A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1)
Müəllif:
Naşir: Ənsari
Çap tarixi: 2000
Səhifələrin sayı: 195
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Beldən aşağı insanın bədəni, bud və baldır və ayaqdan təşkil olunmuşdur. Bel, insanın bütün aşağı qisməti ilə yuxarı qismətini bir-birinə bağlayır. Bel, oturacaq sümüyünün axırı, iki tərəfdə və qarşıdakı sümükdən təşkildir.

Arxadakı sümüklər qabaq sümüklərlə bir-birinə bağlanır. Bu sümüklər öz aralarında çökəklik yaradır və buna "long" çökəkliyi deyilir. Kəmərbəndə birləşən sümüklər ümumilikdə üç sümükdən ibarətdir: Oturacaq sümüyü, qabaq sümüklər, vərək sümükləri.

BUD SÜMÜYÜ

Bu sümük, təklikdə budun bənd sümüyünü təşkil edir. Yuxarı tərəfdən oturacaq sümüyü, aşağı tərəfdən isə baldır sümüyü ilə birləşmişdir. Bilmək lazımdır ki, bud sümüyü ayaq üstə durarkən daxilə tərəf təmayülli olur. Qadınlarda oturacağın geniş olduğuna görə bu sümüyün daxilə tərəf əyilməsi daha çoxdur.

Bud sümüyü, bədənin uzun sümüklərindən olub, bir tikədən və iki sonluqdan ibarətdir. Bud sümüyünün quruluşu üçbucağa oxşar və üç tərəflidir. Bud sümüyünün yuxarı tərəfinin özü iki qismətdən ibarətdir: Baş və boyun tərəf.

Bud sümüyünün baş qisməti, saf və kürəvi şəkildədir. Yuxarı, daxil və qarşı tərəf istiqamətindədir. Eni təxminən, 5sm. həddindədir. Bud sümüyünün baş tərəfi möhkəm xətlə oturacaq çökəkliyinə bağlıdır. Bu yolla, qan damarları bud sümüyünə gedir. Yaşlı şəxslərdə əgər bu bağlılıq pozulsa, ola bilsin qan çatışmamazlığı üzündən bud sümüyünün baş tərəfi aradan getsin. Boğaz qisməti nazik sümük olub, bud sümüyünün baş sümüyü özünə birləşdirir.

Bud sümüyünün aşağı sonluğu geniş şəkildə olub, aşağıdan baldır sümüyü ilə birləşir. Bu oynağa, diz oynağı deyilir. Diz sümüyünün quruluşu geniş olub, daxilində əsəb sistemi və damarlar yerləşir.

DİZ SÜMÜYÜ

Diz sümüyü, dairəvi şəkildə bədəndə olan ən böyük üçbucağa oxşar sümükdür. Bu sümük dizin qabağa əyilməsinə mane olur və diz oynağına bitişikdir.

AYAĞIN BALDIR SÜMÜKLƏRİ

Ayağın baldır sümükləri, iki uzun sümükdən təşkil olunmuşdur. Biri daxili tərəfdə, ikincisi isə xarici tərəfdə yerləşir. Bu iki sümük, yuxarı və aşağı qismətlərdə oynaq vasitəsi ilə bir-birinə birləşmişdir. Ancaq, qalan yerlərdə bir-birindən ayrıdırlar.

BALDIR SÜMÜYÜNÜN QALINLIĞI

Baldır sümüyünün qalınlığını bu şəkildə təsəvvür etmək olar ki, iki sonluq tərəfi olan sümükdən ibarətdir. Bu sümüyün qalınlığı o birisinə nisbətən çoxdur. İki çıxıntısı var. Yuxarı tərəfdən bud sümüyünün sonuna bitişik, aşağı tərəfdən isə ayağın oynağına bağlıdır.

BALDIR SÜMÜYÜNÜN NAZİK QİSMƏTİ

Bu sümük də nazik və uzundur. Baldır sümüyünün xarici tərəfində yerləşir. Bir quruluşu və iki başı var. Yuxarı baş qisməti, bud sümüyünə birləşmir. Lakin, o biri qalın sümüyün yuxarı tərəfi bud sümüyü ilə birləşir.

AYAQ SÜMÜKLƏRİ

Ayağın bənd sümükləri üç qismətdən təşkil olunmuşdur: 1-Ayağın oynaq sümükləri; 2-Ayağın alt sümükləri; 3-Ayağın barmaq sümükləri.

1. OYNAQ SÜMÜKLƏRİ

Ayağın oynaq sümükləri yeddi sümükdən ibarətdir. Bunların hamısı iki sırada qərar tutmuşdur. Aşağı qisməti iki qab və oturacaq sümüyüdür. Qabaq qismətində isə beş kiçik sümük var. Burada baldır sümüyünə birləşmiş qab sümüyünün quruluşunu zikr edirik.

QAB SÜMÜYÜ

Bu qısa sümük, yuxarıdan baldır sümüyünə, aşağıdan oynaq sümüyünə, qarşı tərəfdən isə ayaq oturacaq sümüyünə birləşmişdir.

OYNAQ SÜMÜYÜ

Bu qısa sümük təklikdə ayaq çıxıntısını təşkil edir və qab sümüyünün altında yerləşir.

2. AYAĞIN ALTININ QÖVSÜ

Ayağın altının sümükləri tərtiblə düzülməklə ayağın altında əyrilik əmələ gətirmişdir. Yə`ni, ayağın altı, adi halətdə oturacaqlı deyil, bəlkə də qövsvari olub, ayağın altının orta tərəfi, ayağın arxa və qarşı tərəfindən yuxarıda qərar tutmuşdur. Bu qövslər ayağın eni və uzunu istiqamətindədirlər.

Onların məcmuəsi, ayaq üstə durarkən sıxıntıya düzümlü olub, yol gedərkən isə fənər şəklinə düşür. Bu qövslərin azalması elə bir halətə səbəb olur ki, ona ayağın taxtı deyilir.

3. AYAĞIN BARMAQ SÜMÜKLƏRİ

Ayağın barmaq bəndinin sümükləri əl sümüklərindən bir az qısadır. İki ayaq baş barmağı, ən uzundurlar. Hər barmağın üç bəndi var. Ayaq barmaqlarının sümükləri, əl sümüklərinin əksinə olaraq daxildən xaricə tərəf sayılır. Bu tərtiblə, birincidən beşinciyə qədər ayaq barmağı adlanır. Başqa sözlə desək, ayağın baş barmağını birinci barmaq adlandırırlar.

AYAĞIN ŞƏRİƏTDƏ DƏYƏRİ

Ayağın fiziki quruluşunu öyrəndikdən sonra, onun fiqhi dəyəri və şəriətdəki hökmü barədə bəhs edək. İmam Səccad (əleyhissalam) bu böyük ne`mət barəsində, ayağın işlərinin əxlaqi cəhətlərini xatırlatdı. Amma, insanın hərəkət və yol getməsinə səbəb olan bu üzvün nə qədər dəyəri var?

"Təkmilətül-minhac" kitabında belə yazılır:

“İnsanın iki ayağının kəsilməsi, tam bir insanın qanbahası qədərdir. Hər bir ayağın qanbahası isə insanın qanbahasının yarısı qədərdir. Bu işdə heç fərq yoxdur ki, ayaq oynaqdan, baldırdan yaxud, dizdən kəsilmiş olsun.”[280]

Ayaq barmaqlarının hamısının kəsilməsi də insanın tam qan bahası qədərdir. "Müxtəsərün-Nafe" kitabından oxuyuruq:

"İki ayağın kəsilməsi tam insanın qan bahası qədərdir. Onların hər birinin kəsilməsi isə insanın tam qan bahasının yarısına bərabərdir. İki ayağın həddi, ayağın baldırdan ayrılması yeridir. Ayağın barmaqlarının da hökmü, əlin barmaqlarının hökmündədir. (Necə ki, sonrakı bəhsdə gələcək.)

7. ƏLİN HAQQI

وَأَمَّا حَقُّ يَدِكَ فَأَنْ لا تَبْسُطَهَا إلَى مَا لا يَحِلُّ لَكَ فَتَنَالَ بمَا تَبْسُطُهَا إلَيْهِ مِنَ اللهِ الْعُقُوبَةَ فِي الآجِلِ، وَمِنَ النَّاسِ بلِسَانِ اللائِمَةِ فِي الْعَاجِلِ، وَلا تَقْبضَهَا مِمَّا افْتَرَضَ اللهُ عَلَيْهَا وَلَكِنْ تُوقّرَِهَا بقَبْضِهَا عَنْ كَثِيرٍ مِمَّا يَحِلُّ لَهَا وبَسْطِهَا إلَى كَثِيرٍ مِمَّا لَيسَ عَلَيْهَا، فَإذَا هِيَ قَدْ عُقِلَتْ وَشُرِّفَتْ فِي الْعَاجِلِ وَجَبَ لَهَا حُسْنُ الثَّوَاب فِي الآجِلِ.

“Amma, əlinin sənin boynundakı haqqı budur ki, sənə halal olmayan şeyə əlini uzatma. Çünki, gələcəkdə Allah-taalanın əzabından və əhalinin məzəmmətgər dilindən amanda qalmazsan. Gözlə ki, sənə vacib olan işlərədə əlinin qarşısını alma. Ona elə ehtiram et ki, haram olunmuşlardan saxla! Çünki, əgər əl, bu dünyada haramdan çəkinsə və ya məntiq, əql və şərafətlə iş görsə, Axirətdə qiymətli mükafat və savaba nail olacaq!”

"Yəd" sözü ərəbcə, "əl" mə`nasında, cəm şəkli isə Qur`anda "əydi" gəlmişdir. "Fəth" surəsinin 20-ci ayəsində gəlib:

"Allah, insanların sizə qarşı uzanmış əllərini kəsdi!" Lakin, "yəd" sözü Qur`anda bir neçə mə`nada işlənib:

1. Qüdrət, səltənət və mülk mə`nasında. "Ali İmran" surəsinin 26-cı ayəsində oxuyuruq:

“Xeyir yalnız, Sənin səltənət və qüdrətindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!”

Qur`anda "yəd məğlulə" (bağlanmış əl), bir şeyin qarşısının alınmasına və simicliyinə deyilir. Necə ki, "yəd məbsutə" (açıq əl) onun əks mə`nasındadır. "Maidə"surəsinin 64-cü ayəsində oxuyuruq: “Yəhudilər dedilər: Allahın əlləri bağlıdır. Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lə`nətə gəlsinlər. Xeyr! Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər!”

2. Qüvvə mə`nasında. "Sad" surəsinin 45-ci ayəsində oxuyuruq: “Bəsirət və qüvvə sahibi olan bəndələrimizi İbrahimi, İshaqı və Yə`qubu da yad et!”

ƏL, FƏSADIN SƏRÇEŞMƏSİ OLA BİLƏR

Allahın insana verdiyi iki əl, böyük ne`mətlərdən hesab olunub, insanın tam qanbahası qədər varsa da, bir çox günahlar və bədbəxtçiliklər həmin əldən sərçeşmə alır. Qur`an onlardan bə`zilərinə işarə edir. "Rum" surəsində buyurur:

İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bə`zi günahların cəzasını daddırsın və bəlkə, onlar (haqqa tərəf) qayıtsınlar!”[281]

Şübhəsiz, hər bir xilaf iş cəmiyyətdə, daha sonra isə hər bir şəxsdə tə`sir qoyur. Bunlar da ictimai fəsadın yaranmasına səbəb olur. Tə`sir və əks-tə`sir öz işini yerinə yetirir. Bir çox bədbəxtliklər insanın əli ilə icra olunur. "Şura"surəsində buyurur:

“Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır. Bir çoxlarını da bağışlayır.”[282]

Bu ayə, yaxşıca nişan verir ki, insanın başına gələn hər bir müsibət bir növ İlahi cəzadır. Ona görə də, Allah-taala "Bəqərə" surəsində buyurur:

“Allah yolunda xərcləyin. (İnfaqı tərk etməklə) öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.”[283]

Bu ayədən istifadə olunur ki, bir çox təhlükələr və həlakətlər insanın öz əli ilə baş verir. Ona görə də Qur`an xəbərdarlıq edir və ondan çəkindirir.

İnsan bə`zən öz əlləri ilə tikdiyi evi həmin əlləri ilə viran edir. "Həşr" surəsində oxuyuruq:

“Allahın əzabı onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar öz evlərini həm öz əlləri, həm də mö`minlərin əlləri ilə uçurdub dağıdırdılar.”[284]

Bu ayə, yəhudilərə aiddir. Bə`ziləri deyirlər: Onlar qalaların daxilindən divarları uçurub qaçırdılar. Mümkündür, bu mə`nada olsun ki, nadanlıq və inadkarlıqlarına görə öz həyatlarını bada verdilər.

Hər halda Allah-taala buyurur: Bə`zi insanlar öz səadətlərini öz əlləri ilə aradan aparırlar.

QƏTL, ƏLİN GÜNAHIDIR

Həzrəti Adəm (əleyhissalam)-ın əhvalatında, ən dərdli hadisə qətl və öldürmək mövzusudur. O vaxt ki, birinin qurbanlığı qəbul olub, digərininki rədd oldu, qardaş qardaşı ölümlə hədələyir. Qardaş onun cavabında deyir: Əgər sən öz hədəfinə əməl etsən də, mən sənin kimi etməyəcəyəm. Qur`anda buyurur:

“Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Pərvərdigarı olan Allahdan qorxuram.”[285]

Bu ayədə, əl məsələsindən bəhs olunur. Qardaş başqa qardaşa deyir: Əgər sən əlini günaha batırsan, mən əlimi günaha batırmayacağam. Qur`anda bə`zi günahların ələ nisbət verilməsinə işarə etdik. İndi də qısa şəkildə hədislərdə əlin vəzifəsinə işarə edək.

"Kafi" kitabında, "İman insanın əzalarına bölünüb" ünvanı ilə bəhs var. Burada İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədislərdən birində oxuyuruq:

“Allah-taala, ələ vacib etmişdir ki, ona haram olanlara əl uzatmasın. Allahın əmr etdiyini yerinə yetirsin. O iki ələ: Sədəqəni, sileyi-rəhimi, Allah yolunda cihadı və namaz üçün təharəti vacib etmişdir. Sonra bu ayəni zikr edir: “Ey iman gətirənlər! Namaza başlayarkən əvvəl üz və əllərinizi dirsəyinizə qədər yuyun, baş və ayaqlarınıza məsh edin!”

Qur`ani-Kərim müxtəlif yerlərdə əldən çoxlu ifadələrlə ad aparmış, mühüm mövzuları ələ nisbət vermişdir. Qısa şəkildə onlardan bə`zilərinə işarə edək:

ƏL İLƏ BEY`ƏT ETMƏK!

Qur`an buyurur: “Ağac altında sənə bey`ət etdikləri zaman Allah mö`minlərdən razı oldu. Allah onların ürəyində olanı (sədaqət və imanı) bildi. Ona görə də Öz dərgahından onlara xatircəmlik, rahatlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.”[286]

"Bey`ət" sözü ərəbcə, "bey" kökündən olub, müamilə (alver) zamanı iki tərəfin bir-birinə əl verməsinə deyilir. Sonradan isə ümumi mə`na alıb, bütün əhd-peyman zamanı əl verməyə aid olur. O da belə olur ki, hər vaxt başqasına qarşı vəfadarlığını e`lan etmək istəsə, onu rəsmi tanıyıb əmrinə itaət etsə, onunla bey`ət edər. Bu kəlmənin "mütləq" mə`nası belə ola bilər ki, əhd zamanında müamilədə olduğu kimi iki tərəf bir-birinin müqabilində qərar tuturlar. Bə`zən bey`ət edən, itaət yolunda mal-dövlət və övladlarına qədər verməyə hazır olur. Bey`ət qəbul edən də onun himayət və müdafiəsini öz öhdəsinə alır. İbn Xəldun özünün "Tarix müqəddiməsi" kitabında yazır: “Əmirlə bey`ət edərkən, tə`kid üçün əl-ələ verirdilər. Bu da alıcı satıcının işinə oxşayır.”[287]

"Fəth" surəsində oxuyuruq: Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə buyurur:

“Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar.”[288]

Kişilərin İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə bey`əti əllə olurdu. Lakin, qadınlarla bey`ət, su qabı vasitəsi ilə olurdu.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlar (əleyhimussalam) barəsində olan belə bey`ətlər, əhalinin onlarla vəfadarlıqlarına tə`kidi üçün idi. Ona görə də onun sındırılması böyük günahlardan sayılır. İmam Musəbni Cə`fər (əleyhissalam) buyurur:

“Üç günah var ki, insanı həlak edir: Bey`əti sındırmaq, sünnəti tərk etmək və əhalidən ayrılmaq.”[289]

Biz bey`ət barəsində kamil bəhs etmək fikrində deyilik. Bəhsə uyğun olaraq, əlin mühüm işlərindən biri də bey`ət mövzusudur.

CİZYƏNİN[290] ƏLLƏ VERİLMƏSİ

Qur`ani-Kərimdə "əl" mövzusunda olan bəhslərdən biri də “cizyə”nin əllə verilməsidir. "Tövbə" surəsində belə oxuyuruq:

“Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb, öz əlləri ilə cizyə verincəyə qədər vuruşun!”[291]

"Cizyə" sözü ərəbcə, "cəza" sözündən olub, qeyri-müsəlmanların İslam hökumətində pənah tutduqlarına görə verdikləri maliyyatdır. Bu ad ona görədir ki, onu, "canları və mallarının qorunması" müqabilində verdikləri “cəza”dır.[292]

“Sağir"sözü ərəbcə, "səğr" sözündən olub, kiçiklik və xar olmağa razı olana deyilir. Ayədə məqsəd budur ki, cizyə vermək, İslam dini və Qur`an müqabilində təvazökarlıq ünvanı ilə olmalıdır.

Cizyə, bir növ İslam dövlətinin aldığı maliyyatdır ki, torpaq və əraziyə yox, yalnız, şəxsin özünə aiddir. Başqa sözlə desək, “illik maliyyat”dır.

Bə`ziləri mö`təqiddirlər ki, bu sözün kökü qeyri-ərəbidir. Qədim fars kəlməsi olan "kiryət" sözündən olub, nizami qoşunların möhkəmlənməsi üçün yığılan vergiyə deyilir. Lakin, çoxları mö`təqiddirlər ki, bu söz xalis ərəbcədəndir.

İslam hökuməti dövründə müsəlmanlarla kitab əhli arasında cizyə almaqdan ötrü əhdnamələr bağlanmışdır. Nümunə üçün onlardan birinə, Xalid ibni Vəlidlə xaçpərəstlər arasında bağlanmış əhdnaməyə işarə edək:

“Bu, Xalid ibni Vəlidlə, Səluba (xaçpərəstlərin başçısı) və cəmiyyəti arasında olan peymandır.

Mən sizinlə cizyə və müdafiə üçün əhd bağlayıram. Onun müqabilində siz bizim himayətimizdə qərar tutursunuz. Nə qədər ki, sizdən himayət edirik, bu cizyəni almağa haqqımız var.

Bu əhdnamə hicrətin 12-ci ilində, səfər ayında yazıldı!”

Cizyəni əllə vermək lazımdır. Bu da əlin əhəmiyyətini bəyan edir.

ƏLİN FİZİKİ QURULUŞU

Əlin sümük quruluşu üç qismətdən təşkil olunmuşdur. Onlar: Əlin biləyi, əlin içi və əlin barmaqlarıdır.

Bu sümüklər məcmuən səkkiz xırda sümükdən ibarət olub, iki sırada qərar tutmuşdur. Yuxarı sıradakı sümüklər aşağıdakı sümüklərə kömək edir. Onlardan üçü bilək-oynaq sümüyünü təşkil edirlər. Aşağı qismətdə olan sümüklər əlin iç sümükləri ilə biləkdə birləşir.

ƏLİN İÇ SÜMÜKLƏRİ

Əlin iç sümükləri beş sayda olub, daxildən xaricə tərəf tərtiblə sayılır (birinci, ikinci). Yuxrıda bilək sümüklərinin aşağı sümüklərə, aşağıdan isə birinci barmaq sümüyünə birləşir.

ƏLİN BARMAQ SÜMÜKLƏRİ

Əlin baş barmağından başqa, bütün barmaqlarının üç bəndi var. Hər bir barmağın bəndi başqa bir tərəfə bitişikdir. Hər bir barmaqda əlin içinin sümüyü ilə birləşən birinci bəndə, birinci barmaq bəndi deyilir. Yerdə qalan tərtiblə, birinci, ikinci və üçüncü bəndlər sayılır. Bu sümüklərin bir bədənəsi və iki tərəfi vardır. Birinci bənd sümüyü, tamamilə ikinci bənd sümüyünə oxşardır. Təkcə hər barmağın üçüncü bənd sümüyü və baş barmağın ikinci bənd sümüyü bir az enlidir.

Bütün bunlardan əlavə, əlin içində başqa xırda sümüklər də ola bilər ki, onlara "küncüd" sümüklər deyilir.[293]

ƏLİN ŞƏRİƏTDƏ DƏYƏRİ

İslam dinində, insanın iki əlinin qanbahası, insanın tam qanbahası qədərdir. Hər bir əldən ötrü insanın qanbahasının yarısı qədərdir. "Məbani-təkmilətil-minhac" kitabında oxuyuruq:[294]

“İki əlin kəsilməsində tam qanbahası var. Hər birisində isə tam qan bahasının yarısı qədərdir. Bu məsələdə fəqihlər (alimlər) arasında ixtilafi nəzər yoxdur. Bəlkə də, hər ikisində "icma" nəql olunur. Bundan əlavə, müsəlmanlar arasında bu hökmün əksinə heç bir hökm yoxdur.”

Bu mövzuda çoxlu rəvayətlər nəql olunur. Onlardan, Hişam ibni Salim, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

“İnsanda hər nə qədər cüt əza varsa, qanbahası tam qan bahasıdır. Onların hər birində isə tam qan bahasının yarısı qədərdir.”[295]

Ayətullah Xomeyni (r. ə) buyurur: “İki əl kəsilərsə, tam qanbahası verilməlidir, hər birisində isə yarı qanbahası. Sağ və sol arasında heç bir fərq yoxdur. Hər kim xilqətində bir əli olsa və ya əlinin birini əvvəlcədən əldən vermişsə, yerdə qalan əli kəsilsə yarı qanbahası verilir.”[296]

Yenə də əlin qanbahasının ikinci məsəlisində buyurur: “Bu qədər dəyəri olan əlin həddi hara qədərdir? Buyurur: Həddi, əlin içi ilə dirsək arasındadır. Beləliklə, əgər birinin əli dirsəkdən kəsilsə, onda barmaq olsa da, yarı qan bahası qədərdir. Belə olan tərzdə hər bir barmaqdan ötrü ayrı qan bahası yoxdur. Əgər təkcə barmaqlar kəsilsə, 500 dinar ölçüsündə, yə`ni, tam qanbahasının yarısı qədərdir."

ƏLİN DƏYƏRİ ONUN ƏMİN OLMASI İLƏDİR.

Qeyd etdik ki, insanın iki əlinin tam qanbahası qədər dəyəri vardır. Hər bir əldən ötrü isə yarı qan bahası, yə`ni, 500 misqal qızıl sikkə qədər.

Günlərin birində, Əbül Ə`la Müərri, məşhur İslam alimi Seyyid Murtazanın yanına gəlir və oğurluqda əlin kəsilməsi qanununa irad tutur. Öz iradını belə bir məzmunda şe`rlə ifadə edir: “Qiymətdə 500 misqal dəyəri olan əli, dinarın 1/2-i qədər oğurluğa görə kəsməyin nə mə`nası?”

Əbül Əla müsəlman olmadığına görə bu qanunu qəbul etmir və ona irad tutur. Dahi alim Seyyid Murtaza onun cavabını bu məzmunda bir şe`rlə verir:

"Ələ bu izzəti, onun əmanətdar olması verir. Zillət və xəyatən isə bu dəyəri aşağa salır. Ey Əbul Ə`la! Allahın hikməti budur. Məsələni yaxşı anla və Allahın qanununa e`tiraz etmə! "

Başqa mənbə`də yazırlar ki, Seyyid Murtəza belə cavab verir:

"Qanı və malı qorumaq ələ dəyər verir. Qana və mala təcavüz isə onun qiymətini aşağı salır. Belə olan halda, Rəbbinin hikmətinə bax! "

Tarixdə məşhur budur ki, həmin məclisdə başqası belə cavab verir: "O yerdə ki, əl məzlumdur və insanların hüquqlarına təcavüz etmir, dəyəri var, lakin, zülm rəva bilib oğurluq etsə, Allah dərgahında dəyəri yoxdur! "

Bütün bunlar əlin yalnız, xəyanət etməyib əmin olan halda dəyəri olmasına dəlalət edir.[297]

8. QARNIN HAQQI

وَأَمَّا حَقُّ بَطْنِكَ فَأَنْ لا تَجْعَلَهُ وِعَاءً لِقَلِيلٍ مِنَ الْحَرَامِ وَلا لِكَثِيرٍ، وَأَنْ تَقْتَصِدَ لَهُ فِي الْحَلالِ وَلا تُخرِجَهُ مِنْ حَدِّ التَّقْوِيَةِ إلَى حَدِّ التَّهْوِينِ وَذَهَاب الْمُرُوَّةِ، وَضَبْطُهُ إذَا هَمَّ بالْجُوعِ والظمأ فَإنَّ الشَّبْعَ الْمُنْتَهِي بصَاحِبهِ إلَى التُّخمِ مَكْسَلَةٌ وَمَثْبَطَةٌ وَمَقْطَعَةٌ عَنْ كُلِّ برِّ وَكَرَمٍ. وَإنَّ الري الْمُنْتَهِي بصَاحِبهِ إلَى السُّكْرِ مَسْخَفَةٌ وَمَجْهَلَةٌ وَمَذْهَبَةٌ لِلْمُرُوَّةِ.

"Qarnın haqqı odur ki, onu az və ya çox da olsa, harama qab etməyəsən. Halaldan da müəyyən ölçüdə verəsən. Hər vaxt aclıq və susuzluğa giriftar olsa, onu sakitləşdir. Çünki, hədsiz yemək qarnı üsyana qaldırır. Tənbəllik gətirib, geridə qalmaq və hər cür xeyir və ehsan etməkdən dala saxlayır.Öz sahibini məst edən içki, insanı yüngüllük, nadanlıq və mürüvvətsizliyə çəkir! "

İmam Səccad (əleyhissalam), insanın qarnını qaba bənzədir və sifariş edir ki, onu doldurmaqda mö`tədil olmalısan. Qarının yeməyi haram yox, halaldan olmalıdır. Bu qabı qüvvətləndirməklə yanaşı, yeməkdə ifrat-təfritə yol verilməməlidir.

İNSANIN YEMƏYƏ EHTİYACI VAR

Bəşərin bütün fərdlərinin yeməyə ehtiyacı vardır. Əgər yeməkdən kəsilsələr, həyatlarını davam etdirə bilməzlər. İnsanlardan bə`ziləri elə zənn edirlər ki, İlahi peyğəmbərlərin yeməyə ehtiyacları yoxdur. Qur`an bu əqidənin rədd olunmasında buyurur:

“Biz, peyğəmbərləri yeməz-içməz bir bədən yaratmadıq. Onlar dünyada əbədi də deyillər.”[298]

Bə`zi yerdə Qur`an, peyğəmbərləri inkar edənlərin dilindən belə nəql edir: “Müşriklər dedilər: Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır?”[299]

Qur`an, insanları öz yeməklərinə diqqət etmələrinə də`vət edir, buyurur: “İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.”

İnsana ən yaxın əşya yemək olub, azacıq dəyişikliklə onun vücudundan sayılır. Əgər ona çatmazsa, tezliklə aradan gedir. Ona görə də, Qur`an, bütün mövcudatlar arasından qida maddələrinə, özü də bitki və ağaclar vasitəsi ilə insana aid olan maddələrə işarə edir.

İndi də görək Qur`anda "yeməyə baxmağın" mə`nası nədir? Aydındır ki, baxmaq dedikdə zahiri baxış deyil, əksinə, bu yeməklərin maddələrinə, quruluşuna, həyatbəxş hissələrinin insanın vücuduna olan mö`cüzəli tə`sirlərinə diqqət və təfəkkürlə baxmaq nəzərdə tutulur. Həmçinin, onu yaradan barəsində fikirləşmək.

Bə`ziləri deyirlər: Məqsəd, həmin zahiri baxışdır. Nəticədə, insanda, dad bilmə vəzilərinin təhərrükünə və o da yeməyin yaxşı həzm olunmasına səbəb olur. Lakin, belə təfsir çox uzaq mə`nadır. Çünki, sonrakı ayələrə əsasən, ayə belə məsələləri bəyan etmək məqsədində deyil. Bə`ziləri isə deyirl