A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İnsan və mənəviyyat
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 359
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

İnsanın fitrətində müxtəlif istəklər vardır. Bu istəklər Allahın insanın daxilində yaratdığı qeyri-iradi istəklərdir. İnsanın daxilində olan bu istəklərdən biri də budur ki, insan həmişə xalq arasında hörmətinin çox olmasını istəyir. Heç kəs istəmir ki, camaat onu alçaq bir insan kimi tanısın. İnsanın daxilində belə bir tələb, istək və şüur vardır. Buna görə də insan həmişə istəyir ki, qiymətli və dəyərli əməlləri tapıb onlara riayət etməklə insanlar arasında qiymət tapsın. Lakin burada bir incəlik vardır ki, insanların düşüncələri müxtəlif olduğu üçün onların fikirlərində dəyər və qiymətlər də müxtəlifdir. İnsanların zahiri qiyafələri müxtəlif olduğu kimi ruh, təfəkkür və düşüncələri də müxtəlif olur. Buna görə də qiymət və dəyərlər də bir-birindən fərqlənir. Ola bilsin ki, bir insanın fikrinə görə bir əməl qiymətli və dəyərli olsun, amma başqasının nəzərinədə isə o əməl düzgün hesab olunmasın. Məsələn bir şəxs öz qızını içki içən şəxsə ərə getməsinə razı deyil, lakin başqa biri qızının içki içənə ərə getməsini özünə fəxr hesab edir. Bu kimi misalları yüzlərlə yox bəlkə minlərlə qeyd etmək olar.

Tarixlərdə insanların fikir müxtəlifliyi nəticəsində baş verən hadisələr dəfələrlə müşahidə olunmuş və onun nəticəsində törənən cinayət və pozğunluqlar da öz əksini tapmışdır. İstər keçmişdə olsun, istərsə də indiki zamanda bir sıra insanlar öz əsl nəcabəti, ata-babasının adı ilə yaşayıb fəxr etmişlər. Bu cür insanlarla söhbət etdikdə o, öz ata-babasının vəzifəli, mal-dövlətli və ya alim olması barədə fəxrlə söhbət edir. Elə başa düşür ki, əgər ata-babasının və ya əsl-nəcabətinin fəzilətlərindən danışarsa bu onun üçün də fəzilət hesab olur.

Bəzi insanlar da vardır ki, mal-dövləti ilə fəxr edib özündə olan bahalı əşyalardan, bağlardan, qızıl gümüşdən söhbət edir. Elə bilir ki, mal-dövlətində, bahalı maşını və ya bir yerdə beş altı dükanı olmağından camaat üçün danışsa, ona hörmət edib onun üçün ayağa qalxacaqlar və bununla da şərafət və qiyməti artacaq.

Bir sıra insanlar vardır ki, öz dərilərinin ağ, qara və ya qırmızı olmağı ilə fəxr edirlər. Bəzi ölkələrdə hələ də insanın rəngi üstündə mübarizə gedir. Məsələn qara dərili insanları yuxarı vəzifələrdə işləməyə qoymurlar. Çünki elə düşünürlər ki, onun dərisi qaradır və ağdərili insanlar onlardan üstündür.

Bəzən də elə insanlar vardır ki, dilinin ərəb, fars, ingilis və s. olması ilə fəxr edirlər. Elə başa düşürlər ki, dillərinin ərəb və ya türk dili olması onlar üçün fəxr və şərafət hesab olunur.

Yuxarıda qeyd olunan məsələlərin hamısı insanların düşüncələrinin müxtəlif olmasından irəli gələn səbəblərdir. Hər kəsin fikrində hansı xüsusiyyət yaxşıdırsa onunla da fəxr etməyə başlayır. Lakin Allah-təala Quranda bu fikir və dəyərlərə mənfi nəzər göstərir. Quranın nəzərində şərafət, fəzilət, üstünlük və dəyər odur ki, insan bunları özü qazansın və qazandığı bu əməlləri də Allah bəyənsin. Dərinin ağ və ya qara olmasını insan özü əldə etməmişdir. Bunu insan özü kəsb etməmişdir ki, onunla da fəxr etsin. Ağdərili insan dərisinin ağlığı ilə fəxr edirsə, əgər Allah onu qaradərili yaratsaydı, onda necə fəxr edəcəkdi? Və yaxud qaradərili insan öz dərisinin qaralığı ilə fəxr edirsə, əgər Allah onu da ağ və ya qırmızı dəri yaratsaydı necə fəxr edəcəkdi? Ərəbstanda yaşayan insan dilinin ərəb dili olması ilə fəxr edirsə, əgər Allah onu başqa ölkələrdə və başqa dildə yaratsaydı onda nə ilə fəxr edəcəkdi?

Bunların hamısı boş və insanın başını qarışdıran söhbətlərdir ki, bir çox insanlar belə bir xəstəliyə düçar olmuşlar.

Allah-təala Quranda Hücərat surəsinin 13-cü ayəsində bunların hamısına cavab olaraq belə buyurur:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Allah-təala bu ayədə bütün insanlara xitab edir. Çünki, Quranda Allah-təala möminlərə xitab edərkən [يَا أَيُّهَا الذين آمنوا] “Ey iman gətirənlər!” deyə xitab edir. Lakin bütün insanlara xitab edərkən [يَا أَيُّهَا النَّاسُ] “Ey insanlar” deyə bütü insanlara xitab edir. Bu kəlmədən də məlum olur ki, Allah-təala qiyafəsindən, rəngindən, dilindən, boyundan bir sözlə desək kimliyindən asılı olmayaraq bütün insanlara xitab edir.

Qeyd olunan ayə Məkkənin fəthindən sonra nazil olmuşdur Həzrət Peyğəmbər(s) Məkkəni fəth edəndən sonra Bilal Həbəşiyə Kəbə evinin üstündə azan verməsini əmr etdi. Bilalın iki nöqsanı var idi biri zənci olması, biri də dilinin pəltək olması idi. O ş hərfinin yerinə s hərfini tələffüz edirdi. Əlbəttə qeyd etmək lazımdır ki, bunlar Bilalda nöqsan deyildi. Lakin bir sıra nadan və təkəbbürlü şəxslər onun qaradərili və dilinin pəltək olmasını onda nöqsan hesab edirdilər. Amma bilalda olan bu xüsusiyyətlər Allah yanında onun üçün nöqsan deyildi. O çıxıb Kəbənin üstündə azan verərkən müxaliflərdən biri olan Əttab ibn Əsidə bu hadisə çox ağır gəldi. O dedi: “ş” hərfini düzgün tələffüz edənlər burada ola-ola Peyğəmbər nəyə görə pətəyi azan vermək üçün Kəbə evinin üstünə çıxarıb? Yaxşı oldu ki, ata-babam öldü amma bu günü görmədi.

Haris ibn Hüşam adlı başqa bir müxalif hörmətsizlik olaraq belə dedi: bu qara qarğa kimdir, Peyğəmbər onu Kəbənin üstünə çıxarıb. O bu sözü ətrafında olanlara eşitdirdi.

Elə oradaca bu ayə nazil oldu:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Bu ayə bütün insanlara açıq aydın başa salır ki, Allah yanında şərafət, fəzilət, dəyər və qiymət təqvadır. Hər kimin nə qədər təqvası varsa Allah yanında da bir o qədər dəyər və qiyməti vardır. Əgər bir insanın təqvası yoxdursa, demək Allah yanında heç bir dəyər və qiyməti yoxdur. Buna görə də Allah yanında insnın şərafətli, fəzilətli, dəyər və qiymətli olmasında əsas meyar onun təqvalı olmasıdır.

Həzrət Peyğəmbər(s) Minada camaata xitab edərək buyurdu:

أَيُّهَا النَّاسُ اَلا اِنّ رَبَّكُم واحِد وَ اِنَّ آباكُمْ وَاحِد اَلا لا فَضْلَ لِعَرَبِيٍّ عَلى عَجَمِيٍّ وَلا لِعَجَمِيٍّ عَلى عَرَبِيٍّ وَلا لِأَ سْوَدٍ عَلى أَحْمَر وَلا لِأَحْمَر عَلى أَسْوَد اِلاّ بِالتَّقْوى

اَلا هَلْ بَلَّغْتُ؟

قالو: نَعَم

قال: لِيَبْلُغَ الشّاهِدُ الْغائِبَة

Camaat! Diqqət edin! Həqiqətən sizin Allahınız birdir. Və sizin Atanız da birdir. (Adəmdir.) Diqqət edin! Ərəbin qeyri-ərəbə və qeyri-ərəbin də ərəbə heç bir üstünlüyü yoxdur. və qaradərili insanların qırmızıdərili və qırmızı dərili insanların da qaradərili insanlara heç bir üstünlüyü yoxdur. yalnız təqvadan başqa.

Diqqət edin! Mənim bu sözlərim sizə çatdımı?

Dedilər: bəli.

Sonra Həzrət buyurdu: Bu sözləri burada olanlar olmayanlara çatdırsın!

Qeyd olunan ayədən və Peyğəmbərin(s) bu sözlərindən məlum olur ki, insanlar Allah yanında yalnız təqva ilə fərqlənir.

Biz yuxarıda qeyd olunan ayənin timsalını Aşura günü Kərbəlada İmam Hüseyn(ə)-ın qoşununda müşahidə edə bilərik. İmam Hüseynin(ə) qoşunu 72 nəfərdən ibarət idi. Bəzi tarix kitablarında qoşunun sayı 90 qədər olduğu qeyd olunmuşdur. Lakin 72 nəfər olması şübhəsizdir. Çünki ondan az yazılan bir tarix kitabı yoxdur. imam Hüseynin(ə) bu tərəfdarlarının içində İmamın özü, Ovn, Fəzl, Abbas, Cəfər, Əli Əkbər kimi Haşim övladları və Həbib ibn Məzahir, Müslim ibn Övsəcə kimi də qeyri bəni Haşimdən olan şəxslər var idi. Qeyri bəni Haşimdən olan İmamın Con, Əsləm kimi xarici millətlərdən olan imanlı şəxslər də var idi. Onların hamısı milliyyətindən asılı olmayaraq iman bayrağı altına yığışmış, sədaqətlə İmam Hüseynə(ə) kömək edib Allahın dinini qorumaq üçün canlarını qurban vermişlər.

CON

Con qaradərili bir insan idi. O Əbuzər Ğəffarinin nökəri idi. Əbuzər Cona dedi: Mən səni azad edirəm. Hara istəsən gedə bilərsən. Con dedi: Mən sənə qulluq etməkdən doymamışam. Əbuzər dedi: elə isə mən səni əhli-beytə bağışlayıram. Con imam Həsənin(ə) qulluğunda oldu. İmam Həsən(ə) şəhid olandan sonra on il də İmam Hüseynin(ə) nökəri olmuşdu. Xanım Zeynəb(s.ə) buyurur: Aşura gecəsi İmam Hüseynin(ə) xeyməsinə daxil olanda gördüm ki, İmam xeymədə əyləşib, Con da o Həzrətin qılıncını itiləyir və İmamdan əl çəkmirdi. Nəhayət Aşura günü oldu. Gedənlə artıq çıxıb getmişdi qalanların sayı isə 72 nəfərdən ibarət idi. Çünki İmam Aşura gecəsi bütün səhabələrinə buyurdu ki, kim istəyir çıxıb getsin və yol da açıqdır. Əmr etdi ki, bütün çıraqları söndürsünlər ki, getmək istəyənlər utanmasınlar.

Aşura günü müharibə başlandı hamı gəlib İmamdan döyüşə getmək üçün izn alırdı. İmam da kimə icazə versəydi gedib döyüşər və şəhid olardı. İmamın dərəfdarlarının yarıdan çoxu gedib şəhid oldular. Axırda con dözə bilməyib İmamın hüzuruna gəlib dedi: Ağa, mənədə izin ver gedim döyüşüm və şəhid olum. Artıq dözə bilmirəm. İmam buyurdu: Con, mən sənə demirəm ki, gedib şəhid olasan. Mən sənin üçün yolu açıq qoymuşam. Ürəyin hara istəsə gedə bilərsən.

Con üzü üstə İmamın ayaqlarına düşüb yalvardı və dedi: Ağa, mən səni burada tək qoyub hara gedə bilərəm? İzn ver gedim şəhid olum. İmam ona icazə vrdikdən sonra Con dedi: Ağa, mənim səndən bir istəyim var. O da budur ki, mənim bədənimdən çox pis iy gəlir və ata babam da tanınmış şəxslərdən olmayıblar. İcazə ver mən səninlə birgə Cənnətə daxil olum. İmam ona öz razılığını bildirdi. Con döyüş meydanına daxil oldu. Onu yaralayıb atdan yerə saldılar. İmam onun başı üzərinə gəlib əyləşdi və Allaha belə dua etdi.

اَللّهُمَّ بَيِّض وَجْهَهُ وَ طَيِّبْ رِيحَهُ وَحْشُرْهُ مَعَ الْأَبْرار وَ عَرِّفْ بَيْنَهُ وَبَيْنَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

İlahi, bunun üzünü ağ və bədəninin iyini xoşətirli et. Bunu ən tanınmış peyğəmbərlərinlə məhşur et və Mühəmməd(s) və onun əhli-beyti ilə tanış edib onlardan ayrı salma.

İmam Hüseyn(ə) öz oğlu Əli Əkbər və qardaşı Əbülfəzl şəhid olarkən onların başı üzərinə getdiyi kimi başqa şəhid olanların da Conun da başı üzərinə gedib onlar üçün dua edirdi.

ƏSLƏM

Tarixlərdə yazılmışdır ki, Aşura günü Əsləm adlı bir şəxs İmam Hüseynin(ə) ətəyindən tutdu. O türkdilli bir şəxs idi. Danışığından bilinirdi ki, ərəb dilini sonradan öyrənib. Əsləm yaxşı Quran oxumağı bacarırdı. O İmamdan döyüşə getmək üçün izn istədi. İmam Hüseyn(ə) ona izn verdikdən sonra o döyüş meydanına daxil oldu. Düşmənlərdən bir neçəsini öldürdükdən sonra onu da yaralayıb atdan yerə saldılar. İmam onun da başı üzərinə gəlib əyləşdi və ağladı. Əsləm gözlərini açıb İmam Hüseynin Mübarək camalına baxdı və gülümsədi. Elə o halda öz Allahına qovuşdu.

İmam Hüseyn(ə) aşura günü Kərbəlada etdiyi qiyamla bütün insanlara başa saldı ki, Allah yanında üstünlük, şərafət, dəyər və qiymət dərinin rəngində, dillərin müxtəlifliyində, mal-dövlətin çoxluğunda və insanın ata-babası ilə fəxr etməsində yox, yalnız təqva ilə ölçülür. O Həzrət öz qiyamı və hərəkatı ilə Hücərat surəsinin 13-cü ayəsini bütün insanlara bir daha təfsir edib açıqlada.

- 4 - İMAM HÜSEYN(Ə) BİZƏ HƏQİQİ NAMAZ QILMAĞI ÖYRƏTDİ

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ

Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.

İmam Hüseynin(ə) Aşura günü Kərbəla qiyamı ilə bütün insanlara öyrətdiyi dərslər həm insanın dünyasına həm də axirəti üçün böyük əhəmiyyət kəsb edir. İmam Hüseynin(ə) aşura günü Kərbəla qiyamında bütün müsəlmanlara öyrətdiyi dərslərdən biri budur ki, insan məkanından və hər bir vəziyyətindən asılı olmayaraq Allaha təvazökarlıqla namaz qılıb Onun qarşısında əyilməlidir.

Yuxarıda qeyd etdiyimiz ayədə Allah-təala təvazökarlıqla namaz qılan möminlərin nicat tapacağı barədə söhbət açaraq buyurur:

Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! Allah qarşısında xüşu edərlər.

Bu ayədə möminlərin ən tanınmış və görkəmli xüsusiyyətlərindən, yəni möminlər üsulid-dindən sonra əməl edəcəkləri ilk xüsusiyyət xüşu ilə Allah qarşısında namaz qılmalarından söhbət açılmışdır.

Xüşu insanın cismində olan təvacökarlıqdır ki, onun ruhunda öz təsirini əks etdirir. Mömin o şəxsə deyilir ki, cismində olan təvazökarlığın vasitəsilə ruhunda da həmin təvazökarlıq hiss olunsun.

Həzrət Peyğəmbərin(s) dövründə bir nəfər məsciddə namaz qılırdı. Lakin namaz əsnasında əlini saqqalına aparıb saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər(s) bu hadisəni müşahidə etdi və bir cümlə buyurdu ki, o Həzrətin bu cümləsindən xüşu sözünün nə demək olduğu aydın oldu.

اَما اَنَّهُ لَوْ خَشَعَ قَلْبُهُ لَخَشَعَتْ جَوارِحُهُ

Əgər bu şəxsin qəlbində Allaha təvazökarlıq olsaydı, bədən üzvlərində də təvazökarlıq hiss olardı.

Bu hədisdən məlum olur ki, əgər insanın ruhu Allah qarşısında əyilərsə, cismi də əyilər. Cismin Allah qarşısında əyilməməsi ruhun əyilməməsindən irəli gəlir. Buna görə də Allah təala ayədə təvazökarlıqla ibadət edib Onun qarşısında namaz qılan möminlərin nicat tapmasını zikr etmişdir.

Namaz Allahla insan arasında olan bir söhbət və Onun insana verdiyi nemətləri qarşısında etdiyi təşəkkürdür. Buna görə də Allahın insana verdiyi nemətlər müqabilində gündə on yeddi rəkət namaz qılmalıdır. Bu növ təşəkkürü Allah Özü insanlara buyurmuşdur.

Buna əsasən də Allaha təşəkkür etmək istəyən bir şəxs gündə on yeddi rəkət namaz qılmalı və hər rəkətdə də alnını iki dəfə torpağa qoymalıdır. İnsan namaz qılarkən Allaı böyük təriflərlə zikr etməlidir. İnsan namazda rüku edərkən “Sübhanə Rəbbiyəl əzimi və bihəmdihi” Pak və münəzzəhdir əzəmətli olan Allah və Ona həmd edirəm. Səcdə edərkən “ Sübhanə Rəbbiyəl əla və bihəmdihi” Pak və münəzzəhdir uca olan Allah və Ona həmd edirəm. Zikrləri deyilməlidir.

Qeyd etmək lazımdır ki, insan namaz qılarkən fikri namazda olmalıdır. Belə olmasın ki, namaz qılarkən fikri oyan buyanda olsun. Bəzi insanlar namaz qılarkən fikri istədiyi bir əşyanın, bəziləri öz ticarətinin yanında qalır. Birdə ayılıb görür ki, namazı qılıb qurtarıb.

Ümumiyyətlə insan namaz qılarkən fikri yalnız Allahla olmalı və dediyi hər bir sözün mənasını da başa düşməlidir.

Həyatda elə insanlar da vardır ki, namaz qılarkən fikri yalnız Allahla olur və qapı döyülsədə, telefon zəng çalsa belə onun fikrini Allahdan ayırmır. Çünki Allahla söhbət etməyin şirinliyindən fikri yalnız Allaha zikr etməklə məşğuldur. Bu məsələni daha da aydınlaşdırmaq üçün bir misalı qeyd etmək lazım olur. Uşaqlar küçədə və ya idman zallarında futbol oynayarkən yıxılır, əzilir lakin ağrı hiss etmirlər. Oyun nə qədər şirin olsa yıxılıb əzilənlər onun ağrısını hiss etmirlər. Qapıçının fikri yalnız qapıda və topda olur ki, top qapıdan içəri keçməsin. Top onun üstünə gəldikdə o da topa sarı atılır. O topu tutarkən hansı səmtə yıxılacağını və əziləcəyini düşünmür. Onun əsas məqsədi topu tutmaqdır. Topu tutandan sonra ürəyi sakitləşir. Lakin oyunun şirinliyindən yıxılıb əzildiyi yaraların ağrısını hiss etmir. Oyun qurtardıqdan sonra baxıb görür ki, əlində aə ya ayağından qan axır. Başa düşür ki, oyun əsnasında harasa dəyib yaralanıb. Lakin o anda oyunun şirinliyi əlinin və ya ayağının hara dəyməsini və yaranın acılığını tamamilə aradan aparmışdır.

İnsan vardır ki, onun mərifət və düşüncəsi bir top qədərdir ki, oyunun şirinliyindən bədənində olan ağrıları hiss etmir. Lakin elə insan da vardır ki, Allaha ibadət etməyin şirinliyindən bədənində olan qılınc və ox yaralarının ağrısını hiss etmir.

İmam Hüseyn(ə) Aşura günü Kərbəlada ömrünün axır anlarında gözləri qanla dolmuş və bədənində ox və qılınc yarası olduğu halda üzünü torpağın üzərinə qoyub Allahla münacat edərək belə deyirdi:

الهى رضا بقضائك و تسلما لأمرك لا مَعْبُودَ سِواكَ يا غِِياثَ الْمُسْتَغِثِينَ

İlahi, Sənin qəza və qədərinə razı və əmrinə təsliməm. Səndən başqa Məbud yoxdur ey pənahsızların ən ulu pənahı.

İmam Hüseyn(ə) ömrünün son anlarında Allahla münacat etməyin şirinliyindən bədənindəki yaraların ağrısını, övladlarını tamamilə unutmuşdur.

Bəh-bəh nə gözəl səslənüri oxlar həvadə,

Heç nəğmeyi davud olammaz bu sədadə.

Bir zərrə əziyyət eləmir yarəli sinəm,

Heç bilmeyürem harda qalıb nazlı səkinəm.

O Həzrət ömrünün son anlarında belə Allaha ibadət edir, hətta ürəyindən axan qanı avucuna doldurub göyə səpərkən Allahla münacat edirdi.

Qoyun ürək yolun ənvari həqqə baz eləyim,

Çəkim ürəkdəki peykanı kəşfe raz eləyim,

Bu ox yerindən axan qana dəstəmaz eləyim,

Bu hal ilə iki rəkət qoyun namaz eləyim.

İmam Hüseyn(ə) Allahla o qədər şirin münacat etdi ki, axırda Allahdan cavab gəldi. Ey mənim həbibim adımı bir də zikr et ki, məhəbbətimiz təzələnsin.

Deyəndə səcdədə sübhanə rəbbi,

Diriltdi vacibatü müstəhəbbi

Dedi ləbbeyk, ona zati mürəbbi

Həbibi uzkurismi təzdud hubbi

Hüseyn canandan aldı bu cəvabi.

Allah-təala Kərbəlada İmam Hüseyn(ə)-ı bir insaniyyət, hzürriyyət, azadlıq və həqiqət sərgisi kimi bütün insanlara, Peyğəmbərlərə və mələklərə nümayiş etdirirdi.

Allah-təala insanı xəlq edərkən mələklər dedilər: İlahi, insanı yaratma. O gəlib yer üzündə qan tökəcək. Aşura günü Allah göyün hicabını kənara çəkib mələklərə əmr etdi ki, Mənim bəndəmə baxın! Siz deyirdiz insanı yaratma. Mən bütün aləmi Hüseynə görə yaratmışam.

İmam Hüseyn(ə) Allahla münacat etməyin şirinliyndən Allahdan başqa heç kəsi düşünmür və övladlarının harada və necə olmasını da fikirləşmirdi.

Qoymurlar gər ziyarətüvə əhli-beytüvi,

Ərvahi ənbiya ilə zəvvarunam sənün.

Eşqün bir olsun at nəzəründən Rüqəyyəni,

Mən saxlaram o tifli nigəhdarunam sənün.

İmam Hüseyn(ə) qəlbində olan kiçik məhəbbətlərin hamısını Allah məhəbbətinə qurban verdi. O Həzrət Allaha mərifətlə ibadət etməsi nəticəsində bədənində olan bütün ağrıları unutmuşdu. O Həzrəti heç bir şey Allaha ibadət etməkdən və Onunla münacat etməkdən ayıra bilmədi. Çünki o, qəlbində Allah sevgisini hər şeydən üstün bilirdi.

Bu bəhsdən də belə nəticə alırıq ki, insan Allaha ibadət edərkən qəlbində yalnız Allahın məhəbbəti olmalıdır. İnsan yalnız bu yolla Allahla əlaqə yarada bilər. İnsanın yaradılmasından da əsas məqsəd Allahla əlaqə yaratmaqdır.

Buna görə də insan Allahla əlaqə yaratmaq üçün gərək mərifət, düşüncə ilə namaz qılmalıdır. Və namaz əsnasında fikiri başqa yerdə olmamalıdır. İnsan namaz qılarkən hər şeydən öncə bilməlidir ki, kimin hüzurunda dayanıb və kiminlə söhbət edir. Bunun üçün də özünü hazırlamalı ədəb, ərkan və düşüncə ilə namaz qılmalıdır.

Mərhum şəhid Mürtəza Mütəhhərinin həyatı barəsində yazırlar ki, o sübh namazını qılmaq üçün dəstəmaz aldıqdan sonra paltarlarını qəba və əbasını geyinib əmmaməsini başına qoyar, ətir vurduqdan sonra namazını qılardı. Onun həyat yoldaşı deyir ki, şəhid mütəhhəri özünü namaz qılmaq üçün elə hazırlayardı ki, kənardan baxan şəxs elə bilirdi ki, o, harasa getmək istəyir.

Rəhmətlik İmam Xomeyninin barəsində yazılır ki, o həmişə namazdan öncə özünü namaz qılmaq üçün hazırlayardı. O həmişə namazdan öncə özünə ətir vurardı. Onun ömrünün axırlarında həkimlərdən biri deyir ki, namazdan öncə ətir vurarda, bir gün ona iynə vurduq ki, rahat yata bilsin. O başa düşdü ki, bu iynəni ona yatmaq üçün vururam. Mənə buyurdu: iynəni vurun, lakin xahiş edirəm ki, namaz vaxtı məni oyaadasınız. O yuxuya getdi, lakin mən onu oyatmadım. Azandan bir neçə dəqiqə keçmişdi ki, imam özü yuxudan ayıldı. Onun üçün yemək gətirdilər. O buyurdu: yeməyin vaxtıdırmı? Dedilər bəli. Soruşdu bəs namazın vaxtı necə, azan deyilibmi? Dedilər bəli, bir az bundan əvvəl azan verilib. İmam çox narahat oldu və buyurdu: axı mən sizə demişdi ki, məni namaza oyadasınız. İmam əvvəl namazı qıldı, sonra onun üçün gətirən yeməyi yedi. Onun yanında olanlardan biri deyir ki, imam həmişə namazdan öncə özünə ətir vurduğu kimi, ömrünün son anlarında da belə özünü namaza hazırlayıb ətir vurardı.

Odur ki, insan namaz qılarkən özünü namaza hazırlamalı və namaz halında da fikri yalnız namazda olmalıdır.

İmam Hüseyn(ə) Aşura günü öz hərəkatı ilə bütün dünya müsəlmanlarına öyrətdiyi dərslərdən biri budur ki, insan özünü namaza necə hazırlamalı və namaz qılarkən fikri də namazda Allahla olmalı və çətin vəziyyətlərdə də olsa belə namaz qılmağı öyrətmişdir.

İmam Hüseyn(ə) o gecəni ibadətdlə sona yetirdi və nəhayət aşura günü gəlib çatdı. Döyüş başlandı və İmamın qoşunu ilə düşmən qoşunu qızğın müharibə edirdi. İmam özü də döyüşürdü. Səhabələrdən biri olan Sümamə gəlib İmama dedi: Ağa namazın vaxtıdır. İmam Hüseyn(ə) ona buyurdu:

جَعَلَكَ الله مِنَ الْمُصَلِّينَ ذَكَرْتَ الصَّلاة

Sümamə, Allah səni namaz qılanlardan qərar versin ki, namazı yad etdin.

İmam əmr etdi ki, döyüşü saxlasınlar. Döyüş dayandı, imam günorta namazına qılmağa başladı. Düşmənlərdən biri dedi: O qılan namaz qəbul deyil. Həbib ibn Məzahir onun bu sözlərindən qəzəbləndi və gəlib ona dedi: Ey ulaq, sən qılan namaz qəbul olur, lakin Allahın höccəti qılan namaz qəbul deyil? Həbib ibn Məzahiri elə oradaca şəhid etdilər. İmam namaz qılarkən səhabələrdən bir neçəsi İmamın kənarında qalxan kimi dayanmışdılar. Düşmənin atdığı oxlar onların sinələrinə sancılırdı. Lakin onlar öz imamlarını qoruyurdu.

Tarixin bu hadisəsindənməlum olur ki, Kərbəlada şəhid olanlar namaz qurbanlarıdır. Onlar namazın diri qalması üçün öz canlarını Allah yolunda qurban verdilər.

Bar-ilaha şahid ol axır namazımdır mənim,

Boğazımdan axan qan dəstəmazımdır mənim

Siffeyn müharibəsində İmam Əli(ə) döyüşərkən tez-tez göyə baxırdı. İbn Abbas soruşdu: Ya Əmirəl-möminin nə üçün tez-tez göyə baxırsan? İmam buyurdu: baxıram ki, namazın vaxtı daxil olan kimi namaz qılım. İbn Abbas dedi: Ya Əmirəl-möminin müharibənin bu vəziyyətində sən namaz qılmaq istəyirsan?

İmam buyurdu: İbn Abbas, mən məhz namazın diri qalması üçün vuruşuram.

Həzrət Əli(ə)-ın bu müharibədə belə bir hərəkəti və İmam Hüseynin(ə) Aşura qıldığı namaz bütün insanlara namaz qılmağı və onun insan üçün böyük əhəmiyyət kəsb etdiyini öyrədir.

SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD

BAKI-2003

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلاةُ وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ ِ

İmam Hüseynə(ə) əzadarlıq etməyin fəzilət və səbəbləri

Məhərrəmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır.

Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə üçün biz bu işi hər il qeyd etməliyik? İkinci sual budur ki, bu mərasimlə əlaqədar nə üçün biz qara geyib, ağlayaraq əzadarlıq edirik? Olmazmı ki, bu ildönüm mərasimini şanlıq etməklə qeyd edək? Üçüncü sual isə bundan ibarətdir ki, ağlamağın özünün mənası nədir? biz İmam Hüseynə(ə) hansı mənaya görə ağlayırıq?

Burada yaxşı olar ki, qeyd olunan sualların hərəsini tək-tək cavablandıraq.

1-ci sual.



Geri   İrəli
Go to TOP