A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 300
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Əhli-sünnə mənbələrində Əbu Hüreyrədən nəql olunan bir hədisdə belə deyilir: “Ayədəki “Li-yuzhirəhu ələd-dini kullih” – cümləsində məqsəd İsa ibn Məryəmin (ə) gəlişinə işarə olunur.” (Bildiyimiz kimi, rəvayətlərə əsasən, həzrət İsa-Məsih (ə) imam Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)[647]

***

Bu bəhsi də məşhur təfsir alimi Qütadənin nəql etdiyi bir hədislə sona yetiririk. O, bu ayənin təfsirində yazır: “Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!”[648]

Mə’lum olduğu kimi, bu şərait, yalnız imam Mehdinin (ə) inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi dinləri tamamilə aradan getməyəcək və burada məqsəd, İslam dininin bütün dünyaya hakim olmasıdır.

***

İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏ’SİRLƏRİ

Bə’zi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə, insanların məs’uliyyətdən boyun qaçırmasına və zülmə təslim olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin (ə) qiyam və gəlişindən öncə dünyada islah və əmin-amanlığa ümid yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın yayılmasına kömək edir!

Bu söz qədimdən düşmənlərin, imam Mehdinin (ə) qiyamını inkar edənlərin sözü olmuş, hətta İbn Xəldun bu məsələyə işarə etmişdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur intizarını çəkməyin çoxlu müsbət tə’sirləri var. Aşağıda onlara qısa şəkildə işarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı anlaşılacaq. Qur’ani-kərim ayələrinə, şiə və əhli-sünnənin məşhur kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların yanlış mövqe tutduqlarını göstərəcəyik.

***

İNTİZARIN MAHİYYƏTİ VƏ ONUN MÜSBƏT TƏ’SİRLƏRİ

Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi tə’sirləri vardır? Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mə’nada bir növ fərdi və ictimai qiyama də’vət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məs’uliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?

Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə mə’ruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq.

Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:

1. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”

İmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”[649] (Buna bənzər rəvayətlər çoxdur.)

2. Bə’zi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”

3. “O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”

4. “O, Qaimin bayrağı altında olan şəxs kimidir!”

5. “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”

6. “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.)

7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.

Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ:

“Mənim ümmətimin ən fəzilətli əməli Allahın və’d etdiyi zühurun intizarını çəkməkdir!”[650]

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ:

“Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”[651]

Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mə’nada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir.

Bütün bunlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda yekun nəticə üçün zəmin yaranır.

“İNTİZAR” MƏFHUMU

“İntizar”, adətən, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarını çəkən xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtması intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.

Dünyanın böyük islahatçısının, imam Mehdinin (ə) haqq-ədalətli hökumətinin intizarı iki prinsip üzərində qurulmuşdur: “inkar” və “isbat” prinsipləri. “İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, “isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1) zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2) vahid ədalətli bir hökumətin təşkili üçün cismi və ruhi, maddi və mə’nəvi hazırlıq hissi. Göründüyü kimi, bu hisslərin hər ikisi müsbət xarakterlidir.

“İntizar”ın bu məfhumuna diqqət yetirməklə, imam Mehdi (ə) qiyamının intizarını çəkənlərin böyük savabı məlum olur. Beləcə rəvayətlərin nə üçün həqiqi intizar çəkənləri imam Mehdinin (ə) xeyməsində və bayrağı altında olanlarla bir, yaxud Allah yolunda cihad edən və şəhid olanlar kimi saydığını açıq-aydın başa düşürük.

Görəsən, bunlar insanların hazırlığa, haqq-ədalət yolunda mübarizəyə və yüksək dərəcələrə də’vəti deyilmi? Mə’lumdur ki, Allah yolunda cihad edənlər fədakarlıq dərəcələrinə görə fərqləndiyi kimi, intizar hazırlığının da müxtəlif dərəcələri var. Bu baxışdan biri digərinə bənzəyir. Hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə bir hökumətin bayrağı altda durmağa layiq şəxs məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Ora yalnız layiqli şəxslərin yeridir. Eləcə də, əlinə silah götürüb, bu inqilabın düşmənləri ilə mübarizə aparmaq istəyən şəxsin ruhi, fikri və cismi cəhətdən tam hazırlığı olmalıdır.

İmam Mehdinin (ə) zühur intizarının tə’sirləri barədə aşağıda verilən izahlara diqqət yetirək:

İNTİZAR – TAM HAZIRLIQ

Əgər mən özümə zülm edirəmsə, zülmkarların əleyhinə qalxacaq bir rəhbərin intizarını necə çəkə bilərəm? Əgər mən özüm də günahkar olub, pak deyiləmsə, yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə ola bilərəm?

Böyük bir cihadın intizarını çəkən ordu hərbi hazırlığı və hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və bütün zəif nöqtələri islah etməyə cəhd göstərir.

İntizar, yə’ni bir müsafirin səfərdən qaytmasını gözləmək.

İntizar, yə’ni əziz bir dostun gəlişini gözləmək.

İntizar, yə’ni meyvənin dərilmə və məhsulun yığım fəslini gözləmək. (Bu intizarların hər biri müəyyən hazırlıqla birgədir.)

Amma dünyanın böyük islahatçısının qiyamının intizarını çəkmək, həqiqətdə bəşər tarixində inqilabların ən böyük və genişinin, ümumbəşəri çevriliş və dəyişikliklərin intizarıdır. Bu inqilab digər inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb cahanşümuldur, insanların bütün yaşayış yönlərinə – həm siyasi, həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə şamildir.

BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT

Belə dəyişiklik hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məs’uliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək mə’lumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.

Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!

Görəsən, bu intizarın özü ruhi, fikri və cismi çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbiçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.

Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mə’nəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət tə’sirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərin düşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mə’nası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz!

İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ

Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət tə’siridir!

ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!

İmam Mehdinin (ə) intizarının digər mühüm tə’sirlərindən biri də çirkinlik və eybəcərliklərə qarşı islahat proqramıdır.

İzah: Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bə’zən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bə’zən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bə’zən də camaatla həmrəng olmağa üstünlük verirlər.

Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.

İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!

Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.

Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sür’ətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.

***

Ötən bəhslərdən belə nəticəyə gəldik ki, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mə’nası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Qur’anın özü olmuş və bu haqda “Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

“Allah aranızda iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, mö’minlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və’d etmişdir!”

Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun yaxınlarıdır.[652] Başqa bir hədisdə isə deyilir: “Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!”

Bu ayədə imam Mehdi (ə) və onun yaxınları ”iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı tə’min edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin və’d və müjdələrdən məhrumdurlar! Budur imam Mehdinin (ə) intizarının müsbət tə’siri!

İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostlarından və fədakar əsgərlərindən qərar ver! Amin!



[1] “Sünnə” lüğətdə üslub mə’nasındadır – istər yaxşı olsun, istərsə də pis. Dini termin kimi isə Peyğəmbəri-əkrəmin (s) əməl və sözlərindən ibarət olan və Qur’ani-kərimdə aşkar şəkildə qeyd olunmayan əmr, nəhy və göstərişlər mə’nasını daşıyır. Həmçinin, o həzrətin bir şeyi müşahidə edib təsdiqləməsinə də şamil olur. Yə’ni Peyğəmbər (s) hər hansı bir müsəlmanda gördüyü bir işi ona qadağan etməyibsə və sükutu ilə həmin əməli təsdiqləyibsə, sünnə ona da aid olur. İslamda şəriət mənbələrindən biri də sünnədir. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)

[2] “İmamət və rəhbəri”, Şəhid Mütəhhəri, səh. 13.

[3] “Şərhi-təcrid”, Quşçi, səh. 472.

[4] “Təcridül-e’tiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əş’əri, “Tovzihul-murad”dan (“Şərhu-təcridil-e’tiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.

[5] “İsmət”, yə’ni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın mə’sum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mə’nəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük ne’mətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara “mə’sum” deyilir. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) (Müt.)

[6] Şəriətdə bə’zi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir. (Müt.)

[7] “Müqəddimə”, İbn Xəldun, səh. 191.

[8] “Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).

[9] “Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.

[10] “Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və “Dəlailus-sidq”, 2-ci cild, səh.4.

[11] “Dəlailus-sidq”, 2-ci cild, səh. 8.

[12] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379. (“Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.)

[13] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357.

[14] Yenə orada, səh. 359.

[15] “Əs-səvaiq”, səh. 96 və “Nurul-əbsar”, səh. 70 və 110. Bu hədisin raviləri və onu nəql edən kitablar barəsində əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 3-cü cildinin 287-ci və 14-cü cildinin 258-ci səhifələrinə müraciət etsinlər.

[16] “Ət-təhqiq”, “əmm” kökü.

[17] “Yasin” surəsi, ayə: 12.

[18] “Hicr” surəsi, ayə: 78.

[19] “Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17.

[20] “Bəqərə” surəsi, ayə: 124.

[21] “Ənbiya” surəsi, ayə: 73.

[22] “Tövbə” surəsi, ayə: 12.

[23] “İsra” surəsi, ayə: 71.

[24] “Ruhul-məani”, 1-ci cild, səh. 336.

[25] “Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi əzabların çətin və ağır olmasından qorxmaq mə’nasındadır. Təqvanın müxtəlif dərəcəsi vardır: 1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və pəhriz etməkdir; 3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil olur. Bu seçilmiş şəxsiyyətlər hətta bə’zi mübah və halal olan, lakin insanın özünü məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz edirlər. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.) (Müt.)

[26] “Loğman” surəsi, ayə: 13.

[27] “Əmali”, Şeyx Müfid, “Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13.

[28] “Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində.

[29] “Əl-mizan”, 1-ci cild, səh. 274.

[30] “Şərhi-təcrid”, səh. 271 (ixtisarla).

[31] “Cümə” surəsi, ayə: 2.

[32] “Hədid” surəsi, ayə: 25.

[33] “Bid’ət” sözü lüğətdə yeni zühur edən iş mə’nasındadır. Dində bid’ət dedikdə, hər hansı yeni bir saxta (qondarma) işi və sözü şəriət sahibinə aid etmək nəzərdə tutulur. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)

[34] “Üsuli-kafi”, 1-ci cild, səh. 32, “sifətül-elm” bölümü, hədis: 2.

[35] “Nəhcül-bəlağə”, qısa kəlamlar: 147

[36] “Xilafət” ərəb dilində başqasının əvəzedicisi olmaq mə’nasındadır. Xəlifə o kəsə deyilir ki, başqasının ardınca gəlib onun canişini olsun və mövcud boşluğu doldursun. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 156.) (Müt.)

[37] “Üsuli-kafi”, 1-ci cild, səh. 200.

[38] “Nəhcül-bəlağə”, xütbə: 46.

[39] "Rə’d” surəsi, ayə: 7.

[40] "Bəraət” surəsi, ayə: 119.

[41] "Nisa” surəsi, ayə: 59.

[42] "Kəbir" təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14.

[43] "Əd-durrul-mənsur", (Cəlaləddin Süyuti, vəfatı: 910 h.q), 4-cü cild, səh. 45.

[44] Yenə orada.

[45] Yenə orada.

[46] Bu hədisin mənbə və sənədləri ilə əlaqədar mə’lumat əldə etmək istəyənlər "Ehqaqul-həqq" kitabının 3-cü cildinin 92-188-ci səhifələrinə müraciət edə bilərlər.

[47] "Həbibus-seyr", 2-ci cild, səh. 12.

[48] "Ehqaqul-həqq", 3-cü cild, səh. 92.

[49] "Əl-mizan", 11-ci cild, səh. 327, bəhs etdiyimiz ayənin təfsirində.

[50] "Nurus-səqəleyn", 2-ci cild, səh. 482-485.

[51] Yenə orada, səh. 483, hədis: 19-20.

[52] Müxtəlif sənədlərlə nəql olunan, lakin “təvatür” həddinə çatmayan rəvayətə deyilir.

[53] "Hücurat” surəsi, ayə: 15.

[54] "Kəbir” təfsiri, 16-cı cild, səh. 221.

[55] "Ehqaqul-həqq", 3-cü cild, səh. 297.

[56] Yenə orada.

[57] "Nurus-səqəleyn", 2-ci cild, səh. 280, hədis: 392-393.

[58] Yenə orada.

[59] "Burhan" təfsiri, 2-ci cild, səh. 170.

[60] "Əl-mənar", 5-ci cild, səh. 181.

[61] "Kəbir” təfsiri, 10-cu cild, səh. 144.

[62] "Səhihi-Müslim", 3-cü cild, "əmarə" kitabı, "vücubu taətil-uməra..." bölümü, səh. 474.

[63] Yenə orada, "vücubu taətil-uməra..." bölümü.

[64] “Nəhcül-bəlağə", “qısa kəlamlar”: 165.

[65] İslam peyğəmbərinin (s) Mədinə şəhərinin yerli sakinlərindən olan səhabələri “ənsar” (yardımçılar) və Məkkə şəhərindən gələn səhabələrə isə “mühacirlər” (hicrət və köç edənlər) adlandırılmışlar. (Müt.)

[66] "Yənabiul-məvəddət", səh. 114-116.

[67] "Şəvahidut-tənzil", 1-ci cild, səh. 148, "Beyrut" çapı.

[68] Əlavə mə’lumat əldə etmək istəyənlər "Burhan" təfsirinin 1-ci cildinin 381-387 və "Kənzüd-dəqaiq" kitabının 3-cü cildinin 437-452-ci səhifələrinə müraciət edə bilərlər.



Geri   İrəli
Go to TOP