A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Üçüncü: Əmin olduqdan sonra yə`ni, hər vaxt təməttö` həccini yerinə yetirdikdə əməllərdən biri də şübhəsiz ki, qurbanlıqdır. Bu da, Minada kəsilir.

Başqa yerdə Qur`an buyurur: “Ey iman gətirənlər! Allahın müyyən etdiyi mərasimə (həcc mərasiminə) haram (hörmətli) aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıqlara, həmçinin, Rəbbinin lütf və razılığını diləyərək Beytül-hərama üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!”[463]

Bu ayədə səkkiz göstəriş gəlib. Onlardan biri qurbanlıqdır. Həcc qurbanı, istər nişanlı, istərsədə nişansız. “Hədy”, ərəbcədən qurbanlıq ünvanı ilə Allah evinə aparılmış heyvana deyilir. “Qəlaid”, “qəladə" sözünün cəm şəklidir. Ayədə boynuna nişan vurulub qurbanlıqdan ötrü gətirilmiş heyvana deyilir.

Bu ayədə yenə də həmin mövzu bəhs olunur, buyurur:

“Allah, Beytul-həram (müqəddəs ev) olan Kə`bəni, haram ayı, boyunları bağsız və bağlı qurbanlıqları insanın düzəldib sahmana düşməsi üçün bir yol müəyyən etdi.”[464]

Başqa ayədə yenə də buyurur: “Ey iman gətirənlər! Ehramda olarkən ovu öldürməyin. Sizdən, ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kə`bəyə çatası qurban etməkdir.”[465]

Bu kəffarənin, Kə`bənin yanında qurbanlıq olunmasına göstəriş verilir. Diqqət etmək lazımdır ki, din alimləri arasında məşhur nəzəriyyə budur ki, ümrədə ehram halında ov etməyin kəffarəsi Məkkədə kəsilməlidir. Amma, həccdə ehram halında ov etməyin kəffarəsi isə Mina və qurbangahda kəsilməlidir.

Yenə də başqa ayədə qurbanlıq mövzusunda buyurur: “Küfr edənlər də, sizin, Məscidul-hərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir).”

Allahın Qur`ani-Kərimdə qurbanlıq məsələsinə işarə etdiyi yeddi mövzu bunlar idi. Bütün bu ayələrdə bəndələrə bildirir ki, qurbanlıqda Allahın rəhmətinə qovuşmaq və yaxın olmaq niyyəti olmalıdır. Xüsusilə, qurbanlıq Kə`bə üçün olarsa, daha diqqətli olmalıdır.

QURBANLIĞIN YARANMA TARİXİ

Hər kəsin bilmək istədiyi mövzulardan biri də odur ki, qurbanlıq nə vaxtdan vücuda gəlmişdir? Çünki, tarixi nişanələr göstərir ki, müxtəlif millətlər və ümmətlər arasında qurbanlıq məsələsi olmuşdur. Xoşbəxtlikdən Qur`ani-Kərimdə bu mövzunun kökü Adəm (əleyhissalam)-ın yaranışı və övladlarının zamanından olduğu bəyan olunur. “Maidə"surəsində oxuyuruq: “Ya Məhəmməd! Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm!"Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qurban qəbul edər!”[466]

Bu ayədən mə`lum olur ki, Allah-taalanın rəhmətinə yaxın olmaq yollarından biri də qurbanlıqdır. Adəmin övladları özlərinin hansının Allaha daha yaxın olmaq me`yarını qurban kəsmək götürürlər.

İbrahim (əleyhissalam) Allaha yaxın olmağı sədəqə verməkdə bilirdi. Necə ki, "Tövrat" kitabından mə`lum olur ki, Allah ona heyvanları qurbanlıq etməyi əmr edir. İbrahim (əleyhissalam)-ın övladları da həmin yolla özlərini Allahın rəhmətinə yaxın edirlər.

Həzrəti Musa (əleyhissalam)-ın dövründə qurbanlıq iki qisim idi. Bir qism zibh olur, digər qisim isə Allah yolunda kəsilirdi. Zibh olunan üç qisim idi:

1.Odda yandırılan üçün kəsilən.

2.Xəta və günahın kəffarəsi üçün kəsmək.

3.Sağlamlıq üçün kəsilən.

Birinci qisim odda yandırılmalıdır. Təkcə dərisi qalır, o da kahinə məxsus olurdu. İkinci, qurbanlığın yarısı yandırılır, yarısı isə kahinə çatırdı. Üçüncü növ qurbanlığın əti hamıya halal idi.

Rumlular öz tanrılarından ötrü qurbanlıqlar kəsirdilər və onların kahinləri, qurbanlıq vaxtı su, bal və gülab çiləyirdilər. Tarix yazır: İnsanlar belə qurbanlıqlarda təkcə qoyun və heyvanları kəsməklə kəfayətlənmirdilər, bəlkə də, bə`zən insanı da qurbanlıq ünvanı ilə zibh edirdilər.

Finiqinlər, kən`anilər, farslar, rumlular və misirlilərin bir qisminin belə adəti var idi. Nəhayət, 657-ci ildə rumluların ə`yan və əşrəf məclisi bu növ qurbanlığı qadağan edirlər.

Nəql olunur ki, misirlilər öz bütxanalarına ehtiram göstərməkdən ötrü hər ilin isti ayında, Nil çayında, bakirə qızı gözəl şəkildə bəzədikdən sonra onu suda qərq edirdilər. Bu çirkin adət, misirlilərdə davam edirdi. Tainki, Əmr ibni As, Ömər ibni Xəttabın razılığı ilə bu adəti qadağan edir. “Risalətil-hüquq" kitabının müəllifi bu mətləbi “Hikmətut-təşriy və fəlsəfə" kitabından, Əl-Əzhər alimlərindən ustad Əhməd Curcaninin dilindən nəql edir.

İslam dini istər insanlar üçün, istərsədə bütlərdən ötrü olan bütün qurbanlıqları qadağan edib, səhih və düzgün qurban kəsməkliyi öz tərəfdarlarına öyrətmişdir. Keçmiş bəhslərdə bu mövzudakı ayələri zikr etdik. Əslində, İslam, insanın fitri meyllərini nəzərə almaqla qurbanlığın yalnız, Allahdan ötrü olmasını bəyənir və qurbanlığın kəsilməsi yolunu bəşərə öyrədir. Heç də güman olunmasın ki, qurbanlığın əti ya qanı Allaha çatır, xeyr, bəlkə də, bu iş insanın Allahın rəhmətinə yaxın olmasından ötrüdür. Ona görə də heyvanın başını kəsdikdə "qəsdi-qürbət" (Allaha yaxın olmaq) niyyəti olmalıdır və Allahın adı çəkilməlidir.

QURBANLIQ, ŞƏR`İ VƏ ƏQLİ BİR İŞDİR

Keçmiş bəhslərdən nəticə aldıq ki, qurbanlıq, şər`i və əqli bir iş olub, İslam dininin qəbul etdiyi bir əməldir. Bu iş, ruhun paklanması və cəmiyyətin iqtisadiyyatının möhkəmlənməsində geniş rol oynayır. “İləluş-şəraye" kitabında rəvayətlərdən mə`lum olur ki, qurbanlığın əti təkcə fəqir və yoxsul şəxslərə verilməlidir. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur:

“Allah-taala, bu qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin.”[467]

Əbi Bəsir nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim: Qurbanlığın səbəbi nədir? Buyurdu: “Qurbanlıqdan yerə tökülən ilk damcı qana görə Allah-taala, qurban kəsənin günahlarından keçir. Ona görə ki, müttəqi şəxslər Allah dərgahında müəyyən olunsun." Sonra buyurdu: “Allah-taala buyurur: Qurbanlığın əti və qanı heç vaxt Allaha çatmır. Çünki, Allahın ona ehtiyacı yoxdur. Bəlkə də, qurbanlıq insanların təqva və pərhizkarlıqlarından nişanədir." Daha sonra Həzrət buyurdu: “Görün, Allah Habilin qurbanlığını qəbul edir və Qabilin qurbanlığını necə rədd edir!”

Bu hədisdə, qurban kəsənin savab və günahlarının bağışlanmasına, həmçinin, onun ixlasına işarə olunmuşdur. Əli (əleyhissalam) buyurur:

Əgər insanlar bilsəydilər ki, qurbanlıqda hansı əzəmət var, borc alıb qurban kəsərdilər. Həqiqətən, qurbanlıqdan yerə tökülən ilk qətrə qan zamanı Allah qurban sahibinin günahlarından keçər.”

“Vəsail-Şiə" kitabında, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in qızı həzrəti Fatimə (səlamullahi ələyha) buyurur:

"Qurbanlığını kəsən zaman onun yanında hazır və şahid ol! Çünki, qurbanlığın ilk yerə tökülən qanı zamanı günahların bağışlanmış olur." Sonra buyurur: “Bu mətləb və savab bütün müsəlmanlara aiddir.”

İmam Kazim (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Qurbanlıqlarınızı çoxaldın. Çünki, onlar sizin siratın körpüsündən keçməyinizə vəsilə olacaqlar.”[468]

HAKİM DAİRƏLƏRİN HAQQI

15. HAKİMİN HAQQI

فأَمَّا حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أنّكَ جُعِلْتَ لَهُ فِتنَة وأنَّهُ مُبْتَلىً فِيكَ بمَا جَعَلَهُ اللهُ لَهُ عَلَيكَ مِنَ السُّلْطَانِ وَأَنْ تُخلِصَ لَهُ فِي النَّصِيحَةِ وَأَنْ لا تُمَاحِكَهُ وَقَدْ بُسطْتَ يَدُهُ عَلَيْكَ فَتَكُونَ سَبَبَ هَلاكِ نفْسكَ وَهلاكِهِ. وتَذَلَّلْ وتَلَطَّفْ لإِعْطَائِهِ مِنَ الرِّضَا مَا يَكُفُّهُ عَنْكَ وَلا يَضُرُّ بدينِكَ وتَسْتَعِينُ عَلَيْهِ فِي ذلِكَ باللهِ. ولا تُعَازَّهُ ولا تُعَانِدَهُ فَإنَّكَ إنْ فَعَلْتَ ذلِكَ عَقَقْتَهُ وَعَقَقْتَ نَفْسَكَ فَعَرَضْتَهَا لِمَكرُوهِهِ وَعَرَضْتَهُ لِلْهَلَكَةِ فِيكَ وَكُنْتَ خَلِيقًا أَنْ تَكُونَ مُعِينًا لَهُ عَلَى نفْسِكَ وَشَرِيكًا لَهُ فِيمَا أَتى إلَيْكَ. وَلا قُوَّةَ إلا باللهِ.

Amma, hakim dairələrin sənin boynundakı haqqı budur ki, sənin ondan ötrü imtahan amili olmaqını və onun da sənin üzərindəki səltənətinə görə imtahan olunduğunu bilməlisən! Xaliscəsinə onun nəsihətinə qulaq as və onunla ixtilaf və mübahisəyə qalxma. Halbuki, o sənə hakimdir, özünün və onun həlakətinə səbəb olarsan. Onun yanında özünü təvazökarlıqla apar. Belə ki, onun razılığını ələ gətir bəlkə, sənin dininə zərəri dəyməsin. Bu barədə Allahdan kömək istə! Onunla şövkət və izzətçilikdə müamilə et, düşmənçilik və inadkarlıq etmə! Çünki, əgər belə etsən, həm özünə, həm də ona qarşı naşükürlük etmisən. Özünü onun meylsizlik hüzurunda qərar verib, onu da özünün həlakətində qərar vermiş olarsan. Sən onun işlərində ona kömək etməyə layiqsən. Səninlə nə iş görsə, öz zərərinə də olsa ona şərik ol!

Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”

Hüquq kitabının bu qismində, İmam Səccad (əleyhissalam) cəmiyyətdə hakim dairələrin hüquqlarını bəyan edir. Əvvəlcə, cəmiyyətin hakim və sultanının haqqını buyurur. Hakim və sultandan məqsəd, qüdrət sahibidir. Yə`ni, o kəs ki, cəmiyyətin işləri onun əlindədir.

Bütün insanlar qəbul edirlər ki, ictimai qanunlar əsasında və əmniyyətdə yaşamaqdan ötrü hər bir cəmiyyətdə sultan və hakimə ehtiyac vardır. Hakim dairələr, cəmiyyətdə hərc-mərcliyin qarşısını almaqla insanların asudə yaşayıb təkamül yolunu keçmələrinə kömək etməlidirlər.

HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ

Həzrəti Əli (əleyhissalam) bu mövzuda buyurur:

“İnsanlardan ötrü bir nəfər hakim zəruridir. İstər yaxşı olsun, istər pis. Mö`min onun hökumətində ibadətlə məşğuldur. Kafir öz bəhrəsini alır. (Hamı hakimin olması ilə hərc-mərc və iztirabdan amandadırlar.) Allah, onun zamanında hər kəsi öz əcəlinə çatdırar. Onun vasitəsi ilə maliyyat cəm olar. Düşmənlə döyüşər, oğruların yollarının qabağı alınar. Zəifin və gücsüzün haqqı zalimdən alınar. Bununla da yaxşı insanlar pislərin şərrindən amanda yaşayarlar!”[469]

Həzrəti Əli (əleyhissalam) bu sözləri o vaxt buyurur ki, Xəvaric “həkəmeyn" əhvalatında e`tiraz edib deyirlər ki, hökumət səndən yox, Allahdandır!"

Bu bəyanda Həzrəti Əli (əleyhissalam) hakimin cəmiyyətdə vücudunun zəruriliyini və onun roluna işarə edir. O yaşayış mühiti möhkəmdir ki, güclü hökuməti olmuş olsun. Bununlada, onun sayəsində hamı, əmin-amanlıqda öz hədəflərinə tərəf hərəkət etsinlər. Bu bəyanda Həzrət, ümumiyyətlə, mütləq hökumətdən və onun əsl vücudundan söz açmışdır.

İMAM RZA (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ HAKİMİN VÜCUDUNUN ZƏRURİLİYİ

Fəzl ibni Şazan, İmam Rza (əleyhissalam)-ın dilindən cəmiyyətdə hakimin zəruriliyi barəsində müfəssəl rəvayət nəql edir, sonra buyurur:

“Onun səbəblərindən bə`ziləri odur ki, bizim heç bir dəstəyə və heç bir millətə sorağımız yoxdur ki, rəhbər və hakimsiz davam gətirsinlər. Çünki, hamı dünya və axirət işlərində hakimə möhtacdırlar. (Rəhbərin vücudu onlardan ötrü zərurdir.) Beləliklə, həkimin hikmətində icazə verilmir ki, əhali özbaşına buraxılsın, halbuki, insanların hakimə ehtiyacı var və həyat sürmələrində ondan asılıdırlar. Hakimin vasitəsilə düşmənlərlə döyüşüb, qənimətləri bölürlər. Öz cümə namazlarını bərpa edir və sitəmkarlardan məzlumların haqqını tələb edirlər."[470]

İmam Rza (əleyhissalam)-ın bu cümlələrindən hakimin vücudunun cəmiyyətdə zəruriliyi aydınlaşır.

ADİL HAKİMLƏR VƏ ONLARA MƏXSUS XÜSUSİYYƏTLƏR

Qur`ani-Kərimdə, Allah-taala iki dəstənin hakim və rəhbər olmasını bəyan edir: Birinci: Adil və ədalətli Hakimlər (rəhbərlər) İkinci: Zalim və sitəmkar hakimlər.

Bu dəstələrin hər birisinin özünə məxsus sifət və xüsusiyyətləri vardır. Qısa şəkildə olsa da, onlara işarə edək. Qur`an buyurur:

“Biz onları əmrimizlə (insanları) doğru yola gətirən İmamlar (rəhbərlər) etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və oruc tutmağı vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.”[471]

Qeyd olunan ayədə, Allah-taala hakim tə`yin etməyi Özünə nisbət verdikdən sonra onların xüsusiyyətlərini sayır.

Birinci: Cəmiyyəti doğru yola yönəldən və hidayət edəndir.

İkinci: Onlara vəhy olunur. Xeyir işlər, o cümlədən xalqla Xaliqin rabitəsi sayılan namazı (camaat namazını) bərpa edirlər, fəqirlə sərvətlinin rabitəsi sayılan zəkatı verirlər. Nəhayət, onlar cəmiyyətdə rəhbərlik məqamına layiq görülməsindən ötrü abidlik və Allaha itaət etməklik xüsusiyyətlərini xüsusilə vurğulayırlar.

QƏLƏBƏ, RƏHBƏRLİKDƏDİR!

Allah-taala, Qur`ani-Kərimdə adil rəhbər və hakimdən ötrü qüvvə və qüdrəti şərt sayır. Bu barədə misallar gətirilir. Onlardan biri “Talut”un əhvalatıdır. Talut, uca boylu, bədənli və xoşəndam bir kişi idi. Möhkəm və qüvvətli səbri vardı. Ruhi cəhətdən də çox güclü, alim və tədbirli bir şəxs idi. Bə`ziləri ona “Talut" adının verilməsini, onun uzun boyuna görə olduğunu bəyan edirlər. Qur`an buyurur:

“Ya Məhəmməd! Musadan sonra bir dəstə tanınmış İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz Peyğəmbərinə: Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq.- dedilər.”[472]

Başqa yerdə yenə buyurur:

“(İsrail övladının peyğəmbəri) onlara dedi: Allah Talutu sizə padşah göndərdi. Onlar isə: Biz hökmdarlığa layiq ikən və ona var-dövlət verilmədiyi halda, o necə bizə padşah (hakim) ola bilər? - deyə cavab verdilər. Peyğəmbər onlara dedi: Allah sizdən ötrü onu bəyənib seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah, Öz mülkünü (səltənətini) istədiyinə verər. Allahın (lütfü və kərəmi) genişdir. Allah (hər şeyi) biləndir.”[473]

Qeyd etdik ki, hakimiyyətin qüdrət və yaxşı tədbirinin olması onun qələbə amilidir. Ayədə, aydın şəkildə İsrail övladlarının istəyi müqabilində, qüdrətli və elmi cəhətdən bilikli hakim seçilir. Talutun fəqirliyinə e`tiraz edən bir dəstənin müqabilində Allah-taala buyurur: Mal-dövlətin azlığı rəhbərliyin dəyərini azaltmır. Mühüm, qüdrət və elm və cismi qüvvədir.

TALUT VƏ QOŞUN BAŞÇILIĞI

Talut ordunun başçılığını öhdəsinə alır və qısa müddət ərzində məmləkəti və ordunu idarə etmək ləyaqətini göstərir. Sonra onları çox xətərli olan düşmənlərə qarşı mübarizəyə də`vət edir. Tə`kid edir ki, mənimlə yalnız, cihad niyyətində olanlar hərəkət etsinlər. Nəhayət, İsrail övladları qüdrətli hakimləri vasitəsilə Calutun qoşununa qalib gəlirlər.

Bu əhvalatda, rəhbər və hakimiyyətin əsas şəraitini, Allahın istəyi, elm, qüdrət və gücdə bildirilir. Hakim özünün elm və biliyi sayəsində cəmiyyətin səadət yolunu müəyyən edib, əsaslarını hazırlamalıdır. Öz qüdrət və gücü ilə bu yolda çəkdiyi planları vaxtında yerinə yetirməlidir.

İmam Zeynalabidin (əleyhissalam) da hakimlərin haqqı barəsində həmin əsaslara işarə edərək buyurur:

“Hakim, Allahın onun sənin üzərindəki hakimiyyəti ilə imtahan olunur." Onun səltənət və qüdrətini Allah verir. Onun qüdrətinə işarə edir, buyurur: “Onun sənə geniş şəkildə qüdrəti var və sənin onun qüdrətinə diqqət etməməyin, sənin həlakətinə səbəb olar!"

Başqa mətləb budur ki, İmam Səccad (əleyhissalam) buyurur: “Hakim və rəiyyət hər ikisi imtahandadır."

Talutun əhvalatında da imtahan mövzusuna işarə olunur. Qur`an buyurur: “Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir! Lakin, onların az bir qismi müstəsna olmaqla, hamısı o sudan içdi“[474]

QÜDRƏTDƏN İSTİFADƏ ZÖVQÜ, ZÜLQƏRNEYNİN ƏHVALATI

Qur`ani-Kərim bu mövzuda başqa bir misala işarə edir. Cəmiyyətin hakimi qüdrətli və bacarıqlı olub, öz qüdrətini insanların nicatı yolunda istifadə etməlidir. Bu, Zülqərneynin əhvalatıdır. Qur`an buyurur: “Nəhayət, iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü.”[475]

İşarə olunur ki, Zülqərneyn dağlıq bir yerə çatır. Orada, şərq və qərbdəkindən başqa bir cəmiyyət görür və onların mədəni cəhətdən aşağı səviyyədə olduğunu müşahidə edir. Çünki, ayədə qeyd edir ki, onlar dil anlamırdılar. Bəşərin ən aydın təkamül və ya mədəniyyəti sayılan, danışıqdan bəhrələnə bilmirdilər. Yaxud, fikr və zehni cəhətdən çox geridə qalmışdılar.

Bu tayfa, “Yə`cuc və Mə`cuc"adlı qaniçən tayfadan İskəndərə şikayət edirlər. Onlar bu qaniçən tayfanın fitnə-fəsadından xəbər verir və İskəndərdən istəyirlər ki, hər nə istəyirsənsə, sənin ixtiyarında qoyuruq, tainki, bizimlə onların arasında sədd çək! Qur`an bu mövzuda buyurur:

“Onlar (tərcüməçi vasitəsilə) dedilər: Ey Zülqərneyn! Yə`cuc və Mə`cuc tayfaları bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) vermək olarmı?

Zülqərneyn dedi: Rəbbimin mənə verdiyi (qüdrət və bəsirət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

Mənə dəmir parçaları gətirin! (Onlar gətirdilər.) Zülqərneyn iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: Köpükləri üfürün! - dedi. (Onlar köpükləri üfürdülər.) Zülqərneyn dəmiri od halına salınca: Mənə ərimiş mis gətirin, onun üstünə töküm! - dedi.”[476]

Burada, Zülqərneyn mühüm bir işi yerinə yetirir. Başqa hakim olsaydı, əhalinin boynuna minnət qoyardı. Amma, Allah adamı olduğuna görə böyük ədəblə izhar edir ki, bu mənim Pərvərdigarımın lütfündəndir.

Bu əhvalatda qüdrətli rəhbər öz imkanından cəmiyyətin mənafeyi üçün istifadə edir. Onun müqabilində əhali də ondan təşəkkür edirlər. Budur, qüdrətli və adil hakimin xüsusiyyəti! Necə ki, Həzrəti Əli (əleyhissalam) da öz bəyanında bu xüsusiyyəti, cəmiyyətin nicatı sanır, buyurur:

“Saleh insanların nicatı adil və saleh hakimlərin əlindədir. Həmçinin, hər bir millətin həlakəti və məhv olması, onun zalim və sitəmkar hakimlərin yetirmələrindəndir.”[477]

ADİL RƏHBƏRLƏRİN TANINMASI VƏ ONLARDAN İTAƏT!

İmam Sadiq (əleyhissalam) buyurur:

“İmam Hüseyn (əleyhissalam) öz əshabının yanına gələrək buyurur:

Ey insanlar! Allah-taala, bəndələrini Onu tanımaqdan ötrü yaratmışdır. Elə ki, Onu tanıdılar, Ona pərəstiş edərlər və Ondan qeyrisindən biniyaz olarlar.

Bir nəfər soruşdu: Atam-anam sənə qurban! Allahı tanımaq nədir? Buyurdu: Hər bir əsrin insanlarının, itaəti ondan vacib olan rəhbəri (İmamı) tanımaq!”[478]

Bu bəyanda Həzrət, Allahı tanımaq yolunu, adil rəhbəri tanımaqda görür.

MİSİRLİLƏRİN ADİL VƏ ALİM HAKİMİN ƏLİ İLƏ NİCATI

Qur`ani-Kərimdə oxuyrurq: Yusif zindandan çıxarkən, Misir padşahının yanında ləyaqətli olduğu aşkar olur. Padşah ona ən yüksək vəzifədə məsuliyyət almağı təklif edir. Yusif ona belə təklif edir:

“Misir ölkəsinin xəzinəsini mənim ixtiyarımda qoy! Çünki, mənim iki xüsusiyyətim var, o da bu vəzifəni qəbul etməyi tələb edir: Birinci: Əhalinin malının qoruyucusuyam. Rəhbərliyin şəraitindən biri də əmanətdarlıqdır. O da məndə var. İkinci: İqtisad elmində geniş biliyə malikəm. Onun vasitəsilə ölkənin gəlirini və xərcini necə hesablamağı yaxşı bilirəm!”

Misir padşahı bu həssas vəzifəni ona tapşırır. Yusuf uzun qıtlıq illərində ölkəni elə idarə edir ki, bu cəmiyyətin həlakətdən nicatına səbəb olur.

ƏDALƏTLİ HAKİM EHTİRAMA LAYİQDİR

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-dən və mə`sum İmamlar (əleyhimussalam)-dan adil hakimə ehtiram olunması barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik:

Birinci: İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hakim dairələrinizə ehtiram və ikram edin. Çünki, onlar yer üzündə Allahın sayəsi və sizin izzət və qüdrətinizə səbəbdir. Əlbəttə, Əgər onlar ədalətlə rəftar etsələr hörmətə layiqdirlər!" (Adil hakimin ehtiramı lazımdır. Zalim və sitəmkar hakimə ehtiram yoxdur.)[479]

İkinci: Ömər nəql edir: “İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ərz etdim: Mənə elə bir hakimdən xəbər ver ki, onun müqabilində boyunlar əyilsin və bədənlər təvazökar olsunlar!

Buyurdu: Hakim yer üzündə Allahın kölgəsi olmalıdır. Əgər yaxşı iş görsə, mükafat və savabı var. Sizə də ona təşəkkür etmək vacibdir. Əgər pis iş görsə, ağırlığı özünün öhdəsindədır. Fitnələrinə səbr edib dözümlü olun!”[480]

Bu hədisdə İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) ehtiram və təşəkkürü, adil hakimin müqabilində qərar verir.

Üçüncü: İmam Kazim (əleyhissalam)-dan nəql olunur, öz şiələrinə buyurur:

"Hakimin fərman və göstərişlərindən qaçmaqla, özünüzə zillət və