A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə isə ravi nəql edir: «Dostlarımdan biri, o həzrətin yanına gəlib soruşur: İki nəfərin məscidə girib, biri çoxlu namaz qılıb, digəri isə çoxlu dua etməsi barəsində nəzəriniz nədir? (hansının daha çox savabı var?) Həzrət buyurdu: Hər ikisi yaxşıdır! Sual edən soruşdu: Hansı daha çox savab işi görür? İmam buyurdu: O kəs ki, çox dua etməklə məşğuldur, o daha böyük ibadətdir!»[90]

4. BƏ᾿Zİ BAXMAQLAR İBADƏTDİR

Baxmaq və nəzər salmaq, insanın elminin və mə᾿rifətinin artmasına yaxud, onun ibrət almasına səbəb olur. İslam nöqteyi-nəzərindən, bə᾿zi baxmaqlar və salmalar ibadət hesab olunur. Əmirəl-mö᾿minin Əli (əleyhissalam) buyurur:

«Adil, ədalətli alim və rəhbərliyin üzünə baxmaq, ibadətdir, Ata-anasının üzünə lütf və rəhmət üzündən baxmaq, ibadətdir, həmçinin, Allah yolunda onu dost tutmaqdan ötrü qardaşın çöhrəsinə nəzər salmaq, ibadətdir.»[91]

Aydındır ki, nəzər salmaq və ya baxmaq, Allaha görə olsa, ibadət sayılır və Allah da, belə ibadətə savab verir.

BÜTÜN HALLARDA İBADƏT

Din bizə deyir ki: İnsan, Allaha ibadəti bütün hallarda hifz etməli həmişə, özünü Allahın hüzurunda hiss etməlidir. Qəm-qüssə, şadlıq, fəqirlik, dövlət, sağlamlıq ümumiyyətlə, bütün halətlər, onun bu niyyətinə tə᾿sir etməməlidir. Bə᾿zi Allah bəndələri, bir cəhətli ibadətlə məşğul olurlar. Allah-taala Qur᾿anda belə şəxslərin halətlərinə işarə edərək buyurur:

«İnsanlardan eləsi var ki, Allaha dilində ibadət edər [qəlbi cəhətdən imanı çox zəifdir]. Əgər dünya ona tərəf gəlib bir xeyir yaxud, fayda verərsə [iman cəhətdən] möhkəmləşərlər, yox əgər imtahan üzündən onlara bəla, müsibət üz versə dəyişərlər, küfrə üz tutarlar. Beləliklə, həm dünyanı əldən verər, həm də Axirəti. Bu açıq-aşkar ziyan və xəsarətdir.»[92]

"Dillərində" ifadəsi ola bilsin, bu məsələyə işarə olun ki, onların imanları ən çox dillərindədir, qəlblərində zəif iman nurundan başqa bir şey yoxdur. Həmçinin, buna işarə ola bilər ki, onlar İslam və imanın mətnində qərar tutmamışlar. Bəlkə də, onun kənarında və qırağındadırlar. Bildiyimiz kimi, hər kəs bir şeyin kənarında olsa, möhkəm olmaz və azacıq təkan vurmaqla öz yolundan xaric olar.

Bu ayənin şərhində Zürarə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki: «Bir dəstə şəxslər şirkdən əl götürüb, Allaha ibadətlə məşğul olurlar və Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qəbul etmirlər. Bu əsasa görə onların imanları şəkk üzündən idi. Onlar deyirlər: Əgər Allah bizim mal-dövlətimizi və övladlarımızı artırsa, qəbul edərik ki, o Allahın rəsuludur. Əgər belə olmasa xeyr!" Allah bu ayədə buyurur: "Onların ibadəti, bir tərəfli və dəyərsiz idi."

SƏMİMİ QƏLBLƏ İBADƏT

Məhəmməd ibni Yəhya, Əhməd ibni Məhəmməddən, o da iki vasitə ilə İmam Məhəmməd Baqir (əleyhissalam)-dan nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: «Agah olun! Hər ibadətin bir ləzzət və rəğbəti var. Bir az keçdikdən sonra insanı tənbəlliyə çəkir. Beləliklə, hər kəs ibadətin ləzzətini mənim adətim üzrə yerinə yetirsə, hidayət olar, hər kim mənim yolum və adətimlə müxalif olsa, zəlalətə düşər, əməli isə ziyan və zərər olar. Agah olun! Mənim adətim budur: Namaz qılıram, yatıram, oruc tuturam, iftar edirəm, gülürəm, ağlayıram. Hər kəs mənim yolumdan dönsə, məndə deyil. O vaxt buyurdu: Moizədən ötrü ölüm kifayətdir. Yəqin və inanmaqdan ötrü təkcə ehtiyacsızlıq, məşğuliyyətdən ötrü təkcə ibadət kifayətdir.»[93]

İmam Sadiq (əleyhissalam) buyurur: «Hər kəsin bir meyl və rəğbəti var. Hər rəğbətdən ötrü bir meyilsizlik, bəs xoş o kəsin halına ki, meyilsizliyidə xeyirə tərəf olsun.»[94]

Yenə də Həfs ibni Boxtəri, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İkrah və yorğun halında ibadəti özünüzə yük eləməyin!»[95]

İBADƏTDƏ İFRATA YOL VERMƏMƏK

Qeyd edildiyi kimi rəvayətlər bizə tövsiyə edir ki, yaxşı ruhiyyə və səmimi qəlbdən ibadət edək. İbadətin özümüzə tə᾿sir bağışlamasından ötrü aşiqanə ibadət edək, yorğunluq və rəğbətsizlik halında olan ibadətdən çəkinin. Yorğunsansa, Allahla münacat meylini əldən vermisən. Belə şəxsin ibadəti, ruhsuz heykəlin ibadətinə bənzər. Həmçinin, ibadətdə ifrat-təfritə də yol verməyin. İbadətdə özünüzü orta səviyyəli qərar verin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tövsiyə edir ki, yorğun halında ibadətdən çəkinin!

Əmr ibni Cəmi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Əlican! Bu din, möhkəm və mətindir. Ona, şad ürəklə daxil ol. Yorğun, qəzəbli halında özünə ibadəti yük etmə. Çünki, ifrata varan şəxsin nə arxası, nə də yolu olar ki, onu keçsin. Beləliklə, əməl vaxtı qocalıb ölməyə hazırlaşan, Allahdan qorxanda, elə şəxs kimi qorx ki, sabah öləcək."[96]

İmam Sadiq (əleyhissalam) başqa bir hədisdə buyurur: «Mən (Kə᾿bə evinin) təvafı halında idim. Kiçik yaşlı idim. Atam yanımdan ötüb mənə baxdı. Möhkəm təvaf ibadəti ilə məşğul idim. Üz-gözümdən tər dənələri axırdı. Buyurdu: Ey Cə᾿fər! Oğlum! Əgər Allah bəndəsini sevirsə, onu Behiştə daxil edər və onun az ibadətinə də razı olar.»[97]

Nəticə budur ki, bütün işlərdə olduğu kimi ibadətdə də ifrat- təfritə yol verilməməlidir.

İslam dünyagörüşündə, Allahı tanımaq məktəbinin fəlsəfəsində ilk səbəb və birinci tə᾿siredici qüvvə, Allahdır. Yerdə qalan başqa səbəblər, bu səbəbin yanında yox, bəlkə də, onların səbəb olmalarının hamısı, Allah tərəfindəndir. Allahpərəst bir şəxslə, materialist bir şəxsin də fərqi həmin yerdədir. Materialist, maddi səbəblərə əsalət verir və bütün tə᾿sirləri müstəqil sayır. Halbuki, Allahpərəst və müvəhhid bir şəxs, illət (səbəb) və mə᾿lul (nəticə) nəzminə etiqad bəsləməklə, yanaşı hər şeyi Ona istinad verir. Şair buyurur:

Təbii və maddi səbəblərin, müstəqil və qeyri-müstəqil olması məsələsi tövhidlə şirkin əsas sərhədidir. Bu hüdudu qorumaqla, müvəhhid şəxs (Allahpərəst), müşrikdən yaxşılıqla ayrılır. Qur᾿an ayələrinin mütaliəsindən sonra aydın olur ki, yaradılış dünyasında heç bir qüdrətin, Allah qüdrətinin kənarında durmağa qabiliyyəti yoxdur. Heç bir səbəbin tə᾿siri, onu vücuda gətirənsiz ola bilməz, Qur᾿an buyurur:

«Qurunun və dənizin zülmətlərində sizə doğru yol göstərən kimdir? Küləkləri öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimdir? Məgər Allahdan başqa tanrı varmı? Allah Ona şərik qoşanlardan ucadır!»[98]

«İnsanlar ümidsizliyə qapılandan sonra, yağmur göndərən ne᾿mətini açıb paylayan Odur!»[99]

Qur᾿an, tövhid, yə᾿qinlik və xalis niyyətlə pərəstiş etməyən şəxslərin vəziyyətini belə bəyan edir:

«İnsanlara fəqirlik toxunduğu zaman Rəbbinə tərəf dönüb ona tövbə edərlər. Sonra Allah Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.»[100]

«Gəmiyə mindikləri zaman xalis niyyətlə Allahı çağırarlar, ancaq Allah onları sağ-salamat sahilə çıxaran kimi yenə də [Ona] şərik qoşarlar.»[101]

«De ki: Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır! Sonra sizlər yenidən müşrik olursunuz.»[102]

İNSANIN İLAHİ MƏQAMI VƏ ÜÇLÜYÜN QUR᾿AN NƏZƏRİNDƏN ƏSASSIZLIĞI

İmam Səccad (əleyhissalam) buyurur: «Allahın böyük haqqı budur ki, Ona heç bir şeyi şərik qoşma!» Biz bura qədər ibadət və hansı əməllərə ibadət deyilməsi barəsində bəhs etmişik. İndi də hədisdəki, «Allaha heç bir şeyi şərik qoşma" cümləsi barəsində yə᾿ni, şirk və onun müxtəlif mərtəbələrini xülasə şəkildə bəhs edəcəyik. Tövhidin mərhələləri müxtəlif olduğu kimi şirkin də mərhələləri müxtəlifdir.

Nümunə üçün zatda tövhid, vəsfdə tövhid, işlərdə tövhid, ibadətdə tövhid və s. olduğu kimi şirkin də özünəməxsus mərtəbələri vardır.

ALLAHIN ZATINA ŞƏRİK QOŞMA

Qur᾿an nazil olan əsrdə xaçpərəstlər, İsa Məryəm oğlunu, Allah adlandırırdılar. Qur᾿an onları kafir adlandırır:

«Məryəm oğlu Məsih Allahdır, deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de: Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə [bu işdə] kim Ona bir şeylə mane ola bilər?»[103]

«Allah üç nəfərdən biridir, deyənlər əlbəttə kafir oldular. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur.»[104]

Birinci ayədə, aydın dəlillə buyurur: Allah, insanı həlak edə bilər. Təkcə insanı yox, bəlkə də, bütün insanları məhv edə bilər.

Şübhdə yoxdur ki, bütün məsihilər İsanı, Məryəmin oğlu kimi tanıyırlar və bunu həmişə deyirlər ki, İsa Məryəmin oğludur. Əgər o, Məryəmin övladıdırsa, başqa insanlar kimi ölümü və həyatı öz əlində olmaz. Belə olan halda, o, özünün ölümü və həyatının sahibi deyilsə, necə Allah ola bilər? Bu ayədə İsanın bəşər olmasına tam şəkildə diqqət yetirilmişdir. Ona görə də, İsa, “Məryəmin övladı" kimi ünvanla vəsf olunmuşdur.

Başqa Qur᾿an ayəsində, İsanın yemək yeməsinə və onun təama ehtiyacını vurğulayır. Buyurur:

«Məsih [İsa] və anası təam meyl edirlər.»[105] Yə᾿ni, İsa və anasının başqa peyğəmbərlərlə fərqi yoxdur. İsa Məsihin, Allahın övladı olması məsələsi, Allahın zatına şirkin nisbət verilməsi, əslində, yeganə Allahı, üç allahlar şəklində cilvə verməkdən ibarətdir. Qur᾿anın sözü budur ki, xaçpərəstlərin, Allah ünvanı ilə ibadət etdikləri İsa Məsih budur. O, Allahın məxluqu olub, Onun rəhməti sayəsidə böyüyəndir.

«Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir!»[106]

«Sizin Allahdan başqa tanıdıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!

Əgər siz onları doğru yola tərəf çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər.»[107]

Qur᾿an kitab əhlini bu mövzuda müxatəb qərar verərək buyurur:

«[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki:] Allahdan başqasına ibadət etməyək. Ona bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman [onlara] deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq!»[108]

Yuxarıdakı ayə, şirkin bütün mərtəbələrini izah edir. Yə᾿ni, heç bir sahədə Allaha şirk qərar verməmək.

İBADƏTDƏ ŞƏRİK

Qur`an buyurur: «[Ya Peyğəmbər!] Onlara de ki: Mən də sizin kimi ancaq bir insanam. [Mənim üstünlüyüm bundadır ki:] Mənə vəhy olunur ki, sizin tanrınız tək olan Allahdır. Hər kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görməkdə ciddi olsun və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!»[109]

Bu ayə, ibadətdə Allaha şərik qoşmaqdan çəkindirir. Aydınlaşdırır ki, insan öz ibadət və pərəstişini yalnız, Allahdan ötrü etməlidir. Həmin ayənin izahında, ravi Əbül Careyd, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

«İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) bu şərif ayə barəsində sual olundu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Özünü əhaliyə göstərməkdən ötrü namaz qılan şəxs müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü zəkat verən müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü həccə gedən müşrikdir.

Allahın ona əmr etdiyi işi görüb, bu işə görə əhaliyə minnət qoyan, müşrikdir. Allah, riyakarların əməlini qəbul etməz.»

Cərah Mədaini, İmam Baqirin (əleyhissəlam) bu ayə barəsindəki sözünü nəql edərək, buyurur:

«Birisi savab iş görür, ancaq Allahın razılığını nəzərə almır. Çox istəyir ki, öz əməlini insanlara göstərsin. Çox istəyir ki, əhali onun əməlini tə᾿rifləsin. Belə bir şəxs, ibadətdə Rəbbinə şərik qərar vemişdir.»

Sonra buyurur: «Elə bir bəndə yoxdur ki, gizlində xeyir bir iş görsün, zaman keçdikdən sonra Allah onun xeyir işini zahir etməsin. Elə bir bəndə yoxdur ki, çirkin işi gizlətsin, zaman keçdikcə Allah onun bu işini şər ünvanı ilə aşkar etməsin!»[110]

Ravilərdən, Zürarə və Həmran, İmam Baqir və İmam Sadiqdən (əleyhumassəlam) nəql edirlər ki, buyururlar:

«Əgər bəndə yaxşı bir iş görüb, Allahdan rəhmət və Axirəti tələb etsə, həmçinin, Allahdan başqasının da razılığını nəzərə alsa, belə şəxs müşrikdir.»[111]

QUR᾿ANDA MÜŞRİKLƏRİN ƏMƏLLƏRİNƏ ƏN YAXŞI MİSAL

Qur᾿ani-Kərim müşriklərin şirklə qatışmış əməllərini belə mə᾿nalandırıb misal gətirərək, buyurur:

«[Həcc əməllərini yerinə yetirin] batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sür᾿ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.»[112]

Əslində bu ayədə, göy, tövhidə kinayədir. Şərik qoşmaq, insanın bu aləmdən aşağı düşməsinə səbəb olur. İnsan, bu uca məqamdan aşağı endikdə iki aqibətdən birinə giriftar olur: Ya yerə çatmamışdan əvvəl, leş yeyən quşların qida maddəsi olur, başqa sözlə desək, insan, tövhid sahəsindən çıxmaqla, hər birisi insanın varlığını məhv edən həva-həvəslər caynağına giriftar olur. Yaxud, tövhidi əldən verdikdən sonra salamat qalarsa, sonradan elə bir tufan burulğanına giriftar olur ki, bu tufan, insanı bir anda yerə çırpır. Belə ki, bədəni parça-parça olub, hər bir zərrəsi bir tərəfə düşür. Bu tufan sanki, həmişə insana yaxın Şeytana kinayədir.

Doğrudan da şirk qoşmağa, bundan daha gözəl və aydın bənzətmə ola bilərmi? Bir mətləbə də daha çox diqqət olunmalıdır. Bu gün sübut olunmuşdur ki, insan, azad şəkildə aşağı tullanan anda heç bir çəkisi olmur. İnsanın bu zaman fövqəl`adə iztirab hissi keçirməsi də, həmin çəkisizliyinə görədir.

Bəli! Hər kəs imandan çıxıb şirk qoşmağa tərəf gəlsə, sabit güvənc yerini əldən verər və onun ruhunda belə bir çəkisizlik əmələ gələr. Onun ardınca da, həmin şəxsə fövqəl`adə qəribə bir iztirab hissi hakim olar.[113]

BƏNİ-ÜMƏYYƏ, ŞİRKİN TANINMASINA MANE OLUB

İmam Sadiq (əleyhissəlam) buyurur:

«Bəni-üməyyə, iman və onun mahiyyətini öyrənməyi əhalidən ötrü azad buraxmışdılar. Lakin, şirk qoşmağı və onun tanınmasını azad qoymamışdılar. Ona görə ki, müsəlmanları şirkə tərəf çağıranda, onlar anlaya bilməsinlər ki, Bəni-üməyyə, onları şirkə tərəf də᾿vət edir.»[114]

Mərhum Feyz Kaşani bu hədisin şərhində, "Şafi" kitabında belə yazır: «Bəni-üməyyə çox həris idilər ki, əhali, sözsüz-söhbətsiz onlardan itaət etsinlər. Ona görə də, iman və tövhid yolunu tanımağı azad, amma şirki tanıyıb ondan çəkinmək yolunu bağlamışdılar. Çünki, əgər əhali şirkin mahiyyətini anlamasalar, onu tez qəbul edərlər. Lakin, şirkin mə᾿nasını dərindən bilib anlasalar, qəti şəkildə Bəni-üməyyədən itaət etməyəcəkdilər!»[115]

Ümumiyyətlə, təkcə Bəni-üməyyə yox, bəlkə də, dünyanın bütün qoluzorluları və qüdrət sahibləri çalışarlar ki, insanlar elm və mə᾿rifət sahəsinə qədəm qoymasınlar. Nə qədər çox anlamasalar, yaxşı itaətdə olarlar. O, səbəbdəndir ki, İslam mədəniyyətində elm öyrətmək və maariflənmək, cəhalət və savadsızlığa qarşı mübarizə, ən yaxşı ibadət və ən mühüm vəzifədir.

GİZLİ ŞİRK

Gizli və batini şirki bəyan etməkdən ötrü İmam Sadiq (əleyhissəlam)-ın, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdiyi rəvayətə işarə edirik:

«Müs᾿ədət ibni Sədəqə, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir ki, o həzrətdən, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gizli şirk barəsindəki sualın cavabında buyurduğu: «Gizli şirk, gecə zülmətində qara daşın üzərində hərəkət edən qarışqadan da görünməzdir.» - hədisi haqqında soruşurlar. Peyğəmbərin bu hədisi barəsində İmam Sadiq (əleyhissəlam) buyurur: «Mö᾿minlər, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında müşriklərin bütlərini təhqir etmişdilər. Nəticədə, müşriklər də mö᾿minlərin Allahına cavab qaytarmışdılar.”

Ayə nazil olur. Allah, mö᾿minləri bu işdən çəkindirir ki, müşriklərin ağzı yumulsun. Belə olmayan halda, mö᾿minlər özləri də bilmədən Allaha şərik qərar verərlər. Allah-taala, Ə᾿nam surəsinin 108-ci ayəsində buyurur:

«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin!»

Bu hədisdə, «gizli və batini» şərik qoşmanın İslamda nə qədər ciddi məsələ olması mə᾿lum olur. Belə şirkdən Allaha pənah aparırıq. İndi də İmam Səccadın (əleyhissəlam) buyurduğu bu cümləyə işarə edək:

Buyurur: «Allahın sənin boynundakı haqqı budur ki, Ona ibadət edəsən və Ona şərik qərar verməyəsən. Əgər belə bir işi (ibadəti) xalis niyyətlə yerinə yetirsən, Allah Özünə vacib etmişdir ki, dünya və Axirət işlərində sənə şəfaət etsin. Sənin çox bəyəndiyin şeyi sənin üçün saxlasın!»

Allahdan belə bir haqqı yerinə yetirə biləcəyimizə münasib fürsət istəyirik!

2. NƏFSİN HAQQI

وَأَمَّا حَقُّ نَفْسِكَ عَلَيْكَ فَأَنْ تَسْتَوْفِيَهَا فِي طَاعَةِ اللهِ فَتُؤَدّي إلَى لِسَانِكَ حَقَّهُ وَإلَى سَمْعِك حَقَّهُ وَإلَى بَصَرِكَ حَقّهُ وَإلَى يَدِكَ حَقَّهَا وَإلَى رِجْلِك حَقَّهَا وَإلَى بَطْنِكَ حَقَّهُ وَإلَى فَرْجِكَ حَقَّهُ وَتَسْتَعِينَ باللهِ عَلَى ذَلِك.

«Amma sənin öz nəfsinə haqqın [hüququn] budur ki, onu tamamilə Allah yolunda itaətdə qərar verəsən. Belə olan halda dilinin, gözünün, qulağının, əlinin, ayağının, qarnının və cinsi üzvlərinin haqqını [hüququnu] əda et. Onların haqqını əda etməkdə, Allahdan kömək istə!"

NƏFS SÖZÜNÜN LÜĞƏTDƏ MƏ᾿NASI VƏ İSTİFADƏ YERLƏRİ

İlk öncə, "nəfs" sözünün lüğətdə mə᾿naları və onun işlədilmə yerləri ilə tanış olaq. Tanınmış lüğətşünas Rağib İsfahani, "nəfs" sözünü «ruh» mə᾿nasıda bilir. Bu iddiasına, Qur᾿ani-kərimdən bir neçə nümunə gətiririk.[116] O ayələrdən:

1. «Çıxarın canlarımızı!»[117]

2. "Bilin ki, Allah sizin qəlblərinizdə olanı bilir. Allahdan qorxun!"[118]

3. "Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm."[119]

Bütün bu ayələrdə "nəfs" sözü, "ruh və ya can" mə᾿nasında işlədilmişdir.

Rağib, "nəfs" sözünə başqa bir mə᾿na da vermişdir. O da budur ki, əslində «nəfs», hava və oksigenə deyilir ki, insan onu ağzının vasitəsilə bədəninə daxil edir. Başqa tərəfdən karbon qazı insanın bədənindən xaric olur. Bu «nəfs», insanda qida maddəsi rolunu oynayır. Onun kəsilməsi ilə ölümün gəlməsi qətidir. Mərhum Şeyx Təbərsi:

«Ancaq, özlərini aldadırlar!"[120] ayəsinin şərhində buyurur: Nəfsin üç mə᾿nası var: Əvvəl, «ruh» mə᾿nasındadır, ikincisi, "tə᾿kid" mə᾿nasında. Məsələn, Zeydin özü gəldi. Üçüncüsü, «zat» mə᾿nasında. Əsl mə᾿na, həmin üçüncü mə᾿nadır.

QUR᾿ANDA NƏFS SÖZÜNÜN MƏ᾿NALARI

1. Təbərsinin buyurduğu kimi Qur᾿ani-kərimdə, «nəfs"sözü ən çox «ruh» mə᾿nasında işlədilmişdir. Ayələrdən birində buyurur:

«Allah [əcəli çatan kimsələrin] canlarını onlar öldüyü zaman, bədəni ölməyən ruh isə yuxuda olar. O vaxt yuxuda aldığı ruhu saxlayar. Əgər sahibinə ölüm hökmü yazılmış olsa, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar."[121]

2. «Nəfs», zat mə᾿nasında işlədilir. Nümunə üçün bu ayədə buyurur: «Qorxun o gündən ki, heç kəs və zat heç kəsin və zatın əvəzində cəzalandırılmasın!»[122]

3. «Nəfs», qəlb və batin mə᾿nasında da işlədilib. Ayədə buyurur:

«Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan qəlbində və batində Rəbbini yad et!"[123]

«Yusif onu qəlbində və batində saxladı!» [124]

«Rəbbiniz qəlblərinizdə və ürəklərinizdə olanları ən yaxşı biləndir!"[125]

HİKMƏT SAHİBLƏRİNİN NƏFSİN NÖVLƏRİ BARƏSİNDƏ NƏZƏRLƏRİ

Sədri Mütəəllihin, Əbu Əli Sinadan (Şeyxürrəisdən) "Şifa" kitabında nəql edir ki, "nəfs" qüvvəsi üç qismə bölünür.

1. Nəbati nəfs: –Nəbati nəfs, təbii cisimdən ötrü təkcə, qida və inkişaf mayası sayılan ilk kamaldır.

2. Heyvani nəfs–təbii cismdən ötrü təkcə iradə ilə birlikdə, hiss və hərəkətdən ibarət olan ilk kamal hesab olunur.

3. İnsani nəfs–İnsani nəfs, qəlbi cismin, ağıl və ümumiliyin dərk etmək qüvvəsinə malik olub, çalışıb müxtəlif rəyləri gətirmək qabiliyyəti olan kamaldır. Sonra bu qisimlərin xüsusiyyatlarını bəyan edir.[126]

Əbu Nəsr Farabi (İkinci müəllim), özünün «Fususul-hikəm» kitabının 23-cü fəslində, "nəfs" barəsində belə deyir: "Həqiqətən, arxayın nəfs odur ki, öz dərki ilə ilk haqqı tanısın. Tanıdığı da ilk haqq olsun." Bu ifadənin izahında cənab İlahi Qomşeyi belə buyurur:

"Natiq nəfsin" (insani nəfsin) çox cəhətləri və tərəfləri vardır. Ləzzətə və heyvani şəhvətə şiddətli meyli olduğu cəhətinə görə ona "əmmarə nəfsi" deyirlər.

Şəhvətin çoxluğundan, çirkin əməlləri insanın gözündə gözəl göstərdiyinə görə ona "müzəyyinə nəfsi" deyərlər.

Heyvani məqsədindən ötrü hiyləgərlikdən istifadə edib, öz əməllərində yalan çöhrələri göstərdiyi cəhətdən ona "müsəvvələ nəfsi" deyirlər.

İnsan, hər vaxt çirkin bir iş gördükdə, əsas fitrətinə qayıdır və vicdanı özünü məzəmmət etdiyinə görə ona, "ləvvamə nəfsi"deyirlər.

Heyvani ləzzətlərdən xilas olub, şəhvət qüvvəsindən və qəzəbdən aram tapıb, ağıl ləzzətlərindən bəhrələndiyinə görə ona, "mütmə᾿innə nəfsi" deyirlər.

Nəhayət, insan öz nəfsini tamamilə həqiqi mə᾿şuq (mə᾿bud) müqabilində təslim edib, Onun meyl və razılığına görə özünü fani hesab etdiyinə görə onu, «raziyyə» və "mərziyyə nəfsi" adlandırırlar. Bu sözlərin və terminlərin hamısı Qur᾿ani-kərimdən götürülmüşdür. "Nəfsi mütməinnə", nəfsin kamal və ilk haqqı tanıyan mərhələsidir.

Beləliklə, "nəfsi mütmə`innə", yə᾿ni, pak və hər cür çirkinlikdən, kin-küdurətdən təmiz olan ruh.[127]

Molla Sədranın Əbu Əli Sinadan nəql etdiyi və İlahi Qomşeyinin onu izah etdiyi mətləbin xülasəsi budur. Biz də, Allahın köməyi ilə nəfsin mərtəbələrini Qur᾿an baxımından bəhs edəcək və bu barədə nazil olan ayələrə işarə edəcəyik.

NƏFSİN QUR᾿ANDA QİSİMLƏRİ VƏ MƏRTƏBƏLƏRİ

Qur᾿ani-Kərimdə nəfsin müxtəlif mərtəbələrinə işarə olunmuşdur. Biz xülasə şəklində onlara işarə edəcəyik.

1. Əmmarə nəfsi;

Ləzzət və şəhvət meyli olan nəfsin ilk mərhələsi, "əmmarə" adlanır. Yə᾿ni, həmişə insana əmr edir ki, onun xahiş və istəklərini yerinə yetirsin. Qur᾿an dili ilə "əmmarə" (çox əmr edən) adlanan nəfsin bu mərtəbəsi, insanın ən böyük düşmənidir. Böyük şəxsiyyətlər bu nəfsin şərrindən Allaha pənah aparmışlar. Qur᾿an, həzrət Yusifin dilindən belə deyir:

"Mən öz nəfsimi təmizə çıxartmıram. Allah tərəfindən mərhəmət və günahdan çəkinmək tofiqi mənə çatmasa, nəfs həmişə pis işlər görməyi əmr edər."[128]

Başqa bir ayədə buyurur:

«Amma kim Pərvərdigarın məqamından qorxmuş və nəfsinə həva-həvəsini qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir.» [129]

Hədəf budur ki, insan «əmmarə nəfsinin» istək və tələblərinə cavab verməsin. Həzrət Əli (əleyhissəlam) bu barədə buyurur:



Geri   İrəli
Go to TOP