A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Allahdan, Onun Özünün razılığını ələ gətirməkdən ötrü kömək istəyirik!

1. ALLAHIN HAQQI

فأَمَّا حَقُّ اللهِ الأَكْبَرُ فَإنَّكَ تَعْبُدُهُ لا تُشْرِكُ بهِ شَيْئاً، فَإذَا فَعَلْتَ ذَلِكَ بإخلاصٍ جَعَلَ لَكَ عَلَى نَفْسِهِ أَنْ يَكفِيَكَ أَمْرَ الدُّنْيَا وَالآخِرَةِ وَيَحْفَظَ لَكَ مَا تُحِبُّ مِنْهَما.

«Sənin boynundakı bütün hüquqların ən böyüyü sayılan, Allahın haqqı budur ki, Ona ibadət edəsən və Ona heç bir şərik qərar verməyəsən. Hər vaxt Allahın bu haqqını yerinə yetirə bilsən və ixlasla bəzənə bilsən, Allah Özünə vacib etmişdir ki, dünya və axirətdə sənə kifayət etsin. Bu barədə, istədiyini sənin üçün saxlasın!.»

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN SON HƏDƏFİ, ALLAHA PƏRƏSTİŞDİR

Peyğəmbərlərin tə᾿kidli proqramlarından biri, insanı Allah müqabilində pərəstişə və hər cür şirkə qarşı mübarizəyə də᾿vət etsin. Qur᾿an bu barədə buyurur:

«Biz, hər ümmətə Allaha ibadət edin, tağutdan və təcavüzdən çəkinin deyə peyğəmbər göndərmişdik. Belə olan təqdirdə onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmış oldu. Yer üzündə gəzib dolanın görün ki, peyğəmbərlərə qarşı yalan nisbət verənlərin axırı necə oldu!»[48]

Yuxarıdakı ayədə, Allaha tərəf və Ona pərəstişə də᾿vət olunur. Allaha şərik qoşmağın müxtəlif cəhətləri ilə mübarizə etmək, bütün İlahi peyğəmbərlərin vəzifəsi kimi bəyan olunur. Onlar, bütün qüvvələri və qüdrətləri ilə bu yolda çalışmışlar və öz vəzifələrini ən yaxşı şəkildə icra ediblər. İnsanları bütpərəstlik, günəş və aypərəstlik, inəkpərəstlik və bəşərpərəstlikdən, Allahpərəstliyə tərəf çəkiblər.

ALLAHA PƏRƏSTİŞ FİTRƏTDƏ VAR

Allah müqabilində təvazökar olub ibadət etmək, bəşərin fitrətindəndir. Fitrətin mə᾿nalarından biri də meyldir. Bu meyl, bəşərin əsas vücudundan bir qismini təşkil edir və bütün insanlarda aşkar şəkildə özünü büruzə verir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu barədə buyurur:

«Bu dünyaya gələn hər bir uşaq, dünyaya, Allaha pərəstiş fitrəti və meyli ilə qədəm qoyur. Əgər bu meylin əksi olaraq yəhudi, xaçpərəst və ya məcusi olursa, bu iş onun ata-anasının tərəfindəndir.»[49]

Pisixoloqlar, insanın zatən və kəsbsiz olan meyllərini xatırlatmış və ondan "ali meyllər" ünvanı ilə ad aparmışlar. Deyirlər: İnsanın həqiqət axtarmaq meyli olduğu kimi, elm, hikmət və fəlsəfənin ardınca olmaq meyli də həmin meyldən sərçeşmə alır. Yə᾿ni, insanın zatən meyli var ki, həqiqəti və haqqı tanısın. Bu meyl, insanda uşaqlıq vaxtlarından başlayıb ömrünün sonuna qədər onda davam edir. Uşaqın hər şeylə maraqlanmaq hissi və ata-anasından müxtəlif suallar etməsi, həmin həqiqət axtarmaq hissindən qaynaqlanır.

O, əşyaların müxtəlif səbəblərə görə yaranması və yaradılışın sirrindən xəbərdar olmaq istəyir. İnsan, fəzilətlər və əxlaqi cəhətlərdən işlərə meyli olduğu kimi batində, zati cəhətdən yaxşılıq, ehsan və bir-birinə sədaqətdən ləzzət alır. Hər şəkildə olursa olsun, insanın gözəlliyə, gül-çiçək, çəmən, şəlalə və s. bəlkə də, bütün mə᾿nəvi, maddi və əxlaqi gözəlliklərə meyli vardır. Bu meyllərin heç birinin sübutunda dəlil və burhana ehtiyac yoxdur. İnsanın mütləq kamala çatmağa, elmə və hər şeyi yaradanın kim olmasına, bütün kamalların mənbəsinə və ona tərəf qayıdanlarının kim olmasına olan meyllərini də sübut etməkdən ötrü dəlilə ehtiyac yoxdur.

Qur᾿ani-kərim insanın zatən, Allahı axtarma hissinə malik olması barəsində buyurur:

«Haqqtələb olduğun halda, diqqətini Allahın fitri olaraq insanlara verdiyinə tərəf et. Bu elə bir şeydir ki, Allah sizi o xasiyyətdə yaratmışdır. Bəs bu fitrət və hissiyyata həmişə nəzər et. Bu Allahın yaradılışıdır və onda heç bir dəyişiklik yoxdur!»[50]

Bu ayədə, dini iki mə᾿nadan biri kimi qələmə vermək olar:

1. Dinin hökmlərinin və əsas qanunlarının insanın fitrət və hissiyyatı ilə müvafiq olması.

2. Allaha tərəf meyl etmək, Qur᾿anın «İslam» adlandırdığı, Allah müqabilində təslim və təvazökar olmaq haləti və hər nəyin bu vəsfi özündə cəm etməsi ilə müsəlman adlandırılması.

Beləliklə, belə bir nəticə almaq olar ki, dinin fitri olması bu mə᾿nadadır ki, hər kəsin zatında və xüsusiyyətində bir növ, Allaha tərəf meyl etmək və Onun əhkamları və əmrləri müqabilində sırf şəkildə təslim olmaq meyli vardır.

Əmirəl-mö᾿minin Əli (əleyhissalam), Nəhcül-bəlağədə fitri din barəsində belə buyurur:

«Allah-taala, Öz elçilərini insanların arasına dalbadal göndərir ki, fitrət əhdinə vəfa etməyi onlardan tələb etsinlər.»[51]

Başqa yerdə Həzrət buyurur:

«Tövhid (la ilahə illəllah) və ixlas kəlməsi, insanın fitrətində var!»[52]

İNSANIN MÜSİBƏTLİ HALDA ALLAHA PƏNAH APARMASI, ONUN FİTRİ OLMASINA DƏLİLDİR

Fitri məsələnin dəlilə ehtiyacı olmasını qeyd etdiyimizə baxmayaraq, bə᾿zən görürük ki, insan, vəzifə, məqama xatir öz mə᾿budundan qafil olduğuna görə bütünlüklə unutqanlığa düçar olduğu halda, hər hansı bir hadisə, qəflətən onu yuxudan ayıldır və onun öz diqqətinin mə᾿buduna cəlb olmasına səbəb olur. Bu halda insan, öz ehtiyac əlini Ona tərəf uzadır. Bununla da, başa düşür ki, bu iş insanın zatındadır. Lakin, qəflət və məqam tozu, müvəqqəti olaraq onun üstünü örtmüş və bu pərdə nə vaxt aradan getsə, insan Allahnı tanıyar. Məşhur hədislərdən birində oxuyuruq:

«Bir nəfər, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlir və Allahşünaslıq barəsində öz təəccübüdən söz açaraq, ərz edir ki: Mən, elm pəhləvanları ilə mübahisə etmişəm lakin, heç biri Allahı mənə sübut edə bilməyiblər. Həzrət onu, fitrət yolu ilə təəccübə gətirərək soruşur: Ey Allahın bəndəsi! İndiyə kimi gəmidə olmusanmı? Dənizdə səfərin olubmu? Cavab verir: Bəli!

Həzrət buyurur: Heç olubmu gəmi batmaq halında olsun və sən də axırda bir taxta parçasından tutub dalğalar arasında qalasan? Cavab verir: Bəli!

Həzrət buyurur: Quraqlıq gözünə dəyməyən vaxt və heç kimin səni xilsa edə bilməyəcəyini bilən halda, qəlbində səni bu haldan hansısa bir qüdrətin nicat verə biləcəyi barədə fikirləşmisənmi? Cavab verir: Bəli! Buyurur: O qüvvə, Allahdır! O şəxs, bununla da dinsizlikdən nicat tapır.[53]

İndi ki, Allaha tərəf meyl etməyin bəşərdə fitri olması sübut olundu və aydınlaşdı ki, bütün peyğəmbərlər insanların fitrətinin oyanmasından ötrü gəliblər, İmam Səccad (əleyhissalam)-ın ən böyük haqq hesab etdiyi "İbadət" barəsində bəhsə başlayırıq. O da Allaha ibadət etmək və şirkdən uzaq olmaqdır. Əvvəlcə, "ibadət" sözünün lüğətdə mə᾿nasını xülasə şəkildə araşdırıb daha sonra İslamda hansı əməllərin ibadət adlanmasından bəhs edəcəyik. Şirk nədir və hansı mərtəbələri var?

LÜĞƏTDƏ İBADƏT SÖZÜNÜN MƏ᾿NASI

Məşhur lüğətşünas Rağib İsfəhani, «ubudiyyət» və «əbd» sözünün mə᾿nası barəsində belə yazır:

"Ubudiyyət" (bəndəlik), insanın, Allah müqabilində özünü kiçik hesab etməsi və zillətdə olmasını bilməsidir.

Amma, «ibadət», daha geniş mə᾿naya malikdir. Çünki, ibadət, insanın nəhayət dərəcdə özünü kiçik hesab etməsi deməkdir. Bu cür ibadətə, hədsiz dərəcədə fəzilətlərə, bütün ne᾿mətlərə və cəmal-cəlal sifətlərinə malik olan layiqdir. O da yalnız, Allahdır. Ona görə də ibadət yalnız, Ona məxsudur.»

Bundan əlavə, Rağib əlavə edir: «İbadət iki növdür. Birinci ram olmaq ibadəti, o da budur ki, insan özünü Allaha itaətkar hesab etsin və bütün vücudunu Onun məxluqu bilsin.

İkinci qismi isə nitq və söz sahiblərinin ixtiyarında olan ibadətdir.

Qur᾿an surələrində, Allaha ibadət etməyi tövsiyə edən göstərişlər belə ibadət növündəndir. Belə ibadət, ixtiyari şəkildə insanın ixtiyari halda yerinə yetirdiyi ibadətdir.

"İtaət"lə "ibadətin" arasında fərq budur ki, ibadət yalnız, Allaha məxsusdur. Lakin, «itaət», həm Allaha, həmdə Ondan başqasına da aid olur. Məsələn, övladın valideyndən və qadının həyat yoldaşından itaətini qeyd etmək olar. Lakin, ibadət heç də belə deyil yalnız, Allaha məxsusdur.

QUR᾿ANDA «ƏBD» SÖZÜNÜN MƏ᾿NASI

«Əbd» sözü, Qur᾿anda iki mə᾿nada gəlmişdir.

Birinci, bəndə, qul və məmluk. Necə ki, Allah-taala buyurur:

«Öldürülənlərdə sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində.»[54]

Başqa surədə buyurur:

«Allah məsəl çəkdi, heç bir şeyə gücü çatmayan və özündən heç bir ixtiyarı olmayan qulu və məmluku.»[55]

Başqa bir ayədə yenə buyurur:

«Göylərdə və yerdə olan bütün məxluqatlardan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.»[56]

«Əqrəbül-məvarid» kitabında yazır:

«Əbd» (Allahın qulu), istər azad, istərsə də qul olsun, insan mə᾿nasındadır.

«Əbd» sözü, aşağıdakı ayələrdə, «abid», "Allaha ixlasla itaət edən”, “ibadət və itaət" mə᾿nasında gəlmişdir:

«Ey Nuhla birlikdə gəmilərinə mindirdiyimiz insanların nəsli! Bilin ki, həqiqətən Nuh şükür edən bir bəndə idi.»[57]

«Bəndəsini bir gecədə, Məscidül-həramdan Məscidül-əqsaya aparan Allah, pak və müqəddəsdir!»[58]

«Və bəndəmiz Əyyubu da yad et!»[59]

Bu ayədə «əbd» sözü, layiqli bəndə, Allaha ən yaxşı ibadət edən mə᾿nasında işlənilib. Nuh, Əyyub və İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allahın ən ləyaqətli bəndələrindəndirlir.

Allah barəsində iki növ ibadət var:

Birinci, halal və haram barəsində Allahın əmrlərindən itaət etmək. Bu ibadət, itaət və ya əmrə tabe olma adlanır. Necə ki, Allah-taala Qur`anda buyurur:

«Mənə ibadət et və Məni anmaq və zikr etmək üçün namaz qıl!»[60]

«Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım.»[61]

«İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edərlər. Əgər ona bir xeyir toxunsa, qəlbi onunla sakitləşər. Yox, əgər ona bəla, müsibət üz versə, küfrə qayıdar. Beləsi dünya və Axirətdə ziyana uğrayar. O açıq-aşkar bir ziyandır.»[62]

Çox güman ki, axırıncı bu iki ayədə, «əbd» sözü, itaətkar olmaq və əmrə əməl etmək mə᾿nasında yozulur.

İbadət sözünün başqa mə᾿nası, qarşı tərəfi müqəddəs bilməklə onun müqabilində zəlil halında qalmaqdır. Yə᾿ni, bəndənin, Allah-taalanın müqabilində son dərəcədə öz təvazökarlıq və zillətini izhar etməsidir. Eyni halda, Onu bütün nöqsanlardan pak və bütün kamal sifətlərinə malik olan kimi nəzərə alsın. Nəticədə, İslamda, «Allaha ibadət» deməyin mə᾿nası budur ki, bəşər, Allahdan qeyrisinin müqabilində bəndəlik və ibadət etməkdən çəkinməlidir. Xüsusilə, hakimlər, padşahlar, cabbar və zalimlər müqabilində bəndəlik etməkdən çəkinmək lazımdır. İslam buyurur: «Xeyir və ziyan Allahın əlindədir.» Dünyadakı qüdrətlərdən heç birisi, xeyir və zərər verməyə qadir deyillər. Allah Qur᾿anda buyurur:

«De ki: Allahı qoyub sizə nə bir zərər və nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?»[63]

«Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzinizi Allahdan diləyin.»[64]

«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Pərvərdigarınıza ibadət edin. Yaradılış Onun əlindədir.»[65]

İSLAMDA İBADƏTİN HƏDDİ

İslamda hansı şeylərin ibadət olunması sualının cavabında belə demək olar: İslam dinində ibadət, xüsusi bir əmələ deyilir. Bəlkə də ibadət, qədim bir ağaca bənzəyir ki, çoxlu qol-budaqları və kökləri vardır. Bir çox halətlər və məsəllər ibadət sayılır. Biz onlardan bə᾿zilərinə işarə edirik:

1. Şükr etmək (təşəkkür) ibadətdir. Qur᾿anın bir çox ayələrində şükr etmək ibadət sayılmışdır. Biz əvvəlcə, şükr etməyi tə᾿rif edəcək daha sonra isə şükrü ibadət kimi qələmə verən ayələrə işarə edəcəyik. Alimlər şükrün tə᾿rifində yazırlar: Şükr elə bir əməl və ya işdir ki, ne᾿mət verənin ne᾿mətinə görə onun müqabilindəki ehtiram və əzəmətindən xəbər verir. Bu ehtiram, həm dildə, həm əqidədə, həm də qəlbdə məhəbbət bəsləməklə ola bilər.

Şükr, ne᾿mətin öz yerində istifadə edilməsidir. Əgər insan hər bir ne᾿məti yerli yerində istifadə etsə və ondan bəhrələnsə, deməli o ne᾿mətin şükrünü yerinə yetirmişdir. Məsələn, göz ne᾿mətinin şükrü, İlahi nişanələri və mö`cüzələri görmək və onlardan ibrət götürməkdir. Qur᾿an buyurur:

«Ya Peyğəmbər! De ki: Bir görün göylərdə və yerdə [Allahın birliyini və qüdrətini sübut edən] nələr var!»[66]

Həzrət Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də, “Müttəqin" xütbəsində buyurur:

«Müttəqi şəxslər, öz nəzərlərini Allahın haram buyurduğu şeylərdən çəkər və qulaqlarını faydalı bilik və elmlərə vəqf edrərlər.»

Başqa yerdə, Həzrət buyurur:

«Hər bir ne᾿mətin şükrü, Allahın haram buyurduğu şeylərdən çəkinməkdir.»[67]

Beləliklə, insan ona verilmiş ne᾿mətlərdən günah yolunda istifadə etməməlidir.

TƏRBİYƏ VƏ RƏHBƏRLİKDƏ TƏŞƏKKÜRÜN TƏ᾿SİRİ

Bu gün alimlər, şükr və təşəkkür məsələsinə, tərbiyə və rəhbərlik cəhətdən nəzər salıb deyirlər: Müdir, yaxşı iş sahiblərində təşəkkür etməkdə ciddi və məs᾿uliyyətli olmalıdır. Çünki, əgər məs`ul şəxsin zəhmət və çalışmalarından təşəkkür olunmasa, meyilsizliyə və şəxsin öz işində səhlənkarlığa yol verməsinə səbəb olacaqdır. Əli (əleyhissalam), bu barədə buyurur:

«Ey Malik! Yaxşı iş sahibi ilə pis iş sahibi, sənin yanında bərabər olmalı deyillər. Çünki, bu bərabərçilik səbəb olar ki, yaxşı şəxslər yaxşılığa can atmaqdan çəkinsin və həmçinin, günahkarların öz günah işlərində cəsarət tapmaqlarına səbəb olsun.»[68]

Qur᾿ani-məcid bu barədə buyurur:

«Məgər biz müsəlmanları günahkarlar və cinayətkarlarla bir sırada qərar veririkmi? Siz bu barədə nə hökm edirsiniz?»[69]

Sual, inkari sualdır. Yə᾿ni, biz heç vaxt belə iş görmərik.

TƏŞƏKKÜR, ƏXLAQ ALİMLƏRİNİN NƏZƏRİNDƏ

Əxlaq alimləri deyirlər: «Şükrü üç şey təşkil edir: Birinci: Ne᾿mət və onu verəni tanımaq. İkinci, nəfsin xeyirxah şəxs müqabilində sevinclə birgə olan təvazökar haləti. Üçüncü, ne᾿mət verənin məqsədinə uyğun ne᾿məti istifadə etmək. Ne᾿mət tanımaq barəsində İmam Sadiq (əleyhissalam) buyurur:

«Allah hər kəsə ne᾿mət əta etsə və o da bu ne᾿məti qəlbdən tanısa, beləliklə, onun şükrünü yerinə yetirmişdir.»[70]

Başqa yerdə buyurur:

«Şükrün ən aşağı mərtəbəsi budur ki, insan, ne᾿mətin Allahdan olmasını bilsin!»[71]

İmam Əmirəl-mö᾿minin Əli (əleyhissalam) mə`rifətlə təcavüzün fərqi barəsində buyurur:

"Şəxsi, həddən artıq tə`rifləmək, təcavüz və Şeytani işdir. Tanınmış mö`min şəxsin tə`rifində səhlənkarlıq etməksə, şəxsin qüdrətsizliyi və paxıllığı üzündəndir! “[72]

Qeyd etdiyimiz kimi Allah, Onun ne᾿mətlərinə şükr etməyi ibadət sayır. Aşağıdakı ayələr bunu bəyan edir:

«Əgər Allaha ibadət etmək istəyirsinizsə, Onun ne᾿mətlərinin şükrünü edin.»[73]

«Yalnız Allaha ibadət et və şükr edənlərdən ol.»[74]

Bu iki ayədə Allah bildirir ki, şükr etmək ibadətdəndir. Böyük və şəxsiyyətli dindarlar, öz əməl və rəftarlarında belə olublar. Allah buyurur:

«Mərkəbə mindiyiniz zaman Rəbbinizin ne᾿mətini yada salaraq deyin: Bunları bizə ram edən Allah pak və müqəddəsdir. Bizim onlara gücümüz çatmazdı!»[75]

Həzrət Süleyman (əleyhissalam) Allahdan belə şükr etməyi ona qismət etməyi belə istəyir: «Pərvərdigara! Mənim özümə və ata-anama ehsan buyurduğun ne᾿mətə şükr etmək üçün tofiq ver!»[76]

RUZİ QAZANMAQ İBADƏTDİR

İslam dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal ne᾿mət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl açmasın. Qur᾿ani-Kərim bu barədə buyurur:

«[Cümə] namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!»[77]

"Allahın kərəmindən ruzi diləyin" ifadəsi çox vaxt Qur᾿anda, ruzi diləyib ticarət istəmək mə᾿nasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi, ruzi və ticarət onun nümunələrindən biridir.

Bə᾿ziləri bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra bazara baş çəkirdi.[78] Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət olduğunu bəyan edir:

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:

«İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»[79]

Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

«Hər kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna gələr!»[80]

İŞLƏYƏN VƏ ÇALIŞAN HALDA ÖLMƏK

Rəvayətlərdən birində, alicənab Məhəmməd ibni Əli, ibni Kuleyni, Əli ibni İbrahimdən, o da atasından və həmçinin, başqalarından Məhəmməd ibni İsmaildən, o da Fəzl ibni Şazandan, o da ibni Əbi Ümeyrdən, o da ibni Həccacdan o da İmam Sadiq (əleyhissalam)-dan nəql edir:

«Məhəmməd ibni Münkədir nəql edir: Zənn etməzdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam), Məhəmməd ibni Əli kimi oğlundan yaxşısını öz canişini tə᾿yin etsin. Bu fikirlə, günlərin birində qərara aldım ki, ona moizə edim və bu işi ona işarə edim. Lakin, o mənə nəsihət verdi. Məhəmməd ibni Münkədirin dostları ondan soruşdular ki, o, sənə nə nəsihət verdi?

Cavab verdi: İsti günlərin birində, gündüz günorta çağı Mədinənin ətrafındakı küçələri gəzirdim. İmam Baqir (əleyhissalam)-a rast gəldim. O, dolu və ağır bir şəxs idi. İki qara qulamla birlikdə işləməklə məşğul idilər. Öz-özümə fikirləşdim ki, Qüreyş tayfasının böyüklərindən biri, günün bu isti çağında dünya ardıncadır. Gedim ona moizə edim.

Yanına getdim və ona salam verdim. Alnından tər sel kimi axırdı. Ərz etdim: Qüreyşlərin böyüklərindən birinin günün bu istisində dünya dalınca olması necədir? Əgər bu halətdə əcəl tamam olsa, nə olar?

Həzrət cavabında buyurdu: "Əgər ruhu alan mələk, bu halətdə mənim sorağıma gəlsə, Allahın itaətində olmuş hesab olaram. Ailə uşaqımın dolanmasından ötrü işləyirəm. Əhaliyə əl açmaram. Mən qorxuram ki, ölüm mələyi mənim sorağıma gəldikdə, günah halında olmayım!" Dedim: Doğru deyirsən. Ey Peyğəmbərin övladı! Mən sizə nəsihət vermək istədim, amma siz mənə nəsihət verdiniz!»[81]

Bu şərif hədisdə İmam Baqir (əleyhissalam), yaşayış üçün çalışıb qazanmağı, Allaha itaət və ibadət hesab edir. Başqa rəvayətdə Müsab ibni Bəkr buyurur: Həzrət Əbül-Həsən Musa ibni Cə᾿fər (əleyhissalam) buyurdu:

«Hər kəs özü və övladlarından ötrü halal yolla ruzi ardınca olsa, Allah yolunda cihad edən bir əsgər kimidir.»[82]

ÇALIŞMAQ VƏ FƏALİYYƏTLƏ ALLAHDAN RUZİ İSTƏYİN

Məhəmməd ibni Əli ibni Hüseyn, Fəzl ibni Yəsardan nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim:

«Ey Peyğəmbər övladı! Mən iş və fəaliyyətdən əl çəkmişəm. Həzrət buyurdu: Belə iş görmə! Bəlkə də, dükanının qapısını aç, olanını ortaya qoy və Allah-taaladan ruzini dilə!»[83]

ZƏHMƏTKEŞ ABİDLƏR, İŞSİZ ABİDLƏRDƏN ÜSTÜNDÜR

Ruh ibni Əbdürrəhim, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «O həzrət, "O şəxslər ki, ticarət və alış-veriş, Allahı xatırlamağı onlara unutdurmur.»[84] - ayənin təfsirində buyurur:

«Onlar, hesab-kitab əhli idilər. Hər vaxt namazın vaxtını eşitsəydilər, ticarəti buraxıb namaza gedərdilər. Bunlar, mükafat cəhətdən də üstündürlər!»

Zəhmət və çalığşmağın, onun müqabilində mükafat üstünlüyünə və dəlalat edən belə rəvayətlər çoxdur. Bu barədə, həmin bir iki rəvayətlə kifayətlənirik. Hədəfimiz budur ki, anlaşılsın ki, İslamda, mö`minin işi ilə ibadəti arasında ziddiyyət yoxdur. İşləmək insanın dolanışacağından ötrü olarsa, ibadətdən də üstündür. Çünki, işsiz və fəaliyyətsiz ibadətin qiyməti olmaz. Əvvəlcə, insanın iqtisadi vəziyyəti yaxşı olmalıdır ki, ibadətlə məşğul ola bilsin və onu ixlasla yerinə yetirsin. Əmirəl-mö᾿minin Əli (əleyhissalam) buyurur:

«Torpağı və suyu olub, fərasətsizliyi üzündən iqtisadi əziyyəti fəqirliklə olanı, Allah Öz rəhmətindən uzaqlaşdırar.»[85]

Bir gün Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alehi və səlləm) hüzurunda, zöhd və təqvada üstün olan, oruc və namazla məşğul olan bir nəfərdən söz açılır, dedilər: Ya Rəsuləllah! Biz, ondan üstün abid tanımırıq!