A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bə`ziləri dəf çalmağı məsləhət bilirlər. Həzrət buyurur: Bu da, rumluların işidir. Bə`ziləri atəş yandırmağı təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Bu da məcuslara aiddir. Bə`ziləri bayraq qaldırmağı məsləhət bilirlər. Həzrət susur. Nəhayət, onların müəyyən bir mövzuda ittifaqı olmur. Bu zaman Cəbrail nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-ın evində idi. Azan hökümünü müsəlmanlara xəbər verirlər.

"Şeyx Səduq" özünün, "Mən la yəhzurul fəqih" kitabında nəql edir: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

"Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olanda, Həzrət Əli (əleyhissalam) evində yatmışdı. Cəbrail, azan və iqamə dedi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əli can! Eşitdin? Ərz etdi! Bəli! Ya Rəsulallah! Buyurdu: Hifz etdin? Həzrət Əli (əleyhissalam): Bəli! Ya Rəsulallah! Buyurdu: Bəs, Bilala öyrət! Həzrət azanı Bilala öyrətdi.

AZANIN ŞƏR`İ HÖKÜMÜ

Kişi və qadına müstəhəbdir ki, gündəlik namazdan əvvəl, azan və iqamə desinlər. Məşhur fəqihlər, mütləq şəkildə azan və iqamənin deyilməsinə və savabının çox olmasına tə`kid edirlər. Bə`zi kitablarda, o cümlədən "Cüməl", "Məqnə" "Nihayə", "Məhsub Vəsilə", "Mühəzzəb" və "Əhkamun-nisa" kimi kitabın müəllifləri camaat namazında, kişilərə azanın vacib olmasını bildirirlər.

Aşağadakı hallarda azanın saqit olması, alimlər arasında məşhurdur:

Birinci: Cümə günü, cümə namazı qılarkən yaxud, zöhr namazını qılarkən.

İkinci: Ərəfə günü, əgər əsr namazı zöhrlə birlikdə qılınsa, azan saqitdir.

Üçüncü: Qurban bayramı gecəsində, məş`rul həramda olub, işa namazını məğrib namazı ilə birlikdə qılan vaxt.

Dördüncü: İstihazə qadının əsr və işa namazında o vaxt saqit olur ki, bu namazları dərhal, zöhr və məğrib namazından sonra qılsın.

Beşinci: Özünü bol və ğaitin xaric olmasınından saxlaya bilməyənin əsr və işa namazında.

Bu beş yerdə o vaxt azan saqit olur ki, bu namazları fasiləsiz əvvəlkindən sonra qılsınlar."[646]

Azan və iqamə demək şəraiti aşağıdaklardan ibarətdir.

Birinci: Niyyət. Azan və iqamədə axıra kimi niyyət olunmalıdır. Beləliklə, qəsd qürbətsiz deyilən azan və iqamə düzgün deyildir.

İkinci: İman. Azançı mö`min olmalıdır. İmam Sadiq (əleyhissalam)-dan bu barədə hədis var. Amma, həddi buluğa yetişmək azanda şərt deyildir. Xüsusi ilə əhaliyə e`lan olunan azanda, bu şərt deyildir. E`lan azanında kişinin olması şərtdir. Kişilərin də namazında, kişi azançı olması şərtdir.

Üçüncü: Azanla iqamə arasında tərtib gözlənilməlidir.

Dördüncü: Azan və iqamənin cümlələri arasında ardıcıllığı gözləmək.

Beşinci: Ərəbcə səhih oxumaq.

Alimlər, azan və iqamənin müstəhəb əməllərini də zikr etmişlər. Onlardan:

Birinci: Müstəhəbdir ki, təzə doğulmuş uşağın sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.

İkinci: Biyabanda, cin və başqa şeydən dəhşətə gələn anda azan demək savabdır.

Üçüncü: Qırx gün ət yeməyənin qulağına azan demək müstəhəbdir.[647]

Bura kimi şiə alimlərinin, azan və iqamənin deyilməsini tə`kidini haqqında bəhs etdik. İndi də sünnü alimlərinin bu barədəki nəzərinə işarə edək.

Sünnü alimlərindən, Maliki, Əbu Hənifə, Şafei, azan və iqamənin deyilməsinin müstəhəb olmasında şiə alimləri ilə müvafiqdirlər.

Onlar da deyirlər ki, azan və iqamə bütün namazlarda, vətəndə, səfərdə, camaat və tək namazda, vacib yox, müstəhəbdir. Amma, Əhməd İbni Hənbəli, azan və iqamənin kifayi vacib[648] olmasını bildirir. Şafei və Malikinin də əshabı bu nəzərdə idilər.[649]

AZANIN SÖZÜNDƏ İXTİLAF

Şiələr mötəqiddirlər ki, "Həyyə əlal-fəlah", iki dəfə deyilməlidir. Həmçinin, "Həyyə əla xeyril-əməl" də, iki dəfə deyilməlidir. Lakin, əhli-sünni mötəqiddirlər ki, bu sözlərin yerinə: "Əssəlatu xeyrün minən-növm" deyilsin. Amma, ixtilafın haradan başlanması barəsində şiələr mö`təqiddirlər ki: "Həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə tə`yin olunmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm), Əhli-beyt (əleyhissalam) və mə`sum İmamlar (əleyhissalam) hamısı tarix boyu, "Həyyə əla xeyril-əməl" cümləsini demişdirlər.

Həzrət Əli (əleyhissalam)-dan nəql olunur ki, buyurur: "İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) eşitdim ki, buyurur:

Sizlərin ən yaxşı əməli namazdır. Bilala buyurur ki, namazda "həyyə əla xeyril-əməl" desin"!

Amma, sünnü alimləri mö`təqiddirlər ki, "həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olub və Həzrət onu deyib. Lakin, sonradan Ömər ibni Xəttab göstəriş verir ki, "həyyə əla xeyril-əməl" cümləsini, "Əssalatu xeyrun minə-novm" cümləsi ilə əvəz etsinlər.

Sə`dəddin Təftəzani "Şərh-Üzəd" kitabının haşiyəsində Ömərdən nəql edir:

"Ömər dedi: Üç şey var ki, İslam Peyğəmbərinin dövründə var idi, amma mən onu haram edirəm və sizi bu işi görməkdən çikindirirəm. Biri "həcc təməttö", ikinci, "müt`ə" (siğə), üçüncü, azanda "həyyə əla xeyrül-əməl" deməkdir."

Məşhur İslam alimi Quşçu özünün "Şərh-Təcrid" kitabının "İmamaət" bəhsinin sonunda qeyd olunan hədisi nəql edir və Ömərin bu sözləri deməsini də nəql edir: Hər kim bu üç əməli yerinə yetirsə, onu cəzalandıracağam!" - Alim yazır: Mən bilmirəm, Ömər hansı sənədə və dəlilə əsasən, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olan bu üç əməli ləğv etməyi iddia edir? Görəsən, İlahi hökmlərə dəxalət edib, dəyişməkdə özünü haqlı bilirmi? Onun bu işə şər`i icazəsi varmı? Bu sualın cavabını, həmin əqidəyə mö`təqid olanlar verməlidirlər!

AZANIN SÖZLƏRİ

"Vəsail-Şiə" kitabında nəql olunmuş çoxlu rəvayətlərdə azanın sözləri aşağıdakılar kimi qeyd olunmuşdur:

1. Alahu Əkbər. 4-dəfə.

2. Əşhədu ən-la İlahə iləlləllah. 2-dəfə.

3. Əşhədu ənnə Məhəmmədən Rəsulullah. 2-dəfə.

4. Həyyə əlas-səlah. 2-dəfə.

5. Həyyə ələl-fəlah. 2-dəfə.

6. Həyyə əla xeyril-əməl. 2-dəfə.

7. Allahu- Əkbər. 2-dəfə.

8. La ilahə illəllah. 2-dəfə.

Ancaq, azanın, "Əşhədu ənnə Əliyyən vəliyyullah" cümləsi, azanın əsl tərkib hissəsi olmayıb, azanda deymilməsi savabdır. Hədislərdə bu cümlənin də deyilməsinə tə`kid olunmuşdur.

İMAM RZA (ƏLEYHİSSALAM), AZANIN HİKMƏTİ BARƏSİNDƏ

Şeyx Səduq İmam Rza (əleyhissalam)-dan nəql edir ki, Həzrət buyurur:

"Həqiqətən, müsəlmanlar bir neçə səbəbə görə azana əmr olunmuşdular. O onlardan, namazı unudanlara xatırlatmaq, qafilləri agah etmək, namazın vaxtını bilməyənlərə xəbərdarlıqdır. Həmçinin, azançı öz azanı ilə insanları Allahın ibadətinə də`vət edir. Onları namaza meyilli edib, Allahın təklifinə iqrar etdirir. İman və İslamını aşikar e`lan edib, unudanlara xatırladır.

Azançıya, namazı e`lan etdiyinə görə azançı deyirlər. Azan, təkbirlə (Allahu Əkbər) başlayıb, la ilahə illəllah deməklə qurtarır. Çünki, Allah-taala Öz adını əvvəldə və sonda, La ilahə illəllah deməyi sevir. İki dəfə təkrar edir ki, eşidənə tə`sir etsin. Əgər birinci cümləni deməklə qafil ayılmasa, ikinci cümlə ilə özünə gələr. İmanın əsli şəhadəti deməkdir. Beləliklə, şəhadəti demək iki dəfə qərara alınmışdır. Necə ki, başqa hüquqlarda da, iki şahid tutulur. Bəndə, Allahın təkliyinə və Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) risalətinə iqrar etdikdə, imanın bütün rükununa iqrar etmiş olur. Çünki, imanın əsası, Allaha və Peyğəmbərinə iqrar etməkdir. Şəhadət verdikdən sonra namaza də`vət edir. Çünki, azan əsasən, namaza də`vətdən ötrü tə`yin olunmuşdur. Bu da, azanın sözləri arasında namaza olan nidadır. Daha sonra nicat və hidayət olunmağa də`vət olunur. Sonra "Həyyə əla xeyril-əməl"lə, ən yaxşı əmələ də`vət olunur. Nəhayət, azan sonda, Allahın adı ilə sona yetir.[650]

AZAN VERMƏYİN SAVABI

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kim müsəlman şəhərlərindən birində bir il azan versə, Behişt ona vacib olar!"[651]

Başqa yerdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur ki, buyurur:

"Behiştə daxil olacaq ilk şəxslərdən biri də, Bilaldır. Soruşdular: Nəyə görə? Həzrət buyurur: Çünki, ilk azaçı olub!"[652]

Başqa yerdə, yenə də İmam Baqir (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:

"Azan verən, qılıncını sıyırıb İslam düşmənləri ilə cihad edən kimidir!"

Həzrət Əli (əleyhissalam) buyurur:

"Qiyamət günü azan verənlər, uca boylu və boyunları yuxarı çəkilmiş halda gələrlər!"[653]

Şeyx Səduq öz kitablarından birində İslam Peyğəmbərindən (səllallahu əleyhi və alihi və səlləm) rəvayət nəql edir ki, Həzrət buyurur:

"Allaha görə azan verənə, Allah-taala qırx min şəhidin, qırx min saleh şəxsin savabını əta edər. Onun əli ilə ümmətimdən qırx min günahkar Behiştə daxil olar. Agah olun! Azançı Allahın təkliyinə şəhadət verərkən, yetmiş min məlaikə ona salam verər və ondan ötrü istiğfar edərlər. Qiyamət günü Allah-taala məxluqatın hesabını qurtarana kimi onlar, Allahın ərşi sayəsində olarlar. Azançının, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) risalətinə şəhadətinə xatir, qırx min mələk ona salam göndərir!" [654]

30. PİŞNAMAZIN HAQQI

وَأمّا حَقُّ إمَامِكَ فِي صَلاتِكَ فَأَنْ تَعلَمَ أنّهُ قَدْ تَقَلَّدَ السِّفَارَةَ فِيمَا بَيْنَكَ وبَيْنَ اللَّهِ وَالْوِفَادَةَ إلَى رَبكَ، وتَكَلَّمَ عَنْكَ وَلَمْ تَتَكَلَّمْ عَنْهُ، وَدعَا لَكَ وَلَمْ تَدْعُ لَهُ، وَطَلَبَ فِيكَ وَلَمْ تَطْلُبْ فِيهِ، وَكَفَاكَ هَمَّ الْمَقَامِ بَينَ يدي اللهِ وَالمُسَاءَلَةَ لَهُ فِيكَ وَلَمْ تَكْفِهِ ذَلِكَ، فَإنْ كَانَ فِي شَيْءٍ مِنْ ذَلِكَ تَقْصِيرٌ كَانَ بهِ دُونَكَ، وَإنْ كَانَ آثِماً لَمْ تَكُنْ شَرِيكَهُ فِيهِ وَلَمْ يَكُنْ لَهُ عَلَيكَ فَضلٌ، فَوقَى نَفْسَكَ بنَفْسهِ، وَوَقَى صلاتَكَ بصَلاتِهِ، فَتَشْكُرَ لَهُ عَلَى ذلِكَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

"Camaat namazında, sənin pişnamazının haqqı budur ki, biləsən, o, Allaha tərəf seyr etməyi Allahla sənin aranda öz öhdəsinə götürmüşdür. O, bu məqamda sənin tərfindən söz danışır və sən onun tərəfindən danışmırsan. O səndən ötrü dua edir, amma sən ondan ötrü dua etmirsən. O səndən ötrü Allahdan istəyir, amma sən ondan ötrü istəmirsən. Allah-taalanın dərgahında dayanmaq və sənin tərəfidən istəmək kimi əhəmiyyətli və məs`uliyyətli bir işi öz öhdəsinə almışdır. Sən isə ona görə bir şeylə kifayətlənməyib, öhdənə bir şey almırsan. Əgər bu işdə bir eyb qarşıya çıxsa, sən yox, o cavabdehdir. O, özünü sənə, namazını isə sənin namazına sipər qərar verib. Bəs buna görə də, ona təşəkkür etməlisən. Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissalam)-ın buyurduqlarının xülasəsi budur:

Namaz qılan bilməlidir ki, pişnamaz, Allahla onun arasında vasitə olub, onun tərəfindən söz danışır, dua edir və dua məqamında onun tərəfindən təvazökarlıq və razi-niyaza dözür. Əgər onun namazında qüsur və naqislik olarsa, imam camaat cavab verər, günahında da, heç kəs şərik deyildir.

Pişnamazın, arxasında durub namaz qılanın heç bir üstünlüyü yoxdur, bəlkə də, pişnamaz, Allah dərgahında sənin namazını qoruyandır.

Bu fəsildə bəhs, namazın əslindən yox, pişnamazdan gedir. Mehrabda duran pişnamaz, bütün namaz qılanları Şeytanla döyüşə və mübarizəyə cəm etmişdir. Həmçinin, pişnamaz, bütün namaz qılanları, Allahın feyz və rəhmətini qazanmağın qaynağına cəlb etmiş, qəlb karivanını Allaha tərəf çəkib, onların hamısının tərəfindən ən nəhayət təvazökarlıq və pişnamazlığı ilə dövlətli və kasıbı bir yerə cəm etmişdir. Padşah-rəiyyət, ağ-qara, alim-cahil, dövlətli-kasıb, hamısını bir sıraya düzüb, təkəbbürü aradan aparmışdır.

CAMAAT NAMAZININ HİKMƏT VƏ TƏ`SİRLƏRİ

Allah-taala, insanların kamal yolunu seyr edib, mö`minlərin ibadətin bərəkət və tə`sirlərindən bəhrələnmələrindən ötrü bə`zi ibadətləri birlikdə və xüsusi vaxtda qərar vermişdir. Camaat namazının tə`sirləri aşağadakılardan ibarətdir:

Birinci: Hamının namazda eyni halda rukuya, səcdəyə gedib təşəhhüdü demsilə, Allah-taalanın əzəmət və camalının insanların qəlbinə nüfuzu.

İkinci: Müsəlmanların camaat namazı vasitəsilə şövkət və əzəmətlərin cilvələnməsi.

Üçüncü:Bir sıra işlərin nəzmini tanıyıb pişnamaza iqtida etməklə, işlərin yola düşməsi.

Dördüncü: Beş vaxt camaat namazının vasitəsilə ictimai bağlılıq, ülfət və qardaşlığın vücuda gəlməsi.

Beşinci: Camaat namazı qılınması sayəsində, namaz qılanların bir-birinə şəhadət vermələri və alış verişdə inanıb e`timad etmələri.

Altıncı: Camaat namazının ilk vaxda bərpa olunmasına görə Allaha yaxın olub, duaların qəbul olunması.

Yeddinci: Camaat namazında insan bütün maddi aləmə olan meyillərindən ayrılıb, "Təkbiratul-ehram" deməklə, Allahdan başqa hər şeyi arxada qoyub, yalnız, Allaha təvəccö etməsi.

Səkkizinci: Camaat namazları səbəb olur ki, məscid və ibadətgahlar düzəldilsin. Bu da, həm zahiri, həm də batini düzəlişdir.

Doqquzuncu: Namaz qılanların bir-birindən xəbərdar olması, camaat namazı sayəsində qardaşlıq və ülfətin möhkəmlənməsi.

Onuncu: Müxtəlif şəxslərin bir yerə toplanması, kasıb-dövlətli, qara-ağ, ağa-nökər, alim-cahil hamısı bir sırada dururlar. Camaat namazı, insanlar arasında millətçilik və ayrı-seçkiliyi aradan qaldıran ən yaxşı amildir.

Ayrı-seçkilik və ictimai təbəqələşmə, camaat namazında iştirak etməklə aradan qalxır. Müsəlmanları camaat namazına rəğbətləndirən rəvayətlər arasında bu, tə`sirlərin çoxusu açılıb şərh edilmişdir. Bu rəvayətlərdən bə`zilərini nəql etməklə, camaat namazının savabı ilə tanış olaq.

CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR

İmam Rza (əleyhisalam)-dan nəql olunur ki, buyurur:“ Camaat namazı o, cəhətdən şəriətdə tə`yin olunub ki, bəndələrin Allah müqabilində ixlası və təslim olması yalnız, pərdəsiz və aşkarda ibadəti ilə təhəqqüq tapır. Bu işin cəmiyyət içində baş verməsi, şərq və qərbdə insanların yalnız, tək Allahları olmasına dəlalətdir. Münafiq və xar olunmuş, dili ilə iqrar etdiyini aşikarda yerinə yetirsin və bununlada, onların İslamda olmaları aşkar olsun. Bunlardan əlavə, camaat namazında insanların bir-birinin əlindən tutub köməklik göstərmələri, Allaha pərəstiş və dostluq asanlaşır. Camaat namazı, Allahın nəhy buyurduğu bir çox şeylərdən çəkinilməsinə səbəb olur."

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) camaat namazının fəziləti barəsində buyurur:

"İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Hər kəs gündəlik namazlarını camaatla qılsa, onun barəsində xeyirə fikirləşin. “

Bu həmin məsələdir ki, əvvəlcədən işarə etmişdik. O da namaz qılanların bir-birinə e`timad etmələridir. Əvvəlki rəvayətdə İmam Rza (əleyhissalam) buyurur: Ümumiyyətlə, Allah-taala, camaat namazının şəriətdə tə`yin edib ki, bəndəlik və Allaha ibadət insanların gözü önündə aşkarda keçirilsin. Dünyanın şərq və qərbində hamı bu İlahi fərizəni dərk etsinlər.

Həmçinin, İmam (əleyhissalam) həmkarlıq və köməkliyə işarə edərək, buyurur: Camaat namazının bərəkətlərindən biri də, cəmiyyətdə pis və bəyənilməmiş işlərin qarşısı alınır, insanlar arasında yaxşı işlər artır.

Məşhur İslam alimi Hacı mirzə Cavad Mələki Təbrizinin "Əsrarus-salat" kitabından

Camaat namazının şəriətdə tə`yin olunmasının əsas hikməti, Allah qarşısında vəzifələrini yerinə yetirməkdə müsəlmanların birliyinin olmasıdır. Bu birliyin hədsiz dərəcədə faydaları vardır. Bundan əlavə, camaat namazının, nəfslərin kamala yetib, Allah yolunda qüvvət tapması və Onun rəhmətinin cəlb olunmasında böyük rolu vardır. Çünki, əgər onlardan hər birisinə Allahın rəhməti aid olsa, xüsusilə əgər onların birliyi Allaha görə və Onun yolunda olsa, bu rəhmət, ləyaqətləri olmasa da, hamıya aid olar.

Cəmiyyətin qəlblərinin birliyi, az suların bir-biri ilə birləşməsi kimidir. Belə sular birləşərkən, az su hökmündən xaric olub, kür su olur. Bununla da, az nəcasətlə paklıqları aradan getməz.

Ümumiyyətlə, mühüm qəlblərin birliyidir. Bəs hər kəs, qəlbləri Allah yolunda bir-biri ilə bağlı olan cəmiyyətlə namaz qılmağa fürsət tapsa və cammat namazı qılsa, ravayətlərdə camaat namazının fəziləti barəsində nəql olunanlara aid olmasına ümidvar ola bilər. Lakin, hər kim camaata qarşı qəlbində kin-küdurət olan halda camaat namazı qılsa və rəvayətlərdə Allahın camaat namazına verdiyi savaba ümidvar olsa, bilsin ki, bu arzu qürur və özünü aldatmaqdan başqa bir şey deyldir.

Qəlbini paklaşdırıb nəfsini təmizləyən hər bir pişnamazı, sözsüz ki, hamı tanıyıb sevəcəkdir. O da öz növbəsində həmin İlahi məhəbbətin onunla mö`minlar arasında olduğuna xatir, onlara qarşı özlərindən də qabaq məhəbbətli olub, onları çox sevər. Nəticədə, onların camaat namazları İlahi istək üzrə olub, savabı çox olacaqdır.

Lakin, qəlbləri bir-birinə qarşı kin-küdurətdə olub, müxalif niyyətli, zahirdə bir yerə yığışıb camaat namazı qılanlar, biri digərinin pisliyini istəyənlər, Allahın başqasına verdiyi ne`mətə xatir həsəd aparanların namazları heç də güman edilmir ki, bu İlahi feyzə çatsın və belə cəmiyyətin Allah yanında fəziləti olsun. Çünki, ibadətin əsası budur ki, qəlbə müsbət tə`sir qoyub onu nurlandırsın.[655]

Camaat namazının savabı

Əbi Səid Xidri, İslam Peyğəmbərindən (əlləlləahu əleyhi və alehi və səlləm) nəql edərək buyurur:

"Əsr namazından sonra Cəbrail yetmiş min mələklə nazil olaraq buyurdu: Ya Məhəmməd! Allah-taala salam göndərir və səndən əvvəl heç bir peyğəmbərə vermədiyi iki hədiyyəni sənə bağışlayır. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: O iki hədiyyə nədir?

Cavab verir: Birinci: Bir rək`ət “vitr" namazı. İkinci: Gündəlik beş vaxt namazı camaatla birlikdə qılmaq.

Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşdu: Mənim ümmətim üçün camaat namazında nə savab var? Cəbrail buyurur:

Ya Məməmməd! Camaat namazında iki nəfər olsa , hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə yüz əlli rəkət namazın savabını yazar. Üç nəfər olarsa, Allah-taala onların hər birinə hər bir rəkətə görə iki yüz əlli rəkət namazın savabını yazar. Namaz qılanlarının sayı dörd nəfərə çatarsa, Allah-taala onların hər birinə, hər bir rəkətin müqabilində min iki yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı beş nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə min üç yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı altı nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə iki min dörd yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı yeddi nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə dörd min altı yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı səkkiz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə doqquz min altı yüz rəkət namazın savabını yazar.

Əgər namaz qılanların sayı doqquz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə on doqquz min rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı on nəfərdən çox olarsa, yer və göylərdəki dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və məlaikələr yazan olsalar, onların namazlarının bir rəkətinin savabını yazmağa qüdrətləri olmaz.

Ya Məhəmməd! Mö`minin "təkbir"lə (Allahu-Əkbərlə) qoşulduğu camaat namazının savabı, ondan ötrü vacib olmayan yetmiş həcc və min ümrədən üstündür.”[656]

Başqa bir rəvayətdə, ravi İmam Sadiq (əleyhissalam)-dan soruşur: “İki nəfərlə camaat namazı bərpa olurmu? Buyurur: Bəli! İkinci nəfər pişnamazın sağ tərəfində durmalıdır”[657]

Başqa bir hədisdə nəql olunur ki, Cuhni adlı bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Mən səhralıqda yaşayıram. Azandan sonra zövcəm, övladlarım və xidmətçilərimlə birlikdə camaat namazı qılıram. Bu camaat namazı sayılırmı? Həzrət buyurur: Bəli!

Bütün bu rəvayətlərə diqqət etdikdən sonra nəyə görə əmirəl-mö`minin Əli (əleyhissalam)-ın şiələri bu qədər savabı əldən verməlidirlər? Məgər bu, ən pis xəsarət sayılmazmı?

Pişnamazlardan əhvalvtlar

Camaat namazının savavbı barəsində qısa şəkildə rəvayətlər nəql etdikdən sonra yerinə düşər ki, tarixçi Qapançının "Şərh risalətul-hüquq" kitabında nəql etdiyi bir neçə əhvalata işarə etməklə bu bəhsimizi sona yetirək.[658]

Birinci: Mucrim adlı bir nəfər ərəb, pişnamazın arxasında birinci