A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bəli, dil elə bir iti bıçaqdır ki, hərəkətə gələn zaman Müaviyə kimi daş ürəkli bir şəxsi belə dəyişdirir. O vaxt Müaviyə dedi: Əli ibni Əbi Talib sizi məğrur edib. O sizin tayfanın barəsində belə söyləyir:

«Əgər Behiştin qapısı olsam, Həmdan qəbiləsinə deyərəm: Salamatçılıqla Behiştə daxil olun!»[155]

BƏLAĞƏTLİ SÖZÜN TƏ᾿SİRİ

Bu barədə başqa bir nümunəyə işarə edək. Əli ibni Əbi Talib (əleyhissəlam)-la Müaviyənin arasında çoxlu yazışmalar olub. Onlardan birini Əli (əleyhissəlam) xoş surət və xoş söz danışan Termah adlı birisinə verib Müaviyəyə göndərir.

Termah uzaq yol keçib Şama çatır. İlk dəfə Müaviyənin müşaviri Əmr ibni As və Yəzidlə rastlaşır. Bu iki nəfərə sözlə qalib gəlib onları utandırır. Sonra Müaviyə ilə görüşür. Onu da özünün tə᾿siredici danışığı ilə tə᾿sir altına alır.

Müaviyə qərara alır ki, bu gözəl danışıq qabiliyyəti olan şəxsi alsın və öz xeyirinə istifadə eləsin. Ona görə də, ona dedi: Ey ərəb! Əgər sənə bir şey versəm, qəbul edərsən? Cavab verir: Nəyə görə qəbul etməyim? Sənin canını bədənindən çıxarıb almaq istəyirəmsə, nəyə görə pulunu da qəbul etməyim?

Müaviyə göstəriş verir ki, ona 10000 dirhəm pul versinlər. Müaviyə dedi: Əgər azdırsa de artırsınlar. Səfir cavab verir: Göstəriş ver ki, artırsınlar! Sən ki, atanın pulundan vermirsən? Müaviyə əmr edir ki, 10000 dirhəm də artırsınlar. Bu vaxt Termah deyir: Göstəriş ver ki, 10000 dirhəm də artırsınlar. Bununla 30000 min dirhəm olsun. Çünki, Allah da təkdir. Termah dirhəmlərin yolunu gözləyib onların verilməsini gördükdə, Müaviyəyə dedi: Məni məsxərə edirsən? Sənin sözlərin dağ başından əsən küləklərə bənzəyir.

Müaviyə göstəriş verir ki, pulları versinlər. Bu vaxt Əmr As ona dedi: Əmirəl-mö᾿minin verdiyini necə gördün? Termah cavab verdi: Bu müsəlmanların malı olub, İlahi xəzinədən bəndələrindən birinə qismət oldu. O, kimdir?!

Bu zaman Müaviyə dedi: Bu kişi dünyanı gözümdə qaraltdı. Sonra öz katibini çağırtdırıb, Əlinin (əleyhissəlam) məktubuna çaşqınlıqla cavab yazdırdı.

Termah dedi: Ey Müaviyə! Əlini döyüşlə qorxudursan? Su quşunu su ilə qorxudursan? Allaha and olsun! Əlinin (əleyhissəlam) elə böyük xoruzu var ki, sənin bütün əsgərlərinin öz çətənəsində yerləşdirər. Müaviyə dedi: Düz deyir. O, Malik Əştərdir!

Termah getdikdən sonra Müaviyə öz ətrafındakılarına müraciət edib dedi: Mənim nəyim varsa, sizə versəm də bu səhrada yaşayan kişinin Əliyə elədiyi xidmətin onda birini mənə xidmət edə bilməzsiniz. Əmr ibni As dedi: Əgər Əlinin Peyğəmbərə olan nisbət və onun yanındakı fəziləti səndə də olsaydı, biz də sənə daha çox xidmət edərdik. Müaviyə dedi: Allah ağzını əysin! Allaha and olsun! Sənin sözlərin o ərəb kişinin sözlərindən də baha oturdu. İmam Səccad (əleyhissəlam) buyurur:

«Dilini xeyirə, saleh işlərə və yaxşı sözlərə adətləşdir. Bəli, dil, İslam və haqqa xidmət yolunda işə düşdükdə, belə bir əzəmət tapır və Müaviyə kimi düşməni diz çökdürüb, hökumət və dünyanı onun gözündə qaranlıqlaşdırır.»

SAKİTLİYİN HİKMƏTİ

Bir sıra rəvayətlərdə dilin sakit dayanmasına sifariş olunmuşdur. Belə ki, bə᾿zən sakitliyi danışmağa üstün qərar vermişlər. Bu sakitlik nədir və hansı yerlərdə olar?

Əvvəlcədən qeyd etdiyimiz kimi dil, insanın şərhi-halını bəyan edən və onun batinindən xəbər verəndir. Dil, hər bir şəxsin şəxsiyyətini göstərir. Bununla belə dilə bir sıra zərər və ziyanlar ariz olur. Əli (əleyhissəlam) bu barədə buyurur:

«Dil elə bir yırtıcıdır ki, əgər azad olsa, yara vurar.»[156]

Başqa yerdə buyurur:

«Bəşərə təəccüblənin ki, bir tikə piylə görür, bir tikə ətlə danışır və bir tikə sümüklə eşidir və burun deşiyi ilə nəfəs alır!»[157]

DİL, BEHİŞT VƏ YA CƏHƏNNƏMƏ DAXİL OLMAĞIN ƏN MÜHÜM AMİLİ

Səhl ibni Saidi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurdu:

«Hər kəs mənə, iki dodağın və iffətin yə᾿ni, dil və namusunu qorumağı zəmanət versə, mən də Behişti ona zəmanət verərəm.»[158]

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) insanların Behiştə getmələrinin ən çox amilindən soruşurlar. Həzrət cavabında buyurur: Təqvalı və yaxşı xasiyyətli olmaq. Yenə də soruşurlar: İnsanların Cəhənnəmə getmələrinin ən çox səbəbi nədir? Buyurdu: Ağzını və iffətini gözləməmək! "

Məaz ibni Cəbəl İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) soruşdu: Məgər danışıqlarımıza görə sorğu-sual olunacağıq?

Həzrət buyurdu: Anan sənə ağlasın! Məgər cəhənnəmə tullanmaqdan ötrü dil yaralarından böyük amil varmı?»

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bu üç danışıq və bəyanda insanın ən böyük səadətini, yersiz danışığın tərki və dilin günaha düşməsini qorumaqda görür. Bu da insanın behiştə daxil olmasının ən böyük və mühüm amillərindəndir.

Ənəs ibni Malik nəql edir ki: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Bəndənin imanı o vaxt möhkəm olar ki, qəlbi möhkəm olsun. Qəlb o vaxt möhkəm olar ki, dil möhkəm olsun və qonşusuna əziyyət edən şəxs, heç vaxt Behiştə daxil olmaz!»[159]

Bu hədisdə, iman durumu, qəlbin durumuna və qəlbin də durumu dilin sakitliyinə bağlanır. Yə᾿ni, hər kəsin dili öz yerində olmasa, vücudunun heç bir qismətində durum və möhkəmlik olmaz.

SUSMAQ ƏN ASAN İBADƏTDİR

Səffan ibni Səlim, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir:

«Sizə insanın bədəninə ən az zəhmət verən, ən sadə ibadəti tanıtdırımmı? Biri sükut, digəri isə yaxşı xüsusiyyət.»[160]

Bura ibni Azəb nəql edir: Ərəblərdən birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib dedi: Mənə elə bir əməl öyrət ki, Behiştə gedim. Həzrət buyurdu: Ac müsəlmanı doydur! Susuza su ver! Yaxşı işlərə də᾿vət və pis işlərdən çəkindir. Əgər qüdrətin olmasa, dilini xeyir olmayan işlərdən qoru!»[161]

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Mö᾿minin dili, onun qəlbinin arxasındadır. Söz demək istədikdə, əvvəlcə sözü qəlbə nişan verir. Belə ki, əgər qəlb imzalasa və icazə versə, söz danışır. Əgər icazə verməsə, ağzını yumur. Münafiq, mö᾿minin əksinədir!»[162]

Həmçinin, nəql olunur ki, bir dəstə, Müaviyənin sarayında söhbətlə məşğul idilər. Əhnəf ibni Qeys də kənarda oturub ağzını açmırdı. Ona dedilər: Ey Əbu Bəhr! Nə üçün danışmırsan? Belə cavab verir: Əgər yalan desəm, Allahdan qorxuram! Əgər doğrusunu desəm, sizdən qorxuram! Bəs nə yaxşı olar ki, heç danışmayım! "

Söylədiyimiz bütün rəvayətlərdən, sakitliyin əhəmiyyəti aydın oldu. İnsan susarkən, günahların xətərli tə᾿sirindən amandadır. Aqil insan öz sözünü ağlın və vicdanın qəzavətinə nişan verər. Əgər danışmağa icazə verməsə, susar. İnsanı susmağa təşviq edən rəvayətlər, onun yersiz danışıqların acı nəticəsindən qorunmasına işarədir. Yoxsa, qeyd edildiyi kimi danışıq hər bir fərdin və cəmiyyətin təkamül və inkişaf amilidir.

DİLİN BƏLALARI

Əxlaq elminin alimləri deyirlər: Aləmdə hər bir şeyin bəlası vardır və dil də bu qanundan müstəsna deyil. Onun da çoxlu bəla və zərərləri var. Bə᾿zi alimlər, dilə 20 ədəd bəla sayıblar. Onlara xülasə şəkildə işarə edirik:

1. Faydasız danışıq:

İnsanın xeyrinə olmayıb, ancaq vaxtını tələf etməsi dilin zərərlərindən biri sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:

«İslamın gözəlliyindən biri də odur ki, müsəlman faydasız danışıqdan çəkinsin.»[163]

2. Həddən artıq danışmaq:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Xoş o kəslərin halına ki, həddən artıq danışmaqdan çəkinsin və malı çoxaldıqca aclara xərc etsin.»[164]

3. Batillə danışmaq:

Qadınların və şərabxorların məclisinə düşüb, fasiqlər, dövlətlilər və padşahlarla danışmaqda, belə işlər qabağa gəlir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Qiyamət günündə, xəta cəhətdən ən çox o şəxslərdir ki, batildə olublar! "

Qur`an, Cəhənnəmə düşənlərdən, ora düşməyin səbəblərini soruşulmasının cavabında, onların sözünə işarə edərək, cavab verirlər: Biz batilə düşmüş və onlarla oynamaqla məşğul idik.»[165] Salmandan nəql olunur, buyurur:

«Qiyamət günü ən çox günahkarlar onlardır ki, dilləri ilə ən çox günah etmişlər.»[166]

4. Boş danışmaq və mübahisə:

Məzəmmət etmək və mübahisə, dilin başqa zərərlərindəndir. Şəriət sahibi, bu işləri qadağan etmişdir. Boş-boşuna mübahisə edənlər, məzəmmət olunmuşlar. Bu barədə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) sözlərinə işarə edirik:

«Din qardaşınla yersiz zarafatı və və᾿də xilafı tərk et.»[167] Başqa yerdə buyurur:

«Bəndə o zaman kamala yetər ki, yersiz danışıq və mübahisəni tərk etsin. Hətta, haqq onunla olsa da.»[168]

Başqa bəyanda buyurur:

«Hər kəs haqq onunla olan halda, yersiz mübahisəni tərk etsə, Behiştin ən yüksək dərəcələrində ondan ötrü ev tikilər. Hər kəs yersiz mübahisəni batil olduğu halda tərk etsə, behiştin aşağı dərəcələrində ondan ötrü ev bina olar.»[169]

Yersiz mübahisədən məqsəd, başqasının sözünə yersiz e`

tiraz yaxud, başqasının cümləsini söz və ya mə᾿na cəhətdən istehza etməklə izhar edəsən. Yaxud, tərəf, özünün fəzilətini izhar etməklə, başqasını alçaltmaq niyyətində olsun. Ümumiyyətlə, başqasına minnət qoymaq, əməldə xalis olmamaq deməkdir.

5. Düşmənçilik:

Dilin zərərlərindən biri də, şəriətdə qadağan olunmuş düşmənçilikdir. Qeyd etdik ki, yersiz mübahisə, başqasının sözünə lağ etmək və ya müxatəbə təhqir niyyəti ilə baxmaqdan yaranır. Həmçinin, bə᾿ziləri bununla öz məzhəblərini sübuta yetirmək istəyirlər. Düşmənçilik, hər hansı bir haqqı və ya malı əldə etməkdən ötrü edilən inadkarlığa deyilir. Əbu Hüreyrə, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:

«Hər kəs elm və biliksiz mübahisəyə girişib düşmənçilik etsə, dünyadan gedənə qədər Allahın qəzəbində olar.»[170]

Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), hər bir müsəlmanı öz sözlərində ədəb-ərkanlı olmağa sifariş edib, töhmətli və təhqirli sözlərlə başqalarını təhqir etməkdən çəkindirir. Bəlkə də, müsəlman, ədəbli sözlərlə başqalarının qəlbində məhəbbət icad etməlidir!»

6. Danışıq həddindən kənara çıxmaq:

Danışıq həddindən kənara çıxmaq yə᾿ni, danışıqda qurama və mətanətli olmamaq.

Fatimeyi-Zəhra (səlləllahu əleyha), atası İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir ki, buyurur:

«Mənim ümmətimin ən kərahətliləri onlardır ki, İlahi ne᾿mətləri yeyir, müxtəlif təamlardan istifadə edir, rəngli libaslar geyir, amma söz danışanda özlərini zəhmətə salır və qurama sözlər danışırlar.»[171]

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu sözlərindən aydın olur ki, insan söz danışarkən özünü zəhmətə salmasın, əhalinin anlaya bilmədiyi sözlərlə çalışıb özünü fəsahətli və bəlağətli cilvələndirməsin.

Amma yüksək dərəcəli maarifi, gözəl və ürəyə yatan səpkidə əhaliyə bəyan etmək nəinki pislənmir, bəlkə də, dini nəzərdən ən bəyənilmiş işdir.

7. Söyüş və nalayiq danışmaq:

Söyüş və nalayiq sözlər danışmaq şəriətdə pislənilib və dilin zərərlərindən biri kimi tanıtdırılıb.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Özünüzü söyüş söyməkdən uzaqlaşdırın. Çünki, Allah söyüşü və söyüş söyməyə adət edən şəxsi sevməz.»[172]

Başqa rəvayətdə Həzrətdən nəql olunur:

«Hər kəs söyüş söymək xəstəliyinə tutulsa, Behişt ona haram olar və ora daxil olmaz.»[173]

Başqa bir rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Ayişəyə buyurur:

«Ey Ayişə! Əgər söyüş kişi olsaydı və ya kişi şəklində mücəssəm olsaydı, hökmən, bütün cəhətdən ən çirkin bir şəxslərdən sayılardı.»[174]

Söyüş söymək, ən çirkin və bəyənilməz sifətlərdəndir. Hər kəs bu bəlaya düçar olsa, müalicəsi barəsində fikirləşməlidir. Alimlər söyüşü belə tə᾿rif edirlər:

«Çirkin və xoşagəlməz işləri açıq və aydın cümlələrlə izhar etməyə söyüş deyilir.»

Hər kim söyüş söyürsə, ya qarşı tərəfi incitmək istəyir, (başqalarına əziyyət vermək haramdır) ya da fasiqlər və pis fitrətli şəxslərlə oturub-durmaqdan belə bir adətə vərdiş etmişdir. Bütün bunlar şəriətdə pislənmişdir.

Ərəblərdən biri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzurana gələrək əzr edir: Mənə nəsihət və sifariş buyurun!

Həzrət buyurur: Allahdan qorx! Əgər bir nəfər səni səndə olan bir səbəblə məzəmmət etsə, sən onu onda olan bir eyblə məzəmmət etmə! Nəticədə, əməlin pis ağırlığı onun, savab və mükafatı səninlə olacaq. Allahın yaratdığı heç bir şeyə söyüş vermə!»[175]

Bu sifarişdə nəzərə çarpan ən mühüm mətləbdən biri budur ki, insan başqasının eybini bilə-bilə, onun abrını qorumaqdan ötrü hər yerdə onun üzünə çəkməsin.

Ə`yan ibni Səmar söyləyir: İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdim: Ya Rəsulullah! Mənim qohumlarımdan biri, özü şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, mənə söyüş verir. Onun müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər və söyüş söyürlər bir-birinə kömək edən Şeytan kimidirlər.»[176]

8. Lə᾿nət:

Dilin bəlalarından biri də, lə᾿nət deməkdir. Hər kəs birisini lə᾿nətləsə, onu Allahın rəhmətindən uzaqlaşdırır.

Lə᾿nət bəhsi, Qur᾿ani-kərimdə bir çox ayələrdə bəyan olunmuşdur. Allah-taala bir çoxlarını Qur᾿anda lə᾿nətləmiş və onları Öz rəhmətindən mə᾿yus etmişdir. Onlardan biri də Şeytandır.

Allah-taala buyurur:

«Qiyamət gününə qədər Mənim lə᾿nətim sənin üstündən əskis olmasın!» [177]

Həqiqətləri gizlədənlər də lə᾿nətlənmişlər.

«Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələr və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lə᾿nətinə düçar olar və bütün lə᾿nət edə bilənlər onlara lə᾿nət oxuyar!»[178]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə xaçpərəstlərin mübahilə (and içmə mərasimində) yalançılar lə᾿nətləndirilmişdir.

«İsanın Allah bəndəsi və peyğəmbəri olması barədə sənə göndərilən bilikdən [mə᾿lumatdan] sonra buna [İsanın əhvalatına] dair səninlə mübahisə edənlər olsa, onlara de ki: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qızlarımzı, siz də qızlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra Allaha yalvarıb yalançılara Allahın lə᾿nət etməsini diləyək!»[179]

"Mübahilə" lüğətdə, azad etmək bir şeyin üstündən qeyd və şərti götürməkdir. Ona görə də, elə ki, heyvanı öz halına buraxıb, döşlərini kisədən azad etdikdə və öz balasına istədiyi vaxt süd verilməsinə imkanı olan heyvana, «bahil» deyirlər.

İbtihal, duada yalvarış və işi Allaha tapşırmaq mə᾿nasındadır. Əgər bə᾿zən onu, həlakət, lə᾿nət və Allahdan uzaqlaşmaq mə᾿nasında işlədilirsə, ona görədir ki, bəndəni öz halına buraxmağın nəticəsi budur.

Mə`na cəhətdən ayə, iki nəfərin bir-birinə nifrin etməsinə dəlalət edir. Belə ki, bir sıra şəxslər, mühüm məzhəbi məsələlər barəsində bir-biri ilə danışığa başlayırlar. İxtilaf zamanı Allahdan istəyirlər ki, yalançını rüsvay etsin. Bu ayeyi-şərif də həmin bəhsdə, Əhli-beytin (əleyhissəlam) ismət və təharətinə ən böyük dəlildir.

Kafirlər və yəhudilər Peyğəmbərin zühur etməsinin intizarında idilər. Elə ki, o həzrət zühur etdi, onu tanıyandan sonra inkar etdilər.

Qur᾿ani-kərim buyurur:

«Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir kitab [Qur᾿an] göndərildiyi zaman onu qəbul etmədilər. Tanıdıqları gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lə᾿nət eləsin!»[180]

Bə᾿zi vaxtlar İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və Əli ibni Əbi Talib (əleyhissəlam) da bə᾿zi şəxslərə lə᾿nət oxumuşlar. Onlardan iki nümunəyə işarə edirik:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbu Süfyanı yeddi yerdə lə᾿nətləmişdir.[181]

Həzrət Əlidən (əleyhissəlam) nəql olunur ki, buyurur:

«İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Yeddi dəstə var ki, Allah və Peyğəmbəri onları lə᾿nətləmişdir:

1. Allahın kitabını dəyişdirəni;

2. Allahın göstərişini inkar edəni;

3. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qoyduğu qanunu dəyişəni;

4. Allahın, mənim Əhli-beytimə haram bildiyinə, onlara halal bilənlər;

5. Qüdrətli olan zaman Allahın əziz tutduğu şəxsi zəlil edənlər;

6. Allahın zəlil etdiyini əziz tutanlar;

7. Allahın haram buyurduqlarını halal bilib, Allaha ibadət etməkdə təkəbbür edənlər.[182]

MÖ᾿MİN LƏ᾿NƏT ƏHLİ DEYİL

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Hər kim iman əhlidirsə, öz vaxtını başqalarına lə᾿nət deməyə sərf etməz.»[183]

İslam nəzərində heyvana da lə᾿nət demək pislənmişdir. Lə᾿nət barəsində əldə olan ayə və rəvayətlərdən mə᾿lum olur ki, lə᾿nət mütləq şəkildə insana, heyvana və canlılara haram buyurulmuşdur. Bə᾿zi yerlərdə Əli (əleyhissəlam) və övladlarına icazə verilmişdir ki, kafirlərə, münafiqlər və haqqlarını qəsb edənlərə lə᾿nət desinlər.

9. Şe᾿r və ğina:

Dilin doqquzuncu zərəri şe᾿r və ğina sayılır. Şəham adlı ravinin nəql etdiyi səhih rəvayətlərdən, İbni Əbi Ümeyr, Əbi Bəsirin "Kafi" kitabında nəql etdiyi, həmçinin, "Məanil əxbar"dakı Əbdül Ə᾿lanın rəvayəti, "Təfsir Qummi" kitabındakı Hişamın rəvayəti, həmçinin, Qur᾿ani-kərimdə gələn «yalan sözlərdən çəkinin»,[184] «O kəslər ki, yalan yerə şahidlik etməz[185] - ayələrin ğina barəsində olduğunu vurğulayırlar.

Aşağıdakı ayədəki "yalan və zor" sözü də, ğinaya təfsir olunmuşdur.

«İnsanlar içində eləsi də vardır ki, nadanlıq üzündən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə᾿nasız oyun-oyuncaq sözləri satın alar."[186]

Amma, şe᾿r barəsində rəvayətlərdə, iki cür nəzərlə rastlaşırıq. Bir dəstə şe᾿ri tə᾿rifləyir, başqa bir dəstə rəvayətlər isə şe᾿ri məzəmmət edir. Əlbəttə, şe᾿r və ğinadan məqsədimiz, onun mə᾿nasını nəzərə alıb dilin zərəri hesab etmək olar. Yoxsa, səs yalnız, dilə aid deyil və yaxşı mə᾿nalı şe᾿r tə᾿rifə layiqdir.

10. Yersiz zarafatlar:

Həddən artıq yersiz zarafat, İslamda məzəmmət olunmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətlərin birində buyurur:

«Qardaşınla yersiz danışmaqdan çəkin və həddən artıq yersiz zarafatdan pəhriz et!»[187]

Başqa bir hədisdə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

«Mən zarafat edirəm və həddən xaric olmuram. Həmçinin, haqq sözdən başqa bir söz demirəm.»[188]

İSLAM PEYĞƏMBƏRİNİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) ZARAFATI

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) yaxşı zarafatlar nəql olunur. Onlardan biri də budur ki, günlərin birində qoca qadınlardan biri həzrətin hüzuruna gəlir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Qoca qadın cənnətə getməyəcək. Qadın ağlamağa başlayır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Sən o gün qoca olmayacaqsan, əksinə, cavan olacaqsan!"

Allah-taala Qur᾿ani-Kərimdə buyurur:

«Şübhəsiz ki, Biz Cənnət qadınlarını başqa cür (yeni bir yaradılışla) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik.»[189]

Əli (əleyhissəlam) buyurur:

«Gülüş gətirən zarafatın nəticəsi budur ki, ağılı aradan aparar və insanı vüqarsız cilvələndirər.»[190]

11. İstehza və lağlağa:

Əxlaq elminin alimləri, istehza və başqalarına lağ etməyi də dilin bəlalarından biri hesab edirlər. Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. Bir-birinizə tə᾿nə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!» [191]

Ayədə zikr olunan ilk mövzu, müsəlman şəxsin şəxsiyyətinə ehtiramın əsasıdır. Müsəlmanlar, fərdi və ictimai qarşıdurmalardan bir-birinin ehtiramlarını gözləməlidirlər. Ümumiyyətlə, maddi şəxsin tərzi-təfəkkürü, Allahı tanıyan şəxsin tərzi-təfəkkürü ilə fərqlidir. Maddiyyata e`tiqadlı insan, şəxsiyyətinin ehtiramını, bədənin vəzni və gözəl çöhrədə axtarır. Lakin, müsəlman şəxs, tərzi-təfəkkürü və qəzavəti, insani və əxalaqi xüsusiyyətlərdə axtarır.

Ayədəki, «Ola bilsin lağa qoyulanlar lağa qoyanlardan yaxşıdır» cümləsi, Qur᾿anın, məsxərə və istehzanın qarşısını almasına sənəddir. Bəşərin bir-birinin batinindən və ruhiyyələrindən xəbərdar olmadıqları, əsil insanla, insana bənzərlər, qiyafə və oxşarlıq cəhətdən bir olduğuna görə çox ola bilər ki, pis qiyafəli şəxslərə istehza olunsun, halbuki, əgər onların batini xüsusiyyətləri cilvələnsə, isteh`za olunmazdılar. Bu əsasa görə insanın şəxsiyyətinin əsası və me᾿yarı bir sıra görünməyən xüsusiyyətlərdir. Müsəlmanlardan heç birinin istehza olunmasına icazə verilmir.

MƏSXƏRƏ ETMƏYİN PSİXOLOJİ HƏDƏFİ

Psixoloji cəhətdən, o kəslər insanları məsxərəyə qoyub lağ edirlər ki, şəxsiyyətləri aşağı səviyyədədir. Onlar başqalarını kiçiltməklə, özlərinin şəxsiyyətsizliklərini aradan aparmaq istəyirlər. Həmin səbəbə görə şəxsiyyətli şəxslər, heç vaxt başqalarına lağ edib məsxərəyə qoymurlar.

Başqa amil də budur ki, başqalarını təhqir edib məsxərəyə qoyanlar, onların təhqir olunmasından ləzzət alırlar. Onlar, həyatda bir növ yırtıcı ruhiyyəlidirlər. Yırtıcılar kimi, insanların cisminə hücum edib, abır-həyasını