A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Cavab verir: Siz tərəfdən əzabdan əmin olduğuma görə cavab vermədim!

Həzrət buyurur: Allah-taalaya şükr edirəm ki, məni, xalqın ondan amanda olan şəxs kimi qərar verib!"

ƏFV VƏ BƏXŞİŞ

Adil hakimin xüsusiyyətlərindən biri də əfv və bəxşiş əhli olub, əhalinin xırda xətalarını bağışlaya bilməsidir. Allah-taala Qur`anda buyurur:

Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizin (günahlarınızı) bağışlamağını istəmirsinizmi? Allah, (bəndələrini) bağışlayan və rəhm edəndir!”[484]

Həzrəti Əli (əleyhissalam) sözlərindən birində buyurur:

Düşmənə qələbə etdiyin vaxt onu bağışla, bununla da qələbə ne`mətinin şükrünü yerinə yetirmiş olarsan!”[485] Həzrət, Malik Əştərə yazdığı məktubda yazır:

“Heç vaxt bağışlamaqdan peşiman olma, əzab və cəza verməkdən şad olma!" Yenə də həmin məktubda yazır:

“Rəiyyəti əfv və bəxşişindən bəhrələndir. Necə ki, Allahın da sənin öz günahlarından keçdiyini istəyirsən. Çünki, sənin məqamın onlardan üstündür. Sənə bu vilayəti verən səndən üstün və Allah da sənə bu vilayəti verəndən üstündür.”[486]

ƏHDƏ VƏFA!

Hakimin seçilmiş sifətlərindən biri də, və`də və əhd-peymanlarına vəfadar olmasıdır. Allah-taala bu barədə buyurur:

“Əhdə vəfa edin. Çünki, (insan) əhd barəsində Qiyamət günü cavabdehdir.”[487]

ÖLKƏNİN VƏ ƏHALİNİN GÜNDƏLİK İŞLƏRİNDƏN XƏBƏRDAR OLMAQ

Adil hakimin xüsusiyyətlərindən biri də ölkənin işlərinə agah olub, cəmiyyətdə baş verənləri bilməkdir. O cümlədən, əhalinin giriftarçılığını, çatışmamazlıqlarını və onların aradan qaldırılması yollarını bilmək lazımdır. Həzrəti Əli (əleyhissalam) bu mövzuda Malik Əştərə buyurur:

“Ey Malik! Rəiyyətlə özün arasında uzun pərdə çəkmə. Əhalinin işləri səndən gizlində qalmasın. Çünki, hakimlərin rəiyyətdən xəbərsizliyi və onların işlərinə göz yummaları, hakimin gündəlik işlərindəki nöqsanıdır. Əgər əhalinin işləri hakimə gizlin qalsa və bir-birlərindən xəbərdar olmasalar, sözsüz ki, hakim, bilməyi lazım olan işlərdən məhrum qalacaqdır. Bu da səbəb olar ki, kiçik mövzular hakimin nəzərində böyük, böyük məsələlər isə ona kiçik görünsün. Yaxşı əməl sahibinin işi qəbih, qəbih iş görən isə yaxşı şəxs kimi tanınar. Həmçinin, haqqla batil qatışıb biri digərinə oxşayar.”

Həzrət bu sözləri ilə hakimin əhali ilə sıx rabitədə olmaqına işarə edir. Hakim, cəmiyyətin bütün işlərinə alim və ölkədə baş verən hadisələrə tanış olmalıdır. Bu da hakim dairənin müvəffəqiyyətlərindən sayılır.

Bura kimi ayə və rəvayətlərdə ədalətli hakimin xüsusiyyətlərindən bəhs etmişik. İndi də cəmiyyətdə zalim və sitəmkar hakimin roluna nəzər salaq.

TÜĞYANGƏR VƏ ZALİM HAKİMLƏR

Qeyd etdik ki, Allah-taala Qur`ani-Kərimdə iki növ hakimə işarə edir: Adil hakimlər və nurlu rəhbərlər; Zalim hakimlər. Tüğyangər hakimləri, Qur`an belə bəyan edir:

“Biz onları (dünyada insanları) Cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!”[488]

Burada qarşıya çıxan sual budur ki, peyğəmbərlərin də`vətləri insanları xeyir və səadətə də`vət etmələri olan halda, Allah-taala batil rəhbərləri necə qərar verir? Sualın cavabında demək lazımdır ki: Zalim rəhbər olmaları əslində, onların öz əməllərinin nəticəsidir. Bilirik ki, hər bir səbəbin tə`siri Allahın izni ilədir. Onlar elə bir yol qarşıya alıblar ki, azğın rəhbərliklə nəticələnir. Bunun da dəlili odur ki, onlar cəhənnəmliklərin başçısıdır. Dünyada yollarını azmışların başçıları olduqları kimi Cəhənnəmdə də cəhənnəmliklərin başçısı olacaqlar. Ona görə də dünya və axirətdə Allahın lə`nətində qərar tutublar. Həmin ayənin ardınca Allah-taala buyurur:

“Bu dünyada onlara lə`nət damğası vurduq. (Hamı onlara lə`nət oxuyar.) Qiyamət günü isə onlar çirkin, iyrənc (və Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.”[489]

Allahın lə`nəti, yə`ni, Onun rəhmətindən uzaq olmaq. Mələklərin və mö`minlərin lə`nəti isə onlara nifrinlə birlikdədir.

İlahi rəhbərlər düzgün yola də`vət edirlər. Lakin, zalim hakimlər cəhənnəm atəşinə və yolsuzluğa də`vət edirlər.

Yenə də bu iki dəstənin xüsusiyyətlərindən, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib: Həzrət buyurur:

“Adil hakimlər, Allahın əmrini xalqın və özlərinin əmrlərinə üstün və müqəddəm bilirlər. Onun hökmünü ən üstün hökm bilirlər. Halbuki, zalim hakimlər öz hökmlərini Allahın hökmünə üstün bilib, özlərinin əmrlərini Onun əmrindən əvvəl sayırlar.”[490]

Dünyada hər bir rəhbər, bir cəmiyyəti öz arxasınca apardığı kimi, bu kiçik dünyanın böyük təcəssümü sayılan axirətdə də belə olacaqdır. Buşr ibni Ğalib, İmam Sadiq (əleyhissalam)-dan belə nəql edir: Həzrətdən “O gün bütün insanları öz rəhbərləri ilə çağıracağıq."- ayəsinin şərhini soruşdum. Həzrət buyurdu:

Bir hakim düzgün yola də`vət edir, bir dəstə də ona cavab verirlər. Başqa bir rəhbər zəlalətə çağırır, bir dəstə də ona cavab verib çağırışına gedirlər. Birincilər behiştdə, ikincilər isə cəhənnəmdədirlər. Budur Allahın dediyi sözlərin mə`nası: Bir dəstə cənnətdə və bir dəstə cəhənnəmdədir!”[491]

İmam Sadiq (əleyhissalam) buyurur:

Həqiqətən, zalim və sitəmkar hakimin himayəsində, haqq köhnələr, batil təzələnər. Zülm, fəsad və təcavüz aşkar olub hər yeri tutar.”[492]

İslam Peyğəmbəri(səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər bir şeydən ötrü bəla vardır. İslam dinin də bəlası, fasid və tüğyangər hakimlərin hakimiyyətidir!”[493]

İmam Baqir (əleyhissalam) buyurur:

Üç nəfər var ki, cəmiyyətdə və insanlar arasında ehtiramı yoxdur:

Birinci: O kəs ki, bid`ət qoymaq niyyətində olar.

İkinci: Zalim hakim.

Üçüncü: Öz fasiqliyini aşkar edən fasiq.”

Yuxarıdakı bəyanlardan, tüğyangər hakimin, haqqı aradan aparıb, batil və fəsadı canlandırmaqdakı rolu mə`lum olur.

TÜĞYANGƏR HAKİMİYYƏT, İNSANLARI NURDAN ÇIXIB ZÜLMƏTƏ DAXİL EDİR

Allah-taala Qur`anda buyurur:

“Allah, Ona inananların dostudur. Onları zülmətdən çıxarıb, nura tərəf yönəldər. Kafirlərin dostu isə Şeytanlardır. Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar.”

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər kim zalim hakimin himayəsinə daxil olsa, dini yoxdur. Hər kim adil hakimə yaxınlaşsa, qorxusu yoxdur! "

İbni Əbi Yə`fur nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan soruşdum: Onların dini yoxdur, ikinci dəstənin qorxusu yoxdur?!

Buyurdu: Bəli! O dəstənin dini yoxdur. İkinci dəstənin qorxusu yoxdur. Məgər Allahın sözünü eşitməmisən buyurur: Allah, mö`minlərin dostudur. Onları zülmətdən nura tərəf aparır. (Əksinə, kafirin hamisi, insanı nurdan zülmətə tərəf aparır.)”[494]

HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ XƏYANƏTKAR HAKİM

Həzrəti Əli (əleyhissalam) Fars köhfəzindəki öz işçisi, Müsqələ ibni Hübeyrə Şeybaniyə yazır:

“Səndən elə bir söz eşitmişəm ki, əgər belə bir iş görmüsənsə, Allahın qəzəbinə gəlmisən və Onun amanında deyilsən.

Mənə xəbər çatıb ki, nizələr, atların dırnaqları ilə bir yerə yığılmış, üzərinə qanları tökmüş müsəlmanların mallarını, səni seçən ərəb qohumlarının arasında bölürsən? And olsun! O Allaha ki, toxumu yardı və insanı yaratdı! Əgər bu xəbər doğrudursa, mən səndən bizarəm və mənim yanımda özünü yüngül etmisən. Belə olan halda, Rəbbinin haqqını xar etmə, dinini azaltmaqla dünyanı artırma ki, hamıdan çox ziyanda olanlardan olarsan!”

“Biharul-Ənvar”ın nəqlinə əsasən, sonra belə yazır:

“Ən böyük xəyanət, ümmətə olan xəyanət, ən böyük hiylə və sitəm hakimin xəyanətidir. Sənin yanında müsəlmanların hüququndan beş yüz min dinar var. Mənim elçim sənin yanına gələn kimi onu mənə göndər!”[495]

Bu məktubda, Müsqələ çapqınlıq əlini müsəlmanlara uzatdığına görə Əli (əleyhissalam) tərəfindən məzəmmət olunur. Həzrətin mübarək nəzərində hakimin xəyanəti ən böyük xəyanətdir.

ƏBUZƏR VƏ ONUN İSTƏYİNİN RƏDDİ

Əbuzər Ğəffaridən nəql olunur, buyurur: “İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Məgər məni hökumətdə bir məqama seçmirsənmi?

Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm) mübarək əli ilə çiynimə vurdu və buyurdu: Ey Əbuzər! Sən zəifsən. Hökumət əmanətdir. Qiyamət günündə hökumət, peşimançılıq və rüsvayçılıqdır. Yalnız, o kəslər ki, haqlı olaraq onu almış və onda olan hüquqları əda etmişlər.”[496]

Bu əhvalatda görürük ki, Əbuzər, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-nin xüsusi əshabından sayılmasına baxmayaraq, İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur: Hökuməti idarə etmək qüdrətin yoxdur!

Hakimin hüququndan bu qədər kifayətdir. İndi də başqa hüquqlara qayıdaq.

16. USTADIN HAQQI

وأَمَّا حَقُّ سَائِسِكَ بالعِلْمِ فالتَّعْظِيمُ لَهُ والتَّوْقِيرُ لِمَجْلِسِهِ وَحُسْنُ الاسْتِمَاعِ إليهِ وَالإقْبَالُ عَلَيْهِ وَالْمَعُونةُ لَهُ عَلَى نفْسِكَ فِيمَا لا غِنَى بكَ عَنْهُ مِنْ الْعِلْمِ بأَنْ تُفَرِّغَ لَهُ عَقلَكَ وَتُحْضِرَهُ فَهْمَكَ وتُزَكِّي لَهُ قَلْبَكَ وتُجَلِّى لَهُ بَصَرَكَ بتَرْكِ اللّذَّاتِ وَنقْص الشّهَوَاتِ، وَأَنْ تَعْلَمَ أَنَّكَ فِيمَا أَلقَى إلَيْكَ رَسُولُهُ إلَى مَنْ لَقِيَكَ مِنْ أَهْلِ الْجَهْلِ فَلَزِمَكَ حُسْنُ التَّأْدِيَةِ عَنْهُ إلَيْهِمْ، ولا تَخُنْهُ فِي تَأْدِيَةِ رِسَالَتِهِ وَالْقِيَامِ بهَا عَنْهُ إذا تَقَلَّدْتَهَا. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ.

“Müəllimin haqqı sənin boynunda odur ki, ona hörmət edəsən. Dərs məclisini möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et. Ona kömək et ki, sənin ehtiyacın olanı sənə öyrətsin. Bu yolda ağlını hazır, düşüncə, huş və qəlbini ona tapşır. Gözlərini öyrənməkdən ötrü tamamilə ona tərəf dik. Bu da yalnız, ləzzətləri tərk edib, şəhvət və istəklərini azaltmaqla mümkündür. Bil ki, elmdən sənə öyrətiyi şeyi, onun elçisi olub, bilməyənlərə çatdırmalısan. Sənə vacibdir ki, bu risaləti yaxşı yerinə yetirəsən. Vəzifəni yerinə yetirməkdə xəyanət etməyəsən. Öhdənə aldığını çatdırmaqda və onu bərpa etməkdə yaxşı əməl et! Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”

“Məkarimul-əxlaq"kitabında həmin mövzuda başqa cümlələr nəql olunur. Ona işarə edirik:

“Müəllimin müqabilində səsini ucaltma. Onun sual soruşduğu şagirdlərin heç birinin əvəzindən cavab vermə. Tainki, özü cavab versin. Onun məclisində başqası ilə danışma və heç kimin qeybətini etmə. Hər vaxt sənin hüzurunda onu pisliklə yad etsələr, ondan müdafiə et. Eyblərini gizlə, fəzilətlərini aşkar et. Onun düşməni ilə oturma və dostu ilə düşmənçilik etmə. Əgər belə etsən, Allahın mələkləri şəhadət verərlər ki, Allahı nəzərdə tutmusan və müəlliminin elmini insanlara görə yox, Allaha görə öyrənmisən!”

İmam Səccad (əleyhissalam)-ın müəllim barəsində nəql etdiyi hüquqların məcmuəsi, xülasə şəklində aşağıdakılardan ibarətdir:

1. Müəllimi böyük bilib, hörmət etmək.

2. Elm və bilikdə müəllimdən kömək almaq.

3. Müəllimin hüzurunda mətləbi öyrənmək üçün qəlbi hazırlamaq.

4. Səsini ustadın səsindən çox ucaltma.

5. Sual vaxtı başqasının yerinə cavab vermə.

6. Müəllimin müqabilində qeybət etmə.

7. Əgər sənin müqabilində müəliminin pisliyinə danışsalar, onu müdafiə et.

8. Müəlliminin eybini ört.

9. Müəlliminin fəzilətlərini aşkar et.

10. Müəlliminin düşmənləri ilə oturma.

11. Müəlliminin düşməni ilə dostluq etmə!

ELMİN MƏQAMININ ƏHƏMİYYƏTİ

Müəllimin haqqı barəsindəki bəhsin başlanğıcında yaxşı olar ki, bir az da elmin İslam və Qur`anda elmin dəyərindən söz açaq. Elmin dəyəri hamıya aydındır. Hər bir insan fitri olaraq elmi çox sevir, elmin və alimin müqabilində təvazökardır. İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ilk dəfə vəhy olunarkən elm mövzusunda danışılır: Qur`an buyurur: “Səni yaradan Rəbbinin adı ilə oxu!”

Rəbb və tərbiyət məsələsi yaranmış və xilqət məsələlərindən olub, mühüm elmi mətləblərdəndir. Oxumağa əmr olunmasının ardınca, qələmlə tə`lim mövzusu bəyan olunur, buyurur:

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.”[497]

Tə`lim, bilik öyrətmək, öyrənmək, qələm və yazmaq və nəhayət, insanın bilmədiklərini öyrətmək. Bu mövzu o qədər mühümdür ki, vəhyin başlanğıcında insanın yüksək elmi məqama çatması və insaniyyətin ali dərəcələrindən sayılıb, maddi aləmdən mələkut aləminə və Allaha yetişməklə bəyan olunur.

Qur`an, elm və bilik mövzusunda insanların vicdanlarını münsifliyə çağırır, buyurur:

“De ki: Heç bilənlərlə bilməyənlər (alimlə-cahil) eyni ola bilərmi? Allahın ayələrindən, dəlillərindən yalnız, ağıl sahibləri ibrət alar!”[498]

Əgər Qur`an deyirsə: “De ki: Murdarla təmiz bir ola bilməz!”[499] “Kor ilə görən eyni olmaz! Zülmətlə nur da eyni deyildir! Kölgə (sərin) ilə isti eyni olmaz!”[500] Ayələrdəki “pak, görən, nur və gölgə”, elm və bilik mə`nasındadır. Başqa tərəfdən, “murdar, kor, zülmət və isti"sözləri də nadanlıq və cəhalətə işarədir.

Qur`an başqa yerdə buyurur:

“Onlara belə cavab ver: Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”[501]

Bu ayədə, “alim”, peyğəmbərliyə şahid ünvanı ilə “Allah”ın şəhadətinin yanında qeyd olunur. Bu da alimin Allah yanında məqam və mənzilətini bəyan edir. Qur`an buyurur:

“Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar.”[502]

Elm və biliyin əhəmiyyəti müxtəsər bəyan olduqdan sonra müəllim və ustadın məqamına nəzər salaq.

MÜƏLLİMİN MƏQAMININ ƏHƏMİYYƏTİ

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Alimləri ziyarət etmək, Allah yanında Kə`bə evini yetmiş dəfə təvaf etməkdən istəklidir. Həmçinin, yetmiş qəbul olunmuş həcc və ümrədən fəzilətlidir. Allah onu yetmiş dərəcə yuxarı qaldırar. Rəhmətini ona nazil edər və mələklər şəhadət verər ki, behişt belə şəxsə vacib olub.”[503]

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) əhalini alimlərin dərslərində iştirak etməyə də`vət edir, buyurur:

“Ey Əbuzər! Elmi müzakirə ilə məşğul olan alimin məclisində oturmaq, Allah yanında min gecə oyaq qalıb, hər gecə min rəkət namaz qılmaqdan fəzilətlidir. Ey Əbuzər! Elmi mövzuları araşdıran alimin hüzurunda bir saat oturmaq, Allah yanında min döyüşdə iştirak edib, bütün Qur`anı oxumaqdan əfzəldir.”[504]

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:

“Alim və müəllim yanında oturan hər bir mö`minə, Allah buyurar: Mənim dostumun yanında oturmusan. And olsun izzət və cəlalıma, səni behiştdə onunla birlikdə sakin edəcəyəm və buna heç bir şey mane ola bilməz!”[505]

Bu bəyanda, tədris və elmi müzakirə ilə məşğul olan müsəlman mö`min alim, Allahın dostu və həbibidir. Mərtəbələri o qədər ucadır ki, onun dərsində iştirak edən hər bir tələbə və şagirdə behişt vacib olur. Əlbəttə, bu savablar, o müəllim və şagirdə çatır ki, Allahın razılığına xatir dərs deyib, dərs öyrənsinlər. Hədəfləri dünya olmasın!

USTAD VƏ MÜƏLLİMİN ROLU!

İmam Cavad (əleyhissalam) buyurur:

“Hər kim natiq və danışana qulaq assa, ona pərəstiş etmiş olur. Əgər danışan Allah tərəfindən olsa və Allah sözü danışsa, eşidən ibadət etmiş olur. Əgər danışan Şeytanın dili ilə danışsa, eşidən Şeytana ibadət etmiş olur.”[506]

Bu hədisdə, bəyan və sözün tə`siri o həddə çatır ki, əgər eşidən danışan müəllimin sözünə diqqət etsə, sözün qiymətini yaxşı anlayar.

ƏLİ (ƏLEYHİSSALAM)-IN MALİK ƏŞTƏRƏ TÖVSİYƏSİ

Həzrəti Əli (əleyhissalam) Malik Əştərə buyurur:

“Ey Malik! Alimlərlə çox oturub, ariflərlə danışmağını çoxalt. Onların bəyanlarından, ölkənin işlərini möhkəmlətməkdə və səndən əvvəlki insanların bərpa etdiklərini təzədən bərpa et!”[507]

MÜƏLLİMİN ROLUNA AİD ƏHVALATLAR!

Birinci: Ömər ibni Əbdül Əzizin özü Bəni Üməyyə nəslindən idi. Uşaqlarla oynayarkən, Müaviyənin Həzrəti Əli (əleyhissalam) barəsində öyrətdiyi söyüşü təkrar edirdi. Günlərin birində müəllimi onun yanından keçərkən bu söyüşləri ondan eşidir. Dərs vaxtı onunla qəzəblə və narahatcasına rəftar edir. Elə ki, narazılığın səbəbini müəllimdən soruşur, müəllim deyir: Bu gün eşitdim ki, Əlini lə`nətlədin. Nə vaxtdan sənə mə`lum olub ki, o bu lə`nətə layiqdir?

Ömər müəllimə söz verir ki, bir daha o söyüşü təkrar etməyəcək. Bu rəftar səbəb olur ki, Ömər ibni Əbdül Əziz xilafətə gəldikdə, bu şüarı aradan götürür və qadağan edir. Onun yerinə göstəriş verir ki, bu ayəni oxusunlar: “Allah, ədalətli olmaqı və ehsan verməyi əmr buyurmuşdur.”[508]

Bəli! Bu, müəllimin rəftarının kiçik bir tə`siridir.

İkinci: Yəzidin oğlu Müaviyə xilafətə çatdıqdan bir neçə gün sonra əhalini də`vət edir və mənbərə çıxıb xilafətdən iste`fa verir. Mərvan və anası nə qədər israr edirlərsə, faydası olmur. Nəhayət, bu fikrə düşürlər ki, görəsən nəyə görə Müaviyə iste`fa verir. Təhqiqatdan sonra bu nəticəyə gəldilər ki, müəllimi Ömər Əl-Məqsusun onun həyatında dəyişiklik olmasında böyük rolu olub. Müəllimi tapıb ona deyirlər: Sən nəyə görə Əlini sevməyi onun qəlbində canlandırmısan? Bu işə görə xəndək qazıb müəllimi diri-diri dəfn edirlər.[509]

Budur həyat yolunu əvəz etməkdə tə`sir göstərən müəllim. Bunun səbəbinə də bütöv bir millətin həyat yolu əvəz ola bilər.

HANSI MÜƏLLİMİ SEÇƏK?

Allah-taala, Qur`anda bu mövzunu bizə aydınlaşdırır ki, hansı müəllimlə dərs oxuyaq və kimin dərsində oturaq. Buyurur:

İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.”[510]

Ayənin zahiri mə`nası, insanın yeməkləri barəsindədir. Çünki, yağış yağması, yerin yarılıb dən bitməsi və bitkilərdən söz açılıb. Lakin, vəhyə alim olan İmamlarımız (əleyhissalam) bunları insanın ruhi və mə`nəvi qidalarına yozurlar. Mərhum Feyz Kaşani “Safi"təfsirində belə yazır: “İmam Baqir (əleyhissalam)-dan bu ayədə “qida və təam”ın mə`nasının nə olduğu soruşulur. Həzrət cavabında buyurur:

Məqsəd elmdir. İnsan bilməlidir ki, elmi kimdən və hansı müəllimdən alır?"

Həmin yerdə, Feyz Kaşani yazır: Təam iki qismdir: Cismani və ruhani. Çünki, insan cism və ruhdan tərkib tapmışdır. Cismani qidalara ehtiyacı olduğuna görə ona lazımdır fikirləşsin ki, yağış necə yağır, yer yarılır, toxumlar göyərir və çətinliklə yerdən çıxırlar. Həmçinin, insan özünün ruhi qidası barəsində də fikirləşməlidir. Elm və bilik, vəhy şəklində Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm)-in müqəddəs qəlbinə necə nazil olur?

Tərbiyə olunmaq iste`dadı olan ruhlar bu vəhy yağışından istifadə edirlər. Bu qidadan məqsəd budur ki, öz elm və biliyinizi Əhli Beyt (əleyhimussalam) yolu ilə ələ gətirin.

Aydındır ki, sağlam olmayan qida insanın cisminə pis tə`sir qoyub, onu ölüm həddinə qədər çatdırdığı kimi eşidilən və görülənlər də insanın ruhuna birbaşa tə`sir qoyur. O həddə qədər ki, onu inhirafa çəkib insanın səadət və xoşbəxtliyini viran edir. Onun dünya və axirətini dağıdır. Biz bu mövzuda, keçmiş bəhslərimizdə qulaq və göz barəsində bəhs etmişik.

İMAM BAQİR (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI!

İmam Baqir (əleyhissalam) buyurur:

“Alim və müəllimin hüzurunda oturarkən, özün danışmağın əvəzinə ondan mətləbi eşitməyə daha çox meyl et. Yaxşı qulaq asmağı öyrən. Necə ki, yaxşı söz danışmağı da öyrənməlisən. Söz danışarkən kimsənin sözünü kəsmə!”[511]

Ümumiyyətlə, kiminsə danışarkən sözünü kəsmək, ədəbsizlik və məzəmmət olunmuş haldır. Xüsusilə, əgər danışan müəllimdirsə, şagird səbr etməlidir ki, müəllim danışıb qurtarsın, sonra danışsın. Əgər başa düşmədiyi mətləb varsa, bu vaxt soruşa bilər.

Bu hədisdə İmam Baqir (əleyhissalam), İmam Səccad (əleyhissalam)-ın işarə etdiyi müəllim hüququna toxunmuşdur. O da yaxşı qulaq asmaq və müəllimin sözünü yarıda kəsməməkdir.

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI

İmam Sadiq (əleyhissalam) buyurur ki, Həzrəti Əli (əleyhissalam) buyurur:

“Müəllimin və ustadın hüquqlarından biri də budur ki, ondan çox sual etməyəsən. Libasından tutmayasan. Onun yanına gələrkən və onun yanında başqa bir dəstə oturarkən, hamıya salam söylə və müəlliminə qarşı xüsusi salam və ehtiram göstər. Onunla