A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nəss qarşısında ictihad
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 228
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əmr ibni Şas Əsləmi (o, Hüdeybiyyədə Peyğəmbərlə birlikdə idi) deyir: Əli (əleyhissalam)-la birlikdə Yəmənə getmişdim. Orada Əli mənə qarşı ciddi rəftar etdi və mən ondan narahat oldum. Mədinəyə gəldikdən sonra Peyğəmbər məscidinin yanında hamının içində ondan şikayət etdim, bu xəbər Peyğəmbərə çatdı. Peyğəmbər uzaqdan məni görəndə gözlərini mənə dikdi, mən də gəlib onun yanında oturdum. Bu zaman Peyğəmbər buyurdu: Ey Əmr, Allaha and olsun ki, məni incitmisən.

Mən dedim: Ya Rəsuləllah, Allaha pənah aparıram ki, səni incitmiş olam.

Buyurdu: Bəli, hər kəs Əlini incitsə, məni incitmişdir.

Hakim Nişapuri bu hədisi nəql etmiş və demişdir ki, onun sənədləri səhihdir, lakin Buxari və Müslüm nəql etməmişdir. Zəhəbi də onun səhih olduğunu qeyd edərək nəql etmişdir.

Əbuzər Ğifari nəql edir ki, Peyğəmbəri Əkrəm buyurdu: “Ya Əli, hər kəs məndən ayrılsa, Allahdan ayrılmışdır, hər kəs səndən ayrılsa, məndən ayrılmışdır.”

Hakim Nişapuri bu hədisi gətirmiş və qeyd etmişdir ki, onun sənədi səhihdir, lakin Buxari və Müslüm onu nəql etməmişdir.

Hafiz ibni Əbdül Birr “İstiy”ab” kitabında Əli (əleyhissalam)-ın tərcümeyi-halını şərh edərkən qeyd etmişdir ki, Peyğəmbər buyurdu: “Hər kəs Əlini sevsə, məni sevmişdir. Hər kəs Əlini düşmən tutsa, məni düşmən tutmuşdur. Hər kəs Əlini incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, Allahı incitmişdir.”

Təbərani və s.-nin nəql etdiklərinə əsasən Peyğəmbər buyurmuşdur: “Hər kəs Əlini düşmən tutsa, məni düşmən tutmuşdur və hər kəs Əlidən ayrılsa, məndən ayrılmışdır. Əli məndən, mən də Əlidənəm. Əli mənim, mən də İbrahimin fitrətindən yaradılmışam. Bizim hər ikimiz İbrahimdənik, bəzilərimiz bəzilərimizdən yaranmışıq.

Ey Bureydə, bilmirsən ki, o məndən sonra sizin rəhbərinizdir?!”

Səhabələrdən bəziləri qərara aldılar ki, Həzrət Əlinin din işlərində tələbkar olduğuna görə Peyğəmbərə şikayət etsinlər. Amma şikayət etdikdə Peyğəmbər buyurdu: “Axı Əlidən nə istəyirsiniz? Əlidən nə istəyirsiniz?! Əli məndən, mən də Əlidənəm. O məndən sonra sizin rəhbərinizdir.”

“İstiy”ab” kitabının müəllifi Əli (əleyhissalam)-ın tərcümeyi-halını şərh edərkən yazır: Səhabələrdən bir dəstəsi rəvayət etmişdir ki, Peyğəmbər Əliyə buyurdu: “Ya Əli! Səni mömindən başqası sevməz və münafiqdən başqası səninlə düşmənçilik etməz.”

Əli (əleyhissalam) özü də buyurmuşdur: “Allah and olsun, Peyğəmbəri-ümmi buyurdu ki, “Ya Əli, mömindən başqası səni sevməz, münafiqdən başqası isə səninlə düşmənçilik etməz.”

Müəllif:

Bu rəvayəti Müslüm özünün “Səhih” kitabının “İman” bölməsində qeyd etmişdir. Peyğəmbərin buyurduğu bu kəlam da təvatür həddinə çatmışdır: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Pərvərdigara, hər kəs Əlini dost tutsa, Sən də onu dost tut, hər kəs onu düşmən tutsa, Sən də onu düşmən tut.”

Həzrəti Əlinin düşmənlərinin münafiq olması barəsində əlavə məlumat almaq üçün mənim yazdığım “Səbilul-mu”minin” kitabına müraciət edə bilərsiniz. Orada həqiqət tamamilə aşkardır.

Vəlhəmdu lillahi Rəbbil-aləmin.

(94) MüAVİYƏNİN PeyğƏmbƏr ƏHLİ-BeYTinƏ QARŞI qƏddarCasIna RƏFTARI

Peyğəmbərin Əhli-beyti elə böyük şəxsiyyətlər və rəhbərlər idilər ki, Allah-taala Qurani-məciddə buyurduğu kimi, onları hər növ zahiri və batini çirkinliklərdən, aludəliklərdən paklamış, Cəbrail onların paklıqlarını bəyan edən hökmü Allah tərəfindən gətirmiş, Peyğəmbər Allahın əmri ilə onları düşmənlə mübahiləyə aparmışdı.

Əhli-beyt elə şəxslər idilər ki, Allah onlara məhəbbət bəsləməyi vacib etmiş[364] və Peyğəmbər Allah tərəfindən onların vilayətini zəruri bilmişdir. Onlar Peyğəmbərin ümmət içərisində qoyub getdiyi iki ağır əmanətdən biridir ki, hər kəs onlara sarılsa heç vaxt yolunu azmaz, hər kəs onlardan ayrılsa zəlalətə düşər və heç vaxt haqqa-həqiqətə çatmaz.

Onların birincisi Əmirəl-möminin Əliyyibni Əbitalib–Peyğəmbərin canişinlərinin sərvəri, onun qardaşı və dostu idi. O, İslam dininin təməlinin möhkəmləndirilməsində özünü müxtəlif növ təhlükələrə atdı. Peyğəmbəri Əkrəm şahid idi ki, o, Allahı və Onun Peyğəmbərini dost tutur, Allah və Peyğəmbər də onu dost tuturlar.

Peyğəmbər buyurmuşdu: “Əlinin mənə olan münasibəti (eynilə) Harunun Musaya olan münasibəti kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” O, Peyğəmbərin dostu və vəziri, ümmətin imamı, Peyğəmbərin iki nəvəsi və iki gülü, cənnət cavanlarının ağası Həsən və Hüseynin atasıdır.

Müaviyə (Həzrət Əliyə nalayiq sözlər dediyi kimi) İslam ümmətinin böyük alimi və Peyğəmbərin əmioğlusu Əbdüllah ibni Abbası da minbərlərdə lə”nətləməyi qanun şəklinə salmışdı. Müaviyə onları elə bir halda lə”nətləyirdi ki, bilirdi ki, İslam dininin zəruri hökmlərinə əsasən, onları əzizləmək vacibdir və onların, məxluqatın sərvəri olan Peyğəmbəri Əkrəmin yanında olan məqam, mənzilət və şərafətləri danılmazdır. Çünki onlar nübüvvət Əhli-beyti, risalətin nazil olma yeri, mələklərin gəlib-getdiyi və ilahi vəhyin nazil olduğu mərkəz, elm və hikmət xəzinəsi, Quranın təvil olunma mərkəzi idi.

Müaviyənin özü onları lə”nətləməklə qənaətlənmədi, üstəlik göstəriş verdi ki, camaat da Peyğəmbərin siğə qardaşı, əziz qızının əri və Peyğəmbər Əhli-beytindən olan böyük məqamlı İmamların və ümmətin yeganə sərvərini lə”nətləsinlər! Onlar bayram və cümə günlərində bu lə”nətləri açıq-aşkar şəkildə təkrar-layırdılar.

Beləliklə, xətiblər 99-cu hicri ilinə qədər İslam ölkəsinin hər yerində bu çirkin əməli təkrar etdilər. Nəhayət Ömər ibni Əbdül Əziz bu yaramaz əməli qadağan etdi. Bu hadisələr mütəvatir şəkildə sübut olunmuşdur. Hər kəs tarix kitablarına müraciət etsə, qeyd olunan həqiqətləri dərk edə bilər.

İbni Əbil Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərhində Peyğəmbər xanədanına qarşı aparılan ən irənc və təəccüblü təbliğatları görəcəksiniz.

İmam Həsən (əleyhissalam) Müaviyə ilə belə şərtləşmişdi ki, sülhdən sonra atası Əlini söyməsin, lakin Müaviyə bunu qəbul etmədi, yerdə qalan şərtləri isə qəbul etdi. Bu zaman İmam Həsən ona dedi ki, heç olmazsa, onun yanında atasına lə”nət göndərməsin.

İbni Əsir “Kamil” kitabında, Təbəri “Tarixul-üməmi vəl-müluk” kitabında, Əbul Fida və İbni Şöhnə öz kitablarında İmam Həsənin sülhünü yazarkən qeyd etmişlər ki, Müaviyə onun bu istəyini qəbul etdi, lakin ona əməl etmədi və minbərdə Əli (əleyhissalam)-a lə”nət göndərdi. İmam Hüseyn (əleyhissalam) ayağa qalxıb ona cavab vermək istədi, lakin İmam Həsən onu yerə oturdub özü ayağa qalxdı və Müaviyəni rüsvay etdi.

Bu məsələ Əbul Fərəc İsfahaninin “Məqatilit-Talibiyyin” kitabında və sair tarix kitablarında qeyd olunmuşdur. Müaviyə o qədər həyasızlaşmışdı ki, Əhnəf ibni Qeys və Əqili vadar edirdi ki, Əmirəl-möminin Əli (əleyhissalam)-a lə”nət göndərsinlər. Lakin onlar Müaviyəyə etina etmədilər.

Müslümün “Səhih” kitabının “Fəzailu Əli” babında nəql etdiyinə əsasən Amir ibni Sə”d ibni Vəqqas belə rəvayət edir ki, Müaviyə ona dedi: Nə üçün Əbu Turaba lə”nət göndərmirsən?

Sə”d dedi: Mən Peyğəmbərin Əli barəsində dediyi üç şeyi yadıma salıram. Əgər onlardan heç olmazsa, birinə malik olsaydım, mənim üçün qiymətli qırmızı dəvələrdən daha yaxşı olardı: Peyğəmbər müharibələrdən birinə gedərkən Əlini Mədinədə öz yerinə qoydu. Əli dedi: Ya Rəsuləllah, məni arvad-uşaqlarla bir yerdə qoyub gedirsən?

Peyğəmbər buyurdu: “Sən istəməzsənmi ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”

Həmçinin Peyğəmbər Xeybər müharibəsində buyurdu: “Sabah bayrağı elə bir kəsin əlinə verəcəyəm ki, o, Allahı və Onun Peyğəmbərini dost tutur, Allah və Peyğəmbər də onu sevirlər.” Biz hamımız arzulayırdıq ki, kaş, bu şəxs biz olaydıq! Lakin sabahı gün Peyğəmbər buyurdu: “Əlini mənim yanıma çağırın.” Əli gəldi, amma şiddətli göz ağrısına tutulmuşdu. Peyğəmbər ağzının suyunu onun gözlərinə çəkdi və bayrağı onun əlinə verdi, Allah da fəthi ona nəsib etdi.

Həmçinin “Mübahilə” ayəsi nazil olanda Peyğəmbər Əli, Fatimə, Həsən və Hüseyni çağırıb dedi: “Pərvər-digara, bunlar mənim Əhli-beytimdir.”

Bu hədisi Nəsai “Əl-xəsaisul-Ələviyyə kitabında, Termezi “Səhih” kitabında, həmçinin “Cəm”un beynəs-səhiheyn” və “Cəm”un beynəs-sihahis-sittə kitablarının müəllifləri qeyd etmişlər.

Bütün tarixçilər bilirlər ki, Müaviyə Hücr ibni Ədi və onun zahid və abid köməkçilərini ona görə öldürdü ki, onlar Əli (əleyhissalam)-ı lə”nətləmədilər.

Əziz oxucular Əbul Fərəc İsfahaninin yazdığı “Əğani” kitabının 16-cı cildinə (51-ci hicri ilinin hadisələrinə), Təbəri və İbni Əsir kimi tarixçilərin tarix kitablarına müraciət edib Hücr ibni Ədinin necə öldürülməsi barədə əsl həqiqəti tapın.

Onlar yazırlar ki, Əbdürrəhman ibni Həssan Ənəzi Müaviyənin məclisində Əlini lə”nətləmədiyinə görə onu Ziyadın yanına göndərib göstəriş verdi ki, onu elə öldür ki, tarixdə misli görünməmiş olsun. Ziyad da onu diri-diri torpağa basdırdı.

İbni Əbil Hədidin yazdığına görə Müaviyə camaatı Əli (əleyhissalam)-ı lə”nətləməyə vadar edirdi və bu məsələdə o qədər ifrata vardı ki, Bəni-Üməyyədən bir qrup cana yığışıb dedilər: Sən bu kişini lə”nətləməkdə öz məqsədinə çatmısan. Yaxşı olar ki, göstəriş ver, daha onu lə”nətləməsinlər.

Müaviyə dedi: Yox! Allaha and olsun, bu iş o qədər təkrarlanmalıdır ki, bu sözü eşidə-eşidə uşaqlar böyüsün, yaşlılar qocalsın və heç kəs onun fəzilətini deməsin.

Hakim Nişapurinin nəql etdiyinə görə Peyğəmbər səhih bir hədisdə buyurmuşdur: “Hər kəs Əlini söysə, məni söymüşdür.”

Əhməd Hənbəl “Müsnəd”in 6-cı cildinin 323-cü səhifəsində Əbdüllahdan belə rəvayət etmişdir: Ümmü Sələmə mənə dedi: Məgər sizin aranızda Peyğəmbəri söyürlərmi?

Dedim: Allah eləməsin, Allaha pənah aparıram!

Ümmü Sələmə dedi: Peyğəmbərdən eşitdim ki, buyururdu: “Hər kəs Əlini söysə, məni söymüşdür.”

İbni Əbdül Birr “İstiy”ab” kitabında Əli (əleyhissalam)-ın tərcümeyi-halını şərh edərkən rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kəs Əlini sevsə, məni sevmişdir, və hər kəs onu düşmən tutsa, məni düşmən tutmuşdur. Hər kəs Əlini incitsə, məni incitmişdir, hər kəs də məni incitsə Allahı incitmişdir.”

Bu barədə, xüsusilə Əhli-beyt yolu ilə nəql olunan səhih hədislər mütəvatirdir.

Bundan əlavə, hamının qəbul etdiyi və bütün qiblə əhlinin fikrinə əsasən, müsəlmanı söymək fisqdir. “Səhihi-Müslüm”də qeyd olunur: “Müsəlmanı söymək fisqdir. Onunla müharibə etmək küfrdür.”

“Allahın lə”nəti kafirlərə olsun!”

(95) MÜAVİYƏNİN ƏLİ (Əleyhissalam)-LA MÜHaRİBƏSİ

Camaat Əli (əleyhissalam)-la bey”ət etdikdən sonra Müaviyə Şamın alçaq fitrətli, rəzil insanları ilə yığışıb onunla müharibəyə başladı. Əmirəl-möminin Əli (əleyhissalam) da aralarında Bədr, Ühüd, Əhzab müharibələri iştirakçılarından, “Bey”əti-Rizvan” səhabələrindən, layiqli möminlərdən və bir sözlə, hamısı haqqa və Əli (əleyhissalam)-a itaət etməyə də”vət edənlərdən ibarət olan dörd min nəfərlə Müaviyə ilə müharibəyə getdi. Müaviyə müharibədən başqa heç nəyə razı deyildi. Axırda iş müharibə ilə nəticələndi, müsəlmanlardan bir qrupu öldürüldü. Halbuki, Buxari və Müslüm öz “Səhih” kitablarında Peyğəmbərdən nəql etmişlər ki, “Müsəlmanı söymək fisq və onunla müharibə etmək küfrdür.”[365]

Müslüm “Səhih” kitabında “mən fərrəqə əmrəl-müslimin və huvə muctəmiun” babında Peyğəmbəri Əkrəmdən belə nəql edir: “Hər kəs sizin yanınıza gəlib sizə əmr etsə ki, bir nəfərin ətrafına yığışın, məqsədi də müsəlmanların arasında təfriqə salmaq olsa, onu öldürün.”

İbni Əbdül Birr “İstiy”ab” kitabında Əli (əleyhissalam)-ın tərcümeyi-halını şərh edərkən yazır: Həzrəti Əli, İbni Məsud və Əbu Əyyub Ənsarinin Peyğəmbərdən nəql etdikləri hədisdə buyurulur ki, Əli (əleyhissalam) əhd-peyman pozanlarla (Cəməl müharibə-sində), tüğyançılarla (Siffeyn müharibəsində) və xaricilərlə (Nəhrəvan şeyxləri ilə) müharibə etməyə əmr olunmuşdur. (Sonra yazır:) O Həzrətdən rəvayət olunmuşdur ki, belə buyurur: “Onların işləri Allahın nazil etdiyinə qarşı müharibə, yaxud küfrdür.”

O Həzrətin Müaviyə ilə apardığı müharibənin vacib olmasına aşağıdakı şərif ayə dəlalət edir:

“Əgər möminlərdən iki tayfa müharibə etsə onların arasında islah edin. Əgər biri digərinə tüğyançılıq etsə, Allahın əmrinə qayıtdıqları vaxta qədər o tayfa müharibə edin.”[366]

Müaviyə və onun tərəfdarlarının tüğyançılıq etməsində heç bir şəkk-şübhə yoxdur. Çünki onların tüğyançı olması bütün ümmətin fikir birliyində olduğu məsələlər sırasındadır. Peyğəmbəri Əkrəmdən nəql olunan bir rəvayətdə Həzrət camaatı bu müharibədən qorxutmuşdur.

Əbu Səid Xidri deyir: Biz Peyğəmbər məscidini tikəndə kərpicləri bir-bir götürüb daşıyırdıq. Amma Əmmar Yasir iki-iki götürürdü. Peyğəmbər onun yanından keçəndə başının toz-torpağını təmizləyib buyurdu: “Vay! Əmmarı tüğyançı bir dəstə öldürəcək. Əmmar onları Allaha tərəf də”vət edər, onlar isə cəhənnəmə doğru çağırarlar.”

Bu hədisi Buxari də “Səhih” kitabının 2-ci cildinin 93-cü səhifəsində qeyd etmişdir. Həmçinin “Əssəlat” bölməsində belə nəql edir: “Əmmar onları behiştə də”vət edər, onlar isə Əmmarı cəhənnəm oduna də”vət edər.”[367]

Bu hədisin hökmü ilə Müaviyə aşağıdakı ayənin göstərdiyi adamlardandır:

“Onları elə rəhbərlər qərar verdik ki, (insanları) cəhənnəm oduna çağırırlar və qiyamət günündə onlara kömək olunmaz. Bu dünyada öz ardınca lə”nət gətirib qiyamətdə isə ən çirkin əməl sahiblərindən olacaqdır.”[368]

Çoxlu Quran ayələri və Peyğəmbərin səhih sünnələri mövcuddur ki, heç birində şəkk-şübhə yoxdur və hamısı da bu yolu gedənlərə yol göstərir. Amma Müaviyə bütün bunların əksinə əməl etmişdir. Ey imanlı insanlar, bu hədislərə diqqətlə baxın, sonra insafla mühakimə yürüdün!

Peyğəmbərin buyurduğu bu hədisi heç vaxt unutmayın: “Əli ilə müharibə etmək mənimlə müharibə etməkdir, onunla sülh etmək mənimlə sülh etməkdir.”

Həmçinin, o Həzrət əbasını öz Əhli-beytindən olan beş nəfərin üstünə çəkib buyurdu: “Onlarla müharibədə olan hər kəslə mən də müharibədəyəm, onlarla sülh edən hər kəslə mən də sülh edərəm. Onlarla düşmənçilik edən hər kəslə mən də düşmənəm.”

Peyğəmbər Əli barəsində belə dua etmişdir: “Pərvərdigara, hər kəs Əlini dost tutsa, Sən də onu dost tut. Hər kəs onunla düşmən olsa, Sən də onunla düşmən ol. Hər kəs ona kömək etsə, Sən də ona kömək et, hər kəs onu xar etsə, Sən də onu xar et.”

Bu barədə çoxlu mütəvatir hədislər də nəql olunmuşdur.

(96) MÜAVİYƏnin ƏLİ (Əleyhissalam)-IN ƏLEYHİNƏ HƏDİS DÜZƏLtmƏsi

Əbu Cəfər Əskafi Mötəzili İbni Əbil Hədiddən belə nəql edir: Müaviyə səhabə və tabeindən bir qrupunu vadar edirdi ki, Əli (əleyhissalam)-ın əleyhinə, məzəmmət olunmasına dəlalət edən hədislər düzəltsinlər, camaat ona nifrət və bezarlıq etsin. Bu iş üçün onlara müəyyən məbləğdə pul təyin etdiyindən bu işi zorla deyil, öz istəkləri ilə yerinə yetirirdilər. Səhabələrdən Əbu Hüreyrənin, Əmr Asın, Müğeyrə ibni Şöbənin, tabeindən isə Ürvə ibni Zübeyrin adını qeyd etmək olar. Zühəri rəvayət edir ki, Ayişə Ürvə ibni Zübeyrə belə deyirdi: Mən Peyğəmbərin yanında idim, Abbas ilə Əli gəldilər. Peyğəmbər buyurdu: “Ey Ayişə, bu iki nəfər mənim dinimdə deyil, başqa dində dünyadan gedəcəkdir.”

Həmçinin deyir: Əbdürrəzzaq Müəmmərdən rəvayət edib dedi: Zühərinin yanında Əlinin barəsində Ayişənin nəql etdiyi iki hədis var idi. Bir gün onların hansı hədislər olduğunu soruşdum.

Zühəri dedi: Ürvə, Ayişə və onların nəql etdiyi bu iki hədislə nə işin var?! Allah onlardan daha yaxşı və onların hədislərindən daha agahdır. Mən onları (Ürvə və Ayişəni) Bəni-haşim barəsində pis danışmaqla müttəhim etmişəm. (Sonra deyir:) Birinci (Abbas və Əli barəsindəki) hədis yuxarıda qeyd etdiyimiz kimidir.

İkinci hədisdə isə Ürvə Ayişədən belə nəql edir: Peyğəmbərin yanında idim. Abbas və Əli gəldilər. Peyğəmbər buyurdu: Ey Ayişə, əgər cəhənnəm əhlindən iki nəfərə baxmaq istəsən, onda bu iki nəfərə bax. Mən baxanda gördüm ki, Abbas və Əlidir.

Sonra Əbu Cəfər Əskafi deyir: Əmr As Əli (əleyhissalam)-ın barəsində bir hədis rəvayət etmişdir (Buxari və Müslüm də özlərinin “Səhih” kitablarında onu nəql etmişlər). Əmr As deyirdi: Peyğəmbərin belə buyurduğunu eşitdim: “Əbu Talibin övladları mənim dostlarım deyillər. Mənim dostum Allah və layiqli möminlərdir.”

Əbu Hüreyrə də bu xüsusda rəvayət etmişdir ki, guya Əli (əleyhissalam) Peyğəmbərin sağlığında Əbu Cəhlin qızını almaq istəmiş, Peyğəmbər də onu danlayıb məzəmmət etmişdir. Sonra minbərdə buyurmuşdur: Yox, Allahın dostunun qızı düşməninin qızı ilə bir yerə yığışmaz. Fatimə mənim canımın parəsidir. Hər nə onu incitsə, məni də narahat edir. Əgər Əli Əbu Cəhlin qızını alsa, onda gərək mənim qızımı boşasın və hər nə istəyirsə etsin.

Sonra “bu hədisin Kərabisdən nəql olunması məşhurdur” deyib izah edir ki, bu hədis “Səhihi-Buxari” və “Səhihi-Müslüm”də Müsəvvər ibni Müxərrəmə Zühəridən rəvayət olunmuşdur.

Seyyid Mürtəza “Tənzihul-ənbiya vəl-əimmə kitabında onu qeyd edərək demişdir: “O, Hüseyn Kərabisinin rəvayətlərindəndir. Halbuki, onun Əhli-beyt yolundan ayrılıb inhirafa düşməsi tarixdə məşhurdur. O, Əhli-beyt düşməni və Əhli-beytə qarşı ədavət aparanlardan sayılır. Buna əsasən onun rəvayəti məqbul deyildir.”

Əbu Cəfər Əskafi axırda yazır: Ə”məş rəvayət etmişdir ki, o, Müaviyənin İmam Həsən ilə sülh etdiyi ildə Əbu Hüreyrə ilə birlikdə İraqa gəlib Kufə məscidinə girdi. Camaatın onu alqışladığını gördükdə dizləri üstə yerə oturdu və bir neçə dəfə əlini keçəl başına çəkib dedi: Ey İraq əhli, elə güman edirsiniz ki, mən və Allahın və Onun Peyğəmbərinin adından yalan hədis deyərək özümü cəhənnəm odunda yandıraram?! (Yox!) Allaha and olsun, Peyğəmbərin belə dediyini eşitdim: “Hər bir peyğəmbərin hərəmi vardır, mənim də hərəmim Mədinədir. Hər kəs orada xoşagəlməz bir hadisə yaratsa, Allahın və mələklərin lə”nəti ona olsun. (Sonra buyurdu:) Allahı şahid tuturam ki, Əli orada belə bir hadisə törədəcəkdir!”

Bu xəbər Müaviyəyə çatanda ona çoxlu hədiyyə verib onu gülər üzlə qarşıladı, sonra onu Mədinəyə hakim təyin etdi.

Süfyan Suri İbni Əbil Hədiddən, o da Əbdürrəhman ibni Qasimdən, o da Ömər ibni Əbdül-ğəffardan belə rəvayət edir: Əbu Hüreyrə Kufəyə daxil olanda gecələr “Kində” qapısında otururdu, camaat da onun ətrafına yığışırdı. Kufə əhalisindən bir nəfər (bəlkə də İsbəğ ibni Nəbatə olmuşdur) onun yanına gəlib dedi: Ey Əbu Hüreyrə! Səni and verirəm Allaha, de görüm Peyğəmbərin Əli barəsində belə dua etdiyini eşitmisənmi: “Pərvərdigara, hər kəs Əlini dost tutsa, Sən də onu dost tut, hər kəs onu düşmən tutsa, Sən də o kəsi düşmən tut.”?

Əbu Hüreyrə dedi: Bəli, bunu eşitmişəm.

Cavan dedi: Allahı şahid tuturam ki, sən onun düşmənini dost, dostunu isə düşmən tutmusan.

Sonra ayağa qalxıb oradan getdi.

Bir sözlə, Müaviyə hər bir mümkün yolla Əli (əleyhissalam)-a qarşı zülm etmişdir.

“Fəsəyələmulləzinə zələmu əyyəmunqələbin yənqəlibun.”

(97) MÜAVİYƏNİN İMAM HƏSƏNƏ QARŞI XƏYANƏTLƏRİ

Müaviyə İmam Həsən (əleyhissalam)-ı sülhə də”vət etdi. İmamın da sülh etməkdən başqa bir çıxış yolu yox idi. Çünki sülhün yarada biləcəyi ziyanlar müharibənin yaradacağı ziyanlardan qat-qat az idi.

Görkəmli alim Şeyx Razi Ali Yasinin yazdığı “Sülhül-Həsən” kitabının müqəddiməsində biz bunu təfsilatı ilə qeyd etmişik.[369]

Xüsusilə Müaviyə İmam Həsənlə bağladığı sülhnamədə bu şərtləri özü irəli sürüb qəbul etmiş, İraqda və Şamda onun maddələrini əhaliyə xəbər verdikdən sonra xəyanət etmişdi.

Təbəri və İbni Əsir belə rəvayət etmişlər ki, Müaviyə altında möhür olan ağ bir kağızı İmam Həsənə göndərdi və məktubda yazdı ki, altı möhürlənmiş kağızda (sülhün şərtləri kimi) hər nə yazmaq istəsən, mən onu qəbul edirəm.

Həmin möhürlənmiş kağızı Əbdüllah Amirin vasitəsi ilə İmam Həsənə göndərdi. İmam Həsən sülhün şərtlərini öz dəst-xətti ilə yazmaq istəmədiyi üçün Əbdüllah Amirə imla etdi, o da İmamın dediyi kimi yazdı. Müaviyə də sülhün bütün şərtlərini qəbul edib möhürlədi, çox təkidli peymanlar və vədələr verdi ki, onu əməli olaraq həyata keçirəcəkdir. Daha sonra Şamın bütün böyüklərini ona şahid tutdu. Onlar da müqavilənin altını möhürləyib Əbdüllah Amirin vasitəsilə İmam Həsənə göndərdilər.

Müaviyə sülhnamənin yazıldığı məktubu bu cümlə ilə sona çatdırdı: “Müaviyə ibni Əbu Süfyana vacibdir ki, Allah ilə bağlanan əhd-peymana riayət edib Allahın bəndələrdən əhd-peyman barədə aldığı hər bir hökmə əməl etsin.” Lakin Müaviyənin həmişəki adəti belə idi ki, o, ilahi əhd-peymanları əhəmiyyətsiz sayıb heç vaxt onlara əməl etmirdi. Buna görə də özünün bütün əhd-peymanlarını və verdiyi vədələri ayaq altına saldı, Kufə məscidi sülh mərasimini bayram keçirməyə yığışan camaatla dolu olan halda, İmam Həsən və Hüseyn (əleyhiməssalam)-ın hüzurunda Həzrəti Əli və İmam Həsəni lə”nətlədi. Müaviyə bu yaramaz əməli ilə Kufə əhalisini zəlil etdi, üstəlik Allah və Peyğəmbərin dinini təhqir etmək istədi. İmam Həsən (əleyhissalam) özünün bütün səbri ilə onun həyasızlığına dözə bilmədi, Müaviyənin bu sözündən sonra minbərə çıxaraq onun bütün əməllərini ifşa, özünü isə rüsvay etdi, haqq əhlinin alnı açıq-lığına, batilin və batil əhlinin xarlığına səbəb olan bütün şeyləri qeyd etdi. Bundan sonra Müaviyə öz məkrli siyasətini Allahın kitabı və Peyğəmbərin sünnəti ilə müxalif olan hər yolla həyata keçirməyə başladı: pak və zahid insanları öldürmək, müsəlmanlara ehtiramsızlıq və namuslarına təcavüz, mal-dövlətlərini qarət etmək, azad fikirli insanları zindana salmaq və s. işlərə əl atdı.

O, mütərəqqi fikirli insanları sərgərdan edib fitnə-fəsad törədənləri iş başına qoydu. Əmr As, Müğeyrə ibni Şöbə, İbni Səid, Busr ibni Ərtat, Səmrə ibni Cündəb, İbni Səmt, Mərvan Həkəm (Peyğəmbər ona “kərtənkələ oğlu kərtənkələ” demişdi), Mərcanənin oğlu Übeydullah Ziyad, Vəlid ibni Üqbə, Ziyad ibni Süməyyə.

Müaviyə Ziyad ibni Süməyyənin atasını inkar edərək onun öz atası Əbu Süfyanın oğlu olduğunu iddia etmişdir ki, öz qardaşı olsun. Müaviyə sonra onu İraq şiələrinə hakim təyin etdi ki, onlara bacardıqca zülm etsin, uşaqlarını öldürüb, qadınlarını əsir tutsun və onları didərgin salsın, evlərini yandırıb mal-dövlətlərini qarət etsin. Müaviyə İmam Həsəni zəhərləməklə özünün çirkin və hiyləgər əməllərini kamilləşdirdi və məhz bundan sonra özünün şərab içən, ləyaqətsiz və ilahi həddi-hüdudu pozan oğlu Yezidin xilafətə gəlməsi üçün lazım olan şəraiti hazırladı.

Yezid Məkkə, Mədinə və Kərbəlada bu qədər faciələr törətmişdi! Onun hakimiyyətindən nə qədər vaxt keçirdisə, yeni-yeni cinayətlərə mürtəkib olur, Allaha və Onun Peyğəmbərinə qarşı açıq mübarizəyə qalxırdı. Onun mürtəkib olduğu nalayiq və yaramaz işlər ərşi lərzəyə gətirir, dağları yerindən silkələndirirdi.

YEDDİNCİ FƏSİL ÜNNÜ ALİMLƏRİNİN eyğəmbərin sünnəti və Quranın aşkar hökmlərinin əksinə CTİHADLARI

(98) BÜTÜN SƏHaBƏLƏR ADİLDİRLƏRMİ?

Bəli, sünnülərin fikri məhz belədir. Onların nəzərinə görə, bir kəsin Peyğəmbərlə sadəcə müsahib və yol yoldaşı olması onların ədalətlə ziddiyyət təşkil edən işlərdən paklaşmalarına səbəb olur və bu, bir növ onlar üçün ədalət gətirir. Buna görə də hər bir səhabənin Peyğəmbərdən nəql etdiyi hədisləri qeydsiz-şərtsiz, onların ədaləti, imanı, etiqadının düzgünlüyü, sədaqəti, əmanətdarlığı və s. barəsində azacıq belə olsun, təhqiqat aparmadan qəbul edir, həmişə ona istinad edib dəlil gətirirlər və həmin hədisin məzmununa və tələbinə uyğun olaraq əməl edirlər.

Halbuki, qeyd olunan bu mətləblər heç bir əqli və nəqli dəlilə əsasən qəbul olunası deyildir. Çünki Peyğəmbərlə sadəcə yoldaş olmaq–fəzilət olmasına baxmayaraq–şübhəsiz, şəxsin bütün çirkinliklərdən, sapmalardan və əqidə inhirafından amanda qalmasına dəlil ola bilməz. Buna əsasən, səhabələr də xəta və günahdan amanda qalmaq baxımından sair insanlar kimidirlər. Belə ki, onların arasında bəzən etimadlı, ədalətli, Allahın əmrlərinə qarşı müti və günahdan pak olan insanlar tapıldığı kimi, eləcə də günahkar, təcavüzkar və batini iman və etiqadı dəqiq məlum olmayan insanlar da olur.

Biz şiələrin (üsuli-fiqh elmində araşdırıldığı kimi) bəzi şəri dəlillərimiz vardır ki, vahid xəbərin (yəni yalnız bir və ya bir neçə nəfərin tərəfindən nəql olunan rəvayətin) ravisinin–hətta səhabə də olsa belə–ədalətli olmasını mütləq şəkildə şərt bilir. Belə ki, əgər adil olmasa (Quranın buyurduğu kimi, fasiq, yəni ədalətsiz olsa) onun nəql etdiyi hədis qət”i Quran dəlilinin hökmü ilə yüz faiz etibardan düşür. Kimliyi və ya hansı dində olması məlum olmayan şəxslər də eynilə bu qaydadadır: onların da barəsində axtarış aparmaq lazımdır ki, ədalətli olub-olmaması məlum olsun. Ədalətli olmaları sübuta yetməzsə, onların nəql etdikləri hədislər üsulid-dində deyil, yalnız füruid-dində istinad edilir. Əgər vahid xəbərin rəvayətçisinin ədaləti sübuta yetməsə, onun nəql etdiyi hədisə əməl etmək üçün heç bir əsas yoxdur.



Geri   İrəli
Go to TOP