A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


İmam Səccad (əleyhissalam) qonşunun haqqı barəsində buyurur: “Evinin dörd tərəfindən qırx ev o tərəfə qonşularındır. Onların haqqına riayət edib onlarla sülh və əmin-amanlıqda yaşamaqdan ötrü Allahdan fürsət dilə!"

33. YOLDAŞLIQ HAQQI

وَأما حَقُّ الصَّاحِب فَأَنْ تَصْحَبَهُ بالفَضلِ مَا وَجَدْتَ إلَيهِ سَبيلاً وإلا فَلا أَقَلَّ مِنَ الإنصَافِ، وَأَنْ تُكْرِمَهُ كَمَا يكْرِمُكَ، وَتحْفَظَهُ كَمَا يحْفَظُكَ، ولا يَسْبقَكَ فِيمَا بَينَكَ وبَينَهُ إلَى مكْرَمَةٍ، فَإنْ سَبَقَكَ كَافَأتَهُ. ولا تُقَصِّرَ بهِ عَمَّا يَسْتَحِقُّ مِنَ الْمَوَدَّةِ. تُلْزِمُ نفْسَكَ نصِيحَتَهُ وَحِيَاطَتَهُ وَمُعَاضَدتَهُ عَلَى طَاعَةِ رَبهِ وَمَعُونتَهُ عَلَى نَفْسِهِ فِيمَا لا يَهُمُّ بهِ مِنْ مَعْصِيةِ رَبهِ، ثُمَّ تَكُونُ [عَلَيْهِ] رَحْمَةً ولا تَكُونُ عَلَيهِ عَذَاباً. ولا قُوَّةَ إلا باللهِ.

“Yoldaşının haqqı odur ki, nə qədər mümkünsə, onunla bağışlayan və ehsanla yoldaşlıq et. Əgər mümkün deyilsə, ən azı onun haqqında insafa riayət et. Sənə ehtiram və hörmət etdiyi kimi sən də onun ehtiramını gözlə. Sənin abır-həyanı gözlədiyi kimi sən də onun abır-həyasını gözlə. Çalış ki, heç bir kəramətli işdə səndən qabağa düşməsin. Əgər səndən qabağa düşsə, xeyirli işlə əvəzini çıx. Nə qədər bacarırsansa, yoldaşlığınızı qoruyun. Özünə vacib bil ki, onu qoruyub pənahgahı olasan. Allah-taalaya itaətdə ona kömək ol. Günah iş görməsini qərara almasının qarşısını al. Ondan ötrü rəhmət qaynağı ol və ona əziyyət verən olma! Allahdan başqa heç bir güc-qüvvət yoxdur "

İmam Səccad (əleyhissalam)–ın bu bəhsdəki sözlərinin xülasəsi bunlardır:

Birinci: İmkan olan hala qədər yoldaşın barəsində mərhəmət edib, onunla yaxşı rəftar et və onun haqqında ən azı insafa riayət elə.

İkinci: O sənin ehtiramını gözlədiyi kimi səndə onun ehtiramını gözlə. Xeyir işlərdə səndən öndə getməsin. Əgər səndən qabağa düşüb sənə qarşı yaxşılıq etsə, səndə onun müqabilində yaxşılıqla əvəzini çıx.

Üçünci: Dostluqda, məhəbbətdə, nəsihətdə və Allaha itaət etməkdə əlindən gələni ona köməklik göstər.

Dördüncü: Həmişə onun günaha düşüb Allahın əmrindən çıxmasının qarşısını al və ona qarşı əziyyət yox, rəhmət ol!

Ərəbcə “söhbət" sözü, yoldaşlıq və həmişə bir yerdə olan yoldaşa deyilir. “Sahib" sözü də yoldaş mə`nasındadır. Məşhur lüğətçi Rağib İsfahani yazır: “Sahib" sözü, o yoldaşlığa deyilir ki, bir-birinin yanında çox olsunlar. Qur`anda buyurur:

“(Yusif dedi:) Ey mənim iki zindan yoldaşım! (sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı–ayrı tanrılar daha yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan bir Allah?"[691] Başqa ayədə buyurur:

“Allah Özünə nə yoldaş, nə də övlad götürmüşdür.”[692] Ayədə yoldaşdan məqsəd, zövcədir. Yenədə buyurur:

“Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır”[693] Ayədə məqsəd, İslam Peyğəmbəridir (səlləlləahu əleyhi və alehi və səlləm).

”Əshab" sözü, sahib sözünün cəmidir. Yoldaşlar və həmrahlar mə`nasındadır. “Əshab" sözü, Qur`anda yetmiş yeddi dəfə işlədilmişdir. Ən çox cənnət, nar və cəhim kəlmələrinə nisbət verilmişdir. Bə`zən də, “Əshabus-səbt”, “Əshabul-Mədyən”, “Əshabul-Kəhf”, “Əshabu-yəmən”, “Əshabul-qubur”, “Əshabul-fil" və sair mə`nalarına nisbət verilimşdir.[694]

İndi ki, aydın oldu, “sahib" sözü, yoldaş və dost mə`nasındadır, Yusif də zindanda yanında olanları “yoldaş"adlandırır, Qur`an, Peyğəmbəri insanların dostu adlandırır, deyə bilərik ki, “sahib" və ya “müsahib" o şəxsdir ki, insanın yol yoldaşı və həmkarı olsun. Bu yoldaşlıq, qısa müddətli və uzun müddətli ola bilər. Bu yoldaşlıq, insanda qarşı tərəfə görə haqq və hüquq icad edir. Hər bir şəxsin vəzifəsidir ki, bu hüquqlara riayət eləsin.

İNSANIN DOSTUNDAN XASİYYƏT GÖTÜRMƏSİ

İnsanın adi xüsusiyyətlərindən biridə, onun başqalarından tez xüsusiyyət qəbul etməsidir. İnsan həm özü xüsusiyyət qəbul edir, həm də öz xüsusiyyəti başqasına tə`sir edir. İnsanın şəxsiyətinin formalaşmasının yollarından biri də onun bu xüsusiyyətidir. Belə olduğuna görə müqəddəs Qur`an məntiqində insanlara xəbərdarlıq olunur və qiyamətdə insanın nadan və qafil dostlarından necə peşiman olduğu təcəssüm olunur. Həmin səbəbdən insan qiyamətdə arzu edir ki, ey kaş fılankəsi dost tutmayaydım! Lakin, bu əfsusluq onun halına heç bir tə`sir qoymur. Qur`ani-Kərim bu mövzuda buyurur:

O gün zalim əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim. And olsun ki, Qur`an mənə gəldikdən sonra məni ondan o azdırdı! Şeytan həmişə insanı xar edəndir!.“[695]

Bu ayələrdə, insanın qiyamət günündəki vəziyyəti bəyan olunur. O da insanın nadan dostuna görə qiyamətdə çəkdiyi həsrətdir. Ayədə “yəğuzzu" sözü, “ğəzzə" kökündən olub, dişləməyə deyilir. Adətən, bu ifadə, şiddətli təə`ssüflənən şəxs barəsində işlədilir. Məsəl var deyərlər: Fılankəs həsrət barmağını yeyir. Ərəbcə barmaq yerinə "əl" deyilir.

Oxuduğumuz ayələr Qiyamət səhnəsini canlandırır. Lakin, çoxları var ki, bu dünyanın özündə pis dost və yoldaşın əlindən fənaya uğramışdır.

RƏVAYƏTLƏRDƏ NADAN DOSTLAR BARƏSİNDƏ

İnsanın bu bəlalara mübtəla olmamasından ötrü rəvayətlərdə dostluğu qadağan olunmuş şəxslərə işarə edirik:

Həzrət Əli (əleyhissalam) pis dostun insana tə`siri barəsində buyurur:

“Şər insanlarla dostluqdan çəkinin! Çünki, insaının təbiəti özü də bilmədən, qarşı tərəfin pislik və çirkinliklərini oğurlayır. Sənin bu işdən xəbərin də olmur."[696]

Həmin mövzuda İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər kim özünə pis dost seçsə, onun pisliyindən özünün sağlam ruhiyyəsindən bir şey qalmaz.“[697]

Yenə də Həzrət buyurur: “Hər kim axmaqla dost olmaqdan çəkinməsə. onun axmaqcasına gördüyü işlərin tə`siri altına düşəcək və tezliklə xoşagəlməz əxlaqa malik olacaq."[698]

Belə yerində deyilmiş bəyanlardan istifadə olunur ki, insan, xasiyyət qəbul etmək xüsusiyyətinə görə başqalarının rəftar, hərəkət və davranışını özündə tez icad edir. Əgər insanın ətrafındakılar pis, axmaq və nadan şəxslər olarsa, istər istəməz onlarda olan davranışların şəraiti onda da vücuda gələcək. Bir də anlayacaq ki, o şeydən ki, qaçırdı ona mübtəla olub.

Həkimlər deyirlər: Bə`zi xəstəliklər var ki, keçicidirlər. Sağlam şəxs, belə xəstənin yanından keçən kimi ona mübtəla olur və başqasına keçirmək təhlükəsində qalır. Bunlar, cismdə olan xəstəliklərə məxsus deyildir. Bəlkədə, ruhi və rəvani xəstəliklər də vardır ki, başqalarına keçə bilərlər. Həzrət Əli (əleyhissalam)-ın buyurduğu cümlədə oxuyuruq:"Sənin təbiətin pislik və şər işi pis yoldaşdan oğurlayır." Buda həmin çirkin xüsusiyyətlərin insanın özünün də xəbəri olmadan dostundan ona sirayət etməsinə işarədir. İmam Sadiq (əleyhissalam) buyurduğuna diqqət etsək, oxuyuruq:

“Hər kim pislərlə dostluq etsə, onların pis xüsusiyyətlərinin özünə keçməsindən amanda deyildir. Yaxud, hər kim ağıldan kəm insanlarla yoldaşlıq etsə, özüdə bu xəstəliyə mübtəla olmaq yolunda qərar tutmuş və o vaxt ayılacaq ki, artıq dostunun pis xüsusiyyətlərindən yaxa qurtara bilmir!"

AXMAQ DOSTA TABE OLMĞIN NƏTİCƏSİ

Bir nəfərin evində su quyusuna ehtiyacı olur. Fəhlə çağırıb, evin içində bir quyu qazdırır. İş qurtaranda görür ki, evin içi torpaqla doludur. Təəccübdə qalıb nə edəcəyini bilmir. Axmaq bir dostu var idi. Onun yanına gedib ondan məsləhət istəyir. Dostu ona deyir: Fəhlənə de ki, evin başqa bir tərəfində, başqa bir quyu qazıb torpağı ora töksün. Kişi dostunun göstərişi üzrə əməl edir. Evin bir tərəfində başqa bir quyu qazdırıb, birinci quyunun torpağını ora tökür. Sonradan anlayır ki, ikinci quyunun torpağını nə edəcək? Yenə də dostunun məsləhətinə gəlir. O isə deyir: İndi də torpağı birinci quyuya töküb özünü bu işdən rahat et!

NADAN DARĞA İLƏ MƏSLƏHƏT!

Günlərin birində, bir kişinin inəyi başını bir qabın içinə salıb nə isə yemək istəyərkən başı ilişib qabın içində qalır. İnəyin sahibi nə qədər fikirləşirsə, bir çarə qıla bilmir. Naəlac qalıb kəndin darğasının yanına məsləhətə gedib müşkülü ona nəql edir. Darğa deyir: Özüm hadisə yerinə gedib baxmayınca bir söz deyə bilmərəm. İnəyin sahibi darğanı özü ilə hadisə yerinə aparır. Darğa səhnəni görcək deyir: İnəyin başını kəsin! İnəyin başını kəsirlər. Bu zaman baş qabın içinə düşür və çölə çıxara bilmirlər. Darğa deyir: İndiki, belədir qabı sındırıb başı çölə çıxarın. Axmaq darğanın fikrindən həm inəyin başı kəsildi, həm də qab sındırıldı. Axmaq dosta tabe olmağın nəticəsi budur.[699]

Həzrəti Süleyman peyğəmbərdən nəql olunur, buyurur:

“Dostlarına baxmamış, heç kimin barəsində qəzavət etməyin. Çünki, insan, dostları və yoldaşları vasitəsilə xüsusiyyətləşir."[700]

Həzrət Əli (əleyhissalam) buyurur:

“Bu altı sifətə malik şəxslərlə dostluq və yoldaşlıq etməyin faydası yoxdur:

1.Əgər sənə söz desə, yalan desin.

2.Əgər səndə ona söz desən, səni də yalançı sansın.

3.Sən onu əmin tənıyasan, o isə sənə xəyanət etsin.

4.Səni əmin tanıyan halda, sənə töhmət vura.

5.Əgər ona ne`mət versən, təşəkkür etmək fikrində olmasın.

6.Ne`mətə qarşı küfr etsin və sənə ne`mət versə, boynuna minnət qoysun.

Bəs belə şəxslərlə dostluq etmək lazım deyildir."[701]

BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN

İmam Baqir (əleyhissalam) buyurur: “Atam mənə vəsiyyət edib buyurdu: Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə yoldaşlıq və nə də dostluq edərək həmsöhbət olub yol getmə! Soruşdum: Sənə qurban olum atacan! O beş tayfa kimlərdir? Buyurdu:

Əvvəla, fasiq şəxslərlə yoldaşlıq etmə. Çünki, səni bir qarın yeməyə satacaq. Bəlkədə, ondanda aza satar. Soruşdum ki, ondan az nədir? Buyurdu: Səni bir loğmaya da satar. Lakin, istədiyinə çatmaz. İkinci dəstə kimlərdir? – deyə soruşdum. Buyurdu: Paxıl şəxslərlə yodaşlıq etmə. Çünki, onun malına şiddətli ehtiyacın olduğu halda, səni öz malından məhrum edər. Soruşdum: Üçüncü dəstə kimlərdir? Buyurdu: Çox yalançılarla yoldaşlıq etmə. Çünki, belə dost ilğım kimidir. Yaxın itaət yolunu sənə uzaq edər və yolu uzaq olan günahı sənə yaxınlaşdırar. Dördüncü tayfa kimlərdir? – deyə yenə soruşdum. Buyurdu: Nadanq və ağıldan kəm insanlarla yoldaşlıq etmə. Çünki, o, sənə xeyir vermək istədiyi halda zərər verər. Nəhayət soruşdum: Beşincilər kimdirlər? Buyurdu: Qohum-əqrabaları ilə əlaqəsini kəsənrlə də yoldaşlıq etmə. Çünki, mən , Qur`anda onların üç dəfə Allah-taala tərəfindən lə`nətləndiklərini görmüşəm.[702]

İmam Baqir (əleyhissalam) əvvəlcə bu bəyanda buyurur: Fasiqə yoldaşlıq etmə. “Fasiq" sözü lüğətdə, həddən xaric olmaq mə`nasındadır. Sözün kökü “fisq”-dir. Yə`ni, Allahın hökmünü görməməzliyə vurmaq, təcavüz və zülm etmək, xurmanın öz qabığından çölə çıxması, bəndənin Allahın əmrindən çıxması, əyyaşlıq və qeyrətsizlik mə`nalarında işlənilir. Fasiq şəxs, Allahın haram buyurduqlarından kənara çıxmışdır. Hər kimin haram buyurulanlara ehtiramı olmasa, heç kimə hətta, dostuna da məhəll qoymaz.

İkinci dəstə paxıllardır. “Boxl"sözü lüğətdə, xəsislik, əli bərk, az xərc edən, tamahkar, pulsevər və rüsvayçı mə`nalarında işlənilir. “Kəzzab"sözü də mübaliğə şəklində olub çox yalan danışana deyilir.[703]

İmam Səccad (əleyhissalam) buyurur: Qohum-əqrabasından üz döndərən, Qur`anda üç yerdə lə`nətlənmişdir. O üç yerə işarə edirik:

1.”Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaqdan başqa bir şey gözləmək olarmı? Onlar Allahın lə`nət elədiyi kar və gözlərini kor etdiyi kimsələrdir."[704]

Bu ayələr bir dəstə münafiqlər barəsində nazil olmuşdur. Allah-taala buyurur: Əgər müxalifət yolunu tutub Allahın əmrindən boyun qaçırsanız və Kitabdan (Qur`andan) üz döndərsəniz, yer üzündə fəsad törətmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən heç bir iş intizarında olmaq olarmı? Bu mə`na, o vaxt ələ gəlir ki, ayədəki “təvəlləytum"sözü, “təvəlla"kökündən olub, üz çevirmək mə`nasında olsun. Amma, əgər bu kəlmə, “vilayət"kökündən, yə`ni, hökumət mə`nasında olsa, müfəssirlərin əksəriyyəti ayəni belə mə`na edirlər: Əgər hökumət cilovu əllərinizə keçsə, fitnə-fəsad, qan tökmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən başqa bir iş intizarında olmaq olarmı?

2. “Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə`nətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.”[705]

Allah-taala bu ayədə, dünyanın e`tiqadı və əməli fəsadını üç cümlədə bəyan edir:

1.Allahın əhdlərini pozmaq. Bu da fitri, əqli və şər`i əhdlərə aiddir.

2.Əlaqələri kəsmək. İstər Allahla, istər İlahi rəhbərlərlə, istərsə də Allahın yaratdıqları məxluq və qohumları ilə olsun.

3.Yer üzün də fəsad törətmək.

3. “O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır! “[706]

Onların qohum-əqrəbəları ilə əlaqələrinin bərpasının əhəmiyyəti o dərəcədədir ki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

“Qohum-əqrəbalarla əlaqələrin bərpası şəhərləri abad edir və ömürləri uzadır. Bu işin sahibi xeyirxah olmasada belədir.”[707]

İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-IN YOLDAŞLIQ BARƏSİNDƏ CÜNADƏYƏ SÖZLƏRİ

İmam Həsən Müctəba (əleyhissalam) öz vəsiyyətində Cünadət ibni Üməyyəyə buyurur:

“Öz nəfsindən həmişə hesab apar. Əgər çətinliyə düşsən, kişilərlə yodaşlıq et. Bu xüsusiyyətltlərlə yoldaşlıq et: O kəslər ki, sənə zinət olsunlar. Hüzuruna gedərkən səni qəbul edib qorusun. Onun köməyinə ehtiyacın olsa, sənə kömək etsin. Ona söz deyərkən sözünü təsdiqləsin. Əgər onunla dostluq əhdi bağlasan, əhdində möhkəm olsun. Əgər əlini onun fəzilətinə tərəf uzatsan, əlindən tutsun. Əgər səndən abır-həyanın aradan getməsinə səbəb olası bir şey baş versə, onu gizlətsin. Əgər sənin tərəfindən yaxşılıq görsə, onu nəzərə alsın. Əgər ondan bir şey istəsən sənə versin. Əgər ruzigarın hadisələri ilə qarşılaşsan, səninlə bərabər və qardaş olsun!”[708]

Əmirəl-mö`minin Əli (əleyhissalam) alim və bilik sahibləri ilə oturub durmağı belə bəyan edir, buyurur:

“Yalnız sağlam düşüncəli, ağlı və Allahdan qorxan şəxslərlə yoldaşlıq et. Yalnız, öz nəfsini paklayan alimlərlə yoldaşlıq et. Sirrini yalnız, əhdinə əməl edən vəfadar mö`minə söylə! "

Həzrət buyurur: “Bilin! Alimlərlə oturub, onlara tabe olmaq elə bir işdir ki, ona görə insana mükafat verilər. Alimə tabe olmaq, ehsana çatıb, günahların aradan getməsinə səbəb olur. Həmçinin, bu əməl, mö`minin axirət azuqəsi, dünyada və ölüm anında şərəfidir.“[709]

34. ŞƏRİKİN HAQQI

وَأمّا حَقُّ الشَّرِيكِ، فَإنْ غَابَ كَفَيْتَهُ، وَإنْ حَضَرَ سَاويْتَهُ، ولا تَعْزِمْ عَلَى حُكْمِكَ دُونَ حُكْمِهِ، وَلا تَعمَلْ برَأْيكَ دُونَ مُناظَرَتهِ، وتَحْفَظُ عَلَيْهِ مَالَهُ وَتنْفِي عَنْهُ خِيَانتَهُ فِيمَا عَزَّ أَو هَانَ فَإنَّهُ بَلَغَنَا أَنَّ «يَدَ اللهِ عَلَى الشَّرِيكَيْنِ مَا لَمْ يَتَخاوَنا». ولا قُوَّةَ إلا باللهِ.

"Şərikin sənin boynunda haqqı odur ki, olmayan vaxta onun işlərinə yetişəsən. Əgər yanında olarsa, onunla birlikdə ol. Onun fikrini bilməmiş, öz qərar və fikrin əsasında nəticə alma. Onun malını ondan ötrü hifz et. Onun işlərinin az və ya çoxuna xəyanət etmə. Çünki, bizə çatıb ki, nə qədər ki, iki şərik bir-birinə xəyanət etməyiblər, Allahın əli onların üstündədir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur."

"Şirk, şirkət, müşarikət", hər üçü şərik olmaq mə`nasındadır. "İşrak“ da şərik etmək mə`nasındadır. Qur`nda, "Taha" surəsində oxuyuruq:

"Onunla (Harunla) arxamı möhkəmləndir. Onu işimə ortaq (şərik) et!"[710] Yə`ni, Musanın qadaşını, Fironu dinə də`vət etmək işinə şərik et.

Ortaq və ya şərik o kəsdir ki, bir şeydə və ya bir işdə başqası ilə ortaq olsun. Furqan surəsində oxuyuruq:

"O (özünə) heç bir övlad götürməmişdir. Mülkində heç bir şəriki yoxdur.[711]

Allahın, kainata hökumət və tədbirində heç bir şəriki yoxdur. Şərikdən məqsəd, müstəqil şərikdir. Yoxsa, kainatın tədbirindən ötrü çoxlu mələklər və qeyri-mələklər yaratmışdır.

"Şirk "addır. Yə`ni şirk əməli. Həmçinin, şərik və nəsib mə`nasındada gəlmişdir. Bə`ziləri: "Yoxsa onların göylərdə bir şəriki var?[712] –ayəsində, "şərik" sözünün, "nəsib və bəhrə" mə`nasında olduğunu iddia edirlər. Müşrik o kəsdir ki, Allaha şərik qərar verir.[713]

ŞƏR`İ CƏHƏTDƏN ŞİRKƏTƏ BAXIŞ

Şəriətdə "şirkət" yalnız, o hala deyilir ki, bütün sifətlərindən oxşar iki malı tamamilə qatışdırsınlar və hər bir şərikin o maldan istifadəsinə icazələri olsun.[714]

Bə`zi İslam alimləri şirkətin, ərəbcə və ya qeyri-ərəbcədə tələffüz olunmasını şərt bilirlər. Əqd vasitəsilə bir-birilə şirkəti olanlar, həddi buluğa yetmiş, aqil, qəsd və ixtiyarlı olmalıdırlar. Həmçinin, öz mallarından da istifadə etməyə icazələri də olmalıdır. Bəs səfeh şəxsin şirkəti düzgün deyildir.

Əllamə Hilli, özünün "Qəvaidul-Əhkam" kitabında yazır:

"Şirkət dörd qismdir: 1. Malların şirkəti. 2. Bədənlərin şirkəti. 3. Müfavəzə şirkəti. 4. Vucuh şirkəti. Birincidən başqa hamısı batildir." Beləliklə, şirkət yalnız, mallarda, o da şəriətin qoyduğu şəraitlə düzgündür.

ALVERDƏ ƏDƏB QAYDALARINA RİAYƏT

Müqəddəs İslam dinində, ticarət və müamilənin düzgün, faydalı və halal olmasından ötrü bir sıra göstərişləri vardır. Hamı onlara riayət etməlidir. Ona görə də "Vəsail-Şiə" kitabında, ticarətin ədəbləri haqqında xüsusi bəhs açılmışdır. Şirkət də alverdən sayıldığına görə bu barədə də qeyd olunmuşdur. Lakin şirkət, müştərək olduğuna görə bu ədəblərə hər iki tərəf riayət etməlidir. Bu rəvayətlərdən birində İmam Sadiq (əleyhissalam) buyurur:

"İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hər kim alver edirsə, beş göstərişə əməl etməlidir. Əgər riayət etməsə alver etməsin:

  1. Riba (sələm ) almaqdan çəkinsin
  2. Alverdə and içməsin.
  3. Malın eybini gizlətməsin.
  4. Satarkən malı tə`rifləməsin.
  5. Mal alarkən onu pisləməsin."

Başqa hədisdə, İbni Tavus özünün "İstixarat" kitabında Əhməd ibni Məhəmməd ibni Yəhyadan belə nəql edir: Bir dəstə dostlarla ticarət etmək qararına gəldik. Səfərə yola düşərkən qərara aldıq ki, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib Ona salam ərz edək və bu işdə ondan xeyir-dua istəyək. Sonra İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib məsələni həzrətə nəql etdik. İmam buyurdu:

"Sənə lazımdır ki, danışığında doğru olasan. Ticarətdə məlının eybini gizlətmə. Səndən mal alanı özü bilmədən aldatma. Çünki, alverdə aldatmaq haramdır. Özünə istədiyini başqalarına da istə. And içməkdən çəkin. Çünki, yalan and, insanı atəşə atır. Haqqa riayət edən tacirdan başqa bütün tacirlər ziyandadır. Nə vaxt ticarətə səfərə çıxmaq istəsən, dua et və Allahdan xeyir istə! Çünki, atam İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir ki, həzrət öz əshabına Qur`an tə`lim etdiyi kimi