Peyğəmbərin vəfatından sonra Mədinə şəhərinin girəcəyində özünə bir otaq tiktirmişdi. Çox təəssüflər olsun ki, indi o əsərləri yavaş-yavaş aradan aparırlar. Xanım hər gün gedib orada ağlayardı. Onun məhz orada ağlamaqdan məqsədi bu idi ki, şəhərə gələn karvan və şəhərdən ötənlər gəlib ondan Peyğəmbərin vəfatından on gün keçməmiş niyə ağladığını soruşsunlar. Hər kim gəlib o xanımdan nə üçün ağladığını soruşduqda o Həzrət onları başa salırdı ki, Peyğəmbərin vəfatından on gün keçməmiş görün onun əhli-beyti ilə necə rəftar olundu.

Həzrət Fatimeyi Zəhranın orada ağlamaqdan məqsədi təbliğ idi.

İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu qırx il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə çıxış və söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları hər an o Həzrəti addım addım izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam Səccad gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ondan nə üçün ağladığını soruşduqda Həzrət belə buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.

O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.

Bu da ağlamağın bir mənasıdır ki, insan öz sözünü ağlamaqla çatdırıb təbliğ edir.

6. Ağlamağın altıncı mənası isə tamamilə fərqlidir. Bu növ ağlamaqla insan bildirmək istəyir ki, mən filankəsi dəstəkləyirəm və həmişə onunlayam. Ağlamağın bu mənasının daha aydın olması üçün bir misalı nəzərnizə çatdırıram. Məsələn, bir ailədə kişi hirslənib öz həyat yoldaşının üstünə qışqırıb əsəbləşir. Qadın ağlamağa başlayır. Evdə kiçik yaşlı qız və ya oğlan uşağı olmasından asılı olmayaraq bu hadisəni gördükdə ağlaya ağlaya gəlib anasının ətəyindən yapışır. Bir halda ki, o uşağa heç kəs bir kəlmədə olsun bir söz deməyib. Bəs nə oldu ki, o ağlayıb anasının ətəyindən tutdu? Düzdür ki, həmin uşağa heç kəs bir söz deməyib. Amma o uşaq bu əməl və hərəkəti ilə bildirir ki, mən anamın tərəfdarıyam və atamın bu hərəkəti ilə razı deyiləm. Uşaq bu hərəkəti ilə bildirir ki, mənimlə anamın hədəfimiz eynidir.

Buna əsasən də bizim İmam Hüseyn(ə) üçün ağlamağımız bu mənaya görədir.

İmam Hüseynin əzası yaddan çıxmamalıdır. Çox böyük adamlar bunu yaddan çıxarmaq istədilər. Amma buna nail ola bilmədilər. Hətta bu axırlarda Lenindən bu tərəfə belə çox diktatorlar və bu kimi adamlar istədilər ki, İmam Hüseynin(ə) Kərbəlasını yaddaşlardan silsinlər. Lakin heç biri bu işi bacarmadı. İmam Hüseynin(ə) əzası qiyamətə qədər davam edəcək. O Həzrət üçün ağlayanların da məqsədləri budur ki, biz Hüseyndənik və Yezidlə müxalifik. Hər zaman Hüseyni(ə) dəstəkləycək və hər zaman da Yezidlə müxalifətçilik edəcəyik. Çünki İmam Hüseynin(ə) özü bu sözü buyurmuşdur: “Mənim kimi insanlar Yezid kimilərə beyət etməz.”

Buna görə də əsas söhbətimiz budur ki, əgər biz İmam Hüseyn(ə) üçün ağlayırıqsa elə bu mənaya görə ağlayırıq. İnsan bu mənadan başqa o Həzrət üçün nə qədər ağlasa da belə heç kəs ondan nigaran qalmaz. Amma əgər yalnız bu mənaya ağlasa çox adam onunla maraqlanar ki, görəsən bu niyə belə edir? İmam Hüseynin(ə) əzasının mənası budur və bu mənaya görə ağlamaq, qara geymək, mərsiyə və növhə demək, sinə vurmaq və bu kimi əzadarlıqların hamısı insanların öz mərifət və məhəbbətindən irəli gəlir. Yəni hər insan bacardığı qədər öz məhəbbətini bildirərək əzadarlıq edib o məclisi diri saxlayırlar.

Ümumiyyətlə qara geymək, mərsiyə və novhə oxumaq, şer demək, sinə vurmaq, şəbih çıxartmaq və bu kimi əzadarlıqların hamısı İmam Hüseynin(ə) əzasını diri qalması üçün bir vəsilə, amil və əsasdır. O Həzrəti sevən şəxslər bacarıqları qədər onun əzadarlıqını diri saxlamaladır.

Odur ki, İmam Hüseynin(ə) məclislərində ağlamağımızın mənası budur ki, əgər biz Hüseyni(ə) tanıyırıqsa və o Həzrətə məhəbbətimiz varsa onda heç vaxt Yezidə baş əyməyəcəyik. Buna görə də əgər bu ağlamaq diri qalarsa insanlar həmişə izzətlə yaşayar. Necə ki, İmam Hüseyn(ə) özü izzətlə yaşadı və izzətlə də şəhid oldu. O Həzrət özü belə buyurmuşdur:“ Mən ölümü səadətdən başqa heç bir şey görmürəm.”

Kərbəla hadisəsi sona çatdıqdan sonra Yezid xanım Zeynəbə dedi: Zeynəb, Kərbəlanı necə gördün? Xanım Zeynəb(s.ə) buyurdu:

وما رعيت الا جميلا

Mən orada gözəllikdən başqa heç bir şey görmədim. Hər nə gördümsə hamısı gözəl idi. Bütün işlərimizin hamısında Allahın razılığı var idi.”

Xanım Zeynəbin(s.ə) bu sözü gərək qızıl su ilə yazılıb həmişə yaddaşlarda qalsın. Çünki bu söz müsəlmanların varlığı, şərəfi, izzəti, Quranın danışa nitqidir! Bu söz heç vaxt yaddan çıxmamalıdır! Bu müsəlmanlar üçün böyük şərəf və izzətdir. Gərək bu müsəlmanların əlidə qalsın! Əgər bu izzət və şərəf həmişə müsəlmanlarda qalsa, heç vaxt ölənə qədər heç kəsin qarşısında zəlil və aciz qalmaz.

Buna görə də biz İmam Hüseynə(ə) ağlayırıq və ağlamağı da özümüzə şərəf bilirik.

Etibar eyləmə az ömrə əcəl verməz əman,

Gecə gündüz dolanır sürətilən çərxi zəman,

Başuva onda ki, qəhrən ləhədin daşı dəyər,

Dərdüvə qabridə vallahi bu göz yaşı dəyər.

Əgər insan bu mənaya başa düşüb ağlayarsa həm dünyada əziz olar, həm də hədislərdə qeyd olunan əcri Allah-təala həmin şəxsə inayət edər.

Müddəi, dünya sənün olsun nəva bəsdür bizə,

Siz geyün əlvan libasi, bu qəra bəsdür bizə,

Eyşü-işrət süzlərin on gün əza bəsdür bizə,

Zahida, sən ged beheştə Kərbəla bəsdür bizə.

ALLAHA MƏRİFƏT

Əziz və hörmətli möminlər üçün bir mətləbi qeyd etmək istəyirəm. Bu mətləbin iki müqəddiməyə ehtiyacı var. Bu mətləb dəqiq və incə olduğu üçün qeyd olunacaq hər iki müqəddimə də daha artıq diqqətlə izlənilməlidir.

İnsanın yaranışından əsas məqsəd übudiyyət və Allaha itaətdən ibarətdir. Übudiyyət insanın Allah qarşısında baş əyib ona səcdə etməsi, dir sözlə desək insanın hər bir işdə Allaha təslim olmasına deyilir. Allah-təala insanları yaratmaqdan məqsədini açıq şəkildə Qurani-kərimdə belə buyurur:

وما خلقت الجن و الإنس الا ليعبدون

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.

Allah-təala bu ayədə insanı yaratmaqdan əsas məqsədini aydın şəkildə bəyan edir. Bu məqsəddən başqa hər kəs nə başa düşürsə səhv düşünür. Çünki insanlara yaradanın Özü öz kitabında çox açıq şəkildə onları yaratmaqdan məqsədini bəyan etmişdir. Buna görə də hər kim bu məqsəddən başqa hansı tərəfə gedirsə səhv yoldadır. Bu aydın bir məsələdir. Buna görədə iki müqəddiməni əziz möminlərin nəzərinə çatdırıram. Bu müqəddimələrdən sonra Kərbəla, Aşura məsələsinə nəyə görə yaranmasını açıqlayaq.

Bir sıra düşüncəsiz insanlar İmam Hüseynin(ə) bu hərəkatı barədə belə deyirlər: “Kərbəlada iki ərəb bir-biri ilə müharibə edib. Bu məsələnin bizə nə dəxli var?”

Belə insanlar həqiqətdə nə özlərini, nə dinlərini, nə də ki, tutduğu yollarını tanımırlar. Yaxud da özləri üçün heç bir yol müəyyən etməyiblər. Əgər insan bir şeyin barəsində fikir söyləmək istəyirsə, gərək mütləq həmin şeyin barəsində heç olmasa bir neçə saat, bir neçə gün və bir neçə il öz vaxtından sərf edib öyrəndikdən sonra öz fikrini deyə bilər. Məsələn, ürəyi xəstə olan bir şəxs öz ürəyini cərrahiyyə əməliyyatı etdirmək üçün həqiqi bir cərrahın yanına getmək istəyir. Həmin şəxs istəyir ki, cərrah onun ürəyində əməliyyat aparsın, başqası yox. İnsan hər yoldan ötənə ürəyini verib deməz ki, gəl mənim ürəyimdə cərrahlıq et. Həmçinin insanın gözü, qulağı, boğazı, böyrəyi və s. üzvləri də elədir. Onlardan hər hansı biri xəstələnərsə insan onun mütəxəssisinin və həkiminin yanına gedir. Başqa bir misalla desək bina, idarə, xəstəxana tiktirmək istəyən bir şəxs mühəndis çağırıb ona istədiyi formada tiktirməyi sifariş edir. Həmin şəxs hər yoldan ötənə yox, həqiqi bir mühəndis axtarır ki, onun bu istəyini həyata keçirtsin.

Əgər belədirsə nəyə görə bizim dinimizin, imanımızın, Quranımızın barəsində hər düşüncəsiz və öz həddini bilməyən insanlar fikirlərini söyləməlidir? Əgər bir şəxs Kərbəla hadisəsi barədə “iki ərəbin müharibəsidir, bunun bizə nə dəxli var?” deyirsə, həmin şəxsə demək lazımdır ki, düzdür bu məsələnin sənə dəxli yoxdur. Amma sənin “biz” deməyə ixtiyarın yoxdur. Biz deyəndə kimi nəzərdə tutursan? Neçə saat Kərbəla haqqında haqqında maraqlanmısan? Kərbəla barədə neçə kitab oxumusan? Yaxud sənə bu sözləri demək üçün nə qədər pul veriblər? Əgər Kərbəla məsələsinin sənə dəxli yoxdursa, onda sən çəkil dayan kənarda. Bu müsəlmanların öz işidi, onlar özləri bilərlər.

Kərbəla hadisəsi iki ərəbin müharibəsi yox izzətlə zillətin üzləşdiyi bir gündür! Aşura günü şərəflə qeyri-şərəf, xoşbəxliklə bədbəxtlik qarşı qarşıya dayanmışdır! Aşura günü haqq ilə batilin Peyğəmbərlə əbu Cəhlin, əbu Süfyanınla İslamın və Əlinin(ə), Müaviyə ilə Quranın, Yezidlə Hüseynin(ə) üzbəüz dayandığı bir gündür. Yəni Aşura günü imanla küfr qarşı qarşıya dayanmışdır. Aşura belə bir gündür. Bu mətləbə görə olan iki müqəddimənin birini belə başlayaq.

İNSANIN QİYMƏTİNİN ÖLÇÜSÜ

Bu müqəddimdə bir neçə mətləb vardır ki, onları bir-bir əziz möminlərin nəzərinə çatdırıram. Birinci mətləb budur ki, insanın qiyməti nədədir? Biz haradan öyrənə bilərik ki, hansı insanın qiyməti başqa bir insanın qiymətindən çoxdur? İnsanların qiymətini ölçmək üçün bir mizan və meyar varmı?



Geri   İrəli
Go to TOP