A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Uşaq və böyüklərin iste`dadlarının ən yaxşı inkişaf yollarından biri yaşayış mühitinin azad olmasıdır. Zorakılıq və zülümkarlıq olan mühitdə sözsüz ki, inkişafdan söz ola bilməz. Əksinə, azad və sağlam mühitdə iste`dadlar açılır və inkişaf edir. Ona görə də İslam məktəbində hər nə qədər imkan varsa, müəllimə zor və gücdən istifadəyə icazə verilmir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bəşərin müəllimi idi. İbni Mə`sud nəql edir:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir. Söz demək istədikdə, birdən qorxub dayanır. Həzrət buyurur: Qorxma! Mən şah deyiləm."[833]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər kimin yanında uşaqı varsa, onun pərvərişində uşaq kimi olmalıdır!“[834]

Həzrət Əli (əleyhissalam) buyurur:

"Hər kimin uşaqı varsa, onun tərbiyəsindən ötrü özünü uşaq həddinə qədər aşağı salmalıdır!“[835]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah rəhmət eləsin o ataya ki, öz uşığının yaxşı olub, xeyirxah kimi böyüməsində ona kömək olsun. Ona ehsan etsin, uşaqlıq dostu olsun və onu ədəbli alim kim yetişdirsin! “[836]

PEYĞƏMBƏRİN (səlləllahu əleyhi və alihi və səlləm) UŞAQA EHTİRAMI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) səfərdən qayıdarkən uşaqlarla rastlaşır. Onların ehtiramına görə dayanır və buyurur ki, uşaqları gətirin. Uşaqları yerdən götürüb Həzrətə verirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bə`zilərini qucağına, bə`zilərini də çiyninə mindirir. Bu vaxt öz əshabına buyurur: Uşaqları qucağınıza alın və çiyninizə mindirin. Uşaq bu işdən həddən artıq xoşhal olar və şadlığından dərisinə sığmaz. Uşaqlar bu şirin xatirəni heç vaxt unutmazlar və çox vaxt bir müddət sonra bir yerə yığışıb bu şirin xatirəni bir-birnə söyləyərlər. Fəxrlənərək biri deyər ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) məni qucağına alıb. Səni çiyninə mindirmişdi. Başqası deyər: Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) öz əshabına buyurdu ki, səni çiyninə götürsün."[837]

UŞAQIN XƏTALARINI GÖRMƏMƏZLİYƏ VURMAQ

İmam Səccad (əleyhissalam) buyurur: "Uşaqın kiçik xətalarını bağışlamalı və görməməzliyə vurulmalıdır!"

Bə`zi günahların bağışlanılıb görməməzliyə vurulması, əxlaq məktəbində istifadə olunan ən mühüm mövzulardan biridir. Bə`zən eybləri görməməzliyə vurmaq və çox şeydə həssas olmamaq, islah məsələsində çox tə`sirlidir. İmam Sadiq (əleyhissalam) buyurur:

"İnsanlarla yaşayışın səlahı, dolu bir peymanəyə bənzər ki, onun iki də biri anlaşmaq və agahlıq, üçdə biri isə özünü görməməzliyə vurmaqdır."[838]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayətlərin birində görməməzliyin dəyəri barəsində buyurur:

"İmanlı şəxsin yarısı, başqalarının xətasına göz yummaqdır.”[839]

Əlbəttə, bu sahədəki qafillik də iki qisimdir: Bəyənəlmiş və bəyənilməmiş. İslam tə`limlərində və övliyaların məsləhət gördüyü qəflət və görməməzlik, ağıl və məsləhətdən sərçeşmə almış bəyənilmiş bir qəflətdir. Qəflət edən şəxs, bu işi yaxşı və pak niyyətlə yerinə yetirir.

Valideyn və müəllimlərin uşaqların kiçik xətalarına göz yummaları, əgər doğru və öz yerində olarsa, tərbiyəvi məsələlərdə müsbət tə`sir göstərəcəkdir. Məsələn, bütün dünyada uşaqlar arasında az-çoxda olsa, xırda oğurluq halətləri müşahidə olunur. Malik olmaq hissi uşaqda həddən artıq tez inkişaf edir və ətrafında gördüyü hər şeyi özününkü bilir. Başqa uşaqların oyuncaqlarını özününkü bilib, oğurluğa da əl ata bilər. Bə`zən atasının cibinə əl atıb pul götürür. Belə halda ata soruşanda ki, mənim cibimdən pul götürülüb? Ana gileylənərək deməli: Məgər bu evdə kimsə bu çirkin işə əl atar? Ata üzürxahlıq edib deyir: Ola bilsin cibimdən düşüb. Yaxud, meyvə satandan on manat əvəzinə beş manat almışam. O gecə, pulu götürən uşaq fikrə gedəcək. Bu nə işdi mən gördüm? Yaxşı oldu ki, kimsə başa düşmədi. Qərara alır ki, birdə belə işə əl atmasın və özünün abır-həyasının getməsinə səbəb olmasın. Belə halətdə, xilaf iş görən uşaqın işini, onun islah olmasından ötrü görməməzliyə vurmaq lazımdır. İmam Səccad (əleyhissalam) buyurur:

Uşaqların xətaları ilə belə rəftar etmək, onların islahına səbəb olur."

45- 46. DİLƏNÇİ VƏ DİLƏNİLMİŞİN HAQQI

وَأمّا حَقُّ السَّائِلِ فَإعْطَاؤُهُ إذا تَيَقَّنتَ صِدْقَهُ وَقَدَرْتَ عَلَى سَدِّ حَاجَتِهِ، وَالدُّعَاءُ لَهُ فِيمَا نزَلَ بهِ، وَالْمُعَاوَنةُ لَهُ عَلَى طَلِبَتِهِ، وَإن شَكَكْتَ فِي صِدْقِهِ وَسَبَقْتَ إلَيهِ التُّهْمَةُ لَهُ وَلَمْ تَعْزِمْ عَلَى ذَلِكَ لَمْ تَأْمَنْ أَنْ يَكُونَ مِنْ كَيْدِ الشَّيْطَانِ أَرَادَ أَنْ يَصُدَّكَ عَنِ حَظِّكَ ويَحُولَ بَيْنَكَ وبَينَ التَّقَرُّب إلَى رَبكَ فَتَرَكْتَهُ بسِترِهِ وَرَدَدتَهُ رَدًّا جَمِيلاً. وَإنْ غَلَبتَ نفْسَكَ فِي أَمْرِهِ وَأَعْطَيتَهُ عَلَى مَا عَرَضَ فِي نفْسِكَ مِنْهُ، فإنَّ ذلِكَ مِنْ عَزْمِ الأُمُورِ.

DİLƏNÇİNİN HAQQI

"Dilənçinin sənin boynunda haqqı odur ki, əgər hazır sədəqən varsa, ona ver və ehtiyacını ödə. Fəqirliyinin aradan getməsindən ötrü ona dua et və istəyinə kömək et. Əgər onun sözünün doğruluğuna şəkk edirsənsə və əlində buna dəlilin yoxdursa, ola bilsin bu Şeytanın sənə olan tələsidir və bununla, sənin Allaha yaxın olmaq bəhrəni əlindən alsın. Allahla sənin aranda pərdə olsun. Onda, onu öz halına burax və yaxşı cavab ver. Əgər bu halda da ona bir şey versən, yerində iş görmüsən!"

وَأمّا حَقُّ المَسئولِ فَحَقُّهُ إنْ أَعْطَى قُبلَ مِنْهُ مَا أَعْطَى بالشُّكْرِ لَهُ وَالمَعْرِفَةِ لِفَضْلِهِ وَطَلَبَ وَجْهِ الْعُذْرِ فِي مَنعِهِ، وَأَحْسَنَ بهِ الظَّنَّ. وَاعْلَمْ أنَّهُ إنْ مَنِعَ [فَ]مَالَهُ مَنَعَ وَأَنْ لَيْسَ التَّثرِيبُ فِي مَالِه، وَإنْ كَانَ ظَالِمًا فَإنَّ الإنسَانَ لَظلُومٌ كَفَّارٌ.

DİLƏNİLMİŞİN HAQQI

"Dilənçinin boynunda, sual etdiyi şəxsin haqqı odur ki, əgər bir şey verərsə, təşəkkür və qədirdanlıqla ondan qəbul olunsun. Əgər verməsə, xoşluqla onun üzürlü bilsin və onun barəsində yaxşı nəzərdə olsun. Bil ki, əgər bir şey vermədisə, zalim də olsa, öz haqqından vermədi və heç bir məzəmmət yeri yoxdur. Çünki, insan sitəmkar və haqqı gizlədəndir." ndə iş görmüsən.na dəlilin yoxdursa, ola bilsin bu şeytanın sənə olan tələsidir və bunun

İmam Səccad (əleyhissalam), "dilənçi və dilənilmişin haqqı" barəsindəki sözünün qısası budur ki, imkan olan həddə insan dilənçini boş qaytarmasın və onun fəqirliyinin aradan getməsindən ötrü dua etsin. Dilənçinin sözlərində şəkk edərsə öz şəkkinə fikir verməyib, binanı qoysun ki, Şeytan onu İlahi feyzə çatmasından məhrum etməkdən ötrü vəsvəsə edir. Əgər dilənçiyə bir şey verməyə imkanı yoxdursa, ehtiram və alicənablıqla onu yola salsın. Sual olunmuşun haqqının xülasəsi budur ki, əgər bir şey bağışlayarsa, ona təşəkkür edib qədirdanlıq göstərsin. Əgər bir şey verə bilmsədə onu ittiham edib məzəmmət etməsin. Çünki, insan öz malını çox sevir.

YERLİ VƏ YERSİZ SUALLAR

İslam nəzərində ümumi olaraq, öyrənməkdən ötrü olan suallar bəyənilmişdir. Bəlkədə, bu işə əmr olunmuşdur. Qur`an bu barədə buyurur:

Əgər bilməsəniz, zikr əhlindən (mə`sum İmamlardan (əleyhissalam)) soruşun! [840]

Sual, alim olmaqdan ötrü bir yoldur. Lakin, İmam Səccad (əleyhissalam)-ın bu bəhsindəki "sual edən və sual olunmuş”-lar və onların hüquqlrından məqsəd, mütləq soruşanlar deyildir. Bəlkədə, insanın pula olan sualı və ya fəqir və miskinlərin suallarıdır. Görəsən belə dilənçiliyin əsli İslamda bəyənilmişdir ya yox? Bir şey şübhəsizdir ki, İslam dinin nəzəri bu mövzuda mənfidir və belə sual və ya dilənçilik haramdır. Yalnız, xüsusi zəruruət halında, fəqir öz canını xətərdə görərsə, bu vaxt canını qorumaqdan ötrü başqasından bir şey istəyə bilər. Bu vaxt hər kimdən bir şey istənilsə, dərhal müsbət cavab verməlidir. Qur`an, "Məaric" surəsində buyurur:

"O kəslər ki onların mallarında müəyyən bir haqq (pay) vardır. Dilənən və (hər şeydən) məhrum olan (lakin abırına qısılıb dilənməyən) kimsə üçün. “[841]

Beləliklə, dilənçini boş qaytarmaq lazım deyildir. “Zuha"surəsində buyurur: "Dilənçini də qapından qovma!“[842]

Ayədə məqsəd, xums, zəkat və sair vacib hüquqlardan, yaxud qeyri-vaciblərdən söhbət olması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyələr var. Bə`ziləri mö`təqiddirlər ki, ayədə məqsəd, qeyri-vacib olanlardır və vacib şər`i vergilərə aid deyil. Çünki, vacib şər`i hüquq, hamının malında vardır. İstər pərhizkar, istərsədə qeyri-pərhizkar olsun. Əgər belə mə`na olunsa, ayəninin mə`nası budur: Namaz qılanlar özlərinə vacib bilsinlər ki, öz mallarından Allah yolunda fəqir-füqəraya versinlər.

İkinci ayədə, "qovmaq" sözü, dilənçi ilə qaba şəkildə rəftara aiddir. Ayədəki dilənçidən məqsəd, kimin olması barəsində təfsirçilər arasında müxtəlif nəzərlər var: Əvvəl: Elmi və e`tiqadi sahədə bir şey bilmək istəyənləri qovma. İkinci: Maddi cəhətdən fəqirlikdə olub qapına gələnləri qovma. Üçüncü: Hər iki mə`na nəzərdə tutula bilər.[843]

DİLƏNÇİLİYİN RƏVAYƏTLƏRDƏ MƏZƏMMƏT OLUNMASI

Mə`sum İmamların (əleyhimussalam) rəvayətlərində əhali arasında xalqa əl uzadıb dilənmək şiddətlə məzəmmət olunmuşdur. Çünki, əhalidən dilənmək, Allaha e`timadsızlıq və dilənənin camaat içində zillətə düşməsinə səbəb olur. Başqa tərəfdən, mö`minin izzəti var və dilənməklə öz izzət və şəxsiyyətinə zərbə vurur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayələrin birində buyurur:

"Allah-taala bir şey var ki, onu Özü üçün sevir ancaq, bəndəsi üçün bəyənmir. Bəndənin kiməsə əl açmağını bəyənmir və Allahın qəzəbinə səbəb olur. Lakin, çox sevir ki, bəndəsi Ondan bir şey istəsin. Allah yanında Ondan bir şey istənilməsindən sevimli bir şey yoxdur. Bəs sizlərdən heç biriniz hətta, ayaqqabı bağı da olsa, Allahdan bir şey istəməkdə həya etməyin! "[844]

Mə`lum olduğu kimi hədisdə bəndənin başqasından bir şey istəməsindən məqsəd, dilənməklə əhalinin malından bir şey istəməsidir. Aydındır ki. hər kim camaatdan dilənsə, Allaha olan e`timadını əldən vermişdir. İndi ki, ən yaxşı şeylər Allahın yanındadır, bəs hər şeyi Allahdan istəyək!

Başqa rəvayətdə yenədə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur, buyurur:

“Əhali arasında dilənməkdən çəkinin! Çünki, dilənmək, dünyada zillət və fəqirliyə, Qiyamətdə isə uzun müddətli hesaba səbəb olur."[845]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan oxuyuruq, buyurur:

"Allah rəhmət eləsin o bəndəyə ki, iffətli olub dilənməkdən çəkinir. Çünki, əhalidən dilənmək dövlətli olmağa yox, dünyada zillətliyə səbəb olur."[846]

İNSANIN HÖRMƏTİNİ HİFZ ETMƏK

Əmirəl-mö`inin Əli (əleyhissalam)-ın İmam Həsən (əleyhissalam)-a etdiyi sifariş və vəsiyyətlərdən biri də insanın kəramət və ehtiramının qorunması, dilənməyin isə insanın şəxsiyyətinin məhv olmasının səbəbi kimi tanıtdırır, buyurur:

"Oğlum! Səni məqsdinə çatdırsa da, öz nəfsini hər cür zillət və qiymətsiz şeylərlə bulaşdırma. Çünki, bu yolda əldən verdiyin abır-həyanı və şəxsiyətini heç vaxt təzədən ələ gətirə bilməzsən. Başqasının da köləsi olma ki, Allah səni azad yaratmışdır. “

Həmin vəsiyyətnamənin başqa qismətində yazır: "Əgər qüdrətin çatsa ki, səninlə Allah-taala arasında heç bir ne`mət sahibi vasitə olmasın, belə də et. Çünki, sən öz payını alıb qismətinə çatacaqsan. Allah tərəfindən gələn az ne`mət, məxluqat tərəfindən gələn çox ne`mətdən möhtərəmdir. Doğrudur ki, bütün ne`mətlərin hamısı Allah tərəfindəndir."[847]

Göründüyü kimi İmam, öz övladına tövsiyə edir ki, özünü aşağı səviyyəyə salmasın, tez gələn gəlir barəsində fikirləşmə və ehtiyac əlini əhaliyə tərəf uzatma. Çünki, hamının ruzi verəni Allahdır. Bu yolda insanın şəxsiyyəti korlanmalı deyildir. Çünki, dilənmək, insanın şəxsiyyətini alçaldır."[848]

Əmirəl-mö`inin Əli (əleyhissalam) başqa yerdə buyurur: "İnsanlardan dilənmək, gözəl danışan dili qüdrətsiz edir. Şücaətlinin qəlbini sındırır. Azad və qüvvətlini kölə yerində qərar verir. Abır-həyasını aparıb ruzisini batil edir! “[849]

Həmin dəlilə görə İmam (əleyhissalam) mübarək məktubunda buyurur: Əgər qüdrətin çatsa ki, ruzini ələ gətirməkdə heç bir ne`mət sahibini Allahla özün arasında vasitə qəarar vermə və ondan hacətinin həll olub, müşkülatlarının aradan getməsini tələb etməyəsən, onda Allaha təvəkkül et! Bu işi gör. Çünki, az da olsa qismətin yetişəcək və başqalarının çoxundan yaxşıdır. Doğrudur ki, o ne`mət sahibinin də özündən heç bir şeyi yoxdur. Hər şey Allahın yanındadır!

DİLƏNÇİLİYN ZİLLƏTİNDƏN ÇƏKİNİN

İmam Zeynəl-Abidin (əleyhissalam) buyurur: "Başqasından hacətini istəmək, həyatda zillətin qaynağı, həyanın aradan getməsi, şəxsiyyətin yüngüləşməsi və fəqirliyin gəlməsinə səbəb olur.“[850]

İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyrur: “Başqasından hacətini istəmək, həyatda izzətin və həyanın aradan getməsidir. İnsanların əllərində olandan ehtiyacsızlıq hiss etmək, mö`minin dinində izzətinə səbəb olur. Tamahkarlıq fəqirlik gətirər. "[851]

Başqa bir rəvayətdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, buyurur:

“Hər kim əhaliyə qarşı özündə dilənmək qapısı açsa, Allah-taala onun üzünə yetmiş fəqirlik qapısını açar ki, onlardan ən kiçiyi budur ki, geyinməyə bir şeyi olmaz."[852]

Başqa bir rəvayətdə yenə də həmin mövzuda İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbuzərə vəsiyyətində, buyurur:

"Ey Əbuzər! Camaatdan bir şey dilənməkdən çəkin! Çünki, bu iş, zillət və tez yetişən fəqirlikdir. Qiyamət günündə isə uzun müddət hesabı var. Ey Əbuzər! Əlini dilənmək ünvanı ilə camaata tərəf uzatma. Lakin, istəmədiyin halda sənə bir şey çatsa, onu qəbul et! “[853]

İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və ərz edir: Mənə elə bir şey öyrət ki, Behiştə getməyimə səbəb olsun. Həzrət buyurdu: Qəzəblənmə, camaatdan dilənmə və özünə nə bəyənirsənsə onu da camaata bəyən! “[854]

Həzrəti Əli (əleyhissalam)-a nisbət verilən divanlardan birində buyurur:

“Əgər gecəni tam azadlıqla sübhə çatdırmaq istəyirsənsə, təlaş və çalışmağı bəndənin köləsi qərar ver. Bütün meyllərini camaatın mallarından qət et və heç bir ünvanla camaatın malına gözünü tikmə!"

Aşağadakı məzmundakı iki sətir divanda, İmam Həsən (əleyhissalam)-a nisbət verilir, buyurur:

"Bütün insanlardan, Allaha təvəkkül etməklə özünü biniyaz et. Bu vaxt yalançılıqdan doğruluğa doğru ehtiyacsız olacaqsan. Ruzi və mərhəməti Allahdan istə ki, Ondan başqa ruzi verən yoxdur!"

Yenə Həzrət Əli (əleyhissalam)-a nisbət verilən başqa divanlardan birində buyurur:

"Uca qüllələrdən ən ağır daşları həml etmək, mənim üçün camaatın yanınıda minnət çəkməkdən daha yaxşıdır. Camaat mənə deyir: Qazanmaq ardır. Halbuki, ar və xəcalət, dilənməyin zilltindədir.”

Əmirəl-mö`inin Əli (əleyhissalam), Ərəfatda camaatdan dilənən bir nəfər görür. Taziyanə ilə ona anladır, buyurur:

Vay olsun sənə! Belə bir gündə Allahdan başqasındanmı istəyirsən?

İslam Peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Camaatdan bir şey istəməyin! Bu vaxt bir nəfər fəqir içəri girib Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) kömək tələb etmək istədi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu cümləni təkrarladı: Hər kim bizdən istəsə, ona əta edirik. Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaata) ehtiyacsız edər. Başqa bir nəqldə buyurur:

"Hər kim bizdən dilənməsə, bizim yanımızda daha əzizdir”[855]

Fəqir kişi bir şey istəməyib öz evinə qayıdır. Arvadı soruşur: Nəyə görə istəmədin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizə kömək etsin? Kişi əhvalatı arvada olduğu kimi nəql edir. Fəqir, səhra və biyabana gedir. Tikan qırmaqla dövlətləşir. Günlərin birində İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və əhvalatı olduğu kimi Həzrətə nəql edir. Həzrət buyurur:

Həmin ki, demişdim! Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaatdan) ehtiyacsız edər. “

Bura qədər dilənçiliyin məzəmmət olunası barəsində bəhs olundu. Bəhs etdiyimiz rəvayətin məzmunu bu idi ki, dilənçilik, insanın vüqar və dəyərini aradan aparır. Onun ruhiyyəsini müşkülatlara salır və fəqirlik qapılarını onun üzünə tayba-tay açır. Bəs insan nə qədər ki, imkanı var camaatdan bir şey diləməkdən çəkinsin. Ancaq, əgər doğurdan da möhtac olsa və başqsına ağız açmaqdan başqa yolu yoxdursa, İslam burada da göstəriş verir ki, hər kəsə ağız açmasın, bəlkə də əhlindən istəsin.

ƏL AÇILMALI ŞƏXSİN XÜSUSİYYATI

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:

"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”[856] Həzrət başqa yerdə buyurur:

"Üzün suyu (abır-həya) donmuş suya bənzəyir. İstəmək onu tökür. Bəs diqqət et, gör kimin yanında üzünün suyunu tökürsən! "[857] məqsəd, dilənçilik olunmamasıdır. Əgər qərar olsa kiməsə əl açılsın, bax gör kimə əl açırsan! Başqa yerdə Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:

"Hacətini yerinə yetirməyib, əlini sinənə qaytarmağından qorxduğun şəxsdən bir şey istəmə! [858]

İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyurur:

"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”[859]

İmam Baqir(əleyhissalam) buyurur:

"Sənin, əhli olmayan şəxsdən hacət istəməyin, əfi ilanın ağzındakı bir dirhəmə ehtiyacın olduğu kimidir. Lakin, ondan qorxursan.”[860]

Şair demişkən: “Hacətləri kərim və xoşsifət şəxslərdən istəmək lazımdır. Oyunbaz və ədəbsizlərdən yox.

"Bir nəfər ərəb, əmirəl-mö`minin Əli (əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Ya Əmirəl-mö`inin! Mən üç dirhəmin giriftarıyam. Biri: Bədənimin dərdinə görə, digəri fəqirliyimə, üçüncüsü isə cəhalət və nadanlığıma görədir. Həzrət cavabında buyurur: Ərəb qardaş! Öz bədəninin xəstəliyini həkimə göstər. Nadanlıq və cəhalət xəstəliyini alimə ərz et. Fəqirliyini isə kərim şəxsə söylə. Sail cavab verdi: Siz, həm həkimsiniz, həm alimsiniz, həm də kərimsinz! Həzrət göstəriş verir ki, beytül-maldan üç min dirhəm ona bağışlayırlar. Buyrur: Min dirhəm xəstəliyinin xərci, min dirhəm nadanlığına görə xərc et, min dirhəmlədə fəqirliyni aradan apar.

İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-DAN HACƏT

Bir nəfər İmam Həsən (əleyhissalam)-ın yanına gəlir və həzrətin müqabilində əyilib öz hacətini yerə yazır. İmam da onu müşahidə edirdi. ərəb belə yazır:

"Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız, bir miqdar abır –həyam qalmışdı və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım! “

İmam Həsən (əleyhissalam) öz xadimini çağırıb soruşur ki, sənin yanında nə qədər pulumuz qalıb? Ərz edir ki, on iki min dirhəm pul qalıb. Həzrət buyurur: Onu bu fəqirə təqdim et! Mən ondan həya edirəm. Xadim sanki, təə`ccüblənən kimi olur ki, yə`ni, bütün pulları ona verim? Həzrət buyurdu: Ver! Allaha xatir yaxşı niyyətdə ol. Xadim pulları sailə verəndə, Həzrət saili səsləyib, buyurur: Bizi üzürlü bil. Bundan artıq bir şeyimiz yox idi. Sonra belə məzmunda bir şe`r buyurdu:

"Tələsik bizim yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxtı gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az bir hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki, bizdə sənin abır–həyanın müştərisi deyilik və onu almamışıq." [861]

İnsanın sailə verdiiyi sədəqə əvvəlcə, Allahın əlinə çatır. Sədəqə barəsində olan rəvayətlərdən zikr etdik. Bu cəhətdən sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. Bu hədisdə gördük ki, İmam Müctəba (əleyhissalam) özünün yüksək dərəcəli məqam və ruhiyyəs ilə saillə necə rəftar edir. Əvvəla, evində hər nəyi vardısa sailə verir. İkinci, az verdiyinə görə üzürxahlıq istəyir. Bu da əslində, Həzrətin məktəbinin tərəfdarlarına böyük bir tərbiyəvi dərsdir.

İMAM HÜSEYN (ƏLEYHİSSALAM)-DAN HACƏT

İbni Əsakir özünün "Tarix Kəbir" kitabında yazır: