A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Çoxları təsəvvür edir ki, yediyimiz şeylərin hamısı bədəndə əriyib enerjiyə çevrilir və sonradan dəf olunur. Lakin, bu çox səhv bir təsəvvürdür. Bədənin xüsusi bir hovuz olub, qidanı bir tərəfdən alıb, başqa tərəfdən xaric etməsi kimi təsəvvür olunması yanlışdır. Məsələn, “şirni maddələrinin" bir tərəfdən bədənə daxil olub, başqa tərəfdən dəf olunması prosesinə “metabulizim nahiyəsi" deyilir.

Bədənə daxil olan hər şey təzədir. Təzə də olmalıdır. Bədəndən çıxan hər şey köhnə olub, çoxdan qalmadır. Köhnədən qalanlar xaric olmalıdırlar. Necə ki, dünya da belədir, uşaqlar gəlirlər, böyüklər və qocalar gedirlər. Bu gün bədənə daxil olan oksigen altı ay sonra xaric olur. Həmçinin, bədənə daxil olan bu günkü kalsium 180 gündən sonra sərf olunur. Əgər qidada azot olsa, bir neçə həftədən sonra onu bovlda görürük. Beləliklə, heç də fikirləşməli deyilik ki, bütün köhnələr tezliklə yerini təzələrə verir. Bəlkə də, bu hədəfə yetişmək üçün çoxlu sayda günlərə ehtiyac var.

Doktor Jan Frumuzan yazır: Kişidə 30% və qadında 20% cəm olan ciyər qlikogeni və qan proteini ondan ötrü bir ay kifayət edər.

Doktor Aliksis Karl özünün “İnsan, tanınmamış mövcud" kitabında oruc haqqında yazır: Oruc tutmaqla ciyərdəki şəkər tökülür və dərinin altında yığılmış piylər, əzələ proteinləri və ciyər hüceyrələri, vəzilərdən azad olub, qida kimi bədənə sərf olunur. Bütün bu nəzəriyyələrdən nəticə almaq olar ki, insan bir ay müddətindəki orucda təzə tə`mir olunmuş bədənə malik olub, zəhərli və köhnə maddələrin qeyd-bəndindən xilas olur.

ORUC MƏ`DƏ YARASI YARADIRMI?

Səhv təbliğin nəticəsində, bə`zilərinin zehnində yaranan fikirlərdən biri budur ki, oruc tutmaq mə`də yarasına səbəb olur. Bu sualın cavabında demək lazımdır ki: Əgər oruc tutmaq mə`də yarasına səbəb olursa, belə bir sual qarşıya çıxır ki, nəyə görə oruc tutmayan millətlər arasında statistikaya əsasən, müsəlmanlardan dəfələrlə çox mə`də yarası qeydə alınıb? Bəli! Əgər mə`də yarası yalnız, müsəlmanlar arasında yayılmış olsaydı və başqa millətlərdə müşahidə olunmasaydı, demək olardı ki, bu xəstəliyin müsəlmanlar arasında yayılması, onların oruc tutmalarının üzündən olardı. Halbuki, belə deyil. Qərb millətləri arasında mə`də yarasının sayı getdikcə artmaq üzrədir.

İkincisi, əgər oruc tutmaq, mə`də yarasına səbəb olardısa, onda 14 əsr müddətində təkrar oruc tutan müsəlmanların nəsillərində bu xəstəlik bir irs kimi qoyulardı. Halbuki, belə deyildir.[421]

MƏ`DƏ YARASININ SƏBƏBLƏRİ

1966-cı ildə Yaponiyanın Tokio şəhərində təşkil olunan “Dünya Mə`də yaraları" konfransında, mə`də yaralarının yaranmasının səbəbləri araşdırılmışdır. Hər bir ölkədən iştirak edən nümayəndələr, ölkələrindəki mə`də yaralarının səbəblərini tibbi cəhətdən araşdırıb, səbəblərini konfrans iştirakçılarının ixtiyarına qoymuşdular. Bu mə`lumatda, mə`də yarasının amillərindən ən çox siqaret mə`mulatları, həddən artıq isti yeməyin yeyilməsi, həddən artıq su içmək, əsəb sistemlərini oynadan maddələrə adət etmək (qəhvə, dərman), duzlu və turş yeməklərdə ifrat-təfritə yol vermək, spirtli içkilərin istifadəsi və s. işlər mə`də yarasının əsas səbəbləri kimi qeyd olunmuşdur.

Konfransda Türkiyə nümayəndəsi, Ramazan ayından sonra konfransa mə`lumat verir ki, oruc bu işi tezləşdirir. Bu mə`nada ki, oruc tutmaq mə`də yarasının səbəbi deyildir. Lakin, mə`də yara olduqdan sonra oruc tutmaq, yaranın artmasını tezləşdirir.

Buda o haldadır ki, İslam dinində xəstələrin, yaxud, hər kəs bilsə ki, oruc tutmaq onun xəstələnməsinə səbəb olacaq, oruc tutmalarına icazə verilmir. Onun orucu sağalandan sonra vacib olur.

ALEKSEY SAFRİNİN “TİBBİ ORUC" NƏZƏRİYYƏSİ

Müxtəlif yeməklərin nəticəsində bir miqdar yemək mə`dədən keçir və bədən hüceyrələrinə qatışıb sərf olunmur. Bəlkə də dərinin altında, ürəyin ətrafında və bədənin başqa həssas yerlərində anbar olub qalır. Həmin maddələr, bir müddət sonra üfunətli mikroblar yaradır və müxtəlif xəstəliklərin vücuda gəlməsinə səbəb olur. Üfunət və artıq qida maddələri bədəndə nə qədər çox olsa, xəstəlik bir o qədər şiddətli olar. Təbii ki, belə xəstəliklərin də təzə adları olur. Lakin, bütün bu xəstəliklərin kökü birdir. O da mikrob və viruslar. Çünki, onların yaşayışı o yerdə mümkündür ki, orada çoxlu artıq çirkli protenilər və qida maddələri olmuş olsun. Belə xəstəliklərin müalicəsi və mikrobları aradan aparmaqdan ötrü ilk növbədə artıq zibilləri bədəndən çölə atmaq lazımdır. Bu da, o halda mümkündür ki, bədənə qida yetişməsin. Bədənə təkcə, su çatmış olsun. Bu halda, bədən öz-özünə artıq qida maddələrini və üfunətli şeyləri yığıldığı yerdən çıxarıb sərf edəcəkdir. Belə olan halda xəstəliyin kökü kəsilər və bədən, xəstəliyin sona yetməsi əlamətini nişan verər. Bu yolla müalicənin üstünlüyü budur ki, bütün xəstəliklərin hamısını birdən müalicə edir.[422]

Bura qədər həkimlərin nəzəriyyəsinə əsasən, xəstəliklərin sağalması və bədənin öz sağlamlığını ələ gətirməsinin əsas yollarından birinin, pərhiz və oruc tutulmasında olmasını öyrəndik. Bəlkə də, bütün bu yollar arasında, oruc tutmaq ən yaxşı yoldur. Bəli! İnsanları yaradan ulu Tanrı, ona vacib etmişdir ki, ibadət və bəndəlik ruhiyyəsi yaratmaqla yanaşı, öz bədəninin sağlamlığını da qorusun. Əvvəlcədən qeyd etdik ki, İmam Səccad (əleyhissalam) orucun hikmətlərindən ən çox əzaların nəzafətdə saxlanması və onların Allah yolunda istifadə olunmasına kömək etməsidir. Bəhsin sonunda orucun batini sirlərinə işarə edəcəyik.

ORUCUN SİRLƏRİ VƏ BATİNİ ŞƏRAİTİ

İrfan alimləri orucun üç dərəcəsini qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. “Ümumi oruc”, yə`ni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək.

Amma “məxsus oruc”, yə`ni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsinə İmam Sadiq (əleyhissalam) belə işarə edir, buyurur:

“Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.”

Başqa bir xəbərdə buyurur: “Oruc tutarkən, riya, mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut! "

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) eşidir ki, bir nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir: Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-içməkdən çəkinmək deyil![423]

Amma, "ən məxsus oruc" odur ki, qəlbin dünyanın pis fikirlərindən oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi fikirlərə uymaqdır. Hətta, bə`zi irfan qəlblilər deyirlər: Hər kim oruc vaxtı fikrini nə ilə iftar edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın zəif olmasının tə`sirindəndir.

Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nə buyurur:

“De ki, Allah! Ondan başqasını kənara qoy!”[424]

Həmin mə`nada İmam Sadiq (əleyhissalam)-ın sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: “Oruc, dünya bəlalarından və Axirət əzabından qalxan və örtükdür.”[425]

12. HƏCCİN HAQQI

وَأَمَّا حَقُّ الحَجّ أَنْ تَعْلَمَ أَنّه وِفادةٌ إلى رَبّكَ، و فِرارٌ إليه من ذُنوبكَ وفيهِ قبولُ تَوبتِكَ وقَضاءُ الفَرضِ الَّذي أوجَبَه الله عَليك.

“Həccin haqqı odur ki, biləsən, həcc Allaha tərəf seyrdir. Günahlarından qaçıb Ona sarı gedirsən. Həcc vasitəsilə tövbən qəbul olur və Allahın sənə vacib etdiyi “vacib"əməli yerinə yetirirsən!”[426]

“Həcc" kəlməsi ərəbcədən əslində, “qəsd" mə`nasındadır. Ona görə də yola “məhəccə"deyilir. Çünki, insanı öz qəsdinə yetirir. Dəlilə və sənədə də “höccət" deyirlər. Çünki, mübahisədə “məqsədi" aydınlaşdırır. Lakin, İslamda olan bu xüsusi mərasimə “həcc" deyilməsi ona görədir ki, bu mərasimdə iştirak etmək üçün hərəkət edərkən “Allahın evini ziyarət etməyi" qəsd edirlər.

KƏ`BƏ, İLK EV

Qur`ani Kərim, “Ali İmran" surəsində buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə`bəd) Məkkədəki evdir ki, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”[427]

Bu ev, ilk tövhid evi olub, yer üzündə ilk qurulmuş ibadət evidir. Ondan əvvəl heç bir mərkəzdə cəm şəklində Allaha pərəstiş olunmamışdır. İslam tarixi mənbələrindən mə`lum olur ki, Kə`bə evi ilk dəfə Adəm (əleyhissalam)-ın əli ilə tikilmişdir. Sonra Nuhun tufanında zədələnir və İbrahimin əli ilə təzədən bina olunur. İbrahimin, bu müqəddəs evi təzədən bina eləməsinin dəlili, Qur`anda İbrahimin dilindən deyilən bu sözlərdir. Buyurur:

“E