A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Qulaq, üç ayrı-ayrı hissədən təşkil olunmuşdur:

1. Xarici qulaq;

2. Ortancıl qulaq;

3. Daxili qulaq.

1. Xarici qulaq

Bu qismət, iki üzvdən təşkil olunub. Birinci, qulağın xarici görünüşü və ya əyrisi. İkinci, qulağın içi. Qulağın xarici görünüşü həlqəvari ətdən olub, xüsusi kanallara malikdir. Bədənə zinət olmasından əlavə, qulağın bu qisməti çöldən müxtəlif səsləri alıb səsin cəhətini tə᾿yin edir və səsin şiddətindən də azaldır.

Qulağın içi, üç santimetrə qədərdir. Onun axırında, «səmax» adlı pərdə vardır. Bu pərdə, xarici qulağı, ortancıl qulaqdan ayırır. Qulağın deşiyinin bu qismətinin divarı, xüsusi dəridən olub, tərkibində yapışqan və zəhərli maddələr vardır. Bu maddələr mikrobları öldürür, həşəratların və toz torpağın qulağın içinə daxil olmasına mane olur.

2. Ortancıl qulaq:

Qulağın pərdəsinin arxasında, "pərdənin sandığı" adlanan xüsusi boşluq vardır. Bu fəza, iki kanalla daxili qulağa birləşir. Bu boşluq və ya sandıqda çox nazik və lətif sümüklər yerləşir. Bu sümüklərin adlarından əməlləri də mə᾿lum olur.

1. Səmax pərdəsinə söykənmiş çəkicəbənzər sümüklər.

2. Çənə sümükləri və onun üzərində olan səndah sümükləri.

3. Daxili qulağa söykənmiş kəmərvari sümüklər.

4. Səndahi və kəmərvari sümükləri birləşdirən noxudu sümüklər.

3. Daxili qulaq

Qulağın bu qisməti eşitməyin ən mühüm və həssas qismətidir. Hər cür zərbədən məhfuz qalmaqdan ötrü gicgah sümüyünün arxasında yerləşmişdir. Mürəkkəb bir quruluşa malikdir. Dəqiq quruluşu var. Ümumiyyətlə, üç müxtəlif qismətdən ibarətdir:

Birinci, iki çökəkliyə malik dəhliz qisməti, ikinci, üç yarım dairədən təşkil olunan yarım dairə qisməti. Üçüncü, iki dəfə bir-birinə dolanmış lülə şəkilli qismət.

Üç qismətdən ibarət bu quruluşlu mexanizm, daxili qulağın fəzasında mayenin içərisində qərar tutub və üzən haldadır. Bu üç qismətin hər birinin içində xüsusi maye var. Əsəb sistemlərinin hər biri, bu üç qismətə yayılıb. Onların hər biri bir növ səs alıb zehnə çatdırmağa mə᾿murdur.

NECƏ EŞİDİRİK?

Səs dalğalarını daşıyan hava, qulağa daxil olur və qulağın pərdəsini silkələyir. Çəkiş səndani və kəmərvari sümüklər, bu səsləri qulaq pərdəsindən götürüb daxili qulağın girəcəyində yerləşən ağ kanala salır. Ağ kanal da, öz növbəsində bu dalğaları alıb daxili qulağın içində yerləşən mayelərə ötürür. Bu mayelər arasında yerləşən eşitmə telləri, bu səsdən tə᾿sirlənir. Bu tə᾿sirləri əsəb sistemləri alıb zehndə yerləşən mərkəzə çatdırır. Beləliklə də, səsi hiss edib eşitmək hasil olur.

EŞİTMƏK QÜDRƏTİ

Eşitmək qüdrətinin bir neçə amillə münasibəti vardır. Səsin mövqeiyyəti, cismin vəziyyəti, qida və qidalanmaq. İnsanın yaşı və ömrünün birbaşa eşitməklə əlaqəsi var. Belə ki, yaş çoxluğu qulağın eşitmə ağırlığını artırır.

Eybsiz qulaq, zəif və anlaşılmaz səsləri havadan alıb zehnə çatdırmaq qüdrətində olur. Xarici qulaq, pərdə ilə bağlı olub səsi düzgün şəkildə alıb zehnə çatdırır.

QUR᾿ANİ-KƏRİMDƏ QULAĞIN GÖZƏ VƏ QƏLBƏ MÜQƏDDƏM OLMASININ SƏBƏBİ NƏDİR?

İndi də insanın qulağın yolu ilə təkamülə yetməsinə işarə edək. Qulağı, xüsusiyyət və quruluşu cəhətdən araşdırdıq. Qur᾿ani-kərimdə bir çox ayələrdə qulaq, göz və qəlbdən söz açılmışdır. Onların hamısında qulaq, gözə və qəlbə müqəddəm zikr olunmuşdur. Bu müqəddəmçiliyin səbəbini tapmaq olarmı? Əvvəlcə, bu ayələrin bə᾿zilərinə işarə etmişdik:

«De ki: Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir?"[230]

«Qulaq, göz və ürək –bunların hamısı sorğu-sual olunacaqdır!»[231]

Həmçinin, Nəhl surəsinin, 78, Mö᾿minun surəsinin 78, Bəqərə surəsinin 8, Fussilət surəsinin 20 və bir çox başqa ayələrdə qulaq, göz və qəlbə müqəddəm zikr olunmuşdur.

Alimlər elmi cəhətdən qulağın başqa əzalara görə üstünlüklərini zikr ediblər. O cümlədən, eşitməyin, ən az və çox fasiləsi min bərabər olduğu halda, bu fasilə görməklikdə çox azdır. Göz rənglərdən yalnız, müəyyən bir dəstə rəngi görə bilir. Məsələn, bənövşə rənginin əksini və qırmızıdan aşağı rəngi görə bilmir. Amma qulaq, ən aşağı və uzaq fasilə imkanında, yüzlərlə növ səsləri eşitməyə qadirdir. Ümumiyyətlə qulaq, 33300 növ səsi eşidib ayırmağa qadirdir.

Göz, bəşərin bu günə kimi ələ gətirə bildiyi 300 min rəngi görməkdən ötrü müxtəlif texnikalardan istifadə etməlidir. Halbuki, qulaq, xəstələnməyincə belə texnikaya ehtiyac yoxdur.

Həmçinin, göz, çox şiddətli nur bərabərində xətərə mə᾿ruz qalır. Belə ki, günəşin tutulmasına baxmaq, yaxud müxtəlif filmlər və televizor səhnəsi gözə əziyyət verir. Halbuki, yüzlərlə müxtəlif səslər qulağa ziyan vermir.

Nəhayət, gözün görmə meydanı məhduddur. Ancaq, qabağı və ya sağ-solu görə bilər. Halbuki, qulaq bütün altı cəhəti eşitməyə qadirdir. Bütün bunlar qulağı fizioloji cəhətdən gözə müqəddəm etməyin üstünlükləridir. Amma Qur᾿ani-kərimdə qulağın gözə müqəddəm olmasının əsas səbəbini qulağın nəfsin paklaşmasında nisbət üstünlüyünə görədir. Yə᾿ni, belə nəzərə gəlir ki, (ayələrə əsasən,) qəlbin və ruhun paklaşmasında qulağın rolu gözünkündən çoxdur.

NƏYƏ GÖRƏ QUR᾿ANDA EŞİTMƏK SÖZÜNÜN CƏM ŞƏKLİ GƏLMƏYİB?

Məşhur İslam alimlərindən Şeyx Tusi özünün məşhur, «Təfsiri Tibyan» kitabında tanınmış ədəbiyyatçıların birinin dilindən belə nəql edir ki, Qur᾿ani-kərimdə eşitmək sözünün tək şəkildə gəlməsinin iki səbəbi ola bilər:

Birinci, «eşitmək» sözü ərəb dilində bə᾿zən, cismin cəm şəkli mə᾿nasında işlədilir. Bu səbəbə görə bu sözün cəm şəkildə gəlməsinə ehtiyac yoxdur.

İkinci, Qur᾿an ayəsində «eşitmək» sözünün məsdər mə᾿nasında işlədilməsi nəzərdə tutulsun. Məsdərin öz-özündə həm aza, həm də çoxa dəlalət etməsinə görə daha onu cəm şəklində gətirməyə ehtiyac yoxdur.

Bundan əlavə, bu fərqin elmi və zövqi cəhətini də qeyd etmək olar. O da budur ki, dərk olunmalılar eşidilməlilərə nisbət daha çoxdur. Ona görə də «qəlblər» və «gözlər», cəm şəklində işlənib. Lakin, «eşitmək» (qulaq) tək şəkildə işlədilib.

QULAĞIN ŞƏRİƏTDƏ DƏYƏRİ

Gördüyümüz kimi, İmam Səccad (əleyhissəlam)-ın nəzərincə, iki qulağın insanın boynunda haqqı var. Həzrət, o hüququ bəyan etdi. Şər᾿i cəhətdən də qulağın öz dəyəri vardır. Şəriət sahibi onu bəyan etmişdir. Mühəqqiq Əllamə Hilli buyurur:

«İnsanın iki qulağında tam qan bahasının yarısı nəzərdə tutulub. Qulağın yumşaq yerinin kəsilməsinə görə insanın tam qan bahasının üçdə biri qədərdir. Qulağın yumşaq yerini deşməyin isə insanın qan bahasının üçdə biri qədər bahası verilməlidir. Təxminən yuxarıdakı ifadə kimi Ayətullah Xoinin "Məbani Təkmətül-minhac" kitabında gəlib:

«İnsanın iki qulağında tam qan bahası var. Kar qulaqda, yarım qan bahası, bə᾿zilərində isə həmən qanun üzrə. Qulağın yumşaq yerində isə üçdə bir qan bahası var." Müctehidlərin «Tozihil-məsailin»də yazılır:

Əgər iki qulaq kəsilib atılsa, insanın tam qan bahası verilməlidir. Yaxud, əgər qulağa elə zərbə dəysə ki, kar olsun, tam qan bahsın verməlidir. Əgər insanın bir qulağını kəssələr insanın yarım qanbahasını verməlidirlər. Əgər qulağın yumşaq yerini kəssələr, ehtiyat odur ki, onunla sülh etsin.[232]

5. GÖZÜN HAQQI

أَمَّا حَقُّ بَصَرِكَ فَغَضُّهُ عَمَّا لا يَحِلُّ لَكَ وتَرْكُ ابْتِذَالِهِ إلاّ لِمَوضِعِ عِبْرَةٍ تَسْتَقْبلُ بهَا بَصَرًا أَو تَسْتَفِيدُ بهَا عِلْمًا، فَإنَّ الْبَصَرَ بَابُ الِاعْتِبَارِ.

«Ancaq gözünün sənin boynunda haqqı budur ki, onu sənə halal olmayan hər şeydən qoruyasan və onu günaha batırmayasan. Yalnız, ibrət götürüb, elm və biliyini artırmaqdan ötrü bə᾿zi şeylərə baxmayasan. Çünki, görmək bir növ ibrət vasitəsidir.»[233]

«Bəsər» lüğətdə, iki mə᾿nada, görmək iste᾿dadı və göz mə᾿nasında işlənir. Rağib İsfahani özünün "Müfrədat" kitabında yazır: Bəsər, lüğətdə həm göz, həm də görmək iste᾿dadına deyilir. "Bəsurə" yə᾿ni, görən oldu. «Bəsər» və "əbsərə" yə᾿ni, gördü, dərk etdi, müşahidə etdi.

«Bəsər» həm gözə və həm də görmək hissinə deyilir. Məsələn, ayədə deyilir: «Qiyamətin qopması [əmri] bir göz qırpımında, yaxud daha tez olar».[234]

«Bəsər» sözünün cəm şəkli «əbsardır». Qur᾿an buyurur:

«Sonra sizə qulaq, göz və qəlb verdi.»[235]

«Bəsirət» sözü, qəlbin görməsi mə᾿nasında olub, mə᾿rifət və dərk ilə həmrədifdir. «Əqrəbul-Məvarid» kitabında nəql olunur ki, «bəsər» sözünün mə᾿nalarından biri də elmdir. Məşhur alim Təbərsi, Qur᾿anın, «Mən və mənə tabe olanlar, açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq"- ayəsində, «bəsirət» sözünü, mə᾿rifət və qəlbin görməsi mə᾿nasında qeyd etmişdir. Həmin səbəbə görə bəsirəti, ağıl və zirəklik mə᾿nasında işlədiblər.

GÖRMƏK ÜZVÜ, NEÇƏ ELMİN HƏDƏFİ

Göz, hiss və idrak vasitəsi olduğuna görə psixologiya elmində diqqət mərkəzində olur. Nur və işıq qanunlarına bağlı olduğuna görə fizikada ondan bəhs olunur. Görməyin sirri keyfiyyətinə görə fəlsəfə elmini özünə cəlb etmişdir. Bədənin bir üzvü olub, xüsusi vəzifə yerinə yetirdiyinə görə şərh və fiziologiya elmində gözün cüz᾿iyyatları bəyan olunur. Bütün bunlara görə gözü bir neçə elmin hədəfi adlandırsaq, mübaliğə etmərik. Bunun vasitəsilə də rəngləri, şəkilləri və cisimlərin fasilələrini dərk edirik.

GÖZDƏN DÜZGÜN ŞƏKİLDƏ BƏHRƏLƏNMƏK

Allah-taala, göz ne᾿mətinin əzəmətini «Bələd» surəsinin 8-ci ayəsində bəşərə açır, buyurur:

«Məgər biz insana iki göz vermədikmi?»

Göz, insanın xarici aləmlə mühüm əlaqə vasitəsidir. Onun qəribəlikləri o qədərdir ki, doğrudan da, insanı, Xaliqin müqabilində təvazökarlığa gətirir. Lakin, insanların bə᾿ziləri bu ne᾿mətlərdən istifadə etmirlər.

Ə᾿raf surəsinin 179-cu ayəsində insanların bir dəstəsi barəsində buyurur:

«Onların gözləri vardır lakin, onunla görməzlər.»

Bu ne᾿mətdən düzgün istifadə etmirlər.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), Bələd surəsinin 8-ci ayəsinin təfsirində buyurur:

«Allah, Adəm övladlarına buyurur: Ey Adəm oğlu! Əgər dilin səni, sənə haram etdiyim şeyə vadar etsə, onun qarşısını almaqdan ötrü sənə iki dodaq vermişəm; Əgər gözün səni haram tərəfə çəksə, Mən, onları örtməkdən ötrü sənin ixtiyarında iki kiprik qoymuşam.»[236]

Göz, Allahın haram buyurduqlarına bağlanmış olmalıdır. Kəhf surəsinin 101-ci ayəsində kafirlər barəsində belə buyurulur:

«O kəslər ki, gözləri Məni anlamaqdan pərdəli idi və eşitməyə də qadir deyilirlər.»

Bu ayədə buyurur ki: Kafirlər haram olunmuşlardan gözlərini yummadılar. Bəlkə, o şeylər ki, Allahı yada salır ondan gözlərini örtdülər. Həmin onlar, eşitmək qüvvələri olduğu halda, qulaq asmadılar. Əslində, kafirlər ən mühüm həqiqət axtaran və vaqiyyətləri dərk edən vasitələrini işdən salmışdılar. Maraqlıdır ki, göz barəsində buyurur: «Gözlərini Məndən uzaqda pərdəli saxlayırlar.»

İşarə olunur ki, qəflət hicabında olduqlarına görə Allahın nişanələrini görmürdülər. Həqiqəti də görmədiklərinə görə əfsanə yolunu tuturlar. Allah, cisim deyil ki, gözlə görünsün, görünən yalnız, Onun əlamət və nişanələridir. Onlar da onu xatırlamağa səbəb olur.

İNSANIN ÖZ XİLQƏTİNƏ BAXIŞI

Gözdən düzgün şəkildə istifadə etməyin yollarından birini Qur᾿an bəyan etmişdir. Qur᾿ani-kərim "Tariq" surəsinin 5-7-ci ayələrində insanı görməyə də᾿vət edərək, buyurur:

«Elə isə insan nədən yaradıldığına bir baxsın! O axıb tökülən bir sudan [nütfədən] yaradılmışdır. O su [kişilərin] bel sümüyündən [qadınların] isə köks sümüyündən çıxar!»

Beləliklə, Qur᾿an, bütün insanların əlindən tutub onları ilk yarandığı vaxta qaytarır. Bu sual cümləsi ilə onlardan soruşur: Sizin yaranışınız nədən olmuşdur? Onların cavabını gözləməmiş, Özü suala cavab verir ki, (kişinin nütfəsinə işarə olunan) "atıcı sudan" yaranmısınız. O nütfə, kişinin sülbündə üzən haldadır. Çölə çıxanda isə sıçrayır. Sonra sülb və sinələr məsələsini qarşıya qoyur. Müfəssirlərin bu barədə nəzəriyyələri müxtəlifdir. Bu bəhsdə onların hamısını zikr etmək yeri deyil. Bizim hədəfimiz, Qur᾿anın, insanın nədən yaranmasına diqqət etməsi də᾿vətini araşdırmaq idi.

YEMƏK VƏ TƏAMLARA BAXIŞ

Qur᾿ani-Kərimin ikinci də᾿vət etdiyi məsələ, insanın yemək və təamlarına diqqət yetirməsidir. «Əbəsə» surəsinin 24-cü ayəsində buyurur: «İnsan hələ bir yeməyinə baxsın.»

İnsana ən yaxın əşya, qida maddələridir ki, bir az dəyişməklə insanın vücudunun bir hissəsinə çevrilir. Əgər onun vücuduna keçməsə, tezliklə fəna yolunu tutur. Ona görə də Qur᾿ani-kərim bütün mövcudatların arasında yeməklərə, xüsusilə, bitkilər və ağaclar vasitəsilə insana aid olan yeməklərə işarə edir.

«Baxmaq»dan məqsədin nə olması barəsində müfəssirlər arasında ixtilaf var. Bir dəstə zahir baxışa mö`təqid olub, məqsəd, insan süfrəyə baxıb halal və ya haram yeməsinə diqqət etməsidir. Yemək ona xeyirdir, yaxud zərər? Bə᾿zi rəvayətlərdə bu yeməyin «elmi qida» olduğu söylənilir. İmam Baqir (əleyhissəlam) buyurur:

«Öz elminə bax ki, kimdən və hansı yolda qərar tutub və ya yeməyin tərkibi barəsində fikirləşmək. Hər nə olursa-olsun, Qur᾿an insanı bu sahəyə baxmağa də᾿vət edir.»[237]

Qur᾿ani-kərimdə çox yerlərdə, insan baxmağa də᾿vət olunur. Məsələn: «Yer üzündə dolaşıb görün ki, haqqı inkar edənlərin axırı necə oldu?"[238]

Başqa yerdə buyurur: «Yer üzünü gəzib Allahı məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın.»[239]

NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR

Qur᾿ani-kərim buyurur: «Mö᾿min kişilərə de ki: Gözlərini haram edilmiş şeylərdən çevirsinlər, [naməhrəmə baxmasınlar]. Ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.»

«Mö᾿min qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, [naməhrəmlərə baxmasınlar]. Ayıb yerlərini qorusunlar."[240]

Ərəb dilində «yəğuzzu» fe᾿li əslində, "əzz" sözündən olub, azaltmaq və naqisliyə deyilir. Çox yerlərdə səsi azaltmaq və nəzəri azaltmağa deyilir. Beləliklə, ayə buyurur: «Öz nəzərinizi azaldın.»

Bu ifadə, naməhrəm qadınla üzləşən zaman insanı tərbiyəli olmağa sövq edən ən lətif ibarətdir. Əgər gözümüzü bir dəfəlik örtsək, yol yerimək mümkün olmaz. Lakin, baxışımızı qadının surət və bədən qismətindən döndərsək, sanki, öz baxışımızı azaltmış olur və qadağan olunmuş səhnəni birdəfəlik öz nəzərimizdən uzaqlaşdırırıq.

Qeyd etdiyimiz kimi Allah-taala, Qur᾿ani-kərimdə naməhrəm kişi və qadınlara bir-birinə baxmağı qadağan buyurmuşdur. Çoxlu rəvayətlərdə bu əmr bəyan olunmuşdur. Bə᾿zi yerlərdə baxışların zərər və ziyanları açıqlanmışdır.

"Vəsailüş-Şiə" kitabında bu mövzuda xüsusi "fəsl" açılmışdır. Bu fəslin adı «Naməhrəm qadınlara baxmanın haram olunması və onun tə᾿sirləri»dir. Bu mövzudakı rəvayətlərin birincisində buyurulur:

İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur ki, buyurur: «Naməhrəmə baxmaq, Şeytanın oxlarından biridir və zəhərlidir. O qədər baxışlar var ki, uzun həsrətlərə səbəb olur!»[241]

Bu hədisdə baxışın Şeytanın oxuna oxşadılması o cəhətdəndir ki, ox, hədəfə yetişdikdə onu dağıdır, yersiz baxış da ismət və paklıq pərdəsini dağıdır. Hədisin ardınca buyurur: «Yersiz baxış, çox vaxt uzun-uzadı həsrətə çevrilir.»

Bəli! Çox haram baxışlar var ki, onun ardınca insan ömrünün axırına kimi aradan getməz bədbəxtçiliklərə düçar olur. Ömür boyu peşimançılıqda olub, heç bir nəticə də ələ gətirə bilmir.

Bu mövzuda başqa rəvayət də gəlib. İmam Sadiqdən (əleyhissəlam) nəql olunur, buyurur: «Bir baxışdan sonrakı (naməhrəmə) baxış, insanın qəlbində meyillər və şəhvət toxumunu səpir. Baxışdan səpilmiş toxum, sahibini fitnəyə salmaqdan ötrü kifayətdir.»[242]

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur, buyurur:

«Hər kim, gözü naməhrəmə sataşdıqdan sonra baxışını kəssə, ya göyə tərəf baxsa ya da baxışını azaldıb gözünü örtsə, həmin anda, Allah-taala Behiştdə ondan ötrü «Hurul-eyn» qərar verər.»[243]

ŞƏRİƏTDƏ BƏ᾿Zİ YERLƏRDƏ NAMƏHRƏMƏ BAXMAQ İSTİSNA OLUNUB

Qur᾿an ayələrindən və İmam Səccadın (əleyhissəlam) «Hüquq risaləsi» kitabından aydın oldu ki, Allahın haram buyurduğu şeylərə baxmaq olmaz və onlara göz yummaq lazımdır. İndi də elə mövqeiyyətlərə işarə edək ki, şəriətdə o halda naməhrəmə baxmaq istisna olunub. O yerlərdən biri də insanın həmin naməhrəmlə evlənmək istədiyi vaxtdır. «Vəsail-Şiə" kitabında həmin mövzuda İmam Baqir (əleyhissəlam)-dan nəql olunur:

«Bir nəfər İmam Baqir (əleyhissəlam)-dan evlənmək istədiyi qadına baxmağa icazəsi olub-olmadığını soruşur? Həzrət buyurur: Bəli! Baxa bilər. Həqiqətən, o qadını ən baha qiymətə almaq istəyir.»

Bu rəvayətdə yalnız baxmağa icazə verilib. Amma hansı yerə baxmağı bəyan olunmur. Lakin, başqa rəvayətdə hansı vaxtda baxmaq da bəyan olunur. İmam Sadiq(əleyhissəlam)-dan nəql olunur ki, buyurur:

«Kişi qadınla evlənmək fikrində olsa, onun üzünə və biləklərinə baxmağın eybi yoxdur.»[244]

Üçüncü rəvayətdə ravi yazır: İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Bir nəfər kişi bir qadınla evlənmək istəyir. Diqqətlə ona nəzər edir, üzündən və arxasından baxır. Bu işə nə deyirsən? Həzrət buyurur: Əgər onunla evlənmək niyyətindədirsə, üzünə və arxa tərəfdən baxmağın eybi yoxdur.»[245]

Başqa rəvayətlərdə, əgər evlənmək niyyəti olub, ləzzət aparmamaq şərti ilə qadının saçlarına və zinətli yerlərinə baxılmasına da icazə verirlir.

HƏKİMİN XƏSTƏ QADINA BAXMASI

Naməhrəm qadına baxmağın istisna olunmuş yerlərindən biri də həkimin xəstə qadını müalicə etməsi vaxtıdır. O şərtlə ki, kişi həkimdən başqası onu müalicə edə bilməsin. «Vəsailüş-şiə"kitabında bu barədə rəvayətdə oxuyuruq:

«Əbi Həmzə Somali, İmam Baqir (əleyhissəlam)-dan nəql edir ki, Həzrətdən soruşdum: Müsəlman qadınlardan birisi xəstələnsə və ya bədənində xəsarət olsa, yaxud sınıqlıq olsa, özü də elə bir yerdə olsa ki, ora baxmaq haramdır, həmçinin, həmin sahədə kişi həkim qadın həkimdən savadlı olsa, icazə var ki, kişi həkim qadının bə᾿zi yerlərinə baxsın?

Həzrət cavabında buyurur: Zəruri vaxtda eybi yoxdur. Əgər qadın istəyirsə, kişi onu müalicə edə bilər.»[246]

ƏHLİ-ZİMMƏ[247] VƏ SƏHRALARDA YAŞAYAN KÖÇƏRİ QADINLARA BAXMAQ

Naməhrəm qadınlara baxmağın istisna olunmuş hallarından bir dəstəsi, zimmə əhli və köçəri qadınlardır. Bu barədə «Vəsail-Şiə" kitabının 112-ci fəslində, rəvayətdə oxuyuruq:

İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Zimmə əhlindən olan qadınların saçlarına və əllərinə baxmağın eybi yoxdur.»[248]

Başqa rəvayətdə İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur:

«Kənd və köçəri qadınlarının baş və tüklərinə baxmağın eybi yoxdur. Çünki, əgər onları bu işdən çəkindirsəniz də, öz saçlarını örtməyə hazır deyillər. Həmçinin, divanə və ağıldankəm qadınlar da əgər qəsdən bu işi görməsələr onların hökmündəndir..»[249]

İBRƏTAMİZ BAXIŞ

İmam Səccad (əleyhissəlam) buyurur: «Baxmalı şeylərdən ibrət almaq lazımdır. Çünki, göz ibrətlərə tərəf açılmış qapıdır. İnsanın baxış növlərindən biri də onun ibrət almasına səbəb olan ibrətamiz baxışıdır. Belə baxışın insana faydası var. Harun İmam Rza (əleyhissəlam)-a yazır: Qısa bəyanla mənə moizə et! Həzrət cavabında yazır: Elə bir şey yoxdur ki, sənin gözün ona düşsün və səndən ötrü onda ibrət və nəsihət olmasın.»[250]

Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) buyurur:

«İbrət götürməli şeylər çoxdur. Lakin, ibrət götürən azdır.»[251] Başqa hədisdə Həzrət buyurur:

«Hər kim ibrət gözü ilə baxsa, gözü açılar. Hər kimin gözü açılsa, anlayar, hər kim də anlasa, elm və bilik dərəcəsinə yüksələr.»

Rəvayətlərdən birində nəql olunur ki, Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) Mədain şəhərindən keçəndə, Kəsranın yerdə qalan əsərlərini müşahidə edir. Onun qalaları uçub yerə yapışmaq üzrə idi. Həzrətin əshabından birisi, şair ibni Yə`fur Yəməninin yazdığı şe᾿ri xatırlayır:

«Küləklər onların yerdə qalan əşyalarının üzərindən əsirlər. (onların qəsrlərindən küləyin səsindən başqa bir şey qulağa dəymir). Sanki hamısının və᾿də olunmuş yerləri var və hamısı o yerə gediblər!»

Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) buyurur: Nəyə görə bu ayələri tilavət etmirsiniz?

«Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər, neçə-neçə əkinlər, gözəl yerlər, möhtəşəm qəsrlər və zövq aldıqları neçə-neçə ne᾿mətləri (tərk etdilər). Onları belə cəzalandırdıq və sərvətlərinə, mülklərinə başqalarını varis etdik. Bunlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.»[252]

Bu ayələr, bütün zülm və zillətlərdən sonra hökumətinin axırda İsrail övladlarının əlinə düşüb,