A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nəss qarşısında ictihad
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 228
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Buna əsasən, hənbəlilər “müəllifətu qulubihim” barəsində olan aşkar hökmə mürsilə məsləhət səbəbi ilə qeyd vurmurlar. Bu və başqa hallarda aşkar buyuruğun, nəssin mövcud olduğu zamanda İmamiyyə, Şafei və Hənbəli firqələri kimi əməl edirlər.

Maliki firqəsi də qeyd olunan nəss və sairənin olduğu hallarda həmin əsasda əməl edirlər. Çünki onların mürsilə məsləhəti şərt və mötəbər, nəss ilə təzadlı hesab etmələrinə baxmayaraq, onu, sübuta yetməsi qəti olmayan hökmləri (vahid xəbər kimi) təzadlı bilirlər. Onlar mürsilə məsləhətləri Quranın ümumi şəkildə buyurduğu və dəlaləti qəti olmayan ümumi hökmlər ilə də təzadlı bilmişlər, lakin sübutu və dəlaləti qəti olan hallarda (müəllifətu qulubihim nəssi kimi) “mürsilə” məsləhətləri onunla təzadlı hesab etmələri qeyri-mümkündür.[86] Çünki bu nəssin sübutu və dəlaləti qətidir.[87]

Sözün qısası budur ki, bütün islami məzhəblərdə, ustad Dəvalibinin dediyi və bizim izah etdiyimizə əsasən üsuli-fiqh elminin qanunları “müəllifətu qulubihim” haqqının ləğv edilməsinə heç vaxt icazə vermir.

Əgər sünnü alimlərinin birinci və ikinci xəlifənin bu qrupun payını, başqa sözlə, Quranın aşkar şəkildə vacib etdiyi haqqı batil etmələri barəsində fikir birlikləri olmasaydı,[88] onda deyilə bilərdi ki, birinci və ikinci xəlifə bu haqqı onlara verməməklə heç də ayənin hökmü ilə müxalifət etməmişdilər. Çünki Allah zəkatın xərclənməsi üçün 8 qrup saymışdır (fəqirlər, miskinlər, zəkat işçiləri, müəllifətu qulubihim, qullar, borclular, Allah yolunda və yolda qalan şəxslər üçün) və zəkat bu şəxslər üçün istifadə olunmalıdır. Ayə onların ayrı-ayrılıqda hər birinə verilməsini qeyd etmir.

Buna əsasən, hər kəs öz malının zəkatını adları qeyd olunan bu səkkiz qrupdan birinə xərcləyərsə şəri vəzifəsini yerinə yetirmiş olur. Həmçinin, hər kəs onu 8 qrupun hamısına bərabər şəkildə bölüşdürsə, yenə də vəzifəsini yerinə yetirmiş olur. Bu məsələ barəsində bütün müsəlmanlar fikir birliyindədir və Peyğəmbərdən sonra bütün nəsillərdə ona əməl olunurdu. Deməli, əgər Əbu Bəkr və Ömər həmişə sabit qalıb qüvvədən düşməyən bu hökmü ləğv edərək onun əksinə əməl etməsəydilər, onda Ömərin əməlinin və Əbu Bəkrin onu təsdiqləməsinin heç bir eybi olmazdı!

Bəhsi sona yetirməzdən əvvəl qeyd edirik ki, ustad Dəvaləbi (əvvəllər dediyinin əksinə olaraq) İmamiyyə şiələrinə iftira da atmışdır. O deyir: “Şiələr mürsilə məsləhəti mötəbər bilir və onu qət”i nəss və hökmlərdən üstün hesab edirlər.”[89]

Halbuki, onun dediyi bu mətləbin heç bir əsası yoxdur və bu, şiə alimlərinin heç birindən nəql olunmamışdır. Amma Süleyman Tufiyə gəldikdə isə, o, ifratçılardandır (ğali), biz onları həmişə özümüzə düşmən bilmişik, Dəvalibi də onların günahını bizim üstümüzə yıxır.

Bu məsələ barəsində İmamiyyə şiələrinin nəzəri əvvəlki səhifələrdə qeyd etdiyimizdən ibarətdir və bütün şiə alimləri bu məsələ barəsində tam fikir birliyindədirlər. Onların yazdıqları üsul kitabları da hər yerdə mövcuddur. Yaxşı olardı ki, ustad Dəvaləbi şiənin əqidəsində İbni Hənbəlin kitabına əsaslanmaq əvəzinə bu barədə bizim nəql etdiklərimizi mötəbər hesab etsin.

(6) “Zil-Qurba” PayInIn lƏğv edilMƏsi

Peyğəmbərin yaxın adamlarının beytül-maldan olan payları barəsində Quran aşkar şəkildə belə buyurur:

“Bilin ki, həqiqətən ələ gətirdiyiniz hər şeyin beşdə biri (xümsü) Allahın, Peyğəmbərin, onun yaxın adamlarının, yetimlərin, yoxsulların və yolda qalanlarındır. Əgər Allaha və “Fürqan” günündə–iki qrupun qarşılaşdığı gündə öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, Allah hər şeyə qadirdir.”[90]

Ayədəki “min şəy”in” ÂÊÚ†gÓÍÚ¡Ì kəlməsi “ma ğənimtum” «“†⁄ÓÊÂÚ ÔÂÚ kəlməsindəki «“-nı bəyan edir. Buna əsasən ayənin mənası belə olur: İstifadə etdiyiniz hər şeyin–istər az olsun, istərsə də çox, hətta bir ip olsa belə, onun xümsü (beşdə biri) Allaha, Peyğəmbərə və onun yaxın adamlarına məxsusdur.

Buxari və Müslüm öz “Səhih” kitablarında rəvayət etmişlər ki, Peyğəmbəri Əkrəm Əbdül-qeysdən gələn heyətə göstəriş verdi ki, Allaha iman gətirsinlər, sonra buyurdu: Bilirsinizmi, Allaha iman gətirmək nə deməkdir?

Dedilər: Allah və Onun Peyğəmbəri daha yaxşı bilər.

Peyğəmbər buyurdu: İman–Allahın birliyinə və Muhəmmədin risalətinə şəhadət vermək, namaz qılıb, zəkat vermək, Ramazan ayının orucunu tutmaq və ələ gətirdiyiniz şeylərin xümsünü verməkdən ibarətdir.”[91]

, (Əgər Allaha iman gətirmisinizsə) cümləsinin mənası budur ki, xüms ayədə qeyd olunan sahibinin qanuni haqqıdır və onlara verilməsi vacibdir. Belə isə, əgər Allaha imanınız varsa, ona göz dikməyin və sahiblərinə təhvil edin.

Mülahizə etdiyiniz kimi, xümsün verilməsi ayədə təkid olunmuş, onu tərk edənlərə isə xəbərdarlıq edilmişdir. Qibləyə namaz qılan müsəlmanların hamısı fikir birliyindədirlər ki, xümsdən bir pay Peyğəmbərə, digər pay isə o Həzrətin yaxın qohumlarına məxsus edilmişdir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) həyatda olduğu dövrdə bu hökm Quranın buyurduğu qaydada cərəyan edirdi.

Amma Əbu Bəkr xilafətə keçəndə xüms ayəsini başqa mənaya yozaraq Peyğəmbərin vəfatı ilə o Həzrətə və onun qohum-əqrəbasına məxsus olan payı ləğv edərək onun Bəni-Haşim tayfasına verilməsinə mane oldu və onları ayənin buyurduğu sair qrupların (yetimlər, miskinlər, yolda qalanlar) sırasına keçirdi.

Böyük sünnü müfəssiri Zəməxşəri özünün məşhur “Kəşşaf” təfsirində xüms ayəsinin barəsində yazır: “İbni Abbasdan rəvayət olunmuşdur ki, xüms 6 hissədən ibarətdir. İki hissəsi Allaha və Peyğəmbərə, bir hissəsi isə Həzrətin qohum-əqrəbalarına məxsusdur. Nə qədər ki, Peyğəmbər sağ idi, ona xüms verilirdi. Lakin Əbu Bəkr onu yalnız üç sinfə (yetimlər, miskinlər və yolda qalanlara) verdi. Ömər və ondan sonrakı xəlifələrdən belə rəvayət olunmuşdur: “Əbu Bəkr Bəni-Haşimi xümsdən məhrum etdi.”

Buxari və Müslüm öz “Səhih” kitablarında Ayişəyə istinadən yazmışlar ki, Fatimeyi Zəhra Əbu Bəkrdən tələb etdi ki, Peyğəmbərin (Allah tərəfindən olan əmr əsasında Mədinədə ona verdiyi Fədəki və Xeybər xümsündən qalan) irsi geri qaytarsın. Amma Əbu Bəkr imtina etdi və Fatiməyə onlardan heç nə vermədi.

Həzrəti Fatimə Əbu Bəkrə etiraz etdi. Lakin Əbu Bəkr yenə də etina etmədi. Fatimeyi Zəhra ondan incidi və ömrünün axırına qədər Əbu Bəkrlə danışmadı, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra 6 ay yaşadı. Vəfat etdikdən sonra Həzrət Əli (əleyhissalam) (vəsiyyətinə uyğun olaraq) onu gecə dəfn etdi və Əbu Bəkrə xəbər vermədi, ona təkcə özü cənazə namazı qıldı.[92]

“Səhihi-Müslüm”də Yezid ibni Hürdən belə rəvayət olunmuşdur: Nəcdət ibni Amir Həruri xaricilərdən olan Əbdüllah ibni Abbasa məktub yazdı. İbni Abbas məktubu oxuyub cavabını yazanda mən də onun yanında idim. İbni Abbas belə yazdı: Məndən Allahın Quranda adlarını çəkdiyi zil-qurba (yəni Peyğəmbərin yaxın qohum-əqrəbaları-müt.) payı barəsində soruşub onların kim olduqlarını bilmək istəmisən. Biz həmişə bilirdik ki, Peyğəmbərin yaxın adamları bizik, lakin bizim qövmümüz bizi ondan məhrum etdilər.[93]

Həmin hədisi Əhməd ibni Hənbəl (sünnü rəvayətçi-lərinin ən məşhuru) ibni Abbasdan nəql etmişdir.[94]

“Müsnəd” kitabları yazanlar bu hadisəni hamısı səhih olan müxtəlif yollarla nəql etmişlər. Peyğəmbər Əhli-beytinin məzhəbi də öz imamlarından mütəvatir şəkillərdə rəvayət olunanları nəql edir.

Bununla belə, sünnü alimləri və imamlarının əksəriyyəti birinci və ikinci xəlifənin rəyinə tabe olmuş və Peyğəmbərin qohum-əqrəbası sayılan zil-qurbaya, onlara məxsus olan xümsdən heç nə ayırmamışlar.

Malik ibni Ənəs xümsün xərclənməsini müsəlman-ların rəhbərinin rəyinə həvalə etmişdir ki, o, istədiyi qədər müsəlmanların xeyirli işlərinə sərf etsin. Onun nəzərinə görə xümsdə Peyğəmbərin qohum-əqrəbası, yetimlər, fəqirlər və yolda qalanlar üçün heç bir haqq yoxdur.

Əbu Hənifə və onun tərəfdarları Peyğəmbər (səlləl-lahu əleyhi və alihi və səlləm) və onun qohum-əqrəbasının payını Həzrətin vəfatından sonra ləğv etmiş, yalnız yetimlər, fəqirlər və yolda qalanların arasında bərabər şəkildə bölərək bu üç təbəqədə Bəni-Haşimlə başqaları arasında heç bir fərq qoymamışdır.

Şafei xümsü beş yerə bölərək onlardan bir hissəsini Peyğəmbərə məxsus etmişdir ki, o payı onun özü müsəlmanların xeyrinə olan işlərdə, o cümlədən hərbi təchizat, silah-sursat, at və sair kimi minik vasitələrinin alınmasına xərcləyirdi. Bir hissəsini isə Peyğəmbərin qohumlarına, Bəni-Haşim və Əbdül-Müttəlib övladlarına verir, amma Əbdüş-Şəms və Nofəlin övladlarına vermirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladlarının oğlanlarına iki, qızlarına isə bir pay verirdi. Xümsün yerdə qalan üç hissəsini də aralarında heç bir fərq qoymadan yetimlər, fəqirlər və yolda qalanlara bölürdü.

Amma İmamiyyə şiələri xümsü 6 yerə bölürlər:[95] Allah və Peyğəmbər üçün iki hissə, bu iki hissə və Peyğəmbərin qohum-əqrəbasına məxsus olan üçüncü hissə Peyğəmbərin haqq canişini olan İmama məxsusdur. Yerdə qalan hissə isə (Peyğəmbər övladlarından olan) yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur. Bu xüsusda sair camaat onlarla şərik deyillər. Çünki Allah-taala sədəqəni və zəkatı onlara haram etmiş, əvəzində xümsü onlara vermişdir. Bunu Təbəri öz təfsirində İmam Əliyyibnil Hüseyn və onun oğlu Həzrət Baqir əleyhiməssalamdan rəvayət etmişdir.

Qeyd:

Bizim böyük fəqihlərimiz (Allah onların hamısından razı olsun) tam yekdilliklə fikir birliyindədirlər ki, xüms insanın kəsb, ticarət, əkinçilik, südçülük, xurma və istifadə etdiyi sair şeylərə vacibdir. Həmçinin xüms xəzinə, mədən, dəryanın dibindən əldə olunan cəvahirata və fiqhi kitablarda qeyd olunan sair şeylərə düşür.

Bunun dəlili də məhz qeyd olunan şərif ayədən ibarətdir: “Bilin ki, əldə etdiyiniz hər şeyin xümsü Allah və Peyğəmbərə məxsusdur.”

Çünki “ənnəma ğənimtum √ÓÊÒÓ«“†⁄ÓÊÂÚ ÔÂÚ” cümləsində “ğənimtum”un kökündən alınan “ğənim”, “məğnəm” və s. insanın istifadə etdiyi şeylərdir ki, ərəb dilinin lüğəti də bunu bəyan edir. Əlavə məlumat almaq üçün şiə fiqhi kitablarının xüms bölməsinə baxa bilərsiniz.

Biz burada yalnız Əbu Bəkrin Quranın hökmü ilə Peyğəmbərin yaxın qohum-əqrəbalarına məxsus olan zil-qurba haqqını ləğv etməkdə şərif ayənin aşkar hökmünün əksinə hərəkət etməsini bəyan edirdik.

(7) PEYĞƏMBƏRLƏR DƏ ÖZLƏRİNDƏN SOnRA İRS QOYUB GEDİRLƏR

Peyğəmbərlərin özlərindən sonra irs qoyub getmələri aşağıdakı ayənin mənasıdır:

Kişilər üçün ata, ana və qohum-əqrəbaların qoyub getdiklərindən bəhrə (irs) vardır, qadınlar üçün də ata, ana və qohum-əqrəbaların qoyub getdiklərindən–az və ya çox–bəhrə müqəddər olunmuşdur.”[96]

Həmçinin buyurur:

“Allah sizə övladlarınız barəsində tövsiyə edir: oğlanlarınız üçün qızın aparacağı bəhrədən iki qat artıq müqərrər olunmuşdur.”[97]

Bu ayələrin hamısı özünün ümumi mənalarında həm peyğəmbərlərə, həm də onlardan aşağı səviyyədə olan bütün bəşər övladlarına aiddir. Bu ümumilik aşağıdakı ayələrdə də görünməkdədir:

“Oruc sizə yazıldı (və vacib oldu), necə ki, sizdən qabaqkılara yazılmışdı (vacib olmuşdu).”[98]

Ayənin davamında buyurur:

“Hər kəs Ramazan ayında xəstə və ya səfərdə olsa, oruc tuta bilmədiyi günlərin əvəzini (Ramazan ayından) sonrakı günlərdə qəzası etməlidir.”

Həmçinin bu ayəni də qeyd etmək olar:

“Allah ölü heyvan ətini, donuz ətini və sair kimi şeyləri hamıya haram etmişdir.”[99]

Peyğəmbərlərlə şər”ən vəzifəli olan sair şəxslər arasında fərq qoymayan çoxlu ayələri də misal göstərmək olar. Bu vəzifələr Peyğəmbərlə sair şəxslər arasında müştərək olub yerinə yetirilmək baxımından heç bir fərqə malik deyildir. Yalnız belə fərz edilir ki, bu ayələrdə Peyğəmbərə xitab olunur ki, əvvəlcə o əməl etsin, sonra isə başqalarına çatdırsın. Bu baxımdan Peyğəmbər ilahi hökmlərə əməl etməkdə ciddiyyətli olmaqda başqalarından daha irəlidə və öndədir.

İkincisi, hökmü Peyğəmbərə ümumi şəkildə şamil olan ayələrdən aşağıdakı ayəni qeyd etmək olar:

“Allahın kitabında qohumların bəziləri bəzilə-rindən (irs aparmaqda) daha layiqlidirlər.”[100]

Allah-taala bu ayədə irs hökmünü, hamıdan əvvəl, vəfat edən ən yaxın şəxsin ən yaxın adamları üçün qərar vermişdir. İrs hökmü, Cəbrailin vasitəsi ilə Peyğəmbərə vəhy edilməmişdən əvvəl dində vilayət (qəyyumluq) hüquqlarının bir hissəsi idi. Amma Allah-taala İslamı və müsəlmanları əzəmətli etdikdən sonra yuxarıdakı şərif ayənin vasitəsi ilə əvvəllər irs aparan şəxslərin hökmünü qüvvədən salaraq irs haqqını yalnız vəfat edənin yaxın adamlarına həsr etdi. Əlbəttə, vəfat edən şəxs istər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) olsun, istərsə də başqaları, həmçinin, istər varislər vəfat edənin qohumları olsun, istərsə də fəraizdən və yaxud başqa adamlardan olsun, onların irs qoyub gedən adamla yaxınlıq dərəcələri nəzərə alınır (yuxarıdakı şərif ayənin zahiri mənasına əsasən).[101]

Müddəamızın sübutu üçün aşağıdakı ayəyə istinad edirik. Allah-taala Zəkəriyya peyğəmbərin hekayətini belə nəql edir:

“Zəkəriyya öz Rəbbini xəlvətdə çağırıb dedi: Pərvər-digara! Sümüklərim süstləşmiş, başım ağarmışdır... Mən özümdən sonra varislərimdən qorxuram, arvadım da doğmur. Mənə bir övlad əta et ki, məndən və Yəqub sülaləsindən irs aparsın. Pərvərdigara, onu bəyənilmiş-lərdən et.”[102]

Həzrəti Zəhra (əleyha salam) və onun övladlarından olan imamlar bu ayəyə istinad edərək buyurmuşlar ki, peyğəmbərlər də mal-dövləti irs aparırlar və bu ayədə qeyd olunan irs heç də elm və nübüvvət olmayıb, mal-dövlətdir.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) xanədanının həqiqi dostları olan böyük şiə alimləri də bu xüsusda Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əziz qızı Həzrət Zəhradan və onun məsum olan övladlarından nəql etmişlər ki, irs kəlməsi həm lüğətdə, həm də şəriət istilahında yalnız varisə çatan, onun mülkiyyətinə keçən mal-dövlətə şamil olur. Mal-dövlətdən başqa şeylərdə isə məcazi mənada işlənir. Müəyyən bir dəlil və səbəb olmadan bir sözün həqiqi mənasından məcazi mənasına keçmək olmaz.

Həzrəti Zəkəriyya Allaha dua edərək deyir: “Pərvərdigara, mənə verəcəyin və məndən irs aparan bu oğlanı öz yanında bəyənilmişlərdən et ki, Sənin əmrlərini yerinə yetirsin.”

Əgər ayədəki irs kəlməsini nübüvvət deyə mənalan-dırsaq, yersiz olacaqdır. Çünki heç kəs “Pərvərdigara, bizim üçün bir peyğəmbər göndər, onu aqil və əxlaq nəzərindən bəyənilmiş et”-deməz. Çünki əgər peyğəmbərdirsə, şübhəsiz, əvvəldən aqil və bəyəniləndir. Nübüvvətin məfhumunda bəyənilmiş olmaqdan daha mühüm məna gizlənmişdir.

Müddəamızın şahidi budur ki, Həzrəti Zəkəriyya (əleyhissalam) Allaha ərz edir ki, mən özümdən sonra əmioğlanlarımdan qorxuram. Onun Allahdan varis istəməsinin də səbəbi məhz bu qorxudur. Bu qorxu da, şübhəsiz ki, özündən sonra elm və nübüvvət üçün deyil, yalnız mal-dövləti üçündür. Çünki o bilirdi ki, Allah-taala heç vaxt nübüvvətə ləyaqəti olmayan bir kəsi peyğəmbərliyə seçməz, hikmətini ləyaqətsiz bir şəxsə verməz. O Həzrət bunlardan əsla qorxmurdu.

Bundan əlavə, o Həzrət həm də bilirdi ki, onun besətinin əsas səbəbi elm və hikmətin cəmiyyətdə yayılmasıdır, buna görə də onun belə bir məqsəd yolunda qorxmasına heç bir əsas yox idi.

Bizə irad tutub deyə bilərlər ki, ayədəki irs kəlməsi mal-dövləti çatdırdığı təqdirdə siz şiələrin əleyhinə tamam olur və siz ilahi peyğəmbəri paxıllıqda ittiham edirsiniz.

Cavabda deməliyik ki, biz bu sözdən Allaha pənah aparırıq. Çünki mal-dövləti həm mömin, həm kafir, həm yaxşı və həm də pis insanlar əldə edə bilər. Həzrəti Zəkəriyyanın da öz əmioğlanlarından qorxmasına da haqqı vardır. Çünki onlar fəsad əhli olsaydılar, onun mal-dövlətinə sahib olaraq, lazımsız məqsədlərdə sərf edəcəkdilər. Elə bundan yaranan qorxu da hikmətlə tamamilə uyğundur. Ona görə ki, fəsad əhlinin gücləndirilməsi və onlara, öz nalayiq, yaramaz əməllərində kömək edilməsi həm əqli, həm də dini baxımdan bəyənilməzdir. Deməli, hər kəs dediyimiz bu mənanı paxıllıq kimi qəbul edərsə, doğrudan da insafsızlıq etmişdir.

Həzrət Zəkəriyyanın “özümdən sonra varislərimdən qorxuram”-deməsindən məlum olur ki, onun qorxusu varislərinin əxlaq və əməllərindən irəli gəlirmiş. O demək istəyirdi ki, Pərvərdigara, qorxuram ki, varislərim məndən sonra irsimi Sənin əmrlərinə qarşı (günah yolunda) sərf etsinlər. Belə isə, ey Pərvərdigar, mənə bəyənilən bir oğlan əta et ki, irsimi Sənin razılığın yolunda sərf etsin.

Bir sözlə, yeganə çıxış yolu budur ki, bu ayədəki irsi nübüvvət deyil, mal-dövlət olan irs kimi mənalandıraq, nəticədə “yərisuni” kəlməsi insanın ilk növbədə düşündüyü kimi, öz həqiqi mənasını çatdırar. Çünki burada onun nübüvvət kimi məna olunması üçün heç bir şahid yoxdur. Üstəlik bu şərif ayənin özündə belə həqiqi mənanın ifadə olunmasına dair kifayət qədər şahidlər mövcuddur.

Bu qeyd olunanlar Peyğəmbərin, Quranla bərabər olub heç vaxt ondan ayrılmayan pak Əhli-beytinin qeyd olunan ayə barəsindəki rəyidir.

Bütün müsəlmanlar Peyğəmbərin qızı Fatimeyi Zəhra ilə Əbu Bəkrin arasında baş verən hadisədən agahdırlar: Fatimə atasının irsini Əbu Bəkrdən tələb etdikdə, Əbu Bəkr dedi: Peyğəmbər buyurmuşdur: “Biz irs qoymuruq, özümüzdən sonra qoyduqlarımız sədəqə olub müsəlmanlara çatır.”

Halbuki, bu hədis Fatimeyi Zəhra və onun məsum İmamlar olan övladları tərəfindən rədd olunmuşdur[103] və Həzrəti Zəhraya lazımi cavab verə bilməz. Amma əgər gӜӂÓ: kəlməsini zəmmə ilə oxuyub («† Ó—Ó„ÚÊ«) cümləsində «-nın xəbəri götürsək, onda başqa məsələ. Lakin bunun da isbatı üçün heç bir dəlil yoxdur.

Çünki ola bilsin ki, « (ma) kəlməsi —„Ê« (tərəkna) felinin məf”ulu olaraq nəsb mövqeyində, gœ‚: isə « üçün hal olsun. Bu halda Əbu Bəkrin dediyi hədisin mənası belə olur: “Bizdən qalan sədəqələrdə varislərimizin heç bir haqqı yoxdur.”

Ayişə deyir: “Atam Əbu Bəkr Peyğəmbərin mirasından Fatiməyə heç nə vermədi və ondan qalanların hamısını müsadirə edib beytül-mala qatdı. Fatimə də Əbu Bəkrdən incidi, Peyğəmbərdən altı ay sonra vəfat etdi və ömrünün axırına qədər onunla danışmadı. Əli onun vəsiyyətinə əsasən, Əbu Bəkrə xəbər vermədən gecə dəfn etdi və təklikdə ona cənazə namazı qıldı.”

Həzrət Zəhra (əleyha salam)-ın öz vəsiyyətinə əsasən gecə ikən dəfn olunması hadisəsini “Səhihi-Buxari”nin şərhçiləri, habelə Qəstəlani “İrşad” kitabında, Ənsari “Töhfə” kitabında nəql etmişlər.[104]

Həmçinin, Fatimeyi Zəhranın cənazəsinə Əbu Bəkrə xəbər verilmədən Əli (əleyhissalam) tərəfindən namaz qılınması məsələsini “Sihahi-sittənin müəllifləri mötəbər sənədlərlə Ayişədən rəvayət etmişlər.[105]

Bəli, Fatimə Əbu Bəkrin onunla o cür sərt və kobud tərzdə rəftar etməsindən çox narahat olub qəzəbləndi, (və ömrünün axırına kimi qəzəbli qaldı), sonra başına çadra salıb öz xidmətçilərindən və Bəni-Haşim qadınlarından bir neçəsi onu dövrəyə almış halda, Peyğəmbər məscidinə daxil oldu.

O vaxt Əbu Bəkr mühacir, ənsar və sairlərdən ibarət olan bir dəstə adamın içində idi. Camaatla Fatimənin arasından pərdə asıldı. Həzrət pərdənin arxasında elə ürək yandıran nalə etdi ki, oradakıların hamısı ağladı, məclis əhlini kədərləndirdi və məclisdə dərin bir dəyişiklik yaratdı. Sonra sakitləşdi, məclisdəkilərin səs-küyü yatdıqdan sonra sözə başlayıb Peyğəmbər (səlləl-lahu əleyhi və alihi və səlləm)-in danışığını xatır-ladan bir xitabə söylədi.

Camaatın hamısı bu sözlərdən son dərəcə təsirləndi və həyəcanlandılar. Əgər o dövrə hakim olan irtica siyasəti olmasaydı, artıq hər şey tamam olmuşdu və Əbu Bəkrin tərəfdarlarının müqəddəratı həll olunacaqdı. Amma siyasət heç nəyə rəhm etmədiyindən, heç nəyi tanımadığından, axırda Əbu Bəkr onların həyəcanlarına üstün gələ bildi.

Həzrəti Fatimeyi Zəhranın xütbəsindən agah olanlar o həzrətin dövrün qəsbkar hökumətini necə məhkum etdiyini, öz irsini və qanuni haqqını isbat etmək üçün Quranın möhkəm ayələrindən necə dəlil-sübut gətirdiyini və bütün bəhanə yollarını onların üzünə necə bağladığını yaxşı bilirlər.

Əli və Fatimə (əleyhiməssalam) bu xitabəni elə həmin günlərdə öz övladları üçün, sonrakı nəsillər də bunu özlərindən sonrakılar üçün nəql etmiş və nəhayət bizim üçün də gəlib çatmışdır.

Biz Fatimə tərəfdarları onu öz ata-babalarımızdan, onlar da öz ata-babalarından, nəhayət İmamların övladlarından, onlar da Həzrəti Əli və Fatimədən nəql edirlər.

Elə indinin özündə də siz onu mərhum Təbərsinin “Ehticac” və Əllamə Məclisinin “Biharul-ənvar” kitablarında görə bilərsiniz. Məşhur sünnü alimlərindən Əbu Bəkr Əhməd ibni Əbdül-əziz Covhəri özünün “Əs-Səqifə” və “Fədək” adlı kitablarında, bəziləri Həzrəti Əlinin əzəmətli qızı Zeynəbə, bəziləri İmam Muhəmməd Baqir (əleyhissalam)a, bəziləri isə Əbdüllah ibni Həsən ibni Həsənə çatan sənədlərlə, onların da hamısı Fatimeyi Zəhra əleyha salamdan rəvayət etmişlər. İbni Əbil Hədid Mötəzili “Nəhcül-bəlağə”yə yazdığı şərhin 4-cü cildinin 78-ci səhifəsində bunu qeyd etmişdir.

Həmçinin Əbu Əbdillah Məhəmməd ibni İmran Mərzbani[106] mötəbər sənədlərlə onu Ürvət ibni Zübeyrdən, o da Ayişədən nəql etmişdir ki, o xitabəni Fatimeyi Zəhradan eşitmişdir.[107]

Həmçinin, Mərzbani bu xitabəni başqa sənədlə Zeyd ibni Əlidən, o da atası Əli ibni Hüseyndən, o da atası İmam Hüseyn (əleyhissalam)dan və o da anası Fatimədən rəvayət etmişdir.[108]

O, Zeyd ibni Əlidən belə nəql edir: “Əbu Talib sülaləsindən olan yaşlı kişiləri gördüm, onlar bu xitabəni öz ata-analarından rəvayət edir və övladlarına öyrədirdilər.”

***

Bəli, o gün Fatimeyi Zəhra Əbu Bəkrin qarşısında öz atası Peyğəmbərdən irs aparmasını isbat etmək üçün Quranın möhkəm ayələrinə istinad etdi, elə dəlillər gətirdi ki, onlar heç vaxt rədd oluna və ya inkar edilə bilməzdi. O cümlədən Həzrət buyurdu: “Məgər qəsdən Allahın kitabını tərk edib, ona əməl etmirsiniz? Halbuki, Quran buyurur:

“Süleyman (öz atası) Davuddan irs apardı.”[109]

Həmçinin, Zəkəriyyanın hadisəsini bəyan edərkən onun dilindən deyilir:

“Pərvərdigara, mənə bir oğlan əta et ki, məndən və Yəqub övladlarından irs aparsın. Pərvərdigara, onu bəyənilmişlərdən qərar ver.”[110]

Həmçinin Allah-taala buyurur:

“Allahın kitabında qohumların bəziləri bəzilə-rindən (irs aparmaqda) daha artıq layiqdirlər.”[111]

Yenə buyurur:

“Allah övladlarınız barəsində sizə belə vəsiyyət edir: irs aparan zaman oğlanlara qızlardan iki qat artıq pay verin.”[112]

Yenə buyurur:

“Əcəliniz gəlib çatan zaman, sizdən qalan mal-dövləti pərhizkarların layiq olduğu kimi və ədalətin tələbi ilə ata-ananıza və qohum-əqrəbanıza verin.”[113]

Sonra Fatimeyi Zəhra buyurdu: “Məgər Allah sizi bir ayə ilə məxsus etmişdir ki, mənim atamı həmin ayədən xaric etmiş olsun? Yoxsa güman edirsiniz ki, siz Quranın ümumi və xüsusi ayələrinə mənim atamdan və əmioğlumdan daha artıq agahsınız?! Və ya deyirsiniz ki, biz iki başqa-başqa din ardıcıllarıyıq və ona görə də irs aparmırıq?!”

Əziz oxucular, diqqət edib görün ki, Fatimeyi Zəhra peyğəmbərlərin irs aparmasını isbat etmək üçün, hər şeydən əvvəl, Həzrət Davud və Zəkəriyyanın dediklərinə istinad edir. Belə ki, bu ayələrdə onların övladları üçün irs qoyub getməsi açıq-aşkar şəkildə bəyan olunmuşdur.

Qəti və inkarolunmaz bir məsələdir ki, Fatimeyi Zəhra Quranın hökmlərinə, İslamı onun nazil olmasından sonra qəbul edənlərdən daha artıq agah idi. Amma həmin şəxslər bu ayələrdəki irsi mal-dövlət mənasına deyil, kitab və nübüvvət mənasına yozdular, heç bir dəlil-sübut olmadan sözün məcazi mənasını həqiqi mənasından irəli keçirtdilər. Halbuki, insanın hər hansı sözdən ilk növbədə düşündüyü məna–məhz onun həqiqi mənasıdır.

Əgər onların yozduqları bu cür yozumlar düzgün olsaydı, onda Əbu Bəkr, onun ətrafında olan mühacir, ənsar və sairləri Peyğəmbərin qızı ilə mübahisəyə qalxmalı idilər. Amma onlar Peyğəmbərin qızının gətirdiyi dəlillər qarşısında etiraz edib, irad tuta bilmədilər.



Geri   İrəli
Go to TOP