A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Xumeyni (r)-in arifanə şerlərindən tərcümələr
Müəllif: İmam Ruhullah Musəvi Xomeyni
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 20
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


MƏRHUM İMAM XOMEYNİNİN ARİFANƏ ŞERLƏRİNDƏN TƏRCÜMƏLƏR

MƏCMUƏLƏRİNDƏN

Fərvərdin, 1373-cü il

1

Var elə gözmü görməsin Ay kimi nurlu surətin?

Hansı qulaq eşitməmiş yüksələn haqla dəvətin?

Hamı cahanda axtarır təkcə ayağının izin

Yox elə əl uzanmasın süfrənə varsa nemətin.

Eşq yolunda yolçuyam, xirqə və məsnəd atmışam,

İki cahana vermərəm könlüm açan vəcahətin.

Qəddini sərvqədlərin almaz o kəs qara pula,

Kim yuxuda görüb sənin bir kərə sərv qamətin.

Qibləsi olmasın deyə, hansı yana çevirsin üz?

Kim ki, cahanda axtarır mənzilini o afətin

Hər tərəf eşq mənzili, yarım o yerdədir mənim,

Korbeyin axtarar əbəs, məskənini tapar çətin.

Mən nə deyim ki, görmədi, görməyəcəkdir axtaran,

Çatma qaşınla xaç telin qeyri olan vəcahətin.

Elmü ağıl büsatını yığdı, üzüldü eşq ilə,

Hər o kəsin ki, başına vurdu sənin məhəbbətin.

Bu qələmi qırıb da, bu dəftərimi cırım gərək,

Şərh edə bilməsəm əgər cilvəsini məlahətin.

Gəlmişəm meyxanəyə, çün ehtiyacım var buna,

Gəlmişəm səcdə edəm əhli-təriq əshabına.

Sirr xəlvətxanısindən yox əlimdə bir xəbər,

Sirbilən piyri-müğanın gəlmişəm dərbarına.

Asitanından məni min zillətilə qovdular,

Bağrıbağlı dönmüşəm səhradan indi yanına.

Zahid öz səccadəsi, sufi dəxi öz xirqəsi,

Mən də öz nəğməmlə gəldim muğların dərgahına.

Deyrdən qəm tapdığı könlümə getdim məscidə,

Yana-yana gəlmişəm, qalmış ümidim tək sana.

İki aləmdə üzün nürü ki, qovqa qaldırıb,

Yüz diləklə gəlmişəm hər zərrənin ünvanına.

X X X

2

Çatması kəc qaşının qibleyi-mehrabımdır,

Hörüyün eşməsi əsrari-təbu tabımdır.

Könül əhlinin əgər vəsfdə var abadı,

Üzünü, zülfünü öymək mənim adabımdır.

Hər nə ki, gördüm həriflərdən ayıqlıqdan idi,

Məstlər içrə ayıqlıq, yuxu ərbabımdır.

Müddəilər üzər elmü əməl okeanında,

Huşsuzam, məstəm, mey sağəri girdabımdır.

Öz günahından hamı tövbə edib, üzr istər,

Tövbəkarım mənə taətdəki əhbabımdır.

Vermərəm mən bu yolu başqa yola vəllahi,

Yoğrulan gül üzün eşqiylə geli-abımdır.

Hər kəsin bir payı vardırsa qəmü şadlıqdan,

Mayası şadlığımın camda-maye-nabımdır.

X X X

3

Xoş o gündən ki, hamı sakini-meyxanı olaq,

Çıxaraq ağlın əlindən dəli-divanə olaq.

Qıraraq güsgüsünü fəlsəfənin, ürfanın,

Bütlərin məskəni bu karvana biganə olaq.

Xanəqəh, deyri atıb, mədrəsəni tərk edərək,

Varlığı tapdalayıb, dəhrdə fərzanə olaq.

Özümüzdən keçərək, vasil olaq dildarə,

Şəmi tək ay üzünün valehi pərvanə olaq.

Hamı bəndi qırıb, hər danəyə göz dikməyərək,

Çalışaq bəlkə şikari-boti-yekdanə olaq.

Əql sərxoşluğunu başdan ataq, huşa gələk,

Bir qədəh badə ilə aqili məsdanə olaq.

X X X

4

İki dünyanı kökündən çıxaran dərvişdir,

Zahirə, batinə bağları qıran dərvişdir.

Xanəqəh, xirqə yaraşmaz işinə rindlərin,

Ondan həm bundan uzaqda dayanana dərvişdir.

Başa dərviş tacı qoymuş hamı dərviş deyil,

Papağa, can-başa biganə olan dərvişdir.

Qurma zikr halqası, zənn etmə yarım zakirdir,

Zakiri ortada zakir tanıyan dərvişdir.

Kim cəmaət arasında desə «mən dərvişəm»,

O, həqiqətdə deyil, dildə qalan dərvişdir.

Könlünün əmri ilə dərviş olan bir sufi,

Quludur hümmətinin, bəs qul haçan dərvişdir.

X X X

5

Kirpiyi, qaşı onun oxla kamandır hələ də,

Zülfünün silsiləsi ətir salandır hələ də.

Biz hamı getmədəyik başdakı sövda yolunu,

Osa dilbərlik ilə canlar alandır hələ də.

Biz sığındıqsa onun sərv boyu sayəsinə,

Anlamımdın mənim o sayə nəhamdır hələ də.

Məndə yoxdur elə can-baş ki, ona hədyə edim ,

Özü başdan ayağa ruhi-rəvandır hələ də.

Bağrı yanmış mən onun şəm üzü pərvanəsiyəm,

O gözəl üz ki, əyan idi, əyandır hələ də.

Mələyin bizlərə çatmaz əli fəxr etməkdə,

«Əlləm-əl-əsma» sözü dildə rəvandır hələ də.

X X X

6

Sübh əzəldən sənə sarı bu karvan gedər,

Çatsa da sonsuz gecə, təkcə bu yoldan gedər.

Valehü-heyran hamı eşqin ara qərq olub,

Bağrı yanar hər biri tabü-təvandan düşər.

Qaldır üzündən niqab, göstər o rüxsarını,

Zahirə çıxsın o ki, cümlə dalıncan gedər.

Pərdə nişin dilbərim görmək üçün gül üzün,

Can uduzub qəlbini, qəlb isə candan keçər.

Meykədə də rindlər yadın ilə məst olar,

Bəlkə də, zahidləri adın ilə mürgülər.

Çatma qaşındır kaman, ox qara kipriklərin,

Gəl bu yanar könlümü al hədəf, ey simbər!

X X X

7

Ay üzün həsrət odunda alışıb-yanmadayıq,

Nə qədər biz bu qəmin dərdinə qatlanmalıyıq?!

Görməsən gül üzün hicran gecəsi bitməz olar,

Nazlanırsan hələ də, sizsə niyazlanmalıyıq.

O gün olsun açasan qapımızı, pərdəmizi,

Başla, canla ayağın altına yaslanmalıyıq.

Bir işarətlə görüş vədəsi versə bizə yar,

Qəbrdə saz ilə, avaz ilə şadlanmalıyıq.

İnanarsaq ki, sığınmaq yerimiz vardır evimdə,

Nə sənəmxanəyə, nə Kəbəyə yollanmalıyıq.

Saqiya, gizli o küpdən ki, onu yad görə bilməz,

Sirdaşam canımızı tök ki, biz hallanmalıyıq.

X X X

8

Bilmirik biz ki, ona aşiqi-zarıq hamımız,

Məstü-avarə o gülüzlüyə xarıq hamımız.

Tərk edib hər iki dünya evini, bilməyirik,

Qəmzəsi ardıca səhrada qaçarıq hamımız.

Eşq meyxanəsi sakinləriyik əvvəldən,

O qəribə kuzədən məstü-xumarıq hamımız.

Gülşənindir ki, onun hər nədə yaxşı qoxu var,

İyləsək onları yar ətri duyarıq hamımız.

Nə macal var, nə cəmil yarın üzündən başqa,

Qəmi ilə danışıb, həm də susarıq hamımız.

Bilmədən ki, hamımız baş itirib, heyranıq,

Səy ilə, üz-üzə hər yerdə durarıq hamımız.

X X X

9

Sən ki, adəmzadəsən bəs «əllaməl-əsma» hanı?

«Qabə-qovseynin» hara getmişdir, «ov ədnan» hanı?

Dar acağında çəkirsənsə «əməl-həğ» nərəsi,

Həqtələbsənsə, bu cür «inniyyətin», «innan» hanı?!

Saf sufisənsə, əynindən çıxar bu xairqəni,

Dəm vururdun çox özündən şeypurun, zurnan hanı?!

Ey qələndər, satma zahidlik üzündən tökmə su,

Söylə, zahidsən əgər tərk etdiyin dünyan hanı?

Bu ibadətlər ki, etdik kəsbdir ən yaxşısı,

İddəan ixlas, özünsən xudpəsən, mənan hanı?

Əl çək ey mürşid məni dəvətdən öz ətrafına,

«La ilahən»dinlədim, bəs ardıcıl, «illan» hanı?

Təbi künd şair, o murdar xaməni qır, at daha,

Xalqı az incit, utan, Allahdan pərvan hanı?

X X X

10

Pərdə qaldır, daha naz etmə, camalın göstər!

Bağrıqan aşiq o rüsxarını görmək istər.

Ətəyindən sənin ey dost, daha çəkmərəm əl,

Xəstə canımda rəqəm, ya ki, nəfəs var nə qədər.

Gözəlim, hüsnün önündə nə qədər dilbər var,

Dalğalı bir dəniz üstündə saman tək görünər.

Qanadı yansa bahardan pay alamaz bülbül,

Qarğa meydan sulayar, arı səsiylə öyünər.

Ürəyim dərdinə kimdən, haradan çarə gəzim?

Mən kimi haq arayan varmı ki, fəryada yetər.

Belə hay-huy, belə qovğa ki, afaq tutar

Karvanın zənc səsidir, mənzili dildarə gedər.

X X X

11

Yol verin, əl çala-çala kuyi-nigarə gəlmişəm,

Rəqs edərək, qulaq asam nəğmeyi-tarə gəlmişəm.

Hasili ömrümün əgər bir ötəri baxışı da,

Qəlbim o bir baxış üçün gör necə parə gəlmişəm.

Can gətirər zərif əlin yazda verərsə cami-mey,

Yazdır, o badədən tamam ömri-dübarə gəlmişəm.

Fəsli-tərədə mütrübü-eşqin hara qoyub gedib,

Mən tərəf eşqinə düşüb, məst o diyarə gəlmişəm.

Meyxanədə açım ki, mən qətlgahımdan eşqimin,

Baxmaq üçün doyunca o laləvüzarə gəlmişəm.

Zöhd libasını cırıb, atmışam hər bəla toru,

Vəcd ilə valeh olmağa, sevgili yarə gəlmişəm.

Görməyə qəlb Kəbəmin gül üzünün səfasını,

Dal çevirib Səfaya mən, şəhri-nigahə gəlmişəm.

X X X

12

Üzümə meykdənin ki, qapısın bağladılar,

Qəmimi meysatana etməli oldum izhar.

Eşq peymanəsi, ol saqiyə qurban gedərəm,

O gözələ surətə qəlbi dolusu eşqim var.

Yanaram şəmi odunda necə bir pərvanə,

Məcnunam, bir dəli-divanə, yerim səhralar.

Kimə bu qəmli könül sirrini izhar eləyim?

Könlüm o köhnə sənəkdən qədəh ilə mey umar.

Mey dolu camı gətir, al kitabı qarşımdan,

Burda axtardığını bəlkə könül orda tapar.

Elmin, ağlın hörümündən mey içib ayrılıram,

Bəlkə zülfü hörümündən mənə yer versin o yar.

X X X

13

Kim onun kuyunə baş qoymasa azadə deyil,

Dərgahında canını verməsə, dildadə deyil.

Yoxluğu eşq yolunda elə ey dost qəbul,

Kimdə varlıq həvəsi var, o bəşərzadə deyil.

Biz və sən eşq yolu rəsmini hardan bilirik?

Huşu başında olan məsti-meyü-badə deyil.

Kuyuna qoymaq ayaq başa ayaq qoymaqdır,

Özünü var tanıyanlar buna amadə deyil.

Uzun illər tələb eylər tapasan yol eşqə,

Meyxana rindlərinə xas bu yol, sadə deyil.

Dərvişin xirqəsi şah tacı kimi bir şeydir,

Tac qoyan, xirqə geyən fərqi bu mənada deyil!

Rəngə, ətrə vurulan dilbər üzü görməyəcək,

Hər kimin var belə eybi, o, azadə deyil.

X X X

14

Bahar gəldi aparsın qəm, yeni qəmlər əyan oldu,

O qəddi sərv dərdindən ürək, can laxta qan oldu.

Sevənlər dəstə-dəstə bağlayıb yük köçdülər, amma,

Bizim əhvalımız, qaldıq geri, xeyli yaman oldu.

Gülün hicrində bülbül, bülbülünsə gül fərağında,

Gülüstanda hərə öz şivəsi ilə nəğməxan oldu.

Səba dildarımın gül çöhrəsindən örtüyü aldı,

Mənim tək döndü Məcnuna ona hər kim baxan oldu.

Bahar gəldi gülüstandan soyuq qaçdı, sarı getdi,

Günəşdən bac yaşıllandı, çəmən gülgun liqa oldu.

Bahar gəldi, bahar gəldi, gülüzlü növbahar gəldi,

De aşiqlər mey içsinlər, xumar qalmaq fəna oldu.

X X X

15

Ləzzətini eşqinin, mən tək ürəkdən sevən aşiqi-nalan bilər,

Təkcə o Məcnundu ki, hicrdə ləzzət duyar, vəsli də hicran bilər.

Olmamısan dağçapan hicranın şirinliyin dadmamısansa hələ,

Naz ilə kim bəslənər bağrıqan insanların möhnətin hardan bilər?

Şirinin şirinliyi, izzəti, ülviyyəti Xosrova çatmaz əli,

Ondakı ülviyyəti, izzəti Fərhad özü çəkdiyi ahdan bilər.

Dəhrdə Yusif gərə, taki Züleyxa quran hər tora aldanmaya,

Yoxsa necə Ay, Günəş hüsnü önündə onun özlərin heyran bilər.

Dəryada kim qərq olar, gördüyü ancaq sudur, cuşa gələn dalğadır

Eşq çölündə gəzən, qup-quru sahilləri bağü-gülüstan bilər.

Cilvəsinin əvvəli, axırı yoxdur mənim sevgili cananımın,

Necə, nə çün bilməyən eşqimiz əvvəl nədir, həm də nə payan bilər.

X X X

161

Getmə meyxanayə sən kor-korana, ey huşyar,

Eşq evində bu riya paltarını geymə çıxar!

O evin sakini aşiqlər, əliboşlardır,

Oraya basma ayaq, səndə əgər bir şey var!

Vermisən deyrə könül, təsbihin aludəsisən,

Umma ki, meyxanaçı sağərinə mey damızar!

İstəsən sirlərin sirrinə agah olasan,

Qır o təsbihi, bu deyrin qapısından qurtar!

Yoxsa aşiq tək əgər eşq yolundan xəbərin,

Yolu ver yolçusuna, öz başına sağlam apar!

Bu toru aç ayağından, parala, qır qəfəsi,

Aç qanad uç, sənə yurdunda verər yer dildar!

X X X

17

Hiyləgərlər bu cahanda nə sevir, bixəbərik,

Müstəqil fikri olanlar nə çəkir, bixəbərik.

Başısevdalıyıq, aqillərin olmaz xəbəri,

Bizsə, huşyarlar hədər nə deyir, bixəbərik.

Üzünə aşiq olanlardan alınmazsa xəbər,

Bixəbərlərdən əlac tək belədir, bixəbərik.

Gizlidir pərdə açanlardan eşqin sirri,

Sirriçin, pərdə carınlar nə edir, bixəbərik.

Sirr budur, aşiq olan məstü-xərabati alar,

Bilmirik kim bu yolu öndə gedir, bixəbərik.

Öz əlinlə bizə bir cam ötür, ey saqi,

Özgələr harda, necə keyf eləyir, bixəbərik.

X X X

18

Ətir dükanımı, ya ki, bu yerdən ötmüş yar?

Nigar surətimi, Aymı bəzmə nur saçar.

Onun yanından ötübsən səhər nəsimi, məgər,

Ki, ruha qüvvə verər, ətri aləmə dağılar.

Bu qəlbiparəyə lütfünlə qıl kömək, ey dost,

Ümid yolu üzümə aç nazınla ey dildar!

Hərif açıb qapını, yol veribdi meygədəyə,

Sən öz əlinlə mənə ver, ey gülüzlü nigar.

Şərab küpü sağ ikən, düşdü sağər əldən əgər,

Küp ağzını açaraq, qüssədən məni qurtar.

İcazə ver, soyunum mən bu hiylə xirqəsini,

Atım kənara, qoyum üz ayağına, ey yar!

X X X

19

Bağdan gül ətri yüksəlir, sanki yarım orda olub,

Yarın adıyla bağda bir şənlik günü bərpa olub.

Hər ölkədən etsən güzər, hər zümrəyə salsan nəzər,

Yüz dildə, yüz sözlə onun bəhsi gedər, qovqa olur.

Qəlboxşayan sərvindir, canım onunla ruhlanar,

Gəl, sayəsində lütfünün əyləş, bu yer nurla dolar.

Sən bu qıfıllar qır, at, çıx bu qəfəsdən aç qanad,

Son mənzilə ilk addım at, yardan soraq onda olar.

Bu bəndi parə-parə et, bu dərdlərə bir çarə et!,

Avarə ol, avarə et, kimsən, nəsən, ifşa olar.

Bil, bu rəqəmlər olmaz həll, xam xəyalatdan çək əl!

Saqi əlindən cami al, bir cam ki, onda «la» olar.

X X X

19

Evi, kaşanəsi yox, kim ona aşiqdir əgər,

Quş qanadsızsa, nə dinə, nə də bağ dərdi çəkər.

Hüsnünə yarın əsirsənsə, yox ol, ol kəpənək

Varlığa bağlana bilməz kəpənək zərrə qədər.

Var-yoxu tərk eləmək mey içənin adətidir,

Əhli-meyxanə edər sahibi-sərvətdən həzər.

Oxşamaz əql elmin yolu divanəliyə,

Demə divanə bu tor, bu danə kim salsa nəzər.

Məstü divanə ol, öz nəfsinə qal biganə,

Təkcə bu yolla gedən dost vüsalın yetər.

X X X

20

Meyxanəni açmaq gərək, gül fəslidir gəlmiş bahar,

Baş endirək ol səmtə ki, aşiq onu qiblə sayar.

Sübhün nəsimi bağdakı aşiqlərə müjdə verər,

Könlümdə yer vermə iki dünyada hər nemət ki, var.

İndi ki, sərvin yam-yaşıl əndamına əl çatmayır,

Məcnun söyüd baş endirib, aşiq əli ondan tutar.

Könlüm əgər gülüzlülər eşqində qəm dəryasıdır,

Meydə əlac axtarmalı, sağər meyə çarə tapar.

İndi əgər əl çatmayır gül bağının damanına,

Bir sərvqamət dilbərə bax şövq ilə, ləzzət apar!

X X X

21

İstərəm bir elə qəm ki, mənə qəmxar olasan,

Könül istər ki, mənə yari-dilazar olasan.

Aləmin qiyməti qalmaz mənə bir zərrə qədər,

Gər bu aləmdə mənə yar olasan, yar olasan.

Öpərəm dar ağacından, ölərəm şad, aram,

Sən əgər o ağac altında negəhdar olasan.

Verərəm can, başımın ağrısına «uf» demərəm,

Sən əgər xəstə bu canıma pərəstar olasan.

O gün ki, ey yar cahanda olaram bayraqdar,

Ki, cahan içrə mənə sevgili sərdar olasan.

«Tabə qövseynə» çatar başım, əgər ey günəşim,

Bir qaranlıq gecə nurunla havadar olasan.

Çəkərəm qəmli bu könlümdə əmanət yükünü,

Nə əmanət verirəm hafizi-əsrar olasan.

X X X

22

Varsa əfsanə cahanda dili-divanəmdir,

Eşq şəminə yanan qəlb, özü pərvanəmdir.

Zülfü aşiqlərinin qəlbinə tordursa, əgər,

Dodağı üstə qara xalı mənim danəmdir.

Nazlı dilbərlərin aşiqlərinin qovğası,

Həll edən rəmzü-niyazları mənim xanəmdir.

Meykədə guyi ilə eşq səfası çəmənin,

Üzümün taqü-rəvaqı hamı kaşanımdir.

İldırım nərəsi yanmış canımın naləsidir,

Eşq dəryası mənim qətreyi-məstanəmdir.

Şanəmin dişləri yar zülfünə kim həmdəm olub,

Səcdəgahı mələyin indi mənim şanəmdir.

X X X

23

Könlümü verdim sənə, yox kimsəm səndən səva,

Sənsən ey cani cahanı tək çatan imdadıma.

Ey misilsiz gül, sənin rüsxarına mən aşiqəm,

Sənsiz Allaha qəsəm, canım da düşməz yadıma.

Mən sənin həmrahınam, bir an belə ayrılmaram,

Neyləyək, bir zəng səsi bizdən yetişməz yanına.

Pərdəni qaldır üzündən təkcə rüsxarın görüm,

Bundan özgə istəyim yox, and o şirin canına.

Olmasan qoynumda sən ey pərdəli canan mənim,

Almaram Qüdsü, satarlarsa əgər bir arpaya.

Cənnət, huri, qəsrlərdən söhbət açma gəl mənə

Dost üzündən başqa sınmaz bir gözəllik canıma.

X X X

TƏRCİ-BƏND

Məstlərin üzünə küpü aç bir an!

Havapərəstlərdən kənarda dayan!

Varlığın sirrini qəbul et məndən,

Məktəbdə dözümlü uşaq tək hər an!

Təravət bəxş elə səfa gülünə,

Sən ol yaz buludu, gülsə gülüstan!

Onun camalının tarixçəsi ol,

Dinlə nə söyləyir hezar dastan.

Qaldır piyaləni, ucadan oxu,

Yoxsul sərxoşlara bir belə dastan!

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Şahidəm, bu şəhər mənə aşina,

Şaham, sevdiyimdir sadə bir kəda.

Aşiqlər fovcunun fərmandehiyəm,

Mütiəm fəvasız yar fərmanına.

Şəhəri çulğam şəmi şövkətim,

Oyuncaq olmuşam tanışa, yada.

Sərxoşam içdiyim o saf şərabdan,

Sevgili yarımdan düşmüşəm cüda.

Aşiqlər deyrini yaradan mənəm,

Var-yoxun uduzmuş rindi-binəva.

Ruhumdan bu nəğmə qopdu nagahan,

Can, könül, dilimdən yüksəldi nəva.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Yengimin içində gizli bir sirr var,

Ağlımın, dinimin rəmzi sayılar.

Sərxoş aşiqlərin sıralarında,

Nə barış, nə savaş mənə gələr ar,

Fəzada quşların cərgəsindəyəm.

Yerin halqasında dənəm aşikar.

Aşiqlər gözündə eləyəm, elə.

Saliklər baxanda belə sanarlar,

Yarın camalına heyran olmuşam.

Cənnət bağçasından düşmüşəm kənar,

Gülüzlü yarımın göz qırpımından.

Dilim varmasa da, deyərəm bunu,

Nazənin gözəllər yanında aşkar.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Bir aşiq ağlayıb, qopardı şivən,

Dostuna söylədi, yapış əlimdən.

Dost onu gətirdi şərabxanəyə,

Bəlkə tövbə tapa bir pir əlindən.

Bir daha eşqdən söhbət açmaya,

Fəqirlik kədəri silə könlündən.

Keçməzsə həyatın bir dərviş kimi,

Dilbərin hicrində düşüb ölərsən.

Meyxana öyünmək yeri deyidir,

Günahdan başını yerə dikərsən.

Şirincə üz tutub bütün dostlara,

Astaca, cürətlə belə deyərsən.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Səmavi aləmin gur səsi olan,

Əbədi çağırışın bir timsalısan.

Sən, ey dağ qülləsi eşqin, aşiqin,

Zahirin, batinin mürşidi insan.

«Ənəl-həqq» ömrünün kamal cilvəsi,

Cahanın ən yüksək ərşidə duran.

Ey eşqin ildırım görmüş Musası.

Laməkan Turunun cilvəgahından,

Sərmədi sirrinin nur aləmində.

Şəcərəsi səndən zühura varan.

Fani qələrdərlər cəmiyyətində.

Lahut sirri kimi aç, eylə bəyan.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Ey uzağı görən, ey Puri-Azər!

Görməyən haqq necə zavala gedər?

Ey fəraq atəşi dünən gülşənə,

Od səni görəndə soyuyar, sönər.

Qaldır hicabı yarın üzündən,

Gül kimi səfalı camalı göstər!

Dildarın Ay üzü, gül yanağından,

Oldu qələndərlər şəhri münəvvər.

Zülfünün qıvrımı oldu pərişan,

Batdı gül ətrinə aləs sərasər.

Dərvişin qulağı, qəlbi ruhuna,

Yüz dillə təkrar et bu sözü əzbər.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

Dözümlü rindlərin uzağı görən,

Dərviş önliklərin cərgəsindəsən.

Rahib sifətlilər, əldə qədəhlər,

Meydən sərxoş olub, özün itirən.

Zahidlər səfində şərab içənlər,

Alim sifətində pis iş görənlər.

Dildara yetişmək yolunda hamı,

Əl üzən dünyada baldan, zəhərdən.

Aləmi unudan bir qədəh meylə,

Bağrı qan meyxorlar, xəlvətgahımdan.

Eşqdən məst olub, fəryad qoparar,

Qəlbi pak, həyatdan əl üzənlərdən.

Ey varlıq sirinin dönüş məqamı

Al, iç dost əlindən məst edən camı!

X X X

RÜBAİLƏR

Ey məclisin şəmi olan xəstələrin,

Ey dərdinə dərman sayılan xəstələrin.

Gəl ol təbibim ölüm yatağımda mənim,

Ey dərdi əliylə sağalan xəstələrin.

Qəlbimdə sənə olmadan qərarım yoxdur,

Ey dost, bir özgə qəmküsarım yoxdur.

Divanə olub ağlımı başdan atdım,

Sənsən diləyim, ağılla karım yoxdur.

Ey çöhrəsi xəlvətgahım nur verən,

Adıyla sınıq qəlbimi Tura çevirən.

O sərvi-rəvanına gözəllik bağının,

Naqis nəzəri ilə mən kimi yoxdu görən.

Səndən kimə çatdırım bu fəryadımı mən?

Sən tək dad alandan istəyim dadımı mən?

Lütf et səni bir baxışla mən elə süzüm,

Bu işdə unutdurum yüz ustadımı mən.

Ey göz, qapıda, bucaqda gör yar üzünü,

Hər yerdən qulaq dinlə onun xoş sözünü!

Ey eşq, arayıb yarımı tap hər yerdə,

Bağla ey ağıl, xəbərsiz olmaq gözümü!

Ey adı sökün canlara ruş bəxş eyləyən!

Mehrinlə yaralı qəlbə dərmansan sən.

Zülfün toruma bütün könüllər düşmüş,

Hər dində hamı xəbər tutan var səndən.

Hər kəs ki, qədəm, mərifətullaha qoyar,

Hər zərrədə, hər yerdə o, Allah arayar.

Atmazsa, unutmazsa o, öz varlığını

Şirkə qapanar, vəhdətin ətrini duyar.

Müsa olmadan Kəlim ola bilməzsən,

Tura yol alıb müqim ola bilməzsən.

Həqq cilvəsi səndən səni qurtarmazsa,

Yari-əzələ nədim ola bilməzsən.

Çoxmu öz işimdən belə fəryad eləyim?

Öz etdiyimə hara gedim dad eləyim?

Taətlərimi günah sayarsanmı əgər,

Onda günahımdan necə bəs yad eləyim?

Ancaq yarasa camalına həsrət olar,

Parlaq üzünün Günəş qədər şöləsi var.

Bir sirdir hər nə var iki aləmdə,

Hüsnün işığında onlar izhar olar.

Fərzanə ol, at fərasəti, qafil ol!

Elm ilə hünərdən həzər et, cahil ol!

Addımla səfehlik, dəlilik yolları,

Ya dosta yetiş, ya götür əl, aqil ol!

Xoş gündür o gün ki, öz-özün tərk edəsən,

Dərviş olub, hər iki cahandan keçəsən.

Tüğyan edərək, hər nə ki, var yandırasan,

Hər dini atıb, sidq ilə «ya həqq» deyəsən!

Əfsus, keçi, getdi cəvan günlərimiz,

Fani bu cahanda olmadı xoş dəmimiz.

Dünya nə üçünmüş hələlik gizli qalır,

Bir ömrü güman ilə başa verdik biz.

Şəmin oduna düşübdü pərvanə könül,

Mütləq ki, buraxmaz onu qəmxanə könül.

Dərvişlər olan cərgədən əlbət qovular,

Divanə sifət olmasa divanə könül.

Dərviş məqamına çatan tək sənsən,

Sən bu yaralı qəlbim üçün məlhəmsən.

Tufan gəlir, güc məni qərq etmək üçün,

Sal yadına yol öz gəminə göstərəsən.

Dostlar, bizə, bağrımızdakı qanə baxın!

Bu öldürücü bəlalı tufanə baxın!

Şur ilə, nəva ilə dolu qəlbimdə,

Asudə, üzüdönük o cananə baxın!

Göyçək üzünün şəminə pərvanə mənəm,

Şik qamətinin vurğunu, divanə mənəm!

Dilbər gözəl, hicrində pərişan oldum,

Aç üzdən hicabı ona biganə mənəm.

Kuyunda məkan salmayım, bəs nə edim?

Rüxsarına valeh olmayım, bəs nə edim?

Zülfün telinə əsirəm, ey canı-cahan,

Zəncirinə bağlı qalmayım, bəs nə edim?

Dostlar, kömək eyləyin ki, yaxşı düşünüm,

Keçsin özümə özüm yad olmaqla günüm.

«Təkbir» dildə üz tutum Məhbuba,

Xirqə soyunum, dərviş olub da öyünüm.

Dostlar, yığılanda virdimiz adındır,

Azadə o şəsdir ki, azadındır.

Şirin ləb, o şirin xət, o şirin söz ilə,

Kim fəxr ilə söyləməz Fərhadındır?!

Ey dost, sənin eşqinə düçarıq hamımız,

Hüsnün yadı ilə dağ darıq hamımız.

Qovsan da bizi, əgər qəbul etsən də,

Qəm kuyinə üz tutub qalarıq hamımız.

Heç qəlbdə səndən özgəyə yoxdur həvəs,

Səndən savayı dadə yetişməz bir kəs.

Yox öylə könül ki, yanmasın eşqin ilə,

Çatsan dadına könüllərin, olmaz əbəs.

Ey dost, göz aç, hali-dili-zarımı gör!

Bu başıbəlalı cani-bimarımı gör!

Məhrum edəcəksən nə qədər vəslindən?

Ey can, məni sarsıdan bu azarımı gör!



  İrəli
Go to TOP