A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`minin başqa mö`mini nəsihət etməsi vacibdir.”[798]

Mərhum əlləmə Məclisi, özünün "Mira`tul-Uqul" kitabında yazır: Rəvayətdə nəsihətdən məqsəd, mö`minə din, dünya, tə`lim-tərbiyət və qafil şəxsləri tanıtdırmaqla ona yol göstərməkdir. Zərəri ondan dəf edib, onun xeyirinə çalışmalıdır. Əgər qəbul etməsə, “əmr be mə`ruf və nəhy əz münkər" cəhətindən öz xeyirxahlığını ona bildirsin.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Özünün nəsihətçi olduğu kimi sizlərdən hər biriniz digərinizə nəsihət etməlidir.”[799]

Bu rəvayət nəsihətin bütün cəhətlərinə görə hamıya aiddir.

NƏSİHƏTÇİLƏR ƏN YAXŞI İNSANLARDIR

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur: “Qiyamət günü, Allah dərgahında ən böyük mənzilət və məqamı olan şəxslər onlardır ki, yer üzündə Allah bəndələrinə ən çox nəsihət ediblər! “[800]

Bu hədisdə “məşvərət”-dən məqsəd, ola bilsin, insanların hidayətindən ötrü həqiqi addım atanlar olsun. Yaxud, ola bilsin, cəmiyyətin işlərinə ən çox əhəmiyyət verənlərdir.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Allah bəndələrinə nəsihət etmək sizə lazımdır. Nəsihətdən üstün bir əməl görmədim! “[801]

Bu rəvayətlərdə ən çox qeyd olunan məsələ, nəsihətin hədəfidir. O da budur ki, qeyd olunan dəyər və savablar o zaman insana çatır ki, Allaha görə xalisanə nəsihət verilsin. Lakin, əgər nəsihətdən hədəf, Şeytani fikirlər, o cümlədən, özünü göstərmək və ya maddi hədəflərə görə olsa, insana məhrumiyyətdən başqa bir şey qalmaz.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədə, Mina çölündəki xütbəsində bu mövzuya işarə edərək buyurur:

"Üç şey var ki, heç bir müsəlmanın qəlbi onda xəyanət etməməlidir. Əvvəl: Allaha görə xalis əməldə. İkinci: Müsəlmanların hakimlərini nəsihət etməkdə. Üçüncü: Camaat namazında yaxud, müsəlmanların toplantısında iştirak etməkdə.”[802]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) əməlin cəhətini Allaha görə qərara alır. Nəsihət, təkcə cəmiyyətin adi üzvləri üçün deyil, bəlkədə, cəmiyyətin hakimləri və rəhbərlərinə də aiddir. Bu barədə keçən bəhslərdə danışmışdıq.

NƏSİHƏTİN YOLU

Keçən bəhslərdə, rəvayətlərdən mə`lum oldu ki, nəsihətin qarşı tərəfdə əsər qoymasından ötrü Allaha görə nəsihət etmək lazımdır. Həmçinin, nəsihət, qarşı tərəfin qəbul etməsi ölçüsündə olmalıdır. Hamıya istədiyimiz qədər nəsihət verə bilmərik. Bəlkədə, nəsihətin yolunu, ölçüsünü və həddini bilib, hansı sözün nəsihət olduğunu və qarşı tərəfə necə çatdırmağı dərk etməliyik.

İmam Səccad (əleyhissalam) buyurur: "Heç də icazə yoxdur ki, istədiyini deyəsən.Çünki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allah rəhəmət eləsin o kəsə ki, yaxşı söz danışa və fayda götürə. Yaxud, sakit olsun və sağlam qalsın! "[803]

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Yolunu danışa bilmədiyiniz və həqiqətindən agah olmadğınız sözü danışmaqdan çəkinin! Çünki, dediyin söz, ağlının dərəcəsinə dəlalət edir və dediyin ifadə mə`rifət və agahlığından xəbər verir.“[804]

Nəsihət etməyin yollarından biri də odur ki, eşidən nəsihətdən yorulmasın. Əksinə, yüksək meyllə qulaq assın. Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Ən yaxşı söz odur ki, eşidənlər ondan meyilsiz olmayıb, ağılları çətinliyə salmasın.”[805]

Həmin mövzunu İmam Səccad (əleyhissalam), nəsihət istəyənin bir haqqı ünvanı ilə bəyan edərək buyurur: Nəsihətin onun qulağında aram və yumuşaq eşidilsin. Elə söz danışılsın ki, ağıl və dərkin qəbul etməyə qüdrəti olsun. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Biz peyğəmbərlərin mə`muriyyəti var ki, insanlarla öz ağılları səviyyəsində söhbət edək!

İmam Səccad (əleyhissalam) buyurur: Nəsihətdə qorxutmaq və vəhşətdən yox, mehribançılıq və mərhəmət yolundan istifadə etmək lazımdır.Çünki, belə nəsihətin heç bir tə`siri yoxdur. Tə`siri olmayan nəsihətin isə faydası yoxdur.

Bu bəhsin sonunda xəlifə Mənsur Dəvaniqinin İmam Sadiq (əleyhissalam)-dan istəyinə işarə edirik.

XƏLİFƏ MƏNSURUN İMAM SADİQ (ƏLEYHİSSALAM)-DAN NƏSİHƏT İSTƏMƏSİ

Mənsur Dəvaniqi, İmam Sadiq (əleyhissalam)-ı saraya çəkməklə, özünün haqq olmasını camaata nişan verməkdən ötrü həzrətə xəbər göndərir. Xəbərdə yazır: "Nəyə görə camaat kimi bizim sarayımıza gəlib-getmirsiniz?“. Mənsur elə fikirləşir ki, İmam Sadiq (əleyhissalam) onun bu məharətinə görə hesab açacaq. Ancaq, İmam (əleyhissalam) cavabında buyurur:

Ey Mənsur! Bizim dünyada bir şeyimiz yoxdur ki, ona görə sizdən qorxaq və sənin yanında axirətlik də bir şey yoxdur ki, ona ümidvar olaq! Beləliklə, mənim sənin yanına gəlməyimin nə mə`nası? "

Bu söz, Mənsura çox ağır gəlir və ona görə də sözünü dəyişib belə yazır: “Siz bizim sarayımıza gəlib bizə nəsihət edin. Biz də sizin nəsihətinizdən bəhrələnək! “İmam (əleyhissalam) cavabında yazır:

Ey Mənsur! Hər kim dünya ne`mətlərinə yetişmək istəyərsə, səni nəsihət etməz. Çünki, aydındır ki, nəsihətin bir miqdarı dünyanın vəfasızlığı və qiymətsizliyi barəsindədir. Dünyanı istəyən nəsihətçi bu işi görməz. Çünki, onun hədəfi dünyadır. Ancaq, axirət tələbində olan şəxs də səninlə yoldaş və həmsöhbət olmayacaq.“[806]

Bu da mə`lumdur ki, Mənsur kimi şəxslərlə oturub-durmaq, əsl hədəfin əksinədir. Ağıllı insan isə hədəfinin əksinə hərəkət etməz!

42. NƏSİHƏT VERƏNİN HAQQI

وَأمّا حَقُّ النَّاصِحِ فَأَنْ تُلِينَ لَهُ جَنَاحَكَ ثُمَّ تشرأب لَهُ قَلبَكَ وَتفْتَحَ لَهُ سَمْعَكَ حتَّى تَفْهَمَ عَنهُ نصِيحَتَهُ، ثُمَّ تنْظُرَ فِيهَا، فَإنْ كَانَ وُفّقَِ فِيهَا لِلصَّوَاب حَمِدْتَ اللَّهَ عَلَى ذَلِكَ وَقَبلْتَ مِنْهُ وَعَرَفْتَ لَهُ نَصِيحَتَهُ، وَإنْ لَمْ يَكُنْ وُفّقَِ لَهَا فِيهَا رَحِمْتَهُ وَلَمْ تتَّهِمَهُ وَعَلِمْتَ أَنَّهُ لَمْ يألُكَ نُصْحًا إلا أنَّهُ أَخطَأَ إلا أَنْ يَكُونَ عِنْدَكَ مُسْتَحِقًّا لِلتُّهْمَةِ فلا تَعْبَأ بشيء مِنْ أَمْرِهِ عَلَى كُلِّ حَالٍ. ولا قُوَّةَ إلا باللهِ.

Nəsihət verənin haqqı sənin boynunda budur ki, ona qarşı təvazökar olasan. Ona ürək bağlayıb, qulaq as ki, söylədiyini anlayasan. Sonra onun dediklərində fikirləş. Əgər düz nəsihət edibsə, buna görə Allaha həmd və səna et, ondan qəbul et və nəsihətinin qədrini bil. Əgər düzgün nəsihət verməmişsə, onunla mehriban ol və onu müttəhim etmə. Bilki, xətadan başqa, sənin üçün xeyirxahlıqda heç bir səhlənkarlıq etməmişdir. Yox əgər sənin nəzərində töhmətə layiq olsa, hansı halda olursa, heç bir sözünə e`timad etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın nəsihət verənin haqqı barəsinə sözünün qısası budur ki, insan, özünün nəsihət verəninin müqabilində təvazökarcasına onun sözlərinə qulaq asmalı və sözlərində diqqətlə fikirləşməlidir. Əgər düzgün nəsihət vermişsə, buna görə Allaha şükr etməli və nəsihət verənin qədrini bilməlidir. Əgər düzgün nəsihət verməmişsə, tələsik ittiham etməsin və bilsin ki, o, xeyirxahlıqdan başqa bir şey istəmirdi. Yalnız, sözlərində səhvə yol verib və onun sözlərinə əməl etməsin.

Keçən bəhslərdə, nəsihəti qəbul edənin haqqı barəsində İmam Səccad (əleyhissalam)-ın söylədiklərinə uyğun olan ayə və rəvayətləri zikr etdik. İndi də Əli (əleyhissalam)-ın "Ğürərül-Hikəm" kitabında nəsihət verənin haqqı barəsində söylədiklərinə işarə edək. Həzrət buyurur: “Sənin yanında ən istəkli, o şəxs olmalıdır ki, sənə mehribançılıq və ürək yanğısı ilə nəsihət verir.“[807] Yenə də buyurur:

Hər kim nəsihət verənin nəsihətindən üz döndərsə, qiyamətdə atəşdə yandırılar!“[808]

Əmirəl-mö`minin Əli (əleyhissalam) bə`zi xütbələrində buyurur:

Mehriban, ürəkyandıran və təcrübəli nəsihət verənin müqabilində günah edib nəsihətinə əməl etməmək, insanın peşimançılığına səbəb olar. "[809] Həzrət yenə də buyurur:

"Sizə nəsihət hədiyyə edəndən nəsihətini qəbul edib, onu hifz edin və yadınızda saxlayın. Hər vaxt ehtiyac olsa, istifadə edin. “[810] Başqa yerdə buyurur:

“Sənə qarşı insanların ən mehribanı o kəsdir ki, sənə özünü islah etməkdə kömək edib, dinində nəsihət verir. Beləliklə, belə şəxs sənə köməkçi və insanlərın sənə ən çox nəsihət verənidir. “[811] Həzrət yenədə buyurur:

"İnsanın ən böyük macal və tofiqlərindən biri budur ki, mehriban nəsihət verənlərə qulaq asır və onları əməl etməkdən ötrü xatirində saxlayır. “[812] Başqa yerdə buyurur:

"Sənin nəsihət verənin, sənə qarşı mehribandır. Sənə yaxşılıq edəndir. O, öz nəzərində həyatın sonunu görür. İtaətdə sənin təqsirlərini biləndir. Onda tabe olmaqın, kamal və səadətinə, müxalifət etməyin isə özünün fəsadə düşməyinə səbəb olar! “[813]

Əmirəl-mö`minin Əli (əleyhissalam) sözlərinin sonunda nəsihət edənə buyurur:

"Ona gizlində nəsihət ver. Əhalinin içində yox. Camaatın içində aşkarda nəsihət etmək, qəlbinin sınmasına səbəb olar! “[814]

43. BÖYÜKLƏRİN HAQQI

وَأمّا حَقُّ الكبيرِ فَإنَّ حَقَّهُ تَوقِيرُ سِنِّهِ وَإجْلالِ إسْلامِهِ إذَا كَانَ مِنْ أَهْلِ الْفَضلِ فِي الإسْلامِ بتَقْدِيمِهِ فِيهِ وتَرْكِ مُقَابَلَتِهِ عِنْدَ الْخِصَامِ ولا تَسْبقْهُ إلَى طَرِيقٍ، ولا تَؤُمَّهُ فِي طرِيقٍ ولا تَسْتَجْهِلْهُ. وَإنْ جَهِلَ عَلَيْكَ تحَمَّلْتَ وَأَكْرَمتَهُ بحَقِّ إسْلامِهِ مَعَ سِنِّهِ فَإنّمَا حَقُّ السِّنِّ بقَدْرِ الإسْلامِ. ولا قُوَّةَ إلا باللهِ.

"Yaşlının (səndən böyükün) haqqı budur ki, ona yaşına görə hörmət elə və əgər İslamda fəzilət sahibi sayılırsa, dinini böyk hesab et. Belə ki, onu müqəddəm bil və onunla üzbə-üz düşmənçilikdən çəkin. Ondan qabaqda yol getmə. Yol gedərkən arxadan gəlib onu ötmə və onunla nadanlıq etmə. Əgər səninlə nadanlıq etsə, döz! Yaş və İslama xatir ona ehtiram göstər. Çünki, yaş böyüklüyü İslama bərabərdir. (yə`ni, uzun müddət ərzində İslama xidmət etdiyinə görə möhtərəm olur) Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

"Kibər” ərəbcə yaşın böyüklüyü və ehtiramın çoxluğuna deyilir. Qur`anda buyurur:

"Zəkəriyya: Ey Rəbbim! Üzərimə qocalıq çökdüyü və zövcəm doğmayan olduğu halda, mənim necə oğlum ola bilər?"[815] Ayədə qocalıqdan məqsəd, yaşlı olmaqdır. Başqa surədə buyurur:

"(Onlar gedən kimi) İbrahim bütləri parça-parça edib yalnız aralarındakı böyük bütü saxladı.[816]

Ayədə böyükdən məqsəd, cüssə və heykəl cəhətdəndir. Həmçinin, bu söz, rəhbər və hakim mə`nasında da gəlmişdir. Qur`anda buyurur:

"Firon dedi: Çünki o, həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür."[817]

İmam Səccad (əleyhissalam)-ın yaşlıların barəsinə sözünün qısası budur ki, qocalara, yaşlarına, qocalıqlarına və müsəlman olmalarına görə ehtiram olunmalıdır. Həmçinin, onlarla kobud rəftar olunması da pislənmişdər. Qur`ani-Kərim, insanın bu dövrü barəsində nə buyurur?

İNSANIN HƏYATININ ƏVVƏLİ VƏ SONU ƏZİYYƏTLƏDİR

İnsanın həyatı zəif uşaqlıq dövranı ilə başlayıb, əldən düşmüş qocalıq günləri ilə sona yetir. Yə`ni, insanın həyatının əvvəli və sonu zəiflik və qüdrətsizliklədir. Bu fərqlə ki, uşaqlar inkişaf yolunu keçib, qüdrət və qüvvə ələ gətirməklə həyat yollarını keçirlər. Onlara keçən hər gün, cavanlıqlarına qüvvə verir. Gündən-günə qüvvətlənirlər. Ancaq, qocalar özlərinin xüsusi yollarını keçib, üzüaşağı hərəkətdədirlər. Onlara keçən hər gün, qocalıq və qüvvətsizliklərinə əlavə olur. Qur`ani-Kərim bu barədə buyurur:

"Sizi zəif bir şeydən (nütfədən) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz və qoca edən Allahdır. “[818]

Başqa ayədə buyurur:

Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. (Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər bu işi dərk etməzlərmi?"[819]

İnsanın qocalıq vaxtında bütün qüvvələri dəyişib zəifliyə doğru gedir. Anlamaq, başa düşməməzliyə, hafizə unutqanlığa, qüvvə zəifliyə, kamal naqisliyə, qüdrət acizliyə, gözəllik solğunluğa və çirkinliyə çevrilir. Son günlərini yaşayan qocalar, heç bir təzə mətləb hifz etməyə qadir olmadıqlarından əlavə, bəlkədə, keçmişdə öyrəndiklərini də yaddan çıxarırlar. Qur`ani-Kərim bu barədə buyurur:

"Allah sizi yaratmışdır sonra yenə də (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar."[820]

Hər kimin ömrü uzun olarsa, qocalıq dövrünə çatıb müxtəlif hadisələrə, o cümlədən, müsibətlərə düçar olar. Qocalığa görə cismi qüvvləri tamamilə işdən düşər. Ruhi qüvvələri zəifləyər və batini və zahiri fəaliyyətləri azalar.

QOCALIQ, CƏMİYYƏTDƏN KƏNARLAŞMAQ

Qocalığın ən böyük müsibətlərindən biri də budur ki, təbii olaraq insanı cəmiyyətin fəaliyyətindən uzaqlaşdırır, zəiflik və qüvvətsizliyin üzündən naçar olaraq əhalinin çox qaynar yerlərini tərk edib, ən çox ev mühitində yaşayırlar. Bundan da müsibət qocalara odur ki, ailə və ev mühitində haqq tanımaz övladlar və övlada bənzərlər, onlarla yaxşı rəftar etməyib, onlara qarşı mehribansızlıq etsinlər. Bə`zən də, onlarla kobud rəftar oluna bilər və ailə mühitində kobudcasına şəkildə təhqir olunaraq çölə çıxarılmaq ehtimalı var. Dözümləri az olan qocalar, bu vəziyyətə çox da davam gətirməyib həyatlarını dəyişirlər.

RUHİ SIXINTIYA GÖRƏ ÖLÜM

Amerika Kallecinin üzvü "doktor Adolf" yazır: "Xəstəxanaların birində, sümük nahiyəsindən xəsarət almış yetmiş yaşlı bir qadını müalicə edirdim. Müalicə vaxtı xüsusi aparatla yoxlanıldıqda mə`lum oldu ki, sınmış sümüklərinin sağalması tez başa gələcək. Bu müstəsna sağalmağa görə ona təbrik ərz etdim. Qadın daha əl arabası ilə yox, qoltuğ ağacı ilə yeriyə bilərdi.

Onu müalicə edən cərrah mənə dedi: Bu qadın iyirmi dörd saatdan sonra xəstəxanadan çıxarıla bilər, artıq sağalmışdır. Tez sağaldığına görə qadının üzü gülürdü. Birinci gün, (yə`ni, mən qadının cərrah həkimi ilə söhbət etdiyim gün) həmişə oduğu kimi bir nəfər qız onu yoxlamağa gəldi. Mən ona dedim: Sabah ananızı xəstəxanadan çıxara bilərsiniz. Artıq ananız kifayət qədər sağalıb və qoltuq ağacı ilə yeriyə bilər.

Qız öz planlarından mənə bir şey demədən, bir başa anasının sorağına gedib onunla müzakirəyə başlayır. Ona deyir: Ərim mənimlə söhbət edib. Təəssüflər olsun ki, sənin xəstəxanadan evə qayıtmağına razı deyil. Əlbəttə, bu imkan var ki, səni qocalar evində yerləşdirək. Bir neçə saat sonra mən hələdə xəstəxanada idim. Məni qoca qadının yanına çağırdılar. Əvvəlcə, halı yaxşı olan bu qadın artıq ölmüşdü. Lakin, sümük sınığından yox, bəlkə də, qəlbinin sınmasından dünyasını dəyişmişdi. Sınmış sümük sağaldı lakin, sınmış qəlb sağala bilmədi.”[821]

Bəli! Bu günkü dünya, qocaları mehr ocağı sayılan ailə mühitindən ayırıb, qocalar evinə göndərir. Onların dərdlərinə dava etmək əvəzinə, dərdlərini artırırlar. Lakin, İslam dini bu mövzuda qocaların hüququ ünvanı ilə onların ən yaxşı şəkildə ehtiramına göstəriş verir.

RƏVAYƏTLƏRDƏ QOCALARIN EHTİRAMI HAQQINDA

"Üsul-Kafi" kitabında, “Ağsaqqal müsəlmanın ehtiramının vacib olması" ünvanı ilə çoxlu rəvayətlər gətirilib. Biz bu rəvayətlərə işarə etməklə, İslam əxlaq məktəbində yaşlılara necə ehtiram olunmasını bəyan edəcəyik. Rəvayətlərdə, ağsaqqaları olan ailələrə, onları qocalar evinə göndərməkdənsə, belə şəxslərdən necə müvazib olmaları bəyan olununur.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qoca və yaşlı müsəlmana ehtiram göstərib hörmətini saxlamaq, Allahın ən çox xoşuna gələn işlərdəndir. “[822]

Başqa bir rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Hər kim qoca və yaşlının qədrini bilib ona ehtiram etsə, Allah-taala onu qiyamət gününün heybət və vəhşətindən amanda saxlayar. “[823]

Yenədə başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Üç dəstə var ki, yalnız münafiq şəxslər olar ki, onların haqqını tanımasınlar: Əvvəl: Saqqalını İslam yolunda ağardan. İkinci: Qur`an və İlahi vəhyi həml edəni. Üçüncü: Cəmiyyətdə ədalətlə rəftar edən adil hakimi.”[824]

Üçüncü rəvayətdə ibni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, Həzrət mənə buyurdu:

“Qoca və mö`min müsəlmana ehtiram göstərmək, Allah-taalaya ehtiramdır. Hər kim qoca mö`minə ehtiram göstərsə, Allaha-taalaya ehtirama başlayıb. Hər kim mö`mini yüngül tutub, hörmətsizlik etsə, Allah-taala, ona ölməmişdən əvvəl elə bir kəsi mübtəla edər ki, ona qarşı həmin hörmətsiliyi edər.“[825]

Bəli, budur əməl və əksül-əməl. “Hədisi Qüdsüdə" Allah-taala buyurur:

Saqqalın ağartısı mənim nurumdur. Mən Öz nurumu cəhənnəm atəşinə atıb əzab verməkdən həya edirəm. “[826]

"İbni Əbi Şeybə" nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağ tükü saqqaldan yolmaqı qadağan etdi, buyurdu: O, mö`minin nurudur! "[827]

"Hüzeyl" qəbiləsindən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və ərz edir:

“Ey Allahın Peyğəmbəri! Mənim yaşım çoxalıb. Sümüklərim və qüdrətim zəifləyib. Belə ki, namaz və orucumu lazım olan kimi yerinə yetirə bilmirəm. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Sözlərini təkrar et. Sənin ətrafında olan bütün mövcudat sənin halına yanır. Necə ola bilər ki, Allah-taala sənə rəhm etməsin? “[828]

Allah-taala Lut peyğəmbərin tayfasının şəhərlərini alt-üst edib dağıtmağı sübhə kimi tə`xirə salır. Lut bu tə`xirin səbəbini soruşur. Cəbrail ərz edir: Allah-taala buyurur: Bu cəmiyyətin arasında saqqalı ağarmış bir kişi arxası üstə yatıb. Onun saqqalının ağlığına görə əzabı sübhə kimi tə`xirə saldım ki, o da üzü üstə çevrilsin.

İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, hər gün sübh və şam vaxtı qoca mö`min kişinin ağarmış saqqalına baxıb buyurur: Ey Mənim bəndəm! Yaşın çoxalıb. Sümüklərin boşalıb. Bədəninin dərisi nəzilib. Əcəl yaxınlaşıb Vaxt çatıb ki, Mənə tərəf gələsən. Məndən utan ki, Mən, sənin ağ saqqalını cəhənnəm atəşində yandırmaqdan həya edirəm. Sonra İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağladı. Peyğəmbərdən soruşdular: Ağlamağının səbəbi nədir? Buyurdu: Ağlayıram ki, Allah ona əzab verməkdən həya edir, bəs o, necə Allahdan utanmır?!"[829]

Yenədə başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Allah-taala yetmiş yaşlı qoca kişilərə ehtiram göstərir. Həştad yaşlı qocalardan isə həya edir. Bəs əmr edir ki, onların günahlarını bağışlayıb əməllərinə yaxşı işlər yazılsın! “[830]

QOCALARA EHTİRAM ƏZABDAN XİLAS OLMAQDIR

Qocalara ehtiram mövzusunda İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Hər kim ağsaqqal mö`min kişiyə ağ saqqalına görə ehtiram etsə,