A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


"Millət" sözü, sözün tək şəklindədir. Cəm şəkli, "miləl" şəklində işlədilir. Bu söz, əqidə, iman, camaat və firqə mə`nasında işlənilir. Qur`anda buyurur:

"İbrahimin pak dininə tabe olun".

Millət, din kimidir. Onu da şəriətin adı kimi Allah-taala, peyğəmbərlərin vasitəsilə insanlara göndərmişdir. Millətlə din arasında fərq budur ki, millət, Allaha və tək-tək şəxslərə nisbət verilmir. Məsələn, deyə bilmərik ki, Allahın milləti və ya Zeydin milləti. Amma millət təkcə, peyğəmbərə nisbət verilir. Lakin, dini həm Allaha, həm də şəxslərə nisbət verə bilərik. Məsələn, Allahın dini, Zeydin din və sair.[888]

Xülasə, din, Allaha, peyğəmbərə və şəxsə nisbət verilə bilər. Amma, millət, yalnız, rəhbər və dini gətirənə nisbət verilə bilər. Qur`anda, din bə`zən, tayfa və onun kimi şeylərə də nisbət verilib. Məsələn, həzrət Yusifin Qur`anda dediyi sözdə oxuyururq:

"Mən Allaha inanmayan və Axirətidə inkar eliyən bir tayfanın dinini tərk etdim! Mən ata babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum ! "[889]

Başqa surədə müşriklərin dilindən buyurur:

"Biz bu sözü sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.“[890] Bu söz, bütpərəstlərin də təriqətlərinə aiddir. Qur`an buyruru:

"Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş oluruq. “[891]

Bütün bu lüğət barəsindəki bəhsdən sonra aydın olur ki, İmam Səccad (əleyhissalam) bu bölmədə, millət və dindaş hüquqları barəsində söhbət edir. Başqə sözlə desək, İslam millətindən bəhs olunur.

İSLAM VƏ İCTİMAİYYƏTƏ ƏHƏMİYYƏT

İslam dini öz nəzəriyyəsində, insanı ictimai bir mövcud kimi tanıyır və onun təkamülünü ictimaiyyətin sayəsində bilir. Bu məsələni, Qur`ani-Kərimdə insanlara olunan ümumi xitablardan aydıncasına başa düşmək olar. Bu mövzudakı ayələrin nümunələrinə işarə edirik:

İNHİRAF YOLARINDAN ÇƏKİNMƏK

Qur`an buyurur:

"Bu, şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah sizə bunları tövsiyə etdi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz! "[892]

Bu ayədə Aallah-taala, şəxslə yox, insanlarla söhbət edir.

BİRLİYƏ VƏ HƏMRƏYLİYƏ DƏ`VƏT

Qur`an buyurur: "Hamınız bir yerdə Allahın ipindən (İslam və Qur`andan) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-birinizlə qardaş oldunuz. “[893]

Bu ayədə, vəhdət, birlik və qardaşlıqdan bəhs olunur. Dünənki düşmənlər bu günki qardaşlardır. Özgələr də bu işdən təəccübə gəlirlər. Məsələn, İngilis alimi "Can Dyun Port" yazır:

"Məhəmməd" bir nəfər sədə ərəb idi. Özünün kiçik, ayaqyalın və ac tayfasını, inzibatlı və əxlaqlı bir cəmiyyətə çevirir. Dünya millətləri arasında onları əxlaqlı və mədəni bir millət kimi tanıtdırır. Otuz ildən az müddətdə bu yolla, Qostaniniyya imperatorluğunu məğlub edib, İran soltanların aradan aparır. Suriyanı, Bəhreyni və Misiri özünə ram edir. Fəthlərinin sorağı atlantik okeanından Xəzər dənizinə və Seyhun çayına qədər çatır.“[894]

Məhşur siyasətçi və hind alimi "Nehru" yazır: "Ərəblərin keçmişi, Asiya və Avropaya necə sürə`tlə yayılmaları bəşər tarixinin mö`cüzələrindən biridir. Ərəbləri oyadıb, onların özlərində e`timad və qüdrət hiss etmələri, İslam dininin planlarının tə`sirindən idi. Bu din, 570-ci ildə Məkkədə dünyaya gəlmiş, “Məhəməd" adlı təzə peyğəmbərin vasitəsilə başlayır.“

Bu iki nümunə, bəhsimizin mövzusuna aid müxtəsər tarix idi. Bu cür e`tiraflardan dünyada o qədər qeydə alınıb ki, onların hamısından ötrü xüsusi kitab lazımdır.

TƏFRİQƏDƏN ÇƏKİLİB İCTİMAİ QANUNLARI HİFZ ETMƏK

Qur`an buyurur: “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar “[895]

Bu ayədə söhbət, birlik və ayrılıqdan gedir. Müsəlmanlar özlərindən əvvlki, yəhudi və xaçpərəstlər kimi təfriqə və ayrılığa yol verməməlidirlər. Qur`anın təfriqə və ayrılığın qarşısını almağa tə`kidi o cəhətdəndir ki, əgər belə bir hadisə düşsə, (necə ki düşüb) müsəlmanların əzəmət və birliyi aradan gedəcəkdir. Qur`an başqa yerdə buyurur:

Allaha və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! “[896]

Bu ayədə, rəhbərlikdən itaət və ixtilaflardan çəkinməyə tövsiyə olunur. Yoxsa, cəmiyyətin abır-həyasının getməsi və şə`ninin aşağı düşməsinə gətirib çıxarır. Bundan əlavə, belə keşməkeşlər cəmiyyətin əzəmətlə qarşıya apardığı hədəflərini puça çıxarır. Çünki, mühitdə, düzgün və müvafiqətçliklə yaşamaq, hədəf gəmisini həmişə məqsədə tərəf çəkir. İxtilaf isə bütün bu hərəkəti tamamilə saxlayır.

QARDAŞLIQ VƏ DOSTLUQ MÜSƏLMANLARIN ŞÜARIDIR

Keçən ayələrdən mə`lum olur ki, Qur`an bizləri yersiz ixtilaf və çəkişmələrdən çəkindirir və bu işin acı nəticələrini çatdırır. Bunların müqabilində Qur`an, müsəlmanları qardaşlıq və dostluğa də`vət edir, buyurur:

"Həqiqətən, mö`minlər (dində) qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Alahdan qorxun ki, bəlkə, rəhm olunasınız."[897]

İCTİMAİ İXTİLAFLARDA GÜZƏŞTİN ROLU

Qeyd etdik ki, insan, ictimai mövcuddur və şübhəsiz ki, ictimaiyyətdə yaşayan şəxslər öz mənafe`lərini güdəcəkdir. Bu cəhətdən də cəmiyyətdə ictimai çəkişmələr baş verir. Bəs, biz necə rəftar etməliyik ki, cəmiyyətdə ixtilafdan məhfuz qalaq? İslam əxlaq məktəbində elə göstərişlər var ki, əgər bir dəfə onlara əməl olunarsa, insan bütün ixtilaflardan amanda qalar. "Üsul Kafi" kitabında iki mühüm fəsl var: "Güzəşt etmək" və "həmkarlıq“.

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir buyrur:

"Üç şey var ki, əgər insanda olmasa, heç bir əməl ondan qəbul olmaz: Əvvəl: Onu Allaha qarşı günah etməkdən çkindirən qorxu və təqva qüvvəsi. İkinci: İnsanlarla güzəştlə rəftar etmək. Üçüncü: Helm və möhkəm nəfsə malik olsun ki, nadanların nadanlıqlarına güzəştə gedə bilsin.“[898]

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Həzrət Cəbrail, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və buyurur: Ey Peyğəmbər! Allah salam göndərir və buyurur: Mənim bəndələrimlə güzəştlə rəftar et! "[899]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

"Allah-taala, mənə insanlarla güzəştlə rəftar etməyə əmr etmişdir!"[900]

GÜZƏŞT VƏ ONUN TƏ`SİRLƏRİ

Keçən bəhsdə işarə etdik ki, Mərhum Kuleyni, "Üsul Kafi" kitabında iki mühüm fəsl, “güzəşt etmək""həmkarlıq", adı altında rəvayətlər nəql etmişdir. Onu da qeyd edək ki, mə`na cəhətdən, "güzəşt" və "həmkarlıq" bir-birinə yaxındır. Çünki, "güzəşt”, insanın cəmiyyətdə mülayim rəftar edib bir çox namülayimliklərə dözməsidir. Bə`zən bu iki terminin arasında fərq qoyurlar. O da budur ki, “güzəşt”də, insanların əziyyətlərinə dözmək xüsusiyyəti var, amma bu halət “həmkarlıqda" yoxdur. Əllamə Məclisi özünün "Mira`tul uqul"kitabında yazır:

"Həmkarlıq", insanın bütün hallarda mülayim, ülfət, danışıq və əməlində zorakılığa yol verməməsidir."[901]

İmam Baqir (əleyhissalam) -dan nəql olunur, buyurur:

"Hər bir şeyin kilidi var, imanın da kilidi həmkarlıqdır "[902]

Bu hədisdə "iman”, hifzində çalışmalı olduğumuz "qəlbə" oxşadılmışdır. Bu qəlbin kilidi isə həmkarlıq və mülayim rəftar etməyə bənzədilib. Həmkarlıq, əslində insanın qəlbində imanını qoruyur və Şeytanın qəlbə girməsinin qarşısını alır. Əgər bu xüsusiyyat, insanda aradan getsə, hər cür çirkinlik və fəsad onun yerini tuta bilər.

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

"Əgər həmkarlıq görünmək qabiliyyətinə malik olan bir məxluq olsaydı, məxluqatların arasında ondan üstünü olmazdı. "[903]

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

Allah-taala, güzəşt edəndir. Hər kim bu cür olsa, onu sevir və mülayimliyə verdiyi mükafatı hər rəftara vermir! "[904]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

Həmkarlıq və mülayimlik bəyənilmiş, qabalıq və zorakılıq isə bəyənilməmiş sifətdir."[905]

Bu mövzuda nəql olunan rəvayətlərdən İmam Səccad (əleyhissalam)-ın sözlərinin mə`nasını daha yaxşı anlayırıq. İmam (əleyhissalam) buyurur: Öz dindaş və millətinin pisləri ilə yaxşı və mülayimcəsinə rəftar edin. Onların yaxşı və salehlərindən təşəkkür edin. Öz köməkliyini onlardan əsirgəmə və onların hər birinə özünə görə məqam ver. Millətinin böyük və ağsaqqalları öz mehriban atan, kiçiklərini əziz övladın, orta yaşlılarını isə öz qardaşın kimi bil. Sənə vacib olan hüquqları onların barəsində tam yerinə yetir!

İmam Səccad (əleyhissalam) keçən bəhslərdə böyük, kiçik, və qardaş barəsində geniş şəkildə bəhs etmişdir. Bu qismətdə onların hüquqlarının sonunda buyurur: Onlardan hər biri sənin yanına gəlsə. Onu mərhəmət, açıq üzlü, mehriban, və təbəssümlə qarşıla. Qardaşınla necə rəftar edirsənsə, onlarlada o cür rəftar et!

Bununlada, İmam Səccad (əleyhissalam), müsəlmanın öz din qardaşlarının hüquqlarına necə riayət etmələrinə yol göstərir. Ümumilikdə demək olar ki, İmam Səccad (əleyhissalam) müsəlmanlara öz dindaşlarının və millətinin hüquqlarına riayət etməsinə çox tə`kid etmişdir. Allah-taaladan, bütün bu zikr olunan hüquqlara riayət etməkdə tofiq və fürsət istəyirik!

50. KİTAB ƏHLİNİN HAQQI

وَأمّا حَقُّ أَهْلِ الذِّمَّةِ فَالحُكْمُ فِيهِمْ أَنْ تَقبَلَ مِنْهُمْ مَا قَبِلَ اللهُ، وَتَفِي بمَا جَعَلَ اللهُ لَهُمْ مِنْ ذِمَّتِهِ وَعَهْدِهِ وَتكِلُهُمْ إلَيهِ فِيمَا طَلبُوا مِنْ أَنْفُسِهِمْ وَأُجْبرُِوا عَلَيْهِ وَتحْكُمَ فِيهِمْ بمَا حَكَمَ اللهُ بهِ عَلَى نفْسِكَ فِيمَا جَرَى بَيْنَكَ [وَبيْنَهمْ] مِنْ مُعَامَلَةٍ وَلْيَكُنْ بَينَكَ وَبيْنَ ظُلْمِهِمْ مِنْ رِعَايَةِ ذِمَّةِ اللَّهِ وَالْوَفَاءِ بعَهْدِهِ وَعَهْدِ رَسُولِ اللَّهِ – صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ – حَائِلٌ فَإنَّهُ بَلَغَنَا أنَّهُ قَالَ «مَنْ ظَلَمَ مُعَاهِدًا كُنْتُ خَصْمَهُ» فَاتَّقِ اللَّهَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

فَهذِهِ خَمْسُونَ حَقًّا مُحِيطًا بكَ لا تَخرُجْ مِنْهَا فِي حَالٍ مِن الأَحْوَالِ، يَجِبُ عَلَيْكَ رِعَايَتُهَا وَالْعَمَلُ فِي تَأْدِيَتِهَا وَالاسْتِعَانَةُ باللهِ جَلَّ ثَنَاؤُهُ عَلَى ذَلِكَ. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ وَالْحَمْدُ للهِ رَب العَالَمِينَ.

"Kitab əhlinin (İslam dinin pənahında olanların) sənin boynunda haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul et. Allahın onlardan ötrü tə`yin etdiyi əhdə və peymana vəfadar ol. Onları məcbur olduqları və istədiklərinə tərəf irşad et. Onlarla alverdə Allahın hökmünə əməl et. İslam pənahında, Allahla və Peyğəmbəri ilə əhdlərinə vəfa etdiklərinə görə onlara zülm etmə. Çünki, bizə çatıb ki, Allah buyurur: "Hər kim əhd bağladığı tərəfə zülm etsə, onun tərəf müqabili və düşməni Mənəm!" Allahdan qorx. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!“

"Zimmə" sözü lüğətdə, əhd və peyman mə`nasındadır. Qur`ni-Kərimdə gəlib:

“Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər." "Onlar bir mö`min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. "[906]

"Əqrəbül-Məvarid" kitabında yazır: Yəhudi və xaçpərəstlərdən o kəslərə "zimmi" (Kitab əhli) deyilir ki, müsəlmanlarla əhd-peyman bağlayıb, İslam dinin pənahında yaşasınlar. Bu kəlmə Qur`anda iki dəfə işlənmişdir.[907]

Nəhcül-Bəlağədə oxuyuruq: "Müsəlman ümmətinin içində yaşayan başqa millətlərdən, cizyə və xərac verən kitab əhlidir"

Kitab əhli, hər hansı bir səmavi kitabların tərəfdarı olan qeyri-müsəlmanlardır. Bunlara, "Əhli zimmə"də deyilir. Əgər müsəlmanların beytül-malına maliyyat və xərac versələr, İslam ölkəsində məskən salıb, İslam qanunlarının himayəsində qərar tutarlar.

İslam dövləti, onlardan maliyyat almaqla, onların canlarını və mallarını hifz edir. İslam qanunlarına görə əhli-zimmə öz aralarında olan e`tiqadi ixtilafları barəsində öz ruhanilərinə müraciət edə bilərlər. Əgər ixtilafları maliyyat və ya hüquqi məsələlərə aid olarsa, bu zaman İslami məhkəmələrə müraciət etməlidirlər. İslam qazisi onların barəsində İslam hüquq qanunlarına əsasən hökm etməlidir.

CİZYƏ NƏDİR?

"Cizyə" sözü, cəza sözündən olub, İslam hökumətinin pənahında yaşayan qeyri-müsəlmanlara aiddir. Bu advermə ona görədir ki, onlar İslam hökumətinin, onların mal və canlarını qorumağın müqabilində hökumətə verdiyi "cəza”dır (mükafatdır). Rağib İsfahani də öz lüğət kitabında həmin mə`naya işarə edir.

Bə`ziləri mö`təqiddirlər ki, bu sözün kökü qeyri-ərəbidir. Fars dilindəki, nizami qüvvələri möhkəmlətməkdən ötrü "kizyət” ünvanı ilə əhalidən alınan maliyyatın adından götürülüb. Lakin, çoxları mö`təqiddirlər ki, bu söz xalis ərəb sözü olub, İslam hökumətinin azlıqda olan məzhəblərinin əmin-amanlığını qorumaqdan ötrü onlardan aldığı maliyyata deyilir.[908]

İSLAMDAN ƏVVƏL CİZYƏ

Bə`ziləri mö`təqiddirlər ki, ilk dəfə cizyə alan şəxs, Sasani padışahlarından Ənuşirəvan olmuşdur. Bu mətləb doğru da olmasa, bir şey şübhəsizdir ki, Ənuşirəvan öz millətindən cizyə almışdır. İyirmi yaşından yuxarı və əlli yaşından aşağı, hökumət işçilərindən olmayan bütün şəxslər adam başı 12, 8, 6, 4 dirhəm fərqləri ilə hər il cizyə verməli idilər. Bu maliyyatın hikmətini, hər bir ölkənin öz müstəqilliyini və nizami qüdrətini möhkəmlətməkdən ötrü kömək etməsi kimi ünvanlayırdılar. Bu yolda bir dəstə əməli şəkildə öz cismi qüvvələri ilə bu işə kömək edir, başqa dəstə isə ticarət və başqa işlərlə məşğul olduqlarına görə ildə bir dəfə adambaşına maliyyat verməklə, öz malları ilə vəzifələrini yerinə yetirirdilər.

Cizyə verənlərin yaşlarının 20 və 50 arsında olması bu mətləbə aydın dəlildir ki, hər kim başqa işlərlə məşğul olduqları üçün ölkənin əmniyyətinə xatir silah gəzdirə bilməsə, onun yerinə "cizyə" verməlidir. İslam dinində müsəlmanlara cizyə vermək vacib deyildir. Çünki, İslam, cihadı hamıya vacib buyurmuşdur. Azlıqda olan məzhəblər bu cihaddan azad olduqlarına görə onlardan cizyə alınır. Həmçinin, onların uşaqları, qadınları, qocaları və korlarının da cihaddan azad olmaları bu məsələnin ikinci dəlilidir. Bütün bunlardan mə`lum olur ki, cizyə təkcə maliyyə köməyidir ki, müsəlmanların əhli kitabın malının, canının və əhl-əyalının əmniyyətini qorumaq məsuliyyəti müqabilində onlardan alınır. [909]

Beləliklə, cizyənin müsəlmanlar tərəfindən əhli kitabı bir növ ram etməsi nəzəri, bu məsələnin hikmətini başa düşməyənlərin fikridir. Onlar bilmirlər ki, əgər kitab əhli müsəlman ölkəsində zimmə halına düşsə, müsəlman hökumətinin vəzifəsidir ki, onlara qarşı hər cür təcavüz və hüquqsuzluğunun qarşısını alıb, onların canlarını və mal-mövlətlərini qorusun. Bundan əlavə, bu halda olan kitab əhli müsəlman ölkəsində baş verən heç bir müharibədə və müdafiə məsələsində iştirak etməyi öhdəsinə almır və azaddırlar. Əslində, kitab əhli az miqdarda maliyyat ödəməklə müsəlman hökumətinin bütün üstünlüklərindən bəhrələnirlər. Qur`an ayəsində buyurur ki, kitab əhlindən cizyə alarkən onlar təvazökar halətində olmalıdırlar. Əslində, bu təvazökarlıqdan məqsəd, İslam və Qur`anın müqabilindəki təvazökarlıqdır. Başqa sözlə desək, azlıqda yaşayan bir dəstənin əksəriyyət və hakim olan bir dəstə ilə müsalimətamiz yaşamağına işarədir.[910]

ŞƏRİƏTDƏ CİZYƏNİN HÖKMÜ

Cizyənin hökmlərində bəhs olunan birinci məsələ bundan ibarətdir ki, cizyə kimlərdən alına bilər və şəraiti nədir? Cizyənin kimlərdən alınması sualının cavabında demək olar ki, məşhur İslam alimlərindən Mühəqqiq, "Şərae" kitabında yazır:

"Cizyə öz dinlərini iqrar edənlərdən alınır. Onlar, yəhudi, xaçpərəst və kitab əhli olmaları şübhəli olan məcusilərdir."[911]

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyuurur:

"Məcusilər qan bahası və cizyə verməkdə yəhudi və xaçpərəstlər hökmündədirlər. Çünki, keçmişdə kitabları olub "[912]

Rəvayətdə var ki, onların peyğəmbərlərinin adı "Damast" olub. On iki min inək dərisinin üzərinə yazılmış "Camast" adlı kitabları sonradan yandırılmışdır.

Qeyri-kitab əhlindən cizyə alınmır. Beləliklə, cizyə, yalnız bu üç firqədən alınır. Bütpərəst və müşriklərə gəldikdə isə onlara İslam ölkəsində yer yoxdur, o ki qaldı cizyə alınıb onları qoruyasan! Bu üç firqədən alınan cizyənin də xüsusi şəraiti vardır. Kitab əhli bu şəraitə əməl etməlidirlər. Həmçinin, onların uşaq və divanələrindən cizyə alınmır.

CİZYƏNİN MİQDARI

İslam alimləri arasında məşhur budur ki, cizyənin müəyyən şər`i miqdarı yoxdur. Bəlkədə, miqdarı, rəhbər və cizyə verənin qüdrətinə bağlıdır. İslam tarixindən ümumi şəkildə mə`lum olan odur ki, müxtəsər miqdarda cizyə tə`yin olunmuşdur. Bə`zən bir dinar miqdarında , bə`zən də dediyimiz kimi cizyə verənin maliyyat qüdrəti nəzərə alınaraq cizyə tə`yin olunmuşdur.

CİZYƏNİN ŞƏRAİTİ

Cizyənin altı şərti var:

1. Kitab əhli cizyəni qəbul etsin.

2. Amanda olan münafiq şəxslərin işini görməsin. Məsələn, müsəlmanlarla müharibə etmək niyyətində olmasın.

3. Müsəlmanlara qarşı mal və namus cəhətdən əziyyəti olmasın. Belə ki, onlardan hər kim Peyğəmbərə söyüş versə, öldürüləcək.

4. İslam dinin qadağan etdiklərinə zahirdə və cəmiyyət içində mürtəkib olmasınlar. Məsələn, donuz əti, şərab, və məhrəmlərlə evlənmək kimi şeyləri cəmiyyət içində izhar etməsinlər. Əgər adı çəkilənlərə mürtəkib olsalar, onlarla bağlanan əhd pozulmuş hesab olunur.

5. Müsəlman ölkəsində kilsələri olmayıb, kilsə zəngini vurmasınlar və öz evlərini müsəlmanların evlərindən hündür tikməsinlər.

6. Müsəlmaların qanunlarının onlara da cari olmağını qəbul etsinlər.[913]

MÜSƏLMANLARIN ZİMMƏ ƏHLİ MÜQABİLİNDƏ MƏSULİYYƏTLƏRİ

Əmirəl-mö`minin Əli (əleyhissalam) Kufə əhlinə cihada aid şiddətli xütbəsində buyuurur:

"Mənə xəbər çatıb ki, Müaviyənin qoşunundan bir dəstə, bir nəfər müsəlman qadını və İslam dinin pənahında zimmə əhlindən olan bir qadının ziynət əşyalarını əllərindən alıb aparmışdır. Biçarə qadınlar fəryad çəkib kömək istəmiş və mallarının qaytarılmasını tələb etmişlər. Sonra zalimlərin qoşunu, kimsə onlardan azalmadan, yaralanmadan və heç birinin qanı tökülmədən sağ-salamat öz yerlərinə qayıtmışlar. Bəs, əgər bu işdən ötrü müsəlman