A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Yenə də buyurur:

«Mö᾿min olub yaxşı işlər görən hər bir kişi və qadına xoş və pak-pakizə həyat bəxş edəcəyik. Etdikləri yaxşı əməllərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!»[36]

İctimai məs᾿uliyyətlər barəsində Qur᾿an buyurur:

«İnsanların öz əməlləri üzündən suda və qurada fəsad əmələ gələr ki, bununla onlara etdikləri bə᾿zi işlərin cəzasını daddırsın və bəlkə, qayıtsınlar.»[37]

ZÖVQ VƏ İSTE`DAD ƏSASINDA MƏS᾿ULİYYƏT

Hər kəs öz zövq, iste᾿dad və imkanlarına əsasən, məs᾿uliyyət qəbul edirlər. Birisi, əkinçi digəri heyvandarlıq. Daha birisi dəmirçi, xəyyat və dərzidir. hikmət sahibləri deyiblər: "İnsan təbiətinə görə ictimaidir. Bu söz də həmin mə᾿nadadır" İnsanın ictimai həyatda olan meyllərini, həmin yol aydınlaşdırır. İnsanın həyatı qarşılıqlı olduqda, məs᾿uliyyətlər və vəzifələrin cəmiyyətin içində bir-birinə qarşı məs᾿uliyyətləri qarşımıza çıxır. Başqa tərəfdən özünü istəmək və təkəbbür qərizəsi insanda tüğyan edir. Məşhur məsələ görə: «Hər kəs qalib gəlsə, haqqdır.» Başqalarının haqqına təcavüz edir. İctimai hərc-mərc hər tərəfdən sərçeşmələnib hər yeri tutur. Ona görə də, cəmiyyətdə qanun zərurətinin olması məsələsi qarşıya çıxır. Bununla da, bir sıra nəzm və qayda-qanunlar, hasar şəklində cəmiyyətin bütün şəxslərini əhatə edib onların mənafe`lərini qorumalıdır.

Bura qədər, insanda məs᾿uliyyətlərin olması, onun hüquqları olmaqla bərabər, başqalarının da hüququna riayət etmələri, nəhayət, ona veriləcəklərdən sual olunacağı barəsində bəhs etmişik. Necə ki, Qur᾿an buyurur:

«Həqiqətən, gözdən, qulaqdan, qəlbdən və bütün verilmişlərdən sual olunacaq![38]»

Bu mətləb aydınlaşdıqdan sonra insana lazımdır ki, özünün məs᾿uliyyətlərini tanısın və bununla da, hansı hüquqi məs᾿uliyyətləri olduğunu bilər.

HÜQUQ KİTABI VƏ İMAM SƏCCAD (ƏLEYHİSSALAM)-IN HƏYATI

Hüquq barəsində müxtəlif cəza və qəza cəhətlərindən müxtəlif məktəblərdə hüquqi bəhslər olunmuşdur. Məşhur şəxslər insanlara aid fərdi və ictimai hüquqlar barəsində söz demiş və kitablar yazmışlar. Amma demək olar ki, fərdi, ictimai və əxlaqi hüquqlar barəsində İmam Zeynalabidinin (əleyhissalam) buyurduğu kimi ümumi şəkildə bəhs olunmamışdır.

İmam Zeynəlabidin (əleyhissalam) dünya şiələrinin dördüncü rəhbəridir. O həzrət, 37 və ya 38-ci hicri-qəməri ilində, Mədinədə dünyaya gəlmiş, 94 və ya 95-ci hicri-qəməri ilində isə şəhadət feyzinə nail olmuşdur. "Bəqi" qəbristanlığında, alicənab əmisinin yanında dəfn olunmuşdur. Alicənab Şeyx Kuleyni, o həzrətin təvəllüdün 38-ci ildə, şəhadətini isə hicrətin 91-ci ilində olduğunu qeyd etmişdir. O həzrətin mübarək ömrünü, 57 il yazmışdır.[39]

Məşhur tarixçi Yə᾿qubi, onun şəhadətinin 99-cu ildə, yaşını isə 58 il qeyd etmişdir.[40] Şeyx Müfid, o həzrətin təvəllüdünü 38, şəhadətini 95, ömrünü isə 57 il yazmışdır.

Həzrətin həyatı barəsində xüsusi bir kitaba ehtiyac vardır. Tarixçilər və həyat yolunu yazanlar, o həzrətin həyatının müxtəlif qismətləri barəsində kitablar yazmışlar. O, həzrət, İmamət, vilayət, ismət, sədaqət və paklıq məqamına malikdir. İmam Səccad (əleyhissalam) elə bir uca məqama malik idi ki, ibadət qismətində onu, "Zeynəlabidin" yə᾿ni, ibadət edənlərin zinəti, səcdə etməkdə «Seyyiddüs-sacidin», səcdə edənlərin ağası, ləqəbini özünə ixtisas vermişdir. Hissiyyat və ağlamaqda «Tacul-bukain" (ağlayanların tacı) ləqəbini almış, elm və Allahla münacat etməkdə ən böyük dərs ünvanı, dua və Allahla necə munacat etmək sahəsində, «Səhifeyi-Səccadiyyə» kitabını həmçinin, Allahdan necə hacət istəmək və nə istəmək yolunu insanlara müxtəlif kitablarında yadigar qoymuşdur.

Səbr, dözüm və əziyyətlər sahəsində, canlı Kərbəla hadisələrini anba-an öz gözləri ilə müşahidə etmiş və dözmüşdür. Zülmə və sitəm əleyhinə olan mübarizədə, Şamın (Dəməşq) məscidində özünü tanıtdırmaq haqqındakı odlu və alovlu çıxışı, öz əzəməti ilə tanınmışdır. Bəni-üməyyənin amansız zülmlərinə qarşı həmişə mübarizə aparmışdır.

Məqam, mə᾿nəviyyət və qəlblərə nüfuz cəhətdən elə bir kəs idi ki, Məkkədə təvaf edən cəmiyyətin toplusuna daxil olduğu zaman ixtiyarsız olaraq hamı ona yol açır, o da «Qara daşı» ləms etməyə başlayır. Cəmiyyətin çoxluğundan təvaf edə bilməyən, Hişam ibni Əbdül Məlik (zəmanəsinin xəlifəsi) cəmiyyətin çoxluğundan və ona yol verilməməsi üzündən bir kənarda oturub bu mənzərəyə tamaşa edir və İmam Zeynalabidin (əleyhissalam)-ın əhalinin qəlbində olan ehtiramına və nüfuzuna məətəl qalmışdı. O kimdir ki, belə bir əzəməti var? - Deyə soruşur. Fərəzdəq adlı məşhur şair, onun cavabında həzrəti vəsf edərək, İbni Hişama buyurur: “Tanımırsan, yoxsa özünü tanımamazlığa vurursan? O elə bir şəxsdir ki, Bətha ölkəsi onun möhkəm qədəmlərinin izini tanıyır.

Allahın evi, Beytül-həram və başqa yerlər onu yaxşı tanıyır...”

Bəli! Fərəzdəq bu uzun şe᾿rində onun əzəmət və məqamını şərh edir. Bu qısa bəhsdə bütün mətləbə işarə etməyə fürsət yoxdur. Hişam ibni Əbdül Məlik, qəzəb və paxıllıq üzündən Fərəzdəqin hüququnu kəsir. Bəli! O həzrət, vəhy olan evdə dünyaya gəlmişdir ki, Allah onun məqam və mərtəbəsini ucaltmağa icazə vermişdir. O, İmamın nəzarəti altında tərbiyə almış vəhy övladıdır. İnsanın bütün ruhi cəhətlərinə agah olan və insan tanıyandır.

Əlli (50) haqqa və hüquqa aid olan, fərdi, ictimai, mədəni və siyasi «Hüquq» kitabı yazmışdır. Bu kitab, çoxlu hədis və rəvayət kitablarında tə᾿rif olunmuş və haqqında danışılmışdır. Zaman keçdikcə alimlər tərəfindən şərhlər yazılmış və izah edilmişdir. Biz onlardan bə᾿zilərinə işarə edəcəyik.

«HÜQUQ» KİTABININ BƏ᾿Zİ TƏRCÜMƏ VƏ ŞƏRHLƏRİ!

Bu «Kitab»a tarix boyu, İslam elmlərinin alimləri tərəfindən diqqət olunduğuna görə, onun ətrafında çoxlu şərh və izahlar yazmışlar. Məşhur və alicənab alim, cənab doktor Seyyid Cə᾿fər Şəhidi (institut müəllimi) özünün yazdığı, «Əli ibni Hüseyn (əleyhissalam)-ın həyatı» adlı kitabında bu kitabın bə᾿zi şərh və tərcümələrinin adını gətirmişdir. Biz onların bə᾿zilərinin adını çəkirik:

1. «Hüquq» kitabı – cəm edən mərhum Seyyid Sibtul Hüseyn Lokonohevi.

2. «Hüquq» kitabı - Əbdül Hadi Muxtar.

3. «Hüquq» kitabı – hüquqşünas Tofiqil Fəkiki.

4. "Səccadın sözləri"- doktor Sahib Zamani.

5. «Hüquq» kitabının kamil tərcüməsi – Hacı şeyx Məhəmməd Baqir Kəmreyi.

6. «Hüquq» kitabı - Əli Gülzadə Ğəfuri.

7. «Hüquq» kitabının – tərcüməsi Ayətullah Cənnəti.

8. "Hüquq kitabı "– Hicri Qəməri

9. «Hüquq» kitabının tərcüməsi Seyyid Əhməd Fəhri Zəncani.

10. «Hüquq» kitabı – Cənab Sipehri. Bu kitada, bir neçə başqa tərcümə və şərh kitablarının adı çəkilmişdir. Onlardan:

1. Kiçik həcmli cüzvədə dördüncü İmamın (əleyhissalam) sadə və xülasə tərcüməsi.

2. Bu kitabın tərcümə və şərhi, İslamda müdiriyyətçilikdə insani münasibətlər – Seyyid Məhmud Siyahpuş.

3. «Seçilmiş sözlər» - Seyyid İbrahim Miyanəci.

4. "Siratul-mö᾿minin"- Qivam İslami Casibi.

5. «İmam Zeynəlabidin (əleyhissalam)-ın «Hüquq» kitabının şərhi – Seyyid Əli Qalapçı.

HÜQUQ KİTABININ SƏNƏDİNİN ARAŞDIRILMASI

Bildiyiniz kimi bu kitab, tarix boyu İslam alimlərinin diqqət nəzərində olmuşdur. Çoxlu məşhur alimlər, öz mö᾿təbər kitablarında bu risaləyə istinad etmişdir. Ən qədim mənbələrdə bu kitabdan nəql olunmuşdur. Onlardan:

1. "Töhəful-üqul"- Mərhum ibni Şö᾿bə Hərrani (vəfatı 381-ci hicri ili).

2. "Mən la yəhzuruh fəqih"- Şeyx Səduq (vətfatı 382-ci hicri ili.)

3. «Məkarimul-əxlaq» - Şeyx Təbərsi (vəfatı 548-ci hicri ili.)

4. «Əl-Xisal», «Əmali» - Şeyx Səduq.

5. «Biharul-ənvar» 74-ci cild - Məclisi

6. "Şərh-Nəhcül-bəlağə" 14-cü cild – Xoyi.

7. "Ə᾿yanu-şiə" 1-ci cild – Seyyid Möhsin Əmin

8. "Müstədrəkül-vəsail" 2-ci cild, - Mühəddis Nuri.

9. «Miratul-kamal» 3-cü cild, - Əllamə Maməqani.

"Töhəful-üqul" kitabının müəllifi, bu kitabı sənədsiz zikr etmişdir. Amma, mərhum Şeyx Səduq, həm "Mən la yəhzuruhum fəqih" həm də, «Xisal» kitabında bu kitabın sənədini zikr etmişdir. Əlbəttə, hər hansı bir kitabın sənədlərini araşdırmaq çətin və faydalı işlərdən biridir. Çox çətin zəhmətlərlə, hədis və tarix yazanları tanımaqla, pak mə᾿sum İmamların (əleyhimussalam) nurlu çöhrələri ilə tanış olur, beləcə də yalançı ravilərin iç üzlərindən pərdələr götürülür. Bu bölümdə, cənab Sipehrinin bu kitab barəsindəki sənəd araşdırmalarını gətiririk. O, bu kitabın sənədini, "Mən la yəhzuruhul-fəqih" kitabı qərar vermişdir. Çünki, mərhum Şeyx Səduqun özünün bu kitab barəsində söylədiklərinə tam e᾿tiqadı vardır. O, bu kitabın sənədlərinin araşdırılmasında belə yazır: «Mərhum Şeyx Səduq əvvəlcə bu kitabı sənədsiz qeyd edərək yazır:

«Fəzlin oğlu İsmail, Dinarın oğlu Sabitdən, o da ibadət edənlərin sərvəri həzrət Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql edir.»

Sonra kitabın sonunda alimlər özünü tanıtdırdığı kimi buyurur: «İsmail Fəzl oğlundan nəql olunan bu kitabda gələnlər İmam Zeynalabidin (əleyhissalam)-ın hüquq barəsində söylədikləridir. Mən, şübhəsiz ki, onu Əli, Əhməd oğlu Musa oğlundan nəql etmişəm. O dedi: Bizə, Məhəmməd Cə᾿fər oğlu Kufi Əsədidən nəql olunmuşdur. O dedi: Bizə, Məhəmməd İsmail oğlu Bərməki nəql etmişdir. O dedi: Bizə, Əbdüllah oğlu Əhməd nəql etmişdir. O dedi: Bizə, İsmail, Fəzl oğlu nəql etmişdir. O da Sabit Somali oğlundan, o da ibadət edənlərin rəhbəri Əli ibni Hüseyn oğlu Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql etmişdir.

Yuxarıdakı sənədlərin vəziyyəti ilə tanış olmaqdan ötrü «Usul-ərbə᾿ Ricaliyyət» adlı məşhur, ən qədim şiə mənbə`lərinə və başqa kitablara müraciət etdim!

Əli, Əhməd oğlu, Musa oğlu, «Rical» kitablarında bu şəxsin adı ilə zikr olunmamışdır. Ona görə də, bu sənədə məchul sənəd adı vermişlər.[41]

Məhəmməd, Cə᾿fər oğlu Əsədi Kufi, adları çəkilən kitablarda inanılmış şəxs kimi tanıtdırılmışdır.[42]

Məhəmməd İsmamil oğlu Bərməki, hədis söyləyən inanılmış şəxslərdəndir. Tə᾿riflənmiş ravilərdəndir. Əl-Ğəzairi oğlu, onu zəif qələmə versə də, ravi araşdıranlar onun inanılmış şəxs olduğunu üstün tutmuşlar.[43]

Əbdullah Əhməd oğlu, bir neçə nəfər arasında müştərək adla məhşurdur. Cənab Əkbər Ğəffari, ehtimal verir ki, bu şəxsdən məqsəd, Əbdüllah, Əhməd oğlu Razidir.[44]

Əbdüllah Əhməd oğlu Razi də inanılmış və e᾿timad edilmişlərdən deyildir. İndi Əbdullah, Əhməd oğlu bu sənəddə "Razi" olsun və ya başqalarının adı ilə müştərək olsun, əməli cəhətdən heç bir fərqi yoxdur. Çünki, ravilərin inanılması, nə qədər ki, bütün hədislərdə eyni səviyyədə deyil, belə ravilərə e᾿timad etmək olmaz.

İsmail, Fəzl oğlu – inanılmış və e᾿timad olunmuş şəxsdir.[45]

Silsilə sənədlərin sonunda gələn şəxsin adı, Əbu Həmzə Somali yaxud, Sabit ibni Əbi Səfiyyədir. O, təmiz və inanılmış şəxs olub. Demək olar ki, onun dəyanət və əxlaqının bərəkətindəndir ki, cansıxıcı və qara günlərdə üç qəhrəman oğul böyüdüb, Əli ibni Zeydin bayrağı altında qiyama göndərir, onlar da bu yolda şəhid olurlar.

Nəcaşi onun barəsində yazır:

«Onun Nur, Mənsur və Həmzə adlı üç oğlu, Zeydin yanında şəhid olurlar. O, Əmirəl-mö᾿minin, İmam Hüseyn (əleyhissalam), İmam Səccad (əleyhissalam) və İmam Baqir (əleyhissalam)-ın həyatını dərk etmiş, onlardan rəvayətlər və hədislər nəql etməkdə onların ən yaxşı, inanılmış və e᾿timad edilmiş şəxslərinndən sayılır. İmam Hüseyn (əleyhissalam)-dan onun barəsində belə buyurduğunu nəql edirlər: «Əbu Həmzə öz dövranışında, Somalinin öz zamanında olduğu kimidir.»[46]

SƏNƏDLƏRİN ARAŞDIRILMASINDAN NƏTİCƏ

Cənab Sipehri hədis sənədlərinin araşdırılmasında belə yazır: «Bir neçə dəlilə görə bu hədisin mə᾿sum İmamdan (əleyhissalam) olmasına inanmaq olar. Onlar aşağıdakılardan ibarətdir:

1. Mərhum alim Qohpayi, «Məcməur-rical» kitabının 7-ci cildinin 219-cu səhifəsində yazır: Alimlər arasında Şeyx Səduqun (hədisə) icazə verdiyi şəxslər vardır ki, «Rical» kitablarında onlar barəsində, nə tə᾿rif və nə də pis cəhətlər qeyd olunmamışdır. Amma, mərhum Səduqinin belə şəxslərin adını çəkdikdən sonra «Rəziəllah» (Allah ondan razı olsun) və «Rəhmətullah» (Allahın rəhməti ona olsun) sözlərini zikr etməsi buna dəlalət edir ki, mərhum Səduqun özünün bu şəxslərə möhkəm e᾿tiqadı və inamı varmış. Yoxsa, vacib olardı ki, Səduq, onların batil və ya fasid əqidəli olmalarını aşkarcasına qeyd etsin. Onda qalmış, onlara Allahdan rəhmət diləsin!

2. Şeyx Səduqun "Mən la yəhzurul fəqih" kitabının müqəddiməsində oxuyuruq:

«Bu kitabı yazmaqda hədəfim başqa ravilər kimi bu deyil ki, qarşıma çıxan bütün rəvayətləri cəm edib yazam. Bəlkə də, məqsədim bu olub ki, onun əsasında fətva verib, doğruluğuna hökm etdiyim rəvayətlərdən bu kitabda istifadə edim. İnanıram ki, bu rəvayətlər mənimlə Allah arasında höccətdir.»

3. Əvvəlcə işarə etdiyimiz kimi çoxlu məşhur alimlər bu rəvayətləri bə᾿zilərinin mö᾿təbər kitablarında gətiriblər və tarix boyu bütün yazıçıların diqqət nəzərində olub. Bütün məşhur İslam alimlərinin bu «Hüquq risaləsini» qəbul edib, e᾿timad etməklərinin səbəbindən biri də, mərhum şeyx Səduqun onu öz kitabında nəql etməsidir.

4. Mərhum Ayətullahül-üzma Burucerdi, (hədis ravilərini tanımaq sahəsində mütəxəssisdir) Mərhum Şeyx Səduqun nəql etdiyi rəvayətləri barəsində buyurur:

Allahın adı ilə!

«Həzrət İmam Zeynalabidin (əleyhissalam)-dan nəql olunan «Hüquq risaləsi» kitabını, Nofəl Haris oğlu, Əbdülmütəllib oğlu, Fəzl oğlu İsmail Haşimi Nofəlidən nəql olunmuşdur. O, Bəsrə hədis söyləyənlərindən olub və inanılmış şəxsdir. Sabit Dinar oğlu həmin inanılmış və e᾿timad olunmuş Əbu Həmzə Somalidir.

Şeyx Səduq (rəh.), Cə᾿fər ibni Məhəmməd Amir Şeyx Kuleynidən, O da öz əmisi Əbdullah ibni Amirdən, o da Məhəmməd ibni Əbi Ümeyrdən, o da Əbdürrəhman ibni Məhəmməddən, o da Fəzl ibni İsmail ibni Fəzldən, o da atası İsmail ibni Fəzldən rəvayət etmişdir. Hamısının sənədi inanılmışdır!»[47]

Cənab Sipehri öz nəticə almağının sonunda yazır:

Zikr olunan dəlillər və nişanələrdən əlavə, İslam alimlərinin hədisləri qəbul etmək qanunu, əxlaq, maarif və müstəhəb işləri nəzərə almaqla, o cümlədən, sənədlər də, gözdən keçirməlidir. Şər᾿i məsələrin dəlillərində diqqətli olmaq qanunu məşhurur. Bu qanuna əsasən, hədislərin ali şəkildə məzmunu olmalı, əqidə üsulları, məzhəbin ümumi qanunları və onunla qarşı-qarşıya durmamalıdır.

«Hüquq risaləsi» bütün bu yaxşı xüsusiyyətləri özündə cəm etmişdir.

Müəllif yazır: Biz bu «Hüquq risaləsi» nin şərhində "Töhəful-üqul" kitabında nəql olunan hədisin mətnini seçmişik. Bunu iki səbəbə görə etdim.

Birinci: Sənədə işarə etməsə də, bu hədisi nəql edən ən qədim kitab «Töhəful-üquldur». Çünki, kitabın nəql etdiyi bütün hədislərdə sənədləri zikr etməmişdir.

İkincisi: Bu kitabdan nəql olunan «Hüquq risaləsi» hədisi, başqa kitablara baxanda ən geniş və ətraflı şəkildə gətirilmişdir.

Bu kitabda bir çox hüquqlarda, "Məkarimul əxlaq" kitabındakı ifadələrdən istifadə etmişik.

"Həccin haqqı" bəhsi, "Töhəful-üqul" kitabında gəlmədiyinə görə «Məkarimul-əxlaq» kitabından gətirmişik. Bu kitabda çalışmışıq ki, İmam Səccad (əleyhissalam)-ın rəvayətlər əsasında söylədiyi əlli ədəd «haqqı» qısa da olsa, izah edək. Bə᾿zi hüquqların izahında lüğət cəhətdən daha çox araşdırmaya ehtiyac olduğuna görə onları lüğət cəhətdən araşdırmışıq. Bu «Hüquq risaləsi»nin şərhinin xüsusiyyətlərindən biri də budur ki, «Hüquq risaləsi»nin mətninin ən çox əxlaqi cəhətləri vardır. Biz möhtərəm oxucuların nəzərinə müqəddəs İslam dinində hüquq məsələsinin müxtəlif cəhətlərinə diqqət edilməsini çatdırmaqdan ötrü bacardıqca bu kitabda hüquqların fiqhi cəhətini izah etmişik.

İmam Səccad (əleyhissalam)-dan arzum budur ki, özünün lütf və şəfaət nəzəri ilə bu kiçik bəndənin üzünə baxsın və Qiyamətin günündə xətalarımın bağışlanmasını Pərvərdigari-aləmdən istəsin!

Allahdan arzulayıram ki, bu bəndəni, din və Əhli-beyt (əleyhissalam) məktəbinin xidmətçilərindən qərar versin!

"HÜQUQ RİSALƏSİNİN" MÜQƏDDİMƏSİ

“İMAM SƏCCAD (ƏLEYHİSSALAM)-IN HÜQUQ RİSALƏSİ ADI İLƏ TANINMIŞ KİTABI”

HÜQUQ RİSALƏSİNİN MÜQƏDDİMƏSİNİN TƏRCÜMƏSİ

بسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

اعْلَمْ رَحِمَكَ اللهُ أَنَّ للهِ عَلَيْكَ حُقُوقًا مُحِيطَةً بكَ فِي كلِّ حَرَكَةٍ تَحَرَّكْتَهَا، أَوْ سَكَنَةٍ سَكَنْتَهَا، أَوْ مَنْزِلَةٍ نَزَلْتَهَا، أَوْ جَارِحَةٍٍ قَلَّبْتَهَا وَآلَةٍٍ تَصَرَّفْتَ بهَا، بَعْضُهَا أَكْبَرُ مِنْ بَعْضٍ. وَأَكْبَرُ حُقُوقِ اللهِ عَلَيْكَ مَا أَوْجَبَهُ لِنَفْسِهِ تَبَارَكَ وَتَعَالَى مِنْ حَقِّهِ الَّذِي هُوَ أَصْلُ الْحُقُوقِ وَمِنْهُ تَفَرَّعَ. ثُمَّ أَوْجَبَهُ عَلَيْكَ لِنَفْسِكَ مِنْ قَرْنِكَ إلَى قَدَمِكَ عَلَى اِختِلافِ جَوَارِحِكَ.

فَجَعَلَ لِبَصَرِكَ عَلَيْكَ حَقًّا وَلِسَمْعِكَ عَلَيْكَ حَقًّا وَلِلِسَانِكَ عَلَيْكَ حَقًّا وَلِيَدِكَ عَلَيْكَ حَقًّا وَلِرِجْلِكَ عَلَيْكَ حَقًّا وَلِبَطْنِكَ عَلَيْكَ حَقًّا وَلِفَرْجِكَ عَلَيْكَ حَقًّا، فَهَذِهِ الْجَوَارِحُ السَّبْعُ الَّتِي بهَا تَكُونُ الأَفْعَالُ. ثُمَّ جَعَلَ عَزَّ وَجَلَّ لأَفْعَالِكَ عَلَيْكَ حُقُوقًا فَجَعَلَ لِصَلاتِكَ عَلَيْكَ حَقًّا وَلِصَوْمِكَ عَلَيْكَ حَقًّا وَلِصَدَقَتِكَ عَلَيْكَ حَقًّا وَلِهَدْيِكَ عَلَيْكَ حَقًّا وَلأَفعَالِكَ عَلَيْكَ حَقًّا. ثُمَّ تَخرُجُ الْحُقُوقُ مِنْكَ إلَى غَيْرِكَ مِنْ ذَوِي الْحُقُوقِ الْوَاجِبةِ عَلَيكَ.

وَأَوْجَبُهَا عَلَيْكَ حُقُوقُ أَئِمَّتِكَ ثُمَّ حُقُوقُ رَعِيَّتِكَ ثُمَّ حُقُوقُ رَحِمِكَ. فَهَذِهِ حُقُوقٌ يَتَشَعَّبُ مِنْهَا حُقُوقٌ: فَحُقُوقُ أَئِمَّتِكَ ثَلاثَةٌ أَوْجَبُهَا عَلَيْكَ حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ ثُمَّ سَائِسِكَ بالْعِلْمِ، ثُمَّ حَقُّ سَائِسِكَ بالْمُلْكِ، وَكُلُّ سَائِسٍٍ إمَامٌ. وَحُقُوقُ رَعِيَّتِكَ ثلاثَةٌ أَوْجَبُهَا عَلَيْكَ حَقُّ رَعِيَّتِكَ بالسُّلْطَان، ثُمَّ حَقُّ رعِيَّتِكَ بالْعِلْمِ، فَإنَّ الْجَاهِلَ رَعِيَّةُ الْعَالِمِ، وَحَقُّ رَعِيَّتِكَ بالْمُلْكِ مِنَ الأَزْوَاجِ وَمَا مَلَكْتَ مِنَ الأَيْمَانِ.

وَحُقُوقُ رَحِمِكَ كَثِيرَةٌ مُتَّصِلَةٌ بقَدْرِ اتِّصَالِ الرَّحِمِ فِي الْقَرَابَةِ فَأَوْجَبُهَا عَلَيْكَ حَقُّ أُمِّكَ ثُمَّ حَقُّ أَبيكَ ثُمَّ حَقُّ وَلَدِكَ ثُمَّ حَقُّ أَخِيكَ ثُمَّ الأَقْرَبُ فَالأَقْرَبُ وَالأَوَّلُ فَالأَوَّلُ. ثُمَّ حَقُّ مَوْلاكَ الْمُنْعِمِ عَلَيْكَ، ثُمَّ حَقُّ مَوْلاكَ الْجَارِيَةُ نِعْمَتُكَ عَلَيْهِ، ثُمَّ حَقُّ ذِي الْمَعْرُوفِ لَدَيْكَ، ثُمَّ حَقُّ مُؤَذِّنُكَ بالصَّلاةِ، ثُمَّ حَقُّ إمَامِكَ فِي صَلاتِكَ، ثُمَّ حَقُّ جَلِيسِكَ، ثُمَّ حَقُّ جَارِكَ، ثُمَّ حَقُّ صَاحِبكَ، ثُمَّ حَقُّ شَرِيكِكَ، ثُمَّ حَقُّ مَالِكَ،

ثُمَّ حَقُّ غَرِيمِكَ الَّذِي تُطَالِبُهُ،

ثُمَّ حَقُّ غَرِيمِكَ الَّذِي يُطَالِبُكَ، ثُمَّ حَقُّ خَلِيطِكَ، ثُمَّ حَقُّ خَصْمِكَ الْمُدَّعِي عَلَيْكَ، ثُمَّ حَقُّ خَصْمِكَ الَّذِي تَدَّعِي عَلَيْهِ، ثُمَّ حَقُّ مُسْتَشِيرِكَ، ثُمَّ حَقُّ الْمُشِيرِ عَلَيْكَ، ثُمَّ حَقُّ مُسْتَنْصِحِكَ، ثُمَّ حَقُّ النَّاصِحِ لَكَ، ثُمَّ حَقُّ مَنْ هُوَ أَكْبَرُ مِنْكَ، ثُمَّ حَقُّ مَنْ هُوَ أَصْغَرُ مِنْكَ، ثُمَّ حَقُّ سَائِلِكَ، ثُمَّ حَقُّ مَن سَأَلْتَهُ، ثُمَّ حَقُّ مَن جَرَى لَكَ عَلَى يَدَيْهِ مَسَاءَةٌ بقَوْلٍ أَو فِعْلٍ أَوْ مَسَرَّةٍ بذَلِكَ بقَوْلٍ أَوْ فِعْلٍ عَنْ تَعَمُّدٍ مِنْهُ أَوْ غَيْرِ تَعَمُّدٍ مِنْهُ، ثُمَّ حَقُّ أَهْلِ مِلَّتِكَ عَامَّةً ثُمَّ حَقُّ أَهْلِ الذِّمَّةِ، ثُمَّ الْحُقُوقُ الْجَارِيَةُ بقَدْرِ عِلَلِ الأَحْوَالِ وَتَصَرُّفِ الأَسْبَاب. فَطُوبَى لِمَنْ أَعَانَهُ اللهُ عَلَى قَضَاءِ مَا أَوْجَبَ عَلَيْهِ مِنْ حُقُوقِهِ وَوَفَّقَهُ وَسَدَّدَهُ.

Bil ki: Etdiyin hər bir hərəkətdə, sakitlik və ya aramlığında, ələ gətirdiyin məqamda, bədən üzvlərində, işlətdiyin vəsilənin hər birində, Allahın sənin boynunda haqqı vardır və bu hüquqlar səni əhatə etmişdir. Onların bə᾿ziləri digərinə üstündür.

Allahın sənin boynundakı ən böyük haqqı, Öz haqqından, sənə Özünə görə vacib etdiyi haqdır. (Bu haqq, bütün haqların mənşəyi və köküdür.) O vaxt başdan ayağa bədənlərin və ə᾿zaların müxtəlif fərqlərini nəzərə almaqla, səndən ötrü hüquq vacib etmişdir. Gözündən ötrü sənə haqq qərar vermişdir. Qulağından ötrü sənə haqq tə᾿yin etmişdir. Dili