A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Keçən bəhslərdə, borc və sələmçilik barəsində olan ayələri araşdırdıq. Bu ayədə, tələbkarın heç bir faiz olmadan öz haqqını almasının ardınca borclunun da hüquqlarından birinə toxunulur. O da budur ki, əgər borclular öz borclarını verməkdə qüdrətləri yoxdursa, cahiliyyət dövründəki kimi onun üstüna faiz gəlib sıxıntıda saxlamamalı, əsl borcunu qaytarmaqdan ötrü ona möhlət verilməlidir. Bununlada, borclunun nə vaxt imkanı olsa, öz borcunu qaytarsın. Əslində, həmin ayənin izahı olan İslam qanunlarında aşkarcasına gəlib ki, heç kimin icazəsi yoxdur ki, borclunun öz borcunu qaytara bilməməsindən ötrü onun həyatında zəruri olan şeylərini ondan alsınlar. O cümlədən, evini və başqa yaşayış vəsilələrini ondan tələb etsinlər. Bəlkədə, tələbkar yalnız, zəruri şeylərdən artıq olan şeyləri tələb etməyə haqqı vardır. Bu da İslamda zəif təbəqələrin hüquqlərını müdafiə edən bir növ insani haqqdır.

Ayənin ardınca bundanda yuxarı mərhələyə işarə olunur. O da budur ki, həqiqətən, əgər borclu öz borcunu ödəyə bilmirsə və tamamilə acizdirsə, yaxşı olar ki, tələbkar bir addım da böyük bir insani addım atsın və öz pulundan Allaha xatir keçsin. Bu əməl, hər cəhətdən tələbkarın insaniyyətinə xeyir gətirər. Hər kim bu işin mənafesini anlasa onu təsdiqləyər.

Əgər bu ayəni, İmam Səccad (əleyhissalam)-ın buyurduğu: “Malını ondan alıb onunla(tələbkarla) pis rəftar eləmə. Çünki, bu alçaqlıqdır"– sözləri ilə müqayisə etsək onda görərik ki, Qur`an və onun ardınca İmamət, (İmamlar) şər`i məsələri müsəlmanlara necə də gözəl ifadə ilə çatdırıblar. Tələbkar və borclunun hüquqlarını ən yaxşı üslubla izah etmişlər.

Bu hüquq bəhsinin sonunda mərhum Feyz Kaşaninin "Şafi" kitabının ikinci cildində, borcunu qatarmaqdan aciz olana, onu bağışlamağın savabı haqqında gətirdiyi rəvayətlərin bə`zisinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) hədislərin birində buyurur:

"Kim istəyir, o gün ki, Allahın kölgəsindən (rəhmətindən) başqa heç bir kölgə yoxdur, Haqqın kölgəsində qərar tutsun? (Bu cümləni üç dəfə təkrar edir. Camaat yığışıb bu məslənin cavabını gözləyir) Həzrət buyurur: Hər kim borcludursa və borcunu qaytara bilmirsə, ona möhlət verin! Yaxud, öz haqqınızı ona bağışlayın. Bu əməlin nəticəsi, Qiyamət günü həzrəti Haqqın rəhmətində qərar tutmaqdır! "[751]

Yenə də İmam Sadiq (əleyhissalam) hədislərin birində buyurur: "Günlərin birində, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) mənbərə çıxıb buyurur: Həmd və tə`rif Allaha məxsusdur. Peyğəmbərlərə salam olsun! Sonra buyurur: Ay camaat! Hər kim şahiddir və mənim sözlərimi eşidirlər olmaynlara da xəbər versinlar. Agah olun! Hər kim borcunu qaytara bilməyənə qüdrəti olana qədər möhlət versə, Allah-taala tələbkarın borcu qayıdna qədər, hər günü üçün bütün malının sədəqə verməsinin ölçüsndə ondan ötrü savab yazar.”[752]

Sonra İmam Sadiq (əleyhissalam) Qur`an ayəsinə işarə edir: "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır!”. Buyurur: Borclu çətin vəziyyətdədirsə, öz malnızı ona sədəqə verin! Bu sizin öz xeyirinizədir.

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"İnsana qüdrəti olan halda borcunu saxlayıb tə`xirə salması halal olmadığı kimi tələbkara da halal deyil ki, borclunun imkanı olmayan halda ondan borcunu tələb etsin!"[753]

İmam Sadiq (əleyhissalam)-a buyurdular: "Abdurrəhman ibni Siyabənin boynunda ölmüş bir kişinin borcu vardı. Biz onunla söhbət etdik ki, onun borcundan keçib ona bağışlasın, o isə qəbul etmədi. İmam buyurdu: Vay olsun ona! Məgər bilmir ki, əgər bağışlasa, hər dirhəmin müqabilində on dəfə artıq mükafatı var? Əgər bağışlamasa, bir dirhəmin müqabilində bir dirhəm savab aparır!"[754]

37. HƏMKARIN HAQQI

وَأمّا حَقُّ الخَلِيطِ فَأَنْ لا تَغُرَّهُ ولا تَغُشَّهُ ولا تُكَذِبَهُ ولا تُغَفِّلَهُ ولا تَخدَعَهُ ولا تَعمَلْ فِي انتِقَاضِهِ عَمَلَ الْعَدُوِّ الَّذِي لا يُبقِي عَلَى صَاحِبهِ وَإنِ اطْمَأَنَّ إلَيكَ اسْتَقْصَيتَ لَهُ عَلَى نفْسِكَ وَعَلِمْتَ أَنَّ غَبْنَ الْمُسْتَرْسِلِ رِِبًا. ولا قُوَّةَ إلا باللهِ.

"Həmkarın haqqı səninlə budur ki, onu aldadmayasan, ona yalan deyib hiylə gəlməyəsən, onu qəflətdə saxlamayasan və düşmən kimi öz qarşı tərəfini diqqətə alıb, onun işlərini pozmayasan. Əgər sənə e`timad edərsə, nə qədər imkanın var onu doğrult. Bilki, sənə e`tibar edəni aldadmaq sələm əməli kimi bir şeydir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur!”

İmam Səccad (əleyhissalam) buyurur: Hər kim səninlə hər növ yodaşlıq və həmkarlıq edərsə, sənə qarşı haqqı vardır. O da budur ki, onu aldadmayasan və ona qarşı hər cür hiylə və kələkdən çəkinəsən. Onunla düşmən kimi rəftar etməyəsən. Sənə e`timad edən halda ona zərbə vurmayasan!

Keçən bəhslərdə yoldaşın və dostun hüquqları barəsində çoxlu ayə və rəvayətlər zikr etdik. Onların həmkarlıqla bağlılığı çoxda az deyildi. Onları təzədən təkrarlamırıq. Ancaq, həmkarlığa aid bir neçə rəvayətə işarə edəcəyik.

HƏMKARLIQ BARƏSİNDƏ RƏVAYƏTLƏR

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"İnsanların ən xoşbəxti o kəsdir ki, əhali ilə dahicəsinə həmkarlıq etsin! [755]

Bu hədisdə, insanın səadətinin amillrindən birinin yaxşı həmkar və səmimi dostları olması qeyd edilir. Yenə də həmin mövzuda, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

"Alimlərdən soruşun, ariflərlə əlaqəniz olsun və fəqirlərlə oturub-durun! “[756]

Bu hədisdə də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) cəmiyyətin üzvlərinə tövsiyə edir ki, öz rabitələrini arif və hikmətli şəxslərdən kəsməsinlər.

YAXŞI DOSTUN XÜSUSİYYƏTLƏRİ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, hər kimə bir xeyir yetirmək istəsə, ona saleh bir dost yetirər. Əgər Onu unutsa, xatırladar, əgər xatırlasa, ona kömək edər.”[757]

İnsanın seçdiyi dostu sağlam əqlli və təcrübəli olmalıdır. Keçən bəhslərdə qeyd etdik ki, əvvəla, nadan və ağıldankəm dostlardan çəkinmək lazımdır. İkinci, dost, dindar olub niyyəti xeyir olsun. Üçüncü, dostun yaxşı bəyənilmiş əxlaqi xüsusiyyələri olsun. Çünki, pis dost, insanı şər və xətaya çəkəcək. Dördüncü, dostluğa meyli olsun və insanla həqiqi dost olsun.

İmam Səccad (əleyhissalam) insanı dostluqda, hiylə və məkrdən çəkindirir. Hiyləgər insan aqil deyildir. Məkr və hiylə o şeyə deyilir ki, insanın batini ilə əməli fərqli olsun. İmam Sadiq (əleyhissalam) buyurur:

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hiyləgər, mənim ümmətimdən deyildir“[758]

Əmirəl-mö`minin Əli (əleyhissalam) yalançılığa mübtəla olan şəxs barəsində buyurur:

"Yaxşı olar ki, insan, yalançılığa mübtəla olmuş şəxslə, dostluq və qardaşlıq etməsin!. Çünki, belə xasiyyətə mübtəla olmuş şəxs, doğru da danışsa, yalan kimi qələmə veriləcək.“[759]

Bu qismətdə bəyan olan haqqın qısası budur ki, yaxşı dost və yoldaş, Allah-taalanın böyük ne`mətlərindən biridir və insanın boynunda haqqı vardır. Onun haqqını hiylə və kələklə zay etmək olmaz. Əksinə, hər bir dost öz dostunun haqqını gözləməlidir.

38. İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNMUŞUN HAQQI

وَأمّا حَقُّ الخَصْمِ المُدَّعِي عَلَيْكَ، فَإنْ كَانَ مَا يَدَّعِي عَلَيكَ حَقّاً لَمْ تنفَسِخ فِي حُجَّتِهِ وَلَمْ تَعمَلْ فِي إبطَالِ دَعْوَتِهِ وَكُنْتَ خَصْمَ نفْسِكَ لَهُ والحَاكِمَ عَلَيْهَا والشَّاهِدَ لَهُ بحَقِّهِ دُونَ شَهَادَةِ الشُّهُودِ، فَإنَّ ذلِكَ حَقُّ اللَّهِ عَلَيْكَ، وَإنْ كَانَ مَا يَدَّعِيهِ بَاطِلاً رَفَقْتَ بهِ وَرَوَّعْتَهُ وناشَدتهُ بدِينِه وَكَسَرْتَ حِدَّتهُ عَنكَ بذِكْرِ اللهِ وَأَلْقَيْتَ حَشْوَ الْكَلامِ وَلَغَطَه الَّذِي لا يَرُدُّ عَنْكَ عَاديَةَ عَدُوِّكَ بَلْ تبُوءُ بإثمِهِ وَبهِ يَشْحَذ عَلَيْكَ سَيفَ عَدَاوَتِهِ لأَنَّ لَفْظَةَ السُّوءِ تَبعَثُ الشَّرَّ. وَالخَيْرُ مُقْمِعَةٌ لِلشَّرِّ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənə qarşı iddiaçının haqqı budur ki, əgər iddiasında doğrudursa, dəlilini sındırma və iddiasını batil etmə. Özün onun xeyrinə və öz əleyhinə hökm et. Şahid olmayan halda, ona şahid ol. Çünki, bu, Allahın sənin boynuna qoyduğu haqqdır. Əgər öz iddiasında batildirsə, onunla yumuşaq rəftar et və onu qorxuzub dininə and içdir. Allahı ona xatırlatmaqla batil yolunun qarşısını al. Onunla çoxda pisləşmə, çünki, bu işin düşməninin sənə qarşı təcavüzünün qarşsını almaz. Bəlkədə, onun günahına giriftar olub, onun düşmənçilik şəmşiri sənə qarşı daha da itilənər. Çünki, pis söz şər gətirər və yaxşı söz şərri aradan götürər. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

Sözün qısası budur ki, sənə qarşı iddiası olan şəxs, iki haldan xaric deyildir. Ya iddiasında doğrudur. Bu vaxt haqq onunladır. Bu anda onun haqqı sənin boynunda budur ki, iddiasını qəbul edib öz əleyhinə hökm verəsən. Çünki, burada haqq, Allahdır. Əgər iddiasında batildirsə, onun haqqı sənin boynunda budur ki, onunla yumuşaq rəftar edib, həddini aşmağın qarşısını alasan. Acı sözlərinlə onun acılığını çoxaltma ki, acı şəmşir sənə qarşı, daha da acılansın. Bəlkədə, səbr və aramlıqla öz səhvini ona başa salmağa çalış!

وَأمّا حَقُّ الخَصْمِ الْمُدَّعَى عَلَيهِ فَإنْ كَانَ مَا تدَّعِيهِ حَقًّا أَجْمَلْتَ فِي مُقَاوَلَتِهِ بمَخرَجِ الدَّعْوَى، فَإنّ لِلدَّعْوَى غِلْظَةً فِي سَمْعِ الْمُدَّعَى عَلَيهِ. وَقَصَدْتَ قَصْدَ حُجَّتِكَ بالرِّفْقِ وَأَمْهَلِ الْمُهْلَةِ وَأبْينِ الْبَيَانِ وَألطَفِ اللُّطْفِ ولَمْ تَتشَاغَلْ عَنْ حُجَّتِكَ بمُنازَعَتِهِ بالقِيلِ وَالقَالِ فَتَذهَبْ عَنْكَ حُجَّتُكَ ولا يَكُونَ لَكَ فِي ذَلِكَ دَرْكٌ. ولا قُوَّةَ إلا باللهِ.

Əleyhinə iddia etdiyin şəxsin sənin boynunda haqqı budur ki, əgər ona qarşı iddianda haqqlısansa, davadan xaric olmaqdan ötrü onunla yumuşaq rəftar et. Çünki, qarşı tərəfin qulağında sənin iddianın çox tə`siredici əsəri vardır. Tam aramlıq və aydınlıqla öz dəlilini ona başa sal və onunla deyişməyə görə öz dəlilindən əl götürmə. Çünki, dəlil əlindən çıxandan sonra ələ gətirmək çətindir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

Qısası, əgər haqq səninlədirsə, onun haqqı sənin boynunda odur ki, rahatçılıqla öz dəlilini ona bəyan edəsən və öz iddianı sübuta yetirəsən. Öz dəlilini bir elə bəyan et ki, haqqın aradan getməsin!

İXTİLAF VƏ ŞİKAYƏTİN KÖKLƏRİ

İnsanların dünyadakı qısa ömürlərindəki arzularından biri də aram və əmniyyətlə yaşamaqdır. Heç kim razı deyil ki, həyatda kimsə onların haqqına təcavüz etsin. İnsan, eşq və məhəbbətlə həyat sürmək istəyir. Dava və ixtilafı xoşlamır. Lakin, başqa tərəfdən, insanı hərislik və arzular əhatə etmişdir. Özündə olan təkəbbür və öyünmək hissi onu məcbur edir ki, öz haqqına qane olmayıb başqalarının haqqına təcavüz etsin. Həmin səbəbdən insanlar arasında müharibə və ixtilaflar yaranmağa başlayır. Təbii ki, hər hansı mühitdə insan cəmiyyəti çox olarsa, ixtilaf və çəkişmədə çox olacaqdır. Bu ixtilaf və çəkişmədə hər iki tərəf eynihalda haqq ola bilməz. Şübhəsiz ki, tərəflərdən biri təcavüzkardır. Bu cəhətdən, cəmiyyətdə olan ixtilafları həll edib, hərənin haqqını özünə verə bilən ədalətli bir qaziyə ehtiyac duyulur. Əvvəlcədən işarə etdik ki, peyğəmbərlərin göndərilmələrinin səbəblərindən biri də cəmiyyətdə ixtilafları aradan qaldırmaqdır.

İSLAM DİNİ İXTİLAFLARIN KƏSLMƏSİNƏ DƏ`VƏT EDİR

İslam dinin məntiqi, insanları ilk növbədə bir-birinə qarşı məhəbbət və mərhəmətə də`vət etməsidir. Bundan da üstün, onları bir-birinə qarşı bağışlamaq və əvf hissi ilə baxmağa səsləyir. Tövsiyə edir ki, öz həyatınızda ixtilafların kök atmasına yol verməyin. Allah-taala, Qur`anda mühacir və ənsardan sonra gələn tabeiinlər barəsində buyurur:

Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən! "[760]

Onlardan ötrü zikr olunan üç xüsusuiyyət bunlardır: Birinci: Özlərinin islahı və tövbə etməklə bağışlanmaq fikrindədirlər. İkinci: Özlərindən əvvəlki iman gətirənlərə qarşı böyük qardaş kimi baxıb, hər cəhətdən ehtiramlarını qoruyururlar. Üçüncü: Hər cür kinyə, həsəd və düşmənçiliyi qəlblərindən atmaq istəyirlər.

"Ğill” ərəbcədən lüğətdə, bir şeyin gizli nüfuzuna deyilir. Ona görə də ağacların altından axar suya da "ğiləl" deyilir. Həsəd və düşmənçilik gizli şəkildə insanın qəlbinə nüfuz etdiyindən ona "ğill" deyrilər. Bəs "ğill"təkcə həsəd yox, bəlkə də, insanın qəlbinə gizli nüfuz edən bütün çirkin sifətlərə deyilir. Ayədən göründüyü kimi əsl müsəlmanların fikri, bir-biriləri arasında dostluq və qardaşlıq yaratmaqdır.

Əvvəlki ayədə deyilənlər, onların dünyadakı işlərinə bağlı idi. Lakin, əbdi həyat olan axirətə görə onların barəsində "Ə`raf" surəsində buyurur:

"Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldığı yerin) altından çaylar axar. Onlan (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: Bizi bura gətirib çıxaran Allaha həmd olsun! “[761]

Bəşərin ömür boyu axtardığı şirin və sədətli yaşayışı, Allah Behiştdə onlara və`də vermişdir. Ayələrdən mə`lum olur ki, İslam dini ilk növbədə insanlərı kinsiz və düşmənçiliksiz yaşayışa də`vət edir. Belə olmayan halda, onların arasında ixtilaf yaranacaq. İslamda bundan əlavə, xüsusi "barışdırma və islah etmək" göstərişi vardır.

İXTİLAFLAR ARADAN GETMƏLİDİR

"Kafi" kitabında, "İnsanlar arasında islah" ünvanı ilə rəvayətlər vardır. Öz din qardaşları arasında islah işləri aparmaq müsəlmanların vəzifəsidir. Bundan əlavə, onların arasında ibadət ünvanı ilə də islah işləri aparmalıdırlar. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:

"Allahın ən çox sevdiyi və qəbul etdiyi sədəqə, müsəlmanlar arasında islah işi aparıb, mübahisəli vaxtı onları bir-birinə yaxınlaşdırmaqdır!"[762]

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam) buyurur:

"Mənim üçün iki nəfərin arasında islah işi aparmaq, iki dirhəm sədəqə verməkdən üstündür."[763]

Əgər islah işi ilə müsəlmanlar arasında razılaşma olmasa, onların işi məhkəmə və qəzaya çəkiləcək. İslam dini, yaşayış mühitində ədaləti hərtərəfli bərpa etməkdən ötrü çoxlu məhkəmə göstərişləri tə`yin etmişdir. Bu yüksək dərəcəli ali və dəqiq hökmlərlə hər bir şəxs cəmiyyətdə öz hüquqi haqqına layiqincə çata bilər. Mühakimədə bir neçə şey şərt buyurulmuşdur. Əvvəla, məhkəməni aparan hakim, müsəlmanlar içində ən ədalətli şəxslərdən olub, ixtilafda olanların hər ikisinə eyni gözlə baxmalıdır.

İkinci, qazi öz qəzavətində yalnız, Allahın razılığını əsas götürməlidir. Bu bəhsimizdə, İslam dininin bir neçə qəzavət göstərişlərinə işarə edirik.

MƏHKƏMƏ QANUNLARI

Avropa ölkələrində məhkəmə barəsində atılan ən yüksək addımlar aşağıdakı üç mövzuda xülasə olunur:

1. Qazi, canilərin hansı təbəqədən olmasına baxmayaraq mühakimə etməkdə müstəqil və toxunulmazdır.

2. Qazi öz ehtiyaclarını ödəməkdən ötrü kifayət dərəcədə imkana malik olmalıdır. Bununlada, hər hansı bir sərvətli cinayətkar müqabilində, puluna gözü düşüb hökmündə xəyanət etməsin.

İngiltərə dövləti bu barədə ən böyük addım atmışdır. Qazilərdən ötrü maaş tə`yin olunmamışdır. Bəlkədə, qazinin ixtiyarında məbləği yazılmamış ağ dövlət çekləri qoyulmuşdur. Qazi istədiyi və ehtiyacı olan vaxt bu çeklərə məbləği yazır və pulunu istənilən dövlət bangından ala bilər.

3. Məhkəmədə hamı qazinin nəzərində bir olub, heç kimə üstünlük verilməli deyildir.

Bu üç qanun, bu gün avropa ölkələrində əməli olan ən böyük məhkəmə qanunlarındandır. Lakin, İslam dinin məhkəmə göstərişləri bunlardan daha kamil şəkildə müsəlmanların ixtiyarında qoyulmuşdur.

QAZİNİN QÜDRƏTİ

Müqəddəs İslam dinində qazilərə o qədər ixtiyar və qüüdrət verilmişdir ki, hətta, dövlət üzvləri arasında hakim və ya onun xüsusi müavinindən başqa heç kimə o qədər qüdrət verilməmişdir. Əmirəl-mö`minin Əli (əleyhissalam) Misirə göndərdiyi Malik Əştər adlı nümayəndəsinə fərman ünvanı ilə belə yazır:

"Şəhərin qazisini əhalinin ən bilikli, layiqli və pak şəxslərindən birini tə`yin et. Öz yanında qazinin rütbə və məqamını o qədər böyük qərar ver ki, dövlət üzvlərindən, dostlardan və həmkarlardan heç birisi bu məqamı qəlblərindən də keçirməsinlər. Ey Malik! Qaziyə qüdrət cəhətdən verilən bu məqam ona görədir ki, əl-qolu açıq olmaqla, vəzifəsindən asılı olmayaraq, azadcasına, qorxusuz-hürküsüz bütün cinayətkarları mühakimə edə bilsin və onların barəsində qanunu icra etsin! "[764]

QAZİNİN MAL-DÖVLƏTDƏ MÜSTƏQİLLİYİ

İslam qanunları, qazinin yaşayışında ehtiyacı olduğu bütün imkaları və müstəqilliyi qərara almışdır. Bu cəhətdən, qaziyə ən böyük müstəqillik verilmişdir. Əmirəl-mö`minin Əli (əleyhissalam) həmin məktubda yazır:

"Beytül-maldan, qaziyə o qədər ver ki, insanlardan heç kimə ehtiyacı olmasın!”

Bu göstərişdə Həzrət öz nümayəndəsinə fərman verir ki, qazi üçün hüquq ayıranda diqqətli ol. Çünki, ola bilsin sənin tə`yin etdiyin maaş onun ehtiyacını ödəməsin və bu da səbəb olsun ki, fürsət tələblər ondan istifadə etsinlər.

QAZİNİN MƏHKƏMƏDƏ VƏZİFƏLƏRİ

Mühakimə bəhsində üçüncü mövzu qazinin müttəhim və iddiaçılara bərabər şəkildə və bir gözlə baxmasıdır. Müqəddəs İslam dinində, məhkəmədə bərabərlik məsələsində o qədər diqqətə yer verilmişdir ki, demək olar ki, təkcə avropada yox, yüz əsrlər sonra belə bəşəriyyətdə bu bərabərlik kimi qanun qərara gəlməyəcək. İslam nöqteyi nəzərindən məhkəmədə qazinin vəzifələri bunlardır:

1. İxtilafı olan iki tərəf arasında tamamilə bərabərliyi bərqərar etmək. Müqəddəs İslam dinində qərara alınıb ki, məhkəmədə ixtilafı olan iki tərəfi bərabər yerbə otuzdurub hətta, məclisin yuxarı-aşağı tərəfində olmalarında da bərabərliyə riayət olunmalıdır. Əgər tərəflərdən biri böyük şəxsiyyələrdən digəri ən pis adamlardan olsada belə, qazi bu bərabərliyə tam riayət etməlidir. Onların arasında heç bir ayrı-seçkiliyə yol verməməlidər. Bu mövzuda nümunə üçün aşağadakı olmuş əhvalata diqqət edək.

HARUN VƏ QAZİNİN TƏ`YİNİ

Tarix yazır: Abbasi xəlifələrində Harun Rəşid, həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdır. Mədinə əhalisi şəhərin qazisinin dünyadan köçdüyünə görə ondan xahiş edirlər ki, şəhərə təzə bir ədalətli qazi tə`yin etsin. Mədinəin iki nəfər ədalətli və pak alimlərini xəlifəyə təklif edirlər. Harun, onlardan hansının qazilik məqamına daha layiqli olduğunu bilməkdən ötrü birini yanına çağırtdırır. Vəziri yanında olarkən alimə deyir: Mənimlə vəzirim arasında bir mülk üstündə ixtilafımız var. İxtilafın səbəbini də ona danışıb bu məsələnin hökmü barəsində onun nəzərini tələb edir. Alim bir qədər fikirləşdikdən sonra dedi: Bu işdə haqq xəlifə ilədir. Belə deyib, xəlifənin xeyirinə hökm verir. Harun ona getməyə icazə verir. Sonra göstəriş verir ki, ikinci alimi gətirsinlər. Həmin məsələni olduğu kimi ikinci alimə də açıqlayıb ondan qəzavət etməsini istəyir. İkinci alim buyurur: Mən qəzavət edə bilmərəm, çünki, məhkəmə şəraiti mövcud deyil. Davanın bir tərəfində sizsiniz ki, məclisin yuxarı başında oturmusunuz. Halbuki, vəzir sizin mühakimənizin qarşı tərəfidir və sizin qabağınızda durub. İslam qanuna görə məhkəmə zamanı hər iki tərəf bərabər şəkildə bir yerdə oturmalıdırlar. Harun alimin azad ruhundan xəbər verən bu sözlərini eşidib ləzzət alır və dərhal onu qazi mənsəbinə tə`yin edir.

2. İki tərəf arasında bərabərliyi bərqərar etəməkdən ötrü qazi hətta, baxışında və işarəsində də bərabərliyə riayət etməlidir. Məhkəmədə, birinə digərindən çox baxmamalıdır. Hətta, hər ikisinə eyni səviyyədə işarə etməlidir.

3. Qazinin vəzifəsidir ki, məhkəmə zamanı hər iki tərəflə eyni miqdarda söhbət etsin. Haqqı yoxdur ki, biri ilə çox digər ilə az danışsın.

4. Qazi məhkəmə zamanı hər iki tərəfə qarşı eyni baxışla baxmalıdır. Haqqı yoxdur ki, birinin üzünə xoş digərinə turş baxsın.

Əmirəl-mö`minin Əli (əleyhissalam) Məhəmməd ibni əbi Bəkrə əmrində yazır:

"Əhali ilə təvazökarcasına rəftar et. Həmişə üzü açıq və gülərüz ol. İstər gözünün ucu ilə istərsə də açıq gözlə baxsan, hamıya bir gözlə bax. Bununlada sərvətlilər səni tamaha tərəf çəkib, zəiflər ədalətindən mə`yus olmasınlar! “[765]

Başqa məktubda öz nümayəndələrindən birinə yazır:

“Hamıyla bir cürə rəftar et. İstər gözünün guşəsi ilə baxmaqda, istər açıq üzlə baxmaqda, istər birinə işarə etməkdə, istərsə də, onlara salam verməkdə bir ol! Bununla da, sərvətlilərin səni tamaha salmaq istəmələrnin qarşısı alınar və zəiflər sənin ədalətindən mə`yus olmazlar."[766]

MƏŞHUR İSLAM ALİMİ “ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ

"Qaziyə vacibdir ki, bərabərlik, salam, müxtəlif ehtiramlar, qulaq asmaq və insafda hər iki tərəfi bərabər nəzərə alsın. Əgər ixtilafda olanların biri müsəlman digəri kafir olsa, qazi, oturmaqda müsəlmanı kafirdən yuxarıda otuzdura bilər. Məsələn, müsəlman oturmuş halda, kafir isə ayaq üstə ola bilər. Bu halda qaziyə vacib deyil ki, qəlbində hər iki tərfə eyni səviyyədə meyilli olsun. ![767]

Bu hökm, qazinin iki tərəfə nisbət vəzifələrindən sayılır. Ancaq məhkəmə vaxtı :

"Əgər iki tərəfdən biri danışıqda digərindən qabağa düşsə, qazi onun sözünə qulaq asmalıdır. Əgər hər ikisi birdən danışığa başlasa, qazi sağ tərəfdə olanı birinci dinləyə bilər. Əgər hər ikisi sükut etsə, qazi deyə bilər: Hansınız iddiaçısınızsa öz iddianızı bəyan edə bilərsiniz. Yaxud desin: Hər ikiniz sözə başlaya bilərsiniz. Qazinin onlardan birini müxatəb qərar verməsi məkruhdur.

İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN

İddaçı və münkir kimdir? Şəhid Əvvəl buyurur: İddiaçı o kəsdir ki, əgər öz iddiasından əl çəksə, ixtilaf aradan gedər. Münkir isə onun müqabilinda qərar tutub. Yə`ni, bu cür deyil ki, əgər getsə, ixtilaf yatar bəlkədə, iddianın müqabilində cavab verməlidir. Əleyhinə iddia olunmuş da cavab verməkdə üç haldan kənarda deyildir. Ya cavabında iddianı qəbul edir, ya rədd edir, ya da sükut ixtiyar edir. Bunların hər biri üçün qazinin xüsusi hökmü vardır.

DƏLİL (ŞAHİD) VƏ AND, QƏZAVƏTİN ƏSASI

İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"Şahid iddia edənindir. And içmək isə əleyhinə iddia olunanındır.[768]

Əbi Bəsir İmam Sadiq (əleyhissalam)-dan nəql edir ,buyurur:

"Allah-taalanın sizin qanınız barəsində verdiyi hökmü ilə mallarınızın hökmü fərqlidir. Mallarınızda hökm etmişdir ki, iddia edənin şahidi (dəlili) olmalıdır. Əleyhinə iddia olunan isə and içməlidir. Amma qan bahalarınızda əleyhinə iddia olunanın şahidi olmalı, iddiaçı isə and içməlidir. Bununla da müsəlmanın qanı batmasın."[769]

İmam Rza (əleyhissalam) ondan soruşulan sualın cavabında buyurur:

"Qan məsələsindən başqa hər yerdə id