A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Məkarimul-Əxlaq " kitabında bu cümlələr yazılıb:

“Məclis yoldaşının xətalarını unut, yaxşılıqlarını yadda saxla və qulağına yalnız yaxşı sözlər de! "

Beləliklə, səninlə bir yerdə oturub-duran dostunun hüquqları bunlardır:

1. Onunla yaxşı rəftar et.

2. Danışıqlarında onun barəsində insafa riayət et.

3. Danışanda hədəfin onu anlatmaq olsun.

4. Məclisdə oturmaq haqqına riayət et.

5. Əgər əvvəl özün onun yanına gəlimisənsə, ondan icazəsiz məclisi tərk etmə.

6. Xətalarını görməməzliyə vur.

7. Onun haqqında həmişə yaxşı fikirlər niyyətində olasan.

İmam Səccad (əleyhissalam) bu kitabda yoldaş, dost və məclis yoldaşının hüquqlarına işarə etmişdir. Əslində, ola bilsin, bu üç söz bir mə`naya işarə olsun. Lakin, bə`zi fərqlər var ki, dost və yoldaşın hüquqlarında onlara işarə olunacaq.

İNSAN İCTİMAİ MÖVCUDDUR

Bu bəhsdə, məclis yoldaşından məqsəd, həmişə bir məclisdə oturub və ya bir-biri ilə yoldaşlıq edənlərdirlər. Hər halda, insanın kiminləsə bir yerdə oturması, hüquq və haqqın olmasına səbəb olur. Ümumiyyətlə, bəşər övladı bütün ömrü boyu bir nəfər məclis yoldaşına, dosta və həmkara möhtacdır. Çünki, insanın ictimai yaşayış meyilli olması artıq bir həqiqətdir. İnsan tənhalıqdan əziyyət çəkir və qürbət hissi keçirir. Əksinə, yaxşı yoldaş və dostla olmaqından ruhlanır və xoşhal olur.

DOSTUN İNSANIN ŞƏXSİYYƏTİNDƏ ROLU

Hər bir insanın yoldaşı, dostu və həmkarının onun şəxsiyyətinin formalaşmasında, dünya və Axirətinə böyük tə`siri vardır. Yoldaşın mənfi yaxud, müsbət rəftarı insanın həyatının müxtəlif mərhələlərinədə öz əsərini qoyur. Bu tə`sir o dərəcədədir ki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) insanın şəxsiyyətinin me`yar və mizanını onun dostunun şəxsiyyəti ilə ölçür, buyurur: “Hər kəs öz dostunun yolunda və raftarında olar "[659]

İnsanın dost və yaxşı yoldaşının olmaması ondan ötrü böyük bir müsibətdir. Həzrət Əli (əleyhissalam) buyurur:

“Hər kim, Allaha görə dost tutduğu şəxsi əldən verərsə, bədəninin ən şərəfli əzasını əldən vermiş şəxs kimidir."[660]

İndiki, dostun insanın həyatında böyük rol oynamağı mə`lum oldu, onun seçilməsində çox diqqət olunmalıdır. Bununlada yaxşı dostun əldən verilməsinin qarşısı alınar.

LƏYAQƏTLİ DOSTUN SEÇİLMƏSİ

İmam Sadiq (əleyhissalam) dost seçmək barəsində buyurur: “Hər kim sənə qarşı üç dəfə qəzəblənsə və eyni halda sənin barəndə pis söz danışmasa belə şəxs dostluğa layiqdir. Onu özünə dost seç.”[661]

HƏMİŞƏKİ VƏ MÜVƏQQƏTİ DOSTLAR

Həzrət Əli ( əleyhissalam ) bu barədə buyurur:

“Hər kim, doğru imtahandan sonra birini özünə dost seçsə, bu dostluq möhkəm və məhəbbətləri çox olar.”[662]

Həzrət yenə bu mövzuda buyurur:

“Hər kim yoxlamadan başqası ilə dostluq peymanı bağlasa, məcbur olar ki, fasid və əşrar şəxslərə yoldaş olsun.”[663]

PİSLƏRLƏ OTURUB-DURMAĞIN TƏ`SİRİ

Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:

“Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

“Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçüncü: Dövlətlilərlə oturub-durmaq.”[664]

Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabında buyurduğunu oxuyuruq:

“Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis tə`sir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne` məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan ne`məti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz ne`mətindən qəflətdə qalar."[665]

Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

“Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, hər şeyi mal-dövlətdə görən sərvətli bir şəxs.”[666]

Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq, münasib deyildir.

Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmö`minin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur: “Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ gətirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların günahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs hər kimin işi sizə şübhəlidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən heç bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:

Hər kimin Allaha və qiyamət gününə imanı varsa, kafirlə qardaşlıq edib, günahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”[667]

BELƏ ŞƏXSLƏRLƏ OTURUB-DURUN

Həzrət Zeynəlabidin (əleyhissalam ) övladına belə buyurur:

“Din və bilik əhli ilə oturub-durun. Əgər onları tapa bilməsəniz, təklikdə qalın ki, sağlam qalasınız. Əgər əhali ilə oturmaqdan başqa çarəniz olmasa, pis söz danışmayıb, söyüş söyməyən mürüvvət əhli ilə bir məclisdə olun!."

İmam Sadiq (əleyhissalam )-dan nəql olunur, buyurur:

“Hər kim şəkk-şübhədə olan şəsxlə oturub-dursa, özüdə şəkk-şübhəli olar.“

ALİMLƏRLƏ OTURUB-DURMAQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Alimlər və bilik əhli ilə oturub-durun ki, sizi beş şeydən beş şeyə də`vət edərlər:

1.Sizi şəkk-şübhəli haldan çıxarıb yəqinliyə çatdırarlar.

2.Sizi işdə riyakarlıq və təkəbbür halından ixlaslı olmağa də`vət edər.

3.Dünyaya meyilli olub ona bel bağlamaqdan zöhd və pərhizkarlığa də`vət edər.

4.Təkəbbür və özünü öyməkdən təvazökarlıq və mülayimliyə də`vət edər.

5.Düşmənçilik və kinyəçilikdən dostluq və məhəbbətə də`vət edər."

Bu hədisdən alimlər və bilik əhli ilə oturub-durmağın böyük rolu və İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) bu barədə müsəlmanlara tövsiyə etməsinin səbəbi də aydın olur.

AĞILLI DOST VƏ YOLDAŞLA OTURUB DURMAĞIN TƏ`SİRİ

İmam Sadiq (əleyhissalam) buyurur: “Səmimi dostlar və qardaşlar üç dəstədirlər:

Birinci: O kimsələr ki, qida kimi həyatda zəruridirlər. İnsan bütün hallarda onlara möhtacdır. Onlar ağıllı dostlardır.

İkinci: O kəslər ki, vücudları xəstəlik və ağrı kimidir. Onlar axmaq dostlardır.

Üçüncü: O kəslər ki, vücudları şəfaverici olub, üfunətə qarşı olan dərman kimidir. Onlar, çox ağıllı dostlardır."[668]

XƏLİFƏ MÖ`TƏSİM, VƏZİRİN QONAĞLIĞINDA

Fəzl Mərvan Əbbasi vəzirlərindən biri idi. O, ləyaqət və xidmətinə görə bütün işçilərdən xəlifəyə yaxın olub onun yanında böyük məqama malik idi. Özünü camaatın gözündə xəlifənin yaxın adamlarından olduğunu göstərməkdən ötrü xəlifəni axşam üstü qonağlığa də`vət edir.xəlifəni yaxşı qəbul etməkdən ötrü evinə ən yaxşı xalçaları, parçaları və rəngarəng gülləri düzdürür. Çoxlu qızıl və gümüş qab-qaşıq alır. Ən yaxşı meyvə və şirniləri hazırlatdırır. Xəlifə gəlib otağa girərkən bu mənzərədən təəccübə gəlir və ürək ağrısı bəhanəsi ilə oranı tərk edir.

Vəzir bu gözlənilməz işdən nigaran olur. Təşkil etdiyi məclisin nəticəsini anlayıb səhfini düzəltmək fikrinə düşür. Artıq fikirləşməyə vaxt yox idi. O həssas anlarda yaxın ağıllı dostu İbrahimlə məsləhətləşib məsələni ona açır. İbrahim huşdarlıqda məşhur idi .Bir an fikirləşib vəzirə dedi: Sən xəlifədən ayrılma və müşayət ünvanı ilə onunla saraya gedib mənim məktubumu gözlə. Məktubum sənə yetişəndə onu xəlifənin hüzurunda ucadan oxu. Vəzir dostunun göstərişi üzrə yola düşür. Çox çəkmir ki, ona bir məktub gətirirlər. Məktubda yazılır: Cəvahir və xalçaların sahibləri gəliblər. Deyirlər ki, xəlifənin məclisi qurtardı, icazə verin mallarımızı aparaq. Mö`təsim məktub barəsində soruşur. Vəzir əhvalatı məktub üzrə ona nəql edir. Xəlifənin batini əqidəsi dəyişir. Anlayır ki, bunlar hamısı borc imiş. Nəticədə çox huşyar bir dostun köməyi ilə vəzir də nicat tapır.[669]

YAXŞI DOSTUN XÜSUSİYYƏTİ

İmam Sadiq (əleyhissalam ) buyurur:

“Dostluq və sədaqətin həddi-hüdudu var. Hər kimdə bu me`yar və xüsusiyyətlər varsa onu dostluqda sadiq sana bilərsən:

Zahiri və batini səninlə bir olsun.

1.Sənin abır-həyanı öz abır həyası bilsin.

2.Dünya malı və məqam onun sənə qarşı olan münasibətini dəyişməsin.

3.İxtiyarında olan güc və qüdrətdən səni məhrum etməsin.

4.Səni dünyada olan gözlənilməz hadisələrə qurban verməsin.”[670]

Bütün bunlar yaxşı yoldaşın xüsusiyyətləridir.Əgər tapsaq, yoldaş olağın!

PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALEHİ VƏ SƏLLƏM) QƏLBLƏRİ TƏMİZ YOXSULLARLA OTURUB-DURMASI

Qur`ani-Kərim buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.(nəfsini qoru) Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö`minlərdən) çevirmə. Qəlbini Bizi xatırlatmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə! “[671]

Bu ayədən mə`lum olur ki, insanların dəyəri məqam və mal-dövlət deyildir. Ayənin nazil olma səbəbində nəql olunur:

Bir dəstə təkəbbürlü sərvətlilər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək, Salman Abuzər, Süheyb və Xubab kimi imanlı yoxsul şəxslərin Həzrətin yanında oturmalarına işarə edib dedilər: Ya Məhəmməd! Əgər özün məclisin baş tərəfində oturub iyləri bizə əziyyət edən və libasları panbıqdan olan bu yoxsulları yanından uzaqlaşdırsan biz də sənə qoşulub sənin məclisində iştirak edərik. Bu zaman ayə nazil olur ki, ya Peyğəmbər! Onların aldadıcı sözlərinə uyma. Ya Peyğəmbər! Təkcə o kəslərlə oturub dur ki, yalnız Allahın pak zatını tələb etsinlər. Pis əməllərinin nəticəsində qəlblərini Məni yada salmaqdan qafil etdiklərimizlə oturma![672]

Yuxarıdakı ayə, yaşayış mühitində təbəqələşmə ruhiyyəsini aradan aparır və sərvətlilərlə yoxsullar arasında rabitə yaratmaq istəyir. Ayədə buyurur: Nəfsə pərəstiş və Allahdan qəflət olmaq arasında rabitə vardır. Hər kim nəfsinə pərəstiş edirsə, Allahdan qəflətdədir. Qafillərə öz məclisinə yol vermə. Əksinə, səhər-axşam Allaha pərəstiş edənlərə öz evində yer ver!

Necə ki, Allah-taala İslam Peyğəmbərinə (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Məclisində təqvalı və fəzilət sahibi olanlara yer ver. Onlara böyük ehtiram göstər. İmam Səccad (əleyhissalam) da yoldaşlıq barəsindəki bu bəhsində buyurur ki, yaxşı və saleh dostlara ehtiram göstərin. Onlarla ədəblə söhbət edin. Açıq ürəklə qarşılayıb, xudafizləşərkən ehtiramına tamamilə riayət edin.

32. QONŞUNUN HAQQI

وَأمّا حَقُّ الجَارِ فَحِفْظُهُ غَائِبًا وَكَرَامَتُهُ شَاهِدًا ونُصْرَتُهُ وَمَعُونتُهُ فِي الحَالَينِ جَمِيعاً لا تَتَّبعْ لَهُ عَوْرَةً ولا تَبحَثْ لَهُ عَنْ سَوْءَ[ةٍ] لِتَعْرِفَهَا، فَإنْ عَرَفْتَهَا مِنْهُ عَنْ غَيْرِ إرَادَةٍ مِنْكَ وَلا تَكَلُّفٍ كُنْتَ لِمَا عَلِمْتَ حِصْناً حَصِيناً وَسِتْرًا سَتِيرًا، لَوْ بَحَثتِ الأَسِنَّةُ عَنْهُ ضَمِيرًا لَمْ تَتَّصِلْ إلَيْه لانطِوَائِهِ عَلَيهِ. لا تَسْتَمِعْ عَلَيهِ مِنْ حَيْثُ لا يَعْلَمُ. لا تُسَلِّمْهُ عِنْدَ شَديدَةٍ، ولا تَحْسُدْهُ عِنْدَ نِعْمَةٍ. تُقِيلُ عَثْرَتهُ وتَغْفِرْ زَلَّتَهُ. ولا تَدَّخِرْ حِلْمَكَ عَنْهُ إذَا جَهِلَ عَلَيْكَ، ولا تَخرُجْ أَنْ تَكُونَ سُلَّمًا لَهُ. تَرُدُّ عَنهُ لِسَانَ الشَّتِيمَةِ، وَتُبْطِلُ فِيهِ كَيْدَ حَامِلِ النَّصِيحَةِ، وَتُعَاشِرَهُ مُعَاشَرَةً كَرِيمَةً. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ.

“Qonşunun haqqı budur ki, olmayan vaxtı onun abır-həyasını qoruyan, olarkən isə hörmətini saxlayan ol. Sirrini axtarmaq niyyətində olmayıb həmişə ona köməkçi ol. Pisliklərini görməməzliyə vur. Əgər qəsd üzündən olmadan onun pis işini bilsən, bildiyini möhkəm qala və nizə ilə də yırtılmayan pərdə içində saxla. Çünki, bu iş dolaşıq və gizlindir. Bilməsədə, onun zərərinə söz danışma. Çətin anlarda onu bada vermə. Qonşunda ne`mət görsən ona həsəd aparma. Xətalarından keçib günahlarını bağışla. Əgər sənə qarşı nadanlıq edərsə, səbrlə müqabilində dayan. Ona qarşı pis söz işlətmə. Əgər kimsə onunla pisləşsə qarşısını al. Onunla möhtərəmcəsinə rəftar et. Allahdan başqa heç bir güc-qüvvət yoxdur "

“CAR" (QONŞU) SÖZÜNÜN LÜĞƏTDƏ MƏ`NASI VƏ İSTİFADƏSİ

Ərəbcədən “car" sözü lüğətdə qonşu mə`nasındadır. Qur`anda Nisa surəsində, yaxın və uzaq qonşulardan ad aparılıb. Çünki, onlar bir-birlərinə yaxındırlar. Qonşulardan Qur`anda “qitə`un mütəcavirat" yə`ni, bir-birinə yaxın kəsiklər ünvanı ilə ad aparılıb.[673]

Yenədə Qur`anda pənah olmaq məsələsi barəsində buyurur:

“Əgər müşriklərdən kimsə səndən aman istəsə, ona aman ver."[674]

İcarə və isticarə sözləri, hər ikisi “car" kökündən olub, aman və pənah mə`nasında işlədilir. Sanki qonşu qonşunun pənah və amanındadır. Lüğət ustası Rağib yazır: Qonşunun haqqı ağılca və şəriətcə böyük olduğuna görə hər kimin boynunda böyük haqq olsa və ya başqasının haqqını böyük bilsə, ərəbcə ona "car" deyərlər. Məsələn, ayədə buyurur:

“Mən sizin aman yerinizəm və sizin haqqınızı böyük sanıram “[675]

Qeyd etdik ki Qur`ani-Kərimdə, yaxın və uzaq qonşulara aşkarcasına işarə olunmuşdur. İndi də Qur`nın bu barədə nəzərinə diqqət edək.

QUR`ANDA QONŞUNUN HÜQUQU

Nisa surəsində oxuyuruq: “Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! “[676]

Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.

Ayədə buyurur: “Yaxın qonşu“. Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bə`ziləri onları yaxınlıqda olan qohumlar kimi mə`na edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu mə`na uzaq nəzrə gəlir. Bəlkədə, ayədə yaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.

Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bə`zi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mə`nada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mə`nasına genişlik verməkdən ötrü “uzaq qonşu" adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər “uzaq qonşulardan “məqsəd qeyri-müsəlmanlar"olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayan qeyri müsəlmanlara da aiddir.

Qur`anın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), mə`sum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək

RƏVAYƏTLƏRDƏ QONŞULARIN HÜQUQLARI

Rəvayət kitablarında qonşunun ehtiramı və insanın həyatda əmin-amanlıqla yaşamasında onun rolu bizə bəyan olmuşdur. Əvvəlcə, “Müstədrəkül-Vəsail" kitabından, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunan geniş bir hədisə diqqət yetirək:

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Hər kim evinin qapısını, qonşusunun onun mal və namusuna əmin olmadığına xatir bağlasa, qonşusu mö`min deyildir. Peyğəmbərə dedilər: Ya Rəsuləllah! Qonşunun qonşusunun boynunda haqqı nədir? Buyurdu:

Qonşunun qonşusuna ən kiçik haqqı budur ki, əgər ondan borc istəsə, ona borc versin. Əgər kömək istəsə, ona kömək etsin. Bir şeyi istifadə edib qaytarmasını istəsə ona versin. Bəxşiş və hədiyyəyə ehtiyacı varsa, ondan əsirgəməsin. Əgər onu də`vət etsə, onu qəbul etsin. Xəstələnsə, onu yoxlasın. Dünyadan köçsə, dəfnində iştirak etsin. Qonşusuna xeyir və ne`mət çatsa, xoşhal olsun. Əgər ona müsübət baş versə, qəminə şərik olsun. Evini qonşusunun evindən uca tikməklə onun yaşayışına əziyyət etməsin. Ən mühüm budur ki, qonşunun qapısının havasının qarşısını alıb, onun evinə təmiz havanın getməsinin qarşısını almasın. Bazardan aldığı meyvə yaxud, başqa şeydən bilsə ki, qonşusunun yoxudur, ona da versin. Yaxud, aldığı şeyi, qonşunun uşaqlarının görüb dözə bilməyəcəklərini bilsə, üstü örtülü evə aparsın.

Sonra İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Sizə dediklərimi eşidin! Qonşuların haqqını əda edin! Allah-taala çoxlarına rəhmətini aid edər. Qonşular barəsində, mənə elə tövsiyə buyurmuşdu ki, güman edirdim ki, qonşu irs aparanlardan biridir. "[677]

Bu geniş həcmli hədisdə, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) başqa mövzulardan mühüm olan üç məsələyə toxunmuşdur:

Birinci: Qonşunun mal və abır-həyasının əhəmiyyəti. Ümumiyyətlə, hər bir insanın evi, əmin-amanlıq yeri sayılır. Əgər bu məhəl əmniyyətini itirsə demək olar ki, insan ən əmin yerini əldən vermişdir. Bu aramlıq hər bir insanın həyatda olan ən böyük haqqı sayılır və heç kimin onu pozmağa ixtiyarı yoxdur. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər qonşu elə öz yaşayış tərzi ilə qonşusunun əmin-amanlığına təhlükə törətsə, belə şəxs mö`min və ləyaqətli insanlar sırısından kənardadır. Ona görə də sual soruşan, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: Qonşunun qonşusunun boynunda haqqı nədir? Bu vaxt İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun hüquqlarnı necə lazımdırsa bəyan edir.

İkinci: Evlərinizi hündür tikməklə qonşulara əziyyət verməyin. Bildiyimiz kimi İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) peyğəmbərliyi dövründə uca binalardan xəbər yox idi. Ən azı, Hicaz və Məkkədə belə binalar yox idi. Lakin, Peyğəmbərin gətirdiyi din və tə`limlər bütün zamanalara aiddir. O səbəbdən, bəsirət gözü ilə uzaqgörənlik edib, qonşuların evlərindən uca evlər tikib onlara çatan havanın və yollarnın qarşısını almağı nəhy buyurmuşdur. Bu da, İslam dininin qanunlarının ümumi olmasının sirlərindən biri olub, bu dinin son haqq din olmasına dəlildir.

Bu günkü yaşayışın ən böyük müşküllərindən biri həmin, məskən və yaşayış yerini tapmaqdır. Bu müşkül təkcə bizim ölkənin yox, bəlkədə bütün dünyanın müşkülünə çevrilib. Təxminən, demək olar ki, bu müşkül, bu gün həll olunmaz bir məsələyə çevrilib. Qərb mədəniyyəti uca binalarda yaşamaq yolunu seçib və onun da acı nəticələrini dadıblar.

Üçüncü: Qonşu özünə aldığından, əgər qonşusunda olmasa ona da verməlidir. Xüsusilə, kiçik uşaqları bu məsələdə daha çox nəzərə almaq lazımdır. Əgər aldığından bir şey vermək istəməsə, yaxud imkanı olmasa, aldığı şeyi üstüörtülü evinə aparmalıdır ki, qonşusu görməsin. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər açıq qəlbli olmasanız qonşunuza olan ne`mətə dözə bilməzsiniz. Bu da, İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun haqqı barəsində tövsiyə etdiyi mühüm bir psixoloji məsələdir.

QONŞUYA ƏZİYYƏT HARAMDIR

İmam Sadiq (əleyhissalam) buyurur: “Hər kim qonuşsunun əziyyət çəkməsinə səbəb olsa, Allah dərgahında məl`un və tərk olunmuşdur."[678]

Əksinə, qonşunun sevindirilməsi günahların bağışlandırılmasına səbəb olur. İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Hər kim dünyadan köçsə və üç qonşusu ondan razı olsa, Allahın rəhmət və bağışlamağına aid olar.[679]"

Yenə də İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Allaha və qiyamət gününə inanan, qonşusuna əziyyət etməz."[680]

Başqa hədisdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Qonşunun qonşuya ehtiramı, övladın anaya qarşı olan ehtiramı kimidir. Sözsüz, riayət olunmalıdır[681]

QONŞUDAN ŞİKAYƏT

İmam Sadiq (əleyhissalam) buyurur: “Bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) yanına gəlib qonşusundan şikayətlənir. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) üzünü ondan çevirir. Ərəb yenidən gəlib şikayətlənir. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a, Salmana və Miqdada buyurur: Gedin car çəkin ki, Allahın və mələklərin lə`nəti o şəxsə olsun ki, qonşusuna əziyyət edir."[682]

QONŞULARLA XOŞRƏFTARLIQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Yaxşılıq etmək və yaxşı qonşu olmaq, ruzini artırar və şəhərlərin abadlaşmasına səbəb olar.“[683]

“Fiqhur-Rza" kitabında İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur: “Qonşularına, yoldaşlarına və oturub-durduğun şəxslərə qarşı yaxşı rəftar et. Çünki, Allah-taala, qonşun barəsində səndən sual edəcək. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Allah-taala qonşular barəsində mənə elə sifariş buyurmuşdur ki, güman edirdim ki, qonşum məndən irs aparacaq.“[684]

QONŞULARINIZDAN MÜĞAYƏT OLUN!

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Kənarında qonşusu ac olan halda, özü qarnı dolu yatan kəs mö`min deyil!“[685]

Başqa hədisdə buyurur: “Qonşusunun acından qarnı burulan halda, özü tox yatan kimsə, mənə iman gətirməmişdir. Qonşusu çılpaq olan halda, özü geyimli olan kimsə də mənə iman gətirməmişdir.”[686]

Həzrət Əli (əleyhissalam) öz nümayəndəsi Osm`an ibni Hənifə məktub yazarkən belə buyurur:

“Məgər mən o halda tox olum ki, ətrafımda qarınları boş, qəlbləri və cigərləri teşnə olanlar olsunlar? “[687]

PİS QONŞU

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Pis qonşudan Allaha pənah aparıram. Evində oturub gözləri ilə sənə baxır, qəlbi ilə səni izləyir. Əgər bir şey baş versə və səni xeyirdə görsə, narahat olar. Əgər sənə giriftarçılıq və bəla üz versə, xoşhal olar.”[688]

EV ALMAMIŞDAN ƏVVƏL QONŞUDAN XƏBƏR TUTMAQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Ev və məskən almamışdan əvvəl, qonşusunda olanlar barəsində soruşun. Yol getməzdən yol yoldaşınızı tə`yin edin.[689]"

QONŞULUĞUN HƏDDİ

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:



Geri   İrəli
Go to TOP