A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


"İlahi! Məni bədənimin bütün üzvlərindən bəhrələndir! Göz və qulağımı mənim varisim qərar ver. Yə᾿ni, ömrümün axırına kimi məndə korluq, karlıq və naqis üzv olmaqımın qarşısını al!»

CAHİZ VƏ LAĞLAĞININ TƏ᾿SİRİ

Cahiz, təhsil almış şəxslərdən idi. Hicrətin üçüncü əsrində yaşayırdı. Çoxlu kitablar yazmış, elmi əsərlər yadigar qoymuşdur. Onun çox çirkin sifəti və bədəni vardı. Həzrət Əli (əleyhissalam) ilə müxalifət edib düşmənçilik göstərdiyinə görə Bəni-Abbas xəlifəsi ondan himayət edirdi. Günlərin birində öz şagirdlərinə söyləyir: Bütün ömrüm boyu bir nəfər qadından başqa heç kim məni xəcalətli etməyib. Əhvalat belə oldu. Yoldan keçərkən bir qadınla rastlaşdım. Məndən xahiş etdi ki, onunla birlikdə gedəm. Qəbul etdim. Məni heykəltəraş bir dükana aparıb, dükan sahibinə göstərib dedi: Bu Şeytan kimi! – sonra çıxıb getdi. Heyrətdə qaldım. Mağaza sahibindən hadisəni soruşdum. Cavab verdi: Bu qadın bir neçə müddətdir ki, mənə Şeytan heykəli düzəltməyi sifariş verib. Ona demişəm ki, mən Şeytanı görməliyəm tainki, ondan sənə düzəldim. Bu gün səni mənim yanıma gətirib göstərdi fikirləşir ki, sən Şeytansan.

12. Sirri faş etmək:

Dilin zərərlərindən biri də şəriətdə pislənmiş başqalarının sirrini faş etməkdir. Bu barədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Hər vaxt birisi bir söz desə sonra üzünü o tərəfə çevirsə, sözü eşidənin yanında əmanətdir.[194]»

Başqa bir yerdə həzrət buyurur:

«Başqalarının dedikləri sizin yanınızda əmanətdir.»[195]

İmam Həsəndən (əleyhissəlam) nəql olunur, buyurur:

«Müsəlman qardaşının sirrini aşkar etmək xəyanətdir.»[196]

13. Yalan və᾿də:

Dilin başqa zərərlərindən biri də, və᾿də verib ona əməl etməməkdir. Əhdə vəfa etmək, Allah adamlarının nişanələrindən biridir. Qur᾿an buyurur:

«Ey iman gətirənlər! Verdiyiniz və᾿dələrə vəfadar olun!»[197]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Və᾿də, insanın dinindən sayılır.»[198]

Allah-taala, İsmail peyğəmbəri və᾿dəsində doğru olduğuna görə onu, Qur᾿ani-Kərimdə «Sadiqul-və᾿d» ləqəbi ilə tə᾿rifləmişdir.[199]

YALAN DANIŞMAQ VƏ AND

Yalan, böyük günahlardan olub insanın abır-həyasının aradan getməsinə səbəb olur. Qur᾿an və rəvayətlərdə yalan danışma və yalan andın pislənməsinə çox işarələr olunmuşdur. Biz onlardan bə᾿zilərinə işarə edəcəyik:

Əbu Səid nəql edir: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) eşitdim ki, Allaha dua edərkən belə buyurdu:

«İlahi! Qəlbimi nifaq və ikiüzlülükdən pak et! Zinaya mürtəkib olmaqdan və dilimi yalandan qorumaqla məni pak et.»[200] İmam Baqir (əleyhissəlam) buyurur:

«Yalan, imanın viran olub aradan getməsinə səbəb olur.»[201]

Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) buyurur:

«İmanın dadını yalnız, o şəxslər dada bilər ki, istər zarafata, istərsə də doğrudan yalan danışmasın.»[202]

Bir nəfər İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdi: Ya Rəsuləllah! Mö᾿min rüsvay olarmı?

Buyurdu: Bə᾿zən.

Soruşdu: Mö᾿min oğurluq edər?

Buyurdu: Bə᾿zən.

Soruşdu: Mö᾿min yalan danışar?

Buyurdu: Heç vaxt!

Allah-taala buyurur:

«Yalan və iftira o kəslərə aiddir ki, Allaha imanları yoxdur.»

İmam Həsən Əsgəri (əleyhissəlam) buyurur:

«Bütün günahlar bir evə yığılsa, o evin açarı yalandır.»[203] Yə᾿ni, hər kəs yalan desə, bütün günahlara mübtəla olar.

YALANIN SƏRÇEŞMƏSİ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Hər bir yalançı, yalanına görə öz nəfsində alçaqlıq hiss edir.»[204]

Beləliklə, yalanın kök və sərçeşməsi nəfsin çirkinliyidir. Müqabil tərəfi, yə`ni, sədaqət və doğruluq, nəfsə e`timaddan sərçeşmə alır. Günlərin birində, Həccac mənbərdə sözü çox uzadır. Cəmiyyətin arasından bir nəfər uca səslə deyir: Namaz vaxtıdır sözünü qısalt! Nə, vaxt sənə görə dayanar və nə də, Allah əzabından keçər. Həccac əhali arasında olan bu aşkarlıqdan narahat olur. O kişinin tutulmasına əmr verdi. Qohumları yığışıb Həccacın yanına gedib deyirlər ki, o kişi divanədir, onu azad et. Həccac dedi: Əgər özü e`tiraf etsə, azad edərəm!

Kişinin yanına gedirlər ki, ona öz divanəliyini e`tiraf etdirsinlər. Zindanda cavab verir: Allah məni sağlam yaratmışdır. Özüm də ağıllıyam. Divanə deyiləm, nəyə görə özümü dəliliyə vurmalıyam? Həccaca xəbər verirlər ki, kişi belə deyir. Həccac sədaqət və düz danışdığına görə onu azad edir.

15. Qeybət:

Dilin on beşinci zərəri qeybətdir. Bəhsə başlamazdan əvvəl, qeybətin tə᾿rifi ilə tanış olaq. Böyük alimlərdən mərhum Şəhid Sani özünün «Kəşfür reybə"kitabında, qeybəti belə tə᾿rif edir:

«Başqası olmayanda, onun haqqında danışmaq, belə ki, bu söz, əhali arasında nöqsan sayılsın və danışan qarşı tərəfə nöqsan yetirmək niyyətində olsun.»

Əbuzərdən qeybət barəsində soruşurlar, o da cavab verir: Müsəlman qardaşın olmayan yerdə, ondan danışılsın, belə ki, əgər özü eşitsə, narahat olar.[205]

Müqəddəs İslam şəriətində qeybət haram sayılır. Şeyx Mürtəza Ənsari özünün «Məkasib» kitabında qeybətin haram sayılması barədə çoxlu dəlillər gətirmiş və aşağıdakı ayəni zikr etmişdir.

«Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı!? Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir].»[206]

Qeybətin çirkinliyi bundadır ki, iki nəfər, müdafiəsiz və qeybdə olan bir nəfər barədə danışırlar və ona hücum edirlər. Birisi, heç bir hiss və hərəkəti olmayan ölü ətini yeyir. Başqası, eləsinə hücum edir ki, məclisdə olmayıb özünü müdafiə edə bilmir. Qur᾿an bu bənzətmədə dörd mətləbi nəzərdə tutur:

1. Müsəlmanlar və bir məzhəbdə olanlar, bir-biri ilə qardaş hökmündədirlər;

2. Müsəlmanın abır-həyası, onun əti kimidir;

3. Müsəlmanın olmadığı yerdə onun ardınca danışmaq, onun abır-həyasını aradan aparmaq və ətini yemək kimi bir şeydir;

4. Haqqında qeybət olunan şəxs məclisdə deyil və bu namərdcəsinə danışıqdan xəbərsiz olub, özünü müdafiə edə bilmir, sanki həmləyə mə᾿ruz qalmış ölü kimidir. Ola bilsin, həmin məsələyə görə həzrət Əli (əleyhissəlam) qeybət edəni biçarə və əlacsız adlandırır və buyurur:

«Qeybət əlacsız və biçarə insanın işidir!»[207]

Dəlil kimi istifadə olunmuş ikinci əsas da budur ki, Allah-taala buyurur:

«Mö᾿minlər arasında onları nüfuzdan, hörmətdən salmaq məqsədilə pis söz yaymaq istəyənləri dünyada və Axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!»[208]

İnsan, ictimai mövcud olduğuna görə yaşadığı mühit onun öz evi kimi sayılır və o mühitin abır-həyasını, öz ailəsinin abır-həyası kimi qoruyub, fəsad və çirkinliyin ora daxil olmasının qarşısını almalıdır. Bu əsasa görə İslamda hər hansı bir növlə olursa, yaşayış mühitini korlayanlarla mübarizə aparılmalıdır. Əgər qeybətlə şiddətli mübarizə olunarsa, ona görədir ki, qeybət zamanı eyblər aşkar olur və İslam bunu bəyənmir. Müsəlman qardaşın eyblərinin gizlədilməsi əmri də bu göstərişdə mə᾿na tapır.

Şeyx Ənsarinin üçüncü dəlil kimi qeybətin haram olmasına istifadə etdiyi ayə budur:

«Allah kiminsə öz sözləri ilə pislikləri izhar etməsini sevməz. Yalnız, zülm izhar olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!.»[209]

Qeyd etmək lazımdır ki, ayədəki «pislik»dən məqsəd, hər cür pislik və çirkinlik, «izhar»dan isə məqəd, hər cür söz, danışıq və ya izhar vasitəsidir.

İstər şikayət şəklində, istər hekayət ya nifrin, ya da zülm etməklə izhar olunsun. Ona görə də, ayə, qeybətin haram edilməsinə dəlalət edir.

Qeybətin haram olmasının dördüncü dəlili budur:«[Dalda] qeybət edib tə᾿nə vuran hər kəsin vay halına."[210]

Müfəssirlərdən bir dəstəsinin rə᾿yinə görə bu ayə, Vəlid ibni Müğeyrə barəsində nazil olmuşdur. Bu şəxs, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) ardınca qeybət edir, üzdə isə o həzrətə tə᾿nə və istehza edirdi. Hər halda ayədə buyurur:

«[Dalda] qeybət edib, eyb tutanların vay halına!»

Ayənin kəlmələrindən, "Hüməzə" və "Lüməzə" kəlmələri bir işdə mübaliğə bildirirlər. Birinci, kəlmə əslində "həmz" sözündən olub, «sındırmaq» mə᾿nasındadır. Qeybət edənlər başqasının şəxsiyyətlərini sındırdıqlarına görə onlara "hüməzə" deyilir. "Lüməzə" isə əslində, "ləmz" kökündən olub, qeybət edən və eyib tutanlara deyilir.

İSLAM QANUNLARINDA QEYBƏTİN HARAM OLMASI

Şiə və sünni ravilərin vasitəsilə qeybətin haram olması və onun acı tə᾿siri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Bu günahı müxtəlif təmsillər və oxşatmalarla bəyan etmişlər. Onlardan bə᾿zilərinə işarə edək:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Bütün müsəlmanların malları və abır-həyaları bir-birinin yanında hörmətlidir.»[211]

Feyz Kaşani, «Əl-Mühəccətül-beyza" kitabında qeybəti, abır-həya və şərəfin əksi kimi qeyd etmişdir.

Cabir və Əbu Səid hər ikisi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edirlər:

"Qeybətdən çəkinin, çünki, qeybət müqayisə olunsa, zinadan da pisdir. Çünki, insanın bə᾿zən zina vasitəsilə abrı gedir, sonradan peşiman olub tövbə edir. Allah-taala da onun tövbə və peşimançılığını qəbul edir. Ancaq, qeybət edənin günahı bağışlanılmır, o vaxta kimi ki, qeybət etdiyi şəxs onun günahından keçsin."[212]

ME᾿RAC GECƏSİNDƏ MÜHÜM XƏBƏR

Ənəs adlı ravi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir: Me᾿rac gecəsində bir dəstənin yanından keçdim ki, dırnaqları ilə üzlərini cırırdılar. Cəbraildən soruşdum ki, bunlar kimlərdir?

Buyurdu: Bunlar o kəslərdir ki, camaatın qeybətini etmiş, onların abır-həyasını hərraca qoymuşlar.»[213]

QEYBƏT VƏ ONUN ƏKS TƏ᾿SİRİ

Bu dünyanın sabit qanunlarından biri budur ki, insanda baş verən hər hansı bir əməlin, hər hansı bir əks-tə᾿siri olur. Başqa sözlə desək, hər hərəkətin əksül-hərəkəti də var. Aşağıdakı nümunələr bu məsələyə şahiddir:

Daşın müqabilində durub fəryad etmək, səbəb olur ki, səs insanın özünə eyni halda qayıtsın və fəryad edən həmin səsi eşitsin. Topu nə qədər sür᾿ətlə yuxarı atsan, həmin dərəcədə sür᾿ətlə aşağı gələcək. Turşu adını eşidəndə, azığın suyu hərəkətə gəlir. Bütün bunlar əməl müqabilində, əksül-əməl adlanır. Şair Məsnəvi demişkən:

Bu dünya bir dağdır, işimiz nida!

Özümüzə qayıdar, çox etmə nida!

İndi də qeybət və onun əksül-əməli. Borra adlı ravi nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bizlərə moizə oxudu. Belə ki, azad olmuşlar da, evlərində eşitdilər. Buyurdu: Ey o kəslər ki, qəlbdə yox, dildə iman gətirmisiniz! Müsəlmanların qeybətini qırıb, onların sirlərini axtarmayın! Hər kəs belə etsə, Allah da onun sirlərini açar, belə şəxs öz evinin içində də olsa, rüsvay olar!"[214]

Bəli! Budur əməlin əksül-əməli! Qeyd etdik ki, bu mövzuda sünni və şiə ravilərindən rəvayətlər nəql olunmuşdur. Bura kimi sünni ravilərinin rəvayətlərini söylədik. İndi də şiə ravilərindən də bir neçə hədis nəql edək. Şeyxs Səduq, öz sənədi ilə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:

«Hər kim din qardaşının qeybətini edib, onun gizli sirlərini açmağa səy etsə, ilk götürdüyü addım Cəhənnəmə tərəfdir. Allah da onun sirrini insanların gözü önündə aşkar edər. Hər kim müsəlmanın qeybətini qırsa, orucu və dəstəmazı batil olar. Əgər belə halda ölsə, Allahın haram buyurduqlarını halal bilən kimi ölmüş olar.»[215]

Aydın məsələdir ki, namaz və orucun batil olmasından məqsəd, fiqhi hökm deyil. Çünki, alimlər, qeybəti, namaz və orucu batil edənlər sırasında qeyd etməmişlər. Bəlkə də, məqsəd namaz və orucun tə᾿sirinin aradan getməsidir.

İmam Sadiq (əleyhissəlam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:

«Qeybət, insanın imanının aradan getməsində, rak xəstəliyinin cismə etdiyi tə᾿sirdən də güclüdür![216]»

Belə olan halda qeybəti dində rak xəstəliyi kimi adlandırmaq olar. Müfəzzəl ibni Ömər, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir:

«Hər kim mö᾿minin zərərinə söz danışa və məqsədi onu xar etmək, abır-həyasını xalqın gözündən salmaq olsa, Allah onu Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar. Şeytan da onu qəbul etməz!»[217]

Qeybət, təkcə dillə deyil! Başqasının eyb və nöqsanını çatdıran, haqqında deyilənin xoşuna gəlməyən hər şey qeybət adlanır. İstər sözlə, işlə, aşkar, işarə, rəmz, tə᾿nə vurmaq, yazmaq və s. olsa da, hamısı qeybətdir.

Dillə qeybət ona görə haramdır ki, qardaşının nöqsanlarını başqasına anladır. Beləliklə, hansı yolla başqasının eybini anlatmaq istəsə, qeybət və haram olur. Başqasının yerişini yamsılamaq və özünü ona oxşatmaq haramdır. Bəlkə də, bunlar qeybətdən də pisdir. Çünki, eybi daha çox aşkar edir. Qadınlardan biri Ayişənin yanına gəlir. Çıxıb gedərkən, Ayişə əli ilə onun balaca boyluğuna işarə edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Qeybət etdin![218]

QULAQ ASAN DA QEYBƏTƏ ŞƏRİKDİR!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Qeybətə qulaq asan da, qeybət edənlə şərikdir.»

Beləliklə, qeybəti eşidən də günahdan uzaqda qalmır. Yalnız, bu halda günah qazanmır ki, dili ilə onu pisləsin və ya başqa sözlə onun sözünü kəssin, yaxud, məclisdən çıxsın. Əgər bütün bunları bacarmasa da, qəlbində qeybəti, çirkin və bəyənilməz işlərdən hesab etsin. Əgər dili ilə desə ki, «sakit ol», amma qəlbində qeybət edənin əməlindən razı qalsa, münafiq sayılır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:

«Hər kimin yanında bir mö᾿mini xar və rüsvay etsələr və o şəxs imkanı olan halda mö᾿minə kömək etməsə, Allah-taala Qiyamət günündə bütün məxluqatın gözü önündə onu xar və rüsvay edəcək.»[219]

Yenə də buyurur:

«Hər kim gizlində mö᾿min qardaşının abır-həyasını qorusa, Allah Özünə vacib bilir ki, Qiyamətdə onun abır-həyasını qorusun.»[220]

Yenə buyurur:

«Hər kim gizlində mö᾿min qardaşının abır-həyasının qorusa, Allah Qiyamətdə onu Cəhənnəm odundan saxlayar.»[221]

QEYBƏTDƏN HƏDƏF

Alimlər aşağıdakıları qeybətin hədəfləri bilirlər:

1. Qəzəb, kin-küdurət, həsəd. Bu halda əxlaq alimləri qeybəti qəzəb qüvvəsinin rəzilətlərindən bilirlər.

2. Məsxərə və istehza. Zarafat, şənlik, təəccübə gətirmək, yamsılamaq, əhalini güldürməkdən ötrü nəql etmək, bütün bunlar, insanın şəhvani qüvvəsinə bağlıdır.

3. İftixar etmək və deyişmək. Bu halətdə insan, başqasının nöqsanını deməklə özünü yuxarı qaldırır. Məsələn, söyləyir: Filankəs bir şey bilmir. Bunun ətrafında özünün fəzilətini sübuta yetirmək istəyir. Belə rəzilətlər, qəzəb qüvvəsindən sərçeşmə alır.

4. Çirkin işlərdən birini başqasına nisbət vermək. Bunu söyləməklə, özünü bu xüsusda pak bildirmək istəyir. Bə᾿zən başqalarını da özünün pis işində şərik kimi yada salır və bununla özünü üzürlü hesab etmək istəyir.

5. Yoldaşlıq və dostluğun nəticəsi. Ona qarşı nifrət etməsinlər deyə, qeybət edən dostlar arasında müsəlmanların eyblərini izhar edir. Belə ki, kiçik hədəflə deyilən qeybət, nəfsin zəifliyindəndir.

6. Başqasının onun çirkin işlərinin açıqlamaq istəməsindən xəbər tutmaq və onun zərərinə şəhadət versin.

Qarşı tərəfin sözünü tə᾿sirdən salmaqdan ötrü qabağa düşüb onunla düşmənçilik etdiyini izhar edir. Bu məsələnin mənşəyi də qorxu və zəifliyin nəticəsidir.

7. Mehribançılıq və rəhimdillik. Belə ki, başqasının giriftarçılığında desin: Biçarə özünün çirkin işi ilə məni qəmgin etdi. Mən bu dərdi-sərdə onunla şərikəm. Lakin, belə şəxs, başqasının adını və eybini çəkməklə, qeybət edənlərdən hesab olur.

8. Pis və çirkin işlərdən təəccüblənmək.

Məsələn, desin ki: Filankəsdən çox təəccüblüdür ki, filan çirkin işi görüb! Belə şəxs, öz qəzəbini aşkar etmək üçün başqasını pis iş görüb, yaxşı işə də᾿vət etməsindən istifadə edir. Özü də bilmədən, günaha mübtəla olur.

Bu səkkiz qismi, əxlaq elminin alimləri insanların qeybətdən olan hədəflərini bəyan edirlər.

QEYBƏTİN ƏLAC YOLLARI

Belə bir çirkin əməlin islah yollarında biri budur ki, ilk mərhələdə, qeybətin axirətdəki əzablarını xatırlamaq lazımdır. İkinci mərhələdə isə qeybətin dünyadakı pisliklərini fikirləşmək lazımdır. Bütün bunlardan əhəmiyyətlisi qeybətdən olan hədəflərinin kökünü kəsmək lazımdır.

Özünün çirkin işini başqasına nisbət verməyin müalicə yolu budur ki, Allahın qəzəbində olmaq, məxluqla düşmənçilik etməkdən daha çox çətin olduğunu bilib, bu əməli son dərəcədə cahilliyin əlaməti olduğunu güman etmək lazımdır.

Amma, başqasının günahını nəzərə alıb, o bəhanə ilə qeybət etmək və özünü üzürlü hesab etmək, məsələn, mən filan kəs haram yediyinə görə haram yeyəcəyəm demək, yolunun əlacı odur ki, Allahla müxalifət edən hər kim olsa, ondan tərəfdarlıq etmək lazım deyil. Hər kim öz çirkin əməlini daim başqasının pis işi ilə müqayisə edirsə, onun üzrü ən böyük cəhl və pisliklərdən sayılır.

Əgər qeybətin hədəfi dostlar və yoldaşlarla müvafiq olmaqdırsa, müalicəsi odur ki, hər kim məxluqun xoş olmağını, Allahın razılığına üstün qərar verirsə, Allah, onu möhkəm giriftarçılığa düçar edər. Mö᾿min şəxs heç vaxt belə işə razı olmaz.

Əgər qeybətin hədəfi, başqasının onun barəsində qeybətinin qarşısını almaqdan ötrüdürsə, əlac yolu budur ki, bilməlidir ki, təkcə güman etmək işin baş verməsinə dəlalət etmir. Ola bilsin, tərəf, ondan qeybət edib, əleyhinə şəhadət verməsin. Beləliklə, xəyal və gümanla vaqeiyyət arasında fərq var.

Əgər, qeybətin hədəfi başqasına rəhmdillik edib Allaha xatir qəzəblənməkdirsə, bunların hamısı yaxşı əlamət olsa da, qeybətlə olduğuna görə mükafat və savabı aradan gedər. Belə qeybətin əlacı budur ki, insan fikirləşməlidir ki, rəhmdilliyin və təə`ccübün hədəfi, iman və dini qorumaqdır. Əgər bunlar qeybətlə bərabər olsa, bilməlidir ki, bu dindən himayət deyil.

QEYBƏT VƏ İSLAMDA SÖZ AZADLIĞI

Dilin bəla və zərərləri barəsində, xüsusilə, qeybət haqqındakı bəhsdən sonra İslamda söz azadlığı barəsində bəhsə başlayırıq.

Görəsən, İslamda söz azadlığı var ya yox? Əgər varsa, hansı hədəfdir? Heç bir şübhə yoxdur ki, İslam hüquq məktəbində, söz azadlığı möhtərəm sayılır. Buna aşağıdakı ayə və rəvayətlər şahiddir. Qur᾿ani-kərim bu barədə buyurur:

«Müjdə ver o kəslərə ki, sözü dinləyib onun ən gözəlinə [düzgününə] uyarlar. Onlar, Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır.»[222]

Aydındır ki, sözün yaxşısını seçib, ondan tərəfdarlıq etmək o yerdədir ki, söz və bəyan azadlığı olmuş olsun.

Bununla da, sözlər bir-biri ilə müqayisə olunub yaxşısı və pisi seçilsin. Həzrət Əlidən (əleyhissəlam) nəql olunur, buyurur:

«Sözləri eşidəndə, sözün özünə diqqət et, sözü danışana yox.»[223]

Yenə də Əli (əleyhissəlam) buyurur:

«Zəlalətdə olanlardan da olsa, hikməti alın. Müşrikdən də olsa, hikməti alın!»[224]

MƏ᾿SUM İMAMLARIN (ƏLEYHİMUSSALAM) MÜXALİF FİKİRLİLƏRLƏ RƏFTARI

Mə᾿sum rəhbərlərin (əleyhimussəlam) həyatından mə᾿lum olur ki, ən çox sifarişləri, müxalif e`tiqadlı şəxslərlə düzgün və sağlam ağılla rəftar olunmasıdır. Nümunə üçün həzrət Əli (əleyhissəlam) xilafətin ilk günlərində, onunla bey᾿ət etməyənlərlə, Səid, Vəqqas, Əbu Musa Əş᾿əri və başqalarına mane olmur. Təlhə və Zübeyr kimi əhdi pozanlarla, o həzrətlə döyüşə başlamayınca döyüşdən kənara çəkilirdi. "Vəsail Şiə" kitabında oxuyuruq:

«Əli (əleyhissəlam) onunla döyüşənləri heç vaxt münafiq və müşrik adlandırmamışdır. Təkcə buyururdu: Onlar bizə zülm və təcavüz edən qardaşlarımızdır.»[225]

Həmçinin, İmam Sadiq (əleyhissəlam), İbni Əbül Əvca kimlərlə yaxşı rəftar edir. Beləliklə, İslamda söz və bəyan azadlığının olmasına heç bir şəkk-şübhə yoxdur. O həddə qədər ki, hərc-mərc və sui-istifadə, İslamda hansı yolla olsa qadağandır.

ŞƏR᾿İ BAXIMDAN DİLİN DƏYƏRİ

Dilin əhəmiyyəti çox olduğuna görə bəhsin uzadılmasına baxmayaraq, sonda dilin şəriətdə dəyərinə işarə edirik. Müqəddəs şəriət, mö`min bir insanın dilinə görə kamil bir insanın qan bahasını (diyə) tə᾿yin etmişdir. Bunun özü də dilin əhəmiyyət və dəyərinə dəlildir. Dahi mühəqqiq Əllamə Hilli özünün "Müxtəsər-Nafe" kitabında buyurur:

«Doğru və düzgün dilin qan bahası, kamil bir insanın diyəsi (qan bahası) qədərdir. Əgər dilin bə᾿zi hissəsi kəsilmiş olsa, onun dəyəri 28 hərfin tələffüzündən asılıdır (n