A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Yaşadığımız bu günkü dünyada müxtəlif hallarla qarşılaşırıq. Bə`zən isanın həyatı çətinliklərlə dolu olur. Bu çətinliklər dağıdıcı dalğlar kimi insanın nicat gəmisinin qarşısına çıxır və onun sahilə çatmasının qarşısında böyük mane olur. Bə`zən də insanın həyatında xoşhallıq dalğaları dövr edir, belə ki, şadlığından dərisinə sığmır. İslam və Qur`anın nicatbəxş proqramları insanı, bu iki halətin arasında mö`tədil şəkildə səadət və xoşbəxtliyə tərəf aparır. Ən dərin qəmlərdə, insan Allahdan ümüdünü üzməməli və bütün nicat qapılarının onun üzünə bağlandığını fikirləşməməlidir. Həmçinin, şadlıq vaxtı da belə olmsın ki, insan bunun vasitəsilə qəflətə düşüb, özünü unutsun və nəticədə Allahı yaddan çıxarsın. Əksinə, hər iki halda, Allah həmişə yadda olmalıdır. Şadlıq vaxtı bilsin ki, bütün bu ne`mətlər ona, Allah tərəfindəndir. Əgər qəlblər ona tərəfdirsə, bilsin ki, bu da Allahın istəydir. Giriftarçılıqda da diqqət Allaha tərəf olmalıdır ki, xoşagəlməz hadisələr, insan həyatına çox böyük tə`sir qoya bilər. Sözün qısası, şadlıq və qəm vaxtında ifrat və təfritdən özünü gözləsin. İnsanı şadlandıran bə`zən, dünya və məqam, bə`zən, sərvət, qüdrət və imkan, bə`zən də başqalarının ona ehsanıdır. İmam Səccad (əleyhissalam) bu mövzuda, insanı xoşhal edənin hüquqlrına aid yuxarıdakı mətləbləri buyurmuşdur.

MÖ`MİLƏRİ XOŞHAL ETMƏYİN SAVABI

"Üsul-Kafi“ kitabında, "Mö`minləri sevindirmək" ünvanı ilə hədislər nəql olunmuşdur. Bu rəvayətlərdə, mö`minlərin sevindirilməsi məsələsinin əslinə və əhəmiyyətinə işarə olunmuşdur. Bə`zi rəvayətlərdə bu işin savbına işarə olnunduğundan onların bə`zilərini nəzərdən keçiririk:

İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kim bir mö`mini sevindirsə, məni sevindirib və hər kim məni sevindirsə, Allahı sevindirmiş kimidir.“[863]

Həyatda, Allah və Peyğəmbərin razılığını ələ gətirməkdən ötrü çalışan insana, bu əməlin yollarından biri kimi başqalarını sevindirməyi məsləhət görmək olar. Bu mövzu, cəmiyyətdə kin-küdurətin və düşmənçiliyn aradan getməsində böyük müsbət tə`sir göstərə bilər. Yenədə başqa rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Kişinin mö`min qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır. Müsəlman qardaşdan zərərli şeyləri kənarlaşdırmağın özü savab və ehsandır. Allaha ən sevimli ibadət, mö`min qardaşın qəlbini şadlandırmaqdır. “[864]

Bu hədisdə də, mö`min qardaşın üzünə təbəssüm və onun müşkülünü həll etməyi müsəlmanların bir-birinə qarşı mehribançılıqlarına dəlalət edir. Bundan əlavə, hədisdə mö`min qardaşı şadlandırmaq ibadət sayılır. Çünki, hədisdə buyurur: Mö`minin qəlbini şad etməkdən sevimli bir ibadət yoxdur. Beləliklə, başqalarının şadlığı yolunda çalışanlar əslində, Allah yolunda olunmuş ibadətlərin ən yaxşı nümunəsidir. Başqa hədisdə İmam Baqir (əleyhissalam) buyurur:

"Musa ibn İmranın (əleyhissalam) munacatında gəlib ki, Alaah-taala Musaya buyurur: Ya Musa! Mənim elə bəndələrim var ki, Behişt onlardan ötrü mübahdır və Mən Behiştdə onlara hökumət bağışlayacağam. Musa ərz etdi: Pərvərdigara! Behiştdə xüsusi məqamları olanlar kimlərdir? Buyurdu: Hər kim mö`minin qəlbinə şadlıq gətirsə! “

Hədisin ardında gəlir: "Əgər bir nəfər mö`min, elə bir ölkədə yaşasa ki, hakimi zalim və təcavüzkardır, oradan qaçıb əhalisi Allaha şirk qoşan yerdə yaşasa və müşriklərin pənahında qərar tutsa, ölüm vaxtı çatanda Allah-taala ona vəhy edər: Ey Mənim bəndəm! Əgər Mənim Behiştimdə yerin olsaydı səni orada məskunlaşdırardım. Lakin, Mənə şərik qoşana Behiştdə yer yoxdur. Atəşə xitab gələr: Onu özünə çək! Lakin, onu çox incitmə. Günortaya yaxın onun ruzisi gələcək. Soruldu: Hardan? Allah-taala buyurdu: Allah istədiyi yerdən.”

Bu hədis sitəmkar və zalim hakimin əlindən qaçıb müşriklərin pənahında qərar tutan mö`minlərə aiddir. Bu barədə Qur`an buyurur:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. “[865]

Bu hədisdə bəyan olur ki, mö`minləri xoşhal edənlər Behiştə gedib orada xüsusi məqamda olarlar. Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bir nəfər mö`minin xoşhal olmasına səbəb olan müsəlman təsəvvür etməsin ki, təkcə onu xoşhal etmişdir! Bəlkədə, Allaha and olsun! Bizləri də (mə`sum İmamları) xoşhal etmişdir. Bəlkədə, Allaha and olsun! Peyğəmbəri də xoşhal etmişdir! "[866]

Bəli! Mə`sum İmamlarımız (əleyhimussalam) və alicənab Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) tərəfdarlarının bir-birilə mehriban olub, xoşhal olmalarını, birinin digərinə fəda olmaqa hazır olduqlarını gördükdə, onlarda öz tərəfdarlarını xoşhallıqlarından xoşhal olurlar.

XOŞHALLIĞIN İNSANIN NİCATINDA ROLU

Hədislərdən birində İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Qiyamət günü mö`min qəbirdən qaldırılanda, yanında və arxasınca ona oxşar şəxslər hərəkət edəcəklər. Qiyamətin hər hansı bir dəhşət və vəhşəti qarşıya çıxsa, yanındakılar ona deyəcəklər: Qəmgin olma, qorxma, Allah tərəfindən sənə xoşhallıq və şadlıq müjdəsi var. Allah dərgahında hesab-kitab edənə qədər bu şəxslər həmin mö`minlə birlikdə olarlar. Onunla yüngül hesab çəkib ona deyilər: Behiştə tərəf get. O şəxs gedərkən, yanındakı həmin şəxsləri yenə də görüb onlara deyər: Allah sizə rəhm eləsin! Mən qəbirdən çıxandan bu vaxta kimi mənimlə olub, mənə köməklik göstərmisiniz. De görüm siz kimsiniz? Cavabında deyərlər: Biz həmin şadlıq və sevinclərik ki, sən dünyada mö`min qardaşının qəlbinə salmışdın. Allah bizi həmin sevincdən yaradıb ki. sənə müjdə verək![867] "

Bu hədisdə, qiyamətdə əməllərin təmsil olunmasından söz açılır. Belə ki, hər bir əməlin öz şəkli olacaq. Dünyada mö`minlərə qarşı olunan xoşhallıq xüsusi gözəlliklə təmsil olunmuş, insanın qabağınca və ardınca hərəkətə gəlirlər. Bununlada, insanı Qiyamətin qorxulu və vəhşətli keçidlərindən ötürüb, həmişə öz sahibinə, Allahın mərhəmət müjdələrini çatdırırlar.

İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN TƏRƏFDARLARI ƏMƏL SAHİBİDİRLƏR

Ravi Kuleyni nəql edir ki, "Nəcaşi" bir nəfəri Əhvaz məntəqəsinə fərmandar tə`yin etmişdi. Nəcaşinin işçilərindən bir nəfər İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdi: Mən, Nəcaşiyə çoxlu maliyyat borcluyam. Verməyə də gücüm çatmır. Sizin onunla aranız yaxşıdır. Əgər salah bilsəniz, ona bir məktub yazın ki, mənim halımı nəzərə alsın. Həzrət belə bir məktub yazır:

"Bismillahir-rəhmanir-rəhim. Din qardaşını sevindir, Allah da səni sevidirsin! "

Bu şəxs, İmam Sadiq (əleyhissalam) məktubunu Nəcaşiyə verir. Məclis xəlvət oduqda, Nəcaşi İmam Sadiq (əleyhissalam)-ın məktubunu öpüb gözünün üstünə qoyub dedi: Hacətin nədir? Ərz etdi: Məndən on min dirhəm maliyyat istəyirlər. Nəcaşi göstəriş verir ki, ondan maliyyat almasınlar. Sonra soruşur: Səni xoşhal etdimmi? Bəli! – deyə cavab verir. Sonra Nəcaşi göstəriş verir ki, ona bir at, qulam və bir kəniz də hədiyyə etsinlər. Sonra soruşur: Xoşhal oldunmu? Ərz edir: Bəli! Sonra Nəcaşi üstündə oturduğu fərşi də ona hədiyyə verir. Sail, bütün əhvalatı İmam Sadiq (əleyhissalam)-a nəql edir. Həzrət də xoşhal olur. Ərz edir: Siz də xoşhal oldunuz? Buyurdu: Bəli! Allaha and olsun ki, Peyğəmbər də xoşhal oldu![868]

BAŞQALARINI SEVİNDİRMƏK HƏMİŞƏ İNSALADIR

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Hər kim mö`min qardaşını sevindirsə, Allah-talla, bu sevincdən xoş əxlaq bir şəxsi xəlq edər ki, ölüm vaxtı həmin müsəlmanın yanına gəlib, Allhın kəramət və razılığını ona müjdə verər. Sonra qəbrə daxil olana qədər onunla olar. Qəbirdə həmin müjdəni təzədən ona xatırladar. Qiyamət günü qəbirdən qaldırılarkən, yenə həmin cümlələrini onun üçün təkrarlayar. Qorxulu və vəhşətli hallarda, həmişə ona ürək-dirək və müjdə verər. Mö`min şəxs, bütün bu məhəbbəti onda gördükdən sonra ondan soruşar: Alah sənə rəhm eləsin, sən kimsən? Cavabında deyər: Mən, həmin şadlıq və xoşhalam ki, fulan mö`min şəxsin qəlbinə atmışdın! "[869]

Yenədə başqa bir hədisdə Hişam, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

Allah dərgahında ən yaxşı əməllərdən biri də mö`mini sevidirməkdir." Sonra sevindirməyin nümunələrinə işarə edir: "Əgər acdırsa, onu doyuzdursun. Şiddətli giriftarçılığı ondan dəf etsin. Borclarını qaytarsın!“[870]

Bütün bu rəvayətlərdən mə`lum olur ki, İslam, dünya və axirət dinidir. Ən yaxşı yaşayış mühiti, o mühitdir ki, insanlar orada bir-birinə qarşı dost və mehriban olsunlar. Bir-birinə qarşı düşmənçilik və kin-küdurətdən çəkinsinlər. Mə`sum İmamlarımız (əleyhimussalam), bütün bu rəvayətlərdə öz tərəfdarlarını bir-birinə xidmət göstərməyə də`vət etməklə, dünyanı fəzilətli şəhərə çevirmək ümüdünü doğrultmağı tövsiyə edir.

48. SƏNƏ PİSLİK EDƏNİN HAQQI

وَأمّا حَقُّ مَنْ سَاءَكَ القَضَاءُ عَلَى يَدَيهِ بقَوْلٍ أَوْ فِعْلٍ فَإنْ كَانَ تَعَمَّدَهَا كَانَ العَفْوُ أَوْلَى بكَ لِمَا فِيهِ لَهُ مِن القَمْعِ وَحُسْنَ الأَدَب مَعَ كَثِيرِ أَمْثالِهِ مِنَ الخَلْقِ، فإنَّ اللهَ يَقُولُ {وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبيلٍٍ. إنمَّا السّبيلُ عَلى الَّذين يظْلِمونَ النَّاسَ ويَبغونَ في الأرْضِ بغَيرِ الحَقِّ، أُولئِكَ لهُم عَذابٌ أليِمٌ. وَلمَنْ صَبَرَ وَغَفَرَ إنَّ ذلِكَ لََمِنْ عَزْمِ الأُمُورِ}

وَقَالَ عَزَّ وَجَلَّ {وَإنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بمِثلِ مَا عُوقِبتُمْ به وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابرِينَ} هَذا فِي الْعَمْدِ فَإنْ لَمْ يَكُنْ عَمْدًا لَمْ تَظْلِمْهُ بتَعَمُّدِ الانتِصَارِ مِنْهُ فَتَكُونَ قَدْ كَافَأتَهُ فِي تَعَمُّدٍ عَلَى خَطَأٍ. وَرَفِقْتَ بهِ وَرَدَدتَهُ بأَلْطَفِ مَا تقْدِرُ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.

"Qəza və qədərdən, sənə pisliyi dəymiş (və ya, ittifaqən, onun əli ilə sənə pislik yetşən) şəxsin sənin boynunda haqqı budur ki, əgər qəsdən bu işi görübsə, sənə yaxşı olar ki, onu bağışlayıb, ondan keçəsən. İnsanlarla bu cür yaxşı və ədəblə rəftar et. Çünki, Allah-taala buyurur: "Zülmə mə`ruz qaldıqdan sonra (həddi aşmadan) onun əvəzini çıxanlara heç bir cəza verilməz......."Nəhayət, buyurur:Bu, doğru işlərdəndir!" Yenə də Allah-taala buyurur: "(Ey mö`minlər! ) İntiqam almaq məqsədilə (birinə ) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir!" Bu mövzu, pisliyin qəsdən olması haqqında idi.

Amma, əgər onun sənə pisliyi qəsdən olmazsa, qəsdən ondan intiqm almağa çalışma. Bununla, qəsdən olan işi xəta ilə dəyişirsən. Hər nə qədər bacarırsansa, onunla mülayim rəftar et! "

İmam Səccad (əleyhissalam), "pislik edənin haqqı" barəsindəki sözünün qısası budur ki, sənə pisliyi dəyənin işi iki haldan xaric deyildir. Ya qəsdən bu işi sənin haqqında görüb, bu vaxt sənə yaxşı olar ki, onu bağışlayasan. Əlbəttə, bunu o halda et ki, sənin bağışlamağından sui-istifadə etməmiş olsun. Yaxud, səhvən və xəta üzündən sənə pisliyi keçib. Bu zaman onun əvəzni çıxmaq istəsən, sənin bu işin xətadan olan işin əvəzini qəsdən çıxmaqla bitir. Bu da müsəlmana yaraşan iş deyil. Bu halda daha yaxşı olar ki, onun xətasını ən yaxşı rəftar və mülayimətçiliklə bağışlayıb yola verəsən.

ƏVF VƏ BAĞIŞLAMAĞA DƏ`VƏT

Çox az insanlar tapılar ki, həyatda hər tərəfli şəkildə xəta və səhvə yol verməsin və başqalarının hüquqlarını tamamilə yerinə yetirsin. Əgər qərar olsa ki, intiqam hissinə uyğun olaraq hər kimin qüdrəti olsa, həmin anda öz qisasını alsın, onda cəmiyyətdə bir sıra silsiləvari toqquşmalar yarana bilər. Bəlkə də, bu proses gündən-günə şiddətlənərək ağır nəticələrə səbəb ola bilər. Ona görə ki, əvvəla, intiqam həmlələriin keyfiyyət və kəmiyyət cəhətindən nəzartə alınıb qorunması çox çətindir. İkincisi, Əgər fərz etsək ki, intiqamın keyfiyyətini nəzarətə alaq, ilk törədilmiş cinayətin dəqiq ölçüsü, caninin və üzərində cinayət olunmuşun nəzərində bərabər deyildir. Beləliklə, fərz olunsa ki, müqabil tərəf öz intiqam həmləsində, öz nəzərində kəmyyət və keyfiyyətə riayət edərsə, başqa tərəf müqabilin nəzərində ədalətə riayət olunmaz halda qalır. Ona görə də, tərəf müqabil hiss edir ki, mən də öz nitiqamımı almalıyam və təzədən şiddətli toqquşmalar başlayır. Bu atəş və intiqam silsilələrini kəsə biləcək yeganə qüvvə, insanın əvf və bağışlamaq ruhiyyəsidir. Əgər doğru araşdırsaq, biləgəyik ki, intiqam, intiqam alanın üzərində heç bir müsbət əsər qoymur. Yalnız, müvəqqəti təskinlik yerdə qalır.[871] Halbuki, əfv və bağışlamaqla, insan ən yaxşı ruhi təskinlik və mə`nəvi rahatçılıq ələ gətirir. İslam göstərişlərində, xüsusilə Qur`ani-Kərimdə bu mövzuya, maraqlı və diqqəti cəlb edən ifadələrlə işarə olunmuş, ən mühüm İslami vəzifələrdən biri kimi tanıtdırılmışdır. Biz, Qur`an bəhsinə başlamazdan əvvəl, İmam Səccad (əleyhissalam)-ın sözlərindəki Qur`an ayələrinin mətninə işarə edirik.

MÖ`MİNLƏRDƏN KÖMƏK İSTƏMƏK

Kömək istəmək və əl tutmaq, mö`minlərin nişanələrindəndir. Qur`an "Şura" surəsində buyurur:

"O kəslər ki, hər vaxt zülmə mə`ruz qalsalar, təslim olmayıb başqalarından kömək istəyərlər."[872]

Mə`lumdur ki, başqalarının kömək istəmələri müqabilində, köməklik göstərmək vəzifəsi də durur. Əslində, məzlum, həm zülmün müqabilində müqavimət göstərməli, həm də başqa mö`minlərdən köməklik tələb etməlidir. Mö`minlər də bu tələbin müqabilində məzluma köməklik göstərməlidirlər. "Ənfal" surəsində həmin məsələyə işarə olunur, buyurur:

"Lakin əgər onlar (müsəlmanlar) din yolunda sizdən kömək istəsələr, onlara kömək göstərmək sizə vacibdir.“[873]

Bu göstəriş əslində, zalimlərə xəbərdarlıq edir ki, bilsinlər, mö`minlər öz dindaşlarının zülmü müqabilində sakit oturmayacaqlar. "Şura" surəsində pisliyə qarşı pislik cavabında buyurur:

"Hər hansı bir pislyin cəzası onun özü kimi bir pislikdir. Bununlə belə hər kəs pislik edəni bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalimləri sevməz! “[874]

Əlbəttə, zalimin işi pisliklə tanınmalıdır. Necə ki, ayədə ona işarə olunmuşdur. Lakin, vacib deyil ki, onun cəzası pisliklə qaytarılsın. Əgər ayədə pislik edənin cavabında "pislik" sözü işlədilmişdirsə, əvvəlcə qeyd olunmuş zalimə görədir. Yaxud, zalimin işinin pisliyini nişan verməkdən ötrü bu ifadə işlənilmişdir. Yaxudda, ola bilsin bu səbəbdəndir ki, cəza, azar və əziyyət sayılır, əziyyət isə zatən pisdir. Doğrudur ki, zalimin qisası öz-özlüyündə pis iş adlandırılmır. Bu ayə, Bəqərə surəsindəki ayəyə oxşayır, buyurur:

"Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.“[875] Kömək istəmək heç də eyib deyildir. Bu barədə Qur`anda buyurur:

"Hər kim zülmə mə`ruz qaldıqdan sonra kömək tələb etsə, ona heç bir irad tutulmaz"[876]

ƏFV VƏ BƏXŞİŞ ƏN YAXŞI YOLDUR

İmam Səccad (əleyhissalam) öz sözlərində başqa ayəni zikr edir, buyurur:

"Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! “[877]

Bundan əlavə, İmam Səccad (əleyhissalam) Nəhl surəsinində gələn ayəyə işarə edir, buyurur:

(Ey mö`minlər!) İntiqam almaq məqsədilə (birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir! "[878]

Bə`zi rəvayətlərdə gəlib ki, bu ayə "Ühüd" döyüşündə nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz əmisi Həmzənin cəsədini parə-parə gördükdə, narahat olur və buyurur:

İlahi! Həmd və səna Sənin üçündür. Sənə şikayət edirəm. Gördüyüm mənzərə müqabilində Səndən kömək istəyirəm! "Sonra buyurur: "Əgər onlara qələbə çalsam, parça-parça edəcəm! Parça-parça edəcəm! Parça-parça edəcəm!" Bə`zi rəvayətə görə buyurur: Onlardan yetmiş nəfərini bu cür edəcəm! Sonra bu ayə nazil olur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "İlahi! Səbr edərəm! Səbr edərəm! "[879]

ƏFV VƏ VAZ KEÇMƏYİN FƏRQİ

Qur`ani-Kərimdə "Nur" surəsində buyurur: "Aranızda olan fəzilət və sərvət sahibləri, qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir köməklik göstərməyəcəkləri barədə) and içməsinlər. Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir! "

Qeyd olunan ayə, Nur surəsində "İfk "əhvalvtının ardınca gəlib. Bu ayədə, belə bir həqiqətə işarə olunmuşdur ki, sizlərdən hər biriniz Allahın sizi bağışlamağını istədiyi kimi siz də, başqaları ilə münsibətdə sizin hüququn pozulması qarşıya çıxan hadisələrdə başqalarını cəzalandırmaqdan vaz keçin!

Maraqlısı budur ki, ərəb dilində “əfv "sözü ilə "səfh" (vaz keçmək, göz yummaq ) arasında mə`na cəhətdən fərq vardır. Rağib yazır: Günaha göz yummaq (səfh) bağışlamağın ən ali mərtəbəsidir. Çünki, bu halət, günahdan minnət qoymadan vaz keçməkdir. Hər kim intiqamını əfv etsə, lakin dili ya işarə ilə sonradan qarşı tərəfin günahını xatırlatsa, əslində əfv etməmişdir.

PİSLİYƏ YAXŞILIQLA CAVAB

Qur`ni-Kərimdə, əfv və bəxşişdən də mühüm bir mərhələyə işarə olunmuşdur. O da budur ki, pisliyə yaxşılıqla cavab verilsin. Şübhəsiz ki, bu əməl insaniyyatın ən ali ruhi səviyyəsi olub, xüsusi əxlaq və ruhiyyə istəyir. Həmçinin, təcavüzkar və günahkarlara dərs veriləcək ən yaxşı yoldur. Bütün bunlər cəmiyyət arasında düşmənçilik və ədavətə son qoymaqdan ötrü ən yaxşı yollardır. Qur`anın "Fussilət" surəsində bu mətləbə ən yaxşı şəkildə işarə olunur, buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görürsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlər) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! “[880]

Bu ayədə əvvəlcə, "yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`sirinə işarə olunur və bildirilir ki, bu yolla ən qatı düşmənləri, ən səmimi dostlara çevirmək olar. Həmçinin, tə`kid olunur ki, belə xüsusiyyət yalnız, möhkəm iman, elm və əməli fəzilət sahibi, səbr və dözümli, nəfsani istəklərinin qarşısını ala biləcək şəxslərə qismət olur.

"Yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`siri ondan başlanır ki, təcavüzkar şəxslər həmişə qarşı tərəfin intiqamının intizarındadırlar. Çox vaxtı batində vicdanları özlərini bu intiqamın müstəhəqqi bilirlər. Lakin, elə ki, onların intizarının əksinə olaraq pisliyə yaxşılıqla cavab görsələr, yatmış vicdanları oyanar və batindən onları islah etməyə başlayar. Onların vicdanları, bu işlə qarşı tərəfin günahsız, özlərinin isə günahkar olduğunu onlara inşan verər. Bununlada, öz pis yollarını dəyişməyə məcbur olarlar.

QÜDRƏT OLAN VAXTDA ƏFV ETMƏK

Ümümiyyətlə, birinin əfv və bağışlamağına o vaxt əfv deyilir ki, intiqam almağa qüdrəti olmuş olsun. Bu halda intiqam almaqdan vaz keçsin. Lakin, bir halda ki, birisi initiqam almağa qadir deyil, deyə bilməz ki, bağışladım. Bu məsələni sübuta yetirməkdən ötrü aşağadakı iki nümunəyə işarə edirik:

HƏZRƏTİ YUSİFİN BAĞIŞLAMASI

Qur`anda Yusif peyğəmbərin və cinayətkar qardaşlarının əhvalatında bu məsələyə işarə olunub. Qardaşlar üçüncü dəfə Misirə səfərə çıxdıqda, Yusiflə tanışlıqlarının müqəddəmisi hazırlanır. Qur an buyurur:

"Onlar (qardşlar): Yoxsa sən Yusifin özüsən?! – dedilər. O da : Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! – deyə cavab verdi.“[881]

Bu vaxt Yusif onların keçmiş günahlarını onlara xatırladıb soruşdu: İndi sizin barənizdə nə etmək lazımdır? Dedilər: Ey Yusif! Biz xətakarıq! Bizi hər nə cür cəzalandırsan, haqlısan! Amma, bizə qarşı alicənablıq et və bizi bağışla! Yusif cavablarında buyurdu:

Yusif dedi: Bu gün sizə (etdiklərinizə görə ) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir! “[882]

Bu əhvalatdan göründüyü kimi Yusifin intiqam almağa hər cür imkanı var idi. Lakin, bununla belə onları əfv edir.

İSLAM PEYĞƏMBƏRİNİN (S) MƏKKƏNİN FƏTHİNDƏKİ ƏFVİ

Hicrətin səkkizinci ilində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Məkkəni nizami cəhətdən mühasirəyə aldıqda, "Məscidül-Hərama" gəlib, “Həcərül-Əsvədi" öpür və bu ayəni oxuyur:

"Haq gəldi, batil getdi. Həqiqətən, batil gedəsidir!" Göstəriş verir ki, bütün bütləri sındırsınlar. Sonra "La ilahə illəllah vəhədhu lə şərikə ləh "– şüarını oxuyur. Məkkə əhlinə xitab edərək buyurur: "Özünüz barəsində nə deyirsiniz? Nə fikirləşirsiniz?" Dedilər: “Xeyir söz deyirik. Sizin barənizdə yaxşı gümandayıq. Kərim qardaş və kərim qardaş oğlu ki, indi qalibsən!"

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Mən bu gün sizə qardaşım Yusifin dediyini deyirəm: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir!“[883] Sonra buyurur: Sizin hamınızı intiqamdan azad etdim!

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) tam qüdrəti var idi ki, Məkkə əhlini etdikləri cinayətlərə görə tamamilə məhv etsin. Lakin, bir neçə nəfər ağır cinayətə mürtəkib olan şəxslərdən başqa hamını azad edir.[884] Bu barədə əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:

"Tam qüdrət olan yerdə, əfvin fəzilət və dəyəri zühur edir! "[885]

Həzərət həmin mətləbə işarə edir ki, bağışlamaq o yerdə ünvanlanır ki, tərəfin intiqam almağa tam qüdrəti olmuş olsun. Yoxsa, intiqama qüdrəti olmayanın bağışlamaqdan başqa çarəsi yoxdur. Həzrət başqa cümlədə buyurur:

Ən yaxşı əfv, o əfvdir ki, qüdrət və qüvvədən sərçeşşə alsın! “[886]

"Nəhcül-Bəlağə “də qısa kəlmələr qismətində buyurur:

"Düşməninə qələbə çalarkən əfv və bağışlamağı, qələbə ne`mətinə şükür qərar ver! “[887]

Bəli! Azad insanların böyük ruhiyyələri belə tələb edir ki, intiqam almağa tam qüdrət və qüvvələri olan halda, igidlik və mərdliklə qarşı tərəfi bağışlayıb onda batini dönüş yaratsınlar.

49. MİLLƏTİN HAQQI

وَأمّا حَقُّ أَهْلِ مِلَّتِكَ عَامَّةً فَإضْمَارُ السَّلامَةِ وَنشْرِ جَنَاحِ الرَّحْمَةِ وَالرِّفْقِ بمُسِيئِهمْ وَتأَلُّفُهُمْ وَاسْتِصْلاحُهُمْ وَشُكْرُ مُحْسِنِهِمْ إلَى نفْسِهِ وَإلَيْكَ، فَإنَّ إحْسَانهُ إلَى نفْسِهِ إحْسَانهُ إلَيكَ إذا كَفَّ عَنْكَ أَذاهُ وَكَفَاكَ مَئونتَهُ وَحَبَسَ عَنكَ نفْسَهُ فَعَمِّهِمْ جَمِيعًا بدَعْوَتِكَ وَانصُرْهُمْ جَمِيعاً بنُصْرَتِكَ وَأَنزَلتَهُمْ جَمِيعاً مِنْكَ مَنَازِلَهُمْ، كَبيرَهُمْ بمَنْزِلَةِ الْوَالِدِ وَصَغِيرَهُمْ

بمَنْزِلَةِ الْوَلَدِ وَأَوْسَطَهُمْ بمَنْزِلَةِ الأَخِ. فَمَنْ أَتاكَ تَعَاهَدْت