A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Namazı gündüzün iki başında və gecənin əvvəlində qıl«“[361]

MUSA (ƏLEYHİSSALAMA)-A VƏHY GƏLƏNDƏ NAMAZ QILMAĞA MƏ`MUR OLUR!

Əmirəl-möminin Əli (əleyhissalam)-ın dilindən nəql etdik ki, Qur`anda ən ümid verici ayə, namaz ayəsidir.

İndi də Ulul-Əzm peyğəmbərlərindən, İmran oğlu Musa (əleyhissalam)-ın “Taha"surəsindəki əhvalatına diqqət edək:

Musa (əleyhissalam) Allahla danışanda Allah taala buyurur: “Mən səni Peyğəmbər seçdim. Sənə vəhy olunanı dinlə! Mən, həqiqətən Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”[362]

Bu ayədə əvvəlcə, tovhidin əsli bəyan olur. O da peyğəmbərlərin də`vətlərinin ən mühüm əsasıdır. Sonra ibadət mövzusu, onun ardınca isə namaza göstəriş verilir. Yə`ni, Xaliqlə, məxluqun ən mühüm bağlılığı və Allahın pak zatını yaddan çıxarmamaqdan ötrü ən tə`sirli yol, namaz qılmaqdır.

Namazın müxtəlif hikmətləri arasından bu ayədə və Musa (əleyhissalam)-ın də`vətinin əvvəlində, “Allahı xatırlamaq" hikmətinə işarə olunur. Şübhəsiz ki, bir sıra amillər insanı qafil edib, Allahı onun yadından çıxarır. Ona görə də gecə-gündüz bir neçə vaxtda namaz qılmaqla bu qəflətlə mübarizə aparılır. İnsan sübh tezdən yuxudan ayıldıqda, onu bu dünyada hər şeydən qafil edən yuxudan durduqda, gündəlik planlarına başlamazdan əvvəl, Allah-taala ona namazı (sübh namazı) vacib etmişdir. Bununla da, təzə həyatını başlayır və Allahı yad etməklə qəlbini səfalaşdırır.

Gündüz işin şirin yerində, günün yarısında, gündəlik işləri onu özünə məşğul etdiyi vaxt, birdən “həyyə ələs-səlah" eşitməklə, namaza tərəf tələsir. Namaza durub, öz Mə`budu ilə razi-niyaza məşğul olur. Qəlbinə oturmuş toz-torpağı, bununla təmizləyir. Gündüzün sonunda və gecənin əvvəlində də belə olur. Gecədən bir miqdar keçdikdən sonra da “yatı" namazı ilə Allahı xatırlamaqla qəlbini dirildir.

Bu ayədə Allah-taala, Musa (əleyhissalam)-a buyurur: Namaz, məni qəlbində xatırlamağından ötrüdür. Həmçinin, Allah-taala “Rə`d" surəsində də Özünün yad və zikr olunmasını qəlblərin aramlığının əsası kimi vurğulayır. Buyurur:

Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram tapar!”

HƏR HALDA ALLAHI XATIRLAMAQ

"Nisa" surəsində, müsafir namazını və döyüş cəbhələrindəki qorxu namazını bəyan etdikdə, Allahın bütün hallarda xatırlamaq tövsiyə olunur, buyurur:

“Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə namazı öz qaydasında qılın! Çünki, namaz mö`minlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.”[363]

Duran, oturan və uzanan hallarda Allahı yad etməkdən məqsəd, döyüş meydanında fasilə vaxtı edilən istirahət halları ola bilər. Həmçinin, əsgərlərin müxtəlif hallarda oturan, duran, uzanan vaxtı döyüşüb silahdan istifadə etdiyi də nəzərdə tutula bilər.

Əslində, İslamın ən mühüm göstərişi budur ki, insan heç bir halda Allah-taaladan qafil olmamalıdır; Yuxarıdakı ayə, bir çox rəvayətlərdə xəstələrin necə namaz qılmalarına aid edilmişdir.

Ayədəki, “kitabun məvquf"i fadəsi, "həmişə vacib" kimi mə`na olunmuşdur.[364]

MƏHƏMMƏD ĞƏZZALİNİN DEDİKLƏRİNDƏN

Namazın əsas ruhu təvazökarlıqdır. Qəlbin hazır və Allah-taala ilə düz olması, heybət və tə`zim yolu ilə Allahı zikr etmək, namazın hədəflərindəndir. Necə ki, Allah-taala buyurur:

“Məni xatırlamaq üçün namaz qılın!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Elə namaz qıl ki, sanki kiminləsə vidalaşırsan. Yə`ni, bu namazla, özün və həvayi-nəfsinlə vidalaşırsan. Bəlkə də, haqqdan başqa hər şeylə vidalaş. Həmişə özünü namazda hiss et!”[365]

Bura kimi Qur`ani-Kərimdən namazın əhəmiyyətinə və bə`zi hikmətlərinə işarə olundu.

ƏSL NAMAZ

Mərhum Feyz Kaşani özünün "Əl-həqaiq" kitabında yazır: Əsl namaz bu altı mətləbə riayət etməklə ələ gəlir:

1. Hüzur qəlb; 2. Anlamaq; 3. Tə`zim; 4. Heybət; 5. Ümid; 6. Həya.

1. NAMAZDA QƏLBİN HÜZURİ

Namazda insanın hüzuri qəlb tapması və insanın diqqətinin yalnız, Allaha cəlb olunmasının amillərindən biri, namazda ciddi olmaqdır. Çünki, qəlb, ciddiliyə tabedir. İnsanın fikir və diqqəti ən çox harada olsa, qəlb də ən çox onun ardıncadır. Beləliklə, demək olar ki, qəlb ciddiliyə tabe və ram olandır. İnsanda belə bir əqidə özünə yer tapmalıdır ki, dünya həyatı ilə Axirət həyatında müqayisədə, Axirət həyatı daha üstündür. Çünki, axirət, əbədi və həmişəlikdir. Həmçinin, giriftarçılıq və narahatçılığı da yoxdur. Qur`an buyurur:

“Axirət dünyası əbədi həyatdır. Əgər bilsəniz!”[366] Başqa yerdə yenə gəlib: “Axirət daha yaxşı və ən əbədidir!”[367]

İndi anlamaq lazımdır ki, belə bir əbədi həyatı və ən yaxşı yaşayışı yalnız, namaz vasitəsi ilə ələ gətirmək olar. Namaz Allaha yaxın olmaq vasitəsidir. Əgər insan özündə e`tiqad hiss etsə ki, dünya doğrudan da həqir və heçdir, o anda namazda qəlbin Allah dərgahında hazır olması alınar.

2. ANLAYIŞ

Namazda hüzuri qəlb ələ gətirdikdən sonra “anlamaq" məsələsi qarşıya çıxır. Yə`ni, insanın zehni və fikri namazın ali dərəcəli mə`nalarını başa düşməyə çalışsın. Əgər namaz qılan, namazın mə`nalarına diqqət etsə, dünya işlərindən qafil olar. Bu halda bütün vasvası fikirlərdən azad olar. Namazda müxtəlif mövzulu fikirlərin insanın zehn və fikrinə hücum çəkməsi, demək olar ki, o şəxsə oxşayır ki, ağacın altında oturub azad və aramlıqla fikirləşmək istəyir. Lakin, bülbüllər və sərçələrin səs-küyü onu özünə cəlb edir. Əlinə çubuq alıb onları qovur lakin, yenə qayıdırlar. Namaz qılanın namaz üstə haləti belədir.

3. TƏ`ZİM

Tə`zim, qəlbin ondan mə`rifət aldığı sərçeşməsidir. Birinci, imanın əsasını təşkil edən, Allahın cəlal və əzəmətinin mə`rifəti. İkinci, insanın öz nəfsinin kiçik və həqir olmasını tanımaq. Onu İlahi göstərişlərə ram etmək. Bu iki mə`rifətdən insanda, təvazökarlıq və nəfsin sınması ələ gəlir. Bütün bu halətin ələ gəlməsi ilə insanın öz Xaliq və Mə`budu müqabilində tə`zimi daha çox özünü göstərəcək.

4. HEYBƏT

İnsanın nəfsinin başqa bir haləti də heybət və qorxudur. Bu halət, Allahın sonsuz qüdrətinə olan mə`rifətdən doğulur. O da budur ki, Allahın istək və iradəsi, aləmin bütün zərrələrinə nüfuz edir. İnsan, Allahın qüdrətinə nə qədər çox elm və mə`rifət əldə etsə, insanda bir o qədər çox heybət və qorxu olar. Dahi İslam alimi Mərhum Nəraqi “ixlas”ı da bu yolda xatırlatmışdır. Buyurur: Namazda ixlaslı, qəsd qürbət və riyadan uzaq olmaqın bu işdə tə`siri vardır.[368]

5. ÜMİD

Ümid, Allahın lütfünün tanınmasından sərçeşmə alır. Belə ki, insan, Allahın sonsuz ne`mətləri, kərəm və lütflərinə diqqət etməklə, namazın müqabilində Allahın behişt və`dəsinə yəqinlik edir. Bütün bunların nəticəsində, Allaha ümid hasil olur.

6. HƏYA

İnsanda həya, Allahın haqqını yerinə yetirməkdə özünü aciz bilib, öz nəfsində onu dünyanın bər-bəzəyinə də`vət edən eybləri görməklə əmələ gəlir. Başqa tərəfdən, Allahın cəlal və qüdrətinə elmi olan insanın batinində, həya adlı hiss vücuda gəlir.[369]

Bura kimi əsl namaz və onun həqiqəti barəsində, Feyz Kaşaninin dilindən nəql etdik. İndi də bu barədə Ayətullah Hacı Mirzə Cavad Mələki Təbrizinin sözünə nəzər salaq. O, namazın əzəməti barəsində dahi İslam alimi, Şəhid Əvvəlin kitablarına işarə edərək buyurur:

“Şəhid (Allah ona rəhmət eləsin), namazın min məsələsini bir kitabda cəm edib onu “Əlfiyyə"(minlik) adlandırmışdır. Üç min məsələdən ibarət olan namazın müstəhəb işlərini isə başqa bir kitabda cəm edib, adını “Nəfliyyə"qoymuşdur. Sonra Qur`anda namazın mühüm hikmətlərindən birinə işarə edir: “Həqiqətən namaz, insanı çirkin və pis əməllərdən çəkindirir.”[370]

Buyurur: Namazın insanı çirkin işlərdən çəkindirib, pis işlərdən saxlamasının həqiqətində heç bir şəkk-şübhə ola bilməz və sözsüz qəbuldur. Çünki, Qur`an, aşkarcasına bu xüsusiyyəti sübut edir. Amma, o namaz ki, onda bu xüsusiyyət yoxdur yalnız, namazın şəkli sayılır və heç ola bilməz ki, nifaqdan xalis olsun. Çünki, əgər zərrə qədər də olsa, namaz ruhu onda olsa, insanı o miqdarda çirkinlik və pisliklərdən çəkindirərdi.[371]

Bu böyük alimin qeyd etdiyi kimi Şəhid Əvvəlin kitablarında namazda olan məsələ heç bir mövzuda yoxdur. Bu alim “namaz"mövzusunda ən böyük fiqh və hədis kitablarını özünə məxsus etmişdir. Biz, İmam Səccad (əleyhissalam)-ın sözlərinin şərhində bu əzəmətli dəryadan yalnız, bə`zi damlalarına işarə etmişiik.

Namazın fərdi, əxlaqi və ictimai xüsusiyyətləri də vardır. Xülasə və qısa şəkildə hər birinə işarə edək.

NAMAZIN FƏRDİ TƏ`SİRLƏRİ

Namazın fərdi xüsusiyyətlərindən biri budur ki, gün ərzində özünü beş dəfə Allah dərgahında hiss edən insanın ruhi qüvvəsini, əzmini və qərarını möhkəmləndirir. Nəticədə, müşkülatlar müqabilində dağ kimi dayanır.

Namazın, şəxsdə başqa bir tə`siri də budur ki, insan, özünü maddiyyat aləmindən ayırıb, İlahi səfərə çıxdığına görə qəlbi dünya aləminin kin-küdurətindən təmizlənir və aramlıq mərhələsinə yetişir. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) nə vaxt qarşıya çıxan hadisələrin tə`sirindən qəmgin olsaydı, namazın pənahına gedər və çoxlu namaz qılardı. Çünki, namaz, Allahla görüş halıdır. Allahın görüşünə tələsdiyinə görə dərd və qəm ondan ayrılırdı. Həzrət buyurur:

“Sizlərdən hər kim namaza dursa, Allahla münacat halətində olar və bütün diqqəti Allahadır. Bilir ki, Onunla özü arasında heç bir fasilə yoxdur. Dualarını eşidir və nidasına cavab verir. Duasını qəbul edir.[372]

Namazın şəxsə başqa tə`sirlərindən biri də mal, məqam və dünyanın enişli-yoxuşlu həyatı üzündən insanda olan təkəbbür və qüruru aradan aparır. Bu da insandan ötrü, çalışdığı kamal nöqtəsidir.

İmam Xomeyni (Allah ona rəhmət eləsin) namazda qiyam, ruku və səcdələrin sirri barəsində buyurur:

“Namaz, mö`minin kamal me`racı, təqva əhlinin Allaha yaxın olmaq vasitəsi olduğuna görə biri digərinə müqəddimə olan iki işin möhkəmləndiricisidir. Birinci: Təqvanın həqiqəti sayılan, təkəbbür və özünü böyük sanmaqlıq halətini tərk etmək; İkinci: Me`rac və Allaha yaxınlaşmağın həqiqəti sayılan, "Allahı sevmək" və "haqq tələblik" halətidir. Ona görə də rəvayətdə var:

“Namaz, hər bir təqvalı insanın Allaha yaxın olmasının amilidir.”

Qiyam, ruku və səcdə məqamları ilə iki halət hasil olur. "Qiyam" halətində, Haqqın hər işdə əsas və mütləq qüdrətli olduğunu bilərək, “özünü sevməklik" haləti tərk olunur. “Səcdə"də isə “özünü öymək" haləti tərk olunur. Mütləq şəkildə Allahsevər və Allahtələblik haləti vücuda gəlir. Bütün alimlərin məqamları bu üç halətdən ələ gəlir.[373]

Namazın fərdi tə`sirlərindən biri də insanın özünü islah etməsinə can atması və ən ali şəkildə əxlaqi fəzilətləri ələ gətirməsinə çalışmasıdır. İnsan, öz qəlbini rəzilət tikanlarından islah edir. Ona görə də Qur`ani-Kərim, doğru mö`minləri namazdan ələ gətirdikləri xüsusiyyətlərlə tə`rifləyir. "Mö`minin" surəsində buyurur:

“Həqiqətən, mö`minlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti` olub (Ona) boyun əyərlər!”[374]

Ayədəki “əfləhə" sözü ərəbcədən, “fələh" və “fəlah" köklərindən olub, əslində, “yarılmaq" və “kəsilmək" mə`nasındadır. Sonradan hər növ qələbə və məqsədə yetişməklərə də aid olunmuşdur. Əslində, qələbə və nicat tapanlar, öz yollarında olan maneləri aradan aparırlar. Yollarını, son məqsədlərinə kimi yararaq irəli gedirlər. Rağib İsfahani özünün “Müfrədatul-Qur`an" kitabında bu mə`nanı şərh edərək yazır: "Fəlah" iki qismdir. Dünyadakı fəlah və axirətdəki fəlah. Dünyadakı fəlah üç şeydə xülasə olur: Əbədilik, ehtiyacsızlıq və izzət. Axirətdəki fəlah isə dörd şeydə olur: 1. Fənasız əbədiyyət; 2. Fəqrsiz ehtiyacsızlıq; 3. Zillətsiz izzət; 4. Cəhlsiz və nadansız elm. Bu ayədə mö`minlər təvazökarlıq sifəti ilə tanıtdırılır.

Ayədə “xaşiin" sözü ərəbcədən, “xuşu" kökündən olub, insanın təvazökar, cismi və ruhi cəhətdən ədəbinə deyilir. Bütün bu halət böyük bir şəxsin yaxud, mühüm bir həqiqətin müqabilində əmələ gəlir. Onun tə`siri insanın bədənində zahir olur. Bu ayə işarə edir ki, mö`minlərin namazı ruhsuz və sözlərdən ibarət olub, mə`nasız deyil, bəlkə də, Allaha elə diqqət edirlər ki, Ondan başqa hər şeydən ayrılırlar.

TƏVAZÖKARLIĞIN AMİLLƏRİ

1. İlk amil budur ki, insan elə bir elmə və mə`rifətə malik olsun ki, dünya onun nəzərində kiçik, Allah isə böyük və əzəmətli cilvələnsin. Əli (əleyhissalam), müttəqi və təqvalı şəxslərin əlamətləri barəsində “Nəhcül-bəlağə”də buyurur:

“Allah, onların gözündə böyük cilvələndiyinə görə Ondan başqa nə varsa, hamısı onların yanında kiçikdir.”[375]

2. Namaz vaxtı müxtəlif işlər barəsində fikirləşməyib, fikrini yalnız, namaza cəm etsin və onun mə`nasına diqqət etsin.

3. Yer seçmək. Yə`ni, namazı elə bir yerdə qılsın ki, çoxlu zər-zibalı olmasın. Ona görə də görürük ki, şəkil, mücəssimə, müqabilində, keçid yolu, açıq qapı ağzında namaz qılmaq məkruhdur.

4. Günahdan çəkinmək, təvazökarlığın yaranmasında tə`sirlidir.

5. Namazın mə`nalarını, hərəkət və zikrlərinin hikmətlərini bilmək.

6. İstər müqəddimə, istərsə də əsl namazda, müstəhəbb işlərə əməl etmək.

7. Bu işin (təvazökarlığı), başqa işlər kimi çoxlu təkrara ehtiyacı olduğunu unutmaq lazım deyil.

NAMAZIN İCTİMAİ TƏ`SİRİ!

Namazın mühüm tə`sirlərindən biri də şəxsin başqalarının müqabilində məs`uliyyət hiss etməsindən ibarət, ictimai tə`siridir. Şübhə yoxdur ki, insan ictimai xüsusiyyətdə yaranmışdır. Dəstə cəm şəklində yaşamağa meyl etmək, insanın fitrətində qərar verilmişdir. İnsan, tənhalıqdan əziyyət çəkir. Onun zindanda tək qalması, ondan ötrü ən çətin əzabdır.

İnsanın iki növ məsuliyyəti var: Fərdi və ictimai məsuliyyəti. Fərdi məs`uliyyəti barəsində Qur`an buyurur: “Hər kəs özünün qazandıqlarının zaminindədir.”[376]

“Nisa"surəsində buyurur: “Ey insan! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir." Hər kəsin öz əməlləri və dedikləri müqabilində məs`uliyyəti vardır.

Amma, insanın ictimai məs`uliyyətində, hər hansı bir şəxsdən söhbət getmir. Bəlkə də, cəmiyyət və yaşayış mühiti öndədir. Hər kəsin yaşayış mühitində özünə görə vəzifələri vardır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “«Hamınız sorğu-sual olunacaqsınız!”

Namazın tə`sirlərindən biri də insanda ictimai məs`uliyyətin canlanmasıdır. Ona görə də şəriətdə tək namaz qılmaqla, camaat namazı arasında çox fərq var. Bu iki namaz, savab cəhətdən heç də bərabər deyildir. İslam, camaat namazına çox tövsiyə etmişdir. Ondan da mühüm, həftədə bir dəfə ibadi-siyasi namaz qərar vermişdir. Bu namazda, bütün müsəlmanlar bir sırada durub, cümə gününün xətibindən siyasi məsələləri, cəmiyyətdə baş verən giriftarçılığı eşidir və həll etməyə çalışırlar. Bütün müsəlmanlar cümə namazına durduqda, müsəlmanların cəlal və əzəməti cilvələnir. Bu da səbəb olur ki, kinli düşmənlər müsəlmanların əleyhinə hiylə qura bilməsinlər. Nəticədə, müsəlmanlar müstəqil bir millət olub, özlərinə arxalanır və həmişə şövkət və əzəmətli görünür.

Camaat namazında, camaatın sıx və münəzzəm durması savabdır. Maraqlı budur ki, fəqir, dövlətli, qara, ağ, şərqli, qərbli, bir sırada durur və namazdan sonra bir-birinin əlini sıxıb görüşürlər. Bu yolla, cəmiyyətdə bərabərlik ruhu canlanır. Həmişə insanlara əziyyət verən təbəqələşmə aradan gedir. Məhəbbət və səfa, düşmənçilik və kinələrin yerini tutur. Əhalinin camaat namazında hazır olması səbəb olur ki, camaat bir-birinin əhvalından xəbərdar olsun və günlərin birində onlardan kimsə məscidə gəlməsə, bu işin səbəbi ilə maraqlansınlar. Əgər müşkülü varsa, həll olunmasına çalışırlar. Ümumiyyətlə, namaz, bütün müsəlman millətlərini bir ümmət kimi qərar verir. Nəticədə, müstəqil cəmiyyət yaranır.

NAMAZIN ƏXLAQİ TƏ`SİRLƏRİ

İnsan, vücudundan rəzilət sifətlərini və özündə kök salmış çirkinlikləri özündən uzaqlaşdırmasa, Allaha yaxın ola bilməz. Həmçinin, qəlbin səfalaşmasından ötrü şərait yaratmaq lazımdır. Qur`an buyurur:

Günahlardan və küfrdən təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”[377]

Namaz, əxlaqi xüsusiyytlərin paklaşmasının vasitəsidir. Namaza davam etmək, insanı xeyirlə tərbiyətləndirir. Qur`an yenə buyurur:

“Həqiqətən, namaz (insanı), çirkin və pis əməllərdən çəkindirir.”[378] və onun vücudunda səadət və fəzilətin kökünü qoyur.

Bu ayə də həmin məsələyə işarədir. Buyurur:

“Həqiqətən, insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar.”[379]

Müfəssirlərdən bir qismi ayədəki, “həlu" sözünü ərəbcədən “həris”, bə`ziləri isə “kəmhövsələ və az taqətli olmaq" kimi mə`nalandırırlar. Beləliklə, birinci təfsirə əsasən belə insanların vücudundakı üç xüsusiyyətə işarə olunur: 1. Həris; 2. Əli bağlılıq; 3. Xəsislik. Amma ikinci təfsirə əsasən, iki məsələ: Əli bağlılıqxəsislik mə`nasında götürülür. Çünki, ikinci və üçüncü cümlələr (bu ayədən sonra) “həlu" sözünün təfsiri sayılır.[380]

Bu ayədə namazın, insanın vücudunda hərislik, tamahkarlıq, səbirsizlik və kəm hövsələsizliyi islah etdiyi bildirilir. Namaz qılanlardır ki, namaz sayəsində özlərini islah edə bilərlər. Çünki, namaz insanın həyatının əvvəl və axırını təfsir edir. Haradan gəlmisən, hara gedirsən və nəyə görə gəlmisən?

Məşhur İslam alimi Nəraqi (Allah ona rəhmət eləsin) özünün “Camius-səadat" kitabında nəql edir: Mövlamız Əmirəl-mö`minin Əli (əleyhissalam)-dan “səcdə” nin mə`nası barəsində soruşurlar. Həzrət buyurur: Onun mə`nası budur: “İlahi! Bizi torpaqdan yaratmısan."Səcdədən baş qaldırmaq yə`ni, “Bizi torpaqdan çıxarmısan." İkinci səcdə işarə edir ki: “Bizi torpağa qaytaracaqsan." Oradan baş qaldırmaq ona işarədir ki: “Bizi yenidən torpaqdan çıxaracaqsan!”[381]

Elə ki, insan bu ali mə`naya diqqət etsə, sözsüz ki nəfsini islah etməyə çalışacaq.

NAMAZ VƏ KAMALA YETMƏYƏ MANE OLANLAR

Bura qədər namazın əhəmiyyəti, hikməti, ictimai və əxlaqi tə`sirləri barəsində qısa bəhs etdik. İndi də belə bir mövzuya işarə edirik ki, İmam Səccad (əleyhissalam)-ın özü öz əməli ilə namazın haqqını tərəfdarlarına öyrədir. Bə`zən, Həzrətin bə`zi dostları çox namaz qılmağın ona ağır olmasını xəbərdarlıq edirdilər.

Əllamə Məclisi “Biharul-ənvar" kitabında nəql edir ki, İmam Hüseyn (əleyhissalam)-ın qızı Fatimə, Cabir ibni Abdullahın yanına gedib dedi:

Ey Allahın Rəsulunun səhabəsi! Bizim boynumuzda sizin haqqınız var. O cümlədən, o hüquqlardan biri budur ki, əgər bizim birimizi ibadət üzündən həlakətə düşəcəyini görsəniz, ona xəbərdarlıq edib, özünü hifz etməyi tapşırarsınız. Ey Cabir! Bu, Əli ibni Hüseyn (əleyhissalam)-dır ki, səcdənin əsərindən alnı piy bağlayıb, ayaqları vərəm olub və əti bədənində suya dönüb. Ondan istəyin ki, özünü qorusun!

Cabir, Həzrətdən daxil olmaq icazəsi istədi. İçəri girəndə Həzrətin ibadət mehrabında oturduğunu gördü. İmam durub Cabirin yanında oturur və ondan hal-əhval tutur. Cabir soruşur:

Məgər Allah Behişti sizin üçün və Cəhənnəmi düşmənlərinizdən ötrü yaratmamışdırmı? Nəyə görə bu qədər ibadətlə məşğulsan?

Həzrət buyurur: Ey Allahın Rəsulunun səhabəsi! Bilirsən ki, Allah onun keçmiş və gələcək günahlarından keçib, lakin, o, bir an da olsa ibadətindən əl çəkmədi? O qədər ibadət etdi ki, mübarək qədəmləri vərəm oldu. Ona deyiləndə ki: Allah sizin keçmiş və gələcək günahlarınızı bağışlayıb! "Buyurur: Məgər şükr edən bəndə olmayım?

Cabir, xahişinin Həzrətdə heç bir tə`sir qoymadığını anlayır. Ərz edir: Siz o kəslərdənsiniz ki, Allah sizin vasitənizlə bəlaları dəf edir, göyləri və yeri qoruyur.

Həzrət buyurur: Onlarla görüşənə qədər, ata və cəddimə iqtida edəcəyəm!

Cabir: Peyğəmbərlərin övladları arasında Əli ibni Hüseyn kimisini görmədim![382]

“Fəqih Tavus" nəql edir: İmam Səccad (əleyhissalam)-ı işa namazından sonra sübhə kimi Kə`bə evini təvaf edib, ibadət etdiyini gördüm. Elə ki, təvaf edənlərin azaldığını və səhnənin xəlvət olduğunu gördü, başını göyə tərəf qaldırıb buyurdu:

“Pərvərdigara! Ulduzlar azalıb qürub etdilər. Gözlər yuxuya getdi. Ancaq, Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Pərvərdigara! Sənin evinin qapısına gəlmişəm ki, mənə rəhm eləyəsən. Məni bağışla və mənə tərəf bax! Cəddim Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) çöhrəsini Qiyamətdə...." Sonra ağladı və ərz etdi: İzzət və cəlalına and olsun! Günah etməklə, Sənin iradənin müxalifində olmaq fikrim yoxdur. Günah görərkən, Sənin əzab-əziyyətinə cahil deyiləm. Sənin əzabına mə`ruz qalmaq istəmirəm. Nəfsim məni aldatmaq istədiyi zaman Sənin rəhmətin bu yerdə mənə kömək edir!

İlahi! Sənin əzabından məni kim azad edə bilər? İlahi! Əgər nicat ipini məndən kəssən, hansı ipdən yapışaram? Vay olsun mənə ki, sabah Qiyamətdə Sənin dərgahında duracağam və yükləri yüngül olanlara deyiləcək: Gedin! Yükləri ağır olanlara: Qalın! -deyiləcək. Bilmirəm, yüngül yüklülərdən olub keçəcəyəm yoxsa, ağır yüklülərdən olub saxladılacağam? İlahi! Ömrüm nə qədər çox olarsa, xətalarım çoxalar! İndi vaxt yetişib ki, tövbə edəm!" Sonra ağlayıb bu məzmunda şe`r oxuyur:

“Ey mənim sonsuz arzum! Məni atəşdə yandırmaq istəyirsən?

Bəs mənim ümidim kimədir? Orada dostluğum necə olacaq?

İlahi! Xətalı əməllərlə dərgahına gəlmişəm!

Ruzigarda cinayəti mənim kimi olan yoxdur!”

Sonra ağlayıb səcdə edir. Yaxşı hal tapmışdı. Tavus deyir: Həzrətin başı üstünə getdim. Mən də ağladım və göz yaşımdan Həzrətin üzünə düşdü. Həzrət buyurdu: “Məni Pərvərdigarın zikrindən ayıran kimdir?”

Ərz etdim: Mən Tavusam. Peyğəmbərin övladlarındanam. Nəyə görə belə edirsiniz? Bu halət və ağlamaq nədir? Biz də sizin kimi olmağa məcburuq. Ağacan! Atanız belə edib? Ananız Fatimə və cəddiniz, Allahın Rəsulu bu cür edib?

Həzrət mənə diqqət edib, buyurdu: Ata, ana və cədd söhbətini kanara qoy! Allah-taala Behişti, qul və həbəşi olsa da, itaət edən bəndələrdən ötrü yaradıb. Atəş və Cəhənnəmi qureyşin ağası da olsa, günahkarlardan ötrü yaradıb. Məgər eşitməmisən ki, Allah-taala buyurur:[383]

“Sur çalındığı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub, hal-əhval tutarlar.”[384]

NAMAZ VƏ GÜNAHIN BAĞIŞLANMASI

Namazın haqqı mövzusunun sonunda İmam Səccad (əleyhissalam) buyuru