A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu ayələrdən, eləcə də, bəhs etdiyimiz ayənin ümumi mə’nasından – sadiqlərlə birgə olmağın qeyd-şərtsiz zəruri sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə olmağa məs’uldurlar. (Diqqət yetirmək lazımdır ki, ayədə "sadiqlər zümrəsindən olun" yox “onlarla birgə olun” deyilir. Bu da insanların nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Mə’sumlar isə onlara nümunə və örnəkdirlər.)

Digər tərəfdən, sadiqlərlə birgə olmaq əmrinin ümumi, mütləq və qeyd-şərtsiz sayılması onların (sadiqlərin) mə’sumlığına başqa bir dəlildir. Çünki mə’sum olmayanlara qeyd-şərtsiz tabe olmaq əmri düzgün deyil.

Diqqəti cəlb edən məsələ budur ki, Fəxri-Razi burada bir müqəddimədən sonra ayənin məqsədini belə açıqlayır: "Səhv və xətaya yol verən kəsin mə’sum şəxsə itaət etməsi vacibdir. Allah-taala da sadiqləri mə’sum hesab etmişdir. Buna əsasən, səhv və xətaya yol verən kəslərin mə’sumlarla birgə olması vacibdir və mə’sumlar onların xəta və səhvlərinin qarşısını alırlar. Bu əmr hər bir zamana aiddir və danılmazdır. Deməli, hər dövrdə mə’sum insanın varlığı zəruridir."

Sonra əlavə edir: "Biz hər dövrdə mə’sum və günahsız şəxsin olmasını qəbul edirik. Lakin biz mə’sum dedikdə bütün ümməti nəzərdə tuturuq. Halbuki siz (şiələr) deyirsiniz ki, mə’sum yalnız bir nəfər olmalıdır."[54]

Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsini danmaqla bütün ümmətin mə’sum olmasından, yaxud "ümmət icması"ndan söz açmışdır. Halbuki bütün ümmət az məsələdə yekdildir. Sadiqlərlə birgə olmaq məsələsi isə ümumi bir vəzifəni göstərir. Hətta bu ayə nazil olan zaman heç bir ərəbdilli şəxs "sadiqin" dedikdə bütün ümməti nəzərdə tutmurdu. Belə isə onu bu mə’naya yozmaq mümkündürmü? E’tiraf etməliyik ki, hər bir dövrdə sözlərində əsla xilaf olmayan, səhv və xətaya yol verməyən sadiq şəxsin olması zəruridir və insanlar ona itaət etməlidirlər.

Sual: Burada belə bir sual yaranır ki, "sadiqin" (sadiqlər) sözünün cəm formasında olması hər dövrdə mə’sumun hüzurunumu göstərir? Bu, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsinə uyğun gəlmir. Bu sualın cavabını necə vermək olar?

Cavab: Burada bir incə nöqtəyə diqqət yetirməklə şübhənin cavabı aydınlaşır. O da budur ki, cəm formasını bütün zamanlara aid etmək olar və burada "sadiqlər" başqa-başqa zamanlarda yaşamış müəyyən bir qrupu təşkil edir. Bu, eynilə belə bir ifadəyə bənzəyir: "Hər dövrün camaatı ilahi peyğəmbərlərə tabe olmalıdır." Bu o demək deyil ki, bir zamanda bir neçə peyğəmbər yaşamalıdır. Əksinə, hər dövrün insanları öz zamanının peyğəmbərinə tabe olmalıdır. Yaxud "insanlar öz vəzifələrini alim və mərcəi-təqlidlərdən öyrənməlidir" cümləsinin mə’nası hər kəsin öz zamanında yaşayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir.

Bunun canlı şahidi Peyğəmbəri-əkrəmin (s) özüdür. Belə ki, onun dövründə itaəti vacib olan başqa bir kəs yox idi və ayədəki hökm qəti şəkildə o həzrətə də aiddir. Mə’lum olur ki, "sadiqlər" sözünün cəm forması təkcə bir zamana aid deyil, bütün zamanları əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur.

***

Bir çox sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. O cümlədən, Əllamə Sə’ləbi öz təfsirində İbn Abbasın bu ayə barəsində belə dediyini nəql edir:

مَعَ الصّا دِقِينَ يَعْنى مَعَ عَلِىِّ بْنِ اَبِيطالِبٍ وَ اَصْحابِهِ

“(Ayədə buyurulan) "Sadiqlərlə birgə olun" ifadəsində məqsəd Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır!"[55]

Həmçinin Əllamə Gənci "Kifayətut-talib" və Əllamə Sibt ibn Cövzi "Təzkirə" kitabında bir qrup alimdən belə nəql etmişlər: "Alimlərin dediklərinə görə, bu ayədə Əli (ə) və onun xanədanı ilə birgə olmaq nəzərdə tutulur." İbn Abbas əlavə edir: "Əli (ə) sadiqlərin rəhbəri, sərvəridir."[56]

Əhli-beytdən (ə) bizə gəlib çatan müxtəlif rəvayətlərdə də bu mə’na eynilə təkrarlanır. O cümlədən, Cabir ibn Abdullah Ənsarinin imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə deyilir ki, o həzrət “Sadiqlərlə birgə olun” ayəsinin təfsirində belə buyurdu: (اى آلُ مُحَمَّدٍ)"Məqsəd, Məhəmmədin (s) övladlarıdır!"[57]

Başqa bir rəvayətdə Büreyd ibn Müaviyə həmin ayənin təfsiri ilə əlaqədar o həzrətdən belə nəql edir: "Məqsəd bizik!"[58]

"Bürhan" təfsirində "Nəhcül-bəyan" kitabından belə nəql edilir: "Rəvayət olunmuşdur ki, Peyğəmbəri-əkrəmdən (s) “sadiqlər” barəsində sual olunduqda, "Onlar qiyamətə qədər Əli, Fatimə, Həsən, Hüseyn və onların mə’sum, günahsız övladlarıdır", buyurmuşdur.[59]

Mə’lum olduğu kimi bütün bu rəvayətlər həqiqətdə (sadiqlərin) xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu qrupa ilk növbədə Peyğəmbəri-əkrəmin (s) özü, sonra isə müxtəlif zamanlarda yaşayan mə’sum imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət və vilayəti sübut etmək üçün aydın dəlildir.

"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ

Bu ayədə Allaha, Peyğəmbərə və əmr sahiblərinə tabe olmağın vacibliyi vurğulanır:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun!"

Allah və Peyğəmbərə (s) tabe olmağın vacibliyi mə’lum məsələdir. Amma bu tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı "ulil-əmr" kimdir? (əmr sahibləri) Bu barədə təfsirçilər arasında fikir ayrılığı mövcuddur.

Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, "əmr sahibləri" İslam ümmətinin maddi və mə’nəvi rəhbərləri olan mə’sum imamlara aiddir. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız mə’sum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.

Halbuki sünni alim və təfsirçilər arasında "əmr sahibləri"nin kimliyi ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Bə’ziləri "səhabə"lərin, bə’ziləri "ordu sərkərdələri"nin, bə’ziləri də "dörd xəlifə"nin (raşidi xəlifələrin) nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.

Başqa bir qrup isə "əmr sahibləri"ni alimlər mə’nasında yozmuş və "Nisa" surəsinin 83-cü ayəsinə istinad etmişlər:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ

"Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər."

Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və "Nisa" surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mə’naya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız mə’sumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mə’naya malikdir.

Bə’zi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: "Əmr sahibləri"ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləridir. Başqa sözlə, "sadiqlər"də məqsəd ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə "minkum" ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə mə’sum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur.[60]

Bütün bu təfsirlərə əsasən, "əmr sahibləri" beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1) müsəlman olsun; 2) Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3) rə’yində məcbur olmasın; 4) şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5) yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı mə’sum və günahsız hesab edirlər.

Doğrudanmı, ayədə qeyd olunan "əmr sahibləri"ndə məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mə’nanımı başa düşürdülər? Yoxsa bu mə’na xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları mə’sum imamlar nəzərdə tutulmasın?!

Zahirən, "Əl-mənar" kitabının müəllifi bu ehtimalı Fəxri-Razidən götürmüşdür. Belə ki, Fəxri-Razi yazır: "Bizim nəzərimizcə, bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mö’təbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı, xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Mə’lum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların mə’sum və günahsız olduğunu göstərir."

Sonra əlavə edərək belə yazır: "Bu mə’sumlar ya ümmətin hamısı, ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki mə’sum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan mə’sum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir."[61]

Fəxri-Razi, "Əl-mənar" kitabının müəllifi kimi şəxslərin bu ayəni heç bir səhabənin qəbul etmədiyi şəkildə təfsir etməsinin səbəbi onun Əhli-beyt mə’sumlarına aid edilməsilə əlaqədardır. Onlar əmr sahiblərinin mə’sum və günahsız olması aydın ikən müəyyən bir şəxsi mə’sum imam kimi qəbul etmək istəmir, səhabələrdən fərqli təfsirlərə əl atırlar.

Qəribədir ki, bə’zi sünni təfsirçilərinin əqidəsinə görə, “əmr sahibləri”ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə də’vət etsin, istərsə də Ona qarşı çıxsın) itaət etmək vacibdir. Necə ki, "Əl-mənar" kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: "Bə’ziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər."

Bundan da qəbahətlisi yuxarıdakı təfsirin sübutu üçün Peyğəmbəri-əkrəmə (s) aid edilən şübhəli və saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Co’fi Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək" soruşduqda, o həzrət buyurmuşdur: "Onların əmrinə qulaq asın və itaət edin!"[62]

Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:

اِنَّ خَلِيلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِيعَ وَاِنْ كانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ

"Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi."[63] (Bə’ziləri hədisdə göstərilən “mücəddəul-ətraf” ifadəsini “əl-ayaq kəsən şəxs” deyil, “alçaq və çirkin ailədə dünyaya gələn şəxs” mə’nasında təfsir etmişlər.)

Şübhəsiz, əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:

لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِيَةِ الْخالِقِ

"Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"

Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: "Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!"[64]

Beləliklə, bu ayəni hər hansı mə’naya yozmağa bir bəhanə yoxdur.

***

Burada daha iki irad qalır:

1. Əgər "əmr sahibləri"nin məfhumu mə’sum imamlara şamildirsə, bu cəm formasında işlənən "uli" (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, mə’sum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.

Cavab: Bu irada ötən bəhslərdə cavab verildi. Belə ki, eyni zamanda mə’sum imamın bir nəfərdən artıq olmaması doğrudur. Lakin ayə bütün zamanlara aid edildikdə mə’sum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, "Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum" (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyən, kimsə bu salama irad tutub, “insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir” demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir.

Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir mə’sum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə "əmr sahibləri" cəm formada işlədilmişdir.

2. Peyğəmbəri-əkrəmin (s) dövründə mə’sum imam olmadığından, ona itaət əmri necə mümkündür?

Cavab: Əgər bu ayə yalnız Peyğəmbəri-əkrəmin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə bu şübhə aradan qalxır. Peyğəmbəri-əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə mə’sum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: "Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!" Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.

Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində həzrət Əli (ə) və digər mə’sum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq.

Şeyx Süleyman Qunduzi Hənəfi "Yənabiul-məvəddət" kitabında Mücahidin təfsir kitabından belə nəql edir: “Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-əkrəm (s) onu ("Təbuk" müharibəsində) Mədinədə öz canişini tə’yin etmişdi.

Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar[65] qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir e’tiraz etməyib susdular.[66]

"Şəvahidut-tənzil" kitabında Hakim Həskaninin "əmr sahibləri"nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:

يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ

"Mən Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, onlar kimlərdir," deyə soruşduqda, o həzrət buyurdu: "Sən onların birincisisən!"[67]

Bu ayənin mə’sum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində "əmr sahibləri"nin mə’sum imamlardan ibarət olduğu açıqlanmışdır.[68]

İKİNCİ FƏSİL

RƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT

Bu mövzu Peyğəmbəri-əkrəmin (s) sünnə və rəvayətlərinin böyük bir qismini təşkil edir. Bu zəmində o həzrətdən ən məşhur və mö’təbər mənbələrdə çoxlu rəvayət vardır. Onları qərəzsiz və diqqətlə araşdıraraq, uzun illər boyu bu məsələyə kölgə salan pərdələri insaf və ixlasla götürəcək, heç bir təəssübkeşliyə yol vermədən onun həqiqi simasını üzə çıxaracaq və İslamın bu mühüm əmri qarşısında öz ilahi vəzifəmizi yerinə yetirəcəyik.

Hər şeydən əvvəl burada ümumi şəkildə imamət və vilayət məsələsi ilə əlaqədar məşhur hədislərin bir qisminin məfhumunun qısa şərhini məqsədəuyğun görürük. Oxuculardan xahiş edirik ki, verilən hədislərə, onların sənəd və mənbələrinə, məzmununa diqqət yetirsinlər. Nəticəni onların özünə həvalə edəcəyik.

Bizim əqidəmizə görə, bu qədər aydın hədislərə ötəri yanaşmaq və onların üzərindən keçmək olmaz; həqiqətləri ört-basdır etməklə məs’uliyyətimizi artırmaqdan başqa bir şey qazanmırıq.

1-“SƏQƏLEYN” HƏDİSİ

Bu söz (səqəleyn) Peyğəmbəri-əkrəmin (s) buyruğunda gəldiyi üçün "səqəleyn" hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:

اِنّى تارِكٌ فيكُمُ الثِّقْلَيْنِ...

"Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram..."[69]

Bu hədis şiə və sünnilərin mö’təbər kitablarında Peyğəmbəri-əkrəmdən (s) geniş şəkildə nəql olunmuşdur. Belə ki, hədisin o həzrətdən nəql olunmasına heç bir şübhə yoxdur. Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki, Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmişdir. Onu müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də tamamilə bir-birindən fərqlənir.

Burada hədisin ravilərinə və onu nəql edən mö’təbər kitablara işarə edirik:

1. Əhli-sünnənin ən məşhur kitabı sayılan, eləcə də altı səhih kitabdan biri olan "Səhihi-Müslim"də Zeyd ibn Ərqəmdən belə nəql edilir:

قامَ رَسوُل اللهِ (ص) يَوْماً فِينا خَطِيباً بِماءٍ يُدْعى خُمّاً، بَيْنَ مَكَّة وَالْمَدينَةِ، فَحَمَدَاللهَ وَاَثْنى عَلَيْهِ، وَوَعَظَ وَذَكَرَ، ثُمَّ قال: اَمّا بَعْدُ اَلا اَيُّها النّاسُ فَاِنَّما اَنَا بَشَرٌ يُوشَكُ اَنْ يَأتِىَ رَسُولُ رَبِّى فَاُجِيبُ، وَاِنِّى تارِكٌ فِيكُمْ ثِقْلَيْنِ: اَوَّلُهُما كِتابُ اللهِ، فِيهِ الهُدى وَالنُّورُ، فَخُذُوابِكِتابِ اللهِ وَاسْتَمْسِكُوا بِهِ، فَحَثَّ عَلى كِتابِ اللهِ وَرَغَّبَ فِيهِ، ثُمَّ قالَ وَاَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى...

"Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə Mədinə arasında yerləşən rütubətli "Xum" (Qədir-Xum)[70] adlı məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə və öyüd-nəsihətdən sonra buyurdu: "Ey camaat! Mən də insanam, Allahın elçisinin gəlişi və onun də’vətini qəbul etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Birincisi hidayət və nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın.” Peyğəmbər (s) Qur’anla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: "(İkincisi) Əhli-beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın!"

Peyğəmbəri-əkrəmin (s) Əhli-beyti (ə) iki ağır və qiymətli əmanətdən biri kimi Qur’ani-kərimlə yanaşı bəyan etməsi və onlara qarşı ilahi məs’uliyyətin unudulmaması ilə bağlı bunu üç dəfə təkrarlaması göstərir ki, bu iş müsəlmanların müqəddəratı, hidayəti və İslamın əsasları ilə sıx əlaqəlidir. Bu isə onların Qur’ani-kərimlə yanaşı qeyd edilməsindən başa düşülür.

2. Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə başqa bir rəvayət nəql olunmuşdur.

Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd ibn Ərqəmdən "Peyğəmbərin (s) Əhli-beytində məqsəd onun zövcələridirmi?" deyə soruşulduqda, o "Xeyr, məqsəd, onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır!" deyə cavab vermişdir.

3. Məşhur "Sünəni-Termizi" ("Səhihi-Termizi" adı ilə də məşhurdur) kitabının "Əhli-beytin fəzilətləri" bölümündə Cabir ibn Abdullahdan belə nəql olunur: "Həcc zamanı – "Ərəfə" günü Allahın Rəsulu (s) öz dəvəsinə minib xütbə oxuyurdu. Bu zaman onun belə buyurduğunu eşitdim:

يا اَيُّها النّاسُ اِنّى قَدْ تَرَكْتُ فِيكُمْ ما اَخَذتُمْ بِهِ كِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَيْتِى:

"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!"[71]

Termizi əlavə edir: “Bunu Əbuzər, Əbu Səid Xidri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişlər.”

4. Yenə həmin kitabda Əbu Səid və Zeyd ibn Ərqəmdən belə nəql olunur: "Allahın Rəsulu (s) belə buyurmuşdur:

اِنّى تارِكٌ فِيكُمْ ما اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِِلُّوا بَعْدِى: اَحَدُهُما اَعْظَمُ مِنَ الْآخَرِ، كِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَيْتِى، وَلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما:

"Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer üzünə uzanmış ip olan Allahın kitabı, digəri itrətim,[72] Əhli-beytimdir! Onlar “Kövsər”[73] hovuzunda mənə qovuşanadək, bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz!"[74]

5. Məşhur kitablardan olan "Sünəni-Darəmi"də Peyğəmbəri-əkrəmdən (s) Zeyd ibn Ərqəmin rəvayətinə oxşar bir hədis nəql olunmuş və orada açıq-aşkar "səqəleyn", "Allahın kitabı" və "Əhli-beyt" ifadələri ilə mətləb sona çatdırılmışdır.[75]

Unutmayaq ki, Darəmi bə’zi alimlərin dediyinə əsasən, Müslimin, Əbu Davudun və Termizinin müəllimi olmuşdur. "Sünəni-Darəmi" sünnilərin məşhur və mö’təbər olan altı kitabından biridir. (Hərçənd, bə’ziləri onun yerinə "Sünəni-İbn Macəni" qeyd etmişlər.)

6. Əhli-sünnənin dörd imamından biri olan Əhmədin "Müsnəd" kitabında Zeyd ibn Sabitdən nəql olunan bir hədisdə belə deyilir: "Allahın Rəsulu buyurmuşdur:

اِنّى تارِكٌ فِيكُمْ خَليفَتَيْنِ: كِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ ما بَيْنَ السَّماءِ وَالاَرْضِ اَوْ ما بَيْنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَيْتِى وَاِنّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ:

"Mən sizin aranızda iki xəlifəni (canişini) yadigar qoyuram; yerlə göy arasında uzanmış ip olan Allahın kitabı və itrətim, Əhli-beytim. Bu iki (yadigar) (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar."[76]

Diqqət yetirmək lazımdır ki, bu rəvayətlərin bə’zisində ("Səhihi-Müslim" kitabında qeyd olunduğu kimi,) "səqəleyn" (iki ağır və qiymətli əmanət), bə’zisində ("Sünəni-Əhməd"də nəql olunduğu kimi, qeyd etdiyimiz sonuncu rəvayətdə) "xəlifəteyn" (iki canişin) ifadələri işlənmişdir. Bə’zisində isə onların heç biri qeyd olunmasa da, həmin mə’nanı çatdırır. Həqiqətdə bu hədislərin hamısı eyni mə’na daşıyır.

7. (Əhli-sünnənin böyük alimlərindən, sünnilərin altı səhih və mö’təbər kitablarından sayılan "Sünən" adlı kitabın müəllifi) Əhməd ibn Şüeyb Nisai "Xəsais" kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: "Peyğəmbər (s) "Həccətül-vida"dan (vida həccindən) qayıdarkən, "Qədir-Xum" adlı məntəqəyə daxil olduqda, kölgə bir yer hazırlanmasını göstəriş verdi. Bundan sonra buyurdu:



Geri   İrəli
Go to TOP