A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bə`zi psixoloqlar mö`təqiddirlər ki, uşaqların məhəbbətə xüsusi ehtiyacları vardır. Bu ehtiyaclar ananın bədəninin hərarəti və ya ananın uşaqı qucağına alması və ya oxşaması ilə aradan gedir. Əgər uşaqın bu ehtiyacı ödənilməsə, onun ruhunda çox pis tə`sir qoyur. Məşhur insanşünaslardan biri bu e`tiqadın tə`siri altına düşüb məclislərin birində belə deyir:

“Körpə doğulduqdan sonra anasının yanında yatmalıdır və onu yataqxanaya göndərmək lazım deyildir. Çünki, əgər uşaqı bu anda anasından ayırsaq, onun ananın istilik və hərarətinə olan ehtiyacı ödənilməmiş olar. Hətta, bə`zi pisxoloqlar bu əqidədədirlər ki, əgər, ana hər hansı müşkülə görə uşaqın yanında yata bilməsə, onun yerinə uşaqa nəvaziş etməkdən ötrü başqa anadan da istifadə etmək olar. Ona görə də yetimləri pərvəriş etmək üçün xüsusi mərkəzlərə ehtiyac var.[586]

MƏGƏR UŞAQ ANANIN HƏRARƏTİ OLMAMASINI DƏRK EDİRMİ?

Uşaq özünün həyatının bu dövründə söz danışa bilməz. Ona görə də, bu sualın cavabı hələlik cavabsız qalır. Amma bu suala cavab tapmaqdan ötrü bir neçə təcrübə keçirildi. Bu təcrübədə bir neçə meymuna texniki bir ana verildi. Bu təcrübələrdə meymunun balaları, maşın anaya qarşı uşaqlara məxsus bütün ehtiyac və hərəkətlərini nişan verdilər. Meymunun anasının yerinə qəbul etdiyi ən münasib canişin, qırıq ağac budağının başına dolanmış paçanı və aşağı qismətləri bükülmüş gəlincik olur.

Həmçinin, bu canişin ana, başqa bir canişin maşın anadan ki, isti süd verir, lakin, meymun balası onun qucağında otura bilməməsinə görə, ondan daha tə`sirli olur. Bu təcrübələrdə müşahidə olunur ki, meymun balasında ruhu narahatçılıq baş verdikdə, canişin anaya tərəf qaçır və onu qucağına alır. Bu təcrübədən belə nəticə almaq olar ki, meymun balalarının ananın bədəni ilə əlaqəyə ehtiyacları vardır.[587]

ANANIN FƏDAKARLIĞI

Ana övladının vücudunu öz vücudundan üstün bilir. Bə`ziləri özlərini övladına fəda edir. Öz gözünə tikan batmasına dözür, amma uşaqının naləsinə dözmür. İmam Səccad (əleyhissalam) buyurur: "Ana, suyu övladına verib, özü isə susuz qalır. Özünə lazımı libas almasa da, onu uşaqına alır.”

Ana uşaqına qarşı iki növ məhəbbət bəsləyir. Birinci: Hissi məhəbbət. İkinci: Əqli məhəbbət. Hissi məhəbbət, bu vaxta kimi söhbət etdiklərimizdir.

Amma əqli məhəbbət odur ki, uşaqı xəstələndiyi vaxt həkimə müraciət edir. Onu cərrah həkimin ixtiyarında qoyur ki, qarnını yarsın və bağırsağını götürsün. Anası onun vəziyyətinə ağlayaraq dözsə də bu işə razılıq verir. Əgər ondan soruşsaq ki, nəyə görə uşaqını həkimin ixtiyarında qoymusan? Cavab verir: Çünki, onu sağlam görmək istəyirəm. Az zərərə, mənfəətdən ötrü dözmək və övladı sağlam görmək daha məntiqlidir.

BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR

Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Cənnət anaların qədəmləri altındadır.[588]

Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir

Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana! Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördüncü dəfə buyurur: Atana yaxşılıq et!

Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları tə`min edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.

ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?

Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Ananın xidmətində ol! Cəbhəyə getməkdən savabı az deyildir!"[589]

23. ATANIN HAQQI

وَأمَّا حَقُّ أَبيكَ فَتَعْلَمَ أنَّهُ أَصْلُكَ، وَأنَّكَ فَرْعُهُ، وَأَنَّكَ لَوْلاهُ لَمْ تَكُنْ. فَمَهْمَا رَأيْتَ فِي نفْسِكَ مِمَّا يُعْجِبُكَ فَاعْلَمْ أَنَّ أَبَاكَ أَصْلُ النِّعْمَةِ عَلَيْكَ فِيهِ وَاحْمَدِ اللَّهَ وَاشْكُرْهُ عَلَى قَدْرِ ذَلِكَ وَلا قُوَّةَ إلاّ باللهِ.

“Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu ne`mətin əsli atadandır. Bəs, Allaha pərəstiş et və Ona bu ne`mətə görə şükr et! Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! "

ATA ƏSL, OĞUL ŞAXƏ

Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarə edir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə də olmaz. Əslində bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir. Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanını vücudunun əzəmətini bəyan edərək aşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isə budaqdır. Kök olmasa, övladın vücudu dünyaya gəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.

İmam Səccad (əleyhissalam)-ın bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır və kamal hərəkətinə davam edir. Lakin, ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Beləliklə, ata və övladın maddi hərəkəti zamanı, ata öz inkişafını qurtarmağa doğru (qocalıq) halbuki, övlad inkişaf və maddi kamal qülləsinə tərəf hərəkət edir. Ata, günbəgün zəiflədiyini və qocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.

Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə və Allah eləməmiş, təkəbbür halına düşsən, bil ki, sənə kamal və inkişaf cəhətdən nə müvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur. Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.

İmam Səccad (əleyhissalam)-ın bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, ne`məti tanımaq, təşəkkür və şükür etmək hissini oyatmağa diqqət etməklə, övladın öz vəzifəsini atası müqabilində Allahın buyurduğu kimi icra etməsidir. Bununla da valideynin üzünə ağ olmaq zərərindən qurtarsın. Sonra İmam Səccad (əleyhissalam) izah edir ki, atanın haqqına diqqət, onun müqabilində vəzifəsini yerinə yetirmək fürsətini yalnız, Allah-taala insana nəsib edir. Ona görə də bu imkanı Allahdan istəmək lazımdır.

Keçən bəhslərdə Qur`ani-Kərimdə, Loğman və Əhqaf surələrində ananın haqqı və insanı ata-anası barəsində yaxşılığa də`vət edən ayələri izah etdik. Bu bəhsdə isə həmin ayələrin təfsirində nəql olunan rəvayətlərə və atanın hüququna işarə edəcəyik.

RƏVAYƏTDƏ ATANIN MƏQAMI

Ravi nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan bu ayə barəsində sual etdim: "Valideynlərə yaxşılıq etmək"dən məqsəd hansı yaxşılıqdır? Həzrət buyurdu: Ata-ananla kamil şəkildə həmsöhbət ol və onunla yaşa. Onların sənə möhtac olmaqına və zəhmətə düşmələrinə şərait yaratma. Özləri ehtiyacsız olsalar da, bu işi görmə. Sonra İmam Səccad (əleyhissalam) sual soruşanın diqqətini başqa ayəyə cəlb edərək oxuyur: "Özünüzün xoşladığınız şeylərdən xərc edin!" Rəvayətin ardında buyurur:

Allahın buyurduğu: "Əgər ata-anandan biri sənin yanında qocalıb əldən düşsələr onlara ən kiçik sayılan “Uf"kəlməsini də demə! "- ayədən məqsəd budur ki, onları əziyyətedici sözlərlə incitmə. Əgər səndən narahat olub səni vursalar da, onlarla yaxşı sözlərlə danış. O yaxşı söz budur ki, onlara de: "Allah sizi bağışlayıb Öz rəhmətinə aid etsin!" Ayədəki “Təvazökar qanadlarını onlara aç" sözündən məqsəd budur ki, onlara dolu və açıq gözlə baxma. Yalnız, rəhmət və mərhəmətlə nəzər sal. Səsini səslərindən ucaltma, əlini onların əllərindən, qədəmini qədəmlərindən qabağa qoyma. "Qədəmini onların qədəmindən irəli qoymamaq"– yə`ni, onlarla uca və əziyyətedici səslə danışma. Üzünü onlara turşutma. Heç bir işdə onlardan önə keçmə və sözün tam mə`nasında onların ixtiyarında ol!

Üsul-Kafi kitabında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) yanına gələrək ərz edir: Mənə tövsiyə edin! Həzrət buyurur: Atəşdə yanan vəziyyətində olsan da, Allaha şirk qoşma! Yalnız, qəlbində imanına arxayın olsan, zahirdə (təqiyyə ünvanı ilə) zərurət üzündən bu işi görə bilərsən. Ata-anana itaət et və onlara yaxşılıq göstər. İstər diri, istər ölmüş olsalar. Əgər valideynlərin sənə əmr etsələr ki, mal-dövlətindən ver, hökmən bunu yerinə yetir. Çünki, bu işin özü imandandır. "[590]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), istər həyatda olsun istərsə də, vəfat etmiş olsalar, valideynlərə ehsan və yaxşılıq etməyi tövsiyə edir. Ata-ananın məqamını o dərəcədə bəyan edir ki, hətta, əmr etsə ki, mal–dövlət və zövcəni tərk et, ona tabe olmalıdırlar. Bu əmri yerinə yetirmək, iman əlaməti kimi tanıtdırır.

Başqa rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yalnız, atanın haqqı barəsində buyurur:

“Atanı adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaq oturmayın. Onun sizi təhqir etməyinə şərait yaratmayın."

Beləliklə, övlad atanın məqamını belə gözləməli və ata-anasına kamil şəkildə ehtiram göstərməlidir.

Başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan bir nəfər soruşur: Atam qocalıb. Çox zəifləyib. Belə ki hacəti zamanı onunla birlikdə olmalıyam. Belə işi yerinə yetirimmi? Həzrət buyurur:

“Əgər qüdrətin çatırsa, hökmən bu işi gör! Öz əlinizlə onun ağzına tikə qoyun. Bunun tə`siri, sabah Qiyamət günü Behiştin sənə qismət olması ilə nəticələnər! "

Bu hədisdə İmam Sadiq (əleyhissalam) övladlara buyurur və tövsiyə edir ki, necə ki, bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz. Bu günkü dünyada qocalar və yaşlılar üçün xüsusu evlər tikmək, həmçinin, özləri belə yerlərdə yaşamaq istəyən qocaları ora cəlb etmək tələb olunan və bəyənilmiş işdir. Lakin, çox təəssüflər olsun ki, bə`ziləri belə yerləri bəhanə edib, öz əxlaqsızlıq və yersiz niyyətlərini həyata keçirməklə ata-analarını zorla ev mühitindən çıxarıb belə yerlərdə yerləşdirirlər. Onlar bu əməllə valideynlərinin ruhiyyəsinə böyük zərbə vurmuş olurlar. Onların qəm-qüssələrini artırır, ölümlərini tezləşdirirlər. Ata-ananın haqqı və məqamı o qədər böyükdür ki, hətta, müsəlman olmasalar da, İslam onların ehtiramını saxlamasını övladlara göstəriş verir.

Yenə də başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:

"Üç şey var ki, Allah-taala, bu işin heç kimə tərk olunmasına icazə verməmişdir: 1. Əmanəti mö`min ya fasid də olsa, qaytarmaq. 2. Saleh və kafir də olsa, əhdə vəfa etmək. 3. Saleh və pis iş sahibi də olsa, ata-anaya yaxşılıq etmək."

CAVANLARIN VƏZİFƏLƏRİ

Rəvayətlərdə müqəddəs İslam dininə mö`təqid olan cavanların vəzifələri mə`lum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəblə baxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.

İmam Sadiq (əleyhissalam) buyurur: “Hər kim valideynin üzünə hirs və qəzəblə baxsa, onlar övlad haqqında vəzifələrini yerinə yetirməsələr də, Allah övladın namazını qəbul etməz."[591]

Göründüyü kimi bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.

GÜNAHLARIN TƏ`SİRİ VƏ ATANIN QƏTLİ

Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birində gözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. “Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki, o da atasının qatili olub. [592]

Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmö`minin Əli (əleyhissalam)-ın müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə “Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əli (əleyhissalam)-a qarşı bu çirkin rəftarından qəzəblənir. Bə`zən ona etiraz edir, bə`zən də sakit dayanırdı. Tainki, günlərin birində böyük şəxsiyyətlərdən təşkil olunmuş ümumi məclisdə, Mütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına e`tiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir ş`er deyir.

“Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinə olsun!"

İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinə dözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.

MÜTƏVƏKKİLİN QƏTLİ VƏ BU ÖLÜMÜN TƏ`SİRİ

Müntəsər, atasını qətlə yetirmək fikrinə düşən zaman bu məsələni, Mütəvəkkilin sarayında onun sirrini bilən bir neçə nəfər türk qulamları ilə araya qoyur. Əslində öz planını onların əli ilə həyata keçirir.

Gecələrin birində Mütəvəkkil sarayda özünün xüsusu şərab məclisini təşkil edib, yeyib-içməklə məşğul idi. Gecə yarıdan keçir. Sarayın məclis işlərinə baxan Bəğai Səğir məclisin dağılmasını e`lan edib, xəlifənin istirahət vaxtı olduğunu bildirir. Hamı saraydan çıxır. Sarayda qalan təkcə, Mütəvəkkilin yanında böyük məqamı olan Fətih ibni Xaqan qalır. Bu vaxt türk qulamları sıyrılmış qılıncla xəlifənin otağına həmlə edirlər.

Fətih ibni Xaqan Mütəvəkkilin canını qorumaq üçün özünü onun üstünə atır. Lakin, bu işin faydası olmur. Hər ikisini tikə-tikə edirlər və həmin gecə, qanlı nizələri ilə Müntəsərə xilafət salamı verirlər.

Bu əhvalatda doğrudur ki, Mütəvəkkil (məsu`liyətsiz ata) özü öz qətlinə səbəb olur və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) bu hədisinə aid olur: Əli (əleyhissalam)-a buyurur: “Ya Əli! Allah lə`nət eləsin o valideynə ki, övladlarının onların üzünə ağ olmasına şərait yaradırlar”.[593] Lakin, başqa tərəfdən, atasını qətlə yetirmək günahının tə`siri səbəb olur ki, Müntəsərin ömrü altı aydan çox çəkməsin və həyat qapısı bu dünyada əbədi bağlansın.

Mütəvəkkilin ardıcıl məzəmmətləri səbəb olur ki, inadkarlıq atəşi daha çox şö`lələnsin. Nəticədə, öz övladı vasitəsi ilə onun canını yandırsın. Əli (əleyhissalam) bu barədə buyurur:

“Məzəmmət və acıqlanmaqda ifrata varmaq inadkarın atəşini çoxaldır! "[594]

ATANIN ÖVLADA ŞƏR`İ HAQQI

Mühəqqiq Ərdəbili yazır: “Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: “Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.[595]

Şəhid Saninin “Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: “Şübhəsiz ki, əcnəbilərə haram və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.

Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.

İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki, şübhəli məsələnin tərki müstəhəbdir.

Üçüncü: Əgər xüsusi hökm olmasa, valideyin övladının cəbhəyə getməsinə mane ola bilər.

Dördüncü: Əgər iş, namaz qılmaqla, valideynə itaət arasında təzadd olsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.

Beşinci: Valideyn bə`zi vaxtlar övladını camaat namazından saxlaya bilər.[596]

24. ÖVLADIN HAQQI

وَأمَّا حَقُّ وَلَدِكَ فَتَعْلَمَ أنَّهُ مِنْكَ وَمُضَافٌ إلَيكَ فِي عَاجِلِ الدُنْيَا بخَيْرِهِ وَشَرِّهِ، وَأَنَّكَ مَسْئولٌ عَمَّا ولِّيتَهُ مِنْ حُسْنِ الأَدَب وَالدّلالَةِ عَلَى رَبهِ وَالْمَعُونةِ لَهُ عَلَى طَاعَتِهِ فِيكَ وَفِي نفْسِهِ، فَمُثابٌ عَلَى ذلِكَ وَمُعَاقَبٌ، فَاعْمَلْ فِي أَمْرِهِ عَمَلَ الْمُتَزَيِّنِ بحُسْنِ أَثرِهِ عَلَيْهِ فِي عَاجِلِ الدُّنْيَا، الْمُعْذِرِ إلَى رَبهِ فِيمَا بَيْنَكَ وبَيْنَهُ بحُسْنِ الْقِيَامِ عَلَيْهِ وَالأَخذُ لَهُ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.

“Övladın haqqı budur ki, biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Sən ona yaxşı tərbiyə, yol göstərmək, Allah-taalaya və sənə itaət etməkdə, məs`ul və öhdədarsan. Sonra əgər bu vəzifəni yerinə yetirsən, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Bəs, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan. Axirətdə ondan yaxşı himayət etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur! "

İmam Səccad (əleyhissalam)-ın övladlarının hüquqları barəsində xatırladığı məsələnin xülasəsi bunlardır.

Birinci: Ata unutmasın ki, onun övladı ona bağlıdır. Həmçinin, xeyir və şəri onunla əlaqədardır.

İkinci: Övladın yaxşı ədəblə tərbiyəsi və Allaha-itaət etməsinə tərəf yönəldilməsi də atanın vəzifəsidir.

Üçüncü: Övladın əməllərinin tə`sirləri barəsində qəflətdə olunmamalıdır. Çünki, əgər yaxşı iş görərsə, ataya savab, pis iş görərsə, ona da da əzab gələr.

Dördüncü: Ata övladını elə böyüdüb başa çatdırsın ki, Qiyamətdə Allahın müqabilində həm övladı, həm də özü üzünü ağa çıxara bilsin.

İmam Səccad (əleyhissalam) əvvəlki mövzularda valideynin haqqını bəyan edib, övlad