A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Bu ayələrdə Allah, insanların vicdanını hökm etməyə çağırır və ya vicdanlarını oyadır ki, yemək və içməli şeylər barəsində fikirləşib, Allahın əzəmətinə iman gətirsinlər..

QİDANIN İNSANIN RUHUNA TƏ`SİRİ

Yeməklərin, insanın təkcə bədəninə yaxşı və pis tə`siri yoxdur, bəlkə də mə`nəvi və əxlaqi baxımdan da ruhuna yaxşı və pis tə`sir edir. Bunu bütün dünya alimləri qəbul edirlər. Dünyanın ən çox inkişaf etmiş analiz texnikaları, qida maddələrinin təbii ünsürlər və kimyəvi cəhətdən tərkibinin miqdarını tə`yin edə bilərlər. Lakin, qidanın insana mə`nəvi cəhətdən tə`sirinin həmişə ölçülməyə qabiliyyəti yoxdur. Ən azı bu günə qədər belə bir texnika tapılmayıb.

Həzrəti İmam Sadiq (əleyhissalam) bu barədə buyurur: “Allah-taala, hər bir yemək və içməli şeyi yalnız, onların mənfəət və məsləhətinə görə halal etmişdir. Həmçinin, hər bir haram olan yemək və içmək yalnız onlarda fəsad və zərər olduğuna görədir.”[303]

İslamda övliyalar, həmişə cismlərin zərərlərinə, yemək və içməli şeylərin ruha tə`sirinə diqqət yetirmişlər. Bə`zi vaxtlar cisimlərin fəsad cəhətlərini, mə`nəvi zərərlərini və ruha mənfi tə`sirlərini zikr etmişdir.

QAN İÇMƏK VƏ QƏSAVƏT!

İmam Sadiq (əleyhissalam) qanı içməyin bədənə olan zərərlərini zikr etdikdən sonra haram olma səbəbi barəsində buyurur:

“Qan içmək insanı pis xasiyyətli və qəlbi qəsavətli edir. Mehribançılığı o qədər azaldır ki, öz övladını öldürmək, yaxud əlini atasının qanına batırmaq kimi xətərli işlər görə bilər.”[304]

ŞƏRABIN TƏ`SİRLƏRİ!

İmam Sadiq (əleyhissalam) şərabın haram olması səbəbi barəsində buyurur:

“Həmişə şərab içməyə adət edən şəxs bütpərəst kimidir. Şərab insanı fələc edir. Şəxsin əxlaqi və kişilik xarakterini aradan aparıb məhv edir. Qanaxmaya səbəb olub, sonsuzluq gətirir.”[305]

Şərab insanı elə cəsurlaşdırır və ağlını əlindən alır ki, qan tökməkdən qorxusu olmaz. Şərabla qan içməyin zərərlərini ölçmək olar, lakin, qəlbin daşlaşmasını heç bir labaratoriyada ölçmək mümkün deyil.

ŞƏRABIN ZEHNƏ, ƏSƏBLƏRƏ VƏ BƏDƏNİN BAŞQA ÜZVLƏRİNƏ TƏ`SİRİ

1. Şərabın tə`sirindən zehnin hüceyrələri işdən düşür. Çox vaxt şərabın tə`sirindən zehnin nazik qan damarları deşilir və ya zehndə qan laxtalanması baş verməklə, qanın cərəyanının qarşısını alır. Bu da naqis, yaxud kamil şəkildə infarkta səbəb olur. Bə`zən qanın təyziqinin artmasına səbəb olub, nəticədə fələc doğulmağa, yaxud bədən üzvlərinin naqisliyinə səbəb olur.

2. Şərab müxtəlif xəstəliklərə səbəb olur. O cümlədən, iflic, əl və ayaqlarda taqətsizlik, insanın bədən əzalarını kontrol edə bilməməsi, zahiri və batini hisslərin zəifləməsi, nəticədə yuxusuzluq xəstəliyinə tutulmasına səbəb olur.

3. Şərab, dilin üzünü və dadma hissini zay edir. Ağzın dadını azaldıb, ağız suyunun nəzmini pozur, həmçinin, mə`də tellərini dəbərdib, şirəsini azaldır. Həzm sistemlərini bağlamaqla (pipsin xistəliyinə), çox vaxt qanlı qusmaya səbəb olur. Müxtəlif mə`də xəstəlikləri, bağırsaq və onun genişlənməsinə, bağırsaq keişləniməsi və həzm sistemlərinin üfunəti, nəhayət, çətin sağalan qarın ağrısı xəstəliklərinə səbəb olur.

4. Şərab, cigəri qüvvədən salıb vərəmləşdirir. Ağ ciyəri zəiflədir, onda ağrılar yaradır və qarın boşluğunda narahatçılıqlar əmələ gətirir. Çox vaxt böyrəkdə və ya gözdə sarılıq adlı xəstəlik yaradır.

5. Şərabın ən mühüm tə`siri, tənəffüs sistemində sel və təngənəfəslik yaratmasıdır. Çünki, şərab qanla birlikdə bağırsaqlara daxil olub onu vərəmləşdirir. Bu hərəkət bədənin kalsiumunu aradan aparır və bağırsağın əməlini saxlayıb, nəticədə sel xəstəliyinə səbəb olur.[306]

ŞƏRAB DƏLİLİYİN AMİLİ!

Şərab içkiləri divanəlik və dəliliyin ilk amillərindəndir. Xəstəxanalardan götürülmüş statistka nişan verir ki, əksər divanələr uzun illər şərab içməklə ömürlərini keçirmişlər. "İctimai bəlalar" kitabında jurnallardan birinə əsasən yazır:

“Həkimlərin araşdırmalarına görə Fransada 200000 (iki yüz min) divanə var. İngiltərədə dəqiqləşib ki, divanələrin 90%-i şərab içkiləri nəticəsində bu hala düşmüşlər.

ŞƏRABIN NƏSLƏ TƏ`SİRİ!

Yuxarıda adı çəkilmiş kitabda yazılır: “Şərab nütfə hüceyrələrində pis tə`sir qoyur. Belə ki, alman həkimlərindən biri sübuta yetirmişdir ki, əgər üç nəsl şərab içən olmasa da, şərabın tə`siri üç nəsl davam edir."

İslam bütün bu bildiyimiz və bilmədiyimiz zərərlərə görə spirtli içkiləri haram buyurmuşdur. İmam Səccad (əleyhissalam) buyurur: “Qarnını və mə`dəni İslam dininin haram buyurduqlarından qoru!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Hər kim şərab içənlə bir süfrə başında otursa, Allahın rəhmətindən uzaqdır.”[307]

Məşhur İslam alimi, ayətullah Dəstğeyb, Seyyid Əbül Ə`la Mə`dudinin "Tənqih" kitabından nəql edir: Amerika hökuməti şəraba qarşı mübarizədə bütün vasitələrdən, o cümlədən jurnal, qəzet, təbliğ, filmlər və konfranslardan istifadə edib bu yolda, səkkiz milyon dollardan çox pul sərf edir. On milyon sayda səhifədən ibarət kitab və jurnal çap etdirir. On dörd il ərzində təxminən 250 milyon dollar, şərabın qadağan olunmasına sərf edib, təxminən, 335 nəfəri zindana salmış, 16 milyon lirə şərabxorlardan cərimə almış, 455 milyon lirə həddində onlardan əmlak müsadirə etmişdir. Ancaq, bütün bu mübarizələr şəraba olan eşq və əlaqəni heç də azaltmamışdır. Belə ki, 1932-ci ildə şərabın qadağan olunması qanununu ləğv olmuş, onu içməyi bütünlüklə azad etmişlər. Amma müqəddəs İslam dini, şərabın cahiliyyət dövründə su kimi içilməsinə baxmayaraq, az bir müddətdə onu haram bilmiş, İslam cəmiyyətini onun zərər və ziyanlarından hifz etmişdir.

Şərabın cismə olan tə`sirləri alimlərə gizlin deyil, lakin, kişilik xarakteri, əxlaqsızlıq xüsusiyyətlərinə vurduğu tə`sirləri labaratoriyalarda ələ gətirmək olmaz.

Bə`zi şəxslər öz qida sağlamlıqlarına və təmizliyinə o qədər diqqətlidirlər ki, azacıq da olsa ehtimal versə ki, yeməkdə zərər var, onu yeməkdən çəkinərlər. Lakin, öz ruhlarının sağlamlığına o qədər e`tinasızdırlar ki, hər bir çirkin sözü eşitməyə qadirdirlər. Əmirəl-mö`minin Əli (əleyhissalam) bu barədə buyurur:

“Təəccübdəyəm o şeydən ki, insanları qaranlıqda süfrə başında oturanda, nə yediklərini görməkdən örtü çıraq yandırdıqlarını görürəm. Amma, öz ruh və canlarına diqqət etmirlər. Nadanlıq və cahiliyyəti aradan aparıb, ağıl çırağını elm nuru ilə yandırmırlar, beləliklə də, e`tiqadlarında və əqidələrində sağlam olsunlar.”[308]

İmam Həsən Müctəba (əleyhissalam) bu barədə buyurur:

“Yeməklərində fikirləşib, ruh qidası barəsində fikirləşməyən kəsdən təəccüb edirəm. Halbuki, qarnından ona bir fayda gəlmir. Ruhu və fikri qorumaq isə onu pis işlərdən qoruyur.[309]

İslam dininin geniş və ali tə`limlərindən biri insanın yeyib-içdiyi şeylərə aid olub, insanlara düzgün qidalanma yolunu göstərməkdir. Faydalı və faydasız ətlər, qidalanmada miqdarını gözləmək, yağları, meyvələri və şirin şeylərdən istifadə etmək və göy-göyərti barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Günlərin birində, günorta yemək vaxtı Suveyd ibni Ğəflə, Əli (əleyhissalam)-ın yanına gəlir. Nəql edir ki: “Həzrət süfrə başında oturmuşdu. Əlində elə quru çörək vardı ki, arasında arpa dənələri gözə dəyirdi. Xidmətçilərin yanına gedib dedim: Nəyə görə Ağanın halına riayət etmirsiniz? Nəyə görə ona içində bu qədər arpa görünən, yaxşı üyüdülməmiş undan çörək verirsiniz?

Fizzə dedi: Bu, Ağanın öz göstərişidir. Sonra İmam (əleyhissalam)-ın yanına gedib onunla maraqlanır. Həzrət buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən öyrənmişəm.”[310]

İmam Sadiq (əleyhissalam) buyurur: “Həzrəti Süleymanın yediyi çörəyin unu, üyüdülməmiş arpadan idi.”[311]

Əhməd ibni Harun, İmam Rza (əleyhissalam)-ın hüzuruna gəlir. Həzrət göstəriş verir ki, yemək gətirsinlər. Süfrə salırlar və yemək gətirilir. Lakin, süfrə başında təzə göyərti olmur. Həzrət yemək yeməyib xadimə buyurur: Məgər bilmirsən ki, süfrədə təzə göyərti olmasa, yemək yemirəm? Xadim göyərti hazırlayıb gətirir. Həzrət yeməyi meyl edir.[312]

MƏ`DƏNİN SAĞLAMLIĞI HAQQINDA ƏN MÜHÜM GÖSTƏRİŞ!

Allah-taala Qur`ani-Kərimdə buyurur: “Yeyin, için, lakin israf etməyin, çünki, Allah israf edənləri sevməz!”[313]

Bu gün tibb elmində isbat olunmuşdur ki, sağlamlığın ən mühüm göstərişi budur. Çünki, alimlər öz təhqiqlərində belə bir nəticəyə gəlmişlər ki, bir çox xəstəliklərin sərçeşməsi, qidanın həzm olunmamış şəkildə bədəndə qalmasının səbəbindəndir. Bunlar qəlbdən ötrü ağır yük hesab olunur və bir çox xəstəlik və üfunətlərin səbəbidir. Beləliklə, mə`dənin sağlamlığının ilk addımı artıq zir-zibilləri yandırmaqdır. Belə zərərverici maddələrin əsası isə yemək-içməkdə israf və çox yeməklikdir. Bütün bunları, yeməkdə ifrat-təfriti gözləməklə aradan aparmaq olar.

XAÇPƏRƏST HƏKİMİN HARUN BARƏSİNDƏ NƏZƏRİ

Dahi Qur`an təfsirçisi Şeyx Təbərsi özünün "Məcməul-bəyan" təfsir kitabında belə nəql edir ki, Harun Ər-Rəşidin tibb sahəsində tanınmış bir həkimi varmış. Günlərin birində, bu həkim İslam alimlərindən birinə dedi: Sizin səmavi kitabınızda tibbdən bir şey görmürəm. Halbuki, ən faydalı elm, din və bədən elmləridir?!

Müsəlman cavabında dedi: Allah-taala bütün tibb göstərişlərini bir ayənin yarısında buyurub: “Yeyin, için, lakin israf etməyin!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) tibb haqqında göstərişini belə buyurub:

“Bütün xəstəliklərin evi mə`dədir. Pərhiz etmək, bütün xəstəliklərin dərmanıdır. Bədəninə nə adət vermisənsə, ondan qaçma!”

Xaçpərəst həkim dedi: Sizin kitabınız və Peyğəmbəriniz tibb elmində Calinusa (özünün adı) bir şey saxlamayıb.”[314]

İSLAMDA BAŞQA SAĞLAMLIQ GÖSTƏRİŞLƏRİ!

Çox yemək və az yemək hər ikisi pislənir. Əli (əleyhissalam) bu barədə belə buyurur: “Az yeməklik, bir çox xəstəlikləri aradan aparır.”[315]

Əlbəttə, o qədər az yox ki, insana zəiflik gətirsin. İmam Səccad (əleyhissalam) buyurur: “Əmirəl-mö`minin (əleyhissalam) buyurur: Çox yeməklik və yeməkdə ifrat-təfrit və yuxu, nəfsi fasid edir və bədəni isə pis zərərlərə salır.”[316]

İmam Kazim (əleyhissalam) buyurur:

Pərhiz, bütün dərmanların başlıcasıdır. Xəstəliklərin məkanı mə`dədir.”[317]

QARNIN DOYMASINDA PƏRHİZ ETMƏK LAZIMDIR!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Doyduqdan sonra təzədən yemək, "bərəs" xəstəliyinə səbəb olur.”[318] Yenə də buyurur: “Qəlbi, çox yeyib-içməklə öldürməyin. Çünki, tarlaya çox su veriləndə xarab olduğu kimi, qəlb də bununla ölür.”[319]

HARAM YEMƏKDƏN ÇƏKİNİN!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:

“Hər kim haram tikə yesə, qırx gecə namazı qəbul olmaz. Qırx gün duası qəbul olmaz və haramdan bitmiş ət atəşə layiqdir.”[320]

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Haram tikə, şəxsin qarnına düşdükdə, yerin və göylərin mələkləri ona lə`nət oxuyar. Nə qədər ki, haram tikə onun bədənindədir, Allah ona nəzər etməz. Hər kim haram tikədən yesə, Allahın qəzəbinə gələr. Əgər tövbə etsə, Allah onu bağışlayar. Yoxsa, Cəhənnəmə layiqdir.”[321]

Onun müqabilində halal yemək barəsində buyurur:

“Hər kim qırx gün yeməyində halallığı gözləsə, Allah-taala onun qəlbini nurani edər və hikmət çeşmələrini qəlbindən dilinə cari edər.”[322]

SAĞLAMLIĞIN RƏMZİ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Hər kim yeməyində pakizəliyi gözləsə, yeməyi yaxşı çeynəsə, iştahası olan halda yeməkdən ayrılsa və nəhayət, bağırsağı dolarkən boşaltmağı gecikdirməsə, xəstələnməz, ölüm gəlincəyə qədər heç bir xəstəliyə tutulmaz.”[323]

İmam Səccad (əleyhissalam) göstəriş verir ki, qarnı doldurmaqda ifrat və təfritdən çəkinək və yeməkdə mö`tədil olmaqa çalışaq.

Çox yeməkliyin pisliyi və tə`sirlərinə işarə olundu. Axırda aclığın və qarnın haqqının qorunmamasının zərərlərinə işarə edək.

Aclıq, bəşərin ən xətərli halətidir. Ac insan sanki, din və imanını yaddan çıxarıb, mehr və rəhməti unudur. Qarnını doldurmaqdan ötrü vəhşi yırtıcı kimi olur. Hicrətin üçüncü ilində Bəsrə şəhərində böyük bir inqilab olur. “Zənci sahibi”, bir neçə il hakimiyyəti dövründə, dəhşətli qətllərə əl atır. Minlərlə kişi, qadın və uşaqı qılıncdan keçirir. Canlarını qurtaranlar qorxudan gizlənmiş, yemək ələ gətirməkdən ötrü gecələr qorxa-qorxa, gizli çölə çıxırdılar. İş-güc aradan getmiş, əkinçilik və heyvandarlıq tə`til olmuşdu. Bütün məntəqəni aclıq və qıtlıq bürümüşdü. İnsanlar bir müddət it və pişik ətindən yeyirlər. Sonra ölü ətlərini yeməyə başlayırlar. Bə`zən yarı can verəni öldürüb, onun ətini yeyirdilər.

O zaman bir qadını, kəsik başı əlində tutub ağladığını görürlər. Ağlamağı barəsində soruşdular. Cavab verir:

“Aclar bacımın başının üstünü almışdılar ki, ölsün, onun ətini yesinlər. Hələ ölməmişdi ki, parə-parə etdilər və ətini böldülər. Lakin, mənə qarşı zülm etdilər və ətindən mənə pay vermədilər. Yalnız, başını mənə verdilər ki, yeyəm.”[324]

Bacı, aclığın tə`sirindən hissiyyatını elə itirir ki, bacısının öldürülməsi barəsində yox, onun ətindən ona pay düşməməsi barəsində fikirləşib ağlayır.

QARNIN ŞƏR`İ HÖKMÜ

Fəqihlər, birisinin qarnına zərbə dəysə və bovl və ğaitini saxlaya bilməmək həddində zərər görmüş olsa, onun qan bahasını, insanın tam qanbahasının üçdə biri qədər tə`yin etmişlər. "Təkmilətul-minhac" kitabında oxuyuruq:

Əgər birisi digərinin qarnına zərbə vursa, belə ki, öz bovl və ğaitini saxlaya bilməmək həddində olsa, insanın qanbahasının üçdə biri qədər ödəməlidir. Yaxud, zərbəni elə vursa ki, özünü bulasa, (həmin hökmdədir)."

Yenə buyurur: Əksər alimlər İmam Sadiq (əleyhissalam)-ın da rəvayətini təsdiqləyirlər:

“Birisi digərinin qarnına zərbə vurmuşsa, belə ki, özünü bulamışsa, hökmünü Həzrəti Əli (əleyhissalam)-dan soruşdular. Həzrət buyurdu: Ya onun qarnına həmin zərbəni vursun (qisas), yaxud, insanın tam qanbahasının üçdəbiri qədər qanbahası versin!”[325]

9. NAMUS HAQQI

وَأَمَّا حَقُّ فَرْجِكَ فَحِفْظُهُ مِمَّا لا يَحِلُّ لَكَ وَالاستِعَانَةُ عَلَيْهِ بغَضِّ الْبَصَرِ - فَإنَّهُ مِنْ أَعْوَنِ الأَعْوَانِ- وَكَثْرَةُ ذِكْرِ الْمَوتِ وَالتَّهَدُّدِ لِنَفْسِكَ باللهِ وَالتَّخوِيفِ لَهَا بهِ، وَباللهِ الْعِصْمَةُ وَالتَّأْيِيدُ وَلا حَوْلَ وَلا قُوَّةَ إلا بهِ.

“Amma, abır-həyanın (namusunun) sənin boynundakı haqqı odur ki, onu, sənə halal olmayandan qoruyasan. Bu yolda, gözünü haram olunmuşlara örtməklə kömək al. Çünki, göz, ən yaxşı köməkdir. Bundan başqa ölümü çox yada salıb, nəfsini Allahın qorxusu ilə hədələməklə kömək al. Bu yolda özünü qorumaq və möhkəm olmaq fürsəti Allahdandır. Onun tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!”

"Fərc" ərəbcədən "iki şeyin arasındakı boşluğa" deyilir və cəm şəkli, “furuc”dur. Həmçinin, deşik, para mə`nalarında da gəlir. "Fərc" kişi və qadında bovl və ğait çıxan yerdir. Lüğətçi Rağib İsfahani yazır: "Fərc" iki ayağın arasına deyilir. Bə`zən onlara "qubul" və “dubur"da deyilir. Çox vaxt həmin mə`nalarda istifadə olunur. "Məcməul-bəyan" təfsir kitabında, "Mö`minin" surəsinin 5-ci ayəsinin şərhində "Leysi" adlı lüğətçinin dilindən yazır: “Fərc”, kişi və qadında olan ayıb yerlərə deyilir.[326]

“Fərc”i və namusu qorumaqdan məqsəd, (rəvayətlərdə qeyd olunduğu kimi) onu başqalarının gözündən örtməkdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib:

Qur`anda hər yerdə “fərcləri qorumaq”dan söz deyilibsə, məqsəd zinadan qorumaqdır. Yalnız, bu ayədəki “fərc”i qorumaq, yə`ni, baxmaqdan qorumaq mə`nasındadır.”

Bu hədis, "Nur" surəsinin 31-ci ayəsinin şərhində gəlib:

“Mö`min qadınlara de ki, gözlərini haram buyurulmuşlardan örtsünlər və fərclərini qorusunlar!”[327]

CİNSİ HİSSİYYAT

Cinsi hissiyyat, bəşərin həyatında ən mühüm ləzzət meyllərindən biridir. Güclü cazibə və qüdrətli çəkməsi ilə qadın və kişini bir-birinə tərəf şiddətlə aparır. Onlar eşq və əlaqə ilə çalışırlar ki, bir-birinə qovuşsunlar. Bu cəhətdən, “kişi və qadın rabitəsi"məsələsi, cinsi cəhətdən bütün əsrlərdə dini və elmi sahədə mübahisələrə səbəb olmuşdur. Bu barədə, ifrat, təfrit və mö`tədil şəkildə müxtəlif nəzəriyyələr, irəli sürülüb.

İFRAT NƏZƏRİYYƏ

Hissiyyatların azad həsab olunması nəzəriyyəsi və tərəfdarlarından Freyd və başqaları, cinsi meyllər barəsində hədsiz dərəcədə ifrata varmışlar. Freyd, öz sözlərində cinsi meyllərin fəaliyyət miqyasını genişləndirmiş, öz məktəbinin əsasını təşkil edən "cinsiyyət" məsələsini geniş mə`nada şərh etmişdir. Nəticədə, insanın bir çox müstəqil fitri məsələlərinin cinsi meyllərdən ayrıldığını iddia etmişdir. Ən mühümü budur ki, bu meyli, bəşərin mədəniyyətinin və inkişafının əsası qərar vermişdir.

Freydin nəzəriyyəsinə görə cinsiyyətdən sərçeşmə alan ləzzəttələblik və murada yetmək meyli, həddi buluğa yetmiş şəxslərə məxsus deyil. Cinsi meyl, həyatın bütün dövrlərində var. Xırda uşaqlar analarının döşünü həmin niyyətlə əmirlər və ondan ləzzət alırlar. Hədsiz cinsiyyət meylləri, Freydin psixoloji bəhslərinin əsasıdır. O, iddia edir ki, cinsi meyllər ictimai və ya başqa amillər vasitəsi ilə mahar olunduqda geri çəkilir və batində özünə yer açır. Şiddətli sıxıntılarla, batini pozuntular əmələ gətirir və bu da insanı ruhi xəstəliklərə düçar edir.

Freydin əqidəsinə görə bütün inhiraf növləri və ruhi pozuntular cinsi meyldən başlayır. Ruhu müalicə edən şəxs, xəstənin bütün batini keçmişindən xəbərdar olmasına müvəffəq olmalıdır.[328]

Freydin müxalifləri, tibbi cəhətdən deyirlər: Nəyə görə bütün ruhi inhirafların əsas səbəbini şəhəvani qüvvədə axtarıb, müalicə yolunu oradan başlamaq lazımdır? Freydin ən böyük səhvi budur ki, o, psixoloji pozuntuları cinsi meyllərin adi halda olmamasının səbəbi bilir və şəxsin maddi, iqtisadi, ictimai mühitinin səviyyəsinə diqqət yetirmir. Məsələn, əgər birisi, işsizlik, fəqirlik, həyat yoldaşının və uşaqlarının aclığının səbəbindən ruhi pozuntuya düçar olarsa, cinsi meylin bu xəstəlikdə heç bir rolu yoxdur. Bu problemi aradan qaldırmaqdan ötrü cinsi meyllərə yox, iş, çalışmaq və pula ehtiyac var.

KİLSƏ VƏ CİNSİ MEYLLƏR ( TƏFRİT NƏZƏRİYYƏSİ)

Kilsə tərəfdarları və bir sıra məzhəblər, həmçinin, bə`zi fəlsəfə və əxlaq alimləri, cinsi meylləri heyvani əməl bilib, onu pis və çirkin hesab edirlər. Onlar, cinsi meyllər yolunda təfrit yolunu tutub, bu meyli tamamilə özlərində məhv etməyə çalışırlar. Xaçpərəstlərin böyük şəxsiyyətlərindən biri sayılan "Sen Jerm" həmişə, tə`kidlə deyərdi: “Evlənmək ağacını subaylıq baltası ilə kökündən kəsək!”

Kilsə əməlində görürü