A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Qəbilə başçısı Cariyənin, güclü və yaxşı danışıq qabiliyyəti var idi. O və bir dəstə, Müaviyənin zalim hökumətindən narazı idilər. Müaviyə bu mövzunu hiss edirdi. Qərara alır ki, əhalinin gözü qarşısında onu təhqir edib, onun adını məsxərə ünvanı ilə çağırsın. Fürsət qarşıya çıxdı. Müaviyə Cariyə ilə üzbəüz gəlir. Müaviyə ona belə dedi: "Tayfan və qəbilənin yanında nə qədər alçaqsan ki, adını "ilan" qoyublar? Cariyə fikirləşmədən cavab verir: "Sən özün, tayfan və qəbilənin yanında o qədər alçaqsan ki, adını Müaviyə qoyublar. Yə`ni, dişi it". Müaviyə çox narahatlıqla ona deyir ki, "Sakit ol! Anasız! Cariyə cavab verir: Mənim anam var! Allaha and olsun! Sənin qəzəbini özündə yetişdirən qəlblər, bizim sinələrmizdədir. Müaviyə dedi: "Allah sənin kimilərini cəmiyyətdə çoxaltmasın."[603]

İkinci misal, Müaviyənini dövründə yaşayan böyük bir tayfanın başçısı, "Şərik ibni Ə`vər" adlı bir kişi barəsindədir. Bədheybət bir görkəmi var idi. Adı Şərik idi. Bu ad, insan üçün yaxşı deyil. Atasına, "Ə`vər" deyirdilər. Ə`vər, ərəbcə bir gözü eyibli olana deyirlər.

Müaviyənin qüdrətinin ən çox tüğyan edən günlərinin birində Şərik ibni Ə`vər onun məclisinə daxil olur. Müaviyə ona deyir: Sənin adın Şərikdir, Allahın isə şəriki yoxdur. Sən Ə`vərin oğlusan. Sağlam gözlü səndən yaxşıdır. Pis üzün var. Xoş üzlü, pis üzlüdən yaxşıdır. Nəyə görə qəbilən səni özünə başçı seçib? Şərik cavabında deyir: Allaha and olsun ki, sən Müaviyəsən. Müaviyə "av-av"edən itə deyilir. Sən "av–av" etdin. Adını Müaviyə qoydular. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən yaxşıdır. Sən Səxrin (daşı) oğlusan halbuki, düz yer, daşlıqdan yaxşıdır. Bütün bunlarla necə oldu ki, səni müsəlmanlara rəhbər seçiblər. Bu sözlər Müaviyəni məğlub edir və Şərikə and verir ki, onun məclisindən çıxsın."[604]

Əzaların naqis və surətin çirkin olması, insanda təhqirlik hissi əmələ gətirdiyi kimi pis ad və ləqəb də insana təhqirlik hissi verir. Ona görə də, İslam tövsiyə edir ki, övladlarınıza yaxşı ad qoyun. Bu ad onların şəxsiyyətinə çox tə`sir edir. Onların ruhlarını təhqirlik hissindən xilas edir.

Bura kimi qısa da olsa, valideynlərin vəzifələrindən olan yaxşı ad seçmək barəsində bəhs etdik. İndi də onların iş vəzifəsi barəsində bəhs edəcəyik. İmam Səccad (əleyhissalam) bu vəzifəyə işarə edərək buyurur:

"Ata övladını yaxşı ədəblə tərbiyə etmək və Allahı ona tanıtdırmaqda mə`suliyətlidir."

İndi də rəvayətlərdə övladın tərbiyə olunması barəsindəki göstərişlərə nəzər salaq.

ÖVLADIN TƏRBİYƏSİNDƏ MƏHƏBBƏTİN ROLU

Şübhəsiz ki, uşaq, cismi cəhətdən yeməyə ehtiyacı olduğu kimi ruhu cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə tə`min olunur. Lakin, ruhun qidası, ata-ananın lazımi tə`limləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad, həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət, övladın canı sayılır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara və`də versəniz, ona əməl edin. Çünki, övladların dərki budur ki, ataları onların ruzi verənidirlər."

Bu hədisdə iki ən mühüm tərbiyə mövzusuna işarə olunur: Birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşaqa verilən və`dələrə vəfadar olmaq. Bununla da, övlad uşaq vaxtından əhd pozan və və`də xilaflığına meyl etməsin. Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri uşaqı öpmək və nəvaziş etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladlarınızı öpün! Çünki, övladlarınızı öpməyin müqabilində, Allah-taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır."

Həmin mövzuda Əli (əleyhissalam) buyurur:

"Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir, kişinin qardaşını öpməsi dindir."[605]

Məhəbbəti izhar etmək, qeyri-valideyn üçün xüsusi vaxtı vardır. Elə ki, o vaxtdan keçdi öpmək qadağandır. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:

"Qız altı yaşına çatdıqda yad kişi onu öpməməlidir. Oğlan uşaqı yeddi yaşına çatdıqda yad qadın onu öpməməlidir."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), İmam Həsənlə İmam Hüseyn (əleyhissalam) çox sevirdi və onları nəvaziş edib öpürdü. Günlərin birində Əqrə ibni Habisi, Həzrətin hüzurunda idi. Həzrət öz övladlarını öpür. O kişi deyir. Mənim on oğlum var, onların heç birisin öpməmişəm. Həzrət buyurdu: "Əgər Allah, məhəbbəti sənin qəlbindən götürübsə, onun mənə heç bir bağlılığı yoxdur! "

Bu söhbətdə göründüyü kimi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), o şəxsin övladlarını öpməməsini onun qəlbinin qəsavətində görür.

MƏHƏBBƏTDƏ İFRATA YOL VERMƏK

Müqəddəs İslam dini, valideynləri övladlarına qarşı məhəbbət izah etmələrinə göstəriş vermələri ilə bərabər onları ifrat dərəcədə olan məhəbbətdən çəkindirmiş və ifrat məhəbbətin nəticələrini onların qulaqlarına çatdırmışdır. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:

"Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar."[606]

Bu hədisdə, ifrat məhəbbətin törətdiyi bədbəxtliklərə işarə olunur. Məhəbbətdə ifrat, övladın təkəbbürünə səbəb olur və onu öz sözünü yetirməyə cəhd edən şəxsə çevirir. Əli (əleyhissalam) bu barədə buyurur:

"Ən pis ruhi halət, özünü bəyənmək və özündən razı olmaqdır."[607]

QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR

Allah-taalanın valideynə verdiyi övladların qədrini bilmək lazımdır. Bilmək lazımdır ki, onlar İlahi əmanətlərdir. Valideynlər, onların müqabilində öz məs`uliyyətlərini bilməlidir. Onların tərbiyəsində çox çalışmalıdırlar. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Ona görə də görürük ki, Mə`sumların (əleyhimussalam) rəvayətlərində qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə tə`kid olunub. Aşağıdakı misallara diqqət edək:

Həzifə Yəməni, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur: "Ən yaxşı övladlarınız qızlarınızdır. [608]

Yenə də Həzrətdən nəql olunur, buyurur: "Qızlar ehsan, oğlanlar isə ne`mətdirlər. Ehsana mükafat və savab veriləcək. Ne`mət barəsində insandan sorğu-sual olunacaq."[609]

İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) müjdə verilir ki, Allah sizə qız uşaqı bağışlayıb. Əshab bu xəbəri eşitməklə üz gözlərini turşudaraq narazılıq haləti alırlar. Həzrət buyurur: Sizə nə oldu? Bu nə haldır baş verib? Qız uşaqı bir güldür ki, onu iyləyərəm. Ruzisi də Allahladır."

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Ən yaxşı övladlar özlərini qoruyan qız uşaqlarıdır. Hər kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. Hər kimin iki qızı olsa, Allah onlarla valideynlərini behiştə salar. Hər kimin üç qızı və ya üç bacısı olsa, Allah ondan cihad və sədəqə əmrini götürər."

İbni Abbas, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:

"Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir."

ÖVLADI ELƏ BÖYÜDÜN Kİ, İZZƏTİNİZ SAYILSIN

İmam Səccad (əleyhissalam) övladların haqqı barəsində bə`zi yerdə belə buyurur:

"Övladlarınızla elə rəftar edin ki, sənin tərbiyənin yaxşı tə`siri onların ictimai gözəllik camallarına səbəb olsun. Onu elə yetişdir ki, dünyasının müxtəlif yollarında abırlı və izzətlə yaşayış edib, sənin camalının qaynağı hesab olunsun! "

Əvvəlcədən işarə etdik ki, məhəbbətdə ifrat, övladda təkəbbür əmələ gətirir. Bu işin nəticələrindən biri də uşaqın ictimaiyyətdə tüfeyli böyüyüb, özünə e`timad edə bilməməsidir. Atalar uşaq yaşlarından öz övladlarında müstəqillik və özlərinə e`timad etmək xüsusiyyətini yetişdirməlidirlər. Bununla da, onlar müxtəlif müşküllər müqabilində möhkəm dayanıb sinə gələrlər.

Bu mövzunu İmam Sadiq (əleyhissalam)-dan nəql olunan, Loğmanın öz oğluna etdiyi tövsiyədə müşahidə edirik ki, buyurur:

"Loğman öz oğluna belə dedi: Ey oğlum! Əgər uşaqlıqda ədəb öyrənsən, böyüyəndə ondan bəhrələnərsən. Hər kim ədəb öyrənmək istəsə, ona ciddi yanaşar. Hər kim ədəb öyrənməkdə ciddi olsa, əxlaq və tərbiyə elmlərini öyrənmək zəhmətinə düşər. Hər kim tələb yolunda ciddi olsa, nəhayət, məqsədinə yetişər və ondan fayda götürər! "

Əziz oğlum! Həmişə öz nəfsini, vəzifələrini və vacib işlərini yerinə yetirməyə məcbur et! Öz canını insanlar tərəfindən sənə gələ biləcək əzab-əziyyətlərin müqabilində səbrli və dözümlü olmaqa hazırla. Əgər dünyada böyük izzət və məqama yetişmək istəyirsənsə, əhalidən tamahını yığışdır və onlara ümüdvar olma. Peyğəmbərlər və Allah adamları əhalidən öz mənfəət gözünü çəkməklə böyük və ali məqamlara nail olublar."[610]

Bu göstərişdə görürük ki, Loğman-həkim, öz övladına özünə e`timad ruhiyyəsi verib, əhalinin əlində olanlardan gözünü çəkməsini tövsiyə edir. Bu həmin halətdir ki, övladların müstəqil və tərbiyəli böyüməsinə səbəb olur. Atalar övlad tərbiyəsində bu göstərişlərə diqqət etməlidirlər.

25. QARDAŞIN HAQQI

وَأَمّا حَقُّ أَخِيكَ فَتَعْلَمَ أَنّهُ يَدُكَ الَّتِي تَبسُطُهَا، وَظَهْرُكَ الَّذِي تَلْتَجِئُ إلَيهِ، وَعِزُّكَ الَّذِي تَعْتَمِدُ عَلَيهِ، وَقُوَّتُكَ الَّتِي تَصُولُ بهَا، فَلا تَتَّخِذْهُ سِلاحًا علَى مَعصيةِ اللَّهِ ولا عُدَّةً لِلظُّلْمِ بحَقِّ اللَّهِ، ولا تَدَعْ نُصْرتَهُ عَلَى نفْسِهِ وَمَعُونتِهِ عَلَى عَدُوِّهِ وَالْحَوْلَ بَيْنَهُ وبَيْنَ شَيَاطينهِ وتَأْديَةِ النَّصِيحَةِ إلَيهِ والإقبَالِ عَلَيْهِ فِي اللَّهِ فَإنْ انقَادَ لِرَبهِ وَأَحْسَنَ الإجَابَةَ لَهُ وَإلاّ فَلْيَكُنِ اللهُ آثرَ عِنْدَكَ وَأَكْرَمَ عَلَيْكَ مِنْهُ

"Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. E`timad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir.

Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə yetir. Allaha xatir ona tərəf get. Əgər Allaha itaət etsə, Onu yaxşı qəbul etsə, lap yaxşı. Yoxsa, Allah sənin üçün müqəddəm və daha hörmətli olsun!"

İmam Səccad (əleyhissalam) qardaşın haqqı barəsində üç mətləbə işarə edir:

Birinci: Qardaş bir əl kimi həmişə insanın güc və qüdrətinə səbəb olur. Bu güc və qüdrəti, günah silahı qərar vermə.

İkinci: Özünə kömək, düşmənlərinə qarşı ona arxa ol.

Üçüncü: Onu Şeytanın yolundan azad edib, Allahına tərəf qaytar. Əgər qəbul etməsə, Allahın əmr və göstərişni ona başa sal.

İSLAMDA QARDAŞLIQ BÖLÜMÜ

Qardaşlıq məsələsi, İslam və Qur`anın mühüm məsələlərindən biri olub iki qismə bölünür: Birinci: Əsl qardaş, ata-anadan bir olub, bir–birinə ən yaxın insani bağlılıqda olan qardaşlar. Bu bağlılıq, onların bir-birindən irs aparmasına səbəb olur. İrs aparmaqda ikinci təbəqələrdə olub, xüsusi hökmləri vardır. İkinci: İman qardaşları. Əslində, bu qardaşlıq bütün müsəlmanları bir-birinə bağlayır və dünyada müsəlmanların vəhdətinə səbəb olur.

"Əx" sözü ərəbcə lüğətdə, qardaş, rəfiq, və yoldaş mə`nasındadır. Sözün kökü "əxəvudur". Əslində, o şəxsə deyilir ki, ata-ana da və ya onların birində başqası ilə şərik olsun. "Müfrədat" lüğət kitabında süd qardaşı da, bu mə`nadan hesab edir. "Əx" kəlməsinin ərəbcə istifadəsi, "əb"və "Ümm" kimi çoxdur. "Müfrədat" kitabında sözün əsl mə`nasını zikr etdikdən sonra yazır: Hər kim başqası ilə, qəlbdə, dində, sənətdə, alverdə, dostluqda və başqa şeylərdə şərik olsa, ərəb ona "əx" deyir. Qur`ani kərimdə, bu söz həm əsl mə`nasında, həm də məcazi mə`nada işlənmişdir.

Fərid Vəcdi, "Dairətul Maarif" kitabında yazır: "İxvan" sözü "əx" sözünün cəm şəkli olub, rəfiq mə`nasındadır. Əgər "əx"həqiqi qardaş mə`nasında olsa, cəm şəkli "ixvətun" şəklində gələr. Lakin, Fərid Vəcdinin dediyinin əksinə olaraq Qur`anda Nur surəsində "İxvanihinnə" sözü, həqiqi qardaş mə`nasında işlənmişdir.

Qur`andan istifadə etməklə demək olar ki, "İxvət" və "İxvan" sözlərinin mə`nasının fərqi burdadır ki, "İxvan" sözü, istər həqiqi, istərsə də qeyri-həqiqi qardaşlar mə`nasında işlədilir. "İxvə" sözü isə yalnız, həqiqi qardaşlar mə`nasında işlədilir. Məsələn: Yusif surəsində oxuyuruq: "Öz yuxunu qardaşlarına nəql etmə"! Nisa surəsində gəlib: "Həqiqətən, mö`minlər qardaşdırlar". Qur`an və rəvayətlərdə, mö`minləri həqiqi qardaş bilirlər.

İSLAMİ QARDAŞLIĞIN ƏHƏMİYYƏTİ

Qur`ani-Kərim buyurur: "Mö`minlər bir–birləri ilə qardaşdırlar. Bəs qardaşlarınız arasında sülh bərqərar edin və Allahın rəhmətini qazanmaqdan ötürü təqvalı olun!"[611]

Bu ayə, İslam dininin ən geniş və tə`sirli şüarlarından birini bəyan edir. Müsəlman insanların bağlılığı o qədər üstündür ki, onlar bir-birləri ilə qardaş hesab olunurlar. Əslində, İslam dini bütün müsəlmanları bir ailə kimi bilir və bu məsələ, həcc mərasimində daha çox hiss olunur. Biri şərqdən, digəri qərbdən gəlsə də, hamı bir-birinə qardaş kimi baxırlar. Bu da, Qur`anın bəyanıdır. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) sözlərinə diqqət etdikdə belə oxuyuruq: [612]

"Müsəlman müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etməz. Ondan köməyini əsirgəməz və onu hadisələr bərabərində tək qoymaz." Başqa hədisdə Həzrət buyurur:

"İki dini qardaş, bir–birinin əlini yuyan iki əl kimidir[613]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müsəlman qardaşları iki əl kimi fərz edir. Yə`ni, bütün müsəlmanlar bir bədən olub, fərdlari də əllərdir.

MÖMİN, MÖMİNİN QARDAŞI

İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`min, mö`minin qardaşıdır. Ona yol göstərən gözü hökmündədir. Heç vaxt ona xəyanət və zülm etməz. Onu aldadıb hiylə gəlməz. Verdiyi hər bir və`dəsinə əməl edər."[614]

Başqa hədisdə Həzrət buyurur:

"Mö`min mö`minin qardaşıdır. Hamısı bir bədənin əzasına bənzərlər ki, hər bir üzvü dərd tutsa, digəri də ağrıyar. Onların hamısının ruhu bir ruhdan tutulub. Mö`minin ruhu, Allahla, günəşin nurunun günəşlə bağlılığı kimidir."[615]

QARDAŞLIQ ƏN BÖYÜK NE`MƏTDİR

Qur`ani-Kərim, Ali-İmran surəsində qardaşlıq ne`mətini insanlara çatdırır, buyurur:

"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-biriniz ilə qardaş oldunuz."[616]

Ayənin nazil olma səbəbi, bir-biri ilə düşmən olan "Ovs və Xəzrəc"adlı iki qəbilə barəsindədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Mədinəyə gələrkən, onların arasında sülh və qardaşlıq icad edir. Doğrudur ki, bu qardaşlıqdan sonra müxtəlif səbəblərdən dində düşmənçiliyə qayıtmaq istəyiblər, lakin, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) vaxtında onların ixtilaf atəşini söndürə bilir.

Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) müsəlmanlara göstəriş verir ki, dostluq, məhəbbət və qardaşlıqlarını bir-birinə e`lan etsinlər. Çünki, bu işin qardaşlıqda çox böyük tə`siri vardır. Həzrət buyurur: "Sizlərdən müsəlman qardaşlarnızdan birini dost tutduqda, bu dostluğu ona e`lan edin!"[617]

MÖMİN QARDAŞIN ZİYARƏTİNİN SAVABI

"Kafi" kitabında, "Mö`min qardaşın ziyarəti" fəslində, bu əməlin çoxlu savablarına işarə olunur. Onlardan bə`zilərinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim dini qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm! "

Başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur: "Müsəlman, qardaşını ziyarət etməkdən ötrü evindən xaric olsa və onun bu işi yalnız, Allahın razılığını ələ gətirməkdən ötrü olsa, Allah-taala, yetmiş min Məlaikəni ona vəkil edər. Mənzilinə qayıdarkən səsləyərlər: Xoş halına! Behişt sənə şirin olsun!"[618]

İslam dini, müsəlmanların belə gözəl göstərişlərlə vəhdət və birliyinə zəmanət vermişdir. Belə göstərişlər sayəsində mö`minlər şirin həyat tərzi keçirirlər.

HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ QARDAŞLAR VƏ ONLARIN VƏZİFƏLƏR

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Qardaşlar iki dəstədirlər: Birinci: İnanılmış və həqiqi qardaşlar. İkinci: Zahiri qardaşlar. Amma, həqiqi qardaşlar insanın əli, qanadı və malı kimidirlər. Bəs nə vaxt belə inanılmış qardaş tanıdın, malını onun yolunda bağışla. Əlinlə ona kömək et. Hər kimlə dostdursa dost ol, hər kimlə düşməndirsə, ona düşmən ol! Sirrini saxlayıb, eybini gizlət, yaxşılıqlarını aşkar et. Bil ki, onlar, qırmızı kibritdən də az tapılandırlar. Lakin, zahiri qardaşlardan yalnız, zahirdə bəhrələn və istifadə et. Bu yolda onlardan rabitəni üzmə. Ancaq, olanların batinindən bundan artıq bir şeyin intizarında olma! Onların şirin danışıq və rəftarı müqabilində, yaxşı rəftar edib şirin danış! "

Bu bəyanda Həzrəti Əli (əleyhissalam) insanların həqiqi və zahiri dostları müqabilindəki vəzifəsini tə`yin edir. Onlardan bəhrələnmə və vəzifə yollarını tanıtdırır. Yaxşı dostlardan ötrü mal, can və köməklərindən keçməli, zahiri dostlara isə gündəlik həyatda zahiri rəftarla kifayətlənməliyik.

QARDAŞLIQDA İNSAFA RİAYƏT ETMƏK

Həzrəti Əli (əleyhissalam) buyurur: "Qardaşlıq əlaqəsi, insaf və ədalətli rəftarla davam tapa bilər."[619]

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) yeddi yaşında, süd anası Həlimə Sədiyyəyə buyurur: Qardaşlarım hardadırlar? Cavab verir: Əziz övladım! Onlar, Allahın sənin vücuduna xatir bizə mərhəmət etdiyi qoyunları otarırlar. Həzrət buyurdu: Anacan mənim barəmdə insafla rəftar etməmisən! Anası soruşur: Nəyə görə? Buyurdu: Məgər layiqdir ki, mən xeymədə oturub süd içəm, amma qardaşlarım biyabanda günün altında qalsınlar."[620]

Bu mövzuda yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Əməllərin ağası üçdür: 1. İnsafa riayət etmək 1. Allah yolunda qardaşa kömək etmək 1. Hər halda Allahı zikr etmək!"[621]

İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ QARDAŞLAR

İmam Sadiq (əleyhissalam) buyurur: "Qardaşlar üç dəstədirlər. Bir dəstə qida hökmündə olub, insanının ona həmişə ehtiyacı vardır. Bu dəstə şəxslər aqillərdir. İkinci, o dostlar ki, insan üçün dərd və mikrob kimidirlər. Bu cür insanlar nadanlar və ağılsızlardır. Üçüncü: Şəfa verən dərmanlar kimidirlər. Belə şəxslər, aqil və zirəngdirlər."

Qardaşın hüquqları bəhsinin sonunda İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) mö`min qardaşın mö`minin boynunda olan otuz ədəd haqqını zikr etmək yerinə düşərdi. Bəlkə də, bu rəvayət, həmin mövzuda ən geniş və ətraflı rəvayətdir.

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) NƏZƏRİNDƏ QARDAŞIN OTUZ HAQQI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Müsəlmanın müsəlman qardaşının boynunda otuz haqqı vardır. Hər bir müsəlman, bu hüquqları yerinə yetirməyib və ya müsəlman qardaşından bunlar barəsində halalllıq almayınca, qiyamətdə üzrlü olmaz:

1. Onun xətalarını bağışlasın.

2. Narahatçılıq vaxtı ona qarşı mehriban olsun.

3. Sirrini gizlin saxlasın.

4. Səhvlərinin əvəzini çıxsın.

5. Üzrünü qəbul etsin.

6. Pis danışanların müqabilində onu müdafiə etsin.

7. Həmişə onun xeyrini istəsin.

8. Onunla dostluğu qorusun.

9. Onunla əhdinə riayət etsin.

10. Xəstələnən vaxtı onu yoxlasın.

11. Ölən vaxtı onun dəfnində olsun.

12. Də`vətini qəbul etsin.

13. Hədiyyəsini qəbul etsin.

14. Xeyirxahlığını qiymətləndirsin.

15. Onun ne`mət olmasına şükür etsin.

16. Ona kömək etməyə çalışsın.

17. Onun namusunu qorusun.

18. Onun hacətini yerinə yetirsin

19. İstəyinə şəfaət etsin.

20. Asqıran vaxtı onu salamlasın.

21. İtirdiyini tapmaqda kömək etsin.

22. Salamına cavab versin.

23. Danışığını yaxşı bilsin.

24. Hörmətini saxlasın.

25. Andlarını təsdiq etsin.

26. Dostunu dost tutsun.

27. Onunla düşmənçilik etməsin.

28. İstər zalim, istərsə də məzlum olsa, ona kömək etməyə çalışsın. Zalim vaxtı ona köməkliyi bu olar ki, onu zülm etməkdən saxlasın. Məzlum olan vaxtı ona haqqını almaqda kömək etsin.

29.Onu müxtəlif hadisələrdə tək qoymasın.

30. Özünə istədiyi yaxşılıqlardan ona da istəsin. Özünə istəmədiyi pisliyi ona da istəməsin.

ÜMUMİ HÜQUQLAR

26. KÖLƏ AZAD EDƏNİN HAQQI

وَأَمّا حَقُّ الْمُنْعِمِ عَلَيْكَ بالْولاءِ فَأَنْ تَعْلَمَ أَنّهُ أَنفَقَ فِيكَ مَالَهُ، وَأَخرَجَكَ مِن ذُلِّ الرِّقِ وَوَحْشَتِه