A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


“Kölələrinizə, öz geyindiklərinizdən geyindirin və yediynizdən yedizdirin."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), qulamı yanında piyada gedən bir atlı görür. Buyurur:

“Qulamını da mindir! O sənin qardaşındır. Ruhu sənin ruhundandır.”[563]

İMAM RZA (ƏLEYHİSSALAM) VƏ KÖLƏLƏR

İmam Rza (əleyhissalam) kölələrindən, Yasir və Nadir nəql edirlər ki, İmam Rza (əleyhissalam) bizə buyurdu:

"Hər vaxt yemək yediyiniz halda məni başınızın üstə görsiniz, yemək tamam olmayınca yerinizdən qalxmayın."[564]

İMAM SADİQ (ƏLEYHİSSALAM) KÖLƏLƏRİ İLƏ RƏFTARI

İmam Sadiq (əleyhissalam), qulamlarından birini iş dalınca göndərir. Qulam gec qayıdır. Həzrət özü onun dalınca gedir. Görür ki, yatıb yuxudadır. Başının üstündə oturub oyanmasını gözləyir. Oyanandan sonra ona buyurur: Ey cavan! Nəyə görə gecə də, gündüz də yatırsan? Gecə istirahət etməli, gündüz isə ehtiyacınız olanı ələ gətirməlisiniz! [565]

Yuxarıdakı misallar nişan verir ki, Məsum İmamlar (əleyhimussalam) kölələrlə hansı ehtiramla rəftar edirdilər!

KÖLƏLƏRİN PEYMANI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrin şə`nini yüksək etməkdən ötrü kölələr arasında qardaşlıq peymanı bağlatdırır. Məsələn, kölələrdən, Bilal Həbəş, Zeyd ibni Harisə, Xaricət ibni Zeydi, azad şəxslərdən, Xalid ibni Ruvəyhə Xəsəmi, Həmzə ibni Əbutalib, Əbu Bəkr, Əbu Quhaf kimilərlə qardaşlıq peymanı bağlatdırır. Kölələrin ən yaxşı ailələrdən evləndirirdi. İlk nöbədə bibisi qızı Cəhimin qızı Zeynəbi, Zeyd ibni Harislə evləndirir. İkinci mərtəbədə Ziyad ibni Ləbidi, bəni Bəyazə qəbiləsinin başçısının qızı Cuvəybərlə evləndirir. Həmçinin, azad kişilərdən, Ömər, Əbu Bəkr və başqa mühacir və ənsarlar olan yerdə, azad olunmuş Usamət ibni Zeydi, İslam qoşununa başçı tə`yin edir və rumlularla döyüşməkdən ötrü Şama göndərir.

KÖLƏLƏRİ AZAD ETMƏYİN SAVABI

Bu vaxta kimi kölələrin hüquqlarına dair İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam) bəyanları ilə tanış olduq. Bəhsin sonunda kölələrin azad olunmasına işarə edək. "Malikin haqqı" bəhsində, kölələrin azad olunması yollarını izah etdik. Amma kölələrin azad olunmasının savabı barəsində “Kitabul itq"kitabında çoxlu rəvayətlər gəlmişdir. Bu kitabın “Bab istihbab" qismətində nəql olunan bə`zi rəvayətlərə işarə edirik. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

Hər kim öz köləsini azad etsə, Allah-taala, kölənin hər bir üzvü müqabilində, azad edənin üzvünü Cəhənnəm atəşindən azad edər."[566]

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

“Hər kim saleh köləni, Allahın razılığna xatir azad etsə, Allah taala onun hər üzvünə xatir azad edənin günahlarından keçər və onu Cəhənnəm atəşindən azad edər."[567]

ƏRƏFƏ GÜNÜNÜN ƏSİRİ VƏ KÖLƏLƏRİ AZAD ETMƏK

Həmin kitabın səkkizinci babında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur: ”Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı maldan min nəfər köləni azad etmişdir.”

Ərəfə günü günortadan sonra kölə azad etməyin savabı barəsində İmam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur, buyurur:

“Ərəfə günü əsr zamanı, Allaha daha yaxın olmaq (dua oxumaq), kölə azad etmək və sədəqə vermək müstəhəbdir."[568]

İmam Zeynalabidin (əleyhissalam)-ın kölələr barəsində zikr etdikləri dərin mə`nalı sözlərin məcmuəsindən bu nəticə alınır: Kölələrin hüquqlarına riayət edin, çünki, onlar sizin yox, Allahın məxluqudurlar. Bəs onlara əzab-əziyyət verməyin və onlarla yaxşı rəftar edin. Necə ki, Peyğəmbər və mə`sum İmamlar (əleyhimussalam) rəftar etmişdilər.

QOHUMLARIN HAQQI

22. ANANIN HAQQI

فَحَقُّ أُمِّكَ، فَأَنْ تَعْلَمَ أَنَّهَا حَمَلَتكَ حَيْثُ لا يَحْمِلُ أَحَدٌ أَحَدًا وَأَطْعَمَتكَ مِنْ ثَمَرَةِ قَلْبها مَا لا يُطْعِمُ أَحَدٌ أَحَدًا، وَأَنَّهَا وَقَتكَ بسَمْعِهَا وبَصَرِهَا ويَدِهَا وَرِجْلها وَشَعْرِهَا وبَشَرِهَا وَجَمِيعِ جَوَارِحِهَا مُسْتَبشِرَةً بذَلِكَ، فَرِحَةً مُوَابلَةً مُحْتَمِلَةً لِمَا فِيهِ مَكْرُوهُها وأَلَمُها وثِقْلُها وَغَمُّهَا حَتَّى دَفَعَتهَا عَنْكَ يَدُ القُدْرَةِ وَأَخرَجَتكَ إلَى الأَرضِ فَرَضِيَتْ أَنْ تَشْبَعَ وتجوعُ هِيَ، وَتَكْسُوكَ وَتعْرَى، وَتُرْوِيكَ وَتَظْمَأُ، وَتُظِلُّكَ وتَضْحَى، وَتُنَعِّمَكَ ببُؤْسِهَا، وَتُلَذِّذُكَ بالنَّوْمِ بأَرَقِهَا، وَكَانَ بَطْنُهَا لَكَ وِعَاءً، وَحِجْرُهَا لَكَ حِوَاءً وثَدْيُهَا لَكَ سِقَاءً، ونَفْسُهَا لَكَ وِقَاءً، تُبَاشِرُ حَرَّ الدُّنيَا وبَرْدِهَا لَكَ وَدُونَكَ، فَتَشْكُرَهَا عَلَى قَدْرِ ذَلِكَ وَلا تَقْدِرُ عَلَيْهِ إلاّ بعَونِ اللَّهِ وَتَوفِيقِهِ.

"Ananın sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtını bütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.

O, narahatlıq içində olarkən, sən ne`mət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsi olub.

Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan! "

“ÜMM" (ANA) KƏLMƏSİ

“Ümm" yə`ni, başqa şeylərin ona birləşdiyi əsas və kök. Hədisdə oxuyuruq: “Şərab içməkdən çəkinin ki, “ümmül"fəsaddır." (Yə`ni, fəsadların əsasıdır) "Ümm" sözü ərəbcə, mə`na cəhətdən bir neçə mə`nada müştərəkdir. Bu sözün “ana" mə`nasında işlənməsi o qədər şöhrət tapmışdır ki, bəlkə də, məcazi mə`na daşıyır.

“ÜMM"(ANA) GƏLMƏSİNİN QUR`ANDA İŞLƏNMƏ YERLƏRİ

1. Həqiqi ana: "Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!"[569]

2. Kök və əsas mə`nasında: Quran buyurur: "Ya Məhəmməd! Sənə Qur`anı nazil edən odur. Onun bir hissəsi Qur`anın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir.[570]

3. Bir şeyin mərkəzi, “Ümüul–qura" (Şəhərlər mərkəzi) Qur`anda Məkkəyə işarədir. Qur`an buyurur: "Ümmül qura və ətrafındakıları qorxudasan. "[571]

Bu şəhərə o cəhətdən “Ümmül-qura" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. “Lüğətçi Rağib" və başqaları yazır: Məkkənin “Ümmül-qura" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bə`zi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.

Qur`anda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, mö`minlər anası adlandırılır. Qur`an buyurur:

"Peyğəmbər, mö`minlərə onların özlərindən daha üstündür. Onun zövcələri mö`minlərin analarıdır.[572]

Yuxarıdakı üç mə`naya diqqət etməklə, “həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi" kəlmələrinin mə`naları arasındakı münasibətlər aydınlaşır.

Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.

ANA VƏ ƏZİYYƏTƏ DÖZMƏK

“Ümm" sözünün mə`nası aydın olandan sonra İmam Səccad (əleyhissalam)-ın anasının haqqı barəsində söylədiyi mətləbə qayıdaq. İmam Səccad (əleyhissalam) ananın hamilə olmaq mövzusundan başlayır. Buyurur: Sənin anan səni elə bir müddətdə həml edib ki, heç kəs insanı o qədər həml etməz!

Bu mühüm mövzu, Qur`anın iki surəsində geniş şəkildə izah edilmişdir. Ə`raf surəsində belə oxuyuruq:

“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğulmşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: Pərvərdigara! Mənə mənim özümə və ata-anama əta etdiyin ne`mətə şükr etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi saleh et. Mən günahlardan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. [573]"

“Loğman" surəsində isə belə buyurur:

“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətinində) çox zəif bir halda daşımışdır. Uşaqın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq): Mənə və ata-anana şükr et. Axir dönüş Mənədir[574] "

Ananın hamiləlik dövranı onun ən çətin və sıxıntılı günlərindəndir Nütfənin rəhimdə ilk gündən rüşeym bağlaması ilə ananın halı dəyişir. Ondan ötrü dalbadal narahatçılıqlar baş verir. Bu narahatçılıq halını “viyar" adlandırırlar. Nəyə görə anada belə hallar qarşıya çıxır? Həkimlər cavab verirlər: Ananın öz enerjisindən uşaqına əta etdiyinə görə öz bədənində çatışmamazlıq yaranıb narahat olur!

ANANIN HAMİLƏLİK DÖVRÜ

Bu dövrdə uşaqın rüşeymi nə qədər çox inkişaf edərsə, ananın canından bir o qədər şirə çəkir. Hətta, bu halət ananın sümüklərinə və əsəblərinə tə`sir edir. Bə`zən, ondan yuxunu və istirahəti alır. Hamiləliyin son vaxtında ana yol yeriməyə hətta, oturub durmağa da əziyyət çəkir. Lakin, səbr, hövsələ və dünyaya gələcək övladın eşqi ilə təbəssüm edir və bütün narahatlıqlara dözür.

Hamiləlik dövründən sonra uşaq doğmaq haləti ananın həyatında ən çətin halətdir. Hətta, bə`zən övladı yolunda öz canını da əldən verir. Bu dövrdə ana, ən böyük əmanət və müsafiri öz məqsədinə çatdırmalıdır. Ona görə də bu dövrdə ana, əmanətdən ötrü lazım olan bütün ehtiyatlarını görməlidir. Hərəkətlərində, dayanmaq, yol getmək, yemək və sağlamlığının bütün cəhətlərini gözləməlidir. Bütün bunlar, bu dövrdə ananın vəzifələrindən hesab olunur.

Ananın həml etdiyi müsafirin səfərinin müddəti iki ay yox, beş ay yox, bəlkə də doqquz aydır. Necə ki, müsafir öz məqsədinə yetişməkdən ötrü uzun məsafəni keçməlidir, ananın müsafiri də yol arasında müxtəlif xətlərlə üzbəüz ola bilər. Uşaq doğularkən ana rahatlaşır ki, müsafiri öz yerinə çatdırdım.

Ana bətnində dörd ay və on gündən sonra uşaqın rüşeyminə ruh daxil olur. Bu vaxt anaya çətin olur. Qarın və böyrəklərini ağrı tutur. Amma, bir neçə dəqiqə sonra şükür edib deyir: "Əlhəmdulillah uşaqım diridir!" Allah, Öz tərəfindən ona ruh verib.

Bu çətin dövrandan sonra ananın başqa çətin dövranı başlayır. Qur`an bu dövrandan “dalbadal çətinlik" ünvanı ilə ad aparıb. Süd vermək və gecə-gündüz uşaqdan muğayat olmaq dövranı. Elə dövran ki, uşaqın bütün ehtiyaclarına cavab verməlisən. Bu dövrdə uşaqın dili yoxdur ki, ağrıyan yerini tə`yin etsin. Dili təkcə ağlamaqdır. Ana bu ağlamaqdan hər şeyi anlamalıdır. Hər şeydən müşkül uşaqın bu dövrdə təmizlənməsi, ən çətin işdir. Müxtəlif xəstəliklərə şərait yarana bilməsinin qarşısını almaqdan ötürü ana bütün qüvvəsini bu dövrdə səfərbər etməlidir.

SÜD VERMƏK DÖVRÜ

Qur`an nəzərində uşaqa süd vermək dövrü tam iki ildir. Bəqərə surəsində oxuyuruq:

“Analar uşaqlarına əmizdirmə müddətini tamamlamaq istədiyi üçün tam iki il əmizdirsinlər.[575]

Əhqaf surəsində hamiləlik və süd vermə dövrünün cəmisi otuz ay zikr olunmuşdur. Əgər otuz aydan, tam iki ilini çıxsaq, hamiləlik vaxtı altı ay olar. Məgər altı ayda uşaqın dünyaya gəlməsi mümkündürmü? İslam alimləri hədis və rəvayətlərə əsasən deyirlər: Ən az hamiləlik dövrü altı aydır və ən çox süd vermə dövrü iyirmi dörd aydır.

Calinus və İbni Sinadan nəql olunur ki: Özləri öz gözləri ilə altı aydan sonra uşaqın dünyaya gəlməsini müşahidə ediblər

Qeyd etmək lazımdır ki, Qur`anın bu ifadəsindən mə`lum olur ki, hamiləlik vaxtından nə qədər azalarsa , o qədər də süd vermə dövrü artırılır. Məcmuən, otuz aya aid olur. İbni Abbasdan nəql olunur ki, hər vaxt qadının hamiləlik dövrü doqquz ay olarsa, iyirmi bir ay süd verməlidir. Əgər hamiləlik dövrü altı ay çəkərsə, iyirmi dörd ay süd verməlidir.[576]

Təbiət qanunu da bunu tələb edir. Çünki, hamiləlik dövründəki çatışmamazlıqlar süd vermək dövründə əvəzi çıxmalıdır. Həmin səbəbdən ayədə zikr olunur: "Tam süd vermə iki ildir."

Hər halda, ana bu otuz üç ay müddətində ruhi, hissi və cismi cəhətdən ən böyük fədakarlıq göstərir və övladına xidmət edir.

Maraqlıdır ki, Qur`an əvvəl ata-ananın hər ikisinə yaxşılıq etməyi tövsiyə edir. Lakin, zəhmət və əziyyətləri bəyan edərkən, ananın zəhmətlərini əsas tutur. Bununla da, ananın böyük zəhmət və haqqına işarə olunur. Sonra buyurur: Tövsiyə edirəm ki, Mənə və ata-anana təşəkkür edəsiniz! Mənim şükrmü, sizin Xaliq və ne`mət verəniniz olduğuma, ata və ananıza isə bu feyz və ne`məti sizə çatdırmaq vəsiləsi olduğuna görədir.

UŞAQIN QURULUŞUNDA ANANIN ROLU

Əhqaf və Loğman surələrindən zikr etməklə “insanın ata-anasına" yaxşılıq etmələrinə sifariş olduğunu aydınlaşdırdıq. Onların hər iksinin övladının boynunda haqqı vardır. Lakin hansının daha çox haqqı vardır: Qur`an ananın hamiləlik süd vemə dövründəki zəhmətlərini xüsusi qeyd edir.

Nütfənin bədəndə qərar tutması ilə uşaqın ilk vücudu əmələ gəlir. Ata-ana bərabər şəkildə bu işdə rol oynayırlar. Lakin, ana hamiləlik, uşaqı qidalandırmaq və uşaqın quruluşunda çox zəhməti vardır. Aleksis Karl yazır:

“Ata-ana uşaqın ilk rüşeyminin vücuda gəlməsində bərabər rol oynayırlar. Lakin, ana, bundan əlavə uşaqa lazım olan bütün qidanı özündən verir. Ananın vəzifəsi, uşaqın rüşeymində atadan mühümdür. Atanın uşaqın vücuda gəlməsində vəzifəsi azdır. Lakin, ana doqquz ay bu vəzifəni yerinə yetirir. Bu müddət ərzində rüşeym ananın qanının paklaşıb, ciftdən keçib ona çatmaqla qidalanır və inkişaf edir."[577]

ANANIN VƏZİYYƏTİNİN UŞAQIN RÜŞEYMİNƏ TƏSİRİ

Ananın bütün ruhi və cismi halətləri uşaqa tə`sir bağışlayır. Çünki, uşaq ananın rəhmində onun bir bədən üzvü hesab olur. Ananın maddi qida və yemək cəhətindən uşaqa tə`siri olduğu kimi fikir və əxlaq cəhətdən də uşaqın canında və cismində tə`sir qoyur. Əgər ana hamiləlik dövründə bərk qorxarsa , bu vaxt özündə rəngin qaçması, uşaqda isə bu işə görə böyük zərər görmək ehtimalı vardır. “E`caze Xurakiha" kitabında yazılır:

"Əgər ana, hamiləlik dövründə möhkəm qorxarsa, belə ki, rəngi qaçıb titrəyərsə, uşaqın bədənində “ay tutumu" adlanan ləkələr görünər."[578]

Ümumiyyətlə, ananın bütün qəm-qüssələri, əsəbləşməsi, təəccübü, pisliklər və kin-küdurəti, həsədləri, bəşərdə bütün bəyənilmiş və bəyənilməmiş sifətləri uşaqa tə`sir bağışlayır[579].

QUR`AN NƏZƏRİNDƏ SÜD VERMƏ DÖVRÜ

Qur`an buyurur: “Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşaqın atasının üzərinə düşür. Heç kəs gücü çatmadığından artıq yüklənməz. Nə bir ana, nə bir ata uşaqına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata-ana öz aralarında məsləhətləşib, uşaqı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz yenə də sizə günah gəlməz. Allahdan qorxun, Allah həqiqətən sizin etdiklərinizi görəndir.[580]

“Validə"sözü lüğətdə, “ana"mə`nasındadır. Lakin “Ümm" daha geniş mə`nadadır. Ümm sözü anaya, nənəyə, və bə`zən hər bir şeyin əsas və əslinə deyilir. Əvvəlcədən bu barədə bəhs olunmuşdu. Qur`an, bu ayədə uşaqa süd vermək və ata-ananın müxtəlif hüquqlarına göstəriş verir. Onların hamısı yeddi göstərişdir.

Birinci: Uşaqa süd vermək haqqı anaya məxsusdur. Uşaqı bu müddətdə gözləyən odur. Doğrudur ki, uşaqın vilayəti atanın üzərindədir. Lakin, bu müddətdə uşaqın qidalanması anaya bağlı olub, ana ilə qırılmaz məhəbbət bağlılığı olduğuna görə uşaqdan ana himayətçilik edir. Beləliklə, süd vermək haqqı ananındır. Tam iki il uşaqına süd verir.

İkinci: Lazım deyil ki, ana uşaqına iki il tam süd versin. Bu göstəriş, tam iki il süd vermək istəyənlər üçündür. Lakin, ananın haqqı var ki, öz sağlamlığını nəzərə alaraq iki ildən az süd versin.

Üçüncü: Ananın bu dövrdəki xərci, yemək libas və sair cəhətdən hətta, boşanmış olsa da uşaqın atasının öhdəsindədir. Bununla da, ana uşaqına asudə süd versin.

Dördüncü: Ata-anadan heç birinin haqqı yoxdur ki, uşaqın həyatını özlərinin ixtilafı ilə zay etsinlər. Bununla da, uşaqa aradan getməz zərbə vurulmuş olsun. Kişilər ehtiyatlı olmalıdırlar ki, uşaqa süd vermək dövranında uşaqı anadan almasın və onun haqqını zay etməsin. Analar da öz vəzifələrini yerinə yetirib, bu fürsətdən pis istifadə etməsinlər.

Beşinci: Əgər bu dövranda ata ölərsə, süd verən ananın və uşaqın bütün xərcləri vərəsənin öhdəsindədir.

Altıncı: Uşaqı süddən kəsmək ixtiyarı ata-ananın ixtiyarına qoyulmuşdur. Keçmiş ayələrdə süd vermə müddəti tə`yin olunmasına baxmayaraq, ata-ana uşaqın cismi vəziyyətini və səlahını nəzərə almaqla südü kəsə bilərlər.

Yeddinci: Ananın süd verməsinin qarşısını heç kim ala bilməz. Yalnız, ana özü bunu istəsə və ona bu işdə bir mane qarşıya çıxsa, bu vaxt uşaqa süd verib saxlamaq üçün dayəyə verilir. Bununla da, anaya uşaqı saxlamaqda kömək olunur[581].

Bura kimi Qur`andan mə`lum oldu ki, süd vermək ananın haqqıdır. Bu işi, Allah-taala bir vəzifə kimi onun üçün tə`yin etmişdir. İndi də görəyin ananın vücudunda bu süd necə vücuda gəlir?

SÜD NECƏ YARANIR

Qur`an buyurur: “Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin (boğazından) rahat keçər.[582]

Bu ayədə buyurulur: Süd, ifrazat sistemi ilə qanın arasından çıxır. Fiziologiya elmi bu gün sübut etmişdir ki, qida maddəsi mə`dədə həzm olduqdan sonra geniş şəkildə mə`də və bağırsaqlara yayılır. Lazım olan ünsürlər onu cəzb edib qidalandırır. Bu halət, kökləri müxtəlif yerlərə dağılmış ağaca bənzəyir. Ana yemək yeyir, əsas vitamini qana keçir, qanın şaxə və budaqları rüşeymə bitişikdir. Uşaq nə qədər ki, ananın qarnındadır, bu yolla qidalanır. Uşaq dünyaya gələrkən göbəyinin bağırsağı qırılır. Bununla da qanla qidalanması qət olur. Uşaqın qida-həzm sistemi ananın sinəsinə tərəf yönəlir. Bu halda təzə dəyşiklik baş verir. Uşaqın istəyinə uyğun olan süd, ifrazat və qanın arasından çıxıb vücuda gəlir. Südün tərkibi qanla ifrazatın arasında qərar tutmuşdur. Nə tam təmizlənmiş qan, nə də həzm olunmuş qidadır. Qandan üstün, lakin, hazır həzm olunmuş qida məhsuluna da çatmır. Ananın sinəsi, porotoenli maddələri hazırlamaqdan ötrü bu işə tamamilə hazırdır. Südə lazım olan bə`zi maddələr qanda mövcuddur və onlar da döş qəfəsində vücuda gəlir.

Qazoin kimi maddələr və süddə olan bə`zi başqa maddələr qandan keçmədən vücuda gəlir. Bir sıra maddələr və müxtəlif vitaminlər, qidanın duzu, fosfot və qənd kimi maddələr qandan alınır. Bütün bunlar ananın sinəsində dəyşildikdən sonra südə çevrilir. Diqqət etdiyiniz kimi, südün əmələ gəlməsi müxtəlif qida maddələrinin qanla və sinədə olan vəzilərlə reaksiyasının nəticəsidir. Maraqlıdır ki, nə ifrazatın xüsusi iyi və nə də qanın rəngi südə keçmir. Alimlər deyirlər: Ananın sinəsində bir litr südün əmələ gəlməsindən ötrü ən azı sinədən beş yüz litir qan dövranı keçməlidir. Bununla da, südə lazım olan qidanı qandan alsın. Bir litr südün yaranmasından ötrü bağırsaqlardan çoxlu qida maddəsi keçməlidir. Bu haldadır ki, Qur`anın südün yaranması barəsində dediyi aydınlaşır.

Südün əsas tərkib maddələri bunlardan ibarətdir.: Sidiom, patasiom, kalsium, maqnezium, mis, dəmir, fosfor, xlor, yod, kükürd, qazlardan oksigen, azot, əsid, karbon və qənd maddələri süddə kifayət qədər mövcuddur. Süddə olan vitaminlərdən, B, P, A, D-ni qeyd etmək olar. Həmin səbəbdən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Su və yeməyin yerini tamamilə tuta biləcək bir şey varsa, o da ananın südüdür.”[583]

AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ

Süd, dadlı qida maddəsi olub uşaqlıqdaq qocalana qədər bütün insanlara faydası vardır. Ona görə də, xəstə şəxslərə süd içmək məsləhət görülür. Südün sümüklərin inkişafına fövqəl`adə tə`siri vardır. O səbəbdən sümük sınıqları hallarında süd içmək məsləhət görülür.

“Xalis" sözünün mə`nalarından biri də peyvənd və bağlılıqdır. Ola bilsin, həmin mə`naya görə Qur`anda xalis süd ifadəsi, südün sümüklərə olan fövqəladə tə`sirinə işarə olsun. Maraqlıdır ki, İslamda süd verməyin hikmətlərində bu mə`na aydın şəkildə gözə çatır. Çünki, bir tərəfdən görürük ki, fəqihlər yazır: “Əgər uşaq, hər hansı bir anadan süd əmib sümükləri möhkəmlənib ət bitirsə, onda uşaq o qadına məhrəm olar." Başqa tərəfdən alimlər yazır:

"Əgər uşaq, on beş gün hətta, bir gecə-gündüz süd əmərsə, məhrəmiyyət əmələ gələr."

Əgər bu iki sözü bir–biri ilə birləşdirsək, mə`nası bu olar ki, hətta, uşaqın bir gecə-gündüz də süd əmməsi, sümüklərin möhkəmlənməsi və ət bitməsinə səbəb olur.[584]

Onu da qeyd edək ki, İslami göstərişlərdə “ağuz"ərəbcə, “liba" südünə və onun fövqəl`adə tə`sirinə tə`kid olunmuşdur. Hətta, fiqh kitablarında oxuyuruq: Uşaqın həyatı o südə bağlıdır. Ona görə də ağuz südünü uşaqa vermək vacibdir.[585]

Həmçinin, həmin mövzuda Qur`anın Qəsəs surəsində yeddinci ayədə buyurur: “Musanın anasına ilham etdik ki, ona süd versin və əgər ona görə qorxsa onu dalğalara tapşırsın."

Ananın bir çox bəyənilmiş xüsusiyyətləri süd vasitəsi ilə uşaqa keçir.

Həzrət Əli (əleyhissalam) əlini Məhəmməd Hənəfiyyənin kürəyinə vurub buyurdu: "Qorxu damarı anandan sənə keçib."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) süd əmən vaxtı qadınlar içindən yalnız, Həlimə Səidinin sinəsin