A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Fikir azadlığı, bəşərin ən əsas hüquqlarından biri sayılır. Hər bir insanın haqqı var ki, fikirləşsin və təfəkkürə dalsın. Fikir azadlığından məqsəd budur ki, hər bir insanın haqqı var ki, istədiyi hər bir mövzu barəsində fikirləşsin. Heç kimin haqqı yoxdur ki, insanın fikir və e`tiqadlarını nəzarətə alıb, ona bu işdə mane olsun.

Əgər deyilsə ki, kölənin cismi, malikin ixtiyarındadır, lakin, malikin kölənin e`tiqad və fikirləşməsinə mane olmağa ixtiyarı yoxdur. Kölə fikir və e`tiqad cəhətdən azaddır. Aydındır ki, kölənin azad fikirləşməsinə şərait yolu yoxdur. Əgər fərz etsək ki, kölə azad fikirləşir amma, görəsən imkan var ki, bu fikirlərini həyata keçirə bilsin? Heç vaxt! Beləliklə, İmam Səccad (əleyhissalam) buyurur: "Səni azad edən, səni başqalarının köləliyindən nicat verib, başqalarının qəhrində vaqe olmaqdan xilas edən odur." Bununla, belə bir mövzuya işarə edir ki, azadlıqdan sonra azad fikirləşib onu həyata keçirə bilərsən. Beləliklə, demək olar ki, kölə azad olmaqla, fikri azadlıq da ələ gətirir.

İslam dini öz tərəfdarlarına azad fikirləşmək hüququnu verib, təhqiq və mütaliə yolunu onlara başa salmışdır. Həzrəti Əli (əleyhissalam) bu barədə buyurur:

"Hər kim müxtəlif fikirlər və nəzərlərlə üzbəüz olsa, xəta və səhvi tanıyıb, haqla batili bir-birindən ayıra bilər. Bu fikirlərin düzgünlüyünü və səhvini anlayar."

İslamda e`tiqadı və fikirləri zorla ram edib, qarşısını almamaqla yanaşı, insanın vəzifəsini və dəyərini onların ağlı, biliyi və təfəkkürünə əsasən tə`yin edir. Hədisdə var: "Bir saat fikirləşmək yetmiş ilin ibadətindən üstündür."

Qur`an bir çox ayələrdə insanları təfəkkür və azad fikirləşməyə də`vət edir və bu haləti, bəşərin ən yaxşı xüsusiyyəti kimi qeyd edir. Qur`an buyurur:

"O kəslər ki, sözü (öyüd nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir . Ağıl sahibləri elə onlardır! "[622]

Başqa ayədə buyurur: "Məgər korla görən eyni ola bilərmi? Bəs nəyə görə təfəkkür etmirsiniz?"[623]

E`TİQAD AZADLIĞI

Keçmiş əqidələr və insanların məzhəb e`tiqadları müxtəlif xüsusi müqəddimatlar əsasında vücuda gəlir. Tə`lim və tərbiyə növləri, fikir və e`tiqadların başqa amillərindəndir. Fikir və e`tiqadı dəyişməkdən ötrü məcburiyyət və zorla yox, məntiq və tutarlı dəlillər istifadə etmək lazımdır. Necə ki, Qur`an əqidə azadlığı barəsində buyurur:

"Dində məcburiyyət və zorakılıq yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir.[624]

Başqa surədə buyurur: "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? "[625]

Yenə başqa yerdə buyurur: "Və de ki: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın(kafir olsun). Biz, kafir və zalimlərdən ötrü bir atəş hazırlamışıq"[626]

Həmin mövzuda başqa ayədə oxuyuruq: "Ya Peyğəmbər! Mənim bəndələrimə öyüd-nəsiət ver. Sən ancaq öyüd verənsən. Sənin onları ikrah və məcbur etməyə haqqın yoxdur. "[627]

Yenə də başqa ayədə buyurur: "(De ki:) Rəbbinizdən sizə çoxlu parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm[628].

Zikr olunan ayələr insanda əqidə azadlığından söz açır. Dində icbar və zorakılıq yoxdur və e`tiqad seçmək də azaddır. Lakin İslam, ağıl, məntiq, elm və təhqiq dini olduğuna görə kor-koranə təqlidlərinin qarşısını alır. Allahdan qeyrisinə, aya, günəşə, ulduzlar və inəklər kimi məxluqatlara ibadət və pərəstiş etməyi bəşərin cəhalətinin nəticəsi kimi qələmə verir və hamını elmə tərəf də`vət edir.

MALİKİYYƏT AZADLIĞI

İmam Səccad (əleyhissalam) azad olunmuş köləyə buyurur: Səni azad edən malik, dünyada istədiyinə (halal yolla) malik olmağı sənə mübah etmişdir. Sənə fikir, əqidə, söz və malikiyət azadlığı bağışlamışdır. Beləliklə, azad olunmuş kölə, mal-dövlətə malik olmasında da, tamamilə azaddır.

Mə`lum olduğu kimi fərdi malikiyyət, insanın fitrətindən qaynaqlanır və həyatın rövnəqli olmasında, insanda ürək isintisi yaradır. İslam da, fərdi malikiyyəti müqəddəs bilib, öz qanunlarında tamammilə bu hüquqdan himayət etmişdir. Qur`an buyurur:

"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payları vardır."[629]

Bununlada, mə`lum olur ki, İslamda hər kim halal yolla nə qədər mal-dövlət qazanarsa, öz haqqı sayılır. Qur`an yenə də bu mövzuda buyurur:

"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarınnızı haqsız bəhanələrlə yeməyin! "[630]

Beləliklə, halal zəhmətdən qazanılmış mal halal olub, insanın şəxsi malı sayılır. Hədislərdə var, əgər müsəlman öz halal mal-dövlətini qorumaq yolunda öldürülsə, şəhid hökmündədir. Rəvayətdə, mə`sum İmamdan (əleyhissalam) nəql olunur, buyurur:

"Hər kim mal-dövlətini qorumaq yolunda ölsə, şəhiddir." [631]

Əlbəttə, bir məsələ də aydındır ki, malikiyyət azadlığı o demək deyil ki, hər kəs istədiyi yolla mal-dövlət toplasın. Bəli! Əkinçilik, heyvndarlıq, ticarət, sənətkarlıq və başqa bu kimi sənətlərlə qazanılan mal-dövlət, insanın öz malı sayılır. Ancaq, qanunsuz yollarla, o cümlədən, oğurluq, al-verdə aldatma, çəkidə azaltma, sələmçilik, qəsb etmək kimi yollarla ələ gələn mal-dövlət, sahibininki sayılmır və İslam belə hallarla qəti şəkildə mübarizə aparır. Həmçinin, insanın halal yolla qazandığı mal-dövlətin İslami maliyyatları və vergiləri da vardır. Əgər müsəlman bu dini və şər`i vergiləri öz halal mallarından ayırıb müstəhəqqinə verməsə, (məs, xums, zəkat və s), aşağadakı zikr olunacaq Qur`an ayəsinin aydın nümunəsi hesab olunacaq. Qur`an buyurur:

"Qızıl-gümüş yığıb onu Allah younda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! " "O gün (Qiyamət günü), yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. (və onlara:) Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabın) dadın! – deyiləcəkdir."[632]

Bura kimi kölənin azad olması, malikin hüququ, e`tiqad, malikiyyət, fikr və söz azadlıqları barəsində bəhs olundu. İmam Səccad (əleyhissalam) azad olunmuş kölənin vücudunda təşəkkür və ne`mətlər müqabilində Allaha şükr etmək hissini oyadır. Bununla da, ona xəbərdarlıq edir ki, malikin sənin barəndə etdiyi bu mühüm xeyirxahlığı heç vaxt unutma!.

27. KÖLƏNİN HAQQI

وَأَمَّا حَقُّ مَوْلاكَ الْجَارِيَةِ عَلَيْهِ نِعْمَتُكَ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ جَعَلَكَ حَامِيَةً عَلَيْهِ، وَوَاقِيَةً وناصِرًا وَمَعْقِلاً، وَجَعَلَهُ لَكَ وَسِيلَةً وَسَبَباً بَيْنَكَ وَبَيْنَهُ فَبالْحَرِيِّ أَنْ يَحْجُبَكَ عَنِ النَّارِ فَيَكُونَ فِي ذَلِكَ ثَوَابٌ مِنْهُ فِي الآجِلِ، ويَحْكُمُ لَكَ بمِيرَاثِهِ فِي الْعَاجِلِ إذَا لم يَكُنْ لَهُ رَحِمٌ، مُكَافَأَةً لِمَا أَنفَقْتَهُ مِنْ مَالِكَ عَلَيْهِ وَقُمْتَ بهِ مِنْ حَقِّهِ بَعْدَ إنفَاقِ مَالِكَ، فَإنْ لَمْ تَقُمْ بحَقِّهِ خِيفَ عَلَيْكَ أَنْ لا يَطِيبَ لَكَ مِيرَاثُهُ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin azad etdiyin kölənin haqqı budur ki, biləsən, Allah, səni onun köməkçisi, himayətçisi və pənah yeri qərar vermişdir. Allah, səni onunla Özü arasında vasitə tə`yin etmişdir. Yaxşı olar ki, bu işə görə Allah, sənə Cəhənnəmdən nicat versin və bu savab, Axirətdə ondan sənə çatan olsun. Dünyada da, əgər azad etdiyin kölənin öləndə varisi olmasa, ondan irs aparırsan. Çünki, sən malını onun yolunda xərc etmisən və onun haqqını qaytarmısan. Əgər malını onun yolunda xərc etdikdən sonra onun hörmətini gözləməsən (minnət qoysan), ondan sənə qalan irs sənin üçün şirin olmaz"!

"Məkarimul-Əxlaq" kitabında bu hüquq belə bəyan olunmuşdur.

"Azad etdiyin kölənin haqqı odur ki, biləsən, Allah taala, Özünə yaxın olmaqdan ötrü onun azad olunmasını sənə vəsilə qərar vermişdir. Həmçinin, onu atəşlə sənin aranda mane qərar vermişdir. Bil ki, bu işin mükafatı dünyada malını ona görə xərc etdiyin üçün (əgər kölənin qohumu olmasa) öləndən sonra irsi sənə çatması, Axirət də isə Behiştdir."

Hədisdə "Məvali" kəlməsi təkrar olmuşdur. Bu ad bir sıra yerlərdə müxtəlif mə`nalarda işlənilir. Onlardan, rəbb, malik, seyyid, ne`mət verən, azad olunmuş nasir, sevilən, tabe, qonşu, bibi oğlu, ne`mət verilmiş, və sair mə`naları qeyd etmək olar.

Bu hədisdə "Məvali" kəlməsi, "azad olunmuş kölə" mə`nasındadır. Əvvəlki bəhsdə, İmam Səccad (əleyhissalam) kölə azad edənin haqqı barəsində məsələlər buyurmuşdur. Bu bəhsdə isə azad olunmuş kölənin hüquqları barəsində bəhs olunmuşdur.

İnsan, başqasına xidmət göstərib bağışladığı zaman özündə qürur və təkəbbür hiss edib, minnət qoya bilər. İmam Səccad (əleyhissalam), kölə azad edən malikdə, bu qürur və təkəbbürü aradan aparmaqdan ötrü buyurur:

"Heç vaxt güman etmə ki, təkcə sənin onun boynunda haqqın var! Xeyr! Bəlkə də, onun da, (azad olunmuş kölənin) sənin boynunda haqqı vardır. Onu əda etməlisən."

AZAD OLUNMUŞ KÖLƏNİN VƏZİFƏLƏRİ

O vəzifələr bunlardan ibarətdir: Sən onu azad etməklə, Allaha yaxın olursan. Bununlada, onun vasitəsilə səninlə Cəhənnəm atəşi arasında fasilə olur. Axirətdə də, nicat tapanlardan olursan. Bu əməlin dünyadakı tə`siri budur ki, əgər azad etdiyin kölə dünyadan köçsə və qohumlarından heç kəs qalmasa, yerdə qalan irsi sənə çatır. Çünki, ondan ötrü mal-dövlətini xərcləmisən. Bu da, kölə bəhsində şər`i hökmə işarədir.

Köləni azad edən malik, o vaxt ondan irs aparır ki, əvvəla, köləni Allahın razılığına görə azad etmiş olsun. İkincisi, kölənin yaxın qohumları olmamış olsun. Nəticədə, köləni azad etməyin həm bu dünyada, həm də axirətdə mükafatı olur.

Keçən bəhslərdə, kölə azad etməyin savabları barəsində söhbət açmışdıq. Bu bəhsdə isə qısa da olsa, kölənin bə`zi hüquqlarına işarə edəcəyik. İndi də bu barədə nəql olunan rəvayətlərə nəzər salaq.

KÖLƏ AZAD EDƏNİN MƏQAMI

"Vəsail-Şiə" kitabının "kölə azad etmək" fəslində, İmam Baqir (əleyhissalam)-dan belə bir rəvayət nəql olunur, Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:

"Hər kim kölə azad etsə, Allah-taala, azad olunmuşun hər bir bədən üzvü müqabilində azad edənin bədən üzvünü atəşdən qoruyar."

Başqa hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

"Günlərin birində Fatimə binti Əsəd, İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz edir: Qərara almışam ki, bu kənizi Allah yolunda azad edəm! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əgər belə etsən, Allah-taala onun hər bir üzvü müqabilində sənin üzvünü Cəhənnəm odundan azad edər.

ŞİƏLƏRİN İMAMLAR VƏ KÖLƏLƏRİ AZAD ETMƏK HAQQINDA

Hədislərdən birində oxuyuruq: İmam Sadiq (əleyhissalam) buyurur:

"İmam Baqir (əleyhissalam) vəfat edərkən altımış köləsi var idi, onlardan iyirmisini Allah yolunda azad edir!"

Şiələrin mə`sum İmamları (səlləllahu əleyhi və alihi və səlləm) özü hər yerdə həmişə həmişə kölə azad etməkdən öndə gediblər. Bununla da dünya və axirətin savabını öz tərəfdarlarına nişan verirdilər.

28. EHSAN EDƏNİN HAQQI

وَأمّا حَقُّ ذِي المَعْرُوفِ عَلَيكَ فَأَنْ تَشْكُرَهُ وتَذْكُرَ مَعْرُوفَهُ وتَنْشُرَ لَهُ الْمَقَالَةَ الْحَسَنَةَ، وَتُخلِصَ لَهُ الدُّعَاءَ فِيمَا بَينَكَ وبَيْنَ اللَّهِ سُبْحَانَهُ، فَإنّكَ إذَا فَعَلْتَ ذَلِكَ كُنْتَ قَدْ شَكَرْتَهُ سِرًّا وَعَلانِيَةً. ثُمَّ إنْ أَمْكَنَ مُكَافَأَتَهُ بالْفِعْلِ كَافَأتَهُ وإلاّ كُنْتَ مُرْصِدًا لَهُ مُوطِّنًا نَفْسَكَ عَلَيْهَا.

"Sənə yaxşılıq və ehsan edənin haqqı odur ki, ona təşəkkür edəsən və yaxşılığını yada salasan. Onun barəsində yaxşı sözlər yayıb, özünlə Allah arasında ona dua edəsən. Çünki, sən bu işinlə ona qarşı gizlin və aşkarda təşəkkür etmiş olursan. İmkan tapanda, onun yaxşılığının əvəzinin çıx. İmkanının yoxsa, bu fikirdə olub, özünü belə bir işə hazırlaşdır! "

Hər bir insanını batinində ona yaxşılıq edənə qarşı, təşəkkür və yaxşılıq etmək xüsusiyyəti var. Əgər bə`zilərində bunun əksi müşahidə olunursa, bu da onların vucudunda olan rəzilət sifətlərinin nəticəsindəndir. Bu sifətlər, insanda yaxşı xüsusiyyətlərin qarşısına sədd çəkir. Doğurdan da, yaxşı tərbiyə olunmuş və İslam dininin bəyənilmiş əxlaqi xüsusiyyətlərinin özündə cəm etmiş bir şəxsin batinində, həmişə yaxşılıq və başqalarına qarşı təşəkkür hissi dolaşır. Belə şəxslər, Allahdan fürsət axtarırlar ki, mö`minlərin xidmətində olsunlar. İmam Səccad (əleyhissalam) bu əməlin yolunu belə bəyan etmişdir:

Birinci: Yaxşılıq edənin xeyir işinin müqabilində təşəkkür edilsin.

İkinci: Başqasının yaxşılığını yadında saxla və hər yerdə onun xeyir işini təbliğ et. Həmçinin, onun haqqında Allaha dua et! Əgər belə etmiş olsan, gizlin və aşkarda onun təşəkkürünü yerinə yetirmiş olursan.

Üçüncü: Özünü bu yaxşılığın əvəzini çıxmağa hazırlaşdır. İmkan həddində özündə belə bir təsəvvür yarat ki, nə vaxt imkanım olsa, bu yaxşılığın əvəzini çıxacam.

YAXŞILIQ VƏ PİSLİK BƏRABƏR DEYİLDİR

Qur`ani-Kərim öz əxlaqi tə`limində belə buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz. (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi sanki, yaxşı bir dost kimi görərsən!"[633]

Ayədə buyurur: Yaxşılıq müqabilində yaxşılıq təbii bir işdir. Bəlkə də, bu əməl hamıya vacibdir. Mühüm odur ki, insana hətta, pislik olunsa da, onun müqabilində yaxşılıq göstərsin. Bununlada, Qur`nanın, "Pisliyi yaxşılıqla dəf et!" - əmri öz yerini tutsun.

SALAMA ONDAN DA YAXŞI CAVAB VERİN

Qur`ani-Kərimdə oxuyuruq: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.! Şübhəsiz Allah hər şeyi hesaba alandır!"[634]

"Təhiyyət" (salam) lüğətdə, əslində "həyat" və başqalarına həyat istəmək mə`nasındadır. Bu dua, "Salamun Əleykə" və ya "Həyyakəllah" şəklində əda olunur. Bu söz insanların bir-birinə qarşı göstərdikləri hər növ məhəbbətə aid olur. Ən aydın nümunəsi isə həmin, "Səlamun Əleykə" deməkdir. Lakin, bir sıra rəvayət və təfsirlərdən mə`lum olur ki, insanın əməli cəhətdən bir-birinə məhəbbət göstərməsi də, "Təhiyyət" sözünün mə`nasında işlənilir.

Əli İbni İbrahimin təfsirində, İmam Baqir və İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:

Ayədə "təhiyyətdən" məqsəd, salam və hər cür yaxşılıqa deyilir. "Mənaqib" kitabında belə bir rəvayət var:

Kənizlərdən birisi İmam Həsən (əleyhissalam)-a bir şaxə gül hədiyyə edir. İmam onun müqabilində,kənizi azad edir. Bu işin səbəbini soruşduqda isə buyurur: Allah-taala buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın!".Sonra əlavə edir: Ən yaxşı salam, kəniz azad etməkdir"

Beləliklə, ayədə ümumi olaraq hər cür izhar məhəbbətə, istər sözlə, istərsə də əməllə olsun, hökm verilir ki, daha yaxşı cavab verin.[635]

YAXŞILIQIN MÜKAFATI YAXŞILIQDIR

Qur`ani-Kərim buyurur: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır"[636]!

Doğrudur ki, İslami rəvayətlər və təfsirlərdə müfəssirlər ehsan sözünü yalnız, tövhid və İslami mə`rifət mə`nasında olduğnu qeyd edirlər. Lakin, bütün bunlar ayənin aydın nümunələrindəndir. Yoxsa, yaxşılıq, həm əməldə, həm də sözdə olan hər bir xeyir işə aid olur. İmam Sadiq (əleyhissalam)-dan hədislərdən birində nəql olunur, buyurur:

"Qur`anda mə`nası ümumiyyət çatdıran ayələr çoxdur. Ravi soruşur: Hansı ayədir? Buyurur:

Allahın bir sözü var ki, mö`min, kafir, yaxşı əməl sahibi, pis iş görənə də aiddir. O, da yaxşılıq müqabilində yaxşılıqdır. Hər kimə yaxşılıq olunsa, yolu bu deyil ki, səndə ona yaxşılıq edəsən, bəlkə də, ona daha yaxşı yaxşılıq etməlisən. Çünki, həmin qədər olsa, o səndən üstündür. Ona görə ki, işi başlayan odur.[637]

Rağib İsfahani, "Müfrədat" kitabında yazır: "Ehsan", ədalətdən üstündür. Çünki, ədalət odur ki, insan boynunda olanı əda etsin və yalnız,ona aid olanı götürsün. Lakin, ehsan budur ki, öhdəndə olandan çox verib, haqqından az götürəsən.

ALLAHIN EHSANININ CAVABI!

Allah-taala Qur`anın Qəsəs surəsində buyurur: "Allahın sənə verdiyindən özünə axirət qazan.(Malını Allah yolunda sərf et!) Dünyanın nəsibini də unutma!"

Bu bir həqiqətdir ki, insan həmişə gözünü Allahın ona ehsan əta etməsinə dikib. Onun dərgahından hər cür xeyiri tələb edir. Allahdan hər növ intizarı var. Belə olan halda necə ola bilər ki, Allah-taala aşkar tələbi və ya başqa tələbləri görməmiş olsun və onlara əhəmiyyət verməsin. Bu sözə oxşar Nur surəsinin 22-ci ayəsində var, buyurur:

"Mö`minlər əfv edib bağışlasınlar. Məgər siz Allahdan bağışlanmağı istəmirsinizmi?"

Bu cümləni başqa ifadə ilə belə mə`na etmək olar. Bə`zən, Allah-taala insana elə əzəmətli ne`mət bəxş edir ki, insanın onların hamısına ehtiyacı yoxdur. Elə bir əqli qüvvə verir ki, təkcə özünü yox, bütöv bir ölkəni idarə edə bilər. Elə bir elm verir ki, təkcə özü yox bəlkə də, bütün insanlar ondan istifadə edə bilər. Elə mal-dövlət verir ki, bütün dünyanın dərdinə dəyər. Belə İlahi bəxşişlərin zehni mə`nası odur ki, onun hamısı sənin deyildir. Bəlkə də, sən bunları başqalarına ötürməkdə Allahın vəkilisən. Allah bu ne`mətləri sənə verib ki, sənin əlinlə bəndələrinə çatdırsın![638]

BAŞQALARI İLƏ DOSTLUQ ETMƏK.

Zikr olunan ayələrdən mə`lum olur ki, Qur`an başqalarına yaxşılıq etməyin nə qədər mühüm olduğnu bildirir. Xüsusilə o kəslərə ki, bizlərə yaxşılıq edirlər. Hədis kitablarında da, bu mövzuda maraqlı hədislər zikr olunub. Onlardan bə`zilərinə işarə edirik. "Kafi" kitabında insanlara məhəbbət fəsli adlı qismətində ilk rəvayətdə belə nəql olunur: İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bəni Tə`mim" qəbiləsindən bir nəfər ərəb İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gələrək, ərz edir: Mənə tövsiyə edin! Həzrətin ona buyurduğu tövsiyələrdən biri də bu idi. İnsanlara qarşı dostluq və məhəbbətli ol ki, səni də sevsinlər."[639]

İmam Sadiq (əleyhissalam) nəql olunur buyurur: "İnsanlarla yaxşı rəftar etmək, ağılın üçdə bir hissəsidir.[640]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kimə yaxşılıq olunsa, onun əvəzini çıxmalıdır. Əgər imkanı olmasa, xatırlamalıdır. Əgər xatırlasa, ehsan edənə təşəkkür etmişdir."[641]!

Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Bu əmələ ləyaqəti olan və olmayana da yaxşılıq et! Əgər ləyaqətli şəxsə yaxşılıq etmisənsə, bu ona layiqdir, yox əgər ləyaqətsizə yaxşılıq etmisənsə, sən özün bu yaxşılıqa layiqsən."[642]

Bəhsimizin sonunda İmam Səccad (əleyhissalam)-ın ifadəsində gələn "mə`ruf" kəlməsini izah edək. "Mə`ruf" sözü, hər bir işin yaxşı olması, ağıl və şəriətlə sabit olmasına deyilir. Həmçinin, o şəxsə "mə`ruf" deyilir ki, Allah adamı olub, vacib və müstəhəb işlərdə insanlara kömək etmiş olsun.

"Mə`ruf" sözü, "münkər" sözünün ziddidir. "Mə`ruf" şəriət və ağılla vacib və müstəhəb sayılan əməllərə məxsusdur. Lakin, mübaha, mə`ruf deyilməz. Çünki, mübah (ixtiyarı iş) hər cür üstünlükdən boşdur.[643]

Üstünlüyü olmayan əməldə isə xeyir yoxdur. Mə`ruf nə varsa, xeyirdir. İbni Əbbasdsan nəql olunan hədisdə oxuyuruq:

"Mə`ruf və tanınmış saleh şəxslər Qiyamət günü məhşərə daxil olarlar. Mə`ruf olduqlarına görə günahlarının hamısı bağışlanmış, yaxşılıqları isə yerində qalmışdır. Ehsanları o şəxsə verərlər ki, günahları yaxşılıqlarından çox olar və yaxşılıqlarına görə bağışlanar. Sonra hamısı Behiştə daxil olarlar. Beləliklə, insanlar barəsində ehsan və yaxşılıq hamını, dünya və Axirətdə cəmləşdirəcək. Budur ehsan və yaxşılıq edənin haqqının ödənilməsi![644]

29. AZANÇININ HAQQI

وَأمّا حَقُّ الْمُؤَذِّنِ فَأَنْ تَعْلَمَ أنّهُ مُذَكِّرُكَ برَبكَ وَدَاعِيكَ إلَى حَظِّكَ وَأَفْضَلُ أَعْوَانِكَ عَلَى قَضَاءِ الْفَرِيضَةِ الَّتِي افتَرَضَهَا اللهُ عَلَيْكَ فَتَشْكُرَهُ عَلَى ذَلِكَ شُكْرَكَ لِلْمُحْسِنِ إلَيكَ. وَإنْ كُنْتَ فِي بَيْتِكَ مُهْتَمًّا لِذَلِكَ لَمْ تَكُنْ للهِ فِي أَمْرِهِ مُتَّهِماً وَعَلِمْتَ أنَّهُ نِعْمَةٌ مِن اللَّهِ عَلَيْكَ، لا شَكَّ فِيهَا، فَأَحْسِنْ صُحْبَةَ نِعْمَةِ اللَّهِ بحَمْدِ اللَّهِ عَلَيْهَا عَ