A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


“Hər kim Allahın hüzuruna pak və təmiz getmək istəyirsə, şər`i yolla özünə həyat yoldaşı seçib, iffət və paklığa səbəb olanı özündə hazırlasın.”[335]

İSLAM PEYĞƏMBƏRİNİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) EVLƏNMƏYİ TƏRK ETMƏYİ MƏZƏMMƏT ETMƏSİ

İslam, insanları günaha düşməsindən çəkindirmək üçün evlənməyə imkanı olub, evlənməyənləri məzəmmət edir. Nümunə üçün aşağıdakı mətləbə diqqət edin:

Əkaf adlı bir kişi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nin hüzuruna gəlir. Həzrət ondan soruşur: Evlənmisənmi? Ərz edir: Xeyr! Ya Rəsulallah! Həzrət buyurur: Bədənin sağlam, mal-dövlətin varmı? Cavab verir: Bəli! Həzrət müxtəlif ifadələrlə onu evlənməyə təşviq edir və bu işi tərk etməsini tapşırır!

O cümlədən buyurur: “Ey Əkaf! Vay olsun sənə! Evlən! Evlən ki, sən indi xətakarlardansan! Evlən! Yoxsa, günahkarların sırasında durarsan. Evlən! Yoxsa, Xaçpərəst rahiblərdən hesab olunarsan. Evlən! Yoxsa, Şeytanın qardaşlarından hesab olunarsan.”

Başqa bir rəvayətdə evlənməyi tərk etməklə, Allaha daha yaxın olmaq istəyən qadını, İmam bu işdən çəkindirir. İmam Rza (əleyhissalam) buyurur: “Qadınlardan birisi İmam Baqir (əleyhissalam)-dan soruşur: Mən mütəbəttiləyəm. Həzrət buyurur: Təbəttül olmaqdan məqsədin nədir?

Qadın cavab verir: Qərara almışam ki, ömrümün axırına qədər ərə getməyim! Həzrət buyurdu: Nəyə görə? Dedi: Fəzilət və kamala yetişməkdən ötrü. Həzrət buyurdu: Bu fikrindən dön! Əgər ailə həyatı qurmamaq fəzilət olsaydı, Zəhra (salamullahi əleyha) bu fəziləti ələ gətirməkdə səndən layiqdir. Halbuki, fəzilətdə birisi ona çata bilməz.”[336]

Bu iki hədisdən aydın olur ki, İslam övliyaları kişi və qadınları, subay qalmalarından çəkindirmişlər. Bəlkə də, onları müxtəlif ifadələrlə evlənməyə təşviq etmişdir. Bununla da, günaha düşməkdən özlərini qorusunlar.

İSLAM VƏ QADINLARDAN QAÇMAQ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən bir-iki nəfər nəfslərini paklamaq və ruhiyyələrini möhkəmləndirməkdən ötrü qadınlarla ünsiyyətdə olmaqı, yemək yeməyi və gecə yatmağı özlərinə haram edirlər. Ümmü Sələmə onların işlərini Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə xəbər verir. Peyğəmbər onların yanına gələrək, buyurur:

“Məgər qadınlarınızı tərk etmisiniz və onlardan çəkinirsiniz? Mən sizin Peyğəmbəriniz olan halda, qadınlarımın yanına gedirəm, gündüz yemək yeyirəm və gecə yatıram. Hər kim mənim getdiyim yolla getməzsə, mənim ümmətimdən deyil.”[337]

Bu hədis, evlənməyi tərk edib, nəfslərini paklandırmaqdan ötrü qadınlardan uzaqlaşanı möhkəm məhkum edir və onların yolunun düzgün olmamasını aşkarcasına e`lan edir.

ZİNA, BÖYÜK GÜNAHLARDANDIR!

Evlənmək istəməyən bə`zi şəxslər, zina günahına mübtəla ola bilərlər. Bu cəhətdən müxtəlif bədbəxtliklərə də mübtəla olunur. Həmin səbəbdən, Qur`ani Kərim bu yolu pis yol e`lan edib, insanları bu işə yaxın düşməkdən çəkindirir. "İsra" surəsində buyurur:

Zinaya da yaxın düşməyin. Çünki, o çox çirkin bir əməl və pis bir yoldur!”[338]

Bu qısa cümlədə üç məsələyə işarə olunur:

1. Demir ki, zina etməyin, bəlkə də buyurur, bu rüsvayedici əmələ yaxın da düşməyin. Bu tə`kid, belə bir əməlin nə qədər çirkin olmasına dərin işarə etməsindən əlavə, maraqlı bir nöqtəyə də işarə edir. O da budur ki, bir sıra işlər var ki, müqəddimə ünvanı ilə insanı, tədriclə zinaya yaxınlaşdırır.

Bu əməlin müqəddimə işlərindən biri, əvvəlcədən işarə etdiyimiz kimi, çılpaqlıq, hicabsızlıq, həmçinin, pis mətləbli kitablar, çirkin filmlər və fasid nəşriyyatlardır. Hər hansı bir fəsad mərkəzi, belə işlərin müqəddiməsi ola bilər. O cümlədən, naməhrəm kişi ilə qadının xəlvətdə tək qalmaları da bu işin vəsvəsələrindən sayılır.

2. Ayədəki, "O, çox çirkin bir əməldir" ifadəsi, yuxarıdakı mətləbə aid olur və bu günahın böyüklüyünə dəlalət edir.

3. "Zina yolu çox pis bir yoldur" ifadəsi, belə bir həqiqəti bəyan edir ki, bu yol cəmiyyətdə başqa fəsadlara da yol açır və ona tərəf çəkir.

ZİNANIN HARAM OLMASININ HİKMƏTİ

1.Ailə həyatında hərc-mərclik olması, ata-oğul əlaqələrinin aradan getməsi, təkcə ictimai anlaşılmanın yox, bəlkə də, tamamilə uşaqlardan himayətin aradan getməsinə səbəb olar. Bununla da, insanın ömrü boyu onu yaşamağa sövq edən övlad məhəbbəti aradan gedir.

Bu mövzunun əhəmiyyətini dərk etməkdən ötrü bir an fikirləşək ki, əgər bütün insan cəmiyyətində zinaya icazə verilsəydi və evlənmək aradan getsəydi, bu əməlin nəticəsində dünyaya gəlmiş şəxsi kim himayət edəcəkdir? Onu, nə doğulanda, nə də böyüyəndə kimsə himayət etməyəcəkdir. Bundan əlavə, cinayətlə mübarizədə böyük rol oynayan məhəbbət və sevgidən məhrum olmaq, insan cəmiyyətini hərtərəfli vəhşiliyə malik olan heyvani bir mühitə çevirir.

2. Bu rüsvayedici əməl, həvəsbazlar arasında müxtəlif növ fərdi və ictimai çəkişmələrə səbəb olur. Bir sıra fəsad mərkəzlərinin vəziyyətlərindən nəql edən dastanların yazdıqları, aydınca nişan verir ki, bu əməllə yanaşı, cəmiyyətdə ən pis cinayətlər baş verir.

3. Təcrübə və elm sabit etmişdir ki, bu çirkin əməl, müxtəlif növ xəstəliklərə səbəb olur. Bu gün belə növ xəstəliklərin aqibətlərinə qarşı bütün texnikalardan istifadə edilməsinə baxmayaraq, çoxları bu yolda öz sağlamlıqlarını əldən vermişdir.

4. Bu əməl, çox vaxt uşaqın ana bətnindən salınmasına, övladın öldürülməsi və nəslin kəsilməsinə səbəb olur. Çünki, zinadan doğulmuş uşaqı heç kim saxlamağa hazır olmur. Adətən, belə əməl sahibləri, uşaqın düyaya gəlməsini, özünün çirkin əməli müqabilində ən böyük mane kimi görür

5. Unutmaq lazım deyil ki, evlənməkdən məqsəd, təkcə cinsi meylləri doydurmaq deyil, bəlkə də, həyatda müştərək həyat qurub, ruhi ünsiyyət, fikir cəhətdən aramlıq, övlad tərbiyə etmək və həyatın bütün sahələrində həmkarlıq etməkdir. Hər bir qadının bir kişiyə məxsus olub, zinanı qadağan etmədən bu işlərin heç birinin baş verməsi mümkün deyil.[339]

HEYRƏTLİ STATİSTİKA

Britaniyanın "Dairətul-maarif" (ensiklopediya) kitabının 23-cü cildinin 45-ci səhifəsində yazılır:

“ABŞ-da (Amerika Birləşmiş Ştatları) olunmuş təhqiqatlara əsasən, ümumiyyətlə, bu ölkənin əhalisinin 90%-i cinsi yaxınlıq xəstəliyinə tutulurlar. Bu cəmiyyətdən, həmin xəstəlik üzündən rəsmi şəkildə xəstəxanada müalicə olunanların sayı 360 min nəfərdir. ABŞ-ın bütün xəstəxanalarından 650 xəstəxana yalnız, cinsi yaxınlıq üzündən əmələ gələn xəstəlikləri müalicə etməyə məxsusdur. Halbuki, bu xəstəxanalarda müalicə olunanlardan iki dəfədən artıq əhalinin çoxusu, xüsusi və ailə həkimlərinə müraciət edirlər.”

"Cinsi qanunlar" kitabının 304-cü səhifəsində yazılır: “1957-ci ildə Amerikada 201700 nəfər uşaq zinadan doğulmuşdur və keçən 20 ildə bu rəqəm, beş dəfə artmışdır. Bu ildə toy mərasimsiz hamilə olan qadınların sayı 24000-dir. Onların yuxarı yaş həddi 18-dən azdır. Fransanın paytaxtı Parisdə 43515 nəfər uşaqın arasından 4145 nəfər uşaq zinadan doğulur. İsveçrədə hər il 17000 uşaq qanunsuz doğulur.”

İranda çıxan "Keyhan" jurnalının 5354-cü sayında yazır: London şəhərinin cənub tərəfində həkim işləyən Doktor Mulnter öz məqaləsində yazır: “Londonda hər il, 50000 nəfər uşaqı hamilə vaxtı qanunsuz öldürürlər. Hər doğulan iyirmi uşaqdan biri zinadandır.”[340]

ZİNANIN DÜNYA VƏ AXİRƏTDƏKİ TƏ`SİRLƏRİ

Bura kimi zinanın haram olması, çirkin tə`sirləri və qərb ölkələrindəki zina barəsindəki statistikaya müxtəsər də olsa, işarə etdik. İndi də zinanın dünya, Axirət və Bərzəx əzabına işarə edək.

İmam Əli ibni Əbu Talib (əleyhissalam) rəvayət edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən eşitdim ki, buyurdu:

“Zinanın altı pis zərəri var. Üç qismi dünyada, digər üç qism isə axirətdədir. Dünyadakı zərərlərindən biri budur ki, insandan səfa və nuraniyyəti alır. Ruzini kəsir və insanın tez məhv olmasına səbəb olur. Amma, Axirətdəki üç tə`siri odur ki, Allahın qəzəbinə, hesab-kitabın çətinliyinə, Cəhənnəmə daxil olmağa yaxud, orada əbədi qalmağa səbəb olur.”[341]

ZİNA, VİRANLIQ VƏ FƏQİRLİK GƏTİRİR

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Zina, fəqirlik və müflisliyə səbəb olub, müşkülat, viranlıq və şəhərlərin boşalmasına gətib çıxarır."

Bunlar, zinanın çirkin tə`sirləridir. Həmçinin, zina, qəflətən ölümlərin çoxalmasına səbəb olur. İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Əli (əleyhissalam)-ın kitabında var ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:

“Məndən sonra zina artsa, qəflətən ölümlər çoxalacaq və bu ölümlə çoxları əbədi olaraq dünyadan gedəcəklər.”[342]

ZİNAKARIN BƏRZƏX ƏZABI

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, cəddi İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:

“Agah olun! Hər kim müsəlman, yəhudi, xaçpərəst və ya məcusi qadınla zina etsə, qadın azad yaxud, kəniz olsa, etdiyi əməldən tövbə etməsə, ölümünə yaxın olsa və bu işə israr etsə, Allah-taala, onun qəbrinə üç yüz qapı açar. Bu qapıdan böyük ilanlar, əqrəblər və əjdahalar xaric olar. Qiyamətə kimi yanar. Qəbirdən çıxarkən insanlar onun pis iyindən əziyyət çəkər. Hamı onu pis iyi və dünyada etdiyi çirkin əməllərə görə tanıyarlar. Nəhayət, onu atəşin içinə atarlar.”

Bəli! Budur zinakarların bərzəx əzabı! Onlar Qiyamətdə də Cəhənnəm əzabındadırlar.

ÖLÜMÜ YADA SALMAQLA ZİNADAN AMANDA QALMAQ

İmam Səccad (əleyhissalam), bu kitabında insanın şərəf və namusunu qorumasından ötrü yollar buyurmuşdur. Birinci, naməhrəmdən göz örtmək, bəlkə də, insanabaxması haram olan hər şeydən göz örtmək. İkinci, ölümü çox yad etmək. Qur`an, ölüm barədə buyurur: “Ölüm həqiqətən gəlir. Bu, sənin qaçdığın şeydir!”[343]

Ayədə buyurduğu "səkr" kəlməsi ərəbcədən əslində, “su yolunun bağlanması”na deyilir. İnsanın ağlı ilə öz arasında bihuşluq vaxtı sədd olduğuna görə "ölümünə" bu adı verirlər.

“Ölüm bihuşluğu”, məstlik halətinə oxşar bir vəziyyətdir. Ölümün müqəddəmatlarının əsəri gəldikcə, insanda müxtəlif fövqəla`də həyəcan və dəyişiklik əmələ gətirir. Bə`zən, insanın ağlını əlindən alıb, onu həyəcana salır. Bunun da səbəbi odur ki, ölüm, müntəqil edən bir halət olub, illər boyu insanın dünya ilə qurduğu bağlılığı qət edir. İnsan təzə bir aləmə qədəm qoyur. Bu halda insanı böyük bir vəhşət bürüyür və ona bihuşluq halı üz verir.

ÖLÜM NƏDİR?

Rəvayətlərdən birində İmam Səccad (əleyhissalam)-dan soruşurlar: Ölüm nədir? Həzrət cavabında buyurur:

“Ölüm, mö`mindən ötrü çirkli və həşəratla dolu libası soyunmaq, ağır zəncirləri açmaq, onları ən fəxrli və ətirli libaslarla, ən yaxşı yol gedən miniklərlə və ən rahat mənzillərlə dəyişmək kimi bir şeydir. Amma kafirdən ötrü ölüm, fəxrli libası soyunmaq, sevdiyi mənzillərdən ayrılmaq, onları ən çirkin və pis libaslarla və dəhşətli mənzillərlə dəyişmək kimi bir şeydir.”[344]

İmam Hüseyn (əleyhissalam) Kərbəlada ölümün həqiqəti barədə lətif və aydın bir açıqlama buyurmuşdur.

İMAM HÜSEYNDƏN (ƏLEYHİSSALAM) ÖLÜMÜN TƏFSİRİ!

“Səbr edin! Ey dahi insanların övladları! Ölüm, sizləri narahatlıqlar və əziyyətlərdən geniş və əbədi Cənnət bağlarına köçürən bir körpüdür. Sizlərdən hansınız zindandan saraya köçməyinə narahatdır? Amma ölüm, sizin düşmənlərinizə saraydan zindana köçən bir şəxs kimidir!

Atam, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir ki, buyurur: Dünya, mö`minin zindanı və kafirin Behiştidir. Ölüm, mö`minlərin bağlarına və kafirlərin Cəhənnəminə körpüdür.”[345]

İMAM SADİQ (ƏLEYHİSSALAM) ÖLÜMÜ NECƏ ŞƏRH EDİR?

İmam Sadiq (əleyhissalam)-a dedilər: Ölümü bizə şərh edin! Həzrət buyurdu: Ölüm, mö`mindən ötrü onu vəcdə gətirən xoş ətri iyləməsidir. Zəhmət və dərdlərin hamısı ondan uzaqlaşır. Amma ölüm, kafirdən ötrü əqrəb və ə`fi ilanların onu çalması kimidir.[346]

Həzrəti Əli (əleyhissalam) “Nəhcül-bəlağə”də, dünya pərdələri yoxa çıxıb, mələklərin gəlməsini və ölüm anını belə şərh edir:

“Əgər sizin ölənlərinizin gördüklərini siz görsəydiniz, dəhşətə gələrdiniz və qorxardınız. O vaxt haqq sözü eşidib, itaət edərdiniz. Lakin, onların gördükləri sizdən gizlindir və tezliklə pərdələr kənara çəkiləcək və siz də onları müşahidə edəcəksiniz! "

ÖLÜMÜN HƏQİQƏTİ

Adətən, çoxları təsəvvür edir ki, ölməklə insan heç olub gedir. Lakin, bu fikir, Qur`anda gələn və əqli dəlillərin bizi yönəltdiyi e`tiqadlarla uyğun gəlmir. Ölüm, Qur`an nəzərinə görə vücudu olan bir şeydir. Bir dünyadan başqa dünyaya köç. Ona görə də Qur`anda çox yerdə ölümdən, “təvəffa”, yə`ni, geri almaq və ruhun mələklər vasitəsi ilə bədəndən ayrılması kimi təfsir olunur.

Bə`zi rəvayətlərdə gəlib ki, insanın üç dəhşətli günü var: Doğulub, bu dünyanı tanınmamış bir yer kimi gördüyü gün; Ölüb, ölümdən sonra müşahidə etdiyi aləmi gördüyü gün; Nəhayət, məhşərə (Qiyamətə) daxil olub, dünyada görmədiyi hökmləri gördüyü gün.[347]

Allah-taala, bu üç gün barəsində “Zəkəriyya oğlu Yəhya”ya buyurur: “Yəhyaya doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!”[348]

Qur`ani-Kərim Həzrəti İsa (əleyhissalam)-ın dilindən buyurur: “Doğulduğum gündə, öləcəyim gündə, diriləcəyim gündə mənə salam olsun!”[349]

İmam Sadiq (əleyhissalam) buyurur:

“Ölümü yad etmək meyllər və şəhəvani istəkləri öldürür.”[350]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Ləzzətləri məhv edib bir-birinə vuranı xatırlayın! Soruşdular: Ya Rəsulallah! Ləzzətləri məhv edən nədir? Buyurdu: Ölümdür ki, yetişməklə bütün arzuları aradan aparır.”

Qeyd edildiyi kimi İmam Zeynalabidin (əleyhissalam) da şəhvətlər tufanını aradan aparmaqdan ötrü ən böyük amillərdən birini “ölümün xatırlanması”nı bildirir. Bundan əlavə, insan, öz nəfsini Allahın qorxusu və əzabından qorxmağa adət versin. Bu da şəhvətlərin sönməsindən ötrü bir amildir. Bütün bunlardan mühüm, Həzrətin sonda buyurduğu ifadə, yə`ni, "bu işdə Allah taaladan kömək istəmək lazımdır"– sözü daha diqqətə layiqdir. Əgər cavanlar, Allahı xatırlayıb, onu bütün hallarda hazır olduğunu dərk etsələr, Allah da onlara, günahdan qurtarmağa fürsət verər. Necə ki, Yusif peyğəmbər Allaha ərz etdi:

“Əgər qadınların hiylə və məkrlərini məndən uzaqlaşdırmasan, mən də insana uyğun təbiətinə görə onlara tərəf meyl edərəm!”[351]

Beləliklə, özünü Allaha tapşırır. Allah da ona nicat verir.

ZİNANIN ŞƏRİƏTDƏ HÖKMÜ

Müqəddəs İslam şəriəti, bu ictimai və cansıxıcı bəlanın qarşısını almaqdan ötrü hədd və qanunlar tə`yin etmişdir. Sözsüz ki, əgər icra olunsa, müsəlman cəmiyyətlərini pak və pakizə edib, namus və ailə əmniyyəti vücuda gətirər. Qur`anda, "Nur" surəsində bu mövzuda bəhs olunub. "Nur" surəsinin ikinci ayəsində belə gəlib:

“Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö`minlərdən bir dəstə də onların əzabına şahid olsun!”

Bu ayə üç göstərişə aiddir:

1.Fahişəliyə qurşanmış kişi və qadınların cəzalandırılması hökmü. (Zinadan məqsəd, şər`i icazələri olmadan subay kişi ilə qadının cinsi əlaqəsidir)

2. Tə`kid olunur ki, bu İlahi hökmün icrasında yersiz məhəbbət və hissiyyata qapılmayın. Belə niyyətləri aradan aparmaqdan ötrü Allaha və qiyamət gününə imanı qabağa çəkir. Heç kəsin bu qanunun keyfiyyəti və kəmiyyəti barəsində izhar nəzər verməyə haqqı yoxdur.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mövzuda maraqlı bir rəvayət nəql olunur. Buyurur:

“Qiyamət günü, İlahi həddin icrasında bir şallaq azaldan hakimləri məhşərə gətirəcəklər və ona deyiləcək: Nəyə görə belə etdin? Cavab verəcək: Sənin bəndələrinə rəhm etdiyimə görə etdim.

Pərvərdigarı aləm buyuracaq: Məgər sən onlara nisbət, Məndən çox mehriban idin?! Göstəriş verəcək ki, onu atəşə atın!

Başqasını gətirərlər ki, İlahi həddən bir şallaq da artıq vurublar. Ona deyiləcək ki, nəyə görə bu işi gördün? Cavab verəcək: Bununla, Sənin bəndələrini günahdan çəkindirirdim. Allah taala buyurar: Sən, Məndən çox agah və həkim idin? Sonra göstəriş veriləcək ki, onu da cəhənnəmə atın![352]

3. Mö`minlərdən bir dəstəsinin cəzalanma səhnəsində hazır olub, onu müşahidə etməsi lazımdır. Çünki, hədəf təkcə bu deyil ki, günahkar ibrət alsın, bəlkə də hədəf budur ki, onun cəzalanması başqalarına da ibrət dərsi olsun. Ona görə ki, əxlaq pozğuntuları şəxsdən cəmiyyətə sirayət edir. Hökm, məhkəməyə çəkildiyinə görə hökmün icrasında günahkarın abır-həyasının gözlənilməsinin heç bir mə`nası yoxdur. Əksinə, onu, qanunu pozan kimi tanıtdırıb, şər`i qanunun möhtərəm və müqəddəs olmasını e`lan etmək lazımdır.

Bu ayədə, kişi ilə qadına, zinakarlıq əməlinə görə yüz şallaq (qamçı) vurulması hökmü gəlib. Hökm ümumidir. Əlbəttə, bə`zi yerlərdə müstəsna var ki, sonradan ona işarə edəcəyik. Belə bir hökmün icrasında müəyyən şəraitlər zikr olunmuşdur:

Birinci: Zinakar şəxs həddi buluğa yetsin. Yə`ni, qadın və kişi həddi buluğa yetişmiş olsun. Beləliklə, bu hökm, həddi buluğa yetişməyən uşaqlar barəsində icra olunmur.

İkinci: Zinakar, özünün ixtiyarı ilə və azad şəkildə bu əmələ mürtəkib olmuş olsun. Beləliklə, hər kim zorla bu əmələ məcbur edilsə, haqqında hökm icra olunmaz.

Üçüncü: Zinakar kişi və qadın ağıllı və aqil olmalıdırlar. Beləliklə, divanə və məcnunlar müstəsnadır.[353]

Ayətullah Xomeyni buyurur: “Zina əməlinə mürtəkib olan şəxs, bu əməlin şəriətdə haram olmasını bilib, ya özü müctehid olsun, ya da təqlid yolu ilə bilməli olsa, onun haqqında hökm icra olunur. Beləliklə, hər kimin bu işin haram olmasından xəbəri olmasa, hökm onun barəsində icra olunmaz.

Yuxarıdakı hökmlərdən müstəsna olunanlardan, “möhsin və möhsinənin"zinakarlığıdır. “Möhsin”dən məqsəd budur ki, kişi, arvadı ola-ola və arvadına əli yetən halda, zina etsin. “Möhsinədən"məqsəd budur ki, qadının əri olub və ona əli çatan halda, zina etsin. Hər vaxt belə şəxslər şər`i yolla cinsi əlaqədə olmaq imkanı olan halda, zina etsələr, hökmləri e`damdır. Başqa müstəsna isə kişinin məhrəmləri ilə zina etməsidir. Onun da hökmü e`damdır. Həmçinin, başqasını zorla zinaya çəkmək, onun da icrası e`dam hökmüdür.

ZİNA HÖKMÜNÜN İCRASININ ŞƏRAİTİ

1. Zinakarlıq əməlinin sübut olunmasından ötrü və həddin icrasına görə dörd nəfər adil şahid, kişi yaxud, üç kişi və bir qadın şahid və ya iki kişi və dörd adil qadın şəhadət verməlidirlər.

2. Şəhadət verənin sözləri ilə zina işinin baş verməsi imkanı eyni olmalıdır.

3. Şahidlərin sözləri, zinanın baş verdiyi zamanla uyğun gəlməlidir (hamısının sözü).

4. Bütün şahidlər eyni vaxtda əməli görmələrinə şəhadət verməlidirlər.

5. Hər vaxt dörd nəfər adil kişi, zinakarlığın baş verməsinə şəhadət versələr və eyni halda zina edən qadını tanımasalar, şəhadətləri qəbul deyil.

6. Hər vaxt dörd nəfər adil kişi, zina əməlinin baş verməsini dörd nəfərdən hekayət etsələr, qəbul deyil.

7. Hər vaxt dörd nəfər kişidən, üç nəfəri bir yerdə zinaya şəhadət versə və dördüncüsü, şahid durmaqdan çəkinsə, yaxud, onunla üç nəfər kişinin şəhadətində ixtilaf olsa, şəhadətləri qəbul olmayıb, hər üç nəfər barəsində "qəzf" hökmü icra olunar.[354]

İBADİ ƏMƏLLƏRİNİN HAQQI

10. NAMAZIN HAQQI

فَأَمَّا حَقُّ الصَّلاةِ فَأَنْ تَعْلَمَ أنّهَا وِفَادَةٌ إلَى اللهِ وَأَنَّكَ قَائِمٌ بهَا بَيْنَ يَدَيِ اللهِ، فَإذَا عَلِمْتَ ذَلِكَ كُنْتَ خَلِيقًا أَنْ تَقُومَ فِيهَا مَقَامَ الذَّلِيلِ الرَّاغِب الرَّاهِب الْخَائِفِ الرَّاجِي الْمِسْكِينِ الْمُتَضَرِّعِ الْمُعَظِّمِ مَنْ قَامَ بَيْنَ يَدَيْهِ بالسُّكُونِ وَالإطْرَاقِ وَخُشُوعِ الأَطْرَافِ وَلِينِ الْجَنَاحَ وَحُسْنِ الْمُنَاجَاةِ لَهُ فِي نَفْسِهِ وَالطَّلَب إلَيْهِ فِي فَكَاكِ رَقَبَتِكَ الَّتِي أَحَاطَتْ بهِ خَطِيئَتُكَ وَاسْتَهلَكَتْهَا ذُنُوبُكَ. وَلا قُوَّةَ إلا باللهِ.

Amma, sənin boynunda namazın haqqı budur ki, namazın Allah dərgahına daxil olma vəsiləsi olduğunu biləsən. Onu da biləsən ki, sən namazda olarkən, Allah dərgahında dayanmısan. Bəs bu mətləbə diqqət edib, Xaliqinin müqabilində qərar tutsan, yaxşı olar ki, Allah dərgahında zəlil, təvazökar, Ondan qorxan, ümidvar, miskin, Ona müştaq halətində olasan. Qarşısında durduğunu böyük sanasan. Aram, başı aşağı və bütün əzaların təvazökar halətdə olsun. Onun əzəmətini dərk et, ən gözəl şəkildə dua və razi-niyazla istə ki, səni uçurum kənarına çəkmiş xətalar və günahların əzabından xilas etsin. Güc və qüvvə yalnız, Onun tərəfindəndir!”

İmam Səccad (əleyhissalam) namazın haqqının bəyanında əvvəlcə, namazın əhəmiyyət və əzəmətinə işarə edir. O da budur ki, namaz, yük tutmaq və Allah dərgahına getmək üçün bir vəsilədir. Nəhayət, maddə aləmindən hicrət etmək vasitəsidir.

Namaz, insanı özünə məşğul edən bütün şeyləri unutdurub, arxada qoyur. İnsan bu yolla, İlahi əzəmətə diqqət edib, zülmət və qaranlıq aləmdən nurani bir aləmə daxil olur. Belə bir səfər və hicrət, Həzrətin qeyd elədiyi xüsusiyyətlərlə olmalıdır. Bütün bunlara bəhsimizin ortasında işarə edəcəyik.

NAMAZ, ƏN BÖYÜK İBADƏTDİR!

Müqəddəs İslam dini, öz ibadət proqramlarında namazı bütün əməllərin başında qərar vermiş, xüsusi tövsiyə və sifarişlə onun xüsusi əhmiyyətini, tərəfdarlarına çatdırmışdır.

Müqəddəs İslam dini, oğlan yaxud, qız, həddi buluğa yetən zaman namazı beş vaxt onlara vacib edir. Belə ki, əgər hər hansı üzrə görə onu qıla bilməsələr, sonradan qəzasını yerinə yetirməlidirlər. Namazın vacib olma vaxtları gün uzunu fərq edir. Namaz əhlinin vəzifələrindən biri də namaz vaxtını bilməsidir.

QUR`ANDA NAMAZ VAXTLARI

Qur`an ayələrində, bə`zən işarə ilə bə`zən də aşkarcasına namazın vaxtları bəyan olunub. Onlardan “Hud"surəsində belə buyurur:

“Namazı, gündüzün iki başında və gecənin əvvəllərində qıl! Həqiqətən, yaxşı əməllər pis işlər