A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İmam Sadiq (əleyhissəlam) bu barədə buyurur:

«Öz nəfsindən ayrılmazdan əvvəl onun sənə zərər vurmağını azalt və zərərinin qarşısını al. Qeyri-şər᾿i işlərdən onu azad buraxmamağa çalış. Nəfsinə həyatda ciddiyyətlə yaşadığın kimi rəftar et. Çünki, nəfsin sənin əməlinin girovundadır.»[131]

MEYLLƏRLƏ CİHAD

Həzrət Əli (əleyhissəlam) buyurur:

«Ən fəzilətli cihad insanın öz nəfsinin istəklərinə qarşı etdiyi cihaddır.»[132]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:

«Şücaətli və güclü insanlara qalib gələn şəxs deyil, bəlkə də, o kimsə möhkəm və qüdrətlidir ki, öz nəfsinə hökumətlik edə bilsin.»[133]

Yenə də həzrət Əlidən (əleyhissəlam) bu mövzuda nəql olunur:

«Əyri işlərdən düzlüyə yönəlmək və həyatda möhkəm istiqamətli olmaqına görə öz nəfsinin istəkləri ilə (əlbəttə, qeyri-şər᾿i istəklərlə) mübarizəyə qalx. Alim olub cəhalətdən uzaqlaşmağına görə alimlərlə oturub dur!»[134]

Həzrət başqa bir əmrində buyurur:

«Hər kim öz nəfsinə hökumət və rəhbərlik edə bilsə, axirətdə yaxşı dərəcəyə çatar.»[135]

QƏHRƏMANDAN DA GÜCLÜ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bir dəstənin yanından keçirdi. Onlardan birisi ağır bir daşı yerdən qaldırırdı. Cəmiyyət, onu tə᾿rifləyib alqışlayırdı. Əhali onun bu işindən təə`ccübə gəlmişdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onların yanına gəlib soruşdu: Bu nə səhnəsidir? Cavab verirlər ki: Ya Rəsulullah! Bu kişi ağır daşları qaldırır. Ona ağır daş qaldıran pəhləvan deyirlər. İslam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:

İstəyirsiniz ki, ondan da güclü və möhkəm şəxsdən sizə xəbər verim? Dedilər bəli! Buyurur: Bir şəxsə söyüş verilsin, amma o şəxs nəfsinə qalib gəlib onun müqabilində səbr etsin. Həm öz Şeytanına, həm də dostunun Şeytanına qalib gəlsin![136]

2. Ləvvamə nəfsi

Bura kimi haqqında ayələr və rəvayətlərdən istifadə edilərək bəhs edilmiş mövzu, insanı həmişə, pisliyə və çirkinliyə tərəf çəkən "əmmarə nəfsi" (çox əmr edən nəfs) idi. Belə nəfsin müqabilində, insanı həmişə, pis işlərinə görə məzəmmət edən «ləvvamə nəfsi"də (çox məzəmmət edən nəfs) vardır. Qur᾿ani-kərim bu ayədə and içərək buyurur: «And olsun Qiyamət gününə! And içirəm insanı günah etdiyi üçün qınayan nəfsə!»[137]

Əli ibni İbrahim öz təfsirində, İmam Sadiqdən (əleyhissəlam) nəql edir:

«Ləvvamə nəfsi, elə bir nəfsdir ki, Adəm oğlu günah etdi və qınanmış oldu.»[138]

Günaha mürtəkib olan şəxs, öz batinindən məzəmmət nidasını eşidər. O nida insana əzab və işkəncə verər.

Psixoloqlar və alimlər, məzəmmət edici nəfsi "vicdani əxlaq" adlandırırlar. Qur᾿an, ondan «ləvvamə nəfsi"ünvanı ilə ad aparmışdır. Ayədə, nəfs sözünün işlədilməsi, insanı günah zamanı məzəmmət edən qüdrət, onun orqanizminin bir hissəsini təşkil edir. Hədislərdə də deyilir ki: Bu ruhi qüvvə lap əvvəlcədən insanın vücudunda olub.

ÜMİDSİZLİK XƏSTƏLİYİ VƏ ONUN ƏLACI

İmam Səccad (əleyhissəlam) təvaf etməklə məşğul idi. Görür ki, camaat məscidin bir tərəfində cəm olub. Soruşdu: Burda nə xəbər var? Ərz etdilər: Məhəmməd ibni Şəhab Zöhri, ruhi xəstəliyə tutulub. Sanki, əqlini əldən verib. Ağzın açıb bir kəlmə danışmır. Əhli-əyalı, onu Məkkəyə gətiriblər ki, bəlkə əhalini görməklə dilə gəlsin. Təvaf qurtardıqdan sonra İmam Səccad (əleyhissəlam) cəmiyyətə tərəf gedib Məhəmməd ibni Şəhabın yanına gəlir. O həzrəti tanıyır. İmam ondan soruşur: Sənə nə olub?

Cavab verir: Şəhərlərin birində başçı idim. Günahsız bir şəxsin qanını tökdüm. Bu böyük günah, məni bu günə salıb.

Günahsızın qətli ölkə başçısını ayaqdan salmış və batini işgəncələri, onun ruhi xəstəliyinə səbəb olmuşdur. Günahının xəcalətindən ağzın açıb bir söz də danışa bilmir. Beləliklə, də zahirdə divanə şəklində olan bir adam surətinə düşüb.

İmam Səccad (əleyhissəlam) onun sözlərindən başa düşür ki, günahının bağışlanmasından naümid olub. Ona görə də, buyurur: Mən, sənin Allahın rəhmətindən ümidini üzmək günahının qorxusunu, günahsız qətl etməyindən çox bilirəm. Həzrət yenə davam edir: Qətlə yetirilənin qan bahasını varisinə ver. Günahkar cavab verir: Mən qan bahasını verdim, ancaq onlar qəbul etmədilər.

İmam buyurdu: Gözlə, nə vaxt onlar evdən çıxıb namaza getsələr, evin bacasından pul kisəsini evin içinə at.”[139]

İmam (əleyhissəlam) bu minvalla ona ümidsizlikdən əlac verdi. Ləvvamə nəfsinin və vicdan əxlaqının tə᾿siri budur.

3. MÜSƏVVƏLƏ NƏFSİ

Nəfsin başqa qismətlərindən biri də, «müsəvvələ» adlanır. Nəfsin bu xüsusiyyəti, insana çirkin və pis şeyləri zinətli göstərib, onu bu işləri görməyə təşviq edir. Qur᾿ani-kərimdə «müsəvvələ nəfsin» iki nümunəsi gəlmişdir:

YUSİF VƏ QARDAŞLARI

Yə᾿qub peyğəmbərin övladları, Yusifi atasından ayırıb onu quyuya atdıqda, nəfsləri onları aldatdı. Necə ki, Qur᾿an buyurur:

«Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər. Yə᾿qub dedi: Xeyr! Sizin öz həvayi-nəfsləriniz bu işi sizə gözəl göstərmişdir. Mən gözəl və yaxşı səbr etməliyəm. Dediklərinizin yalan olduğunu [sübut etməyə isə] ancaq Allahdan kömək istəyirəm.»[140]

Bu ayədə, "səvəllət" cümləsi ərəbcədən "təsvil" kökündən olub «zinət vermək» mə᾿nasındadır. Bə᾿zən onu «rəğbətləndirmək», bə᾿zən də "vəsvəsə etmək" mə᾿naları kimi təfsir edirlər. Ümumilikdə, bunların hamısını bir mə᾿nada cəm etmək olar. O da buna işarədir ki, tüğyanedici həvəslər, insanın ruhuna və fitrətinə sahib çıxdıqda ən çirkin günahları o cümlədən, qətlə yetirmək və ya qardaşı sürgün etməyi, insanın nəzərində elə zinətləndirir ki, günah sahibi onu zəruri və müqəddəs bir əməl kimi təsəvvür edir. Bu da, ruhi məsəllərdə ümumi bir qanuni yoldur. O da budur ki: Hər hansı bir məsələyə ifrat dərəcədə meyl etmək, xüsusilə bu meyl, çirkin əxlaqla olduqda, insanın həqiqəti aramaq fikrinin üstünə pərdə çəkilir və həqiqətlər onun nəzərində tamamilə dəyişir. Ona görə də, insan nəfsini pak etməyincə düzgün və doğru şəkildə mühakimə yürüdə bilməz. Bu əhvalatdan aydın olur ki, Yusifin qardaşları «müsəvvələ nəfsin» (aldadıcı nəfsin) vasitəsilə ən böyük cinayəti edirlər. Yalandan qanlı köynək düzəltməklə öz yalanlarını doğru və düzgün şəkildə cilvələndirmək istəyirlər. Həmin əhvalatda qardaşlar, Misirdən qayıdıb qardaşlarının oğurluq xəbərini Yə᾿quba verdilər. Yə᾿qub (əleyhissəlam) buyurur:

«Dedi: Sizin öz nəfsiniz mövzunu nəzərinizdə belə zinətləndirdi. Mən səbr edirəm. Gözəl səbr. Ümidvaram ki, Allah onların hamısını mənə qaytarsın. Çünki, O, bilən və hikmət sahibidir!»[141]

SAMİRİ

Qur᾿an buyurur: «Musa Tövartın lövhələrindən ötrü Tur dağına gedir. Gedərkən camaata buyurur: Mənim bu işim otuz gün çəkəcək. Ancaq, Allah onun işini on gün də artırır, qırx gün çəkir. Bu on günlük gecikmə fasiləsində Samiri adlı şəxs Bəni-İsraili aldada bilir və onları buzova pərəstiş etməyə vadar edir. Həzrət Musa qayıdır və belə bir narahatedici mənzərə ilə rastlaşır. Əvvəlcə, qardaşı Harunu danlayıb məzəmmət edir. Qardaşının təqsirkar olmadığı mə᾿lum olduqda Samirini xitab qərar verib, buyurdu: Ey Samiri! Nəyə görə bu işi gördün? Samiri belə cavab verdi: Mən onların görmədiklərini gördüm. Mən o rəsulun (Allah elçisinin) ləpirlərindən bir az götürdüm sonra onu atdım. Beləcə, öz nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi!»[142]

Samiri təkəbbürlü və özündən deyən bir şəxs idi. Özünün huşyarlığı, qüdrəti və xüsusi məharəti vasitəsilə İsrail övladlarının zəif cəhətlərindən istifadə edib böyük bir fitnə yarada bilmişdi. Musanın (əleyhissəlam) zəhmətlərini görməməzliyə vurub, əhalini buzovpərəstliyə də᾿vət etmişdi.

Ayədə Samiri, öz çirkin əməlini, yə᾿ni, İsrail övladlarını zəlalətə salmasını "müsəvvələ nəfsinə" və ya özü-özünü aldatmasına nisbət verir. Söyləyir: "Beləcə nəfsim məqsədimi gözlərim önündə cilvələndirdi."

Ayədəki, «Mən o rəsulun (Allahın elçisinin) ləpirindən bir az götürdüm» cümləsində, «ləpirdən"məqsəd, ayağın altında olan torpaqdır. «Atdım» sözündən məqsəd isə o torpağı qızıldan düzəldilmiş buzovun heykəlinin içinə atmasıdır. Yaxud, belə mə᾿nalandırmaq olar ki, «iz və ya ləpirdən» məqsəd, tə᾿limatlardan bir qismini bilmək, «atmaq»dan məqsəd isə «Musanın tə᾿limatlarını kənara atmaqdır.»

Hər iki ehtimal olunmuş mə᾿nanın hansını qəbul etsək, belə bir mə`nanı çatdırmaq istəyir ki, Samiri, İsrail övladlarını zəlalətə salmaq əməlində öz nəfsinə aldanmış və belə bir böyük cinayətə əl atmışdır.

HƏSƏN BƏSRİNİN MÜSƏLMAN ÜMMƏTİNDƏ SAMİRİ ROLUNU OYNAMASI

Təbərsinin «Ehticac» kitabından nəql olunan hədisdə gəlib: Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) Bəsrəni fəth edən zaman əhali onun ətrafına yığışır. Onların arasında Həsən Bəsri adlı bir şəxs özü ilə yazı yazmaqdan ötrü xüsusi lövhələr gətirmişdi. Həzrət Əli (əleyhissəlam)-dan hər nə söz eşidirdisə, dərhal yaddaş edirdi. İmam Əli (əleyhissəlam) əhali arasında onu müxatəb qərar verib uca səslə soruşur: Nə edirsən? Cavab verir: Sizin əsərlərinizi və sözlərinizi gələcəkdə araşdırmaqdan ötrü qeydə alıram! Əmirəl-mö᾿inin (əleyhissəlam) buyurdu:

«Agah olun! Hər bir tayfanın və cəmiyyətin bir Samiriyə bənzər şəxsi var. Həsən Bəsri də bu ümmətin Samirisidir. Təkcə, Musanın (əleyhissəlam) dövründəki Samiri ilə fərqi budur ki, hər kim Musanın (əleyhissəlam) dövründəki Samiriyə yaxınlaşsaydı, deyərdi ki, mənimlə ünsiyyətdə olmayın. Lakin, bu Samiri əhaliyə deyir ki: Döyüşmək olmaz hətta, yolunu azmışlarla belə olsa da.»

Bu sözlər, Həsən Bəsrinin Cəməl döyüşünə qarşı etdikləri təbliğlərinə görə idi.[143]

4. MÜTMƏİNNƏ NƏFSİ

Nəfsin mərtəbələrindən biri də, «mütməinnə» (arxayın, xatircəm olan) nəfsdir. Bu mərtəbə, nəfsin ən uca mərtəbəsidir. Qur᾿ani-kərimdə belə oxuyuruq:

«Ey xatircəm olan nəfs! Rəbbinə tərəf dön! Sən ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə daxil ol!»[144]

Pərvərdigari-aləmin, iman sayəsində xatircəmlik və arxayınlıq halətində olan nəfsi Behiştə də᾿vət etməsi necə də səfalıdır! Hər iki tərəfin razılığı ilə qarışmış də᾿vət, öz mə᾿şuquna qəlbini vermiş aşiqin razılığı və onun ardınca məhbub və həqiqi məhbubun razılığı! Bəndələrin iftixar, bəndəlik libası ilə onu fəxrli etmək, xüsusi şəxslərin yolunu ona vermək və nəhayət, mö᾿mini Behiştə də᾿vət etmək!

Xatircəmlik, bir sıra dəyişiklikdən sonra qəlbdə olan sakitlik və aramlıqdır. Nəfsin sakitliyi, yəqinliyə və mə᾿rifətə yetmiş halətidir. Məşhur alim "Kaşifi"yazır:

«Ey xatircəm nəfs! Çətinlikdə və ne᾿mətli hallarda səbirli və dözümlü olub, Mənə şükr etdin! Allahın Öz kəramətindən sənə verdiyi yerə qayıt. Sənə verdiyim ne᾿mətlərdən razı olduğun halda!»[145]

MÜTMƏİNNƏ NƏFSİ ÖLÜM VAXTI

"Mütməinnə" nəfsinin ən gözəl cilvəsi, insanın ölüm vaxtı və xatir cəmliklə bu maddi aləmi tərk edib əbədiyyət aləminə qovuşması zamanı aşkara çıxır. Ravilərdən biri İmam Sadiqdən (əleyhissəlam) bu halət barəsində nəql edərək, yazır:

«İmam Sadiq (əleyhissəlam)-a ərz etdim: Qurbanın olum! Ey Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladı! Məgər mö᾿minin ruhunun bədənindən çıxmasından ikrah edərmi? Buyurdu: Xeyr! Allaha and olsun, ölüm mələyi gələndə mö᾿minin ruhu azca narahat olar. Ölüm mələyi ona deyər: Ey Allahın dostu narahat olma! And olsun o Allaha ki, Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) göndərmişdir. Mən sənə atadan da mehribanam! Əgər sənin yanına gəlsə, gözlərini aç və gör!

Sonra buyurdu: Mö᾿min can verəndə, Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyn və başqa İmamlar (əleyhimussəlam) onun yanında hazır olarlar. Ona deyilmiş olar: Ey Məhəmmədin övladlarına görə aram tutmuş nəfs! Əlinin (əleyhissəlam) vilayətini qəbul edib, Rəbbinin sənə verdiyi mükafatdan razı halda ona tərəf qayıt! Məhəmməd və onun Əhli-beyti kimi bəndələrimin zümrəsinə gəl və Behiştə daxil ol! Ruhun yanında o səsdən yaxşı və nida edəni görməkdən başqa yaxşı şey yoxdur.»[146]

KAMİLLİYİN SON MƏRHƏLƏSİ, NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ APARMAQDIR

İnsanın kamilliyə yetişməsindən ötrü ilk mərhələdə, insan öz nəfsini tanımalı və bütün maddi meyllərinə göz yummalıdır. Bu mə᾿nanı Müşace adlı ravi, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir:

«Ğəvali-Ləali" kitabının müəllifi, bə᾿zi xəbərlərdə nəql edir ki, Mücaşe adlı bir kişi, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib və o həzrətdən çoxlu suallar soruşur. O cümlədən: soruşur: Ya Rəsulullah! Haqqı tanımağın yolu nədir? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verir: «Nəfsi tanımaqlıqda!"Soruşur: Haqla müvafiq olmağın yolu nədir? Buyurur: Nəfslə müxalifətçilik etmək.

Soruşur: Haqqın razılığına yetişməyin yolu nədir?

Buyurur: Nəfsi qəzəbə gətirmək.

Soruşur: Haqqa yetişməyin yolu nədir?

Buyurur: Nəfsin meyllərindən mühacirət etmək.

Soruşur: Haqdan itaət etməyin yolu nədir?

Buyurur: Nəfsin istəklərindən boyun qaçırmaq.

Soruşur: Haqqı xatırlamağın yolu nədir?

Buyurur: Nəfsi unutmaqlıq.

Soruşur: Haqqa yaxın olmağın yolu nədir?

Buyurur: Nəfsdən uzaqlaşmaq.

Soruşur: Haqla ünsiyyətdə olmağın yolu nədir?

Buyurur: Nəfsdən qorxmaq.

Soruşur: Bütün bunların hamısı ilə ünsiyyətdə olmağın yolu nədir?

Buyurur: Nəfslə mübarizə aparmaqdan ötrü Allahdan kömək istəmək.[147]

Bu maraqlı hadisədə, insanda kamilliyin ən yuxarı həddinə yetişməsini, onun haqqa yetişməsi və nəfsi ilə müxalifətçilik etməsində görür. Hədisdə, haqqın müqabilində zikr olunan yollar daha diqqətə layiqdir. Haqqı və nəfsi tapmaq, haqqla müvafiqlik və nəfslə müxalifətçilik, haqqın razılığı və nəfsdən uzaqlaşmaq, haqqa itaət və nəfsə qarşı günah, haqqı xatırlamaq və nəfsi unutmaq, haqqa yaxınlaşmaq və nəfsdən uzaq qalmaq.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisdə qeyd etdiyi vəsfləri ələ gətirməklə əsil ariflər sırasına düşmək olar.

NƏFSİN FİQHİ CƏHƏTDƏN HÜQUQU

Nəfsin hüququ bəhsinin sonunda, onu fiqhi cəhətdən araşdıracağıq. Qur᾿ani-kərimdə istifadə olunan (nəfsin) mə᾿nalarından biri də «həyat» (və insanın canı) mə᾿nasındadır. Elə bir mə᾿na ki, insanın ondan üstün heç bir qiymətli şeyi yoxdur. Qur᾿ani-kərim insanın canının qiymətini belə bəyan edir:

«Hər kəs bir kimsəni icazəsi və haqqı olmadan yaxud, yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o bütün insanları öldürmüş kimi olur. Hər kəs birisinin həyatının davam etməsinə səbəb olsa, o bütün insanları diriltmiş kimi olur.»[148]

Qur᾿an, günahsız bir mö᾿mini öldürməyi, ən böyük günahlardan sayır və cəriməsini bütün cərimələrdən üstün hesab edir.

«Hər kəs bir mö᾿min şəxsi qəsdən öldürsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lə᾿nət edər, (Axirətdə) onun üçün böyük əzab hazırlayar.»[149]

Qur᾿an başqa yerdə buyurur: «Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə qisas ixtiyarı verdik. Lakin, o da qətl etməkdə ifrata yol verməsin. »[150]

Qisas hökmü, Qur᾿ani-kərimin əbədi hökmlərindən biridir:

«Ey ağıl sahibləri, bu qisas [qisas hökmü] sizin üçün həyat deməkdir.»[151]

Qətl üç qisimdir:

1. Qəsdən öldürmə;

2. Qəsdən öldürməyə oxşama;

3. Səhvən öldürmə. Qəsdən qətlə yetirməkdə öldürülmüş şəxsin sahibinin ixtiyarı var ki, ya qisas alsın, ya da qan bahası almaqla qatili əfv etsin. Amma, qəsdən öldürməyə oxşar və ya səhvən qətldə qisas yoxdur. Öldürülmüşün yaxın qohum-əqrəbası yalnız, qan bahası ala bilər. Qəsdən öldrüməyə oxşar olan qətldə buyurulur ki, ölüm, öldürücü alətlərlə olmasın (bıçaq və s.). Qatilin də öldrümək qəsdi olmasın. Lakin, zərbə nəticəsində ölüm hadisəsi baş vermiş olsun.

Bəli! Qur᾿an baxımından qisas cəmiyyətdə həyata zəmanət verəndir. Qisas hökmünü qadağan etmək canilərə meydan verməkdir. Bununla belə qisas hökmündə ifrata yol vemək haramdır. Azad insanın qan bahası aşağıdakılardan biridir:

1. Altı yaşına keçmiş yüz dəvə;

2. 200 inək;

3. 1000 qoyun;

4. 200 top Yəmən parçası;

5. Hər misqalı 18 noxud olan, 1000 şər᾿i qızıl misqal;

6. 10000 dirhəm.

Xatırladaq ki, qadının qan bahası, kişinin qan bahasının yarısı qədərdir.[152]

BƏDƏN ÜZVLƏRİNİN HAQQI

3. DİLİN HAQQI

وَأَمَّا حَقُّ اللّسَان فَإكْرَامُهُ عَنِ الْخَني وتَعْوِيدُهُ عَلَى الْخَيْرِ وَحَمْلُهُ عَلَى الأَدَب وَإجْمَامُهُ إلاّ لِمَوْضِعِ الْحَاجَةِ وَالْمَنْفَعَةِ لِلدِّينِ وَالدُّنْيَا وَإعْفَاؤُهُ عَنِ الْفُضُول اُلشَّنِعَةِ الْقَلِيلَةِ الْفَائِدَةِ الَّتِي لا يُؤْمَنُ ضَرَرُهَا مَعَ قِلَّةِ عَائِدَتِهَا. وَيُعَدُّ شَاهِدَ الْعَقْلِ وَالدَّلِيلَ عَلَيْه وَتَزَيُّنُ الْعَاقِلَ بعَقْلِهِ حُسْنُ سِيرَتِهِ فِي لِسَانِهِ. وَلا قُوَّةَ إلا باللهِ الْعَلِيِّ الْعَظِيمِ.

«Amma, dilin haqqı [hüququ] budur ki, onu çirkin işlərə bulaşdırmaqdan qoruyub, hörmətini saxlayasan. Əksinə, onu yaxşı və ləyaqətli söz deməyə vadar et! Onu ədəbli və yerində saxla! Yalnız, ehtiyac olanda dünya və Axirətinə faydası olan zaman ondan istifadə et! Onu çox danışdırmaqdan və zərərindən amanda qalmadığın faydasız sözlərdən qoru! Dil, ağıla şahidlik edəndir. Ağılın zinəti dilin vasitəsi ilədir. Böyük Allahdan başqa heç bir tərəfdən güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissəlam) dil barəsində buyurur:

Onu bütünlüklə Allah yolunda itaətdə saxla və yeddi üzvünün hüquqlarını qoru. O həzrət bədənin əzalarının hüququnda, əvvəlcə dildən başlayır və onu qorumağın yolunu bəyan edir.

DİL, İNSANDA ƏN BÖYÜK NE᾿MƏTDİR

Şübhə yoxdur ki, yaradılış aləmində insana məxsus olan ən böyük İlahi ne᾿mətlərdən biri dil və danışmaqdır.

«Ərrəhman" surəsinin 3-4-cü ayələrində bu böyük ne᾿mətə aşkarcasına işarə olunur və buyurur:

«İnsanın yaratdı, ona danışmağı [fikrini və duyğularını bəyan etməyi] öyrətdi.»

Müfəssirilər ayəni belə mə᾿na etmişlər: Bir şeyin üzərindən pərdə götürmək. Dil insanın batinindən xəbər verir və onun mütərcimidir. Pərdələri kənara atır və qəlbdə olanların hamısının izhar edir. Əgər dil olmasaydı, bəşər də başqa heyvanlar kimi sakit qalar, anlamaq və anlatmaq qapısı onun üzünə bağlanardı.

DİLLƏRİN MÜXTƏLİFLİYİ İLAHİ ƏLAMƏTDİR

Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.»[153]

DİL, İNSANI TANIMAĞIN AMİLİDİR

Hər bir şəxsi tanımağın müxtəlif yolları vardır. Onlardan biri də onun danışığıdır. Hər bir insan, öz şəxsiyyətini öz dili ilə tanıtdırır. Dil, onun batininin gözəl və ya çirkin olmasını göstərəndir. Hər bir şəxsin sözündən anlamaq olar ki, saleh ya fasiq şəxsdir. Həzrət Cavad (əleyhissəlam) buyurur:

«Kişi, öz dilinin altında gizlənmişdir[154] Dil, pərdələri kənara atır və həqiqəti cilvələndirir.

DİLİN MAHİYYƏTİ VƏ MADDƏSİ

Həzrət Əli (əleyhissəlam), dil barəsində qısa bir cümlə söyləyib və dilin həqiqətini tam mə᾿nada aydınlaşdırmışdır. Həzrət buyurur: «Dilin çəkisi çox az, ancaq günahı çox ağırdır!»

Allahın insana bəxş etdiyi ə᾿zaların hər birisinin xüsusi vəzifəsi vardır. Məsələn, gözün, rəngləri və şəkilləri görməkdən başqa qüdrəti yoxdur. Qulağın, səsləri, danışıqları eşitməkdən başqa bir qabiliyyəti yoxdur. Əl, cisimləri ləms etməklə ayırd edə bilər. Lakin, dilin meydanı genişdir. Xeyir və şər meydanı, xoşbəxtlik və bədbəxtlik meydanı vardır. Nə vaxt xeyirə söz danışarsa, səadət meydanında dolanır və hər zaman pisliyə və şər danışarsa, insanı yolundan azdırmaqdan ötrü Şeytanın ən böyük tələsinə çevrilə bilər.

CƏMİYYƏTİN İSLAH VƏ YA FƏSADA DOĞRU GETMƏSİNDƏ DİLİN ROLU

Cəmiyyətin islah və ya fəsada doğru getməsindən ötrü müxtəlif yollar var. Ən tə᾿siredici yollardan biri, həmin «söz danışmaqdır».

Hər bir zirək və söz ustasının imkanı var ki, cəmiyyəti islaha, insani dəyərlərə və fəzilətlərə tərəf çəksin. Həmçinin, əksinə, həmin şəxs cəmiyyəti səadət yolundan ayırıb fitnə-fəsad, çirkinlik və əxlaqi pozğunluğa çəkə bilər. Mahir söz ustası, tənbəllik və uçuruma uğramış cəmiyyəti hərəkətə gətirərək, onların həyatını dəyişə bilər. Həmçinin, cəmiyyətin tünd həssasiyyətlərini və alovlarını söndürüb, onları hər şeyə qarşı biganə edə bilər. Xətib, haqq tələbində olan cəmiyyəti batilə doğru həmçinin, batil yolda qərar tutmuş cəmiyyəti isə haqqa doğru çəkə bilər. İndi də bu mövzuda bir neçə nümunə gətirək:

Həzrət Əli (əleyhissəlam), şəhadətə yetən zaman bu xəbər bütün islami şəhərlərə yayıldı.

Həzrətin mehrabda şəhadətə yetməsi xəbəri Şama yetişəndə, Müaviyənin öyrətdiyi şəxslərin yalan təbliğinin tə᾿sirindən aldanmışlardan bə᾿ziləri dedilər: Məgər, Əli namaz və mehrab əhli olub?

İnsanların ən abidi olub, ömrünü namazı bərpa etmək yolunda döyüşdə keçirən, namaz halında müqəddəs budundan oxu çıxarılan və bunu hiss etməyən bir şəxs, indi Şamda namazsız bir insan kimi tanıtdırılıb. Əhali onun məscidə getməsindən təəccüblənir. Bu dilin, haqqı batil sifətində cilvələndirməsinin nəticəsidir.

BOSR İBNİ ƏRTA VƏ BƏNİ HƏMDAN QƏBİLƏSİ

Müaviyə Bosr ibni Ərtanı, Bəni-həmədana hakim ünvanı ilə göndərən vaxt o, heç bir cinayətdən dala qalmayıb, elə bir zülm edir ki, nəfəslər sinələrdə boğulub, heç kəs söz danışmağa belə cür᾿ət etmirdi.

Belə bir həssas və böhranlı vəziyyətdə, şücaətli, şir ürəkli Sudə adlı bir qadın, müqəddəs dinin hörmətini və əhalini qorumaqdan ötrü Şama yola düşür. Müaviyəyə xəbər verirlər ki, Sudə adlı bir qadın səninlə görüşmək istəyir. Müaviyə təəccüblə dedi: Göydə gəzdiyim bir şəxs, öz ayaqları ilə sarayıma gəlib. Sudənin gəlməsinə icazə verdi. Sudə, saraya daxil olub, Müaviyəyə acı bir salam verir. Müaviyə soruşur: Gördün ki, axırda əlacsız qalıb bizim xilafətimizə salam verdin!

Sudə onun cavabında dedi: Özünə güvənmə! Hər bir şeyin sonu və zamanı var. Bu müvəqqəti məqama ürək bağlama. Tezliklə, vaxtın sona yetəcək.

Müaviyə dedi: Ey Sudə! Əlinin qoşunu döyüşərkən onların arasında qəhrəmanlıq şe᾿ri oxumağını xatırlayırsanmı? De görüm, bu işdən məqsədin nə idi? Sözsüz ki, mənim həlakət və məhv olmağımı istəyirdin? O şe᾿rlərdən bir də oxu!

Sudə cavabında dedi: Sənin zülmkarlığın və amansızlığın hər şeyi yadımdan çıxarıb. Mən indi sənin yanına Bosr ibni Ətadan şikayətə gəlmişəm. O, bizlərə zülm edir, əhalinin mallarını qarət edir və kişiləri qətlə yetirir. Müaviyə dedi: İndi səni onun yanına göndərərəm və səninlə nə cür istəsə, rəftar etsin. Sudə bu məzmunda şe᾿ri zəmzəmə edir:

Allahın salam və rəhməti o pak bədənə olsun ki, qəbir onu özünə çəkdi və onun getməsi ilə ədalət onunla dəfn olundu!

Müaviyə dedi: O şəxsdən hədəfin kimdir? Cavab verdi: Ağam Əli (əleyhissəlam), ey Müaviyə! Necə ki, bu gün sənin yanına şikayətə gəlib kömək istəyirəm və sən mənə belə cavab verirsən, günlərin birində məs᾿ulların birindən şikayət etməkdən ötrü Əlinin (əleyhissəlam) yanına getdim. O həzrət tək idi. Namaz qılmaq istəyirdi. Gözləri mənə sataşanda soruşdu: Nə işdən ötrü gəlmisən? Cavab verdim: Sənin tə᾿yin etdiyin qoşun başçısından şikayətə. Ey Əli!

Əli (əleyhissəlam) əllərini üzünə tutub, uca səslə ağlamağa başladı və ərz etdi:

«İlahi! Sən özün şahidsən ki, mən onu bəndələrinə zülm etməkdən ötrü göndərməmişəm.»



Geri   İrəli