A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


“Ey iman gətirənlər Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərnizdən xəbərdardır."[519]

İslamda ədalət məsələsinə verilən əhəmiyyət kimi məsələ çox azdır. Çünki, ədalət məsələsinin tövhid kimi İslamın bütün kök və şaxələrində kökü vardır. E`tiqad, əməl, fərd, ictimai, əxlaqi və hüquqi məsələlərinin heç biri tövhiddən kənarda deyildir. Həmçinin, bu məsələlərin heç birisi ədalətdən kənarda qalmır. Beləliklə, heç də təəccüblü deyildir ki, ədalət İslam dininin əsas köklərindən və müsəlmanların fikri əsaslarından sayılır.

Ayədə bəyan olunan mühüm mövzulardan biri ədalətdən yayınmağın yollarından sayılan, kin-küdurətdir. Tayfalar arasında kin, düşmənçiliklər və şəxsi hesab-kitablar, ədalətin icra olunmasının qarşısını alır və başqalarının hüquqlarına təcavüzə səbəb olurlar. Çünki, ədalət, bunların hamısından üstündür. Təqva və pəhrizkarlığın ən mühüm rüknü sayılan ədalətə riayət edin.

DANIŞIQDA ƏDALƏT

Qur`an buyurur: “Yetimin malına xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatmayan işə vadar etmərik. Söz söylədiyniz zaman əleyhinə danışdığnız adam qohumunuz olsa belə, ədalətli olun Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd nəsiət qəbul edəsiniz! “

Allah-taala bu ayədə yetimlərin hamilərini, satıcıları və tərəzi çəkənləri ədalətə də`vət edir. Bundan əlavə, danışanda da ədaləti gözləməyi tövsiyə edir. Beləliklə, cəmiyyətə danışıqda, müamilədə və yetimləri saxlamaqda ədalətli olmaq tövsiyə olunur.

Yetimin malı barəsində, ona “yaxın düşməmək" xəbərdarlıq olunur. Bu ifadə Qur`anda bə`zi günahlar barəsində də işlənmişdir. Belə nəzərə çatır ki, bu ifadə vəsvəsə gətirən günahlar barəsində işlənmişdir. Məsələn, zina, fahişəlik və yetimlərin müdafiəsiz malları və sair kimi işlərdə, insanlara xəbərdarlıq olunur ki, onlara yaxın düşməyin. Bununla da, Şeytanın vəsvəsəsinin tə`sirinə düşməzsiniz.

HÖKUMƏTDƏ ƏDALƏT

Qur`an buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!”[520]

Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.

4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: “Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir."

Başqa yerdə Quran buyurur: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir."[521]

Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.

Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox tə`sirlidir.“[522]

Yenə də o, həzrətdən nəql olunur buyurur: “Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.”[523]

“Mən la yəhzuruhul fəqih" kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:

“Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək? Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş və`də verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair...”[524]

Bu üç rəvayətdə ədalətin dəyəri və əhəmiyyəti bəyan olunmuşdur.

HAKİMLƏ ƏHALİNİN QARŞILIQLI HÜQUQLARI

Həzrəti Əli (əleyhissalam) bu barədə, Nəhcül-bəlağədə buyurur: “Ay camaat! Mənim sizin boynunuzda və sizin də mənim boynumda haqqınız vardır. Amma sizin mənim boynumda olan haqqınız budur ki, sizə nəsihət edim və qənimət və hüquqlarınızı bərabər şəkildə sizə çatdırım.

Sizə öyrədim ki, nadan olmayasınız. Sizi tərbiyət edim ki, öyrənəsiniz. Amma mənim sizin boynunuzda olan haqqım budur ki, beytinizdə qalasınız, gizlin və aşkarda dost və ixlaslı olmaq, sizi nə vaxt çağırsam cavab vermək, sizə əmr etdiymə tabe olmaq."

Bu qarşılıqlı hüquqlarda Həzrət, cəmiyyətdə nəsihət və moizə etmək, iqtisadi və maliyyat məsələlərini insanlara öyrədib tərbiyə etməyin hakimə vacib olduğunu vurğulayır. Hakim, cəmiyyətin maliyyatını və elmi səviyyəsinin şəraitini hazırlamalıdır.

Amma, hökumətin (əhalinin) haqqı isə evində sabitqədəm olmaq, gizlin və aşkarda hakimi moizə etmək, hakimin də`vətinə cavab vermək və işlərdə ona tabe olmaqdır.

Başqa yerdə həzrət Əli (əleyhissalam) belə buyurur:

"Allah-talanın buyurduğu ən böyük vacib olan hüquqlardan biri, hakimin rəiyyətə və rəiyyətin də hakimə olan haqqıdır. Bu, Allahın onlardan hər birinin digərinin boynuna qoyduğu vacibdir. Bu hüquqlara riayət etməyi onlara, nəzm, ülfət, dostuluq və izzət kimi qərar vermişdir. Hakimləri saleh olmayınca rəiyyətin işləri sabit olmayacaq.

Hakimlər sabit qədəm, möhkəm və haqqa riayət etməyincə, islah olmazlar. Əgər bu iki təbəqə cəmiyyətdə bir-birinin haqqını əda etsələr, din onlar arasında əziz olar, yolları və ədalətləri yerində qalar, ədalət nişanələri, möhkəmlik və İlahi qanunlar öz yerində icra olunar. Bu əsaslara riayət etməklə, zəmanə saleh zəmanə olar. Hökumətin davamı çoxalar. Düşmənlərin tamahları ümidsizliyə çevrilər.”[525]

Həzrət sözlərinin davamında buyurur:

“Lakin, əgər rəiyyət, hakiminin fərmanına baş qoşmasa, yaxud, hakim rəiyyətə zülm rəva bilsə, o vaxt ixtilaf yaranacaq və zülm çoxalacaq. Dinin xarab olmasına səbəb olanlar dinə daxil olacaq. İlahi qanunlar öz yolundan çıxacaq, həva və həvəslərə əməl olunar. İlahi hakimlərin icrası tə`til olar. Xüsusi və ictimai xəstəliklər zühur edər. Bir daha tə`til olunmuş əzəmətli hüquqlardan qorxan və çəkinən olmaz. Böyük cinayətlərin pisliyi aradan gedər, nəticədə saleh və yaxşılar zəlil olarlar. Əşrar və pis fitrətli şəxslər əziz olub, bəndələrin günahları Allah yanında böyük görünər. “

Bu xütbədə, həzrət, hökumətin davamının səbəbləri, hakimlə millət arasında sülh və səfanın olması, nəticədə, cəmiyyətin saədətə nail olmasına işarə etmişdir. Xütbənin başqa qismində bunların əksinə, hökumətin dağılması, cəmiyyətdə aramlıq və əmniyyətin olmaması, yaxşı və saleh şəxslərin ölkədən getmələri, cəmiyyətin iflası, şər və fasid şəxslərin cəmiyyətin işlərini ələ almaları səbəblərinə işarə edir, nəticədə, dini nişanələrin tə`til olub zəlaləti, fasidliyi və cəmiyyətin dağılması bayrağının dalğalanması qeyd olunur.

İmam Əli (əleyhissalam) sərhəd əsgərlərinə yazdığı məktubda belə işarə edir:

“Hakimə şübhəsiz vacib olan haqdan biri budur ki, ona çatan ne`mət və fəzli rəiyyətdən əsirgəməsin və yolunu dəyişməsin. Ona yetişən xüsusi hədiyyələrdən də rəiyyəti məhrum etməsin. Allah-talanın onun qismətinə ayırdığı ne`mətdən bəndələrə versin ki, onlara yaxın olsun. Qardaşlarına qarşı mehriban olsun və öz mehribançılığından qardaşlarını bəhrələndirsin[526]

Həzrət Əli (əleyhissalam) buyurduğu hər bir şeyə əməl edən idi. Doğurdan da, qısa müddətli hökuməti ədalətli hökumət olub. Cəmiyyətə qarşı mehriban ata kimi olmuşdur. Həzrət özü buyurur:

“Məgər mənə əmirəl-mö`minin dedildiynə qənaət edib, əhalinin giriftarçılıq günlərində onlara kömək göstərməyim? Xeyir! Heç vaxt belə ola bilməz “[527]

Həzrəti Zeynalabidin (əleyhissalam) buyurur:

“Hakim, mehriban ata kimi cəmiyyətin üzvlərini öz övladları yerində bilib, onlar arasında bərabərliyə riayət etməlidir. Bu mətləb, həzrəti Əli (əleyhissalam)-ın qısa müddətli hökuməti dövründə əməli olur. İmam Əli (əleyhissalam) özünün Malik-Əştərə yazdığı məşhur məktubunda onu bu mövzuya əməl etməsinə tövsiyə edərək, buyurur:

“Öz qəlbini, mehribançılıq və dostluqla əhalini tanış et. Onların qənimətini udmağa hazır olan canavar kimi olma. Çünki, insanlar iki dəstədirlər: Ya sənin din qardaşlarındır, yaxud da, əsl insaniyyətdə və yaranışda səninlə birdilər”[528]

Həzrət Səccad (əleyhissalam) buyurur: Rəiyyət və əhalinin xətaları vardır. Hakim onları görməməzliyə vurub bağışlamalıdır.

Həzrəti Əli (əleyhissalam) Malikə yazdığı məktubda buyurur:

“Əhalinin bə`zi eybləri və çirkinlikləri vardır. Onların üstünü örtməyə ən layiq şəxs, hakimdir!"

Belə olan halda, əhalinin sənə gizlin olan eybləri ilə maraqlanma çünki, sənə aşikar olan eybləri örtmək sənə vacibdir!

Bu qismətdə hakimin cəmiyyətdə müdiriyyət vəzifələrindən biri sayılan, eybləri biləndə özünü qəflət və görməməzliyə vurması mövzusuna işarə olunur.

İmam Səccad (əleyhissalam)-ın rəiyyətin haqqı barəsindəki mövzusu, hakimin insanlara hökumət etməsi ne`məti müqabilində Allaha şükür etməsidir. Hakim bilməlidir ki, özündən heç bir şeyi yoxdur. Bu qüdrəti ona, Allah mərhəmət etmişdir. O, zəif və zəlil bəndədir. İmam Əli (əleyhissalam) Malik Əştərə sifarişində buyurur:

“Əgər öz hökumətinlə, özündə qürur və təkəbbür hiss etsən, Allahın mülkünün əzəmətinə bax. Hər şey Onundur. Allah, bu qüdrəti imtahan etməkdən ötrü sənin ixtiyarında qoyub. Belə olan halda yaxşı olar ki, hakim, bu İlahi ne`mətə şükür etsin!“

19. ŞAGİRDİN HAQQI

وأمَّا حَقُّ رَعِيَّتِكَ بالعِلْمِ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ قَدْ جَعَلَكَ لَهُمْ فِيمَا آتاكَ مِنَ الْعِلْمِ وَولاّكَ مِنْ خَزَانةِ الْحِكْمَةِ، فَإنْ أَحْسَنْتَ فِيمَا ولاّكَ اللهُ مِنْ ذلِكَ وَقُمْتَ بهِ لَهُمْ مَقَامَ الخَازِنِ الشَّفِيقِ النَّاصِحِ لِمَولاهُ فِي عَبيدِهِ، الصَّابرِ الْمُحْتَسِب الَّذِي إذَا رأَى ذا حَاجَةٍ أَخرَجَ لَهُ مِنَ الأَمْوَالِ الَّتِي فِي يَدَيهِ كُنْتَ رَاشِدًا، وَكُنْتَ لذَلِكَ آمِلاً مُعْتَقِدًا وَإلاّ كُنْتَ لَهُ خَائِنًا وَلِخَلقِهِ ظَالِمًا وَلِسَلْبهِ وَعِزِّهِ مُتَعَرِّضًا.

“Sənin elmi rəiyyətin sayılan şagirdilərin haqqı budur ki, biləsən, Allah-taala, sənə verdiyi elm və ixtiyarında qoyduğu hikmət xəzinəsinə görə onları sənin şagirdilərin qərar verib. Əgər Allahın sənə əta etdiyi bu hamiçilikdə yaxşı əməl etsən, səbirli və Allah istədiyi xeyirxah mövla və mehriban xəzinadar olsarsan. Ehtiyaclı gördükdə öz mal-dövlətindən ona verən kimi olsan, ağıllı və imanlı xadimsən. Yoxsa, Allaha xəyanət, xalqa qarşı zalim olmuş olarsan. Həmçinin, izzət və ne`mətin aradan getməsinə səbəb olarsan! "

"Məkarimul-əxlaq kitabında yazır:

“Əgər insanları öyrəndikdə yaxşılıq edib onlarla tünd və pis davranış etməsən, Allah öz fəzl və kərəmindən elminə əlavə edər. Əgər əhalini öz elmindən məhrum edib onlarla pis və çətin rəftar etsən, Allah Özünə vacib bilir ki, elmi və biliyi səndən geri alsın və əhali arasında olan məqamından çıxasan."

İmam Səccad (əleyhissalam) hüquq bəhsinin bu qismətində aşağıdakı mövzulara işarə etmişdir.

Birinci: Müəllimin öyrəndiyi və ələ gətirdiyi elm və hikmət Allahın ne`mətlərindəndir. Müəllimin özünün zatında heç bir şey yoxdur. Beləliklə, bu mövzuya diqqət etməklə, müəllimdə qürur hissi aradan gedir.

İkinci: Müəllim, bu bilik və hikmətdə başqalarının xəzinədarıdır. Bu xəzinənin bölünməsində mehriban üzügülər və üzüaçıq olmaqdır.

Üçüncü: İmam Səccad (əleyhissalam) müəllimi, elm və hikmətin xəzinədarı bilir. Elm xəzinəsindən bağışlamağı, mal-dövlət xəzinəsindən bağışlamağa bənzədib, bildirir ki, bu işdə xəsislik edilməməlidir.

Dörüncü: Əgər müəllim öz vəzifəsinə əməl etsə, öz əmanətinin hifzində ciddi olan əmanətdar kimidir. Əgər öz vəzifəsinə əməl etməsə, insanlar barəsində zülm və sitəmi rəva bilib, onların hüquq və izzətini azaltmış xəyanətkar şəxs kimidir. Nəhayət, müəllim, elm öyrətmək yolunda yaxşı yol və bəyənilmiş rəftar seçməklə şagirdləri elm və biliyə olan həvəslərini artırsın. Müəllimin pis rəftarı, əsəbləşməsi və pis xasiyyəti səbəb olur ki, şagird sinifdən soyusun, bəlkə də, təhsili tərk etməyə səbəb olsun. Əslində, müəllim bu əməllə öz elm və biliyinə qarşı xəyanət edir və şagirdlərin öyrədilməsində xəsislik göstərir.

YAXŞI MÜƏLLİMİN XÜSUSİYYƏTLƏRİ

Layiqli və yaxşı müəllim odur ki, onda müəllimlik, tədris və şagirdlərlə yaxşı davranış xüsusiyyətləri olmuş olsun. Layiqli müəllim aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

Birinci: Yaxşı müəllim o kəsdir ki, iste`dad və qabiliyyət ələ gətirməyincə tədris kürsüsünə təkyə etməsin. Elə məqama çatsın ki, yaxşı və saleh müəllimlər onun tədrisini təsdiq etsinlər.

İkinci: Müəllim, öz rəftarı ilə elmi məqam və mənzilətinin azalıb zillətə düşməsinə səbəb olmasın. Belə ki, öz elmini, əhli olmayanın ixtiyarında qoymasın.

Üçüncü: Müəllim, sözün tam mə`nasında öz elminə amil olsun və vücudundan elm meyvələri asılmış olsun. Əgər belə olmasa, bu mübarək ayənin misdaqına çevriləcək. “Əhaliyə yaxşılığı əmr edirlər, lakin özlərini unudurlar.”[529]

İmam Sadiq (əleyhissalam) Qur`anda gələn, “Həqiqətən, Allah bəndələrindən, alimlər Allahdan qorxarlar!"- ayəsinin şərhində buyurur:

“Alim o kəsdir ki, əməli dediyini təsdiq etsin. Hər kimin əməli elmini və dediklərini təsdiq etməsə, alim deyil.”[530]

Dördüncü: Müəllimin yaxşı rəftarı və xasiyyəti, səbr və hövsələ ilə elmini öyrətməsi zəruridir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) alimlər barəsində buyurur:

“Ümmətimin alimləri, İsrail övladlarının peyğəmbərləri kimidirlər.“[531] .

Peyğəmbərlərdə yaxşı rəftar və təvazökarlıq olduğu kimi müəllimlər də belə olmalıdır.

Beşinci: Müəllim, şagirdlərə xalis niyyətləri olmaması bəhanəsi ilə elm öyrətməkdən çəkinməsin. Əksinə, onları qəbul edib, dərs zamanı yavaş-yavaş onlarda ixlas icad etsin. Əgər elm xalis niyyətlə olmasa, Həzrət Əli (əleyhissalam) dediyi kimi: “Donuzun boynuna salınmış boyunbağıya bənzəyir!“

Altıncı: Müəllim hər vaxt elm öyrənmək istəyən şəxs görsə, onu başından etməsin. İmam Baqir (əleyhissalam) dan nəql olunur ki, buyurur: “Elmin zəkatı, Allahın bəndələrinə elm öyrətməkdir.”[532]

Yeddinci: Müəllimin hərəkət və əməlləri sözlərinin əksinə səbəb olmasın. Məsələn, bir şeyi haram bilib, ona əməl edən kimi olmasın.

Səkkizinci: Haqqı izhar etməkdə qüdrəti çatana qədər ciddi olsun və yersiz bəhsdən çəkinsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Əhali arasında bidə`t və batil zühur etdikdə, alimlərə lazımdır ki, öz elmini izhar etsin. Əgər belə etməsə, Allahın lə`nəti ona olsun! “

YAXŞI MÜƏLLİMİN ŞAGİRDLƏRƏ VƏ SİNİFƏ GÖRƏ VƏZİFƏLƏRİ

Birinci: Müəllim, şagirdlərə tədriclə ədəb və əxlaq xüsusiyyətlərini öyrədib, dini məsələlərlə tanış etməli və onlarda dünyaya qarşı zahid olmaqı anlatmalıdır.

İkinci: Elmin fəzilətlərini şagirdlərə izah etməli, alimlərin məqamlarını, peyğəmbərlərin məqamı kimi olduğunu anlatmalıdır.

Üçüncü: Müəllim, özünə rəva bildiyini şagirdlərə də arzu etsin, özünə rəva bilmədiklərini onlara da istəməsin.

Dördüncü: Müəllim, təhsil alan şagirdləri, pis əxlaqlı olmaq, harama düşmək və onların zərərinə olanlardan çəkindirməlidir.

Beşinci: Müəllim, şagirdlərin müqabilində təkəbbür göstərməməli və onlarla təvazökarcasına rəftar etsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Dərs öyrətdiyniz və dərs aldığnız şəxslərin müqabilində təvazökar olun”.

Altıncı: Müəllim, şagirdlərin rəftarına diqqət göstərsin. Hər vaxt dərsdə iştirak etməsə, bunun səbəbi ilə maraqlansın. Bə`zən özü yaxud başqalarının vasitəsi ilə şagirdən xəbər tutsun. Əgər xəstələnibsə, yoxlasın. Əgər ehtiyacı varsa, onu ödəməyə çalışsın.

Yeddinci: Şagirdləri xüsusi adlarla tanısın.

Səkkizinci: Elm öyrətməkdə ən sadə yolu seçsin. Lazım olan budur ki, əvvəlcə şagirdin qabiliyyətinə uyğun dərsi anlatsın sonra ondan tələb etsin.

Doqquzuncu: Dərs otağına şövq və rəğbətlə getsin. Şagirdin onu anlaya bilməyə qüdrəti olmayan məsələlərdən çəkinsin.

Onuncu: Şagirdlərin hamısına bir gözlə baxsın. Bə`zilərini digərlərinə (yersiz) üstün qərar verməsin. Əlbəttə, bu o halda olar ki, şagirdlərin hamısı eyni səviyyədə olsalar! Lakin, əgər şagirdlər arasında mərtəbə, yaş və elmi cəhətdən fərqlər olsa, üstünlərə, aşağı səviyyədə olanların təşviq olmasından ötrü daha çox ehtiram qoysun.

TƏDRİS VAXTI MÜƏLLİMƏ, AŞAĞIDAKI ƏDƏBLƏRƏ RİAYƏT ETMƏK ZƏRURİDİR

Birinci: Tədrisə gələrkən, tam vüqar və heybətli olub, təmiz libas geyinsin, bədən və zahiri paklığına tamamilə riayət etməklə, dərs otağına daxil olsun.

İkinci: Tədrisə gələrkən, Allahın adını zikr etsin, Peyğəmbər və İmamlardan (əleyhimussalam) ali mə`nada nəql olunan dualardan oxusun. Məsələn, desin: İlahi! Məni yolumu azmaqdan, yoldan azdırmaqdan, kəc anlamaqdan və pis fikirlərdən hifz et! Öz dərsini dua etməklə başlasın.

Üçüncü: Dərs otağına girərkən hazır olanlara salam versin. Əgər dərs yeri məsciddirsə, iki rəkət “Təhiyyə" namazı qılsın və Allahdan istəsin ki, ona xətalardan nicat verib, fürsət versin.

Dördüncü: Oturarkən, ruhi aramlıq, vüqar və tam hazırlıqla keçmiş dərsin mütaliəsinə başlasın.

Beşinci: İmkan olana qədər üzü qibləyə oturub, mə`nasız və batil söz danışmaqdan çəkinsin.

Altıncı: Dərs zamanı yersiz zarafatlardan pəhriz etsin. Lakin, yerli-yerində azca zarafat və yaxşı lətifələrlə şagirdlərin yorğunluq və tənbəlliklərini aradan aparsın.

Yeddinci: Dərsə gələrkən, xalis niyyətdə olub öz hədəfini elmi yaymaq və İlahi hökmləri çatdırmağa yönəltsin.

Səkkizinci: Elə otursun ki, bütün şagirdlər onu görsün. Söz danışarkən diqqət nəzərini bütün şagirdlərə yönəltsin. Əgər ondan sual olunarsa, tam diqqətlə şagirdin cavabını versin.

Doqquzuncu: Dərs deyərkən, özündən şad və təbəssümlü çöhrə nişan versin.Üzünü turşudub, pis xasiyyətli olmaqdan pəhriz etsin.

Onuncu: Dərsə başlayarkən, Qur`an oxumaqla dərs məclisini mübarək etsin.

On birinci: Müəllimdən ötürü ən mühüm mövzu budur ki, əgər ondan sual soruşsalar və cavabını dəqiq bilməsə, tam şəhamətlə: Bilmirəm! Desin.

Həzrəti Əli (əleyhissalam) buyurur:

“Əgər bilmədiyniz bir şeyi soruşsalar, cavab verməyin. Ərz etdilər necə cavab verməyək? Həzrət buyurdu: Allah bilir! – deyin.”[533]

Diqqət etmək lazımdır ki, əgər müəllim desə ki, bilmirəm, elmindən bir şey azalmaz. Bəlkə də, əhalinin qəlbində özünə daha çox yer tapacaq. Bunu da onun dəyanət və təqvalı olmasına yozacaqlar.

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və aiehi və səlləm) NƏZƏRİNDƏ, ELM ARDINCA OLANLARIN MƏQAMI

Mərhum şəhid Sani, “Muniyətul-murid" kitabında çox ədəbləri nəql edir. Biz bu bəhsdə, müxtəsər nəqllə kifayətlənirik.

Allahın elm axtaran və təhsil ardınca olanlara verdiyi savab və məqama işarə etmək istərdik:

Birinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər kim elm ardınca gedib elm öyrənərsə, Allah ona iki savab və iki mükafat mərhəmət edər. Hər kim elm öyrənmək ardınca gedərsə, lakin, elmdən bəhrə ələ gətirə bilməsə, Allah ona bir savab və bir mükafat əta edər.”[534]

İkinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə buyurur:

“Hər kim Allah tərəfindən Cəhənnəm odundan nicat tapanları ziyarət etmək istəyirsə, alimlər və elm dalınca gedənlərə baxsın. And olsun ruhumun qəbzi, Onun əlində olan Allaha ki, alimlərin evinə elm öyrənməkdən ötrü gedən hər bir tələbəyə, Allah-taala hər bir qədəminə görə bir ilin ibadətinin savabını yazır. Atdığı hər bir addıma görə behiştdə ondan ötrü bir şəhər tikilər. Yol getdiyi yerdə, yer ondan ötrü Allahdan bağışlanmaq istəyər. Sübh və şam, Allahın bağışlaması ilə birlikdədir. Mələklər şəhadət verirlər ki, bunlar atəşdən azad olunmuşlardır."[535]

Başqa bir hədisdə Rəsul Əkrəm (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql olunur, buyurur:<