A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Amma, sənin kiminsə əleyhinə iddia etdiyinin haqqı odur ki, əgər öz iddianda haqlısansa, onunla yumuşaq və gözəl danış. Onun haqqını əda et. Əgər öz iddianda batilsənsə, Allahdan qorx və Ona tərəf tövbə et. Öz iddiandan əl götür. İmam Səccad (əleyhissalam) iddiaçı və münkiri haqqı, həqiqəti görməyə də`vət edir və onları bir-birinə qarşı zülm və sitəmdən çəkindirir. Bəli! Yaxşı olar ki, hər kimin birisilə mal və hüquqda ixtilafı olsa, İmam Səccad (əleyhissalam)-ın göstərişlərini gözünün önünə gətirsin, bununlada həqiqətə çatıb nicat əhli olsun!

Bu bəhsin sonunda qeyd olunmalı mövzulardan biri də budur ki, ixtilaflı tərəflər öz ixtilaflarını həll etməkdən ötrü adil və vilayəti olan şəxsə müraciət eləsinlər. Buna görə də zalim qazilərə üz tutmaqdan çəkinsinlər.

39. MƏŞVƏRƏT İSTƏYƏNİN HAQQI

وَأمّا حَقُّ المُسْتَشِيرِ، فَإنْ حَضَرَكَ لَهُ وَجْهُ رَأْىٍ جَهَدْتَ لَهُ فِي النَّصِيحَةِ، وَأَشَرْتَ عَلَيهِ بمَا تَعْلَمُ أَنَّكَ لَوْ كُنْتَ مَكَانهُ عَمِلْتَ بهِ، وَذَلِكَ لِيَكُنْ مِنْكَ فِي رَحْمَةٍ وَلِينٍ، فَإنَّ اللِّينَ يُؤْنِسُ الْوَحْشَةَ وَإنَّ الْغِلْظَ يُوحِشُ مَوضِعَ الأنْسِ. وَإنْ لَمْ يَحْضُرْكَ لَهُ رَأيٌ وَعَرَفْتَ لَهُ مَنْ تثِقُ برَأيِهِ وَترْضَى بهِ لِنَفْسِكَ دَلَلْتَهُ عَلَيْهِ وَأَرْشَدتَهُ إلَيْهِ، فَكُنْتَ لَمْ تَألُهُ خَيرًا وَلَمْ تَدَّخِرْهُ نُصْحاً. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

"Səninlə məşvərətə gələnin haqqı budur ki, əgər aydın nəzəriyyən varsa, ondan əsirgəmə. Hər nə bilirsənsə ona öyrət. Ona de ki, əgər sənin yerinə olsaydım belə edərdim. Bu ona görədir ki, sənin tərəfindən ona qarşı mehribanlçığının nişanəsi olsun. Çünki, yumuşaq rəftar vəhşəti aradan aparır və çətin tutmaq, insanı vəhşətə çəkir. Əgər özün ona məsləhət verə bilməsən və e`timad etdiyin kimisə tanıyırsansa, onu, o şəxsin yanına yolla. Onun barəsində səhlənkarlıq etmə və nə başarırsansa nəsihət elə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın məşvərət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, bu məşərət, məşvərət edənin boynuna haqq gətirir. O da budur ki, Əgər məsləhət verən, tələb olunan sahədə nəzəriyyə sahibidirsə, öz məşvərətində səhlənkarlıq göstərməsin və öz nəzərini ona aydıncasına bəyan etsin. Əgər o məsələdə məşvərət etməyə qüdrəti yoxdursa, yaxşı tanıyıb e`timad etdiyi bir şəxsin yanına göndərsin.

İSLAMDA MƏŞVƏRƏT MÖZUSU

İslam dinin ən mühüm məsələlərindən biri bütün işlərin möhkəm olmasına səbəb olan məşvərət məsələsidir. Məşvərətsiz görülən iş, çiy və naqis olar. Hər hansı bir şəxs, nə qədər təfəkkürə və güclü ağıla malik olsada, yenə də məsələyə müxtəlif nöqteyi-nəzərdən baxmaqda, məsləhət və məşvərətə ehtiyacı vardır. Lakin, məsələ şuurda araşdırılsa, başqalarının ağıl və müxtəlif təcrübələri bir-birinin köməyinə gəldikdə, tamamilə aydın və çox az nöqsanlı olur. Məşvərət mövzusu İslamda o qədər mühümdür ki, hətta, vəhydən əlavə, özünün güclü təfəkkür qüvvəsindən bəhrələnən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) də məşvərətdən istifadə edirdi. Çünki, bir tərəfdən müsəlmanlara, gündəlik yaşayışlarında məşvərətdən istifadə etməklə onun böyük əhəmiyyətini çatdırmalı, digər tərəfdən isə əhalidə təffəkkür qüvvəsini möhkəmlətməyə çalışırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) şəriət qanunlarında yox, müsəlmanların ümumi tədbir işlərində həmişə, müsəlmanlarla məşvərətləşirdi. Bu işdə, nəzəriyyə sahiblərinə böyük ehtiram göstərirdi.

MƏŞVƏRƏTİN NƏ`TİCƏLƏRİ

Birinci: Öz işlərini məsləhət və məşvərət üzrə aparan camaat, çox az giriftarçılığa mübtəla olurlar. Əksinə, özlərinə öyünüb, özlərini başqalarının fikrindən ehtiyacsız bilənlər fikri cəhətdən fövqəladə yüksək səviyyədə olsalar da, təhlükəli səhvlərə giriftar olurlar. Öz nəzərinə arxalanmaq, insanın şəxsiyyətini alt-üst edir, təfəkkürün qarşısını alır və iste`dadları məhv edib aradan aparır.

İkinci: Başqaları ilə məşvərət edərək müvəffəqiyyətə çatan şəxs, çox az insanların ona həsəd aparmasına düçar olar. Çünki, başqaları əsilində, onun qələbəsini özlərininki bilirlər. İnsan çox vaxt öz gördüyü işə həsəd aparmır. Həmçinin, əgər bu məşvərətdən məğlub olarsa, camaatın məzəmmət dili ona qarşı bağlanar. Çünki, heç kim öz işinin nəticəsinə e`tiraz etməz bəlkədə, qarşı tərəfin məğlubiyyətinə görə ona can yandırarlar.

Üçüncü: Məşvərətin yaxşı nəticələrindən biri də insanın dost və düşmənlərinin dəyərinin mə`lum olmasıdır. Bu tanışlıq, qələbə yolunun ondan ötrü həmvar olmasına səbəb olur. Ola bilsin, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), fövqəl`adə təfəkkür qabiliyyəti olmasına baxmayaraq məşvərətdən istifadə etməsi, qeyd olunan bu səbəblər görə olsun.

MƏŞVƏRƏT, QUR`AN BAXIMINDAN

Qur`an buyurur: "{Ya Məhəmməd!} Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumuşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbətə onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”[770]

"Fəzz" sözü ərəbcə, sözləri tünd olan şəxsə deyilir. "Ğəlizəl-qəlb" o kəsə deyilir ki, daşürəkli olsun. Bu iki kəlmə, hər ikisi qaba və hirs mə`nasında olsada, çox vaxt biri sözdə, digəri isə əməldə qaba olmaqa deyilir.[771]

"Ühüd" döyüşü ilə əlaqadar İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olan bu ayə, layiqli rəhbərə lazım olan xüsüsiyyətlərdən birini xatırladır. O da budur ki, xəta edib sonradan peşiman olaraq öz xətalarına iqrar edənlərin müqabilində, rəhbərdə bağışlamaq və güzəşt hissi olmalıdır. Təbiidir ki, rəhbərlik məqamında qərar tutan bir şəxsdə, yaxşı rəftar və insani hisslərə malik ruhiyyə olmazsa, tezliklə öz planlarında məğlubiyyətə uğrayacaq və əhali onun ətrafından dağılacaqdır. Bununlada, rəhbərliyini davam etdirə bilməyəcəkdir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədə, Allah-taala tərəfindən göstəriş alır ki, onlarla məşvərət etsin. Doğrudur ki, ayədə “iş" sözünün geniş mə`nası olub çox işlərə aid olur, lakin şübhə yoxdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) İlahi hökmlərdə heç vaxt insanlarla məşvərət etməz. Belə işlərdə tamamilə vəhyə tabedir. Beləliklə, bu cür məşvərətlər təkcə, İlahi hökmlərin cəmiyyətdə necə icra olunmasına aidiyyatı var idi. Başqa sözlə desək, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qanun tə`yin etdikdə heç vaxt insanlarla məşvərət etmirdi. Təkcə qanunun cəmiyyətdə necə icra olunma tərzi barəsində əhali ilə məsləhətləşirdi. Necə ki, “Bədr" döyüşündə İslam qoşunları bir məntəqədə ordu salmaq istəyirdilər ki, həzrətin “Hübab ibni Münzir" adlı köməkçisi ərz edir: Ya Rəsulullah! Bu yerdə qoşun salmaq, Allahın əmridir yoxsa, özünüz səlah bildiniz? Həzrət buyurdu: Bu barədə Allahdan xüsusi əmr gəlməyib. Münzər ərz edir: Bura ordu üçün münasib yer deyil. Peyğəmbər da onun sözünü bəyənib ordunun yerini dəyişir.

“Şura" surəsində oxuyuruq: “O kəslər üçün ki Rəbbinin də`vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. “[772]

Bu aydə, namaza və haqqın bərpa olunmasına də`vətdən sonra mühüm məsələ sayılan, şura və məşvərət məsələsinə tə`kid olunur. Bu surənin adının "Şura" qoyulması da həmin münasibətlədir.

MƏŞVƏRƏT, RƏVAYƏT BAXIMINDAN

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamlarımızdan (əleyhimussalam) məşvərət barəsində çoxlu rəvayələr nəql olunmuşdur. Əvvalcə, əsl məşvərət barəsində İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur ki, buyurur:

“Heç kim indiyə kimi məşvərət etməklə bədbəxt olmayıb və öz fikrinə qürrələnməklə də xoşbəxtliyə çatmayıb.”[773]

Həzrət Əli (əleyhissalam) buyurur: "Hər kim öz nəzərinə arxalanaraq iş görsə həlak olar və hər kim böyük şəxsiyyətlərlə məşvərət etsə, onların ağlında şərik olar. “[774]

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) yenə də nəql olunur ki, buyurur:

"Əgər hakimləriniz sizin ən yaxşı və saleh, qüdrətli və səxavətli şəxslərinizdən olub işlərini məşvərət üzrə görsə, yerin üstü sizin üçün altından yaxşıdır! (yə`ni, yaşamağa daha layiqsiniz). Lakin, əgər hakimləriniz, sizin ən pislərinizdən, sərvətlilərinizdən və paxıl şəxlərinizdən olub işlərində məşvərət etməsə, bu zaman sizin üçün yerin altı üstündən yaxşıdır.”[775]

İmam Kazim (əleyhissalam) buyurur:

Ey Hişam! Dindar və mö`min şəxslərlə oturub-durmaq, dünya və axirətdə şərəf sayılır. Aqil şəxslərlə məşvərət etmək, Allah tərəfindən verilmiş bərəkət qaynağı, xoşbəxtlik və fürsətdir. Bəs əgər ağıllı şəxs birinə nəsihət etsə, onunla müxalifət etməsin ki, zəhmətə düşər. “[776]

KİMLƏRLƏ MƏŞVƏRƏTLƏŞƏK?

“Vəsail Şiə" kitabında kimlərlə məşvərət etmək barəsində çoxlu rəvayət gətirilmişdir. İmam Sadiq (əleyhissalam) atasından nəql edir, buyurur:

“İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) soruşuldu: Həzm nədir? Buyurdu: Ağıl sahibləri ilə məşvərətləşib onlara tabe olmaq. “[777]

İmam Sadiq (əleyhissalam) buyurur: “İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a tövsiyə olunanlardan biridə bu idi: Məşvərətdən möhkəm arxa yoxdur. İşlərdə düşünüb tədbir tökmək istəyən ağıldan da, üstün bir ağıl yoxdur.”[778]

İmam Baqir (əleyhissalam) buyurur: "Tövratda dörd sətir yazılıb. Onlardan birinci sətirdə budur: Hər kim işlərində məsləhətləşməsə, peşiman olar."[779]

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: “Məşvərət etmək kimi möhkəm iş yoxdur!”[780]

İmam Sadiq (əleyhissalam) buyurur: “Öz işlərində o kəslərlə məşvərət et ki, Allahdan qorxusu olsun.”[781] Yenədə İmam Sadiq (əleyhissalam) buyurur:

“Ağıllı adamlarla məsləhətləş. Çünki, belə şəxslər işin xeyirini istəyirlər. Ağılı mö`min şəxslərlə müxalifət etməkdən çəkin, çünki, bu iş insanın dünya və axirətin fəsadına gətirib çıxarır.”[782]

İmam Sadiq (əleyhissalam) buyurur: "Məşvərətində öz həddi var. Əgər yerində olmasa, zərəri məşvərət edənə hamıdan çox çatar. Əvvəl: Ağıllı adamla məşvərət olunsun. İkinci: Azad və dindar şəxslə məşvərət olunsun. Üçüncü: İnsanla dostluq və qardaşlıq hissi olanla məşvərət olunsun. Dördüncü: Əgər sirrini ona açsan, öz sirri kimi möhkəm saxlasın.”

KİMLƏRLƏ MƏŞVƏRƏT ETMƏYƏK?

Şübhəsiz ki, hər kim insanın məşvərət verəni ola bilməz. Keçən bəhslərdə rəvayətlərdə oxuduq ki, doğru və düzgün nəzəriyyə sahibləri ilə məşvərətləşmək lazımdır. Allahdan qorxan, mö`min, doğru danışan və əmin şəxslərlə məsləhətləşmək insana fayda verər. Lakin, bə`zi şəxslərlə məşvərətləşmək insanın geridə qalıb pis günə düşməsinə səbəb olur.

Əmirəl-mö`minin Əli (əleyhissalam) məşvərətləşməyi məsləhət olmayan şəxsləri öz məktubunda Malik Əştərə belə tanıtdırır, buyurur:

1.“Paxıl şəxslərlə məşvərətləşmə. Çünki, səni fəqirlərlə qorxudub, səxavətli olmaqdan saxlayacaq.”[783]

2."Qorxaq şəxslərlə də məşvərətləşmə. Çünki, onlar səni mühüm işlər görməkdən çəkindirəcək.”

3. "Həris şəxslərlə də məşvərətləşmə. Çünki, onlar mal-dövlət, sərvət toplamağı, zülm və sitəmi sənin nəzərində yaxşı cilvələndirəcəklər."

Əvvəlcədən qeyd etdiyimiz kimi məşvərət, həqiqət yolunu nişan vermək, haqqa çatmaqda insana kömək göstərmək və məsləhət sayılır. Paxıl, qorxaq və həris kimi rəzilət sifətlərinə malik olan şəxslər, məşvərətçi kimi qərar tutmamalıdılar. Çünki, onlar məşvərət alana nəinki köməklik göstərmirlər, əksinə onu həlakətə tərəf aparıb, təhlükəli vəziyyətdə qoyurlar. Ona görə də görürük ki, İmam Səccad (əleyhissalam) bu hüquqda buyurur: Məşvərət edənin haqqı budur ki, əgər dərdə dəyən nəzəri varsa, ona desin, yoxsa, onu yaxşı məsləhət verənin yanına göndərsin. Çünki, məşvərətdən hədəf, həqiqətə çatmaqdır.

Bəhsimiz, məşvərət və müşavirədən getdiyinə görə bəhsin sonunda İslamın zühurunun əvvəllərində altı nəfərdən ibarət xəlifə seçmək səlahiyyətinə malik olan şuraya işarə edirik.

İSLAMIN ZÜHURUNUN ƏVVƏLLƏRİNDƏ ALTI NƏFƏRLİK ŞURA

Əhli-təsənni alimlərinin və təfsirçilərinin bir dəstəsi keçən bəhsimizdə şahid kimi qeyd etdiyimiz, “Ali-İmran" surəsinin 159-cu ayəsini bu "altı nəfərlik şuraya" işarə kimi şərh edirlər.[784]

Burda işarə etmək yerinə düşərdi ki, bu mətləb həqiqətdən çox uzaqdır və aşağıdakı dəlillərə əsasən heç də məntiqi deyildir:

Əvvəla: Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) canişini və İmamın seçilməsi yalnız, Allah-taala tərəfindəndir. Necə ki, e`tiqadi kitablarda subuta yetirmişdik. Çünki, İmam da peyğəmbər kimi rəhbərliyə layiq sifətlərə o cümlədən, ismət, kamil elm və sairə malik olmalıdır. Onun da tanınması yalnız, Allahın əlindədir. Peyğəmbəri məşvərətlə seçə edə bilmədiyimiz kimi İmamı da məşvərətlə seçə bilmərik.

İkinci: Altı nəfərdən ibarət şura, heç vaxt məşvərət qanunlarına uyğun olmamışdır. Çünki, əgər məqsəd, bütün müsəlmanlarla məşvərət idisə, bəs altı nəfərin nə mə`nası var? Əgər məqsəd, müsəlman ümmətinin mütəfəkkirləri ilə məşvərət etmək idisə, ümmətin mütəfəkkirləri yalnız, bu altı nəfər deyildi. Bəlkədə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nüfuzlu məşvərətçilərindən sayılan Salman, Əbuzər, Miqdad və İbni Abbas kimi şəxsiyyətlər və hədis söyləyənlər bu şuraya buraxılmamışdılar. Beləlikə, müşavirləri yalnız, o altı nəfərə münhəsir etmək olmaz. Onlar yalnız, kiçik bir məşvərət heyə`ti idilər.

Əgər məqsəd, güclü nüfuz sahiblərinin nəzərləinin toplanması və bu da başqaları tərəfindən qəbul olunması sayılırdısa, yenə də düzgün deyildi. Çünki, Ənsar tayfasının müləq başçısı, "Sə`d ibni İbadə" və "Bəni Ğəffar" tayfasının başçısı, Əbuzər kimi nüfuzlu şəxsiyyətlər bu şurada yox idilər.

Üçüncü: Bildiyimiz kimi bu müşavirənin çətin və təhlükəli şəraiti var idi. Müxaliflər ölümlə qorxudulmuşdular. Halbuki, İslam dininin məşvərət hökmündə belə bir hökm ola bilməz və yoxdur.[785]

40. MÜŞAVİRİN HAQQI

وَأمّا حَقُّ المُشِيرِ عَلَيْكَ فَلا تتَّهِمْهُ فِيمَا لا يُوافِقُكَ عَلَيهِ مِنْ رَأْيِهِ إذا أَشَارَ عَلَيْكَ فَإنَّمَا هِيَ الآرَاءُ وَتصَرُّفُ النَّاسِ فِيهَا وَاختِلافُهُمْ. فَكُنْ عَلَيهِ فِي رَأيِهِ بالخِيَارِ إذا اتَّهمْتَ رَأْيَهُ، فَأَمّا تُهْمتُهُ فَلا تَجُوزُ لَكَ إذَا كَانَ عِنْدكَ مِمَّنْ يَسْتَحِقُّ الْمُشَاوَرَةَ. وَلا تَدَعْ شُكْرَهُ عَلَى مَا بَدَا لَكَ مِن إشْخاصِ رَأْيِهِ وَحُسْنِ وَجْهِ مَشُورَتِهِ، فَإذا وَافَقَكَ حَمِدتَ اللَّهَ وَقَبلْتَ ذلِكَ مِن أَخِيكَ بالشُّكْرِ والإرْصَادِ بالْمُكَافَأَةِ فِي مِثلِهَا إنْ فَزِعَ إلَيْكَ.وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin müşavirinin və öz nəzərlərini sənin ixtiyarında qoyanın haqqı budur ki, sənin nəzərinlə düz gəlməyən nəzəriyyəyə işarə etdiyinə görə onu müttəhim sayma. Çünki, nəzəriyyə mərhələsində insanlar müxtəlif olub, nəzəriyyələri fərqlidir. Əgər məşvərət etdiyin şəxsin nəzəriyyəsinə qarşı bədbinsənsə, onu qəbul etməkdə azadsan. Sənin yanında məşvərət almağa layiq görülən halda, onu müttəhim etmək yaxşı deyil. Əgər öz məsləhətində sənə yaxşı çıxış yolu göstərərsə, ona təşəkkür etməyi unutma. Allaha da bu ne`mətə görə həmd və səna et. Elə bir halda ol ki, əgər bir gün səninlə məşvərət etsə, ona yaxşı mükafat verə biləsən. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın müşavirin haqqı barəsinə sözünün qısası budur ki, əgər onun məşvərət nəzəriyyəsi sənin nəzərinlə müvafiq deyilsə, onu bu işdə müttəhim sayma. Əgər istədiyin mövzuda nəzəriyyəsi sənin nəzəriyyənlə düz gəlsə, bu ne`mətə görə Allaha şükür və müşavirin müvafiq nəzəriyyəsindən təşəkkür et!

MÜŞAVİRƏDƏ ƏMANƏT VƏ SƏDAQƏT

Keçən bəhsimizdə izah olundu ki, kimlərlə məsləhətləşmək olar. Rəvayətlərdən yaxşı müşavirin xüsusiyyətlərini qeyd etdik. Bu mövzuda bir neçə rəvayəti nəzərdən keçirək. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Bir nəfər, əmirəl-mö`minin Əli (əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Gəlmişəm ki, sizinlə İmam Həsən, İmam Hüseyn, Abdullah və Cə`fərin evlənmələri barəsində məşvərət edəm. Həzrət buyurdu: Hər kim məşvərət etməyə layiq görünürsə, əmindir və əslində ayrıd etdiyini bəyan edir. Bu vaxt məsələ barəsində öz nəzərini bildirir. "[786]

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

“Hər kim din qardaşı ilə məşvərətə gəlsə və müşavir həqiqətdə, anladığını ona deməsə, Allah-taala onun məşvərət qüvvəsini ondan alar.”[787]

Bu iki rəvayətdə, iki mühüm mətləb bəyan olur. Birinci rəvayət deyir: Hər kim məşvərət olunmağa layiq görülürsə, əmindir. Əmin şəxs isə heç vaxt xəyanət etməz. Bəs məşvərət edən, məsləhət verənə qarşı töhmət vurmamalı və ona qarşı bədgüman olmalı deyildir. Necə ki, İmam Səccad (əleyhissalam) onu bir haqq kimi ünvanlamışdır. İkinci rəvayətdə bəyan olunur: Müşavir, Allahla özü arasında nə qənaətə gəlirsə, onu bəyan etməlidir. Əgər səhlənkarlıq etsə, Allaah-taala onun məsləhət qüvvəsini ondan alar. Çünki, məşvərət ne`məti müqabilində şükr etməmiş olur.

MƏŞVƏRƏT VƏ ƏLALTINDAKILARDAN MƏSLƏHƏT ALMAQ

Məşvərət mövzusunun cəlbedici cəhətlərindən biri budur ki, insan özündən aşağı şəxslərlə də məsləhətləşə bilər. Lazım deyil ki, müşavir yüksək səviyyəli və ya böyük şəxs olsun. Həmin mövzuda, Fuzeyl ibni Yəsar İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

“İmam Sadiq (əleyhissalam) bir mövzu barəsində mənimlə məşvərət etdi. Ondan soruşdum ki, mənim kimi bir nəfərin məsləhəti, sizin kimi bir şəxsiyyətin dərdinə dəyirmi? Həzrət buyurdu: Bəli! Hər vaxt səndən məsləhət istəsəm, istifadə edirəm.”[788]

Üçüncü rəvayəti Həsən ibni Cəhim nəql edir: "İmam Rza (əleyhissalam)-ın hüzurunda idik. Birdən atasından yad edib buyurdu: O həzrətin ağlı o həddə idi ki, zəmanəsində heç kimin ağlı ona çata bilməzdi. Lakin, bə`zən qara dərili kölələrlə məsləhətləşirdi. Həzrətə dedilər: Məgər qara dərili kölə ilə məşvərət edirsiniz? Həzrət buyurur: Çox ola bilsin ki, Allah-taala həqiqəti onun dili ilə bəyan etsin. İmam, bağ və bostan işlərində çox vaxt qulamı ilə məsləhətləşirdi.”[789]

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM), MÜŞAVİR BARƏSİNDƏ

Seyyid Rəzi "Nəhcül-Bəlağədə "nəql edir ki, əmirəl-mö`minin Əli (əleyhissalam), Abdullah ibni Abbas onunla məsləhətləşdikdən sonra məşvərət olunan məsələ barəsində onun nəzəri ilə razılaşmadıqda buyurur:

“Sənə vacibdir ki, mənimlə məşvərətləşəsən. Əgər mənim nəzərim səninkilə düz gəlməsə, mənə tabe olmalısan! "[790]

Əli ibni Məhziyarın da İmam Baqir (əleyhissalam)-dan nəql etdiyi cümlələr də, İmam Səccad (əleyhissalam)-ın sözləri ilə uyğundur, buyurur:

“İmam Baqir (əleyhissalam) mənə məktub yazır ki, bir nəfərlə məşvərət edim və hər nəyi səlah bilirəmsə onu seçim. Çünki, məşvərət olunan şəxs öz şəhərinin mühiti və vəziyyəti ilə daha yaxından tanışdır. Hökumətlə necə rəftar etməymi daha yaxşı bilir. Məşvrət mübarək işdir. Allah-taala, Qur`anda Peyğəmbərə buyurur: “İşlərində əhali ilə məşvərət et. Nəticə aldıqdan sonra isə Allaha təvəkkül et!” Əgər müşavirin dediyi düzgün olsa, mən onun dediyi düzgün məsləhətdən istifadə edərəm. Əgər doğru olmasa, ümüdvarəm ki, Allahın istəyi ilə onu doğru yoldə qərar verəm. İşində onunla məsləhətləş. Yə`ni, onlardan xeyir-dua tələb et! “[791]

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "İnsana həmişə məşvərət kimi arxa lazımdır.”[792]

41. NƏSİHƏT İSTƏYƏNİN HAQQI

وَأمّا حَقُّ المُسْتَنصِحِ فَإنَّ حَقَّهُ أَنْ تُؤَدِّيَ إلَيهِ النَّصِيحَةَ عَلَى الحَقِّ الَّذِي تَرَى لَهُ أنّهُ يحْمِلُ وَتخرُجَ المَخرَجَ الَّذِي يَلينُ عَلَى مَسَامِعِهِ، وتُكَلِّمَهُ مِنَ الْكَلامِ بمَا يُطِيقُهُ عَقلُهُ، فَإنَّ لِكُلِّ عَقْلٍ طَبقَةً مِنَ الْكَلامِ يَعْرِفُهُ ويَجْتَنِبُهُ، وَلْيَكُنْ مَذهَبَكَ الرَّحْمَةَ. ولا قُوَّةَ إلا باللهِ.