A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Dördüncü: Şagird və müəllim əlaqələrində bu mövzulara işarə olunur: Tabe olmaq, tə`lim, öyrənmək xidməti. Yəni, şagird ilk növbədə müəlliminə tabe olmalıdır ki, nəhayətdə, onun elm və biliyindən bəhrələnə bilsin.

Beşinci: "Əgər mənə öyrətsən"cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) yalnız, elm ardıncadır. Mal-dövlət və məqam ardınca deyildir. Bu da böyük bir mətləbdir ki, tələbələr və şagirdlər təhsil mərhələlərində ona diqqət etməlidirlər. Şagirdin müəllimdən elmi cəhətdən istifadə etməsindən başqa heç bir niyyəti olmamalıdır.

Altıncı: "Öyrədildiyin elmin" cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) e`tiraf edir ki, Xızra Allah-taala tərəfindən xüsusi elm öyrədilmişdir. Nəticə alırıq ki, müəllimin məqamı Allah yanında ucadır və bəşər elmini kökdə, Allahdan alır.

Yeddinci: "İnkişaf" kəlməsi, Musa (əleyhissalam)-ın ondan irşad və elm tələb etdiyini bəyan edir. Musa (əleyhissalam) Xızrın hidayət bərəkətindən bəhrələnmək istəyir.

MÜƏLLİMİN TƏRBİYƏVERİCİ SÖZLƏRİ

Birinci: "Sən mənimlə olsan, səbr edə bilməzsən" cümləsindən mə`lum olur ki, səbirsizlik və taqətsizliklə elm öyrənməyin faydası olmaz. Bəlkə də, insan elm öyrənmək yolunda bütün müşkülatlara dözüb səbirli olmalıdır. Bundan əlavə, səbr edənlərin məqamı mühüm və böyükdür.

İkinci: Müəllimin (Xızrın) Musa (əleyhissalam)-dan səbri inkar etməsi ola bilsin, o cəhətdəndir ki, onu Xızrın işlərində və onların hikmətlərində tələsik nəticə almamağa hazırlaşdırsın.

Üçüncü: Musa (əleyhissalam) bütün bu zəhmət, məşəqqət və səfərlə nəyin ardınca idi? Layiqli müəllim ardınca gəzirdi. Bu mətləb bizə anladır ki, layiqli müəllimdən ötrü bütün zəhmət və əziyyətlərə dözmək lazımdır. Rəvayətlərdə gördüyümüz kimi rəhbərlərimiz, bizim öz elmimizi hər kəsdən yox, bəlkə də, vilayət məktəbindən almağı əmr edirlər. Musa (əleyhissalam) bə`zən öz elmi səfərində müəlliminin işlərinə etiraz edir. Müəllim gəmini deşir. Müəllim uşaqın başına vurub öldürür. Müəllim uçmuş divarı tə`mir edir. Bütün bunların hamısı Musa (əleyhissalam)-ın etirazına səbəb olur. Lakin, sonradan onun bütün işlərinin sirlərinə agah olur. Bu əhvalat, Quranda "Kəhf" surəsində müfəssəl gəlmişdir. Bizim hədəfimiz ondan bə`zi mətləblərin istifadəsi idi.

QƏZZALİNİN NƏZƏRİNDƏ MÜƏLLİMİN MƏQAMI

Məhəmməd Qəzzali yazır: İnsan öyrəndiyi elmlərdə dörd haldadır. Yə`ni, insan təhsil sərvəti ardıncadır. Mal sahibinin halları bunlardadır:

Birinci: Mal kəsb etmək halı.

İkinci: Mal-dövlət yığmaq və anbar etmək.

Üçüncü: Öz mal-dövlətindən bəhrələnmək.

Dördüncü: İnfaq, başqalarına kömək etmək, zəhmətlərinin nəticəsindən başqalarının bəhrələnməsidir. Bu, mal sahibinin ən yaxşı halıdır. Bu halda, ona səxavətli və bağışlayan deyirlər.

Alimin də bu halətləri var: Birinci: Təhsil və elmi mətləbləri cəm etmək haləti. Mal kəsb etmək yox. İkinci: Elmi mətləbləri yazıb zəxirə saxlamaq. Üçüncü: Ələ gətirdiyin elmdən bəhrələnmək və ondan istifadə etmək. Dördüncü: Elmi bağışlamaq və başqalarına tə`lim etmək. Bu həmin alimin ən yaxşı halıdır və cəmiyyətə nicat verəndir.

Nəticədə, Qəzzali mö`təqiddir ki, alim və müəllimin ən yaxşı halı, tədris edib öz elmindən başqalarını bəhrələndirməkdir. Həmçinin, insanlara dünyagörüşü və təfəkkür bəxş etməkdir.[513]

MÜƏLLİM YAXUD PSİXOLOQ?

Şagird, müəllimə bir həkim gözü ilə baxmalıdır. Həkim, dava-dərmanla xəstəni, salamatçılıq və sağlamlığa tərəf apardığı kimi müəllim də şagirdini ağıl, din və insaniyyətçilikdə sağlamlığa tərəf çağırır. Müəllim, bu yolda öyüd-nəsihət və möizə adlı şəfa dərmanlarından istifadə edir. Ona görə də şagird müəllimin sözlərinə yaxşı qulaq asmalıdır ki, elm öyrənməklə təkəbbür və qürur kimi xəstəliklərdən nicat tapsın.[514]

USTADA HÖRMƏT, ELMİN MƏQAMINA HÖRMƏTDİR

Qədim alimlərdən birisi müəlliminin dərsinə gedərkən yol arası fəqirə bir miqdar sədəqə verib deyir: İlahi! Müəllim və ustadımın eybini məndən gizli saxla və onun elm və biliyinnin bərəkətini məndən əsirgəmə!

Başqa alim yazır: Ustadın heybətinə xatir kitabımın vərəqəsini ahəstə çevirirdim ki, kağızın xışıltısı müəllimə əziyyət verməsin. Əlbəttə, belə işlərin riayəti o kəslərlədir ki, özlərini arif şəxslər kimi tanımış olsunlar.

Əhməd İsfahani nəql edir: Şəriklə birlikdə idim. Birdən xəlifə Əbbasinin övladlarından birisi yə`ni, Məhdi içəri girdi. Divara söykənib Şərikdən hədislərin biri barəsində sual etdi. Şərik cavab vermədi. Yenə də sualını təkrar etdi. Şərik, yenə də e`tinasızlıq etdi.

Xəlifənin oğlu, Şərikə xitab edərək dedi: Xəlifənin oğluna hörmətsizlik edirsən? Şərik dedi: Xeyr! Lakin, Allah dərgahında elm və bilik o qədər əzəmətlidir ki, mən onu istədiyim vaxt zay edə bilmərəm. Xəlifənin oğlu qarşıya gəlib, Şərikin müqabilində ədəb dizini yerə qoydu. O zaman dedi: Elmi belə öyrənmək lazımdır![515]

Bəli! Həmin səbəbə görə İmam Səccad (əleyhissalam) buyurur: Şagird, müəllimin müqabilində başı aşağı və təvazökar olmalıdır. Müəllim ruhani bir ata kimi fikri və ruhi qidanı, şagirdin ixtiyarında qoyur. Ona görə də şagirdin ehtiramı ona vacibdir. Müəllim, bu qidanı eşitmək qüvvəsinin yolu ilə şagirdin ixtiyarında qoyur. Şagirdə lazımdır ki, müəlliminin sözlərinə yaxşı qulaq assın.

Şagird bilməlidir ki, müəllim onun elmi atası sayılır. Elmi atanın ehtiramı, cismi atanın ehtiramından heç də az deyildir. Bəlkə də, ondan üstün və mühümdür. O cəhətdən, şagird öz səsini müəllimin səsindən uca çıxarmamalıdır, əksinə, ustadının müqabilində söz danışmaq ədəbinə riayət etməlidir.

Şagird müəllimin eyblərini örtməkdə ciddi və onun fəzilətlərini aşkar etməkdə çox çalışmalıdır. İskəndərə dedilər: Nəyə görə müəlliminə bu qədər ehtiram göstərib, ata- anandan da üstün bilirsən? Cavab verdi: Müəllim mənim əbədi həyatıma səbəbdir. Halbuki, ata-ana fani dünyamın səbəbidirlər. Cəmiyyətin təkamül mərhələlərindən biri layiqli müəllimlərinin olmasıdır. Müəllimlər cəmiyyətə nicat verib, onu nadanlıq, cəhl, fikri və mədəni sitəmkarlıq və zülmkarlıq qaynağından qurtarmaqdan ötrü qiyam edir, bu yolda özünün ən böyük sərmayəsini yəni, ömrünü fəda edir. Sokrat zindana düşür. Şagirdləri döyüşənə qədər onun azadlığından ötrü çalışırlar. Lakin, o bunu qəbul etməyib, ölümü qanunsuzluq və hərc-mərcliyə müqəddəm bilir.

Sonda İmam Hüseyn (əleyhissalam)-ın adətinə işarə edirik. Əba Əbdürrəhman Süləmi, İmam Hüseyn (əleyhissalam)-ın övladlarından birinə "Həmd"surəsini öyrədir. Həzrət, o müəllimə min əşrəfi (pul vahidi), min libas əta edib, ağzını mirvari ilə doldurur. Bə`ziləri bu bəxşişi çox bilirlər. İmam Hüseyn (əleyhissalam) buyurur: "Bu əta müəllimin öyrətdiyi şeyin hansının əvəzidir? Quran təliminin müqabilində hər nə verilsə, yenə azdır!"[516]

17. MÖVLANIN HAQQI

وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَا لا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.

“Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənə vacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqa heç bir-güc qüvvə yoxdur!"

"Məkarimül-Əxlaq" kitabında belə gəlib:

“Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”

İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından mə`lum olur ki, maliklə hakimin haqqını bir-birinə oxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.

QULDARLIĞIN TARİXİ

Quldarlığın yaranma tarixi çox da mə`lum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığın ibtidası aşağıdakı amillərdən biri ola bilər:

1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.

2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.

3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.

4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ən`ənələrin ixtilafı üzərində qurulub.

5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır." Sonra Montöskye yazır:

Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mə`nadadır ki, Allah-taala, bə`zi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.

Bunlar, köləlik barəsində Montöskyenin "Ruhul-qəvanin" kitabında gətirdiyi bəhsdir.

İSLAM DİNİ, KÖLƏLİK BARƏSİNDƏ

Müqəddəs İslam dinində, qul olma heç də fitri deyildir. Aristotel məntiqinin əksinə olaraq, İslama görə bəşər azad yaradılmışdır. Həzrəti Əli (əleyhissalam) buyurur:

"Bütün bəşər azad yaradılmışdır. Məgər o, kəslər ki, öz zərərlərinə köləliyə iqrar ediblər (özləri elə bir iş görürlər ki, kölə olmaqlarına şərait yaransın)

Həzrət başqa bir bəyanda buyurur:

“Başqalarının qulu olma! Halbuki Allah səni azad yaratmışdır.”

Bu iki bəyan, bəşəriyyətin azadlıq carçısı sayılan, Həzrəti Əli (əleyhissalam)-dan idi.

Bəşər azad doğulmuşdur. Əgər sonradan kimin köləsi olursa, xarici amillərin tə`sirindəndir. Onun köləliyi həmişəgi yox, müvəqqətidir. Keçmiş zamanlarda kölələr necə yaşayırmışlar?

“Tarixi Rum" kitabının müəllifi Alber Male rumluların kölələri barəsində belə nəql edir:

"Qanuna görə qul və ya kölə şəxs, insan deyil . Bəlkə də, qul, bir şey və ya danışa bilən bir alətdir. Beləliklə, heç bir haqq və hüququ da yoxdur."

Montöskye yazır: Əflatunun qanununda qərara alınmışdır ki, qul özünün təbii müdafiəsindən istifadə edə bilməz. Əgər ona həmlə olarsa, bu qanuna əsasən, özünün təbii müdafiəsindən istifadə edə bilməz. Həmçinin, mədəni müdafiə haqqı ona verilmir və məhkəməyə də şikayət etməyə haqqı yoxdur. Spart şəhərində köləyə verilmiş qanuna görə məhkəməyə müraciət etməyə haqqı yox idi.

Spartlı qullar, bu cəhətdə o qədər bədbəxt olurlar ki, təkcə bir nəfərin köləsi yox, bəlkə də, bütün cəmiyyətin köləsi hesab olnurdular.

ALÇALMAQ, HARA QƏDƏR?

Rum əşraf və ə`yanlarının kef məclislərindən biri bu idi ki, biçarə qulları nümayiş göstərilən bir meydanda, şir, bəbir, pələng kimi vəhşi və ac heyvanlarla bir yerdə cəm edirdilər. Elə ki, qullar özlərini bu yırtıcı heyvanların caynağında giriftar görürlər, ahu-fəğan və qışqırıqları ucalır. Bu vaxt ə`yan və əşrəflərin şadlıq ruhiyyələri ərşə çatır. Həmçinin, bu əsil və əşrəflərin istirahət məclislərindən biri də bu idi ki, əli qılınclı çılpaq qullardan ibarət iki dəstəni, bir-birinin canına salırdılar. O həddə kimi ki, bir-birlərinin əzalarını və üz-gözlərini yaralayıb kəsirlər. Bu cinəyatgər əşrəflər, belə dəhşətli və qanlı səhnələri görməkdən ləzzət alıb sevinirdilər. Əgər bu qullar belə işə boyun qoymasaydılar, meydanın ətrafını dövrəyə almış əsgərlər tərəfindən tikə-tikə doğranardılar.

Həmçinin, rumlu cinayətkar ə`yan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.

“Tarixi Rum" kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:

"Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.

Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara mə`ruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıb iş gördürürdülər. Mə`dən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.

İSLAMDA KÖLƏLƏRİN TƏDRİCLƏ AZAD OLUNMASININ SƏBƏBLƏRİ

Köləliklə mübarizə aparıb onları tədriclə azad etmək tarixi İslam və müsəlmanlara məxsusdur. Əgər soruşlsa ki, nəyə görə İslam bu işi birdəfəlik yox, tədriclə görür? Onda bu sualın cavabında demək lazımdır: Əvvala, İslam zühur edən zamanda Ərəbistanın qaranlıq mühitində, quldarlıq o cəmiyyətin iqtisadiyyatının rüknu idi. Bir çoxlarının ticarət və yaşayışı kölə alveri ilə bağlı olmuşdur. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) belə bir imkanı yox idi ki, köləlik və kölə alverini birdəfəlik aradan aparsın. Çünki, iqtisadi nəzm pozulardı. Bundan əlavə, bütün sərvətini verib kölə olanlar bu işə heç vaxt razı olmazdılar. Bir dəstə hazır yeyənlər yalnız, bu yolla dolanırdılar. Bu dövrdə İslam dini əvvəlcə, iş və fəaliyyətin savabını həmçinin, işsizlik və hazır yeməyin məzəmmətli olmasını cəmiyyətdə insanlara bəyan edir. İş, İslama görə ən yaxşı ibadətlərdən sayılır, nəticəsi, insanın özünə qayıdır. Bu yolla hazır yeyənlər tədriclə iş dalınca gedir və anlayırlar ki, başqalarının əl muzdunu yeyib talan etməklə dolanmaq olmaz.

İkinci dəlil, əməl və əksül-əməl qanununa görə əgər İslam birdəfəlik kölələri azad e`lan etsəydi, ola bilsin zülm görmüş kölələr özlərində vücüda gəlmiş e`tiqadlara görə qanlı inqilablara əl atsınlar, nəticədə, ümumi əmniyyətə zərbə dəyərdi. Bu mövzunun tarixdə oxşarı vardır. Montöskye, fəsadlar və kölələrin birdəfəlik azad olunması barəsində yazır: Saysız sayda kölələrin birdəfəlik azad olunması səlah deyildir. Çünki, cəmiyyətdə nəzm qanunlarının pozulmasına səbəb olar. Nümünə üçün belə yazır:

Velisin şəhərində kölələr dəstə cəmi azad olub seçkilərdə səsvermə hüququ qazanırlar. Əksər səsi ələ gətirib belə bir qanun yazırlar ki, ona əsasən, hər kim azad (kölə olmayan) şəxslərdən biri ilə evlənsə, kölələrdən birisi toyun ilk gecəsində azad bakirə qadınla yatmalı, ikinci gecə isə bəyə təhvil verməlidir. Üçüncü dəlildən ötrü tarixçi, Kuteov Lubonun işarə etdiyi mətləbə diqqət etmək kifayətdir. O da budur ki, kölələr qədim zamanlarda kölə şəklində yaşadıqlarına görə və tüfeyli həyat sürdükləri üçün iste`dasız və təcrübəsiz böyüyürdülər. Deyə bilərik ki, əgər İslam bütün kölələri birdəfəlik azad e`lan etsəydi, kifayət qədər iste`dları və təcrübələri olmadıqlarına görə müstəqil yaşayış həyatı təşkil edə bilməyib, nəticədə, amerka kölələri kimi azad olduqdan sonra həmin səbəbdən məhv ola bilərdilər.

Yuxarıdakı səbəblərə görə deyə bilərik ki, İslamda qanunverici, kölələrin birdəfəlik azad olmasına əl atmır. Bəlkə də, onların azadlığının tədriclə olması şəraitini hazırlayır. İndi də İslam dininin, kölələrin azad və xilas olunmaları barəsindəki nəzərinə baxaq. Əvvəlcə, İslam, kölələrinin vəziyyətinin qanunu şəkildə tanıması və şəriətdə onların xüsüsi hökmlərinə işarə etməsinə nəzər salaq. Daha sonra əxlaqi yolları araşdıraq.

İSLAMDA KÖLƏLƏRİN AZAD OLUNMA YOLLARI

Birinci: Yazışma. Bu yolla kölə və malik arasında qərar bağlanılır. Bu əsasla ki, kölə bir miqdar pul verib azad olur. Əgər öhdəsinə götürdüyü məbləğdən verə bilməsə, şəriət hakimi beytül-maldan verib onu azad etməlidir.

İkinci: Tədbir. Bu mə`nada ki, malik qərara alır ki, öldükdən sonra kölə azad olunsun.

Üçüncü: Əgər birisi ata-ana, baba, nənə, övlad, övladın övladı, bacı, bibi, xala, qardaş qızı, bacısı qızına malik olsa, dərhal onları azad etməlidir.

Dördüncü:Əgər birisi kölənin bir qismini azad etsə, o kölə tamamilə azad olar.

Beşinci: Əgər kəniz ağasından övlad dünyaya gətirsə, azad olar.

Altıncı: Əgər kölə küfr mühitində olmasından əvvəl, müsəlman olsa, azad olar.

Yeddinci: Hər vaxt malik, kölənin qulağı, burnu və ya hər hansı bir üzvünü kəssə, kölə azad olar.

Səkkizinci: Əgər kölə, kor, cüzam, bərəs, axsaq olsa və yatağa düşsə, azad olar. Yaşayış xərci isə beytül-maldan verilər.

Doquzuncu: Əgər vərəsəsi olmayan sərvətli ölsə, belə şəxsin köləsi ondan alınıb azad olunar. Mal-dövlət də köləyə çatır.

Onuncu: "Vəsail Şiə" kitabında belə bir ünvanda fəsil var ki, imanlı müsəlman kölə, yeddi ildən sonra azad olunur.

On birinci: Zəkatın sərf olunan səkkiz yerindən biri də, kölələrin alınıb azad olunmasıdır.

On ikinci: Əgər birisi öz nəzir və əhdinə əməl etməsə, andını sındırsa, orucunu qəsdən yesə, birini xətadan öldürsə və məhrəmlərindən biri ilə xəta etsə, kəffarə verməlidir. Bu kəffarələrdən biri də kölə azad etməkdir.

ƏMƏLİ VƏ ƏXLAQİ YOLLAR

Müqəddəs İslam dini, əməli və əxlaqi cəhətdən kölələrin azad olunması şərtini hazırlamışdır. Nümünə üçün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam)-mın əməli və əxlaqi rəftarlarına baxaq.

Tarixçilər yazır: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Zeyd ibni Haris kimi kölələri azad edirdi. O vaxt müsəlmanlar bir-birinin ardınca Həzrətdən nümünə götürüb kölələri azad edirdilər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeyd ibni Harisi azad etməsindən əlavə, onu Cəhişin qızı ilə evləndirir və qısa müddətdən sonra ayrılırlar. Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeydin oğlu Usaməni, İslam qoşunlarına başçı tə`yin edir. Mühacir və ənsarın böyüklərinin ona tabe olmalarını tələb edir.

Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı puldan, min köləni azad edir.

Tarixçi Corc Zeydan yazır: Əbdullah ibni Süleyman yetmiş min kənizi azad etmişdir.

ƏXLAQİ GÖSTƏRİŞLƏR

İslam dini, kölələrin azad edənlərdən ötrü o qədər savab və axirət mükafatı qərara alıb ki, bununla öz tərəfdarlarını kölə azad etməyə təşviq etmişdir. Qur`an "Bələd" surəsində buyurur:

"Məgər Biz ona iki göz vermədikmi? Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona iki yolu (xeyir və şərr, küfr və iman yollarını) göstərmədikmi? Lakin o, əqəbəni keçə bilmədi. (özünə verilən bu qədər ne`mətlərə şükür etmədi.) Ya Peyğəmbər! Bilirsənmi əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud, aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə və ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Hər kim müsəlman köləni azad etsə, Allah-taala, o kölənin hər bir üzvünün əvəzində, azad edən şəxsin üzvünü cəhənnəmin atəşindən azad edər."

İmam Sadiq (əleyhissalam) kölə azad edənlərin barəsində buyurur: Allah-taala, azad olunmuş kölənin hər bir üzvü əvəzində azad edənin əzabını atəşdən xilas edir.

Bəhsin sonunda qeyd edək ki, İmam Səccad (əleyhissalam)-ın bu sözləri, o zamana aiddir ki, hələ kölələr azad olmamışdılar. O, vaxt kölələr öz malikləri haqqında belə rəftar etməli idilər. Əlbəttə, bu bəhs genişdir. Biz yalnız, bu qədərinə kifayətlənirik.

ADİ ŞƏXSLƏRİN HÜQUQLARI

18. ƏHALİNİN HAQQI

فأَمَّا حُقُوقُ رَعِيَّتِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أَنَّكَ إنَّمَا اسْتَرْعَيْتَهُمْ بفَضْلِ قُوَّتِكَ عَلَيْهِمْ فَإنَّهُ إنَّمَا أَحَلَّهُمْ مَحَلَّ الرَّعِيَّةِ لَكَ ضَعْفُهُمْ وَذُلُّهُمْ، فَمَا أَوْلَى مَنْ كَفَاكَهُ ضَعْفُهُ وَذُلُّهُ حَتَّى صَيَّرَهُ لَكَ رَعِيَّةً وَصَيَّرَ حُكْمَكَ عَلَيْهِ نَافِذاً، لا يَمْتَنِعُ مِنْكَ بعِزَّةٍ وَلا قُوَّةٍ وَلا يَسْتَنْصِرُ فِيمَا تَعَاظَمَهُ مِنْكَ إلا [باللهِ] بالرَّحْمَةِ وَالْحِيَاطَة وَالأَناةِ وَمَا أَولاكَ إذَا عَرَفْتَ مَا أَعْطَاكَ الله مِنْ فَضْلِ هذِهِ الْعِزَّةِ وَالقُوَّةِ الَّتِي قَهَرْتَ بهَا أَنْ تَكُونَ لِلّهِ شَاكِراً، وَمَنْ شَكَرَ الله أَعْطَاهُ فِيمَا أَنعَمَ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.

“Amma sənin hakimiyyətində rəiyyiətin haqqı budur ki, həqiqətən, sən özün artıq qüdrətinin səbəbinə onları rəiyyət ünvanı ilə seçmisən. Həqiqətən, onların zəifliyi və gücsüzlüyü özlərini rəiyyət qərar verib. Belə olan halda, kimsənin zəifliyi, zilləti və səni ehtiyacsız etməsi, sənə üstünlük deyildir. Belə ki, zəiflik və zillətlik, onu sənin rəiyyətin və əlinin altında qərar verib. Sənin hökmünü onlara tə`sirli etmişdir. Onlar öz qüvvə və izzətləri ilə sənin müqabilində yalnız, Allahdan rəhmət, himayət, səbr və kömək intizarındadılar. Əgər anlasan ki, Allah-taala sənə hansı izzət və qüvvə əta etməklə, başqalarına qələbə çalmısan, onda daha yaxşı olar ki, Allaha şükür edəsən. Hər kim Allahın ne`mətinə şükür etsə, ona daha çox ne`mət bağışlar. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur! “

Məkarimul-Əxlaq kitabında bu mövzuda yazır

“Amma sənin hakimyyətin altında qərar tutanların haqqı budur ki, biləsən ki, onlar özlərinin zəifliyi və sənin qüdrətli olmaqına xatir sənin rəiyyətinə çevriliblər. Belə olan halda, sənə vacibdir ki, onlar barəsində ədalətlə əməl edəsən və onlardan ötrü ürəkyandırıcı ata olub, nadanlıq üzündən etdikləri xətaları bağışlayasan. Onların pis əməlləri müqabilində cəza verməyə tələsmə. Allahın sənə verdiyi qüdrətə görə şükür et."

İmam Səccad (əleyhissalam), hakim barəsində buyurur: Rəiyyət hakimin itaətində olub onunla düşmənçilikdən çəkinsinlər. Onun müqabilində rəiyyətin hüququnda buyurur: Hakim öz qüdrət və hakimiyyətinə xatir ədalətə riayət etməlidir. Bu hüquqda İmam Səccad (əleyhissalam) neçə mühüm mövzuya işarə etmişdir:

Birinci: Hakimin ədalətli olması.

İkinci: Hakimin mehriban və ürəkyandırıcı ataya oxşaması.

Üçüncü: Rəiyyət öz həyatında xətalara yol verir. Hakim onların müqabilində bağışlamağı bacarmalıdır.

Dördüncü: Hakimin, Allahın ona bağışladığı qüdrət və hakimiyyət ne`məti müqabilində ona şükür etməsi.

RƏHBƏRLİKDƏ ƏDALƏT

İnsanlar, başqalarının hüquqlarına pis gözlə baxmayıb onların hüquqlarına təcavüz etməsələr, insanlar arasında haqq və hüquq cəhətdən heç bir ayrı-seçkiliyə yol verməsələr, həmçinin, hakim öz hakimiyyətində ən nəha